Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə11/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   284
«Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi» və s. qanunları 
və  müvafiq  kateqoriyaları  baxımından  və  onların  bazisində  öyrəinlir.  Bu 
baxımdan  baytarlıq  təbabəti  genetikası,  ümumilikdə  isə  genetika  fəlsəfə  ilə 
olduqca  böyük  dialektik  vəhdət  təşkil  edir.  Çünki  bu  elmlərin  əsas  məqsədi, 
məhz  canlı  materiyanın  öyrənilməsi  və  populyasiyaların  irsiyyətinin, 
mövcudluğun davam etdirilməsindən ibarətdir. 
Genetikanın üsullarının tətbiqi sayəsində  molekulyar biologiyanın sonuncu 
mütərəqqi elm sahələri-gen mühəndisliyi və biotexnologiya çox dinamik sürətlə 
inkişaf 
etməyə 
başlamışdır. 
Molekulyar 
genetikanın, 
sitologiyanın, 
mikrobiologiyanın,  virusologiyanın,  biokimyanın,  biofizikanın,  elektronikanın 
və  s.  elmlərin  inkişaf  etməsi  sayəsində  biotexnologiya  daha  sürətlə  inkişaf 
etməyə başladı. Planetimizdə əhalinin sürətlə artması və bununla da təbii ehtiyat 
mənbələrinin  tədricən  azalması  xammal,  kənd  təsərrüfatı  və  xalq  təsərrüfatı 
məhsulları emal edən müəssisələrin iş şəraitinin yenidən qurulmasını tələb edir. 
Biotexnoloji  proseslər  dedıkdə  istehsalda  kompleks  proseslər,  biokatalizatorlar, 
həmçinin  müxtəlif  bioloji  sistem  (bitki,  heyvan,  toxuma  hüceyrələri  və  s.) 


 
10 
məhsullarının  sintezi  və  tətbiqi  başa  düşülür.  Hazırda  çoxlu  miqdarda  qiymətli 
tibbi,  baytarlıq  təbabəti  preparatları  və  bioloji  aktiv  maddələr  biotexnoloji 
yollarla  alınır.  Mikrobioloji  fermentasiya  proseslərində  istifadə  olunan 
qurğularda  (fermentyorlarda)  xüsusi  seçilmiş  qıdalı  mühitlərdə  mikroorqanizm-
lərdən  zülal,  dərman  preparatları,  vitaminlər,  fermentlər,  biopreparatlar  və  s. 
istehsal  olunur.  Müasir  biotexnologiya  digər  elmlərdən  fərqli  olaraq  elmə  XIX 
əsrin  ortalarında  daxil  olmuşdur.  Molekulyar  biologiyanın,  genetikanın, 
sitologiyanın,  mikrobiologiyanın,  virusologi1yanın,  biokimyanın,  biofizikanın, 
elektronikanın  və  s.  elmlərin  inkişaf  etməsi  sayəsində  biotexnologiya  daha 
sürətlə inkişaf etməyə başladı. Biotexnologiya-bakteriya, maya göbələkləri, bitki 
və  heyvan  hüceyrələri  kulturası  və  onların  metabolik-biosintetik  imkanlarından 
istifadə  etməyə  yönəldilən  elm  sahəsidir.  1978-ci  ildə  yaradılan  Avropa 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin