Fяxrяddиn mustafayev


Məmmədov Abbasəli Qasım oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə8/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   284
edən,  fundamental-tətbiqi  və  nəzəri  xarakterli  elm  sahəsidir.  Əgər  genetika 
elminin  əsas  tədqiqat  obyektləri-hüceyrə,  onun  orqanoidləri  və  komponentləri, 


 

xüsusilə  xromosomlar  və  genlər  olmasaydı,  canlı  materiyanın  və  onun 
amillərinin mövcudluğu heç bir vəchlə mümkün olmazdı. Çünki canlıların bütün 
həyat  fəaliyyəti,  çoxalması,  böyüməsi,  inkişafı,  fizioloji  və  biokimyəvi 
prosesləri,  nəslin  davamı,  əlamət  və  xassələrin  gələcək  nəsil  törəmələrinə 
keçməsi, populyasiyaların dayanıqlı inkişafı və s. məhz genetikanın əsas tədqiqat 
obyekti  sayılan  hüceyrə,  xromosom  və  genlər  vasitəsilə  təmin  və  icra  olunur. 
Genetika  elminin  molekulyar  biologiyanın,  seleksiyanın,  təbabətin,  baytarlıq 
təbabətinin, 
bitkiçiliyin, 
heyvandarlığın, 
gen 
mühəndisliyinin, 
biotexnologiyanın,  tibbi  biologiyanın,  ekologiyanın  və  ətraf  mühitin 
mühafizəsinin, ekoloji genetikanın, təkamülün öyrənilməsinin inkişafı və tərəq-
qisində  çox  böyük  rolu  vardır.  Bütün  qeyd  edilənlərə  baxmayaraq,  genetika 
elminin  başlıca  prioriteti  irsiyyət,  dəyişkənlik,  ontogenez,  onların  yaranma 
mexanizmi  və  dinamikasının  öyrənilməsindən  ibarətdir.  Baytarlıq  təbabəti 
genetikası  isə  daha  geniş  diapozona  malik  planetar,  regional  və  lokal 
problemlərin-bütün  növ  heyvanların,  quşların,  arıların,  balıqların  genetik 
aspektlərinin fəlsəfə və təbabət elmləri ilə qarşılıqlı, qırılmaz bağlılıq formasında 
öyrənir. Müasir genetika elminin aşağıdakı istiqamətləri vardır: 
– Heyvanların ümumi genetikası və biometriya 
– Tibbi genetika 
– Baytarlıq təbabəti genetikası 
– Aqronomluq genetikası (bitkiçilik genetikası) 
– Molekulyar genetika 
– İmmunogenetika 
– Fizioloji genetika 
– Ekoloji genetika 
– Biokimyəvi genetika 
– Populyasiya genetikası 
– Genetika mühəndisliyi 
– Riyazi genetika 
– Ontogenezin genetikası 
– Mutagenez 
– Sitogenetika 
– Genetik bioetika 
Materiyanın canlı aləminin təkamülünü təmin edən başlıca amillər irsiyyət 
və  dəyişkənlik  hesab  olunub.  İrsiyyət  –  genetik  informasiyaların  nəslə 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin