Bİlal Dədəyev


ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

66. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ 
münaqişəsinin həlli ilə bağlı 1998-ci il 7 noyabr tarixli 
“Ümumi Dövlət Variantı” nəyi nəzərdə tutur?
1998-ci  il  noyabrın  7-də  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri 
tərəfindən Azərbaycan və Dağlıq Qarabağ arasında ümumi dövlətin yara-
dılması haqqında Ümumi dövlət variantı (rəsmi adı: “Dağlıq Qarabağda 
silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqında”) münaqişə 
tərəflərinə  təklif  edildi.  Təklif  Dağlıq  Qarabağ,  Laçın  dəhlizi,  Şuşa  və 
Azərbaycanın  keçmiş  Şaumyan  kənd  rayonunun  statusu  və  münaqişə 
tərəfləri  arasında  silahlı  münaqişənin  dayandırılması  haqqında  sazişin 
imzalanmasını  nəzərdə  tuturdu.  Burada  Dağlıq  Qarabağa  Azərbaycanın 
beynəlxalq miqyasda qəbul edilmiş sərhədləri daxilində respublika forma-
sında dövlət və ya ərazi statusu verilməsi təklif edilirdi. Burada müəyyən 
edilmişdi ki, Dağlıq Qarabağ Azərbaycanla ümumi dövlət təşkil edəcək, 
prezidentlərin nümayəndələri, baş nazirlər və parlamentlərin sədrlərinin 
olacağı  Müştərək  Komitə  yaradılacaqdı.  Təklifə  görə,  Dağlıq  Qarabağın 
öz konstitusiyası, bayrağı, möhürü və himni olacaq və iqtisadiyyat, elm, 
mədəniyyət, idman və humanitar sahədə hər hansı bir dövlətlə, regional və 
beynəlxalq təşkilatlarla birbaşa əlaqələr qurmaq hüququna malik olacaqdı. 
Dağlıq Qarabağ öz qanunvericiliyini, icra və məhkəmə orqanlarını, habelə 
milli  müdafiə  və  polis  idarələrini  təşkil  edə  bilər  və  Azərbaycanın  icra 
qərarları, qanun və qaydaları Dağlıq Qarabağın konstitusiya və qanunla-
rına zidd olmasa, Dağlıq Qarabağda tətbiq oluna biləcəkdi.  Sülh təklifinə 
əsasən, nə Azərbaycan nə də ki, Dağlıq Qarabağ birtərəfli ümumi dövlət 
təminatını dəyişmək hüququna malik olmayacaqdılar. Təklif, Dağlıq Qa-
rabağa öz maraqlarını qorumaq üçün Azərbaycanın xarici siyasətində və 
Dağlıq  Qarabağın  maraqlarına  toxunan  hər  hansı  bir  danışıqlarda  işti-
rak etmək üçün Azərbaycan nümayəndə heyətinə öz ekspertlərini daxil 
etmək hüququ verirdi.
593
593 OSCE Minsk Group Co-chairmanship, “On the Principles of Comprehensive Settlement of the 
Nagorno-Karabakh Armed Conflict” (Common state), November 1998; (http://www.ca-c.org/dataeng/
books/book-1/12.appendix-19.shtml). Accessed on November 24, 2013.

 231
QARABAĞ 
   
99 SUALDA
Güman  edilirdi  ki,  Azərbaycan  və 
Dağlıq  Qarabağ  arasındakı  iyerarxik 
əlaqələrin üfiqi (tərəflər arasında bərabər 
münasibətlər) və ya şaquli (Dağlıq Qa-
rabağın  Azərbaycana  tabeçiliyi)  forma-
sında  olacağını  müəyyən  etməyən  bu 
ümumi dövlət fikri Rusiyanın xarici işlər 
naziri Yevgeni Primakov və onun erməni 
həmkarı  Vartan  Oskanyan  tərəfindən 
təqdim olunub.
594
 Ermənistan və Dağlıq 
Qarabağın  rəhbərliyi  sülh  danışıqların-
da əsas kimi bu təklifi dəstəkləmişdilər. 
Lakin  Azərbaycan,  təklifin  onun  suverenliyini,  ərazi  bütövlüyünü  və 
yalnız  Ermənistan  tərəfindən  qəbul  edilməmiş  1996-cı  ilin  dekabr 
ayında  ATƏT-in  Lissabon  zirvə  görüşündə  razılaşdırılmış  prinsipləri 
pozduğunu bildirərək bu təklifi rədd etdi.
595
 Azərbaycan Minsk Qrupu-
nu  Rusiyanın  Ermənistanın  xeyrinə  hazırlanmış  və  Dağlıq  Qarabağın 
Azərbaycandan tam ayrılmasını nəzərdə tutan bu fikrini qəbul etməkdə 
ittiham  edirdi.
596
  Bu  təklifin  qəbul  edilməsi  Azərbaycan  üçün  Dağlıq 
Qarabağın  mövcud  de-fakto  müstəqilliyinin  ratifikasiyası  demək  idi 
və rəsmi Bakı “ümumi dövlət prinsipini zorla əldə edilmiş torpaqların 
diplomatik  şəkildə  qanuniləşdirilməsi  səyi”  kimi  görürdü.
597
  Beləliklə, 
bir  daha  Minsk  Qrupunun  sülh  təklifi  uğursuz  nəticələndi,  lakin  bu 
dəfə təklif Azərbaycan tərəfindən rədd edilmişdi, çünki bu təklif Dağlıq 
Qarabağa tam müstəqillik verməklə bərabər, Azərbaycanın 1996-cı ildə 
Lissabon zirvə görüşündə ATƏT tərəfindən müəyyən edilmiş ərazi bü-
tövlüyünü inkar edirdi. 
594  a.k.ə. Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 168.
595  a.k.ə. Jacoby, Volker (2005), p. 32. 
596  a.k.ə. Miller, Nicholas W. (2009), p. 69.
597  Wirminghaus, Rainer Freitag, “State-building and Solving Conflicts in the South Caucasus”, in 
Debiel, Tobias & Klein, Axel ed., Fragile Peace: State Failure, Violence and Development in Crisis 
Regions (Zed Books Ltd, 2002), p. 104. 
Bu təklifin qəbul edilməsi 
Azərbaycan üçün Dağlıq 
Qarabağın mövcud de-fakto 
müstəqilliyinin ratifikasiyası 
demək idi və rəsmi Bakı “ümumi 
dövlət prinsipini zorla əldə 
edilmiş torpaqların diplomatik 
şəkildə qanuniləşdirilməsi səyi” 
kimi görürdü.

 232
QARABAĞ 
   
99 SUALDA
Dağlıq Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin 
prinsipləri haqqında
598
7 noyabr 1998-ci il
Dağlıq Qarabağ münaqişəsini, dövlətlərin ərazisi bütövlüyü və xalqla-
rın öz müqəddəratını təyin etməsi prinsipləri də daxil olmaqla, beynəlxalq 
hüququn  normalarına  və  prinsiplərinə  müvafiq  surətdə  həll  etmək 
əzmində  olan  Ermənistan,  Azərbaycan  və  Dağlıq  Qarabağ  aşağıdakılar 
barədə razılığa gəlirlər: 
I. Dağlıq Qarabağın statusu haqqında saziş
Tərəflər Dağlıq Qarabağın statusu haqqında saziş imzalayacaqlar və o, 
aşağıdakı müddəalardan ibarət olacaqdır:
 Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və 
Azırbaycanın  beynəlxalq  aləmdə  tanınmış  sərhədləri  daxilində  onunla 
ümumi dövlət yaradır.
Azərbaycan və Dağlıq Qarabağ müvafiq dövlət hakimiyyəti orqanla-
rı arasında səlahiyyətlərin həyata keçirilməsi və qarşılıqlı surətdə həvalə 
olunması predmetlərinin hüdudlarını müəyyənləşdirmək haqqında saziş 
imzalayacaq və onun Konstitusiya qanunu qüvvəsi olacaqdır.
Azərbaycan və Dağlıq Qarabağ birgə səlahiyyətlər sahəsinə aid siyasəti 
və fəaliyyəti müəyyənləşdirmək üçün pezidentlərin, baş nazirlərin, parla-
ment sədrlərinin nümayəndələrinin daxil olacağı birgə komitə yaradırlar.
Əlaqə  saxlamaq  və  birgə  tədbirləri  əlaqələndirmək  üçün  Bakıda 
və  Stepanakertdə  müvafiq  olaraq  Dağlıq  Qarabağın  və  Azərbaycanın 
nümayəndəlikləri yaradılır.
Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisa-
diyyat,  ticarət,  elm,  mədəniyyət,  idman  və  humanitar  sahələrdə  əcnəbi 
dövlətlərlə, bu problemlərlə bağlı olan regional və beynəlxalq təşkilatlarla 
birbaşa xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qara-
bağdaki siyasi partiyaların və ictimai təşkilatların xarici dövlətlərin siyasi 
598  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 810-817.

 233
QARABAĞ 
   
99 SUALDA
partiyaları və ictimai taşkilatları ilə əlaqələr yaratmaq hüququ olacaqdır.
Dağlıq  Qarabağ  özünün  mənafeləri  ilə  bağlı  məsələlər  üzrə 
Azərbaycanın  xarici  siyasətinin  həyata  keçirilməsində  iştirak  edir.  Belə 
məsələlər haqqında qərarlar iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.
Dağlıq  Qarabağ  hökuməti  özünün  xüsusi  maraqları  olan  xarici 
dövlətlərdəki  Azərbaycan  səfirliklərində  və  ya  konsul  idarələrində  öz 
nümayəndələrinə malik ola, habelə beynəlxalq danışıqlarda, əgər bunlar 
Dağlıq Qarabağın mənafelərinə aiddirsə, iştirak etmək üçün Azərbaycan 
nümayəndə heyətlərinin  tərkibində öz ekspertlərini göndərə bilər.
Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 
sərhədlərinə uyğun olacaqdır. Onların mümkün olan dəqiqləşdirilməsi və 
ya dəyişdirilməsi Azərbaycanla Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı 
razılaşmaların mövzusu ola bilər.
Azərbaycanla  Dağlıq  Qarabağ  arasında  sərhədlər  bir-birinin  silahsız 
vətəndaşlarının  sərbəst  hərəkəti  üçün  qarşılıqlı  surətdə  açıq  olacaqdır. 
Gediş-gəliş  və  işgüzar  əlaqələr  zamanı  onlardan  gömrük  rüsumu  və  ya 
başqa rüsumlar tutulmayacaqdır. Daimi yaşayış hüququ verilməsi müva-
fiq hökumətlərin səlahiyyətlərinə aid ediləcəkdir. 
Azərbaycan və Dağlıq Qarabağ mübahisələrin nizama salınması üçün 
zor işlətməyəcək və ya zor işlətməklə hədələməyəcəklər.
Birgə komitə çərcivəsində aradan qaldırıla bilməyən mübahisələr və 
ya fikir ayrılıqları yarandıqda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin 
məsləhətçi rəyini soruşa bilərlər və o, qəti qərar qəbul edilərkən nəzərə 
alınacaqdır.
Dağlıq  Qarabağın  statusuna  Dağlıq  Qarabağın  statusu  haqqında 
Minsk konfransı tərəfindən bəyənilmiş sazişdə rəsmiləşdiriləcək aşağıdakı 
hüquqlar və imtiyazlar da daxildir:
1.   Dağlıq  Qarabağın  referendumda  Dağlıq  Qarabağ  xalqı  tərəfindən 
qəbul edilmiş öz Konstitusiyası olacaqdır. Bu Konstitusiya Dağlıq Qa-
rabağın status haqqında sazişin müdəalarını inkorporasiya edəcəkdir. 
Müvafiq olaraq Azərbaycan bu sazişin inkorporasiyası üçün öz Kons-
titusiyasına dəyişikliklər edəcəkdir.
  Bu  sazişin  və  ya  Dağlıq  Qarabağ  və  Azərbaycan  konstitusiyalarının 

 234
QARABAĞ 
   
99 SUALDA
onu inkorporasiya edən hissələrinin müddəaları hər üç tərəfin razılığı 
olmadan dəyişdirilə bilməz.
2.   Dağlıq Qarabağ ərazisində Daqğlıq Qarabağın Konstitusiyası və qa-
nunları işləyir. Əgər Azərbaycan qanunları, qaydaları və icra qərarları 
Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyilsə, onun 
ərazisində qüvvəyə malikdir.
3.   Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqadır.
4.   Dağlıq  Qarabağ  öz  Konstitusiyasına  müvafiq  olaraq  qanunvericilik, 
icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.
5.   Dağlıq Qarabağ vətəndaşlarının şəxsiyyət vəsiqəsi kimi üzərində xüsu-
si olaraq “Dağlıq Qarabağ ” yazılmış Azərbaycan pasportu olacaqdır. 
Yalnız Dağlıq Qarabağ hökumətinin belə pasportları vermək hüququ 
olacaqdır.
  Dağlıq Qarabağın erməni mənşəli vətəndaşları Ermənistana mühacirət 
edəndə və oraya daimi yaşamağa köçdükdə həmin ölkənin qanunları-
na müvafiq olaraq Ermənistan vətəndaşlığı ala bilərlər.
6.  Dağlıq  Qarabağ  əhalisinin  Azərbaycan  parlamentinə  öz 
nümayəndələrini seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak 
etmək hüququ var.
7.  Dağlıq Qarabağ azad iqtisadi zona olacaq, Azərbaycan pul nişanları ilə 
yanaşı işlənən öz pul nişanlarını buraxmaq hüququna, habelə öz mar-
kalarını buraxmaq hüququna malik olacaqdır.
8.   Dağlıq  Qarabağın  Ermənistanla  və  Azərbaycanla  azad  və  maneəsiz 
nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququ olacaqdır.
9.   Dağlıq Qarabağın könüllülük əsasında formalaşdırılan milli qvardiya-
sı, (təhlükəsizlik qüvvələri) və polis qüvvələri olacaqdır. Bu qüvvələr 
Azərbaycan  hökumətinin  razılıği  olmadan  Dağlıq  Qarabağdan 
kənarada fəaliyyət göstərə bilməz.
10. Azərbaycan ordusunun, təklükəsizlik qüvvələri və polisin Dağlıq Qa-
rabağın  hakimiyyət  orqanlarının  razılığı  olmadan  Dağlıq  Qarabağın 
ərazisinə daxil olmaq hüququ olmayacaqdır.
11. Erməni dili Dağlıq Qarabağın əsas rəsmi dili, Azərbaycan dili isə ikinci 
rəsmi dilidir. Onun vətəndaşları bütün rəsmi və qeyri-rəsmi hallarda 

 235
QARABAĞ 
   
99 SUALDA
digər doğma dillərdən də istifadə edə bilər.
12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən alınan vəsaitdən ibarət 
olacaqdır. Dağlıq Qarabağ hökuməti Azərbaycan şirkətlərini və xari-
ci şirkətləri, şəxsləri capital qoymağa həvəsləndirəcək, buna təminat 
verəcəkdir.
II. Laçın dəhlizi barədə
Azərbaycanın və Dağlıq Qarabağın razılığı ilə əgər Laçın rayonunun 
xüsusi  rejiminə  dair  digər    düzəliş  qəbul  edilməzsə,  Dağlıq  Qarabağla 
Ermənistan  arasında  maneəsiz  əlaqələri  təmin  məqsədi  ilə  Dağlıq  Qa-
rabağın  Laçın  dəhlizindən  istifadə  etməsi  məsələsi  ayrıca  razılaşmanın 
mövzusu olacaqdır. Laçın rayonu daim tam silahsızlaşdırılmış zona olaraq 
qalmalıdır.
 III. Şuşa şəhəri və Şaumyan şəhəri barədə
Tərəflər razılaşırlar ki, bütün Azərbaycan qaçqınları Şuşa şəhərinə, öz 
daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyi Dağlıq Qa-
rabağın müvafiq hakimiyyət orqanları tərəfindən təmin ediləcəkdir. Onlar 
Dağlıq Qarabağın bütün vətəndaşları ilə eyni hüquqa, o cümlədən siyasi 
partiyalar yaratmaq, bütün səviyyələrdə seçkilərdə iştirak etmək, dövlət 
qanunvericilik  orqanlarına  və  yerli  özünüidarə  orqanlarına  seçilmək, 
dövlət  qulluğuna,  o  cümlədən  hüquq-mühafizə  orqanlarına  işə  qəbul 
edilmək hüququna malik olacaqlar.
Erməni  qaçqınları  da  Şaumyan  şəhərinə  qayıdarkən  eyni  hüquqları 
alacaqlar.
Şuşa şəhərini və Şaumyan şəhərinin sakinləri yollardan, Azərbaycan və 
Dağlıq Qarabağın qalan yerləri ilə rabitədən və digər əlaqələrdən heç bir 
məhdudiyyət olmadan istifadə edə biləcəklər.
Dağlıq  Qarabağın  və  Azərbaycanın  hakimiyyət  orqanları  müvafiq 
olaraq Şuşa və Şaumyan şəhərlərində ATƏT-in Demokratik Təsisatlar və 
İnsan  Hüquqları  Bürosunun  nümayəndəliklərinin  yerləşdirilməsinə  və 
fəaliyyətinə kömək gostərəcəklər.
***

 236
QARABAĞ 
   
99 SUALDA
Dağlıq  Qarabağın  status  haqqında  sazişi  üç  tərəf  imzalayacaq  və  o, 
Minsk konfransı tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcəkdir. 
IV. Silahlı münaqişənin dayandırılması haqqında saziş
Tərəflər  razılaşırlar  ki,  silahlı  münaqişənin  dayandırılması  haqqında 
saziş aşağıdakı müddəaları əhatə edəcəkdir:
I.  Tərəflər  öz  aralarında  mübahisələrin  həlli  üçün  zor  işlətməklə 
hədələməkdən,  yaxud  zor  işlətməkdən  imtina  edirlər.  Onlar  silah-
lı  münaqişənin  dayandırılması  haqqında  sazişin  həyata  keçirilməsi  ilə 
əlaqədar  meydana  çıxa  biləcək  mübahisələr  daxil  olmaqla,  bütün  belə 
mübahisələri dinc vasitələrlə, ilk növbədə birbaşa danışıqlar yolu ilə, ya-
xud ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.
II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara müvafiq olaraq 
və 1-ci əlavədə ətraflı şərh edildiyi kimi çıxarırlar:
A. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki 
təmas xətti boyunca olan qüvvələr I əlavədə razılaşdırılmış xətlərə tərəf bir 
neçə kilometr geri çəkiləcəkdir, bu zaman ATƏT-in çoxmilli qüvvələrinin 
ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış buffer zonasında ilkin 
qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin 
çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə im-
kan yaratmaq məqsədi ilə Yüksək Səviyyədə Planlaşdırma Qrupunun ( 
YSPQ ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.
B. İkinci mərhələdə qüvvələr eyni vaxtda və 1-ci əlavədə razılaşdırılmış 
cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılacaqdır:
(1)  Ermənistan  Respublikasının  sərhədləri  xaricində  yerləşən 
Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə 
aparılır.
(2)   Dağlıq Qarabağın qüvvələri Dağlıq Qarabağla Ermənistan arasında 
maneəsiz gediş-gəliş haqqında saziş əldə edilənədək Laçın rayonu is-
tisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-
ci ildəki hüdudları daxilinə aparılır.
(3)   Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyələrinə əsasən 1-ci əlavədə 
göstərilmiş  xətdən  kənara  çıxarılır  və  Ermənistanın  hər  hansı 

 237
QARABAĞ 
   
99 SUALDA
ərazisindən çıxarılır.
(4)   Ağır silahlar YSPQ-nin tövsiyələrinə əsasən, ATƏT-in sülhü müdafiə 
əməliyyatının  nəzarəti  altında,  1-ci  əlavədə  şərh  olunmuş  şəffaflıq 
və hesabatvermə tələblərinə əməl edilməklə bu barədə göstərilmiş 
yerlərə çıxarılır.
III. Qüvvələrin bu cür çıxarılması nəticəsində azad olunmuş ərazi aşa-
ğıdakı müddəalara müvafiq olaraq və 2-ci əlavədə müfəssəl şərh edildiyi 
kimi, bufer zonası və ayırıcı zona təşkil edir:
A.  Qüvvələrin  çıxarılması  başa  çatdıqdan  sonra  bufer  zonası 
DQMV-nin 1988-ci il hüdudları boyunca yerləşir. Əlavə razılaşma əldə 
edilərsə, o Laçın rayonu hüdudları boyunca da keçə bilər. Bufer zonası 
məskunlaşdırılmır, ATƏT-in sülhü müdafiə əməliyyatının elementləri is-
tisna olmaqla, tamamilə silahsızlaşdırılır.
B. 2-ci əlavədə müfəssəl şərh edildiyi kimi, sülhü müdafiə əməliyyatının 
daimi qarışıq komissiya ilə əməkdaşlıq fəaliyyəti üçün icazə verilmiş, o 
cümlədən qüvvələr istisna olmaqla, ayırıcı zona silahsızlaşdırılır:
(1) Sülhü müdafiə əməliyyatının elementləri,
(2) Azərbaycanın sərhəddə keşik çəkmək və minalardan təmizləməyə 
uyğun bölmələri,
(3)  Azərbaycanın  say  tərkibi  və  icazə  verilmiş  silahlı,  2-ci  əlavədə 
müəyyən edilmiş mülki polisi.
C. 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada 
ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında uçuşsuz zona yara-
dılır, tərəflər bu zonada hərbi uçuşlara yol vermirlər.
D.  II  maddəyə  müvafiq  olaraq  qüvvələr  çıxarıldıqdan  sonra  Dağ-
lıq  Qarabağın  hakimiyyət  orqanlarının  nəzarət  etdikləri  bütün  yerlərdə 
təhlükəsizlik  Dağlıq  Qarabağın  mövcud  təhlükəsizlik  strukturları 
tərəfindən təmin olunur.
IV. ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarına uyğun olaraq 
tərəflər  ATƏT-in  çoxmilli  sülhü  müdafiə  əməliyyatına  (“SMƏ”)  dəvət 
edilir və onun yerləşdirilməsinə kömək göstərirlər, o, Daimi Qarışıq Ko-
missiya (DQK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiyası 
(EAHK) ilə əməkdaşlıqda fəaliyyət göstərəcəkdir. SMƏ qüvvələrin və ağır 

 238
QARABAĞ 
   
99 SUALDA
silahların çıxarılmasına, hərbi uçuşlara yol verilməməsinə, silahsızlaşdır-
ma  rejiminin  qorunub  saxlanmasına  və  2-ci  əlavədə  şərh  edildiyi  kimi, 
Ermənistan- Azərbaycan sərhədində vəziyyətə nəzarət edir.
Sülhü  müdafiə  əməliyyatı  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq 
qətnaməsinə əsasən ilkin mərhələdə bir ildən çox olmayan müddətə təsis 
edilir  və  zərurət  olduqda  ATƏT-in  fəaliyyətdə  olan  sədrinin  tövsiyyəsi 
ilə  uzadılır.  Tərəflər  bunula  razıdırlar  ki,  çoxmillətli  sülhü  müdafiə 
əməliyyatının  ümumi  müddəti  regiondakı  vəziyyətdən  və  münaqişənin 
hərtərəfli  nizama  salınmasının  həyata  keçirilməsi  sürətindən  asılı  ola-
raq  minimum  zərurət  həddində  olacaqdır.  Tərəflər  bu  sazişin  həyata 
keçirilməsini təmin etmək və sülhü müdafiə əməliyyatının pozulmasının, 
yaxud dayandırılmasının qarşısını almaq üçün SMƏ ilə tam əməkdaşııq 
edirlər.
V. Tərəflər, 2-ci əlavədə göstərildiyi kimi, qaçqınların və köçkünlərin 
təhlükəsiz və könüllü surətdə ayırıcı zonadaı daimi yaşayış yerlərinə qayıt-
masına kömək edirlər. Bu zonada silahsızlaşdırma rejiminə əməl olunaca-
ğına bütün tərəflərdə inam yaratmağa kömək etmək məqsədi ilə SMƏ qa-
yıdan əhalinin təhlükəsizliyinə daimi qarışıq komissiya ilə əməkdaşlıqda 
nəzarət edir. Tərəflər bu sazişlə əhatə olunanlardan savayı, Ermənistanla 
Azərbaycan arasında 1987-ci ildən sonra baş vermiş münaqişə və gərginlik 
nəticəsində qaçqın, yaxud köçkün düşmüş bütün digər şəxslərin təhlükəsiz 
şəraitdə və könüllü surətdə qayıtmasının həyata keçirilməsi haqqında da-
nışıqlar aparırlar.
VI. Qüvvələrin çıxarılması ilə eyni vaxtda tərəflər yolların, dəmir yolla-
rının, elektrik və rabitə xətlərinin açılması, ticarətin və digər münasibətlərin 
bərpası məqsədi ilə bütün tədbirləri buna mümkün qədər qısa müddətdə 
nail olmaq üçün bütün lazımi işləri 3-cü əlavədə şərh olunmuş cədvələ 
və konkret müddəalara müvafiq olaraq dərhal həyata keçirirlər. Tərəflər 
etnik azlıqlar da daxil olmaqla, bu əlaqələrdən hamının istifadə etməsinə 
təminat yaradacaqdır, onların regionun başqa yerlərindəki öz etnik icma-
ları ilə maneəsiz ünsiyyətini təmin edəcəklər. Tərəflərdən hər biri bütün 
blokadaları aradan qaldırmağı və yüklərin, adamların bütün digər tərəflərə 
maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürür. Tərəflər öz arala-

 239
QARABAĞ 
   
99 SUALDA
rında sərbəst və təhlükəsiz dəmiryol əlaqəsini təmin edəcəklər.
VII. Tərəflər münaqişə ilə əlaqədar tutulub saxlanılan bütün şəxslərin 
tezliklə və təhlükəsiz qayıtmasının, itkin düşmüş şəxslərin taleyinin araşdı-
rılması və bütün cənazələrin qalıqlarının qaytarılmasının, yenidənqurma 
məqsədləri ilə ayrı-seçkilik qoyulmadan humanitar yardımın və köməyin 
Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınların İşləri üzrə Ali 
Komissarının və digər beynəlxalq təşkilatların nəzarət etdikləri ərazidən 
münaqişə zamanı zərər çəkmiş rayonlara çatdırılmasının təmin olunma-
sı üçün onlarla tam əməkdaşlıq edirlər. Tərəflər etimadı möhkəmlətmək 
tədbirlərinin  həyata  keçirilməsində  Daimi  Qarışıq  Komissiya  vasitəsilə 
ATƏT-in SMƏ ilə əməkdaşlıq edirlər.
VIII.  Tərəflər  bu  sazişin  Azərbaycana  və  Dağlıq  Qarabağa  aid 
problemlərə  dair  müddəalarının  həyata  keçirilməsinə  nəzarət  etmək 
üçün dərhal Daimi Qarışıq Komissiya (DQK) yaradırlar. DQK-nın sədri 
ATƏT-in  fəaliyyətdə  olan  sədrinin  nümayəndəsidir,  sədrin  bir  müavi-
ni Azərbaycandan və bir müavini Dağlıq Qarabağdandır. DQK-nın əsas 
vəzifəsi sazişin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir; ATƏT-
dən olan sədrin vəzifələrinə fikir ayrılıqları zamanı vasitəçilik etmək və 
təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlər görülməsinə sanksiyalar 
vermək də daxildir. DQK-nın hərbi, iqtisadi, humanitar və mədəni yar-
dımçı  komissiyaları  və  rabitə  üzrə  yardımçı  komissiyası  var.  DQK-nın 
strukturu, funksiyaları və ona aid digər təfərrüatlar 4-cü əlavədə şərh olun-
muşdur.
IX. Tərəflər Ermənistanla Azərbaycan arasında sərhəd toqquşmaları-
nın qarşısının alınmasına, hər iki ölkənin sərhəd qoşunları və digər müva-
fiq təklükəsizlik qüvvələri arasında əlaqələrin həyata keçirilməsinə yardım 
göstərmək və yolların, dəmiryollarının, rabitənin, boru kəmərlərinin açıl-
masına, ticarətin və digər münasibətlərin bərpasına dair tədbirlərə nəzarət 
və  yardım  etmək  üçün  dərhal  Ermənistan-Azərbaycan  hökumətlərarası 
Komissiyası  (EAHK)  yaradırlar.  EAHK-nın  iki  həmsədri  var:  biri 
Ermənistandan,  biri  Azərbaycandan.  Komissiyaya  ATƏT-in  fəaliyyətdə 
olan  sədrinin  təyin  etdiyi  nümayəndə  daxildir.  EAHK-nın  strukturu, 
funksiyaları və ona aid digər təfərrüatlar 5-ci əlavədə şərh olunmuşdur.

 240
QARABAĞ 
   
99 SUALDA
X. Azərbaycan Respublikası və Ermənistan Respublikası hərbi tarazlıq 
və Avropa adi silahlar haqqında müqaviləyə tam əməl edilməsi də daxil 
olmaqla, regionda təhlükəsizliyin artmasını təmin etmək məqsədi ilə mü-
vafiq beynəlxalq və danışıqlar aparırlar.
XI.  Tərəflərdən  hər  biri  digər  tərəflərin  və  onların  əhalisinin 
təhlükəsizliyinə  hörmət  edir.  Tərəflər  ticarətə  və  normal  qarşılıq-
lı  fəaliyyətə  kömək  etməklə  öz  xalqları  arasında  mehriban  qonşuluq 
münasibətlərini inkişaf etdirməyi öhdələrinə götürür və bu sazişi, yaxud 
mehriban münasibətləri poza biləcək bəyanatlardan və ya hərəkətlərdən 
çəkinirlər.
XII. Sülhün qorunmasına və qoşunların çıxarılmasına nəzarət barədə 
yuxarıda şərh edilmiş konkret müddəalara əlavə olaraq və ATƏT-in mü-
vafiq  prinsiplərini  və  öhdəliklərini,  o  cümlədən  1992-ci  ilin  Helsinki 
sənədində və 1994-cü ilin Budapeşt sənədində əksini tapmış prinsipləri 
və öhdəlikləri xatırlayaraq ATƏT bu sazişin bütün cəhətlərinin tam həyata 
keçirilməsinə  müvafiq  mexanizmlər  vasitəsilə  nəzarət  edir  və  sazişin 
şərtlərinin pozulmasının qarşısını almaq və belə hallara mane olmaq üçün 
həmin prinsiplərə və qərarlara uyğun olaraq müvafiq tədbirlər görür.
XIII. Silahlı münaqişənin dayandırılması haqqında sazişi üç tərəf im-
zalayacaq  və  o,  Minsk  konfransı  tərəfindən  bəyənildikdən  və  üç  tərəfin 
parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcəkdir.
XIV.  Sazişlər  imzalandıqdan  və  onlar  Minsk  konfransı  tərəfindən 
bəyənildikdən sonra Azərbaycan Respublikası və Ermənistan Respubli-
kası  səfirlər  səviyyəsində  daimi  diplomatik  missiyalarla  tam  diplomatik 
münasibətlər yaradırlar.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin