Bİlal Dədəyev


Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

27. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı 
Stepanakert şəhərinin tarixi adı necədir və onun 
adı niyə dəyişdirildi?
Xankəndi  şəhəri  Azərbaycanın  qədim  yaşayış  məskəni,  inkişaf  et-
miş  şəhərlərindən  biridir.  Şəhərin  ərazisi  8  kvadrat  kilometr,  əhalisi 
265  “Administrative territorial division”, Garabagh.net; (http://garabagh.net/content_70_en.html). 
Accessed on December 27, 2013.

 96
QARABAĞ 
   
99 SUALDA
53,1  min  nəfərdir.  Hal-hazırda  Ermənistan 
silahlı  birləşmələrinin  işğalı  altındadır. 
Xankəndi  oykonimi  “Xana  məxsus  kənd” 
mənasındadır. Xankəndi adına Azərbaycanın 
digər ərazilərində də rast gəlmək mümkün-
dür. İsmayıllı, Şamaxı, Qubadlı və digər ra-
yonlarda “Xankəndi” adını daşıyan yer adları 
vardır.
266
XVIII  əsrin  sonlarında  Qarabağ  xa-
nının  istirahət  yeri  kimi  seçdiyi  Xankəndi  yaşayış  yeri  Şuşanın  on 
kilometrliyində,  dağ  ətəyində  yerləşir.  İbrahimxəlil  xanın  Xankəndini 
şəxsi malikanə kimi seçməsi, ərazinin əlverişli təbii-coğrafi şəraiti ilə bağlı 
olmuşdur. Kəndin yuxarı hissəsindən çayın axması, sıx meşəliklərlə əhatə 
olunması onun seçilməsinə öz təsirini göstərmişdi. Burada xanın xüsusi 
cins atları və süfrəsi üçün kəsilən mal-heyvanı bəslənildi. Mirzə Camal Ca-
vanşir yazır ki, “Mərhum İbrahim xandan 6 imarət qalmışdır ki, bunlardan 
biri də, Şuşadan bir az aralıda Xan bağının tikintisidir”.
267
 
Qarabağ  xanlığının  Rusiya  tərəfindən  işğalından  (1805)  sonra,  rus 
əsgərləri Xankəndini hərbi düşərgə kimi istifadə etməyə başlamışdı. 1822-
ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının ləğv edilməsindən sonra rus 
qarnizonu  buraya  tam  yerləşdiyi  üçün  hərbi  düşərgənin  nəzdində  hos-
pital,  kazarma,  kilsə  və  başqa  inzibati  binalar  tikilmişdir.  Məhz  bundan 
sonra rusların himayəsinə girmiş ermənilər Xankəndində məskunlaşmağa 
başlamışdılar.
268
Azərbaycanın  bolşeviklər  tərəfindən  işğalından  sonra  erməni 
millətçi  dairələrinin  Azərbaycana  torpaq  iddiası  Lenin,  Stalin  və  Orco-
nikidzenin  dəstəyi  ilə  yeni  forma  almağa  başladı.  Buna  1921-1925-ci 
illərdə  Azərbaycan  Kommunist  Partiyası  MK-nın  birinci  katibi  olmuş 
ermənipərəst S.M.Kirovun apardığı siyasət də rəvac verdi. Beləliklə, RKP 
266  Məmmədov, N., Azərbaycanın Xankəndi şəhərinin tarixi (Bakı, 2011), s. 35.
267  Qarabaği, Mirzə Camal CavanşirQarabağ tarixi (Bakı, 1959), s. 48.
268  Təkləli, Minaxanam, Türk kitabı: unudulan tarix dəyişdirilən adlar (Bakı, Qafqaz Universiteti nəşri
2009), ss. 12-13.
DQMV yaradılandan 
SSRİ dağılanadək nəinki 
Xankəndinin, hətta 
vilayətdəki irili-xırdalı bütün 
təşkilatların rəhbərləri ancaq 
erməni millətindən olan 
şəxslərdən təyin edilirdi.

 97
QARABAĞ 
   
99 SUALDA
MK  Zaqafqaziya  bürosu  Dağlıq  Qarabağa  mərkəzi  Şuşa  şəhəri  olmaq-
la  Azərbaycan  daxilində  muxtariyyat  verilməsinə  qərar  verdi.  1923-cü 
il  iyulun  7-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətinin  təşkil  edilməsi  barədə  qərar  qəbul  edir.  Vilayətin 
erməniləşdirilməsi  məqsədi  ilə  vilayət  mərkəzi  büronun  qərarının 
əleyhinə olaraq Şuşa şəhəri deyil, əhalisinin yarıya qədəri erməni sakini 
olan Xankəndi götürülür.
1923-cü  il  sentyabrın  18-də  ermənipərəst  S.M.Kirovun  dəstəyi 
ilə  Azərbaycanın  qədim  yaşayış  məskəni  olan  Xankəndinin  adı  da 
dəyişdirildi.  DQMV-nin  erməni  əhalisinin  “müraciəti”  nəzərə  alınaraq 
Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepan Şaumyanın şərəfinə Ste-
panakert adlandırıldı. Oktyabrın 6-da Azərbaycan MİK-si həmin qərarı 
təsdiq etdi.
269
 Yalnız 68 il sonra, 1991-ci ildə Xankəndinin tarixi adı özünə 
qaytarıldı. 
Sovet  hakimiyyəti  dövründə  Azərbaycan  ictimaiyyəti  şəhəri  qeyri-
rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut 
etdi  ki,  Moskvanın  məqsədi  Azərbaycanın  ərazi  bütövlüyünü  qorumaq 
yox,  onun  içərisində  erməni  millətçiliyinin  dayağı  olaraq  respublikaya 
daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan 
SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün 
təşkilatların  rəhbərləri  ancaq  erməni  millətindən  olan  şəxslərdən  təyin 
edilirdi. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir 
kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı.
Xankəndi  Qarabağ  xanlarının  istirahət  mərkəzi  kimi  salınsa  da,  XX 
əsrdə  o,  Azərbaycanın  yeni  sənaye  və  mədəniyyət  mərkəzi  kimi  inki-
şaf  etməyə  başlayır.  Xankəndinin  sürətlə  böyüməsi  nəticəsində  1978-ci 
ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu 
tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran ra-
yonu adlandırıldı.
270
269  a.k.ə.  Məmmədov, N. (2011), s. 51.
270  “Stepanakert”, Sovet Ensiklopediyası, C. IX (Bakı, 1986), s. 34.

 98
QARABAĞ 
   
99 SUALDA
28. 1936-cı il Sovet Konstitusiyasında Dağlıq Qarabağın 
statusu necə idi?
SSRİ-nin 1936-cı ildə qəbul olunmuş yeni Konstitusiyası (Stalin Kons-
titusiyası)  Sovet  İttifaqında  sosializmin  qələbə  çaldığını  bəyan  edərək, 
dövlət və sovet cəmiyyətinin strukturunu yenidən formalaşdırdı. Konstitu-
siya İttifaqın və İttifaq respublikalarının səlahiyyətlərini müəyyənləşdirərək 
federalizmi, bərabər müttəfiq respublikaların könüllü birləşmək prinsipini 
təsbit etdi və müttəfiq respublikaların İttifaqdan ayrı sərbəst mövcud olma 
hüququnu təsdiq etdi.
271
Bundan  əlavə,  Konstitusiya  İttifaqın  və  muxtar  respublikaların  dövlət 
hakimiyyətinin  ali  təmsiledici  orqanlarının  formalaşması,  təşkili  və 
fəaliyyəti  məsələlərini  həll  etdi  və  hökumət  sistemini,  məhkəmə  və  pro-
kurorluq  orqanlarının  səlahiyyətlərini  müəyyənləşdirdi.  İttifaq  respub-
likalarının suverenliyi maddə 15-də qeyd olunduğu kimi, “yalnız Konsti-
tusiyanın 14-cü maddəsində göstərilən müəyyən müddəalar çərçivəsində 
məhdudlaşırdı,  bu  müddəalar  istisna  olmaqla,  hər  bir  İttifaq  respublika-
sı  dövlət  səlahiyyətlərini  müstəqil  həyata  keçirə  bilərdi”.
272
  Konstitusiya 
müttəfiq  respublikaların  öz  ərazilərində  onların  suverenlik  hüququnu 
təsdiq edən 18-ci maddədə vurğulanırdı ki, “müttəfiq respublikanın ərazisi 
onun razılığı olmadan dəyişdirilə bilməz.”
273
Konstitusiyaya  görə,  Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası 
və  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Azərbaycan  Sovet  Sosialist  Respub-
likası  ərazisinin  ayrılmaz  tərkib  hissəsidir.
274
  Onların  statusu  1936-cı  il 
Sovet Konstitusiyası ilə müəyyən edilsə də, bütün digər hüquqi qaydalar 
Azərbaycan Sovet Sosialist Respublikasının bir il sonra, 1937-ci ildə qəbul 
edilmiş yeni Konstitusiyasına daxil edilmişdir.
275
Azərbaycan  Sovet  Sosialist  Respublikasının  yeni  konstitusiyası  Dağ-
271   Конституция СССР 1936 года, Ленинградская областная универсальная научная библиотека – 
ЛОУНБ; (http://reglib.ru/konst/1936). Accessed on December 27, 2013.
272  “Maddə 15”, SSRİ Kostitusiyası, 1936. 
273  “Maddə 18”, SSRİ Kostitusiyası, 1936. 
274  “Maddə 24”, SSRİ Kostitusiyası, 1936. 
275  “Chapters: V,VI,VII”, The Constitution of Azerbaijan Soviet Socialist Republic, 1937. 

 99
QARABAĞ 
   
99 SUALDA
lıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq etdi; dövlət orqan-
ları  və  idarələrini,  seçki  üsullarını,  nümayəndəlik  qaydalarını,  onların 
səlahiyyətləri və fəaliyyət qaydalarını, hökumət strukturunu və onların digər 
dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirdi. Bundan əlavə, Konstitusi-
ya müəyyənləşdirdi ki, dövlət orqanları aktları Muxtar Vilayətdə yaşayan 
əhalinin dilində – ermənicə və azərbaycanca dərc edilməlidir.
276
 Həmçinin, 
Azərbaycan SSR Konstitusiyasına görə, Ali Sovetin Rəyasət Heyətinin sədr 
müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi.
277
 
DQMV-nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində xüsusi hü-
quqlara malik idi. Bu hüquqlar ona rayon və ərazi bölgülərinin sərhədlərini 
yaratmağa imkan verirdi ki, bu da Azərbaycan Sovet Sosialist Respublikası-
nın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməli idi.
278
SSRİ və Azərbaycan SSR Konstitusiyalarında təsdiq və təsbit olunmuş-
dur ki, Azərbaycanın muxtar respublika və vilayəti müttəfiq Respublikanın 
ayrılmaz tərkib hissəsidir və onun iradəsi olmadan dəyişdirilə bilməz.
29. 1948-ci ildə Azərbaycanlılar Ermənistandan 
nə üçün sürgün olundular?
II  Dünya  müharibəsinin  gedişində,  1941-1945-ci  illər  Almaniya  ilə 
SSRİ arasında müharibənin ilk illərində Sоvet rəhbərliyinin Azərbaycanla 
bağlı dəhşətli planı vardı. Bu plana görə Azərbaycan əhalisi Оrta Asiya və 
Qazaxıstana  кöçürülməliydi.  Buna  səbəb  dövlətin  azərbaycanlılara  eti-
bar  etməməsi  hesab  olunurdu.  Lakin,  azərbaycanlıların  müharibənin 
ilk  günlərindən  başlayaraq  göstərdikləri  şücaətlər,
279
  Bakı  neftinin  Sovet 
İttifaqı  üçün  oynadığı  önəmli  rol,  Qızıl  ordunun  Stalinqrad  və  Qafqaz 
cəbhəsindəki  çətin  döyüşləri,  habelə  M.C.Bağırоvun  möhkəm  iradəsi  və 
tutarlı arqumentləri İ.V.Stalini bu yоldan çəкindirmiş oldu. 
Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxlaması Mosk-
276  “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
277  “Maddə 31”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
278  “Maddə 19 (q)”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
279  İsmayılov, İsrafil, Azərbaycanlıların II Dünya müharibəsində iştirakı (Bakı, Qızıl Şərq mətbəəsi
2000), ss. 28-51. 

 100
QARABAĞ 
   
99 SUALDA
vaya  digər  xalqlar  üzərində  öz  hakim  mövqeyini  saxlamaq  üçün  lazım 
idi.  Hələ  40-cı  illərin  əvvəllərində  Moskvada  erməni  lobbisinin  başçısı 
A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yara-
dıldı. Ermənilərin bu kimi fəaliyyətləri SSRİ rəhbərliyinə hər vasitə ilə təsir 
etməyə çalışırdı. 1945-ci ilin payızında Ermənis tan rəhbərliyi növbəti dəfə, 
heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağı onlara verməyi Sovet 
hökuməti başçıları qarşısında qaldırdı. 1945-ci il noyabrın 28-də Mosk-
vadan Azərbaycan K(b)P MK-nin birinci katibi M.C.Bağırova göndərilən 
məktubda  bu  məsələylə  bağlı  məlumat  verilərək,  onun  rəyi  istənildi. 
M.C.Bağırov, bu iddiaların heç bir elmi və tarixi əsasının olmadığını qəti 
şəkildə bildirdikdən sonra, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət 
olan  Şuşa  rayonundan  başqa,  Qarabağın  dağlıq  hissəsinin  Ermənistana 
verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövrlərdə Ermənistana 
və  digər  qonşu  respublikalara  verilmiş  tarixi  Azərbaycan  torpaqları 
Azərbaycana qaytarılsın. Şübhəsiz ki, nə Sovet rəhbərliyi, nə də ermənilər 
buna razı olmadılar.
Bu illərdə Qarabağ məsələsindən başqa “Böyük Ermənistan” dövləti 
yaratmaq xülyasında olan ermənilər II Dünya müharibəsinin davam etdi-
yi əlverişli şəraitdən istifadə edərək qonşu ölkələrdə yaşayan ermənilərin 
yenidən  Ermənistana  köçürülməsini  gündəmə  gətirdilər.  Bununla  bağlı 
hələ 1943-cü il 28 noyabr-1 dekabr tarixlərində SSRİ, ABŞ və İngiltərənin 
iştirakı  ilə  keçirilən  Tehran  konfransında  Sovet-İran  münasibətləri 
müzakirə edilərkən İ.V.Stalinə məsələ ilə bağlı məlumat verilmiş və danı-
şıqlar zamanı razılıq da alınmışdı.
280
 
Bütün  bunlardan  sonra,  Moskva  Azərbaycan  əleyhinə  növbəti  “əks 
tədbirlər” üçün hazırlıq görməyə başladı. 1941-1945-ci illər müharibəsi 
başa çatdıqdan sonra Sovet rəhbərliyi, 1946-cı ilin oktyabrında xaricdə 
yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi. 
Bunun ardınca SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan 
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in 
Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. 1948-ci il 10 
mart tarixli daha bir qərarla bu işin həyata keçirmək üçün tədbirlər planı 
280  a.k.ə.  Azərbaycan tarixi, C. VII (2008), ss. 134-135.

 101
QARABAĞ 
   
99 SUALDA
müəyyən olundu. 1948-1956-cı illərdə 150 mindən artıq azərbaycanlı öz 
ata-baba torpaqlarından zorla köçürüldülər. Tarixi Qərbi Azərbaycan tor-
paqlarından zorla köçürülənlər əsrlər boyu yaşayıb uyğunlaşdıqları təbii 
coğrafi şəraitlərindən, Azərbaycanın daha çox düzən coğrafi bölgələri olan 
Kür-Araz və Mil-Muğan iqtisadi coğrafi zonalarına yerləşdirilmiş oldular. 
Bu  yerlər  əsasən  Azərbaycan  SSR-nin  Saatlı,  Göyçay,  Mirbəşir  (indiki 
Tərtər),  İmişli,  Əli  Bayramlı  (indiki  Şirvan),  Zərdab,  Salyan,  Kürdəmir, 
Sabirabad, Jdanov (indiki Beylaqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə ra-
yonları idi.
281
    
30. 1945 və 1965-ci ildə ermənilərin 
Dağlıq Qarabağla bağlı iddiaları nə ilə nəticələndi?
Azərbaycan  xalqına  qarşı  öz  məkirli  siyasətlərini  II  Dünya 
müharibəsindən  sonra  da  davam  etdirən  ermənilər,  1945-ci  ilin  payı-
zında Ermənis tan rəhbərliyi olaraq növbəti dəfə Dağlıq Qarabağı onlara 
verməyi  Sovet  hökuməti  başçıları  qarşısında  qaldırdılar.  Bununla  bağlı 
Ermənistan KP MK-nin birinci katibi Q.Arutunov 1945-ci ilin noyabrın-
da Moskvaya bir ərizə məktubu ilə müraciət etdi. Moskva məsələylə bağlı 
Azərbaycan rəhbərliyinin rəyini istədikdə, Azərbaycan KP MK-nin birinci 
katibi M.C.Bağırov, dekabrın 10-da göndərmiş olduğu cavab məktubunda 
yuxarıda da göstərildiyi kimi bunun sadəcə keçmişdə Azərbaycandan qo-
parılmış tarixi torpaqların geri qaytarılması yolu ilə ola biləcəyini vurğula-
dı. Təbii ki, nə Sovet rəhbərliyi və də ermənilər buna razı olmadı.
282
Belə olduqda, ermənilər əks tədbirlər görməyə başladı və 1946-cı ilin 
oktyabrında Moskvanın əliylə xaricdə yaşayan ermənilərin Ermənistana 
köçürülməsi  haqqında  qərar  qəbul  etdirdilər.  Bunun  ardınca  SSRİ 
Nazirlər  Soveti  1947-ci  il  dekabrın  23-də  “Ermənistan  SSR-dən  kol-
xozçuların  və  başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz 
281 Arzumanlı, Vaqif və Mustafa, Nazim, Tarixin qara səhifələri- Deportasiya. Soyqırım. Qaçqınlıq 
(Bakı, 1998), ss. 89-97.
282  a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), s. 134. Həmçinin bax; Qasımlı, Musa, “Ermənilərin 
Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları”, Yılmaz, Reha, red., 
Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 8.  

 102
QARABAĞ 
   
99 SUALDA
ovalığına  köçürülməsi  haqqında”  qərar  qəbul  edərək  150  mindən  artıq 
azərbaycanlını öz ata-baba torpaqlarından zorla köçürdülər.
283
 
50-ci  illərin  ortalarında  Sovet  imperiyasında  siyasi  abu-havanın 
nisbətən  yumşaması  Azərbaycanda  milli  dirçəliş  meyllərini  oyatdı. 
Bundan  təşvişə  düşən  mərkəz  Azərbaycanı  qorxu  altında  saxlamaq 
üçün  A.Mikoyanın  və  M.Suslovun  təşəbbüsü  ilə  növbəti  dəfə  Dağlıq 
Qarabağı  Ermənistana  vermək  məsələsini  qaldırdı.  Ermənistanda  an-
titürk  təbliğatı  yenidən  qızışdırıldı.  İrəvandakı  Azərbaycan  Pedaqoji 
Texnikumu  Azərbaycanın  Xanlar  (indiki  Göygöl)  rayonuna  köçürül-
dü.  Ermənistan  Pedaqoji  İnstitutunda  Azərbaycan  şöbəsi  bağlandı. 
Ermənistanda  Azərbaycan  dilində  çıxan  rayon  qəzetləri,  C.Cabbarlı 
adına  İrəvan  Azərbaycan  Dram  Teatrı  bağlandı.  Lakin  ölkədə  30-dan 
çox milli münaqişə öcağının olduğunu nəzərə alan Sovet rəhbərliyi bu 
məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək Azərbaycanın 
xeyrinə həll etdi. 
1958-ci  ildə  bütün  ermənilərin  katolikosu  II  Vazgen  Bakıya  səfər 
edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani 
seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng 
vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 
1960-cı  illərin  ortalarında  növbəti  dəfə  Ermənistanda 
azərbaycan lılar  əleyhinə  hərəkat  başladı.  1965-ci  ildə  uydurma 
“erməni  soyqırımı”nın  50  illiyi  qeyd  edildi.  “
Qarabağ  Komitəsi”  açıq 
fəaliyyətə başladı. Dağlıq Qarabağda erməni millət çiliyi dərinləşərək 
azərbaycanlılar açıqca sıxışdırılmağa başladılar. Respublika rəhbərliyi 
bu  hadisələrə  seyirci  münasibət  göstərərək  “xalqlar  dostluğunu” 
möhkəmləndirmək üçün tədbirlər görürdü. Hətta Azərbaycan SSR Ali 
Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd rayonlarında 
2  min  hektardan  çox  Azərbaycan  torpağının  Ermənistana  verilməsi 
haqqında 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiqləmişdi. Lakin, 
1969-cu il iyulun 14-də Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər 
Əliyev bu qərarın icrasına imkan vermədi.
284
 
283  “Qan Yaddaşı”, Azərbaycan Respublikası Ali Məhkəməsi; (http://www.supremecourt.gov.az/?mod=2
&cat=203&c=1&lang=az&t=w). Baxılmışdır 27 noyabr 2013-cü il.
284  a.k.ə.  Azərbaycan tarixi, C.VII (2008), s.144, 147. Həmçinin bax; a.k.ə. Qasımlı, Musa (2010), s. 12.

 103
QARABAĞ 
   
99 SUALDA
31. 1970-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar 
Vilayətinin Ermənistana birləşdirilməsi cəhdlərinin 
nəticəsi necə oldu?
1950  və  1960-cı  illərdə  erməni  dairələrinin  əsassız  iddiaları  həyata 
keçməyincə  onlar  bu  kimi  fəaliyyətlərini  1970-ci  illərdə  də  davam 
etdirdilər. Bu illərdə müəyyən erməni dairələri Dağlıq Qarabağ məsələsini 
yenidən  gündəmə  gətirməyə  başladılar.  Hətta  1973-cü  ilin  avqustun-
da  Azərbaycan  Dövlət  Təhlükəsizlik  Komitəsinin  5-ci  şöbəsi  “erməni 
millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütun təşkilatı ilə bağlı olan 
bir qrup şəxsi həbs etdi. Buna baxmayaraq, onlar 1977-ci ildə SSRİ Kons-
titusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən 
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldıraraq 
Moskvaya, yəni SSRİ mərkəzi orqanlarına ərizələrlə müraciət etməyə baş-
ladılar. Bu hadisələr Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 
dövrə təsadüf etdiyi üçün bunun qarşısı alındı. Belə ki, bu zaman Krımda 
istirahətdə olan Sovet İttifaqı KP MK-nin Baş Katibi L.İ.Brejnevlə görüşən 
Heydər  Əliyev,  erməni  şovinistlərinin  Dağlıq  Qarabağla  bağlı  əsassız 
iddialarını  puça  çıxartmış  oldu.
285
  Çünki,  Heydər  Əliyevin  hakimiyyət 
illərində vilayətin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilirdi. Belə 
ki, bu illərdə Ağdam-Stepanakert dəmiryolu açıldı; Stepanakertdə (indiki 
Xankəndi) Ali məktəb yaradıldı; Vilayətdə mədəni-maarif müəssisələrinin 
geniş şəbəkəsi quruldu. Bütün bu işlər aparılarkən heç bir milli ayrı seçki-
lik qoyulmadan həyata keçirilirdi. Bunu Dağlıq Qarabağda yaşayan erməni 
icması da çox gözəl dərk edirdi. Onlar Azərbaycan torpaqlarına gəlmə ol-
duqlarını başa düşərək 1978-ci ildə bu diyara köçüb gətirilmələrinin 150 
illiyi münasibəti ilə xüsusi abidə də qoydular. Amma bəzi erməni alimləri, 
siyasətçi, yazıçı və jurnalistləri antiazərbaycan fikirlərindən əl çəkməyərək 
Azərbaycan  əleyhinə  Moskvadakı  müxtəlif  mərkəzi  orqanlara  şikayət 
məktubları  yazır  və  teleqramlar  göndərirdilər.  1980-ci  illərin  ortalarına 
qədər yazılan bütün bu şikayət məktublarını, elə rus-sovet rəhbərlərinin 
285  Qasımlı, Musa, Heydər Əliyev-İstiqlala gedən yol (1969-1987-ci illər) (Bakı, 2006), ss. 329-331.

 104
QARABAĞ 
   
99 SUALDA
xüsusi  müfəttişləri  yoxlayaraq,  irəli  sürülən 
iddiaların əsassızlığını zəngin fakt və materi-
allarla təkzib ediblər.
286
    
1980-ci  illərin  ortalarında  ölkədə  baş 
verən siyasi dəyişikliklər, ermənilərin avan-
türist  fikirlərini  canlandırdı.  Eyni  zaman-
da  ciddi  iqtisadi-siyasi  böhranla  çarpışan 
Moskva, regionlarda milli zəmində xristian-
müsəlman qarşıdurması və Dağlıq Qarabağ 
problemini yaratmaqla özünün labüd iflası-
nın  qarşısını  almağa  cəhd  göstərdi.  Heydər 
Əliyevin gələcəkdə milli münaqişələrə səbəb ola biləcək hərəkətlərdən im-
tina edilməsi haqqında Mərkəzin ünvanına söylədiyi iradlar onun 1987-ci 
ilin oktyabrında hakimiy yətdən uzaqlaşmasına səbəb oldu. Məhz, Heydər 
Əliyevin istefasından sonra “yenidənqurma” və “aşkarlığ”ın yaratdığı im-
kanlar sayəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 
milli münaqişə ocağına çevrilmiş oldu.
Bu  dövürdə,  Zori  Balayanın  Azərbaycan  xalqını  təhqir  edən,  saxta-
karlıqlarla  dolu  olan  “Ocaq”  və  başqa  kitablarının  nəşr  edilməsi  milli 
münaqişəni daha da qızışdırdı. Ermənipərəst qüvvələrin səyi nəticəsində 
Azərbaycan əleyhinə SSRİ və qərb mətbuatında kampaniyalar başladıldı. 
Daxildən  və  xarici  ölkələrdən  dəstək  alan  ermənilər  açıq  ərazi  iddiala-
rı ilə çıxış etməyə başladılar və Azərbaycan torpaqları hesabına “Böyük 
Ermənistan”  yaratmaq  üçün  fəaliyyətlərini  genişləndirdilər.  Bu  zaman 
respublikaya  rəhbərlik  edənlər  nəinki  susur,  hətta  ermənilər  tərəfindən 
törədilən bir sıra terror aktlarını da saxta beynəlmiləlçilik zəminində xalq-
dan gizlədirdilər.    
M.Qorbaçovun əlaltısı akademik A.Aqanbekyan 1987-ci ilin noyab-
rında Parisdə “Huma nite” qəzetinə verdiyi müsahibədə SSRİ rəhbərliyinin 
DQMV haqqında mövqeyini açıq şərh etdi. Milli ədavətin ilk qurbanları 
yenə də Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanva-
rında  Qafan  və  Mehridən  ilk  qaçqınlar  Azərbaycana  pənah  gətirməyə 
286  a.k.ə. Qasımlı, Musa (2010), ss. 13-15.
Məhz, Heydər Əliyevin 
istefasından sonra 
“yenidənqurma” və 
“aşkarlığ”ın yaratdığı imkanlar 
sayəsində Azərbaycanın 
Dağlıq Qarabağ Muxtar 
Vilayəti (DQMV) milli 
münaqişə ocağına 
çevrilmiş oldu.

 105
QARABAĞ 
   
99 SUALDA
başladılar. Həmin ilin fevral ayının 24-də Əsgəran rayonunda ermənilər 
tərəfindən 2 azərbaycanlı gəncin qətlə yetirilməsi və 19 nəfərin də yara-
lanması ilə 
elan olunmamış Dağlıq Qarabağ müharibəsi başlamış oldu.
287
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin