Bİlal Dədəyev


SSRİ-nin 1977-ci il Konstitusiyanın 78-ci maddəsinin



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

32. SSRİ-nin 1977-ci il Konstitusiyanın 78-ci maddəsinin 
Dağlıq Qarabağa nə kimi aidiyyatı vardı?
1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasının 78-ci maddəsində 
deyilirdi: “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə 
bilməz”. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikala-
rın qarşılıqlı razılığı ilə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən 
ratifikasiya (təsdiq olunma) edilərək dəyişdirilə bilər.
288
 Bu maddə təsbit 
edir  ki,  müttəfiq  dövlətlərin  sərhədləri  onların  suveren  hüququdur  və 
onların  ərazi  bütövlüyü  özlərinin  icazəsi  olmadan  dəyişdirilməməlidir. 
Buna görə də, qonşu ittifaq dövlətlərin digər ittifaq dövlətinə qarşı ərazi 
iddiaları və Muxtar Vilayətlərin özbaşına ayrılma hərəkəti qanunsuz he-
sab  edilirdi.  Bundan  əlavə,  78-ci  maddənin  “hər  bir  İttifaq  respublikası 
ərazi, bölgə, diyar və rayonlarının bölgüsünü özü müəyyən etməli və onun 
inzibati və ərazi strukturu ilə bağlı digər məsələləri özü həll etməlidir”
289
 
müddəası  da  İttifaq  Respublikanın  Muxtar  Vilayət  üzərində  mövqeyi-
ni  möhkəmləndirirdi.  Bütün  bu  deyilənləri  diqqətə  alaraq  qeyd  etmək 
yerinə  düşər  ki,  Ermənistan  SSR  Azərbaycan  SSR-nin  ərazi  bütövlüyü 
ilə  bağlı  iddia  irəli  sürərkən  və  parlamentdə  DQMV-nin  öz  ərazilərinə 
birləşdirilməsi barədə qətnamə qəbul edərkən SSRİ Konstitusiyasının 78-
ci maddəsini pozmuşdur.
1991-ci  ildə  Dağlıq  Qarabağda  referendum  keçirən  ermənilər  öz 
müstəqilliklərini  elan  edərək  SSRİ  Konstitusiyanın  78-ci  maddəsini 
rədd  etdi.  Lakin,  qondarma  respublika  öz  müstəqilliyinin  Sovet 
qanunvericiliyinə əsasən qanuni olduğunu təkid edirdi.
290
 Erməni tərəfi öz 
287  a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), ss. 236-238. 
288  “Article 78”, The Constitution of USSR, 1977. 
289  “Article 79”, The Constitution of USSR, 1977.
290  a.k.ə. Avakian, Shahen (2013),  p. 13. 

 106
QARABAĞ 
   
99 SUALDA
təcavüzkar siyasətinə haqq qazandıraraq Muxtar Vilayətlərə İttifaq dövləti 
daxilində  və  ya  onun  hüdudlarından  kənarda  öz  statusunu  müəyyən 
etmək  imkanı  verən,  lakin  1977-ci  ildə  qəbul  edilmiş  SSRİ  Konstitusi-
yasının maddələrinə, xüsusilə 78-ci maddəyə zidd olan 3 aprel 1990-cı il 
“Müttəfiq respublikaların SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin 
həlli qaydaları haqqında”
291
 Sovet qanuna istinad edir. Amma qeyd etmək 
lazımdır  ki,  Konstitusiya    digər  hüquqi  aktlar  ilə  müqayisədə    əsas  qa-
nun kimi qəbul olunduğu üçün, 78-ci maddə İttifaq Dövlətinin Muxtar 
Vilayətlərinin statusunun tənzimlənməsi üzrə həlledici amil hesab olun-
malıdır. Buna görə də, Sovet qanunvericiliyinə əsasən qondarma “Dağlıq 
Qarabağ Respublikası”nın müstəqilliyinin qanunsuz olduğu qeyd edilməli 
və Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğal olun-
ması bir qonşu dövlətin digərinə təcavüzü kimi qiymətləndirilməlidir.
33. Sovet dövründə Dağlıq Qarabağ əhalisinin etnik 
tərkibi necə idi?
Sovet dövründə DQMV-ində etnik tərkibin necə olduğu barədə daha 
aydın təsəvvür əldə etmək üçün 1923-cü il iyulun 7-də DQMV-nin yara-
dılmasına kimi buradaki etnik və siyasi vəziyyəti öyrənmək lazımdır. Belə 
ki, I Dünya müharibəsi davam etdiyi zaman, 1916-cı ildə çar Rusiyasının 
həyata keçirdi siyahıyaalmalara görə Şuşa qəzasında əhalinin ümumi sayı 
171.954 nəfər olmuşdur: onların 77.189 nəfərini azərbaycanlılar, 94.785-i 
isə ermənilər təşkil etmişdir.
292
 1917-ci ilin oktyabrında baş verən bolşevik 
çevirilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər Leninin rəhbərliyi 
altında birtərəfli qaydada I Dünya müharibəsindən çıxdığı üçün rus or-
dusundan tərxis edilən erməni quldur dəstələri ilə birlikdə Azərbaycana, 
eləcədə  Qarabağa  soxuldular.  Onlar  Qarabağın  azərbaycanlı  əhalisini 
məhv edərək, buranı yeni yaradılmış Ararat respublikasına birləşdirmək 
istəyirdilər. Bu məqsədlə 1918-1919-cu illərdə Qarabağ bölgəsində 150 
291  a.k.ə. Avakian, Shahen (2013),  p. 33.
292  a.k.ə. Mahmudov, Ceyhun (2010), s. 566.

 107
QARABAĞ 
   
99 SUALDA
azərbaycanlı  kəndinin  əhalisi  məhv  edildi.
293
  Bu  dövrdə  ermənilərin 
azərbaycanlılara  qarşı  törətdiyi  soyqırımların  qarşısı  general  Nuru  pa-
şanın  rəhbərliyi  altında  türk  ordusunun  və  yerli  Azərbaycan  əlahiddə 
ordusunun  birgə  səyləri    ilə  alındı.  Osmanlı  və  Azərbaycan  əsgərlərini 
birləşdirən Qafqaz İslam Ordusu  1918-ci il sentyabr 15-də Bakını azad 
edərkən Gəncə-Bakı istiqamətindəki yol boyu məntəqələri, sonra da Qa-
rabağı  erməni  quldur  dəstələrinin  işgalından  azad  etdi.
294
  Bu  hadisələr 
zamanı Qarabağda yaşayan çox sayda azərbaycanlı baş verən qırğınlarda 
ev-eşiyindən didərgin düşdü və öldürüldü.
Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan (28 aprel 1920) son-
ra  bir  müddət  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  bi-
rinci katibi  işləyən S.M. Kirovun (1921-1925) ermənipərəst siyasi mövqeyi 
nəticəsində Azərbaycanın əleyhinə bəzi hadisələr baş verdi. Qarabağ, tarixində 
ilk dəfə Dağlıq (Yuxarı) və Ovalıq (Aşağı)  Qarabağ coğrafi adı altında iki yerə 
bölündü.  1923-cü  ildə  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  bu 
prosesin siyasi yekunu oldu. Mərkəzin yeritdiyi siyasət çar Rusiyası dövründə 
olduğu kimi, ermənilərin burada rahat yaşayaraq saylarını artırmağa   əlverişli 
şərait yaratdı. 1926-cı ildə Sovet hökumətinin həyata keçirdiyi siyahıyaalma-
ya görə DQMV-də yaşayan 125.300 nəfər əhalinin 111.700 (89%) erməni, 
12.600 (11%) isə azərbaycanlılar idi.
295
 1916-cı ildən keçən dövr ərzində Qa-
rabağ əhalisinin etnik tərkibi ciddi bir şəkildə dəyişdirildiyi kimi, DQMV-də 
milli-mədəni dəyərləri də assimilyasiyaya məruz qalmışdı. Burada Azərbaycan 
türklərinə məxsus tarixi yer adları, yaşayış məntəqələrinin adları dəyişdirildi 
və erməni adları ilə əvəz edildi. Vilayətin mərkəz Şuşadan Xankəndinə köçü-
rüldü və S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Sovet dövləti müttəfiq respublikalar üzərində hakim mövqeyini qoru-
maq məqsədi ilə xalqlar arasında münaqişə ocaqlarını saxlamağa çalışırdı. 
293  a.k.ə. Uçarol, Rifat (1995), s. 485-491. Həmçinin bax; a.k.ə. Müxtəsər xronoloji ensiklopediya 
(2003), ss. 42-100.
294  a.k.ə. Osmanlı Belgelerinde Karabağ (2009), ss. 240-241. Həmçinin bax; a.k.ə. “Karabağ”, Meydan-
Larousse, Büyük lugat ve Ansiklopedi, s. 917. Həmçinin bax; Süleymanov, Mehman, Qafqaz İslam 
Ordusu və Azərbaycan (Bakı, 1999), ss. 72-83-139. Həmçinin bax; a.k.ə. Ağayev, Yusif və Əhmədov, 
Səbuhi (2009), ss. 109-167.
295  Bakışov, Ç.A., İzminenniye  Etniçeskogo Sostava Naseleniya Azerbaycanskoy SSR (po dannım 
perepisey 1897-1979 gg.), Sovetskoye Etnokrafiya (1980), №5, cc. 66-67.

 108
QARABAĞ 
   
99 SUALDA
Münaqişə  ocaqlarından  biri  kimi  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsi 
təsadüfü seçilməmişdi. 40-cı illərin ortalarında Moskvada erməni lobbisinin 
başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” 
yaradıldı. 1945-ci ilin payızında Ermənis tan rəhbərliyi növbəti dəfə Dağlıq 
Qarabağı onlara verməyi Sovet hökuməti rəhbərliyi qarşısında müzakirəyə 
çıxartmalarına  baxmayaraq  onların  bu  planı  M.C.Bağırovun  ciddi  səyi 
nəticəsində baş tutmadı.
296
Sovet  hakimiyyətinin  ilk  20  illik  dövründə  Dağlıq  Qarabağda 
əhalinin etnik tərkibi məsələsinə gəlincə, xüsusilə 1930-cu illərdə Sovet 
Azərbaycanında məhsul vəzifələrin çoxunda ermənilərin yerləşdirilməsi 
və  onların  anti-Azərbaycan  fəaliyyəti  nəticəsində  Dağlıq  Qarabağda 
ermənilərin  sayı  1939-cu  ilə  kimi  2.6%  artdı.  1937-1938-ci  illərdə  So-
vet  höküməti,  Sovet-Türkiyə  münasibətlərində  soyuqluq  yarandığı 
üçün  azərbaycanlılara  etibar  etməyərək,  Dağlıq  Qarabağdan  yüzlərlə 
azərbaycanlı  ailəni  Azərbaycanın  Aran  torpaqlarına  köçürtdü.  Onların 
yerinə Ermənistandan yüzlərlə erməni ailəsi yerləşdirildi.
297
1941-1945-ci illər müharibəsi Azərbaycanda olduğu kimi, Dağlıq Qa-
rabağda da əhalinin sayının azalmasına səbəb oldu. 1979-cu il siyahıyaal-
masına görə Dağlıq Qarabağ əhalisinin təqribən 75%-ni ermənilər, 23%-ni 
azərbaycanlılar, 2% -ni isə diğər xalqların nümayəndələri təşkil edirdi.
298
 
1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə, Dağlıq Qara-
bağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) 
erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.
Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyalmalarına görə, Dağlıq 
Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən 
dərəcədə  artmışdı.  Lakin  1989-cu  il  əhali  siyahıyaalması  ərəfəsində 
Mərkəzdən  bütün  vasitələrlə  himayə  olunan  erməni  separatçılarının 
vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq 
cəhdləri azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə 
səbəb olmuşdur.
299
  
296  a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), s. 134. 
297  a.k.ə. Qasımlı, Musa (2010), s. 7.
298  a.k.ə. Bakışov, Ç.A. (1980), ss. 68-71. Həmçinin bax; a.k.ə. Yaqub, Mahmudov və Kərim, Şükürov 
(2009), ss. 44-71.
299  a.k.ə. Yaqub, Mahmudov və Kərim, Şükürov (2009), ss. 68-69.

 109
QARABAĞ 
   
99 SUALDA
34. Sovet dövründə DQMV-nin erməni əhalisi 
Azərbaycan hökuməti tərəfindən ayrı-seçkiliyə 
məruz qalırdımı?
DQMV-nin statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında 
təsbit olunmuşdur.
300
 Bu Konstitusiyalara əsasən, DQMV SSRİ Ali So-
vetinin Millətlər Şurasında beş, Azərbaycan SSR Ali Sovetində isə on iki 
deputat ilə təmsil olunmaq hüququna malik idi.
301
 Bundan başqa, muxtar 
vilayətin statusu 16 iyun 1981-ci il Azərbaycan SSR Ali Soveti tərəfindən 
qəbul  edilmiş  “Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  haqqında  Qanun”la  da 
tənzimlənirdi.
302
Muxtar vilayətin hüdudları daxilində erməni dili bütün hökumət, in-
zibati və məhkəmə orqanları və prokurorluğun əməli dili kimi qəbul olun-
muşdu.
303
 Həmçinin, erməni dilində nəşrlərə, yerli televiziya, radio yayım-
larına və qəzetlərə də icazə verilirdi.
304
Ermənistan  tərəfi  Azərbaycan  hökuməti  tərəfindən  1960-1980-ci 
illərdə  regiona  əhəmiyyətli  investisiya  ayrılmadığı  halda,  Azərbaycanın 
digər bölgələrinə investisiya qoyuluşunun ikiqat artırdığını iddia edirdi. 
Lakin,  statistikaya  əsasən,  1971-1985-ci  illər  ərzində  DQMV-nin  inki-
şafına təqribən 483 milyon rubl kapital qoyulmuşdu ki, bu da ötən 15 il 
ərzindəkindən 2,8 dəfə çox idi.
Bundan  əlavə,  Azərbaycanın  digər  regionlarına  nisbətən  DQMV-
də  mənzil  tikintisi  daha  yüksək  olmuşdur.  Azərbaycanda  3,64  kv/m 
olmasına  baxmayaraq,  DQMV-də  bu  rəqəm  4.76  kv/m-ə  bərabər  idi. 
Statistikaya  görə,  “1970-1986-cı  illər  arasında  respublikada  sənaye  is-
300  “Maddə 24”, SSRİ Kostitusiyası, 1936. “Maddə 78”, SSRİ Kostitusiyası, 1977.
301  a.k.ə. “Maddə 24”. a.k.ə. “Maddə 78”.
302  “The Nagorno Karbakh the Autonomous Oblast of Azerbaijan”, The Permanent Mission of the 
Republic of Azerbaijan to UN; (http://www.un.int/azerbaijan/the_nagor.php). Accessed on  November 27, 
2013.
303  “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
304  “The Nagorno Karabakh Autonomous Oblast of Azerbaijan SSR”, Republic of Azerbaijan: Ministry 
of Foreign Affairs; (http://mfa.gov.az/?language=en&options=content&id=812). Accessed on November 
27, 2013.

 110
QARABAĞ 
   
99 SUALDA
tehsalı  3  dəfə,  DQMV-də  isə  3,3  dəfə  artmışdır”.
305
    Əslində,  DQMV 
Azərbaycandan daha sürətlə inkişaf edirdi. 1988/1989-cu tədris ilində 
Dağlıq Qarabağda erməni dilindən tədris dili kimi istifadə edən 136 orta 
məktəb  (16,120  şagird)  və  13  qarışıq  tipli  məktəb  (7,045  şagird)  var 
idi.
306
 Elə həmin tədris ilinin eyni dövründə Azərbaycanda ümumilikdə 
181  erməni  məktəbi  (20,712  şagird)  və  29  qarışıq  tipli  məktəb 
(12,766  şagird)  var  idi.
307
  Bundan  başqa  1988/1989-cu  tədris  ilində 
Azərbaycanda  DQMV-nin  paytaxt  şəhəri    Xankəndi  (Stepanakert) 
Pedaqoji İnstitutunun azərbaycan, erməni və rus bölmələrində əsasən 
ermənilər olmaqla 2130 tələbə də təhsil alırdı. Həmçinin, müxtəlif ixti-
saslaşdırılmış orta məktəb və peşə təhsili müəssisələri öz proqramlarını 
rus və erməni dillərində tərtib edirdilər.
308
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən Nax-
çıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial in-
kişafa dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə 
qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir.
309
 Buradan aydın 
olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı res-
publika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, DQMV-də 657 
olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq 
olaraq 588, 501 və 692  idi. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə 
bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə 
SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana 
çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 
olduğu  halda,  DQMV-də  101,7  idi.
310
  Hətta  erməni  separatçılarının 
Mərkəzdəki  himayəçilərinin  xüsusi  cəhdləri  nəticəsində  Sovet  İttifa-
qı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  və  SSRİ  Nazirlər  Sovetinin 
DQMV-nin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart 
305  a.k.ə. “The Nagorno Karabakh Autonomous Oblast of Azerbaijan SSR”.
306  Baguirov, Adil. ”Nagorno-Karabakh: basis and reality of Soviet-era legal and economic claims used 
to justify the Armenia-Azerbaijan war”, Caucasian Review of International Affairs, Vol. 2 (1), Winter 
2008, p. 8.
307  a.k.ə. Baguirov, Adil (2008), p. 8.
308  a.k.ə. Baguirov, Adil (2008), p. 9.
309  З., Самедзаде, Нагорный Карабах: Неизвестная правда (Баку,1995), cс. 18-19.
310  a.k.ə. З., Самедзаде, (1995), c. 54.

 111
QARABAĞ 
   
99 SUALDA
tarixli  qərarının  preamulasında  da  vilayətdə  sosial  və  iqtisadi  inkişaf 
sahəsində əldə edilmiş nailiyətlər xüsusi qeyd edilirdi.
311
Təqdim  olunan 
I  Cədvəl  DQMV-nin  sosial-iqtisadi  vəziyyətini, 
xüsusilə  münaqişənin  başlandığı  1988-ci  ildəki  vəziyyətini  göstərir.  Bu 
göstəricilər  1988-ci  ilin  mart  ayında  regionda  sosial  iqtisadi  vəziyyətin 
müzakirəsi ilə bağlı dövlət iclası zamanı təqdim olunmuşdur. Məlumatlara 
əsasən, DQMV-nin sosial vəziyyəti təkcə Azərbaycan və Ermənistan deyil, 
hətta bütün SSRİ-dəkindən daha yaxşı idi.
Cədvəl 1: 1988-ci ildə sosial inkişafın müqayisəli göstəriciləri.
312
Sadalananlar:
Azərb
ay
can
SSR
DQMV
SSRİ
Er
mənistan 
SSR
1.Hər 10,000 nəfərə dü şən xəstəxana çarpayı larının sayı
97.7
101.7
130.1
86.2
2. Hər 10,000 nəfərə dü şən bütün ixtisaslar üzrə 
həkimlərin sayı
38.4
29.1
42.7
38.6
3. Hər 10,000 nəfərə düşən orta tibb işçilərinin sayı
93.5
122.7
114.7
93.5
4. Hər 10,000 nəfərə dü şən ictimai 
kitab xa na la rın sayı
6
13
4.8
4.1
5. Hər 10,000 nəfərə dü şən klubların sayı
5
15
4.8
3.8
6. Hər 10,000 nəfərə dü şən film proyektorlarının 
[kinoteatr] sayı
3
11.2
5.4
2.9
7. Məktəbəqədər təhsil mü əssi sələrində uşaq ların sayı 
(müvafiq yaşda olan əhalinin sayına görə faiz)
20
35
57
39
8. I növbədə oxuyan şagirdlərin sayı (şagirdlərin ümumi 
sayına görə faiz)
74.3
92.5
78.2
87.8
9. Hər adambaşına düşən mənzil fondu (kv/m)
10.9
14.6
14.9
13.7
O cümlədən:
Şəhər yerlərində
12.2
14.6
14.3
13.1
Kənd yerlərində
9.2
14.6
16.1
15.0
311  Бакинский рабочий, 1988, 24 марта.
312  a.k.ə. Baguirov, Adil (2008), p. 9.

 112
QARABAĞ 
   
99 SUALDA
35. Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb 
olan hadisələr hansılar idi?
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa 
qarşı  iddiaları  onların  “Böyük  Ermənistan”  yaratmağa  yönəlmiş  strateji 
planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, “ənənələrinə” sadiq 
qalaraq,  həmişə  əlverişli  şərait  yaranan  kimi  bu  planın  reallaşdırılma-
sı  uğrunda  mübarizəyə  başlamışlar.  SSRİ-də  1985-ci  ildə  ermənipərəst 
M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə
313
 erməni separatçıları növbəti 
dəfə  yenidən  fəallaşdılar.  Mixail  Qorbaçov  tərəfindən  Sovet  İttifaqın-
da  “yenidənqurma”  və  “aşkarlıq”  siyasəti  həyata  keçirildikdən  sonra 
ermənilərin  DQMV-nin  Ermənistana  birləşdirilməsinə  dair  arzusunu 
–  onların  Azərbaycana  qarşı  ərazi  iddialarını  açıq  ifadə  etmək  imkanı-
nı təmin edən yeni şərait yarandı. 1985-1987-ci illərdə DQMV ilə bağlı 
ermənilərin etirazlarının artması müşahidə olundu.
314
 1987-ci ilin sonu, 
1988-ci  ilin  əvvəllərində  Moskvada  DQMV-dən  olan  nümayəndələrlə 
yüksək səviyyəli rəsmilər arasında muxtar vilayətin statusu ilə bağlı çox-
saylı görüşlər keçirildi.
315
 1987-ci ilin avqust ayında Ermənistan Elmlər 
Akademiyası  DQMV  və  Naxçıvan  Muxtar  Respublikasının  Ermənistan 
SSR-ə birləşdirilməsi üçün minlərlə adamın imzası ilə ərizə hazırladı.
316
Ermənilərin  ilk  kütləvi  etiraz  aksiyaları  1987-ci  ilin  oktyabr  ayın-
da  Çardaqlı  kəndinin  erməni  əhalisi  azərbaycanlı  sovxoz  direktorunun 
namizədliyini  qəbul  etməkdən  imtina  zamanı  keçirilmişdi.
317
  Tezliklə, 
Çardaqlıdakı etiraz dalğası ətraf mühitlə bağlı – kimya zavodu və Metsa-
mor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən 
İrəvana gedib çatdı. Lakin ertəsi gün, dinc ekoloji nümayiş DQMV-nin və 
Naxçıvanın Ermənistana birləşdirilməsini  tələb edən siyasi hərəkata çev-
313  Новейшая история отечества. ХХ век. (В 2-хтт.), т. 2, (М., 1999), сc. 352–355. 
314  Fraser, Niall M., et all., “A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute”, The Journal of 
Conflict Resolution, Vol. 34, No. 4, December 1990, p. 657.
315  a.k.ə. Fraser, Niall M., et all. (1990), p. 658.
316  a.k.ə. Cornell, Svante E. (1999), p. 13.  
317  Mouradian, Claire, “The Mountainous Karabakh Question: Inter-Ethnic Conflict or Decolonization
Crisis”, Armenian Review, Vol. 43, No. 2-3, 1990, p. 15.

 113
QARABAĞ 
   
99 SUALDA
rildi.
318
 Bir qədər sonra, 1987-ci ilin noyabr ayında Qorbaçovun koman-
dasına daxil olan, onun iqtisadi məsələlər üzrə müşaviri, erməni akade-
mik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə 
təklif verdiyini,
319
 yenidənqurma və demokratiya şəraitində bu problemin 
həllini tapacağına ümid etdiyini bildirdi.
320
Çardaqlı  hadisəsindən  sonra  Ermənistandakı  azərbaycanlılar 
ermənilərin  hücumlarına  məruz  qaldılar.  Bu  da  onların  ölkədən  qo-
vulması  ilə  nəticələndi.
321
  1988-ci  ilin  yanvar  ayında  Ermənistandan 
olan  ilk  azərbaycanlı  qaçqınlar  dalğası  Bakıya  gəlib  çıxdı  və  onların 
əksəriyyəti Sumqayıtda yerləşdirildi.
322
Azərbaycanlıların Ermənistandan 
köçürülməsi fevral ayında da davam etdirildi və bu ay ərzində azərbaycanlı 
qaçqınların daha iki dalğası Bakıya gəlib çatdı.
323
Hadisələrin daha aqressiv məcraya yönəldiyi fevral günlərində İrəvanda 
və  Xankəndində  (Stepanakert)  separatçılar  və  erməni  millətçilərinin 
mitinqlər  dalğası  başladı.  DQMV-nin  birləşməsi  ilə  bağlı  ermənilərin 
tələbləri  artdığından  1988-ci  il  fevralın    10-da  Azərbaycan  İnformasiya 
Agentliyi Azərbaycanın heç bir vaxt ərazisinin birtərəfli qaydada ayrıla-
raq Ermənistan ilə birləşməsinə razı olmayacağı barədə bəyanat yaydı.
324
 
Ertəsi gün Azərbaycan hökumətinin DQMV ilə bağlı mədəni, iqtisadi və 
sosial siyasətinə etiraz əlaməti olaraq Xankəndində (Stepanakert) ilk nü-
mayiş təşkil olundu.
325
Fevralın  20-də  DQMV  Ali  Sovetinin  sessiyası  vilayətin  statusuna 
baxılması haqqında Azərbaycan SSR və SSRİ-yə müraciət edərək onun 
318  “Reports of demonstrations in Yerevan and Clashes in Mountainous Karabagh”, Asbarez, 24 October 
1987. Retrieved from; (http://web.archive.org/web/20070914104126/http://www.armeniaforeignministry.
com/fr/nk/nk_file/article/49.html). Accessed on November 29, 2013.
319  “Начало конфликта”, Генеральное консульство Азербайджанской Республики в Санкт-
Петербурге; (http://www.azconsulate.spb.ru/nagornyiy-karabah/nachalo-konflikta/). Accessed on 
November 29, 2013.
320  Humanite, 18 noyabr 1987-ci il (fransız dilində).
321  a.k.ə. “Начало конфликта”.
322  Dragadze, Tamara, “The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment”, Third World 
Quarterly, Vol. 11, No. 1, January 1989, p. 59.
323  a.k.ə. Cornell, Svante E. (1999) p. 14.
324  a.k.ə. Fraser, Niall M., et all. p. 658.
325  “Chronology of The key Events”; (http://www.nkrusa.org/nk_conflict/chronology.shtml). Accessed 
on : 02/01/2014.

 114
QARABAĞ 
   
99 SUALDA
Ermənistan SSR-in nəzarətinə keçirilməsinə dair qərar qəbul etdi.
326
Dağlıq Qarabağ məsələsi ilə bağlı gərginliyin artması öz hökumətini 
separatçı  erməni  iddialarına  qarşı  lazımi  reaksiya  göstərməməkdə  it-
tiham  edən  Azərbaycan  əhalisinə  də  mənfi  təsir  göstərmişdi.  Fevralın 
24-də  Əsgəranda  ermənilərlə  polis  arasında  qarşıdurmalar  nəticəsində 
iki azərbaycanlı öldürüldü, 19 nəfər isə yaralandı.
327
 Bu hadisə məsələni 
münaqişə səviyyəsinə çatdıran mühüm addım oldu.
Çardaqlı hadisəsi, İrəvanda ekoloji nümayişin Dağlıq Qarabağ Mux-
tar  Vilayətinin  Ermənistana  birləşdirilməsini  tələb  edən  siyasi  hərəkata 
çevrilməsi,  azərbaycanlılarının  Ermənistandan  qovularaq  çıxarılması  və 
Əsgəranda  iki  azərbaycanlının  öldürülməsi  münaqişənin  başlanmasının 
başlıca amilləri idi.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin