Bİlal Dədəyev


Dağlıq Qarabağ münaqişəsində Qorbaçovun



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

36. Dağlıq Qarabağ münaqişəsində Qorbaçovun 
“yenidənqurma” (Perestroyka) və “aşkarlıq” 
(Glasnost) siyasətinin rolu nədən ibarət idi?
1985-ci  ildə  Mixail  Qorbaçov  SSRİ-də  hakimiyyətə  gələndə  o, 
problemlərin  ittifaq  daxilində  həllini  təmin  etməyi  qarşısına  məqsəd 
qoyan “yenidənqurma” və “aşkarlıq” adlı yeni siyasət həyata keçirməyə 
başladı.
328
 O zaman SSRİ və ABŞ hələ dünyanın ən böyük dövlətlərindən 
biri  olaraq  qalırdı,  amma  bu  bir  fakt  idi  ki,  hərbi  xərclərin  yüksək  ol-
ması  səbəbiylə  ölkənin  iqtisadi  vəziyyəti  get-gedə  kəskin  dərəcədə 
pisləşirdi.
329
  Qorbaçovun  əsas  məqsədi  iqtisadi  məsələləri  həll  etmək 
idi.  Buna  görə  də  iqtisadi  layihələrin  həyata  keçirilməsi  üçün  Sovet 
cəmiyyətində  islahatların  qaçılmaz  olduğunu  başa  düşürdü.  Bu  fikirlə 
326  Quinn-Judge, Paul, “Gorbachev treads fine line on Armenian issue. Soviet leader’s conciliatory line 
may fuel more nationalism, but crackdown would stymie reform”, The Christian Science Monitor, 29 
February 1988, p. 10.
327  a.k.ə. “Начало конфликта”.
328  Siegelbaum, Lewis, “Perestroika and Glasnost”, Seventeen Moments in Soviet History; (http://www.
soviethistory.org/index.php?page=subject&SubjectID=1985perestroika&Year=1985.......are). Accessed on 
November 29, 2013.
329  Gitomirski, Sasha, “Glasnost And Perestroika”, The Cold War Museum; (http://www.coldwar.org/
articles/80s/glasnostandperestroika.asp). Accessed on November 29, 2013.

 115
QARABAĞ 
   
99 SUALDA
də o, demokratikləşmə olmadan “aşkarlıq” və “yenidənqurma”nı həyata 
keçirməyin çətin olacağını qeyd etdi.
330
 Xüsusilə də “aşkarlıq” ölkədə söz 
azadlığı və çoxpartiyalı sistem təmin olunmaqla demokratiyanı inkişaf 
etdirmək istəyirdi.
SSRİ-nin  demokratikləşmə  səylərindən  sonra  milliyətçi  ideologiya-
lar olduqca fəallaşdı. Beissingerin fikrincə, “aşkarlıq” və “yenidənqurma” 
illərində  milliyətçilik  Sovet  cəmiyyətində  hər  hansı  digər  məsələlərlə 
müqayisə  edilməyəcək  qeyri-adi  cazibə  qüvvəsi  hiss  edirdi.
331
  Lakin, 
“aşkarlıq”  özünün  ilkin  mərhələlərində  güclü  milliyətçi  komponentləri 
ehtiva etməmişdi. Sonralar, 1988-ci ildə Ermənistan Qarabağa görə eti-
raz  qaldıranda  hökumət  ona  nəzarət  edə  bilmədi.  Baltikyanı  ölkələr, 
Zaqafqaziya,  Ukrayna  və  Moldovada  etnik  qrupların  səfərbər  olunma-
sı  genişlənmişdi.
332
  “Aşkarlığ”a  qədər  SSRİ-də  etnik  qruplar  arasında 
gərginliyin  olduğu  rədd  edilirdi.  Buna  baxmayaraq,  “aşkarlıq”  siyasəti 
milliyətçiliyin oyanması üçün motivasiya faktoru idi ki, sonda ölkədəki 
etnik qruplar arasında uzun müddət dondurulmuş gizli münaqişələri aş-
kara çıxardı.
333
Xatırladaq ki, ermənilərin Dağlıq Qarabağ iddiası əslində yeni məsələ 
deyildi,  hətta  sovet  dövründə  də  bu  bölgədən  olan  ermənilər  vaxtaşırı 
mərkəzi  hökumətdən  onları  Ermənistana  birləşməyi  xahiş  edirdilər.
334
 
Qorbaçovun  “aşkarlıq”  siyasəti  isə  məqsədlərini  həyata  keçirmək  üçün 
ermənilərə əlverişli imkan yaratmışdı. 
İlk  növbədə,  SSRİ  və  Qərb  ölkələri  arasında  münasibətlərin  nor-
mallaşması  erməni  diasporaları  ilə  Ermənistan  arasında  birbaşa 
əlaqəyə imkan verdi ki, bu da  beynəlxalq aləmdə bu ölkənin mövqeyi-
330  “Гласность — полный отход от марксизма-ленинизма”, Рабочий путь; (http://work-way.com/
literatura/xarpal-brar-perestrojka-polnyj-krax/ глава-5-гласность-полный-отход-от-марк/). Accessed on 
November 29, 2013.
331  Beissinger, Mark R., “Nationalism and the Collapse of the Soviet Communism”, Contemporary 
European History, Vol. 18 (03), 2009, p. 336. 
332  a.k.ə. Beissinger, Mark R., p. 338. 
333  Horowitz, Shale, “Identities Unbound Escalating Ethnic Conflicts in Post-Soviet Azerbaijan, Georgia, 
Moldova, and Tajikistan”, in Lobell, L., & Maucery, Philip, ed., Ethnic Conflicts and International 
Politics in edition of Steven (Palgrave Mac Millan, 2004), p. 54.  
334  De Wall, Thomas, Black Garden: Armenia and Azerbaijan Through Peace and War (New York 
University Press, 2003), p. 16.

 116
QARABAĞ 
   
99 SUALDA
nin  möhkəmlənməsinə  səbəb  oldu.
335
  Bundan  əlavə,  məsələ  ilə  bağlı 
Ermənistanın xeyrinə, lakin Azərbaycan əleyhinə informasiya təbliğatında 
erməni diasporası çox mühüm rol oynadı.
336
 Deyilənlərdən əlavə, münaqişə 
intensivləşdirildikdən sonra, diaspora Ermənistana yalnız maddi yardım 
etməklə kifayətlənməyərək həm də onu hərbi silah-sursat və döyüşçülərlə 
də təchiz etməyə başladı.
337
 Ümumilikdə bu hərəkat Ermənistan, Dağlıq 
Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin 
potensialına  arxalanırdı.  SSRİ-də  gedən  demokratikləşmə  prosesi 
erməni kütləvi informasiya vasitələrinə Dağlıq Qarabağ məsələsinə dair 
ermənilərin mövqeyini sərbəst ifadə etməyə şərait yaratdı. Bundan əlavə, 
Qarabağ hərəkatının əsas hərəkətverici amili olan erməni ziyalıları həm 
yerli,  həm  də  beynəlxalq  mətbuatdakı  müsahibələrində  “tarixi  ədaləti” 
bərpa  etmək  naminə  Qarabağın  Ermənistana  verilməsinin  zəruriliyini 
vurğulayırdılar.
338
Demokratikləşmədən  “ruhlanan”  ermənilər  ölkə  əhalisinin  1/3 
hissəsini  özündə  birləşdirən  ekoloji  nümayişləri  sonra  siyasi  hərəkata 
çevirməyə    başladılar.
339
  Əvvəllər  gizli  fəaliyyət  göstərən  erməni  “Qara-
bağ  Komitəsi”,  onun  DQMV-dəki  separatçı-terrorçu  təşkilatı  “Krunk” 
(“Durna”)  açıq  işə  keçdi,  “Miatsum”  (“Birləşmə”)  hərəkatı  formalaş-
dırıldı.  Ermənilərin  siyasi  səfərbərliyi  “Qarabağ  Komitəsi”,  “Krunk”
340
 
kimi təşkilatların və sonralar Ermənistanın ilk prezidenti olmuş və Qa-
rabağ hərəkatında aparıcı rol oynamış Levon Ter-Petrosyanın təsis etdi-
yi plan – erməni Ümummilli Hərəkatı kimi siyasi partiyanın yaradılması 
ilə  nəticələndi.  Bununla  da  Qorbaçovun  “aşkarlıq”  və  “yenidənqurma” 
siyasəti əvvəllər planlaşdırılmış layihələrin həyata keçirilməsində separat-
çı ermənilər üçün əlverişli şəraitin formalaşmasında həlledici rol oynadı.
335  Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International 
Organization, Vol. 57, No. 3, Summer, 2003, pp. 468-471.
336  a.k.ə. Shain, Yossi & Barth, Aharon, p. 109.
337  a.k.ə. De Wall, Thomas, (2003), p. 16.
338  a.k.ə. “Начало конфликта”.
339  a.k.ə. De Wall, Thomas (2003), p. 23.
340  Grigor Suny, Ronald, “Soviet Armenia, 1921-91”, in Herzig, Edmund & Kukchiyan, Marina, ed., The 
Armenians: Past and Present in the Making of National Identity (Rutledge Curson, 2005), p. 122.

 117
QARABAĞ 
   
99 SUALDA
37. Sovet hökumətinin Dağlıq Qarabağ münaqişəsinə 
reaksiyası necə oldu?
Münaqişənin başlanması Sovet hökuməti üçün gözlənilməz hadisə idi. 
Çünki bu yeni “aşkarlıq” siyasətinin etnik qruplar arasında gərginliyin artı-
rılmasına gətirib çıxara biləcəyi güman edilmirdi. Sovet İttifaqı dövründə 
bütün  etnik  münaqişələrin  mövcudluğu  rədd  edilir  və  ya  məharətlə 
gizlədilirdi.
341
 Buna görə də, Siyasi Büronun məsləhətçisi Vyaçeslav Mi-
xaylov münaqişəyə aydınlıq gətirərkən bunun onlar üçün tamamilə yeni 
bir  məsələ  olduğunu  etiraf  etmişdi.  Faktiki  olaraq,  münaqişə  başladığı 
gündən  Sovet  hökuməti  problemə  etinasız  qalmadı  və  dərhal  prosesə 
müdaxilə  etdi.  Lakin  sovetlərin  keçirdiyi  islahatlar  fonunda  kütləvi 
nümayişləri dayandırmaq üçün istifadə edilən ənənəvi qurultay metodu 
köhnəlmiş  hesab  olunurdu.  Beləliklə,  Siyasi  Büro  Azərbaycanın  partiya 
rəhbərinə  güc  tətbiq  etməkdənsə  onları  dilə  tutmaq  metodunu  tövsiyə 
etdi. 
Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisinə erməni iddiaları bir-
başa  Sovet  hökumətinin  maraqlarına  toxunurdu.  Buna  görədə  Dağlıq 
Qarabağa dair çıxışında Mixail Qorbaçov demişdir: “Sovet İttifaqında on 
doqquz potensial ərazi münaqişələri olub və o, onların heç birinə hər han-
sı güzəştə gedərək presedent yaratmaq istəmir.”
342
 Sovet liderləri Dağlıq 
Qarabağın domino təsirinin Sovet İttifaqının digər bölgələrinə də çataca-
ğını və sonda bunun dövlət üçün çox acı nəticələr verəcəyini bilirdilər. 
Bu baxımdan, rəsmi Moskvanın ilk təşəbbüsü Bakı və Xankəndi (Ste-
panakert) arasında dialoq qurmaq oldu. Buna görə də, vilayətə iki böyük 
nümayəndə heyəti göndərildi.
343
 Lakin, onların Xankəndinə səfəri erməni 
etirazlarının  gərginləşməsinin  qarşısını  ala  bilmədi  və  hətta  bu  zaman 
ermənilər  azərbaycanlılara  qarşı  ilk  zorakılıq  törətdilər.
344
  Daha  sonra, 
etiraz  dalğası  Dağlıq  Qarabağ  ərazisindən  kənara  çıxanda  təqribən  bir 
341  a.k.ə. Horowitz, Shale (2004), p. 54.   
342  a.k.ə. De Wall, Thomas (2003), pp. 11-13.
343  a.k.ə. De Wall, Thomas (2003), p. 13.
344  a.k.ə. Dragadze, Tamara (1989), p. 56.

 118
QARABAĞ 
   
99 SUALDA
milyon  insan  İrəvanda  gedən  nümayişlərə 
qatıldı. Qorbaçov məsələni müzakirə etmək 
üçün  Ermənistandan  olan  nümayəndələri 
qəbul  etdi.  Lakin,  o,  Ermənistanın  DQMV 
ilə  birləşdirilməsinə  dair  tələblərini  qəbul 
etmədi. Elə həmin dövrdə, 1988-ci il martın 
23-də  Sovet  İttifaqı  Ali  Sovetinin  Rəyasət 
Heyəti  DQMV  Ali  Sovetinin  Ermənistanla 
birləşmək  tələblərini  rədd  etdi.  İyulun  18-
də  Rəyasət  Heyəti  yenə  eyni  cavabı  verdi 
və  DQMV  Ali  Sovetinin  Dağlıq  Qaraba-
ğın  Ermənistanla  birləşdirilməsi  haqqında 
qərarını ləğv edərək Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdi.
345
 Bundan 
əlavə,  rəsmi  Moskva  Azərbaycan  və  Ermənistanda  hadisələrin  inkişafına 
nəzarət etmək üçün xüsusi komissiya yaratdı.
346
 Lakin, 1989-cu il yanva-
rın  12-də  münaqişənin  şiddətlənməsini  dayandırmaq  məqsədilə  rəsmi 
Moskva  Azərbaycan  tərəfi  ilə  məsləhətləşmədən  DQMV-ni  Azərbaycan 
SSR-in  nəzarətindən  çıxararaq  Moskvaya  tabe  olan  “xüsusi  idərəçilik 
üsulu”  tətbiq  etdi.
347
  Dağlıq  Qarabağ  erməniləri  bu  qərarı  Ermənistanla 
birləşmək  üçün  bir  addım  kimi  qəbul  etsə  də,  Moskvanın  niyyətindən 
şübhələnən  azərbaycanlılar  bunu  qaçqınların  geri  qaytarılması  faktı  kimi 
qiymətləndirdilər.
348
 SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-cu il yanva-
rın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi 
idarəçilik formasının tətbiqi haqqında” verdiyi bu qərar
349
 əslində DQMV-
nin Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində atılan bir ad-
dım idi. 
Sonralar rəsmi Moskvanın icmalar arasında münaqişəni həll etməkdə 
aciz olduğu aydınlaşdı və buna görə də vilayətdə xüsusi idarə üsulu ləğv edil-
345  a.k.ə. Cornell, Svante E. (1999), p. 20.
346  a.k.ə. Altstadt, Audrey L. (1992), p. 198. 
347  Başer, Bahar, “Third Party Mediation in Nagorno Karabakh: Part of the Cure Karabakh: or Part of the 
Disease?”, The Journal of Central Asian and Caucasian Studies, Vol. 3, No. 5, 2008, p. 90.
348  a.k.ə. Cornell, Svante E. (1999), p. 21.
349  Нагорный Карабах: разум победит. Документы и материалы (Ба ку, 1989), cс. 304-306. 
SSRİ Ali Soveti Rəyasət 
Heyətinin 1989-cu il yanvarın 
12-də “Azərbaycan SSR-in 
Dağlıq Qarabağ Muxtar 
Vilayətində xüsusi idarəçilik 
formasının tətbiqi haqqında” 
verdiyi bu qərar əslində 
DQMV-nin Azərbaycan 
SSR-in tərkibindən çıxartmaq 
istiqamətində atılan bir 
addım idi. 

 119
QARABAĞ 
   
99 SUALDA
di, hərbi rejim yaradılaraq yenidən Azərbaycanın nəzarətinə qaytarıldı.
350
 
Münaqişənin gərginləşərək silahlı müstəviyə keçməsindən sonra, xüsusilə 
1991-ci  ilin  yazında  və  yayında  ermənilər  tərəfindən  azərbaycanlıların 
yaşadığı  məntəqələrə  hücum  törədildiyi  zaman  Moskva,  Sovet  və 
Azərbaycan hərbi və milis qüvvələrinin birgə əməliyyatı ilə bu prosesə ca-
vab verdi.
351
 Ümumiyyətlə, Sovet hökuməti Dağlıq Qarabağ münaqişəsini 
həll etməkdə aciz idi və hətta bu müddət ərzində həyata keçirilən siyasət 
özü münaqişənin gərginləşməsinin əsas səbəblərindən biri oldu. Bundan 
əlavə, Sovet İttifaqının yüksək vəzifəli şəxslərinin münaqişəyə qeyri-adek-
vat  reaksiyası  icmalar  arasında  gərginliyin  artmasına  səbəb  oldu  və  bu 
gərginlik silahlı münaqişəyə gətirib çıxardı. 1991-ci ilin dekabrında  Sovet 
İttifaqı rəsmən dağıldığı zaman problem həll edilmədən Sovet qoşunları 
regiondan çıxarıldı.
352
38. 1988-ci ildə Bakıda keçirilən kütləvi nümayişlərin 
səbəbi nə idi?
Vəziyyətin  gərginləşməsi,  xüsusilə,  azərbaycanlıların  Ermənistandan 
deportasiya  olunması  və  Moskvanın  ermənilərin  separatçı  tələblərinə 
yumşaq cavabı Azərbaycanda kütləvi nümayiş formasında ilk reaksiyaya 
səbəb oldu.
1988-ci il fevralın 19-da tələbə, fəhlə və ziyalıların iştirakı ilə hökumətin 
əsas rəsmi qərargahına Milli Elmlər Akademiyasından yürüşə başlayan və 
“Dağlıq Qarabağ Azərbaycana məxsusdur” deyə tələb irəli sürən ilk nü-
mayiş keçirildi.
353
 Amma nümayiş geniş vüsət almadı və cəmiyyətin bö-
yük hissəsinin iştirakı ilə azərbaycanlıların kütləvi etiraz aksiyasına çevrilə 
bilmədi. 1988-ci ilin əsas kütləvi mitinqi elə həmin il noyabrın 17-də mil-
yonlarla azərbaycanlının iştirakı ilə sonralar “Azadlıq meydanı” adlandı-
rılmış Bakının Lenin meydanında təşkil edilmişdi. Nümayişçilər DQMV-
350  a.k.ə. Başer, Bahar (2008), p. 90. 
351  a.k.ə. Cornell, Svante E. (1999), p. 21.
352  a.k.ə. Başer, Bahar (2008), p. 90. 
353  a.k.ə. De Wall, Thomas (2003), p. 20. 

 120
QARABAĞ 
   
99 SUALDA
yə  nəzarət  etməkdə  bacarıqsızlıq  göstərmiş 
Azərbaycan  partiya  rəhbərlərinin  zəifliyinə 
qarşı    etiraz  edirdilər.
354
  Nümayiş  meydan-
da  gecə  düşərgələri  salınmaqla  fasiləsiz 
olaraq  davam  edirdi.  Nümayişçilər  əsasən 
ermənilərin  İrəvan  Alüminium  zavodunun 
işçiləri üçün Topxana meşəsində qonaq evi 
inşa etmək niyyətinə qarşı etiraz edirdilər.
355
 
Mitinq on səkkiz gün davam etdi və dekabrın 
5-də Sovet hökuməti milis gücü tətbiq edərək meydanı təmizləyə bildi.
356
Azərbaycanlıların  1988-ci  ildə  keçirdiyi  kütləvi  nümayişlər  yalnız 
ermənilərin separatçı siyasətinə qarşı etirazın ifadə olunmasında mühüm 
rol oynamadı, eləcə də Azərbaycan xalqının oyanışı ilə başlayaraq sonralar 
müstəqillik hərəkatına çevrilməsində mühüm hadisə oldu. Buna görə də, 
1992-ci  ildə  “17  Noyabr”  Azərbaycanlıların  dirçəliş  günü  elan  edildi  və 
müstəqil Azərbaycanın milli bayramlarından biri kimi qeyd olunmağa baş-
landı.
357
39. Dağlıq Qarabağ münaqişəsi ilə Sumqayıt hadisələri 
arasında nə kimi əlaqə var?
1988-ci il fevralın 28-də Sumqayıt hadisələri baş verdi və bu 32 nəfərin 
– 26 erməni, 5 azərbaycanlı və 1 ləzginin ölümü ilə nəticələndi.
358
 Erməni 
tərəfi  “Sumqayıt”  hadisəsini  ermənilərə  qarşı  azərbaycanlılar  tərəfindən 
törədilmiş qırğın kimi təqdim edərək, onu o vaxtkı Azərbaycan hökumətinin 
354  “Azerbaijan marks National Revival Day”, Trend, 17 November 2013; (http://en.trend.az/news/
society/2212044.html), Accessed on November 30, 2013.
355  a.k.ə. De Wall, Thomas (2003), p. 83.
356  Seyidaga, Etibar, “Xalq hərəkatinin başlanmasından 20 il keçdi”, 17 Noyabr 2008; (http://musavat.com/
news/gündem/XALQ-HƏRKATININ-BASLANMASINDAN-20-IL-KEÇDİ_43013.html). Baxılmışdır 30 
noyabr 2013-cü il.
357  “17 Noyabr Milli Dirçəliş Günü”; (http://president.az/azerbaijan/holidays/#17). Baxılmışdır 30 noyabr 
2013-cü il.
358  “The start of Garabagh war”, ARRA; (http://www.arra.az/index.php?type=content&cid=24&subid=53). 
Accessed on November 30, 2013.
1988-ci ilin əsas kütləvi 
mitinqi elə həmin il 
noyabrın 17-də milyonlarla 
azərbaycanlının iştirakı ilə 
sonralar “Azadlıq meydanı” 
adlandırılmış Bakının Lenin 
meydanında təşkil edilmişdi. 

 121
QARABAĞ 
   
99 SUALDA
təşkilatçılığı ilə ölkədə həyata keçirilən etnik 
təmizləmə siyasəti nəticəsində baş verdiyini 
iddia  edirdi.
359
  Digər  tərəfdən,  Azərbaycan 
“Sumqayıt 
hadisə”sinin 
DQMV-nin 
Ermənistana  birləşməsinə  haqq  qazandır-
maq  üçün  Moskva  və  Ermənistanın  xüsusi 
xidmət  orqanlarının  birgə  əməkdaşlığı  ilə 
təşkil olunduğuna əmin idi.
360
İlk  növbədə  qeyd  etmək  vacibdir  ki,
 
“Sumqayıt  hadisə”ləri  Dağlıq  Qarabağ 
münaqişəsi  kontekstində  təhlil  edilməlidir. 
Ona  görə  ki,  Sumqayıtda  baş  verən 
hadisələr  Qarabağ  münaqişəsinin  kəskinləşməsi  prosesində  baş  vermişdi 
və  azərbaycanlılarla  ermənilər  arasında  icmalar-arası  gərginliyin  yeganə 
səbəbi idi. Həqiqətən, hadisələrə qədər ermənilər Dağlıq Qarabağla bağ-
lı artıq öz tələblərini irəli sürmüşdülər. Xankəndində (Stepanakertdə) və 
İrəvanda erməni əhalinin böyük əksəriyyətinin iştirakı ilə siyasi nümayişlər 
davam etməkdə idi. Bu hadisələr nəticəsində yaranan icmalararası toqquş-
malarda iki azərbaycanlı öldürülmüş, azərbaycanlıların Ermənistandan de-
portasiyasına başlanılmış və qaçqınların ilk dalğası Azərbaycana gəlmişdi. 
Əlbəttə,  hökumətin  ört-basdır  etmə  siyasətinə  baxmayaraq,  Azərbaycan 
cəmiyyəti və Ermənistandan deportasiya olunan zaman zorakılığa məruz 
qalaraq Sumqayıtda məskunlaşan qaçqınların ilk dalğası Dağlıq Qarabağ-
dakı vəziyyətdən xəbərdar idi. Aydındır ki, bu, cəmiyyətdə gedən proseslərə 
qarşı mənfi münasibətin formalaşmasını gözləmək olardı.
Həqiqətən, Ermənistandan gələn həmin qaçqınların əksəriyyəti 1950-ci 
ildə salınmış, Sovet İttifaqının kimya sənaye mərkəzlərindən biri olan, xeyli 
erməni  əhalinin  yaşadığı  Sumqayıt  şəhərində  yerləşdirilmişdi.
361
  Bundan 
başqa, şəhərin digər xarakterik xüsusiyyəti o idi ki, o zamana kimi şəhər “so-
359  “Sumgait: 20 years later”, Ministry of Foreign Affairs of the Republic of Armenia, (http://www.mfa.am/
en/sumgait/). Accessed on November 30, 2013.
360  “The Beginning of the Conflict”, Ministry of Foreign Affairs of Azerbaijan; (http://www.mfa.gov.az/?la
nguage=en&options=content&id=813). Accessed on November 30, 2013.
361  a.k.ə. De Wall, Thomas (2003), p. 31.
“Sumqayıt hadisə”ləri 
Dağlıq Qarabağ münaqişəsi 
kontekstində təhlil edilməlidir. 
Ona görə ki, Sumqayıtda 
baş verən hadisələr Qarabağ 
münaqişəsinin kəskinləşməsi 
prosesində baş vermişdi və 
azərbaycanlılarla ermənilər 
arasında icmalararası 
gərginliyin yeganə səbəbi idi. 

 122
QARABAĞ 
   
99 SUALDA
vet cəmiyyətinin ən aşağı təbəqəsi” – cinayətkarlar və keçmiş məhbuslarla 
doldurulmuşdu.
362
 Nəticədə, məhz bu faktlar bu şəhərdə hadisələrin baş-
lanmasının mühüm elementləri hesab edilirdi.
Hadisə  1988-ci  il  fevralın  26-da  Ermənistanda  azərbaycanlılara 
qarşı  zorakılığa  və  ermənilərin  Dağlıq  Qarabağ  iddialarına  etiraz 
əlaməti olaraq şəhərin mərkəzi meydanında nümayiş ilə başlamışdır. 
Fevralın 28-də provokasiya nəticəsində bu proses yalnız ermənilərin 
deyil,  həm  də  azərbaycanlıların  ölümünə  səbəb  olan  zorakılıqla  da-
vam  etmişdir.  Olduqca  maraqlı  faktdır  ki,  hadisələr  zamanı  polis  və 
digər təhlükəsizlik qüvvələri zorakılığı dayandırmaq üçün nəinki heç 
bir  səy  göstərmir,  əksinə  onun  daha  da  artmasına  imkan  verirdilər. 
Erməni tərəfinin bu faktı Azərbaycan hökuməti tərəfindən təşkil olun-
muş plan kimi şərh etməsinə baxmayaraq, aydın idi ki, erməni əhali 
ayrılma  iddiasında  olduğu  bir  zamanda  Azərbaycan  tərəfinin  zora-
kılıq  törətməsi  çox  absurd  görünürdü.  Çünki  Sumqayıtda  baş  verən 
hadisələrdən sonra bu icmalar arasında münasibətlərin normallaşması 
qeyri-mümkün idi. Sonralar, hadisələri təşkil edən qrup həbs olunan 
zaman əksəriyyətinin keçmiş məhbuslar olduğu, hadisələr zamanı beş 
ermənini öldürən qrup başçısı Eduard Qriqoryanın isə məhz erməni 
olması aşkara çıxdı.
363
 Sumqayıtda baş verən bu hadisə erməni xüsusi 
xidmət orqanları və SSRİ Dövlət təhlükəsizlik orqanlarının iştirakı ilə 
əvvəlcədən  hazırlanmış  ssenari  üzrə  yerinə  yetirilmişdi.
364
  Sumqayıt 
hadisələri ilə bağlı Azərbaycan tərəfi isə belə bir versiya üzərində israr-
lı idi ki, bu hadisələri Ermənistan təşkil edib və Eduard Qriqoryan bu 
sui-qəsdin parlaq sübutudur.
365
 Azərbaycan tərəfi şübhələndirən digər 
bir fakt da hadisələr haqqında məlumatların çox sürətlə yayılması idi. 
Ən  maraqlısı  da  o  idi  ki,  necə  olmuşdusa,  bütün  xəbər  agentlikləri, 
xüsusilə,  xarici  agentliklər  SSRİ-dən,  “Aşkarlıq”  siyasəti  yeritməsinə 
baxmayaraq  hələ  də  KİV-ə  nəzarət  edən  bir  ölkədən  belə  tezliklə 
362  a.k.ə. De Wall, Thomas (2003), p. 31.
363  a.k.ə. De Wall, Thomas (2003), p. 42.
364  З., Буниятов, Почему Сумгаит // История Азербайджана по до ку ментам и публикациям (Баку, 
1990), сc. 355–363.
365  a.k.ə. “The Beginning of the Conflict”.

 123
QARABAĞ 
   
99 SUALDA
məlumat əldə edə bilmişdilər.
Qeyd  etmək  lazımdır  ki,  hadisələrdən  sonra  bu  iş  üçün  məsuliyyət 
daşıyan  şəxslər  həbs  olunaraq  Sovet  məhkəməsi  tərəfindən  mühakimə 
edilmişdilər. Məhkəmə  prosesi səksən (80) adamın cinayətə cəlb olun-
ması və bir nəfərin, Əhməd Əhmədovun edam edilməsi ilə bitdi. Lakin, 
Sumqayıt hadisələrinin hüquqi qiyməti verilsə də, Ermənistan “Sumqayıt 
hadisə”lərindən  ermənilərin  azərbaycanlılar  tərəfindən  təmizləmə  faktı 
kimi istifadə edərək hələ də Azərbaycana qarşı təcavüz siyasətinə bəraət 
qazandırmaqda davam edir. 
40. Birtərəfli olaraq “Dağlıq Qarabağ Respublikası”nın 
elan edilməsi və onun Azərbaycandan ayrılması 1990-cı il 
3 aprel tarixli Sovet Qanunun müddəalarına nə dərəcədə 
uyğundur?
Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb hüquqi aspektlərindən biri 
“Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli 
qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunudur ki, öz sepa-
ratçı  fəaliyyətini  əsaslandırmaq  üçün  erməni  tərəfi  bu  addımın  hüquqi 
əsası qismində ona istinad edir. Ermənistan əmindir ki, 3 aprel 1990-cı il 
Sovet Qanunu, xüsusilə də, onun “1, 3, 4, 6, 7, 8, 12 və 19-cu maddələri hər 
hansı Sovet Respublikasının SSRİ-dən ayrılmasını, həmin respublikanın 
ərazisində muxtar vilayətə öz müstəqillik prosesinə başlamasını” nəzərdə 
tuturdu.
366
Əslində isə, bu qanun İttifaq respublikaları ilə müzakirə olunmadan 
hazırlanaraq qəbul edilmişdi və Sovet İttifaqının çökməsi ərəfəsində da-
ğılmaqda olan dövlətin rəhbərləri imperiyanın parçalanmasının qarşısını 
almaq məqsədilə strategiya tapmağa çalışaraq ayrılmağa imkan verməmək 
üçün bu qanunu təklif etmişdilər.
367
 Bundan əlavə, Qanun o zaman hələ 
də ölkənin ali qanunu olan 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusi-
366  a.k.ə. Avakian, Shahen (2010), p. 33. 
367  a.k.ə. Baguirov, Adil (2008), p. 10.

 124
QARABAĞ 
   
99 SUALDA
yasının 72 və 78-ci maddələrinə zidd olduğu 
üçün  qeyri-qanuni  hesab  edilməlidir.  78-ci 
maddəyə görə, İttifaq respublikasının ərazisi 
onun  razılığı  olmadan  dəyişdirilə  bilməz. 
Müttəfiq  respublikaları  arasında  sərhədlər 
respublikaların  qarşılıqlı  razılığı  ilə  Sovet 
Sosialist  Respublikaları  İttifaqı  tərəfindən 
baxıldıqdan və ratifikasiya edildikdən sonra 
dəyişdirilə  bilər.
368
  Buradan  aydın  görünür 
ki,  1990-cı  il  3  aprel  Sovet  Qanunu  birba-
şa  Konstitusiyanın  78-ci  maddəsinə  ziddir. 
Ona görə ki, qanunda muxtar vilayətin ayrıl-
ması ilə bağlı müttəfiq respublikanın razılığı 
barədə heç nə deyilməmişdir. 
Bundan  əlavə,  DQMV  erməniləri 
müstəqilliklərini elan etməklə 1990-cı il 3 aprel Sovet Qanunun əhalinin 2/3 
hissəsinin iştirakı ilə referendum keçirilməli, referendumdan sonra nəticələr 
İttifaq dövləti tərəfindən təsdiq olunaraq müzakirə edilmək üçün Moskva-
ya  göndərilməli  olması  qeyd  edilən  6  və  7-ci  maddələrini  pozmuşdur.
369
 
Əslində, DQMV-nin Azərbaycan əhalisi referendumda iştirak etməmiş və 
nəticələri isə təsdiqlənməsi üçün Azərbaycana göndərilməmişdir.
Bütün  yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  belə  nəticəyə  gəlinir  ki, 
“Müttəfiq  respublikanın  SSRİ-dən  çıxması  ilə  əlaqədar  məsələlərin  həlli 
qaydası  haqqında”  3  aprel  1990-cı  il  tarixli  SSRİ  Qanunu  Konstitusiya-
ya  zidd  idi  və  qanunsuz  hesab  olunmalıdır.  Buna  görə  də,  Ermənistan 
tərəfindən  Azərbaycan  torpaqlarının  işğalı  və  qondarma  Dağlıq  Qarabağ 
Respublikasının müstəqilliyini elan etməsi qeyri-qanunidir.
368  “Article 78”, The Constitution of USSR, 1977.
369  Закон СССР, “О порядке решения вопросов, связанных с выходом союзной республики из 
СССР”, № 1409-1 от 3 апреля 1990 года, Стати: 6 и 7.
Əslində isə, bu qanun İttifaq 
respublikaları ilə müzakirə 
olunmadan hazırlanaraq 
qəbul edilmişdi və Sovet 
İttifaqının çökməsi ərəfəsində 
dağılmaqda olan dövlətin 
rəhbərləri imperiyanın 
parçalanmasının qarşısını 
almaq məqsədilə strategiya 
tapmağa çalışaraq ayrılmağa 
imkan verməmək üçün bu 
qanunu təklif etmişdilər.

 125
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin