Baytarliq təbabəTĠ genetġkasi


ġirinov Fəxrəddin Behbud oğlu



Yüklə 3.21 Mb.
Pdf просмотр
səhifə9/22
tarix28.12.2016
ölçüsü3.21 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

    
ġirinov Fəxrəddin Behbud oğlu 
      (1930-2004) 
 
Şirinov  Fəxrəddin  Behbud  oğlu  1953-cü 
ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 
baytarlıq təbabəti fakultəsini bitirdikdən sonra 
1953-1960-cı  illərdə  Ağstafa  rayonlararası 
laboratoriyanın  müdiri  vəzifəsində  işləyib. 
1960-cı 
ildə  Azərbaycan  Elmi-Tədqiqat 
Baytarlıq  İnstitutunda  ―Quş  xəstəlikləri‖ 
laboratoriyasının  aspiranturasına  daxil  olub, 
1963-cü  ildə  namizədlik  disertasiyasının  müdafiə  etmişdir.  1961-1971—ci 
illərdə  həmin  laboratoriyada  aparıcı  elmi  işçi  işləyib.  1971-ci  ildən  ömrünün 
sonunadək  ―Quş  xəstəlikləri‖  laboratoriyasının  müdiri  vəzifəsində  çalışmış, 
1978-ci ildə doktorluq disertasiyasını müdafiə etmiş və baytarlıq elmləri doktoru 
elmi  dərəcəsini  almışdır.  O,  baytarlıq  virusologiyası,  mikrobiologiyası  və 

 
65 
epizootologiya  sahəsində  görkəmli  alim  olmaqla  heyvan  və  quşların  infeksion 
xəstəliklərinin  və  onlara  qarşı  2  (27  AŞ  və  ―Bakı‖  ştammları),  kolibakterioza 
qarşı  formol  vaksinin hazırlanması  və  istehsalata tətbiqinin,  qaramal  və  camış-
ların  pasterellyozuna  qarşı  formolvaksinin  (Az.ETBİ)  təkmilləşdirilməsinin  və 
tətbiqinin  elmi  rəhbəri  və  müəllifi  olmuşdur.  Azərbaycanda  və  xaricdə  dərc 
edilən 85 elmi məqalənin, 2 elmi ixtiranın və 2 kitabın müəllifidir. Hindistanda, 
Macarıstanda  və  ABŞ-da  elmi  ezamiyyətdə  olub,  1979-cu  ildə  Ümumdünya 
Baytarlıq  konqresində  məruzə  ilə  çıxış  edibdir.  MDB  ölkələri  üzrə  quş 
xəstəlikləri sahəsində əlaqələndirmə,  müdafiə, elmi-texniki şuraların üzvü olub, 
―Şərəf nişanı‖ ordeni və beynəlxalq sərgilərin medalları ilə təltif olunub və ona 
əməkdar baytar həkimi adı verilib.  
 
 
Eyubov Ġkram Ziyəddin oğlu 
     (1925-2011)  
 
Eyubov  İkram  Ziyəddin  oğlu  doğulduğu  və 
rəfaət etdiyi illər 1938-40-cı illərdə Qazax Müəllim-
lər  seminarıyasında  təhsil  almış,  bir  müddət  Tovuz 
rayonunun  Şamlıq  orta  məktəbində  müəllimlik 
etmişdir.  O,  1945-ci  ildə  Azərbaycan  Dövlət  Aqrar 
Universitetinin  baytarlıq  təbabəti  fakültəsinə  daxil 
olmuş,  1951-  ci  ildə  onu  fərqlənmə  diplomu  ilə 
bitirmişdir.  Elmə,  elmi-tədqiqat  işlərinə  böyük  ma-
rağı  olduğuna  görə  onu  institutda  müəllim  saxla-
mışlar.  İnstitutda  elmi-tədqiqat  işləri  istiqamətində 
gənc  alim kimi onun qarşısında  yeni perspektivlər, 
geniş imkanlar açılır. Bu imkanlar  baytarlıq rentgenologiyası mövzusunda daha 
geniş  olur.  Bu  mövzu  İkram  Eyubovda  böyük  maraq    doğurur.  O,  institutda  
baytarlıq rentgenologiya  kabinəsi yaradan və  baytarlıq rentgenologiyası fənnini 
tədris  edən  ilk  müəllim  olmuşdur.  İ.Eyubov  bu  istiqamətə  apardığı  elmi 
tədqiqatların  nəticəsi  kimi,  həmin  mövzuda    yazdığı  elmi  işi  (dissertasiyanı) 
uğurla  müdafiə  edərək  1958-ci  ildə    baytarlıq  elmləri  namizədi  elmi  dərəcəsi 
almışdır. Həmin ildən etibarən alimin  taleyi ―Şərəf  nişanı‖ ordenli Azərbaycan 
Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə bağlanır. O, bu elm  məbədinə baş elmi işçi 
kimi dəvət  alır. 1970- ci ildə professor İkram Eyubov ―Ətraf  mühit amillərinin 
təsiri ilə qoyunlarda əmələ gələn endemik xəstəliklər (anemiya, ur, ataksiya) və 
bunların  profilaktikası‖  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək 
baytarlıq elmləri doktoru elmi dərəcəsini alır. Bu əsər öz əhəmiyyəti, aktuallığı, 
elmi  dəyərinə  görə  tək    Azərbaycan  elminin  deyil,  həm  də  dünya    elminin    ən 
dəyərli 
nümunələrindəndir. 
Alim 
1972-1994- 
illərdə 
Az.ETBİ-nun 
―Yoluxmayan  xəstəliklər‖    laboratoriyasına  rəhbərlik  etmiş,  1994-  cü  ildə 
Azərbaycan  Dövlət    Aqrar    Universitetinin  Qazax  filialında  kafedra  müdiri 
vəzifəsində  çalışmış,  2005-  ci  ildə  isə  yenidən  Az.ETBİ-na    qayıtmışdır. 

 
66 
İ.Eyubov    150-  yə  qədər  elmi  əsərin,  5  kitabın,  5    səmərələşdirici  təklifin  
müəllifidir. Onun müəllifi olduğu  baytarlığa  aid  qurğular ötən  əsrin 70-80- ci 
illərində SSRİ ―Xalq təsərrüfatları nailiyyətləri sərgisi‖ nin qızıl medalına  layiq  
görülmüşdür.  Alimin  elmi  əsərləri  ABŞ  –ın  Florida  ştatından,  Polşadan, 
Macarıstandan  istifadə  üçün  tələb    olunmuşdur.  Biotexnologiya  və  embrionun 
transplantasiyası  sahəsində  fundanental  tədqiqatlar  aparan  ilk  alimlərimizdən 
sayılır. 
 
 
Xəlilov Bəhman Bəhram oğlu 
(1930 -2012) 
 
Ölkəmizdə  yüksək  ixtisaslı  aqrar  sahə  müt-
əxəssislərinin  hazırlanmasında  və  ADAU-nun  inki-
şafında  onun  məzunu  olmuş,  biologiya  elmləri 
doktoru,  professor,  ƏEX  Bəhman  Bəhram  oğlu 
Xəlilovun  çox  böyük  və  təqdirəlayiq  xidmətləri 
olmuşdur.  Onun  elmi-tədqiqat  işlərinin  əsas 
qayəsini  entomozların  genetik  və  bioloji  xassə-
lərinin  öyrənilməsi  və  onlarla  müvafiq  mübarizə 
tədbirlərinin  metodikasının  hazırlanması  təşkil 
edir.  O,  elmi-pedaqoji  fəaliyyəti  ilə  yanaşı  1973-
1983-cü  illərdə  ADAU-nun  rektoru  olmuşdur.  Bitki  mühafizəsi  üzrə  tanınmış 
alim  həm  də  Rusiya  Aqrar  Elmi  Akademiyasının  həqiqi  üzvü  olmuşdur.  Onun 
rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin 
inşası  üçün  Azərbaycan  KP  MK,  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyi  və 
Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 
bir  sıra  tikinti  işləri  aparılmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  böyük  diqqət  və 
qayğısı  nəticəsində  1978-ci  ildə  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  «Azər-
baycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması 
və  onun  tədris-maddi  bazasının  möhkəmləndirilməsi  tədbirləri  haqqında»  birgə 
qərarı  qəbul  olundu.  Bu  qərarda  tədris  prosesinin,  elmi  tədqiqatların,  təlim-
tərbiyə  işlərinin  keyfiyyətinin  daha  da  yaxşılaşdırılması  proqramı  nəzərdə 
tutulmuşdur.  Həmin  qərarın  tələblərinə  uyğun  olaraq  Gəncə-Göygöl  şəhərləri 
arasında 300 hektarlıq sahədə ADAU-nun böyük kompleksinin tikilməsi planlaş-
dırılmışdı.  1979-cu  ildən  bu  işlərə  ciddi  şəkildə  başlanıldı,  xeyli  tikintilər  və 
kommunikasiya  işləri  həyata  keçirildi,  yataqxanalar,  qazanxanalar  tikildi,  bir 
neçə  tədris  korpusunun,  dendroloji  parkın,  ippodromun  əsasları  qoyuldu. 
B.Xəlilov SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı 
ilə  yüksək  ixtisaslı  mütəxəssislər  hazırlanmasında  və  kənd  təsərrüfatı  elminin 
inkişafında xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. O, çoxlu 
sayda  dərslik  və  dərs  vəsaitləri  hazırlamışdır.    Onun  rəhbərliyi  ilə  bir  neçə 
namizədlik və doktorluq dissertasiyaları hazırlanmışdır. 
 

 
67 
 
Əsgərov Ələddin Abdulla oğlu  
(1925-2013) 
 
Azərbaycanda milli kənd təsərrüfatı kadrlarının hazırlanmasında çox böyük 
xidmətləri  olan,  geniş  diapozonlu  elmi  elitaya  və  intellektə  malik,  korifey 
alimimiz, təbiətin və ətraf  mühitin  mühafizəsi üzrə ilk ali məktəb dərsliklərinin 
müəllifi,  baytarlıq  elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi,  Prezident 
Təqaüdçüsü (2010), akademik Həsən Əliyev adına Ekologiya Mükafatı Laureatı, 
məşhur  mikrobioloq,  sanitar-gigiyenist,  ekoloq,  zooloq  Ələddin  Abdulla  oğlu 
Əsgərovun  biologiya,  ekologiya,  təbiəti  mühafizə  və  baytaarlıq  təbabəti, 
ümumilikdə isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük və önəmli 
xidmətləri  vardır.  Alimin  apardığı  fundamental-tətbiqi  xarakterli  elmi-təd-
qiqatların  müəyyən  hissəsi  heyvan  və  quşların  pasterellyoz  xəstəliyi  zamanı 
ayrılan  P.  multocida  ştammlarının  genetik  xüsusiyyətlərinin,  əlamət  və  xas-
sələrinin,  dəyişkənliyi,  həssaslığı  və  davamlılığının  və  mübarizə  tədbirlərinin 
öyrənilməsinə  həsr  olunmuşdur.  Onun  rəhbərliyi  ilə    20-yə  qədər  elmlər  nami-
zədi və 1 elmlər doktoru hazırlanmışdır. Alim 1951-ci ildə Azərbaycanda quşlar 
arasında tüğyan edən xolera (pasterellyoz) xəstəliyinə qarşı peyvənd materialı – 
yarım maye formal vaksin  hazırlayaraq onun səmərəsi mövzusunda namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  O,  1965-ci  ildə  baytarlıq  elmləri  doktoru  elmi 
dərəcəsi  və  professor  elmi  adını  almışdır.  1965-ci  ildə  onun  təşəbbüsü  ilə 
Azərbaycan Dövlət Aqrar Universitetində «Zoolo-
giya,  gigiyena  və  baytar–  sanitar  ekspertizası» 
kafedrası  yaradılmış  və  2009-cu  ilin  sentyabr 
ayına  kimi  ona  rəhbərlik  etmişdir.  Ə.Əsgərov 
1976-1981 və 1991-1995-ci illərdə baytarlıq təbabəti 
fakültəsinin  dekanı  vəzifəsində  işləmişdir.  O,    600-
dən artıq müxtəlif səpkili əsərlərin, o cümlədən 400 
elmi  xarakterli  və  200-dən  artıq  ictimai-siyasi  mə-
qalənin  müəllifidir.  Onun  müxtəlif  sahələrə  həsr 
edilmiş 
60-dan 
artıq 
kitabı 
(dərsliklər, 
monoqrafiyalar,  dərs  vəsaitləri,  elmi-bədii  kitablar) 
nəşr  edilmişdir.  O,  təbiəti  və  təbii  sərvətləri 
mühafizə,  ətraf  mühitin  mühafizəsinə  aid,  eləcə  də  «Müasir  ekologiya»  (I  və  II-
hissələr,  2004,  2007)  və  «Davamlı  İnsan  İnkişafı»  (2009)  fundamentalali  məktəb 
dərsliklərinin ilk müəllifidir. Ə.Əsgərovun milli kənd təsərrüfatı, xüsusilə baytarlıq 
təbabəti, zootexniya, ətraf mühitin mühafizəsi, təbiəti və təbii sərvətlərin mühafizə, 
ekologiya  və  Davamlı  İsan  İnkişafı  sahəsindəki  xidmətləri  elm  və  təhsilimizin 
tarixinə qizıl hərflərlə yazılıb. 
 
 
Babayev Adil Namazalı oğlu  
      (1939 – 2004) 

 
68 
 
Yüksək  intellektual  səviyyə  və  geniş  diapozonlu  elmi  elitaya  malik  olan,  mükəmməl 
elmi-pedaqoji  fəaliyyəti  və  dərin  biliyi  ilə  səciyyələnən,  mahir  pedaqoq,  morfoloq, 
anatom biologiya elmləri namizədi, dosent Adil Babayevin ölkəmizdə aqrar sahə üzrə 
yüksək  ixtisaslı  kadrların  hazırlanmasında  xüsusi  xidmətləri  olub.  O,  1957-ci  ildə 
ADAU-nun  baytarlıq  təbabəti  fakültəsinə  daxil  olmuş,  1962-ci  ildə  isə  həmin 
universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda 
baş  baytar  həkim  kimi  başlamış,  1969  –  1979-cu  illərdə  Şuşa  Kənd  Təsərrüfatı 
Texnikumunda  müəllim  işləmişdir.  Texnikumda  yerli  komitənin  sədri  vəzifəsində 
çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. O, 1967 – 1968-ci illərdə ADAU-nun 
―Anatomiya fiziologiya və histologiya‖ kafedrasında aspiranturaya daxil olub, məşhur 
professor  R.B.Rüstəmovun  rəhbərliyi  ilə  ―Camışların  barmaq  və  diz  əzələ  qolları 
hissəsində  maqistral  arteriyaların  yaş  xüsusiyyətləri‖  mövzusunda  elmi  tədqiqatlar 
apararaq, 1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 
A.Babayev  1972-ci  ildən  ADAU-nun  ―Anatomiya,  fiziologiya  və  histologiya‖ 
kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi 
əsərləri,  elmi  metodik  göstərişləri,  dərslikləri  və  dərs  vəsaitləri  (―Heyvan  anatomiyası 
terminləri  lüğəti‖,  rusca-azərbaycanca-latınca,  1991;  ―Camışçılığın  əhəmiyyəti‖,  1986; 
―Heyvan‖ anatomiyasının sümük bəhsi‖, 2001 və s.) vardır. Onun elmi əsərləri Rusiya 
Federasiyasının  nüfuzlu  mərkəzi  jurnallarında,  elmi  külliyatlarında  nəşr  olunmaqla 
dünya anatomlarının diqqətini cəlb etmişdir. 
A.Babayev  sabiq  SSRİ-nin  bir  çox  Respublikalarında,  mərkəzi  şəhərlərdə 
(Moskva,  Kiyev,  Sankt-Peterburq,  Səmərqənd,  Alma-Ata  və  s.)  keçirilən  elmi-
praktiki  konfranslarda,  konqreslərdə,  simpoziumlarda  və  seminarlarda  kənd 
təsərrüfatı  heyvanlarının,  xüsusilə  iri  buynuzlu  heyvanların  anatomiyasına  dair 
çox zəngin və maraqlı elmi məruzələrlə çıxış etmiş, dünya alimlərinin rəğbətini 
qazanmışdır.  O,  2003-cü  ildə  Gəncədə  keçirilən  Gəncə-Qars  baytarlıq 
simpoziumda çox maraqlı mövzuda çıxış etmişdir. Zəngin biliyi ilə seçilən alim 
həm  tələbələrin,  həm  də  bütün  universitet  kollektivin  böyük  rəğbətini 
qazanmışdır.  Alimin  elmi  pedaqoji  irsi  sanki  genetik  olaraq  qızı  tərəfindən 
davam  etdirilib.  Pürhani  Tamara  Adil  qızı  2011-ci  ildə  ―Camışlarda  baş 
skeletinin  ekoloji  və  yaş  xüsusiyyətləri‖  mövzusunda  dissertasiya  müdafiə 
edərək  biologiya  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.  Tamara 
xanımın  həyat  yoldaşı  professor  Pürhani  Səfər  Həsən  oğlu  iqtisad  elmləri 
doktoru  və  professorudur.  Respublikamızda  informatika  və  avtomatlaşdırma 
üzrə  məşhur  alimdir,  hazırda  Milli  Aviasiya  Akademiyasında  kafedra  müdiri 
vəzifəsində  çalışır.  O,  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 
Attestasiya  Komissiyasında  Ekspert  Şurasının  üzvü,  Beynəlxalq  Ekologiya  və 
Həyat  fəaliyyətinin  təhlükəsizliyi  Akademiyasının  həqiqi  üzvüdür,  Azərbaycan 
Müəllimlərinin  I  qurultayının  və  YAP-ın  I  qurultayının  nümayəndəsi  olub. 
Dəfələrlə  Təhsil  Nazirliyinin  Azərbaycan  həmkarlar  təşkilatları  Konfedera-
siyasının fəxri fərmanları ilə təltif edilib. 
 
 

 
69 
Əliyev Cəlal Əlirza oğlu  
(1928) 
 
Dünya  şöhrətli  görkəmli  alim,  Respub-
likanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli 
Elmlər Akademiyasının akademiki, Rusiya Kənd 
Təsərrüfatı  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyasının 
Botanika 
İnstitutu  və  Kənd  Təsərrüfatı 
Nazirliyinin  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutu 
şöbələrinin  rəhbəri,  biologiya  elmləri  doktoru 
Cəlal  Əlirza  oğlu  Əliyevin  milli  və  dünya 
biologiya  elminin  inkişafında,  tərəqqisində 
misilsiz  xidmətləri  olmuşdur.  O,  «Mikroelementlərin  buğdanın  inkişafına  və 
məhsuldarlığına  təsiri»  mövzusunda  namizədlik,  «Bitkilərin  fotosintez 
fəaliyyəti,  mineral  elementlərlə  qidalanması  və  məhsuldarlığı»  mövzusunda  isə 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir,  500-dən  artıq  elmi  əsərin,  20 
monoqrafiya və kitabın müəllifi olmaqla, onun rəhbərliyi və köməkliyi ilə 250-
yə  qədər  alim,  o  cümlədən  70-dən  artıq  elmlər  namizədi  və  10-dan  çox  elmlər 
doktoru hazırlanmışdır. Həyatın  yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin 
əvəzolunmaz  inkişafı  prosesi  fotosintez  hadisəsi  ilə  bağlıdır.  Fotosintez 
prosesinin  öyrənilməsi  uzun  müddət  dünya  alimlərinin  diqqət  mərkəzində 
olmuşdur. Təsadüfi deyil ki, bəşəri əhəmiyyətli bu problemin tədqiqi sahəsində 
kəşflərə görə indiyə kimi 5 Nobel mükafatı laureatı olmuşdur. Azərbaycan elmi 
tarixində mühüm  yer tutan böyük alim, ictimai xadim, C. Əliyev təbiət elminin 
bu sahəsinə maraq göstərmiş və bu sahə onun elmi  yaradıcılığının fundamental 
tədqiqat  obyektinə  çevrilmişdir.  Aparılan  fundamental  tədqiqatların  nəticəsində 
7-8  t/h  məhsuldarlığa  və  yüksək  dən  keyfiyyətinə  malik,  Azərbaycanın  taxıl 
əkini  sahələrinin  böyük  hissəsini  təşkil  edən,  Türkmənistan,  Özbəkistan  və 
Gürcüstanda  yaxşı  nəticələr  verən  «Qaraqılçıq-2»,  «Mirbəşir-50»,  eləcə  də 
«Vüqar», «Şiraslan-23», «Bərəkətli-95», «Qobustan»,  «Əlincə-84», «Əzəmətli-
95»,  «Qiymətli-2/17»,  «Əkinçi-84»,  «Nurlu-99»,  «Ruzi-84»,  «Tale-38», 
«Tərtər» və s. kimi  bir sıra bərk və yumşaq buğda sortlarının yaradılması alimin 
ən  böyük  elmi  nailiyyətidir.  Hal-hazırda  Alimin  rəhbərlik  etdiyi  kollektiv 
dünyanın  ən  öncül  laboratoriyaları  səviyyəsində  elmi-tədqiqat  işlərini  davam 
etdirir. Onun elmi-təşkilatçılıq fəaliyyəti sayəsində XX əsrdə biologiyanın ayrı-
ayrı  sahələrinin  yüksək  səviyyədə  inkişafı  XXI  əsrdə  Azərbaycan  biologiya 
elminin  dünya  elminə  inteqrasiyası  üçün  zəmin  yaratmışdır.  Nəticə  etibarilə 
hazırda  ölkəmizin  alimləri  dünyanın  öncül  elmi  laboratoriyaları  ilə  əməkdaşlıq 
şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər. C. 
Əliyevin görkəmli bioloq kimi elmi irsinin ən yeni və mühüm sahələrindən birini 
də bioetika, elm və texnologiyaların etikası problemləri təşkil edir. Onun ümumi 
biologiya,  biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr üzrə apardığı 
çoxsaylı  və  sanballı  elmi  tədqiqat  işləri  dünya  mətbuatında  geniş  əksini 

 
70 
tapmışdır.  Təsadüfi  deyildir  ki,  ilk  dəfə  olaraq  YUNESKO-nun  xətti  ilə 
Azərbaycanda  "Bioetika,  elmi  biliklərin  və  texnologiyaların  etikası"  üzrə  Milli 
Komitə yaradılarkən onun ilk sədri C. Əliyev seçilmiş və bu günə qədər də o, bu 
vəzifədə öz işlərini böyük uğurla davam etdirir. Alimin əldə etdiyi yeni sortlar, 
yazdığı  qiymətli  əsərlər,  yaratdığı  seleksiya  məktəbi,  zəngin  buğda  genefondu 
Azərbaycan    xalqının    milli  sərvətidir  və  artıq  ölkəmizdə  çörəyə  ehtiyacın 
ödənilməsi istiqamətində C.Əliyev məktəbi vardır. Alimin buğdanın seleksiyası 
sahəsində  əldə  etdiyi  nailiyyətlər  onun  elmi  fəaliyyətinin  ancaq  bir  hissəsidir. 
Onun bitki fiziologiyası, fotosintez nəzəriyyəsi, biokimya, biofizika, molekulyar 
biologiya,  gen  mühəndisliyi,  hüceyrə  seleksiyası  və  biologiya  elminin  digər 
sahələrində  də  əldə  etdiyi  nailiyyətlər  gələcək  nəsillərə  irs  qalacaq.  Bu  irsi 
yaşatmaq,  qoruyub  gələcək  seleksiyaçılar  nəslinə  çatdırmaq  seleksiya 
məktəbinin hər bir üzvünün, Azərbaycanı gələcəkdə qüdrətli bır dovlət görmək 
istəyən hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır.  
 
 
Ələkbərov Urxan Kazım oğlu  
(1943) 
 
Müasir  biologiya,  xüsusilə  genetika  elmi  və 
Davamlı  İnsan  İnkişafı  sahəsində  həm  ölkəmizdə, 
həm  də  xaricdə  məşhur  bioloq  kimi  tanınan, 
biologiya elmləri doktoru, akademik, Urxan Kazım 
oğlu  Ələkbərov  hazırda  ölkəmizi  dünyada  məş-
hurlaşdıran,  tanıtdıran  görkəmli  alimlərimizdən 
biridir. O, 300-dən çox elmi əsərin, o cümlədən 15 
monoqrafiyanın,  kitab,  dərslik  və  dərs  vəsaitinin, 
28 müəllif şəhadətnaməsinin, 7 patentin müəllifidir. 
Onun  əsərləri  Türkiyə,  Rusiya,  ABŞ,  Almaniya, 
Fransa,  İngiltərə,  İtaliya,  Yunanıstan,  Kanada  və  b.  ölkələrdə  nəşr  olunmaqla 
böyük  elmi  marağa  səbəb  olmuşdur.  Həmin  əsərlər  arasında  biologiya  və 
genetikaya  aid  olan  dərsliklər  və  dünyada  ilk  dəfə  olaraq  «Davamlı  İnsan 
İnkişafına»  həsr  olunmuş  orta  və  ali  məktəblər  üçün    tədris  proqramı  və 
dərslikləri  xüsusi  qeyd  etmək  lazımdır.  Alimin  2005-ci  ildə  nəşr  olunan 
«Davamlı İnsan İnkişafının təmini üçün ətraf mühitin idarə olunması» qısa kursu 
ABŞ  universitetlərində  dərs  vəsaiti  kimi  istifadə  olunur.  Bu  əsər  ingilis  dilinə 
tərcümə  edilərək  BMT  və  təşkilata  üzv  olan  bütün  ölkələrin  internet  saytında 
yerləşdirilmişdir.  BMT  bunların  haqqında  2004-2005-ci  illərdə  informativ 
məlumatlar  yaymış  və  bu  fəaliyyəti  «innovativ  ideya  və  təsir»  kimi 
qiymətləndirmişdir.  U.Ələkbərov  dünyada  ilk  İnsan  İnkişafı  Mərkəzinin 
yaranmasının  təşəbbüskarı  və  2002-ci  ildən  onun  rəhbəri,  BMT-nin  «İnsan 
İnkişafı» Proqramının və hesabatların hazırlanması üzrə ekspertidir. Onun elmi 
yaradıcılığının  əsas  prioritetini  genofondun  mühafizəsinin  nəzəri-praktiki 
əsaslarının  antimutagenez  fenomeni  əsasında  ətraf  mühitin  çirklənməsi 

 
71 
nəticəsində cari və uzunmüddətli neqativ genetik fəsadların qarşısının alınması, 
təbii populyasiyaların davamlılığında gen  mühafizə sistemlərinin rolunun, ətraf 
mühitin  çirklənməsi  və  qocalma  ilə  bağlı  genetik  aparatın  tənzimləmə 
funksiyasının  pozulma  proseslərinin  əhəmiyyətini  müəyyən  edib  və  onların 
tənzim edilməsinin öyrənilməsi kimi elmin yeni istiqamətinin formalaşdırılması 
təşkil  edir.  Alimin  antimutagenez  fenomeni  haqqındakı  ilk  məlumatı  1952-ci 
ildə dərc edilmişdir. U.Ələkbərovun elmi maraq dairəsinin əsas istiqaməti anti-
mutagenez,  irsi  dəyişkənlik  prosesinin  tənzimlənmə  mexanizmi,  mutagenez, 
kanserogenez,  qocalmanın  idarəolunmasının  öyrənilməsi  istiqamətinə  yönəl-
dilmişdir.  Alimin  rəhbərliyi  ilə  25  elmlər  namizədi  və  4  elmlər  doktoru  hazır-
lanıb. O, hazırda elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrünü  yaşamaqla, 
genetika elminin və biologiyanın digər sahələrinin əsas prioritetinin öyrənilməsi 
istiqamətində qlobal elmi axtarışlarını uğurla davam etdirir və Dövlət İdarəetmə 
Akademiyasının rektorudur. 
 
 
Məmmədova Siddiqə Rza qızı  
(1925) 
 
Bitki  mühafizəsi  elmi  sahəsində  fundamental 
elmi-tədqiqatların aparılmasında entemologiya üzrə ilk 
azərbaycanlı qadın akademik, biologiya elmləri doktoru 
Siddiqə  Rza  qızı  Məmmədovanın  böyük  xidmətləri 
olmuşdur.    O,  ADAU-nun  Aqronomluq  fakültəsini 
fərqlənmə diplomu ilə bitirdikdən sonra, entomologiya 
kafedrasında baş laborant vəzifəsində çalışmış və 1952-
ci  ildə  kənd  təsərrüfatı  elmləri  namizədi  alimlik  dərə-
cəsi almışdır. 
Alim 1956-cı ildən 1963-cü ilə qədər ADAU-da assistent, dosent vəzifələrində, 
1963-cü  ildən  indiyədək  isə  Azərbaycan  ET  Bitki Mühafizəsi  İnstitutunun  direktoru 
vəzifəsində işləyir. S.Məmmədova 1971-ci ildən biologiya elmləri doktorudur, 1973-
cü ildə professor, 1983-cü ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2001-ci ildə isə 
həqiqi  üzvü  seçilmişdir.  O,  hazırda  AMEA-nın    biologiya  bölməsi  üzrə  yaradılan 
Koordinasiya  Şurasının  bitkiçilik,  bitki  mühafizəsi  üzrə  sədridir.  Alim  2008-ci  ildən 
ADAU-da  doktorluq  və  namizədlik  dissertasiyalarının  müdafiəsi  üzrə  ixtisaslaşmış 
Müdafiə  Şurasının  sədridir.  O,  205-dən  artıq  elmi  əsərin,  o  cümlədən,  5  tədris 
vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlərin katoloqunun 
müəllifidir.  S.Məmmədova  «Şərəf  Nişanı»,  «Qırmızı  Əmək  Bayrağı»,  «Şöhrət» 
ordenləri, «Əməkdə İgidliyə görə», «Əmək Veteranı» medalları ilə təltif olunmuşdur. 
O, 1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 
 
 
Qarayev Zakir Ömər oğlu  
(1941) 
 

 
72 
Məşhur  və  tanınmış  Azərbaycan  alimi,  mikrobioloq,  tibb  elmləri  doktoru, 
Azərbaycan  Tibb  Universitetinin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 
kafedrasının  müdiri,  professor  Qarayev  Zakir  Ömər  oğlunun  milli  mikrobiolo-
giya  elmimizin  inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O,  1968-ci  ildə 
«Polien  antibiotiklərinin  immunogenezə  təsiri»  mövzusunda  namizədlik,  1974-
cü ildə isə «Antibiotiklərin orqanizmin immunoreaktivliyinə təsir mexanizminin 
öyrənilməsi»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edərək  tibb  elmləri 
doktoru  alimlik  dərəcəsinə  layiq  görülmüşdür.  Alimin  yaradıcılığının  əsas 
prioritet  istiqamətini  mikrobiologiya,  mikologiya,  immunologiya,  dərin 
mikozlar,  assosiativ  (müxtəlif  infeksion  agentlər  tərəfindən  törədilən  qarışıq) 
infeksiyalar, patogen mikroorqanizmlərin genetikası, dəyişkənliyi, antibiotiklərə 
həssaslığı,  davamlılığı,  nozokomial  infeksiyaların  öyrənilməsi  sahəsində 
aparılan fundamental-tətbiqi xarakterli elmi tədqiqat işləri təşkil edir. Elmi araş-
dırmalar nəticəsində alim qeyd olunan infeksion agentlərin bioloji, epidemioloji, 
patogenetik,  genetik  xüsusiyyətlərini,  patogenlik  və  virulentlik  dərəcəsini, 
yayılma  arealını  və  s.  ətraflı  öyrənmiş,  mikrobiologiya,  immunologiya  və 
mikroorqanizmlərin  genetikası  sahəsində  elmi-praktiki  cəhətdən  çox  böyük 
əhəmiyyət  kəsb  edən  elmi  yeniliklər  aşkar  etmişdir.  O,  1968-1969-cu  illərdə 
ATU-nun Mərkəzi Elmi Tədqiqat laboratoriyasının müdiri, 1974-1975-ci illərdə 
Sankt-Peterburq  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  Elmi-Tədqiqat 
Laboratoriyasının baş elmi işçisi, 1975-1982-ci illərdə direktoru, 1982-1993-cü 
illərdə  sabiq  SSRİ  Səhiyyə  Nazirliyinin  və  ÜST-ün  Mikologiya  və  Dərin 
Mikozlar  Elmi  Mərkəzinin  direktoru,  1993-1994-cü  illərdə  Azərbaycan  Elmi-
Tədqiqat  Mikrobiologiya  və  İmmunologiya  İnstitutunun  direktoru  vəzifəsində 
işləmişdir. Alim 1998-2001-ci illərdə İstambul Universitetinin Tibb fakültəsində 
«Mikrobiologiya  və  immunologiya»  kafedrasının  professoru  olmuş,  2004-cü 
ildən  etibarən  isə  ATU-nin  «Tibbi  mikrobiologiya  və  immunologiya» 
kafedrasına  rəhbərlik  edir.  O,  2009-cu  ildə  Bakıda  keçirilən  «3-cü  Avrasiya 
Klinik  Mikrobiologiya,  İmmunologiya  və  İnfeksion  xəstəliklər»  Beynəlxalq 
Konqresinin  Prezidenti  olmuşdur.  Z.Qarayevin  rəhbərliyi  ilə  41  nəfər  elmlər 
namizədi  və  29  nəfər  elmlər  doktoru  hazırlanmış,  hazırda  isə  xeyli  dissertasiya 
işlərinə  rəhbərlik  edir.  O,  300-dən  artıq  elmi  məqalə  və  əsərin,  tədris-metodiki 
və  dərs  vəsaitlərinin,  o  cümlədən  «Tibbi  mikrobiologiya  və  immunologiya» 
(2010), «Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya» (2011) 
adlı  fundamental  ali  məktəb  dərsliklərinin  müəllifidir.  Z.Qarayev  hazırda 
yaradıcılığının ən çiçəklənən, məhsuldar mərhələsini yaşayaraq, mikrobiologiya 
elminin qlobal əhəmiyyətli prioritetləri üzrə elmi-tədqiqat işlərini davam etdirir 
və daha geniş diapozonlu axtarışlar aparır.  


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə