Azərbaycan texniKİ universiteti nəzdində baki döVLƏt rabiTƏ və NƏQLİyyat kolleci



Yüklə 16,43 Kb.
tarix16.12.2023
ölçüsü16,43 Kb.
#181476
Azərbaycan T A BSQ varianti


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ nəzdində
BAKI DÖVLƏT RABİTƏNƏQLİYYAT KOLLECİ
Humanitar elmlər fənn birləşməsi
BSQ Azərbaycan tarixi
A variantı
1, Şimali Azərbaycanda 1866 və 1878-ci illərə uyğun gələn tarixi hadisələr:
A)Rəhdar sisteminin ləğvi və ilk dəmir yolunun çəkilməsi
B)Zaqatala üsyanı və məhkəmə islahatı
C)Əkinçi qəzetinin nəşrinə başlanması və milli teatrın yaranması
D)Zaqatala üsyanı və kəndli üsyanı
E)Məhkəmə islahatı və Bakı şəhər dumasının yaranması


2Mahallara kimlər başçılıq edirdi ?
A) komendant B) yasovul C) kəndxuda D) naib E) rus zabiti


.3 .Azərbaycan neft hasilatında iltizam sisteminin ləğv edilməsinin əhəmiyyəti:
1.Neft sənayesinə kapital axını gücləndi
2.Azərbaycanlı sahibkarların neft sənayesində hakim mövqe tutması
3.Neft sənayesi sürətlə inkişaf etməyə başladı
4.Xarici kapital Bakı neft rayonundan sıxışdırılıb çıxarıldı
5.Rotşild firması Azərbaycandakı fəaliyyətini dayandırdı
A)3,4 B)2,3 C)3,5 D)1,2 E)1,3


4.Ermənilər Şimali Azərbaycanda daha çox hansı ərazilərdə yerləşdirilmişdilər ?
A) Naxçıvan,İrəvan,Qarabağ B) Qarabağ,Car Balakən C) İrəvan, Naxçıvan,Yelizavetpol D) Qarabağ,Quba,Şəki E) Qarabağ, Lənkəran, İrəvan
5 Azərbaycanda 1870-ci il 14 may “Əsasnaməsi”-nin 1847-ci il əsasnaməsindən əsas fərqi:
A)Kəndlilərə 5 desyatin torpaq sahəsinin ayrılması
B)Dövlət kəndlilərinə töycü ödəmək şərtilə dövlət torpaqlarından istifadə hüququnun verilməsi
C)Sahibkar kəndlilərinin bəylərdən asılılığının rəsmiləşdirlməsi
D)Bəy və ağaların torpaq üzərində hüquqlarının toxunulmazlığının ləğv edilməsi
E)Kəndlilərin şəxsi asılılığının ləğv edilməsi, kəndlilərə öz pay torpaqlarını satın almaq hüququnun verilməsi


6.Rusiya işğalından sonra Şimali Azərbaycanda yaradılmış əyalətlər ?
A) Quba,Şəki,Yelizavetpol,Car Balakən,İlisu
B) Car Balakən,İlisu,Qazax,Şəmşəddil
C) Dərbənd, Bakı, Şirvan, Qazax,Ş əmşəddil
D) Bakı, Quba, Şirvan, Dərbənd İlisu, Talış
E) Quba, Şəki, Şirvan, Qarabağ, Talış, Bakı


7. Xronoloji ardıcıllığı müəyyən edin:
1.İlk qəza məktəbinin açılması
2.Şimali Azərbaycanda milli teatrın əsasının qoyulması
3.H.Z.Tağıyevin teatr binasını tikdirməsi
A)3,2,1 B)1,2,3 C)2,3,1 D)2,1,3 E)1,3,2
8.ŞimaliAzərbaycanda ilk alman koloniyaları salınmışdı ?
A)1828 -1829 - cu illərdə B) 1817-1819-ci illərdə C)1830-cu illərdə D)Gülüstan müqaviləsi ilə
E)Türkmənçay müqaviləsi ilə


9. Şimali Azərbaycanın XIX əsrin 50-ci illərinin əvvəli tarixi üçün səciyyəvi idi:
A) Car-Balakən camaatlığının ləğvi
B) Torpaq üzərində kəndlilərə mülkiyyət hüqunun verilməsi
C) Əkinçilik üçün yararsız torpaqların pulsuz kəndlilərin mülkiyyətinə keçməsi
D) Dövlət kəndlilərinin köçmə hüququnun ləğv olunması
E) Dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququnun verilməsi


10.Talış əyalətindəki üsyana başcılıq edirdi :
A) Hacı Məmməd B) Mir Həsən xan C) Hacı Davud D) Rutullu Ağa bəy E) Surxay xan


11. XIXəsrin 70-ci illərinə aiddir:
A) Bəy və ağaların hüquqları haqqında reskriptin imzalanası
B) Dərbənd quberniyasının yaradılması
C) Xəzər vilayətinin ləğv edilməsi
D) ,,Şəhər əsasnaməsi,,nin Bakiya tətbiq edilməsi
E) Qafqazda canişinliyin yaradılmsı


12.XIX əsrin 30-cu ilinə qədər öz daxili muxtariyyətini saxlayan ərazi hansıdır ?
A) Lənkəran B) Şəki C) Qarabağ D) Quba E) Car-Balakən


13. 1898-ci ildə Təbrizdə əhalinin etiraz çıxışlarına səbəb oldu:
A) İri feodalların və iri ruhanilərin taxıl möhtəkirliyi
B) hökumətin kəsbkarlığı qadağan edən qanunu qəbul etməsi
C) tütün inhisarının ingilislərə verilməsi
D) Rusiya tacirlərinə güzəştlərin verilməsi
E) sənətkarlar və tacirlər üzərinə yeni vergilərin qoyulması


14.Xanlıqlar dövründə mövcud olan vergi və mükəlləfiyyətlər daha çox saxlanmışdı:
A) Şəki əyalətində B) Şirvan əyalətində C) Quba əyalətində D)Talış əyalətində E) Qarabağ əyalətində


15. 1863-cü il Zaqatala dairəsində baş vermiş üsyanın əsas səbəbi:
A) almanların köçürülməsi siyasətindən narazılıq
B) ruhanilərin və di xadimlərinin özbaşnalığı
C) çarizmin müstəmləkə və zorla xristianlaşdırma siyasəti
D) bəylərin və ağaların dözülməz zülmü
E) 1847-ci il “Kəndli əsasnamələri” nin dairəyə aid edilməsi


16.Xronoloji ardıcıllığı müəyyən edin:
1. Xanabad manufakturasının acılışı 2. Rəhdar sisteminin ləğvi 3. Bibiheybətdə ilk quyunun qazılması
A) 1.2.3. B) 1.3.2. C) 3.1.2.. D) 2.1.3. E) 3.2.1.
17.Qafqaz canişinliyi nə zaman ləğv edildi
A)1865 B)1870 C) 1887 D)1883 E)1876


18.Şiə əhalisinin dini işləri ilə məşğul olurdu :
A) Qazı B) Şeyxülislam C) Kələntər D) Darğa E) Yasovul


19.Quba üsyanına kim rəhbərlik edirdi ?
A) Şeyx Şaban B) Hacı Murtuz C) Mir Həsən xan D) Məşədi Məhəmməd E) Hacı Məhəmməd


20.1865 ci ilə aid olan hadisələri seçin
1.Gədəbəydə böyük misəritmə zavodu inşa edildi
2.Kəndli cəmiyyətləri haqqında qanun
3.Nuxa ipək fabriki
4.Yelizavetpol quberniyasının yaranması


A)1.3 B)1.4 C)1.2 D)3.4 E)2.4
Yüklə 16,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin