Fяxrяddиn mustafayev


Sadıqov Mirza Hiiseyn oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə6/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   284
Ġnformasiya  və  Kommunikasiya  Texnologiyalarının  (ĠKT),  internet 
Ģəbəkəsi  və  kompyüter  sisteminin,  robot  texnikasının,  nanotexnologiyanın 
insanın  həyatının  bütün  sferalarında  tətbiq  olunması  bəşəriyyətin  Davamlı 
İnkişafının intensiv xarakter almasına çox böyük zəmin  yaratmış  və təkan ver-
mişdir.  Nanotexnologiya  –  XXI  əsrin  ən  mütərəqqi,  yeni  texniki  tərəqqisi 
olmaqla,  İnformasiya  Cəmiyyətinin  formalaşması  üçün  müasir  elmi  nailiy-
yətldərdən  və  texnologiyalardan  istifadə  olunması  nəticəsində  daha  sadə,  kiçik 
ölçülü,  partativ,  yüksək  dəqiqliyə  malik  olan  cihaz  və  telekommunikasiya 
vasitələrinin  yaradılmasından  və  onların  geniş  istifadə  olunan  sahələrinin,  o 
cümlədən  aqrar,  biologiya,  baytarlıq  təbabəti  və  təbabət  elmlərinin  intensiv  və 
çox  sürətli  inkişafı  üçün  də  geniş  yol  açmışdır.  Biologiyanın  yeni  və  elmi-
praktiki  cəhətdən  ən  səmərəli  sahəsi  olan    molekulyar  biologiya  təbabətin  və 
baytarlıq  təbabətinin  qlobal  və  prioritet  problemlərinin  radikal  həlli  yollarının 
işlənib  hazırlanmasını  təmin  etmiş,  olduqca  uğurlu  nailiyyətlərə  və  nəticələrə 
nail olunmuşdur. 


 

Molekulyar  biologiya  bəşəriyyət  üçün  fundamental-tətbiqi  və  nəzəri 
əhəmiyyətli,  geniş  diapozrnlu  və  mütərəqqi  elm  sahəsi  olmaqla,  hazırda  onun 
aşağıdakı müasir və prioritet sahələri formalaşmışdır:  
– Molekulyar genetika 
– Molekulyar sitologiya 
– Molekulyar fiziologiya 
– Molekulyar biokimya 
– Molekulyar mikrobiologiya 
– Molekulyar virusologiya 
– Molekulyar biofizika 
– Molekulyar immunologiya 
– Molekulyar immunogenetika 
– Molekulyar enzimologiya 
– Genetika (gen) mühəndisliyi 
– Biotexnologiya 
– Vaksinologiya və s. 
Əlbəttə, bu elm sahələrinin hamısının əsasında hüceyrə, onun orqanoidləri, 
xüsusilə  xromosom  dəstləri  (yığımları)  və  genlər  durmaqla  onlar  molekulyar 
biologiyanın  əsas  maddi  bazasını  və  tədqiqat  obyektini  təmin  edir.  Həmin  elm 
sahələri  bir-biri  ilə  qarşılıqlı  dialektik  vəhdət  təşkil  edir,  onların  arasında 
qırılmaz  bağlılıq  vardır.  Bunun  başlıca  səbəbi  isə  həmin  elmlərin  tədqiqat 
obyekti  kimi  məhz  hüceyrədən,  onun  orqanoidlərindən  və  digər  kom-
ponentlərindən  genetik  marker  formasında  istifadə  olunmasıdır.  Materiyanın 
bütün  canlı  aləminin  (mikroflora,  makroflora,  mikrofauna,  makrofauna) 
mövcudluğu,  onların  həyat  fəaliyyəti,  öz  nəsilləri  və  populyasiyalarının 
dayanıqlı,  davamlı  inkişafı  yalnız  hüceyrədə  gedən  metabolizm  prosesi 
(maddələr mübadiləsi) və onun formaları olan anabolizm (assimilyasiya prosesi) 
və  katabolizm  (dissimilyasiya  prosesi),  dezoksiribonuklein  (DNT)  və 
ribonuklein (RNT) turşuları, orqanoidlər və s. hesabına təmin olunur. Lakin canlı 
aləmin  nəslinin,  populyasiyalarının,  morfoloji  və  funksional  xüsusiyyətlərinin, 
irsiyyətinin,  cins  və  növlərinin,  cinsiyyətinin  saxlanmasının  əsas  aparıcı 
komponenti və daşıyıcısı məhz xromosomlar və genlərdir. Xromosomlar, genlər, 
onların quruluşu, morfofunksional xüsusiyyətləri, o cümlədən təminatçısı olduğu 
irsiyyət,  dəyişkənlik,  ontogenez,  hüceyrədə  baş  verən  bütün  proseslərin 
molekulyar mexanizmi məhz genetika elmi vasitəsilə öyrənilir və tədqiq olunur. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin