Bİlal Dədəyev


BMT Təhlükəsizlik Şurasının 3505-ci iclası



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

BMT Təhlükəsizlik Şurasının 3505-ci iclası
822 saylı QƏTNAMƏ
470
30 Aprel 1993-cü il
Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi barədə Təhlükəsizlik 
Şurası  sədrinin  1993-cü  il  yanvarın  29-da  (S/25199)  və  aprelin  6-da 
(S/25539) verdiyi bəyanatlara istinad edərək,
466  a.k.ə. Baser, Bahar (2008), p. 92.
467  a.k.ə. Human Right Watch (1994), pp. 17-18. 
468  a.k.ə. Cornell, Svante E. (2001), p. 85. 
469  a.k.ə. Human Right Watch (1994), p. 18.
470  Əhmədov, Elçin, Ermənistanın Azərbaycana Təcavüzü: Təhlili Xronika (Letterpress, 2012), ss. 778-
779.

 163
QARABAĞ 
   
99 SUALDA
Baş Katibin 1993-cü il aprelin 14-dəki məruzəsini (S/26600) nəzərə 
alaraq,  Ermənistan  Respublikası  ilə  Azərbaycan  Respublikası  arasın-
da münasibətlərin pisləşməsi ilə əlaqədər ciddi narahatlıq izhar edərək, 
silahlı hərbi əməliyyatların güclənməsi, qismən də Azərbaycan Respub-
likasının  Kəlbəcər  rayonuna  yerli  erməni  qüvvələrinin  son  təcavüzünü 
narahatlıqla qeyd edərək, eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və 
təhlükəsizliyi qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki 
şəxsin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaran-
mış fövqəladə durumla bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bü-
tün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq 
edərək,  eləcə  də  beynəlxalq  sərhədlərin  toxunulmazlığını  və  ərazi  əldə 
etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, 
ATƏM  çərçivəsində  həyata  keçirilən  sülh  prosesini  dəstəklədiyini 
bildirərək və silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün 
dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:
Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların 
və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, eləcə də bütün iş-
ğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal 
edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir;
Bu  işdə  maraqlı  olan  tərəfləri  münaqişəni  ATƏM-in  Minsk  Qrupu-
nun  sülh  prosesi  çərçivəsində  həll  etmək  məqsədilə  dərhal  danışıqları 
bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür 
fəaliyyətdən imtina etməyə israrla dəvət edir;
Bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki 
əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi 
sahəsində  beynəlxalq  fəaliyyətin  maneəsiz  həyata  keçirilməsini  təmin 
etməyə çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humani-
tar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;
Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in 
Minsk Qrupunun sədri ilə məsləhətləşmə keçirib bölgədəki, o cümlədən 
Azərbaycanın  Kəlbəcər  rayonundakı  vəziyyətə  qiymət  versin  və  Şuraya 
yeni məruzə təqdim etsin;
Qərara alır ki, bu məsələ ilə fəal məşğul olunmasını davam etdirsin.

 164
QARABAĞ 
   
99 SUALDA
Azərbaycanda  yaşayan  kürdlərin  dünya  kürdlərinə  müraciəti. 
Bakı, 2 aprel 1993-cü il. (Qeyri-rəsmi tərcümə)
Biz, minlərlə Azərbaycan kürdü əsrlərlə azərbaycanlılarla sülh və dost-
luq  şəraitində  yaşamışıq.  Azərbaycanda  demokratiyanın  inkişafı  baxı-
mından, dilimizə, adət-ənənələrimizə hörmət var. Biz öz dilimizdə qəzet 
və kitablar çap ediririk və həmçinin radio yayımımız da var. Hətta Kürd 
mədəni  mərkəzimiz  də  var.  Amma  son  beş  ildə  Azərbaycanda  yaşayan 
digər xalqlar kimi kürd xalqı da erməni təcavüzünün davam etməsindən 
çox  əziyyətlər  çəkirlər.  Laçın  kürdləri  soyqırım  siyasətinə  məruz  qalıb: 
yüzlərlə  qoca,  qadın  və  uşaq  öldürülüb  və  ya  əsir  götürülüb,  kürdlərin 
şərəfinə kobud şəkildə toxunulub. On iki kürd kəndi yer üzündən silinib.
Kürdlərin ermənilərin əlindəki torpaqlarından qovulmasına səbəb olan 
siyasət bu gün də davam edir. Kəlbəcərin 60,000 mülki əhalisi indi mühasirə 
edilib  və  Xocali  qətliamından  sonra  indi  daha  böyük  bir  fəlakət  yaxınla-
şır.  Rayonun  kürdləri  orada  yaşamış  azərbaycanlılarla  birlikdə  öldürülür. 
Evlər talan olunaraq yerlə-yeksan edilir, insanlar öldürülür. Tarixin təkrar 
olunmasına  yol  verilə  bilməz!  1905,  1908,  1937,  1947-1948-ci  ildən  bu 
günə qədər Ermənistandan on minlərlə kürd dəfələrlə sıxışdırılaraq qovu-
lub.  1988-1989  illərdə  20.000-dən  çox  müsəlman  kürdü  Ermənis tan dakı 
öz ata-baba ocaqlarından qovulmuşdu ki, onlardan 12,000 Azərbaycanda 
məskunlaşmağa qərar verib. İndi yenə də, Ermənistanın Azərbaycana qar-
şı əsassız ərazi iddiaları səbəbindən Azərbaycanda yaşayan bütün xalqların 
öz evlərindən, yurd-yuvalarından qovulmaları nəticəsində qan axıdılır. Biz 
kürd ictimaiyyəti adından dönə-dönə bildirmək istəyirik ki, Azərbaycan bi-
zim vətənimiz, azərbaycanlılar isə bizim ən yaxın dostlarımızdır. 
Əziz həmmilətimiz! Ermənilərin bizi düçar etdiyi fəlakət barədə bütün 
yoldaşlara məlumat verin! Azərbaycanın kürd kişi və qadınlarının düçar 
olduğu fəlakəti öz fəlakətiniz hesab edin! Qoy onlar Laçın və Kəlbəcər 
fəlakətlərinin Xocali faciəsinin sadəcə davamı olduğunu bilsinlər! 
Biz dünya kürd ictimaiyyətini bizə, Azərbaycan kürdlərinə qoşulma-
ğa, ölkəmizi təcavüz və işğaldan azad etmək naminə kütləvi, beynəlxalq 
həmrəylik kampaniyasına başlamağa çağırırıq! Ədalət və sülh naminə biz 
sizi Azərbaycandakı qədim vətənimizi xilas etməkdə köməyə çağırırıq!
İmzalanıb: ‘Ronayi’ Kürd Mədəniyyət Mərkəzi.

 165
QARABAĞ 
   
99 SUALDA
50. 1993-cü ildə Azərbaycan daxilindəki qarışıqlıq 
Dağlıq-Qarabağ müharibəsinə necə təsir etdi?
Azərbaycanın  milliyətçi  və  demokratik  düşüncəli  ikinci  prezidenti 
Əbülfəz Elçibəyin prezident vəzifəsindən imtina etməsinə səbəb olan da-
xili və xarici amillər nəticəsində 1993-cü ildə Azərbaycanda siyasi qarışıq-
lıq yarandı və bu Rusiyanın birbaşa dəstəyi ilə Dağlıq Qarabağ üzərində 
Ermənistanın  siyasi  və  hərbi  gücünü  artırdı.  Elçibəyin  prezidentliyi 
dövründə Rusiyanın Ermənistanı dəstəkləməsinin əsas səbəbi Elçibəyin 
qərb meylli və anti-rus siyasəti idi. 
Qeyd etmək lazımdır ki, Elçibəy hökumətinin xarici siyasətinin əsas 
prioritetini Türkiyə və qərb ölkələri ilə yüksək səviyyəli əlaqələrin inkişa-
fı və Azərbaycanın Rusiyanın siyasi təsirindən çıxarılması təşkil edirdi.
471
 
Azərbaycanın “türkləşmə” siyasəti və davamlı olaraq MDB-yə qatılmaq-
dan imtina etməsi Rusiyanı qəzəbləndirdi və onu Ermənistanla əlaqələrini 
gücləndirməyə  yönəltdi.  Təhlillər  göstərir  ki,  Rusiya  MDB-ni  Cənubi 
Qafqazda öz müstəsna hegemonluğunu yenidən bərpa etmək üçün əsas 
vasitə olaraq görürdü. Lakin Elçibəy hökumətinin 1991-ci ildə Daşkənd 
sazişini ratifikasiya etməməsi və MDB-yə qatılmaqda istəksizliyi Rusiya-
nın regiona olan strateji planlarını əngəllədi.
472
 
Rusiya  ilə  Azərbaycan  arasında  gərginliyin  artmasının  digər 
səbəblərindən  biri  də  regionda  qərb  ölkələrinin  və  qərb  yönümlü 
təşkilatların artan rolu idi. Xüsusilə də, ATƏT-in Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsində vasitəçilik prosesinə rəhbərlik etməsi Ru-
siyanın narahatlığını artırmışdı. Buna görə də, Rusiya öz hərbi qüvvələrini 
müharibə  şəraitində  olan  iki  Cənubi  Qafqaz  ölkəsinin  sərhədində 
yerləşdirmək  istəyirdi.  Eyni  zamanda,  ATƏT  öz  fəaliyyətini  Rusiya  ilə 
koordinə etməyə çalışır və təkliflərində “Rusiya müşahidəçilərinin MDB 
çərçivəsində Azərbaycan və Ermənistan sərhədi arasında işğal edilmiş La-
471  Gül, Murat, “Russia and Azerbaijan: Relations after 1989”, Alternatives: Turkish Journal of 
International Relations, Vol. 7, No. 2&3, 2008, pp. 56-57.
472  Souleimanov, Emil & Evoyan, Lia, “Two Position on the Nagorno Karabakh war: Russian and 
Turkish (1990-1994)”, Central Asia and the Caucasus: Journal of Social and Political Studies, Vol. 13, 
Issue 4, 2012, p. 11.

 166
QARABAĞ 
   
99 SUALDA
çın  rayonunda  yerləşdirilməsi”ni  nəzərdə  tuturdu.
473
  Buna  baxmayaraq, 
Azərbaycan parlamentinin MDB ilə bağlı qərarından sonra Azərbaycan 
hökuməti  MDB-nin  1993-cü  il  yanvarın  17-də  Minskdə  keçirilən  zirvə 
toplantısında  iştirak  etməkdən  imtina  edərək  Rusiyanın  regionda  öz 
“sülhməramlı  qüvvələrini”  yerləşdirmək  üçün  irəli  sürdüyü  hərbi  təklifi 
rədd  etdi.  Elçibəy  hakimiyyətinin  əsaslandırmasına  görə  Rusiyanın 
sülhməramlı qüvvələr kimi regionda öz hərbi qüvvələrini yerləşdirməkdə 
niyyəti  bunu  Azərbaycana  qarşı  siyasi  alət  kimi  istifadə  edərək  Dağlıq 
Qarabağı  digər  bölgələrdən  təcrid  etmək
  idi.
474
  Buna  görə  də,  Elçibəy 
hakimiyyəti  Rusiya  qoşunlarının  Azərbaycan  ərazisindən  çıxarılmasını 
təkid edirdi.
475
 
O zamanlar Rusiya ilə mövcud vəziyyəti ağırlaşdıran digər amillərdən 
biri də Elçibəy hökumətinin enerji siyasəti idi. Elçibəyin enerji siyasətinin 
əsas prioritetləri Qərb transmilli şirkətlərin diqqətini Azərbaycanın Xəzər 
dənizindəki enerji ehtiyatlarının mənimsənilməsinə cəlb etmək idi. Buna 
görə də, müxtəlif neft şirkətləri konsorsiuma daxil olmaq üçün dəvət edil-
mişdi. Lakin, Elçibəyin Rusiyaya qarşı antaqonist münasibətinə görə Ru-
siya bu konsorsiuma daxil deyildi.
476
 Azərbaycan hökuməti ilə müxtəlif 
xarici  neft  şirkətləri  arasında  Azərbaycan  neft  yataqlarının  istismarı  ilə 
əlaqədar enerji üzrə yekun müqavilənin 1993-cü ilin iyununda Londonda 
imzalanması nəzərdə tutulmuşdu. 
Buna görə də, Rusiya öz ənənəvi “parçala, hökm sür” siyasətini tətbiq 
etməyə  başladı.  Dağlıq  Qarabağ  münaqişəsi  Azərbaycanı  Rusiyanın 
tələblərini  qəbul  etməyə  vadar  etmək  baxımıdan  Rusiya  üçün  şans  idi. 
Qarabağ  cəbhəsində  davam  edən  uğursuzluqlara  baxmayaraq,  Elçibəy 
hökuməti heç cür yola gəlmir və Rusiyanın hətta ən yumşaq tələblərini belə 
qəbul etməkdən boyun qaçırırdı.
477
 Beləliklə, Rusiyaya qarşı düşmənçilik 
mövqeyi Elçibəy hökumətinə baha başa gəldi. 
473  a.k.ə. Mekhtiev, Elkhan, “Security Policy in Azerbaijan”. 
474  a.k.ə. Mekhtiev, Elkhan, “Security Policy in Azerbaijan”. 
475  Ismailzade, Fariz, “Azerbaijan’s Tough foreign Policy Choices”, UNISCI Discussion Papers, 2004, 
p. 4.
476  Top, Gözde, “Azerbaijan in Post-Independence Period”, Platform for Global Challenges, 2012, p. 3.
477  a.k.ə. Souleimanov, Emil & Evoyan, Lia, (2002), p. 11.

 167
QARABAĞ 
   
99 SUALDA
Rusiyanın  Dağlıq  Qarabağ  müharibəsində  Ermənistana  kömək 
etməsi  və  Sürət  Hüseynovun  hökumət  əleyhinə  çevriliş  etmək  cəhdini 
dəstəkləməsi  Elçibəy  hökumətinin  hərbi  qüvvələr  üzərində  nəzarətini 
itirməsi ilə nəticələndi. 1992-ci ildə Elçibəy hökumətinin uğurlu əks hü-
cumlarına baxmayaraq, artıq vəziyyəti nəzarətdə saxlamaq mümkün de-
yildi. Çünki, Azərbaycanın Dağlıq Qarabağdakı hərbi birləşmələri bunu 
öz şəxsi ordusu hesab edən azərbaycanlı hərbi “liderlər”  tərəfindən idarə 
edilirdi.  Rusiyanın  təzyiqi  ilə  bu  hərbi  “liderlər”in  öz  hərbi  dəstələrini 
ön cəbhədən geri çəkməsi   erməni ordusuna qarşı dayanmaqda çətinlik 
çəkən  Azərbaycan  hökumətinin  nizami  ordusunu  daha  da  zəyiflətdi. 
Bundan  başqa,  ölkədə  Sadval  hərəkatı  kimi  etnik  qiyam,  Azərbaycanın 
cənub hissəsində isə Əlikram Hümbətovun başçılıq etdiyi qiyamlar baş 
almışdı.  Bütün  bu  amillər  Dağlıq  Qarabağda  ərazilərin  itirilməsinə  və 
yeni hərbi uğursuzluğa qarşı ictimai etirazlara yol açdı ki,
478
 bu da, 1993-
cü ilin iyun ayında Elçibəyin tutduğu vəzifəni tərk etməsinə səbəb oldu. 
Nəticədə, 1993-cü ildə Azərbaycanda siyasi qarışıqlıqlar zamanı erməni 
hərbi qüvvələri Rusiyanın dəstəyi ilə Dağlıq Qarabağ ətrafındakı bütün 
bölgələri - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, və Zəngilanı iş-
ğal edərək yüz minlərlə azərbaycanlını öz tarixi torpaqlarını tərk edərək 
Azərbaycanın digər rayonlarına məskunlaşmağa vadar etdilər.
 51. 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik 
Şurasının 853 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu?
BMT  Təhlükəsizlik  Şurası  ATƏM-in  Minsk  qrupu  (indiki  ATƏT) 
sədrinin (S/25184) 27 iyul 1993-cü il tarixdə açıqladığı hesabata əsasən 
1993-cü  il  iyulun  29-da  Təhlükəsizlik  Şurasının  3259-cu  iclasında  853 
saylı qətnaməni qəbul etdi. Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini 
təsdiq edən 853 saylı qətnamə ilə BMT-nin Təhlükəsizlik Şurası münaqişə 
tərəfləri olan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasın-
478  Aliyeva, Leila, “The Institutions, Orientations, and Conduct of Foreign Policy in Post Soviet 
Azerbaijan,” in Adeed Dawisha and Karen Dawisha ed., The Making of Foreign Policy in Russia and New 
States of Eurasia (M.E. Sharpe, 1995), p. 295.

 168
QARABAĞ 
   
99 SUALDA
da əlaqələrin pisləşməsindən və regionda sülhü və təhlükəsizliyi təhlükə al-
tına atan gərginlik barədə öz ciddi narahatlığını bildirirdi. 853 saylı qətnamə 
ilə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi 
bütövlüyünü  təsdiq  edir,  Ağdam  rayonunun  və  Azərbaycanın  digər  zəbt 
edilmiş rayonlarının işğalını pisləyir, hərbi əməliyyatların dayandırılmasını 
və qeyd-şərtsiz olaraq Ağdam da daxil olmaqla Azərbaycanın işğal olunmuş 
digər rayonlardan silahlı hərbi qüvvələrin çıxarılmasını tələb edirdi. Bundan 
əlavə, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Təhlükəsizlik Şura-
sı Minsk Qrupunun əvvəlki qətnamələrin həyata keçirilməsi ilə bağlı səyi də 
daxil olmaqla davamlı səylərini təqdir edir və Baş katibdən ATƏT-in sədri və 
Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşərək vəziyyət barədə Şuraya 
məruzə etməyi xahiş edirdi.
479
 
Qeyd  etmək  lazımdır  ki,  Təhlükəsizlik  Şurası  853  saylı  qətnaməni 
qəbul edərkən, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi 
təmin  etməyə  mane  olan  münaqişələri  araşdırmaq,  danışıqlar,  sorğu, 
vasitəçilik, barışdırma, arbitraj və məhkəmə yolu ilə həllinə nail olmaq, 
regional  təşkilatlar  və  ya  müəssisələr  və  ya  sülhməramlı  vasitələr  yarat-
maq və münaqişə tərəflərini bu vasitələrdən istifadə etməklə münaqişəni 
həll  etməyə  çağırmaq  hüququ  olduğunu  göstərən  Birləşmiş  Millətlər 
Təşkilatının Nizamnaməsinin 4-cü fəslinin 34-cü maddəsinə
480
 əsasən öz 
səlahiyyətindən istifadə etmişdir.
481
 
Yuxarıda  qeyd  edildiyi  kimi,  853  saylı  Qətnamə  1993-cü  il  iyulun 
23-də  Azərbaycanın  Ağdam  rayonunun  Ermənistan  silahlı  qüvvələri 
tərəfindən  işğalından  sonra  qəbul  edilmişdi.  Coğrafi  baxımdan  keçmiş 
DQMV-nin sərhədlərindən kənarda, Xankəndindən otuz kilometr şimal-
şərqdə  yerləşən  Ağdam  rayonu  1094  km
2
  ərazini  əhatə  edirdi.  İşğaldan 
əvvəl  əsasən  etnik  azərbaycanlılardan  ibarət  olan  bu  rayonun  əhalisi 
təqribən 153 min nəfər idi.
482
 
479  United Nation Security Council, “Resolution 853”, s/RES/853, 29 July 1993. 
480  a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 366. 
481  “Chapter VI: Pacific Settlement of Disputes”, Charter of the United Nations; (http://www.un.org/en/
documents/charter/chapter6.shtml). Accessed on November 7, 2013. 
482  Babanly, Yusif, “Why and How Agdam Fell”, The Journal of Turkish Weekly, 23 July 2012; (http://
www.turkishweekly.net/news/139058/why-and-how-agdam-fell.html). Accessed on November 7, 2013. 

 169
QARABAĞ 
   
99 SUALDA
Ermənilərə  Dağlıq  Qarabağın  şərq 
tərəfindəki  strateji  ərazini  nəzarətdə  sax-
lamaq  şansı  verən  Ağdamın  işğalı  erməni 
rəhbərləri üçün çox mühüm idi, çünki onlar 
hesab edirdilər ki, bu rayon Əsgəran, Ağdərə 
və  Xankəndində  yerləşən  erməni  hərbi 
məntəqələrinə  hücum  etməkdə  Azərbaycan 
üçün  əsas  ərazidir.  Bununla  yanaşı,  onlar 
Dağlıq  Qarabağın  şərq  hissəsində  yerləşən 
Azərbaycanın ən böyük rayonlarından birinin 
işğal olunmasının “bütünlükdə müharibənin 
gedişatını”  dəyişəcəyini  güman  edirdilər.
483
 
Bu səbəbdən də, Azərbaycanın paytaxtındakı 
siyasi qarışıqlıqdan istifadə edərək ermənilər 
Elçibəyin  istefaya  getməsini  tələb  edən 
hərbi  çevrilişin  başçısı  Sürət  Hüseynovun 
rəhbərlik  etdiyi  Azərbaycan  hərbi  dəstələri 
ön  cəbhədən  geri  çəkiləndən  sonra,  1993-cü  ilin  yayında  Ağdamı  işğal 
etdilər. Bir aydan çox davam edən uzun və ağır döyüşlərdən sonra, iyulun 
23-də erməni silahlı qüvvələri Ağdamı ələ keçirdi.
484
Human Rights Watch-a görə, Ağdam ələ keçirildikdən sonra erməni silahlı 
qüvvələri “girov götürülməsi, heç bir şeyə fərq qoymadan yanğınlar törədilməsi 
və vətəndaşların məcburi köçürülməsi” də daxil olmaqla müharibə qaydaları-
nı ciddi şəkildə pozdular.
485
 Human Rights Watch, həmçinin qeyd edir ki, bir 
neçə həftə Ağdam və ətraf kəndlər talan edilərək sistemli şəkildə yandırıldı.
486
 
Talanlara gəldikdə, New York Times yazır ki, “əsgərlərdən biri bir əlində çini 
tas və qayka açarı ilə evlərin birindən çıxdığı zaman, digər əsgər kiminsə qara-
jından götürdüklərini motosikletin yanına doldururdu. Qoşqulu yük maşını 
şəhərə daxil olaraq şərab və konyak zavoduna doğru yola düşdü”.
487
 ATƏT-in 
483  a.k.ə. Babanly, Yusif (2012).
484  a.k.ə. Cornell, Svante E. (2001), p. 89.
485  a.k.ə. Human Rights Watch (1994), p. 19.  
486  a.k.ə. Human Rights Watch (1994), p. 27.  
487  a.k.ə. Bonner, Raymond (1993).
853 saylı qətnamə ilə 
Təhlükəsizlik Şurası 
Azərbaycan Respublikasının 
suverenliyini və ərazi 
bütövlüyünü təsdiq edir, 
Ağdam rayonunun və 
Azərbaycanın digər zəbt 
edilmiş rayonlarının işğalını 
pisləyir, hərbi əməliyyatların 
dayandırılmasını və qeyd-
şərtsiz olaraq Ağdam da daxil 
olmaqla Azərbaycanın işğal 
olunmuş digər rayonlardan 
silahlı hərbi qüvvələrin 
çıxarılmasını tələb edirdi.

 170
QARABAĞ 
   
99 SUALDA
Minsk Qrupunun bir qərb diplomat fəalına əsaslanaraq Human Rights Watch 
yazır: “Ağdamın yandırılması və qarət edilməsi intizamsız qoşunların hərəkəti 
nəticəsində  deyil,  Stepanakertdəki  Qarabağ  rəsmilərinin  mükəmməl  təşkil 
etdikləri planın nəticəsi idi”.
488
Bu hücum zamanı erməni təcavüzkarları Ağdamın 1094 km
2
 ərazisinin 
883 km
2
-ni, bir şəhəri və 80 kəndi işğal etmişdir. Ağdamın işğal olunma-
sı  nəticəsində  dəyən  maddi  zərər  6.179  milyard  dollar  dəyərində  idi.
489
 
Erməni  silahlı  qüvvələrinin  hücumu  zamanı  bir  ay  ərzində  Ağdamda 
5,897 azərbaycanlı öldürülmüşdür və bu Azərbaycan və Ermənistan ara-
sında Dağlıq Qarabağ  müharibəsi zamanı bir rayon üzrə ən böyük insan 
itkilərindən biri idi. ABŞ-ın Qaçqınlar üzrə Komitəsinin məlumatına görə, 
128.584 Ağdam sakini məcburi köçkün düşmuşdur.
490
Bütün  bu  itkilərə  baxmayaraq,  Ermənilər  Azərbaycanın  Ağdam 
rayonuna  hücum  etmələrini  inkar  edərək  iddia  edirlər  ki,  guya  bu 
qüvvələr özlərini müdafiə edirmişlər. Bununla əlaqədar olaraq, o zaman 
Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin baş məsləhətçisi Vəfa Quluzadə 
Ermənistan hökumətinə istinad edərək demişdi ki, “bu gün Yerevanla da-
nışdım... rəsmilər bir daha Qarabağdakı hərbi qüvvələrin onların nəzarəti 
altında olmadığını bildirərək yalan arxasında gizlənirlər. Aydın görünür 
ki, onlar sülh planının şərtlərini yerinə yetirməmək üçün bir bəhanə kimi 
Azərbaycanda daha çox xaos yaratmaq istəyirlər”.
491
 Human Rights Watch 
məruzə  edir  ki,  “halbuki,  hadisəni  gözü  ilə  görmüş  şahidlər  açıq-aydın 
onların  yalanını  təkzib  edir”.
492
  ABŞ  Dövlət  Departamenti  eyni  zaman-
da bildirir ki, Ağdama hücum “qanuni özünümüdafiə kimi əsaslandırıla 
bilməz”.
493
 
488  a.k.ə. Human Rights Watch (1994), p. 27.
489  “20 Years Pass since Occupation of Azerbaijan’s Agdam Region”, Trend, 23 July 2013; (http://
en.trend.az/news/karabakh/2173141.html). Accessed on November 7, 2013. 
490  a.k.ə. Babanly, Yusif (2012). Həmçinin bax; “Profile of International Displacement: Azerbaijan” 
Global IDP Database of the Norwegian Refugee Council, 25 February 2005, p. 29. 
491  “Azerbaijan Says Armenians Are Gaining Ground in Heavy Fighting”, The New York Times, 13 June 
1993; (http://www.nytimes.com/1993/06/13/world/azerbaijan-says-armenians-are-gaining-ground-in-
heavy-fighting.html). Accessed on November 7, 2013. 
492  a.k.ə. Human Rights Watch (1994), p. 21.
493  Migdalovitz, Carol, “Armenia-Azerbaijan Conflict”, CRS Issue Brief for Congress, Order Code 
IB92109, 8 August 2003, p. 4.

 171
QARABAĞ 
   
99 SUALDA
Nəticədə, 1993-cü il iyulun 23-də Ağdam rayonunun işğalından sonra 
BMT Təhlükəsizlik Şurası Minsk qrupu sədrinin hesabatına əsasən 853 
saylı qətnaməni qəbul etmişdir. Azərbaycanın dərhal qətnamənin şərtlərini 
qəbul  etdiyini  bəyan  etməsinə  baxmayaraq,  Ermənistan  Minsk  Qrupu-
nun  Azərbaycanın  xeyrinə  işlədiyini  bildirmiş  və  853  saylı  qətnamənin 
qərəzli olduğunu elan etmişdi. Buna görə də, bütün hərbi əməliyyatların 
dayandırılması və Azərbaycanın işğal edilmiş rayonlarından erməni silahlı 
qüvvələrinin  dərhal  çıxarılması  haqqında  BMT  Təhlükəsizlik  Şurasının 
tələbinə baxmayaraq, ermənilər öz mənfur hücumlarını daha da artırdılar 
və növbəti aylarda Azərbaycanın digər rayonlarını da işğal etdilər.
494
 
BMT Təhlükəsizlik Şurasının 3259-cu iclası
853 saylı QƏTNAMƏ
495
29 iyul 1993-cü il
Təhlükəsizlik Şurası 
1993-cü il 30 aprel tarixli öz 822 (1993) qətnaməsini təsdiq edərək, 
Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  məsələlərinə  dair  Müşavirənin 
(ATƏM)  Minsk  Qrupunun  sədri  tərəfindən  1993-cü  il  iyulun  27-də 
(S/26184) baxılmış məruzəni nəzərdən keçirərək, 
Ermənistan  Respublikası  ilə  Azərbaycan  Respublikası  arasında 
münasibətlərin pisləşməsi və onların arasındakı gərginliklə əlaqədar ola-
raq  ciddi  narahatlıq  keçirdiyini  ifadə  edərək,  əlaqədar  tərəflərin  onun 
822  (1993)  qətnaməsinin  həyata  keçirilməsi  sahəsində  təxirəsalınmaz 
tədbirlər  cədvəlini  qəbul  etməsini  alqışlayaraq,  hərbi  əməliyyatların 
güclənməsini, o cümlədən Azərbaycan Respublikasında Ağdam rayonu-
nun işğal olunmasını təşvişlə qeyd edərək, bu vəziyyətin bölgədə sülh və 
təhlükəsizlik üçün qorxu törətməsindən narahat olaraq, 
Azərbaycan  Respublikasında  çox  böyük  miqdarda  mülki  şəxslərin 
494  Gurbuz, Vedat, The Nagorno Karabakh Conflict and Azeri Policies, 1988-1994, Review of 
ARMENIAN STUDIES, Vol. 4, No. 4, 2003. Retrieved from; (http://www.eraren.org/index.php?Lisan=en
&Page=DergiIcerik&IcerikNo=119). Accessed on November 7, 2013.   
495  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 779-781.

 172
QARABAĞ 
   
99 SUALDA
didərgin düşməsi və bölgədəki fövqəladə humanitar vəziyyətlə əlaqədar 
yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək:
1.  Azərbaycan Respublikasının Ağdam rayonunun və bu yaxınlarda zəbt 
olunmuş bütün digər rayonlarının işğalını pisləyir;
2.  Bölgədə  gələcəkdəki  bütün  düşmənçilik  hərəkətlərini,  o  cümlədən 
mülki şəxslərə hücumları və yaşayış rayonlarının bombalanmasını və 
top atəşinə tutulmasını pisləyir;
3.  Bütün  hərbi  əməliyyatların  təxirə  salınmadan  dayandırımasını  və 
münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikası-
nın Ağdam rayonundan və bu yaxınlarda işğal olunmuş bütün digər 
rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir;
4.  Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razılığa gəlməyə və 
bu razılaşmalara əməl etməyə çağırır;
5.  Bölgədə iqtisadi, nəqliyyat və energetika əlaqələrini bərpa etməyə dair 
özünün əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü bəndlər baxımından 
bir daha təsdiq edir;
6.  Münaqişənin  dincliklə  aradan  qaldırılmasına  nail  olmaq  sahəsində 
ATƏM-in Minsk Qrupunun davam etdirdiyi səyləri, o cümlədən 822 
(1993) saylı qətnamənin həyata keçirilməsi sahəsində səyləri bəyənir 
və  hərbi  əməliyyatların  gücləndirilməsinin  bu  səylər  üçün  fəlakətli 
nəticələr  verə  biləcəyi  ilə  əlaqədar  ciddi  narahatlıq  keçirdiyini  ifadə 
edir;
7.  ATƏM-in  müşahidə  üzrə  nümayəndə  heyətinin,  həmçinin  onun 
yerləşdirilməsi  cədvəlinin  hazırlanması  sahəsində  tədbirləri,  habelə 
bölgədə ATƏM-in nümayəndələrinin olmasının təmin edilməsinə dair 
təkliflərə ATƏM çərçivəsində baxılmasını alqışlayır;
8.  Əlaqədar  tərəfləri  münaqişənin  dincliklə  aradan  qaldırılmasına  ma-
neçilik törədən hər hansı hərəkətlərdən çəkinməyə və vəziyyətin qəti 
şəkildə nizama salınmasına nail olmaq məqsədilə danışıqları ATƏM-
in Minsk Qrupu çərçivəsində, habelə əlaqədar tərəflər arasında birbaşa 
görüşlər vasitəsilə davam etdirməyə təkidlə çağırır;
9.  Ermənistan Respublikasının hökümətini Azərbaycan Respublikasının 
Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993) saylı qətnamənin 

 173
QARABAĞ 
   
99 SUALDA
müddəalarına əməl etməsi və öz təsirini göstərməyi davam etdirməyə 
təkidlə çağırır;
10. Dövlətləri  münaqişənin  güclənməsinə  və  ya  ərazinin  işğalının  da-
vam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat 
göndərməkdən çəkinməyə təkidlə çağırır;
11. Mülki  əhalinin  artmış  iztirablarını  yüngülləşdirmək  üçün  bölgədə, 
xüsusən  münaqişənin  əhatə  etdiyi  bütün  rayonlarda  humanitar  yar-
dım  göstərilməsi  sahəsində  beynəlxalq  fəaliyyətin  maneəsiz  həyata 
keçirilməsini təmin etməyə yenidən çağırır və bir daha təsdiq edir ki, 
bütün  tərəflər  beynəlxalq  humanitar  hüququn  prinsiplərinə  və  nor-
malrına əməl etməyə borcludurlar;
12. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər 
çəkmiş  mülki  əhaliyə  təcili  humanitar  yardım  göstərsin  və  didərgin 
düşmüş şəxslərə öz evlərinə qayıtmağa kömək etsinlər;
13. Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə məsləhətləşərək 
yaranmış vəziyyət haqqında Şuraya məruzələr təqdim olunmasını da-
vam etdirsin;
14. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin