Bİlal Dədəyev


“Qara Yanvar qətliamı” nə zaman və hansı məqsədlə



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

41. “Qara Yanvar qətliamı” nə zaman və hansı məqsədlə 
həyata keçirildi?
Ermənistan  SSR-nin  1989-cu  il  dekabrın  1-də  Dağlıq  Qarabağın 
Ermənistana  birləşdirilməsi  haqqında  antikonstitusion  qərar  qəbul 
etməsi Ermənistan tərəfindən Sovet Konstitusiyasını pozaraq Azərbaycan 
SSR-in  ərazi  bütövlüyünə  qarşı  açıq  hüquqi  müdaxilə  aktı  idi.  Mərkəzi 
hakimmiyyətin,  gözlənildiyi  kimi,  bu  kobud  müdaxilə  faktına  da 
göz  yumması  tərəflər  arasında  mövcud  olan  gərgin  vəziyyəti  daha  da 
kəskinləşdirdi.  Bu  hadisə  Azərbaycanın  paytaxtında  sovet  rəhbərliyinin 
iki  üzlü  siyasətinə  qarşı  ümummilli  nümayişlərin  başlanmasına  səbəb 
oldu.  Sovet  hakimiyyətinə  qarşı  milli  azadlıq  hərəkatını  yatırtmaq 
üçün Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha 
dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti 
öz  vətəndaşları  qarşısındakı  konstitusiya  öhdəliyini  pozaraq  ən  müasir 
texnika və silahlarla silahlanmış iri qoşun kontingentini şəhərə yeritməklə 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. 
“Qara  Yanvar”  qətliamı  olaraq  tarixə  keçən  bu  qırğın  Sovet  İttifaqının 
Azərbaycana qarşı 70 il ərzində yeritdiyi təcavüzkar və ikili siyasətin son 
nöqtəsi  oldu.  Həmin  gecə  26,000  nəfərlik  “Alfa”  qrupu  adlanan  Xüsusi 
Təyinatlı Sovet ordusu fövqəladə vəziyyət elan etmədən Bakıya daxil ola-
raq günahsız Azərbaycan xalqına qarşı qəddarlıq törətmişdi. Gecə yarısı 
başlanan  bu  qətliamda  əliyalın  uşaqlar,  qadınlar  və  yaşlılara  belə  aman 
verilmədi.  Qətliamdan  sonra  Helsinki  Human  Rights  Watch  (Helsinki 
İnsan Hüquqları Komitəsi) Sovet ordusunun silahsız dinc əhalini qəsdən 
tankların altında necə əzdiyi barədə müraciət qəbul etdi. Komitənin ver-
diyi məlumatlara görə, “Bakı qırğını zamanı insan hüquqları ən dəhşətli 
şəkildə pozulmuş – tibbi personala, təcili yardım və hətta xəstəxanalara 
çoxsaylı hücumlar olunmuşdu”.
370
Sovet  qoşunlarının  Bakıda  və  ölkənin  digər  bölgələrində  qanunsuz 
hərəkətlərinin nəticəsində 133 nəfər öldürüldü, 611 nəfər yaralandı, 841 
370  Human Rights Watch/Helsinki, CONFLICT IN THE SOVIET UNION: Black January in 
Azerbaidzhan (Human Rights Watch, 1991), p. 23. 

 126
QARABAĞ 
   
99 SUALDA
nəfər qanunsuz olaraq həbs edildi, 5 nəfər isə 
itkin  düşdü.  Qeyri-qanuni  aktın  qurbanları 
arasında yeddi yaşlı oğlan, on altı yaşlı qız, 
səksən yaşlı kişi, başqa bir qurbana yardım 
etməyə  tələsən  təcili  yardım  maşınının  vu-
rulması nəticəsində öldürülən gənc həkim və 
bir çox günahsız Azərbaycan vətəndaşları var 
idi. O gecə görünməmiş qəddarlıqla həyata 
keçirilən cəza tədbirləri nəticəsində ümumi 
dəyəri təxminən 5637286 rubl olan 200 ev 
və mənzil, 80 avtomaşın, o cümlədən təcili 
yardım maşınları, dövlət və şəxsi əmlak So-
vet əsgərləri tərəfindən talan edildi və yandırıldı.
371
 1990-cı il yanvarın 20-
də günahsız Azərbaycan xalqına qarşı dövlət tərəfindən maliyyələşdirilən 
qanlı terror və cinayət aktları Sovet İttifaqı tərəfindən həyata keçirilmişdi. 
O zamandan bəri bu qırğın Azərbaycan xalqı tərəfindən 
“Qara Yanvar” 
kimi qeyd edilir.
“Qara  Yanvar”  Azərbaycan  xalqına  qarşı  qəsdən  aparılan  mərhələli 
hərbi əməliyyatların nəticəsi idi. Qətliam baş verməzdən əvvəl Azərbaycan 
Ali Soveti və digər siyasi təşkilatlar sovet rəhbərliyi tərəfindən iflic edil-
miş, əhalinin tərksilah edilməsi bəhanəsi ilə bütün milis əməkdaşlarının 
silahları əlindən alınmış, yanvarın 19-da əhalini informasiyadan məhrum 
etmək məqsədilə Bakıda televiziya qülləsinin enerji bloku partladılaraq ya-
yımı dayandırılmış, və əcnəbilərin şəhərə girməsinə qadağa qoyulmuşdu. 
Sovet hokumətinin rəsmiləri öz qanlı cinayətlərini gizlətmək üçün qərb 
jurnalistlərinin Bakıya gəlməsini qadağan etmişdilər. Lakin, həmin gecə 
Bakıda olan iki rus fotoqrafına istinad edən Washington Post 1990-cı il 22 
yanvar tarixində yazırdı: “İşğalın ilk saatlarında Sovet əsgərləri demək olar 
ki, tərpənən hər bir şeyə atəş açırdılar”.
372
 Düşünülmüş bu terror aktının 
371  “BLACK JANUARY of 1990”, Administrative Department of the President of the Republic of 
Azerbaijan: PRESIDENTIAL LIBRARY, p. 19. 
372  Oberdorfer, Don, “Azerbaijani Capital Demands Withdrawal of Soviet Troops”, The Washington 
Post, 22 January 1990. Retrieved from; (http://files.preslib.az/projects/aggression/meqale_en.pdf). 
Accessed on  January 05, 2014.
Həmin gecə 26,000 nəfərlik 
“Alfa” qrupu adlanan Xüsusi 
Təyinatlı Sovet ordusu 
fövqəladə vəziyyət elan 
etmədən Bakıya daxil olaraq 
günahsız Azərbaycan xalqına 
qarşı qəddarlıq törətmişdi. 
Gecə yarısı başlanan bu 
qətliamda əliyalın uşaqlar, 
qadınlar və yaşlılara belə 
aman verilmədi.

 127
QARABAĞ 
   
99 SUALDA
həyata keçirilməsi üçün bir neçə gün əvvəl SSRİ Müdafiə və Daxili İşlər 
nazirləri və yüksək rütbəli hərbiçiləri Bakıya gəlmiş, xüsusi missiya üçün 
hazırlanmış  Sovet  reservisti  döyüşmək  üçün  səfərbər  olunaraq  bölgəyə 
göndərilmişdi.  Qətliamda  iştirak  edən  Sovet  əsgərlərinin  əksəriyyəti 
xüsusi missiya üçün təlim verilmiş atasız-anasızlar idilər.
373
 Lakin, sovet 
rəhbərliyinin bütün səylərinə baxmayaraq 20 yanvar qırğını Azərbaycan 
xalqının iradəsini qıra bilmədi, əksinə, respublikanın istiqlaliyyəti və ərazi 
bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 
42. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 
ilə 1990-cı il “Qanlı yanvar” qətliamı arasında nə kimi 
əlaqə var idi?
Ermənistan  tərəfi  “Qanlı  yanvar”  faciəsindən  öz  xeyrinə  istifadə 
etməyə çalışaraq Sovet Ordusunun Azərbaycana müdaxilə etməkdə əsas 
məqsədinin Bakıda azərbaycanlılar tərəfindən erməni əhaliyə qarşı aparı-
lan uydurma “poqrom”u (qırğın) dayandırmaq olduğunu iddia edirlər.
374
Lakin,  həmin  gecə  Sovet  hərbi  qüvvələrinin  Bakıya  müdaxiləsinin 
əsas səbəbi tamamilə başqa idi. O zaman Azərbaycan Ermənistan SSR-
in  təcavüzünə  məruz  qalmışdı.  Ermənistan  Azərbaycanın  ərazi  bütöv-
lüyünü  pozaraq  Dağlıq  Qarabağı  Ermənistana  birləşdirməyə  çalışırdı. 
Lakin,  Moskvada  Mərkəzi  Hökumət  Azərbaycanın    ərazi  bütövlüyünü 
və  müttəfiq  respublikaların  muxtar  vilayətlərinin  Respublika  və  Sovet 
İttifaqının  Mərkəzi  Hökümətinin  razılığı  olmadan  ayrılmaq  hüququna 
malik olmadığı ifadə olunmuş Sovet Konstitusiyasını pozan ermənilərə 
qarşı  heç  bir  tədbir  görmürdü.
375
    Bundan  əlavə,  1988-ci  ildən  başla-
yaraq,  erməni  hərbi  birləşmələri  Ermənistanda  və  Azərbaycanın  qərb 
bölgələrində  azərbaycanlı  əhaliyə  qarşı  etnik  təmizləmə  həyata  keçirir-
373  a.k.ə. “BLACK JANUARY of 1990”, p. 20. 
374  Miller, Donald E., “The Role of Historical Memory in Interpreting Events in the Republic of 
Armenia”, in Hovannisian, Richard G., ed., Remembrance and Denial: The Case of the Armenian 
Genocide (Wayne State University Press, 1994), p. 194.
375  Mammadov, Mushfig, “Legal Aspects of the Nagorno-Garabagh Conflict”, Caucasian Review of 
International Affairs, Vol. 1 (1), Winter 2006, p. 16.

 128
QARABAĞ 
   
99 SUALDA
di.  Ermənistanda  yaşayan  azərbaycanlılar 
görünməmiş qəddarlıqla öz evlərindən, doğ-
ma yurd-yuvalarından didərgin salınır, onla-
rın bir çoxu – qoca, qadın və uşaqlar da daxil 
olmaqla öldürüldü. 
1989-cu  ilin  əvvəllərində  SSRİ  Kom-
munist  Partiyası  Mərkəzi  Komitəsi  və 
Nazirlər  Sovetinin  xüsusi  qərarı  ilə  Dağlıq 
Qarabağ  Azərbaycanın  yurisdiksiyasın dan  çıxarıldı  və  birbaşa  Sovet  İt-
tifaqının sərəncamına verildi. SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il 
yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində 
xüsusi  idarəçilik  formasının  tətbiqi  haqqında”  qərar  qəbul  etdi.
376
  Bu, 
Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Azərbaycan  SSR-nin    nəzarətindən 
çıxarılmasında mühüm bir addım idi. Məqsəd aydın idi: Dağlıq Qarabağ 
Muxtar  Vilayətində  yaradılmış  Xüsusi  İdarə  Komitəsi  muxtar  vilayətin 
Azərbaycandan  alınıb  Ermənistana  verilməsini  təmin  etməli  idi.  Lakin 
bunu başa düşən Azərbaycan xalqının demokratik qüvvələrinin mübarizəsi 
nəticəsində həmin il noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. 
Mərkəzi hökumətin qərarı ilə muxtar vilayət üzərində Moskvanın birbaşa 
idarəçiliyi sona çatdı və o Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Ancaq 
bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan 
SSR bu vəziyyətdən istifadə edərək 1989-cu il dekabrın 1-də  “Ermənistan 
SSR-lə  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  birləşdirilməsi  haqqında” 
qərar qəbul etdi.
377
 
Baş  verən  bütün  bu  hadisələrdən  sonra    sovet  hökumətinin  ikili 
siyasəti və azərbaycanlı əhalinin öz tarixi ərazilərindən çıxarılması fonun-
da  Azərbaycanda  milli  azadlıq  hərəkatı  başladı.  1989-cu  ilin  sonunda, 
Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi milli azadlıq hərəkatı Dağlıq 
Qarabağı Ermənistana birləşdirmək üçün Ermənistan Ali Sovetinin qəbul 
etdiyi qərara cavab olaraq müstəqillik və ərazi bütövlüyü idealları uğrun-
da nümayiş edən yüz minlərlə adamı  ətrafında birləşdirərək inanılmaz 
376  a.k.ə. Нагорный Карабах: разум победит, cс. 304-306.
377  a.k.ə. Avakian, Shahen (2010), p. 16.
Məqsəd aydın idi: Dağlıq 
Qarabağ Muxtar Vilayətində 
yaradılmış Xüsusi İdarə 
Komitəsi muxtar vilayətin 
Azərbaycandan alınıb 
Ermənistana verilməsini 
təmin etməli idi.

 129
QARABAĞ 
   
99 SUALDA
dərəcədə  genişlənmişdi.  Belə  ki,  1989-cu 
ilin  sonunda  Azərbaycanda  hadisələrin  ge-
dişi  ölkədə  kommunist  hökumətinə  deyil, 
Azərbaycan Xalq Cəbhəsinə sədaqəti, inamı 
artırdı.
378
Lakin, Sovet İttifaqı strateji əhəmiyyətli 
və  zəngin  enerji  ehtiyatlarına  malik 
Azərbaycanı itirə bilməzdi. Sovet hökuməti 
bu illərdə dünya bazarında neftin qiymətinin 
aşağı  olmasına  baxmayaraq,  Azərbaycanın 
təbii  sərvətlərinin  parçalanmanı  yavaşıda-
cağını və İttifaqın iqtisadi süqutunun qarşısını almağa kömək edəcəyini 
düşünürdü. Digər tərəfdən, onlar Sovet İttifaqının müstəqillik iddiasında 
olan digər üzvlərinə, xüsusilə Baltikyanı ölkələr və Gürcüstana dərs vermək 
niyyətində idilər. Bu baxımdan, Moskva Azərbaycan Xalq Cəbhəsinə qarşı 
qəti tədbirlər görməli idi. Buna görə də, DTK-nın başçısı Kryuckova qar-
şıdan gələn seçkilərdə Xalq Cəbhəsinin qələbə qazanmasının qarşısını al-
maq üçün bir plan hazırlamaq tapşırıldı. Bu səbəbdən, Bakıya Sovet hərbi 
qüvvələrinin  müdaxiləsinə  haqq  qazandırmaq  üçün  Sovet  hökumətinə 
bəhanə lazım idi. Buna görə də, DTK tərəfindən Bakının erməni əhalisinə 
qarşı  təşkil  edilən  talanlar  Sovet  İttifaqının  mənafeyinə  xidmət    edirdi. 
Nəticədə, 1990-cı il yanvarın 13-dən 15-ə kimi zorakılıq davam etdi. Yan-
varın 16-da zorakılıq dayandırıldı və Bakının erməni əhalisi əsasən Xalq 
Cəbhəsinin səyləri ilə xilas edildi.
379
“Qara  Yanvar”  qətliamı  zamanı  Bakıya  daxil  olan  hərbi  kontingentə 
məlumat verilmişdi ki, guya onlar rus və ermənilərin yerli əhali tərəfindən 
pozulmuş hüquqlarını qorumaq üçün gedirlər. Lakin, bu aşkar dezinforma-
siya idi. Sovet hücumunun real üzü tamamilə başqa idi. Aydın idi ki, Bakının 
Sovet Ordusu tərəfindən işğalı Azərbaycanda Kommunist rejimin dağılma-
sını  dayandırmaq,  Azərbaycanın  müstəqilliyi  üçün  hər  hansı  bir  müxalifət 
378  a.k.ə. Cornell, Svante E. (2011), p. 53. 
379  Seyidov, Vugar, “Soviet Army in “Black January”: To Save or Kill?”, AzerTAc, 22 January 2010, p. 
24. Retrieved from; (http://files.preslib.az/projects/aggression/meqale_en.pdf). Accessed on  January 05, 
2014.
Dmitri Yazov o vaxt Bakıda 
olan bir qrup Sovet jurnalistinə 
bildirmişdi ki, Bakı hadisələri 
zamanı Kremlin əsas məqsədi 
bu cənub respublikasında 
Azərbaycan Xalq Cəbhəsi 
tərəfindən “bütün idarə və 
müəssisələr”də yaradılmış “güc 
strukturu”nu dağıtmaq idi.

 130
QARABAĞ 
   
99 SUALDA
təklifini  əzmək  və  status-kvonun  qorunub  saxlanması  idi.  Müsahibələrinin 
birində Dmitri Yazov o vaxt Bakıda olan bir qrup Sovet jurnalistinə bildirmiş-
di ki, Bakı hadisələri zamanı Kremlin əsas məqsədi bu cənub respublikasında 
Azərbaycan  Xalq  Cəbhəsi  tərəfindən  “bütün  idarə  və  müəssisələr”də  yara-
dılmış “güc strukturu”nu dağıtmaq idi. Onun sözlərinə görə: “ekstremistlər” 
“gizləniblər”,  bu  da  “Azərbaycanda  asayişin  bərpa  edilməsi  üçün  silahlı 
qüvvələrin öz vəzifəsini yerinə yetirməsini çox çətinləşdirmişdir”.
380
 Bu barədə 
Human Rights Watch-ın hesabatında açıq-aydın deyilir: 
Həqiqətdə, 19-20 yanvar gecəsi Sovet Ordusu tərəfindən törədilən 
zorakılıq  həddini  o  qədər  aşmışdı  ki,  bu  azərbaycanlıların 
müqavimətinə  qarşı  həyata  keçirilən  kollektiv  cəza  idi.  Sovet 
rəsmiləri  sovet  qoşunlarının  müdaxilə  etməsində  məqsədin 
milliyyətçi, 
anti-kommunist 
müxalifətin 
Azərbaycan 
Respublikasının  kommunist  hökumətini  devirməsinə  maneçilik 
törətmək  olduğunu  açıq-aşkar  bəyan  etdiyi  üçün  Sovet  əsgərləri 
tərəfindən  Bakıda  tətbiq  olunan  cəza  təkcə  Azərbaycanda  dey-
il,  həm  Sovet  İttifaqının  digər  respublikalarında  millətçilərə 
xəbərdarlıq kimi nəzərdə tutulmuşdu.
381
Bundan başqa, əgər həqiqətən, müdaxilədə məqsəd zorakılığın qarşısı-
nı almaq idisə, bəs nə üçün zorakılıq davam edən zaman Bakıda yerləşən 
13.000  minlik  Sovet  hərbi  qüvvəsi  hadisələri  səssizcə  müşahidə  etmiş 
və hətta Xalq Cəbhəsinin rəhbərliyi sabitliyi və asayişi bərpa etmək üçün 
həmin qüvvələrin müdaxilə etməsi ilə bağlı daxili işlər nazirinə müraciət 
edəndə belə hər hansı bir tədbir görülməmiş və onlar müdaxilə etməmək 
barədə rəhbərliyin birbaşa əmri olduğunu bildirmişdilər.
382
 Bundan başqa, 
“Qara Yanvar” qətliamının günahsız qurbanlarının siyahısında həmçinin 
Azərbaycanın müxtəlif icmalarından insanların məs: ruslar, yəhudilər, eləcə 
də digərlərin olması barədə məlumat verilmişdi. Belə ki, sovetlərin sözdə 
380  Dobbs, Michael, “Soviets Say Troops Used To Avert Coup in Baku; Nationalists Said to Plan Seizure 
of Power”, The Washington Post, 27 January 1990, p. 13. 
381  Human Rights Watch/Helsinki, (1991), p. 4. 
382  a.k.ə. Seyidov, Vugar, p. 24. Həmçinin bax; a.k.ə. Altstadt, Audrey (1992), p. 213.

 131
QARABAĞ 
   
99 SUALDA
rus  qoşunlarını  Azərbaycana  Sovet  vətəndaşlarına  qarşı  zorakılığı  dayan-
dırmaq məqsədilə yeridilməsi arqumenti onlara bəraət qazandırmır, çünki 
erməni qətliamı nəticəsində həlak olan azərbaycanlılar da Sovet vətəndaşı 
idilər və Sovet ordusu azərbaycanlılara qarşı qırğının dayandırılması üçün 
Ermənistana müdaxilə etmədi. Sovet kütləvi informasiya vasitələri o faciə 
haqqında heç nə yazmadı və cinayətin üstündən sükutla keçdi. Həmçinin, 
həmin  hadisə  Azərbaycanda  baş  verməmişdən  əvvəl,  Sovet  qoşunlarının 
1986-cı ildə Almatıya, 1989-cü ildə Tiflisə və bir qədər sonra 1991-ci ildə 
Litvanın paytaxtı Vilnüsə qəddarcasına hərbi hücümu Bakıdakı 20 yanvar 
hadisələrinin məhz siyasi səbəbdən baş verdiyini sübut etdi. Bu “Nəhəngin”  
son nəfəsi, Sovet İmperiyasının süqutu dövrü idi.
43. 1991-ci ilin yayında Sovet rəhbərliyi Dağlıq Qarabağ 
münaqişəsində Azərbaycanı niyə “dəstək”ləyirdi?
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  yaranma-
sı  ilə  1988-ci  ildə  başlayan  Azərbaycan  milli  hərəkatına  son  qoymaq 
məqsədilə 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıya müdaxiləsi 
nəticəsində Ayaz Mutəllibov Azərbaycan Kommunist Partiyasının birinci 
katibi seçildi.
383
 Mütəllibov Azərbaycan Kommunist Partiyasının rəhbəri 
kimi hakimiyyətə gəldikdən sonra ictimaiyyət arasında Kommunist Par-
tiyasının legitimliyini artırmaq üçün öz siyasi strategiyasını dəyişdi. Buna 
görə də, onun 1990-cı ilin yanvarından 1991-ci ilin avqustunadək davam 
edən hakimiyyət dövrü yerli nomenklatura (keçmiş Sovet İttifaqında bü-
rokratik himayə sistemi) tərəfindən “mədəni avtoritarizm” adlandırılmış-
dı ki, bu yolla o öz mövqeyini qorumaq üçün milli rəmzlər və ənənələrlə 
kommunist ideologiyasını birləşdirməyə cəhd edirdi.
384
 
Mütəllibov  M.Qorbaçovun  adamı  hesab  edilirdi.  Buna  görə  də, 
M.Qorbaçovun Sovet İttifaqını bərpa edərək müttəfiq respublikalara daha 
geniş  muxtariyyət  verən  yeni  birlik  müqaviləsini  ilk  dəstəkləyən  məhz, 
383  Hunter, Shireen T., Islam in Russia: The Politics of Identity and Security (Me Sharpe Inc, 2004), p. 344.
384  Zverev, Alexei, “Ethnic Conflicts in the Caucasus 1988-1994”, in Bruno Coppieters ed., Contested 
Borders in the Caucasus (VUB Press, 1996). Retrieved from; (http://poli.vub.ac.be/publi/ContBorders/
eng/ch0102.htm). Accessed on December 20, 2013.

 132
QARABAĞ 
   
99 SUALDA
Mütəllibovun  rəhbərlik  etdiyi  Azərbaycan 
KP  oldu.
385
  Ermənistanın  Gürcüstan,  Mol-
dova  və  üç  Baltikyanı  respublika  ilə  birgə 
M.Qorbaçovun yeni birlik planından imtina 
etməsinə  baxmayaraq,  Azərbaycan  İttifaq-
da  qalmaq  üçün  planın  lehinə  səs  verməyə 
razı oldu. Sovet İttifaqı və Kommunist ide-
ologiyasının tərəfdarı olan Mütəllibov iddia 
edirdi  ki,  suveren  dövlət  kimi  Sovet  İttifa-
qının  tərkibində  olmaq  Azərbaycan  üçün 
təhlükəsizlik  baxımından  faydalı  olacaqdır, 
çünki  müstəqil  Ermənistanın  yenilənmiş 
Sovet  İttifaqının  bir  hissəsi  olan  Azərbaycana  hücum  etməyə  cəsarəti 
çatmazdı.
386
  Beləliklə, 1991-ci il martın 7-də Azərbaycan Ali Soveti on 
gündən  sonra  keçiriləcək  ümumittifaq  referendumunda  iştirak  etməyə 
razılıq verdi. 1991-ci il martın 17-də 75 faizdən çox səslə M.Qorbaçovun 
qələbəsi ilə nəticələnən Sovet İttifaqının gələcəyi naminə ümumrespubli-
ka referendumu keçirildi. Azərbaycan da Yeni İttifaq müqaviləsinin lehinə 
səs verdi. 
Erməni Milli Hərəkatı tərəfindən idarə olunan qonşu Ermənistan isə 
əksinə  yanvarın  31-də  ümumittifaq  referendumunu  boykot  etdi.  Bir  ay 
sonra,  martın  1-də  Ermənistan  onun  ərazisində  referendumun  hüquqi 
qüvvəyə malik olmadığını və Sovet İttifaqının tərkibindən çıxması ilə bağlı 
formal prosesin başlandığını elan etdi.
387
 
Beləliklə, referendumun nəticələri bu iki Cənubi Qafqaz respublikası-
nın öz gələcəkləri ilə bağlı bir-birindən əsaslı surətdə fərqlənən iki müxtəlif 
fikrə malik olduqları Sovet rəhbərliyinə aydın oldu. Azərbaycan KP-nin 
Mərkəzi  hökumətə  sədaqətini  nəzərə  alaraq,  Ermənistanın  müstəqillik 
niyyətli  təhdidi  ilə  bağlı  Dağlıq  Qarabağ  münaqişəsində  Moskva 
385  Croissant, Michael P., The Armenia-Azerbaijan Conflict: Causes and Implications (Praeger Publisher, 
1998), p. 40.
386  Mekhtiev, Elkhan, “Security Policy in Azerbaijan”; (http://www.nato.int/acad/fellow/99-01/mekhtiev.
pdf). Accessed on December 20, 2013.
387  a.k.ə. Croissant, Michael P. (1998), p. 40.
Mütəllibov iddia edirdi 
ki, suveren dövlət kimi 
Sovet İttifaqının tərkibində 
olmaq Azərbaycan üçün 
təhlükəsizlik baxımından 
faydalı olacaqdır, çünki 
müstəqil Ermənistanın 
yenilənmiş Sovet İttifaqının 
bir hissəsi olan Azərbaycana 
hücum etməyə cəsarəti 
çatmazdı. 

 133
QARABAĞ 
   
99 SUALDA
Mütəllibovu siyasi və hərbi dəstəklə “təltif” etdi. Bu dəstək nəticəsində 
1991-ci  ilin  aprelindən  həmin  ilin  yayınadək  davam  edən    “Əməliyyat 
dairəsi” (Operation Ring) adlanan hərbi əməliyyatlar başladıldı.
“Əməliyyat  dairəsi”  ilə  bağlı  Thomas  de  Wall  yazır:  “Sovet  ordu-
su  və  polis  bölmələrinin  Qarabağ  ermənilərinə  qarşı  səfərbər  edilməsi 
qısa  müddətə  Azərbaycan  rəhbərliyinin  xeyrinə  işlədi.  Lakin,  özünün 
təhlükəsizlik qüvvələrini yaratmaqda Ermənistandan geri qaldığına görə 
Azərbaycan üçün uzun müddətli fəlakətlərə yol açdı”.
388
Beləliklə,  Mütəllibovun  bu  “uğurlu”  siyasəti  1991-ci  ilin  avqustun-
da  Moskvada baş verən  çevriliş nəticəsində iflasa uğradı. 1991-ci il av-
qustun 19-da Rusiya Kommunist Partiyasının və DTK-nın mühafizəkar 
üzvlərinin  M.Qorbaçovu  vəzifəsindən  uzaqlaşdırmaq  üçün  dövlət 
çevrilişinə uğursuz cəhdləri Ermənistanın separatçı siyasətinə qarşı sovet 
rəhbərliyinin Azərbaycana göstərdiyi “dəstək” üzərində böyük təsiri oldu. 
Belə  ki,  Sovet  rəhbərliyinə  qarşı  dövlət  çevrilişi  vaxtı  İranda  olan  Ayaz 
Mütəllibov verdiyi bəyanatda M.Qorbaçovu ittiham edərək Moskvadakı 
çevrilişi dəstəklədiyini bildirdi.
389
 Lakin, üç gündən sonra çevriliş iflasa 
uğradı; çevrilişin Mütəllibov tərəfindən dəstəklənən təşkilatçıları isə həbs 
olundular.  M.Qorbaçovu  Boris  Yeltsin  əvəz  etdi  ki,  o,  da  Azərbaycana 
göstərilən qısamüddətli “dəstəy”ə son qoydu.
390
44. 1992-ci il mayında elan olunan Tehran Bəyannaməsi 
nəyi nəzərdə tuturdu?
Tehran Bəyannaməsi hərbi əməliyyatları səngitmək, ədavəti azaltmaq 
və  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  tərəfləri  ara-
sında atəşkəsə nail olmaq üçün İranın vasitəçilik səylərinin nəticəsi idi. 
1992-ci ilin ilk günlərindən başlayaraq İran nümayəndə heyəti bölgəyə bir 
neçə səfər etmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan 
388  a.k.ə. De Wall, Thomas (2003), p. 114. 
389  a.k.ə. De Wall, Thomas (2003), p. 160.
390  Horowitz, Shale Asher, From Ethnic Conflict to Stillborn Reform: The Former Soviet Union and 
Yugoslavia (Texas A&M University Press, 2005), p. 64.

 134
QARABAĞ 
   
99 SUALDA
və Ermənistan respublikalarının rəsmiləri ilə 
intensiv danışıqlar aparmışdı.
 Tərəflərin bir 
çox nüfuzlu və yüksək vəzifəli nümayəndələri 
ilə ilkin danışıqlardan sonra İranın vasitəçilik 
aparan  nümayəndə  heyəti  Dağlıq  Qarabağ 
münaqişəsinin  həlli  üçün  plan  hazırlamış-
dı. Planın ən mühüm hissəsi aşağıdakı kimi 
tərtib edilmişdi: əvvəl müvəqqəti, sonra isə 
daimi atəşkəsə nail olmaq; atəşkəsə nəzarət 
etmək üçün müşahidəçilərin yerləşdirilməsi 
və sazişin şərtlərinə əməl etmək; məhbusların və şəhid olmuş əsgərlərin 
cəsədlərinin  mübadiləsi;  Azərbaycanın  Qarabağa  tətbiq  etdiyi  iqtisa-
di sanksiyaların aradan qaldırılması; Qarabağa və ya Qarabağ daxilində 
nəqliyyat və kommunikasiya yollarının açılması; sanksiyaların aradan qal-
dırılması ilə paralel məcburi köçkünlərin qaytarılması üçün komitələrin 
təşkili;  Qarabağa  humanitar  yardım;  Qarabağın  hüquqi  statusunun 
müəyyən edilməsi üçün danışıqların başlanılması.
391
1992-ci il  mart 21-dən qüvvəyə minərək cəmi bir neçə gün davam et-
miş müvəqqəti atəşkəs İran nümayəndə heyəti tərəfindən sülh prosesində 
ilk addım hesab edilərək müvəqqəti atəşkəsin, həmçinin “tərəflər arasın-
da inam yaradılması və münaqişəni soyutmaq üçün zəruri addım” kimi 
önəmli olduğu da bildirilir.
392 
1992-ci ilin martında İranın vasitəçilik aparan nümayəndə heyətinin 
hazırladığı planda bəzi uğurlar əldə olunduğu üçün İran İslam Respub-
likasının Prezidenti Əkbər Haşimi Rəfsəncani münaqişə edən tərəflərin 
liderlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıq-
lar aparmaq üçün Tehrana dəvət etdi. İran prezidentinin dəvəti ilə 1992-
ci ilin mayında o dövr üçün Azərbaycan Respublikasının Prezidentinin 
səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Respublika-
sının prezidenti Levon Ter-Petrosyan Tehrana rəsmi səfər etdilər. Mayın 
391  Vaezi, Mahmoud, “Karabakh’s Crisis: Iran’s Mediation and the Aftermath”, Center for Strategic 
Research, December 2008; (http://www.csr.ir/departments.aspx?lng=en&abtid=07&&depid=74&sem
id=1387). Accessed on December 14, 2013. 
392  a.k.ə. Vaezi, Mahmoud (2008).
Tehran Bəyannaməsi hərbi 
əməliyyatları səngitmək, 
ədavəti azaltmaq və 
Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ 
münaqişəsinin tərəfləri 
arasında atəşkəsə nail 
olmaq üçün İranın vasitəçilik 
səylərinin nəticəsi idi.

 135
QARABAĞ 
   
99 SUALDA
7-də 2 günlük üçtərəfli danışıqların nəticəsi olaraq dövlət başçıları Tehran 
bəyannaməsi adlanan birgə bəyanatla çıxış etdilər. Bəyannaməyə əsasən, 
tərəflər ölkələrinin yüksək səviyyəli nümayəndələrinin görüşlərinin təşkil 
olunması barədə razılığa gəldilər. Tərəflər beynəlxalq hüquq normaları-
nı və BMT Nizamnaməsini əsas götürərək regionda gələcək hərbi qarşı-
durmanın qarşısını almaq, sərhədlərində təhlükəsizlik, sülh və sabitliyin 
təmin olunmasının və müxtəlif səviyyələrdə ölkələr arasında sülh yolu ilə 
ikitərəfli əlaqələri normallaşdıraraq inkişaf etdirməyin vacibliyini vurğu-
ladılar. Tərəflər həmçinin “maraqlı tərəflərlə danışıqlar aparıldıqdan sonra 
Azərbaycan və Ermənistan dövlət başçılarının dəstəyi ilə iqtisadi ehtiyac-
ların qarşılanması məqsədi ilə atəşkəs əldə olunacağı, eyni zamanda bütün 
kommunikasiya yollarının açılacağı  barədə” razılığa gəldilər.
393
 
İran İslam Respublikasının regional və beynəlxalq səviyyədə sülh və 
sabitliyin əldə olunmasına dair səylərini İranın real siyasəti kimi izah edən 
Abdulla Ramazanzadə belə şərh edir:
- İran aşkar təhlükəsizlik səbəblərdən münaqişənin tezliklə həllinə ça-
lışır. Sərhədləri boyunca gedən hərbi əməliyyatlar İranın təhlükəsizliyinə 
birbaşa  təhlükə törədir. 
-  Münaqişənin  uzanması  Rusiyanın  rolunun  güclənməsinə  gətirib 
çıxaracaq  ki,  bu  da  onu  münaqişəni  öz  şərtlərinə  uyğun,  İranın  isə 
təhlükəsizlik maraqlarının ziddinə həll etməyə şirnikləndirə bilər.
-  Münaqişənin  uzanması  müharibə  nəticəsində    ayrı  düşmüş  qon-
şu ərazilərdən daha çox qaçqın axınına səbəb olacaq. Hazırda İran artıq 
Əfqanıstan və İraqdan təxminən 4 milyon qaçqın qəbul edib.
-  Ermənistan  və  Azərbaycan  arasında  qüvvələrin  tarazlaşdırılma-
sı  İranın  vasitəçilik  siyasətinin  ikinci  məqsədidir.  İran  nə  güclü  xristian 
Ermənistanının, nə də İranın Azərbaycan vilayətlərinə ərazi iddiaları qal-
dıra biləcək güclü Azərbaycanın tərəfindədir.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi İrana Avropaya 
yenicə açdığı yoldan tam istifadə etməkdə mane olur.
-  İran  regionda  Türkiyə  və  ABŞ-ın  nüfuzunun  qarşısını  almaq  ehti-
393  “Joint Statement of the Heads of State in Tehran”, 7 May 1992. Retrieved from (http://www.ca-c.org/
dataeng/books/book-1/12.appendix-03.shtml). Accessed on December 14, 2013.

 136
QARABAĞ 
   
99 SUALDA
yacı  duyurdu  ...  ABŞ  rəhbərliyi  Türkiyəni  “bölgədəki  siyasətdə  aparıcı 
rolu”na görə “bölgənin bütün yenicə müstəqillik qazanmış dövlətlərinin 
onun yolunu davam etdirəcəyi bir “nümunə” hesab edir. Dağlıq Qarabağ 
münaqişəsi  ilə  İran  rəhbərliyi  Türkiyənin  “Axilles  daban”ından  istifadə 
etmək imkanı əldə etdi.
394
İranın  bütün  səylərinə  baxmayaraq,  vasitəçilik  prosesi  mayın  8-də 
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın alınması ilə başa çatdı. Şu-
şanın işğalından sonra İranın Xarici İşlər naziri erməni tərəfin yeni hərbi 
əməliyyatlara başlayacağı ilə əlaqədar İranın narahat olduğunu bildirdi və 
tərəfləri Tehran Bəyannaməsinə uyğun hərəkət etməyə və “böhranı daha 
da    gərginləşdirə  biləcək  hər  hansı  bir  hərbi  əməliyyatdan  çəkinməyə” 
çağırdı.
395
  Mahmud  Vaezinin  sözlərinə  görə,  “Şuşanın  işğalı  ...  hələ  də 
Tehranda  olan  yüksək  rütbəli  Ermənistan  və  Azərbaycan  nümayəndə 
heyətlərini çaşdırdı. O zaman ilkin fikir belə oldu ki, Qarabağ və Yere-
van  erməniləri  də  daxil  olmaqla  bütövlükdə  Ermənistan  tərəfi  atəşkəs 
tərəfdarı deyil”.
396
 Nəticədə, keçmiş Sovet İttifaqı ərazisində ən mürəkkəb 
və qanlı münaqişələrdən birinə son qoymaq üçün İranın vasitəçilik səyləri 
ermənilər  tərəfindən  təhlükə  altına  düşdü  və  Şuşanın  işğalından  son-
ra Ermənistanın Dağlıq Qarabağla Ermənistan arasında körpü yaratdığı 
Azərbaycanın Laçın rayonu da işğal olundu. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin