Baytarliq təbabəTĠ genetġkasi



Yüklə 3.21 Mb.
Pdf просмотр
səhifə5/22
tarix28.12.2016
ölçüsü3.21 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Lui Paster  
(1822-1895) 
 
Dünyada  mikrobiologiya  elminin  əsasını  qoyan, 
dünya  şöhrətli  məşhur  fransız  alimi,  akademik  Jan 
Jozef  Lui  Paster  ilk  elmi  tədqiqatlarını  kimya  və 
kristalloqrafiya  elmlərinin  bəzi  məsələlərinin  öyrə-
nilməsinə  həsr  etməsinə  baxmayaraq,  sonralar 
qıcqırma  prosesinin  mexanizminin  və  mikroorqa-
nizmlərin  dəyişkənliyinin  aşkar  olunması  və  mikro-
bioloji  proseslərin  öyrənilməsi  ilə  məşğul  olmuşdur. 
Alim o zamanlar Y.Libixin hökmran olan spirtli qıcqırma təlimini təkzib edərək 
sübut  etmişdir  ki,  bu  kimyəvi  deyil,  bioloji  proses  olub,  yalnız  maya 
göbələklərinin  inkişafı  nəticəsində  yaranır  (1857).  O,  həm  də  yağturşulu 
qıcqırmanı-anaerobioz  prosesini  (mikroorqanizmlərin  oksigensiz-anaerob 
şəraitdə inkişafını) kəşf etmişdir. Lui Paster 1865-ci ildə çaxırın xarab olmasının 
qarşısını almaq üçün ilk dəfə olaraq pasterizasiya üsulunu təklif etmiş, sonralar 
isə mikroorqanimzlərin spesifikliyinin – epizootologiya və epidemiologiyasının 
öyrənilməsinin  əsasını  qoymuşdur.  Alim  həm  də  ipəkqurdlarının  nebrina, 
flyaseriya  epizootiyasının  xarakterik  xüsusiyyətlərini  ətraflı  öyrənmiş,  onların 
ləğv  edilməsi  tədbirlərini  hazırlamış  (1870),  virusların  və  mikroorqanizmlərin 
attenuasiyasını (laboratoriya heyvanlarının orqanizmindən passaj etdikdə onların 
xassələrinin,  xüsusilə  virulentlik,  patogenlik  və  imunogenliyinin  dəyişilmə 
dinamikasını)  kəşf  etmiş,  qoruyucu  peyvəndlər  üçün  (qarayaraya,  quduzluğa, 
donuzların  qızıl  yelinə,  quşların  pasterellyozuna  qarşı)  vaksinlər  hazırlamışdır. 
O, heyvanların qarayara ilə yoluxmasının əsas səbəbinin onun sporlarının həzm 
traktina  düşməsi  olmasını  eksperimental  olaraq  sübut  etmişdir.  L.Pasterin 
təşəbbüsü  ilə  1888-ci  ildə  Paster  İnstitutu  yaradılmış  və  alimin  özü  onun  ilk 
direktoru olmuş, dövrün məşhur rus alimlərini də (İ.İ.Meçnikov, İ.F. Qamaleya, 
B.L.  Jakimov,  M.İ.Romanoviç,  D.S.  Rujensev,  A.A.Rayevski,  L.S.  Senkovski, 
İ.İ.Sueviç  və  b.)  həmin  institutda  işləməyə  dəvət  etmiş  və  onlarla  birgə  elmi-
tədqiqatlar  aparmış,  elmi  əməkdaşlıq  nəticəsində  çox  böyük  uğurlu  axtarışlara 
nail olmuşdur. 
Dəri  emalçısının  13  yaşlı  oğlu  L.Paster  portretləri  çəkməsi  və  məktəbdə 
günəş  saatı  düzəltməsi  (həmin  saat  bu  gün  də  məktəbdə  saxlanılır)  ilə  hamını 
heyran etmiş, 27 yaşında Strasburq universitetinin professoru və 32 yaşında Lul 
universitetinin  təbiətşünaslıq-tarix  fakültəsinin  dekanı  olmuşdur.  Həmin  illərdə 
qızı Jannanın tifdən vəfat etməsi onu çox sarsıdır və mikrobiologiyaya marağını 
daha da artırır. 6 iyul 1885-ci il dünya təbabəti tarixinə L.Pasterin tarixi kəşfi ilə 
daxil olur. Quduz itin 14 diş yarasına məruz qalmış 9 yaşlı İosef Meysterin anası 
təbiblərin  məsləhəti  ilə  Pasterə  müraciət  etmiş,  hazırladığı  vaksini  həmin 
xəstənin  üzərində  ilk  dəfə  sınaqdan  keçirmiş  və  nəticədə  uşaq  tamamilə 
sağalmışdır.  Onun  hazırladığı  həmin  vaksin  sonralar  dünya  miqyasında  tətbiq 
edilməyə  başlamışdır.  Tibbi  həkimlərin  «həkimlərin  hansısa  kimyaçının 

 
33 
məsləhətinə  ehtiyacı  yoxdur»  deməsinə  baxmayaraq,  L.Paster  öz  tədqiqatlarını 
uğurla davam etdirmişdir. Alimin dostları ona kömək məqsədilə «fəxri hər aylıq 
təqaüd» təsis etmiş və ailəsinə müvafiq köməklik göstərmişlər. Olduqca gərgin 
iş  rejimi  1868-ci  ildə  onun  beyin  insulti  və  sol  tərəfinin  iflic  olması  ilə 
nəticələnmişdir.  Alimə  gələn  məktubların  birində  ünvan  əvəzinə  bu  sözlər 
yazılıb: «Möcüzələr yaradıcısına»… 
 
 
Robert Kox  
(1843-1910) 
 
Mikrobiologiya  elminin  əsas  banilərindən  biri, 
dünya  bakteriologiya  elminin  yaradıcısı,  professor, 
Nobel  mükafatı  laureatı,  dünya  şöhrətli,  məşhur  alman 
alimi  Robert  Koxun  biologiya,  təbabət  və  baytarlıq 
təbabəti  elmlərinin  inkişafında  müstəsna  xidmətləri 
olmuşdur.  O,  1866-cı  ildə  Cettingen  Universitetini 
bitirərək,  1872-ci  ildə  Volşteyn  şəhərində  sanitar 
həkimi  vəzifəsində  işləmiş  və  primitiv  laborotoriya 
təşkil  edərək  qarayaranın  sporları  ilə  ağ  siçanları  yoluxdurmuş,  ilk  dəfə  olaraq 
mikroorqanizmləri  yetişdirmək  üçün  bərk  qida  mühitindən  (jelatin  və  buğanın 
qan  serumundan  ibarət)  istifadə  olunmasını  təklif  etmişdir.  Alim  1878-ci  ildə 
yara infeksiyalarının etiologiyası haqqında ilk elmi əsərini dərc etdirərək burada 
Henle-Kox  üçlüyünü  –  triadasını  ətraflı  şərh  etmişdir.  Bu  triadanın  başlıca 
müddəaları  –  bakterioskopiya,  mikroorqanizmlərin  süni  qida  mühitlərində 
yetişdirilməsi  və  bioloji  sınağın  qoyulmasından  ibarətdir.  R.Koxun  ən  böyük 
xidmətlərindən  biri  də  1882-ci  ildə  vərəmin,  sonralar  isə  vəbanın  (1884) 
törədicisini  kəşf  etməsidir.  O,  Berlində  təşkil  edilən  R.Kox  adına  İnfeksion 
Xəstəliklər İnstitutunun ilk direktoru olmuş (1891-1904) və burada fundamental 
elmi – tədqiqat işləri aparmışdır. Alimin təşəbbüsü ilə bakterioloji texnikada ilk 
dəfə  olaraq  anilin  boyalarından,  immersiya  (yağ)  sistemindən  və  Abbe 
kondensatorundan  istifadə  olunmuş  və  diaqnostiki  tuberkulin  preparatı 
hazırlanmışdır.  R.Kox  dünya  bakterioloqlar  məktəbinin  banisi  olmaqla  böyük 
bakterioloqlar ordusu yaratmışdır (E. Berinq, F.Lefler, R.Pfeyfer və b.). Alimin 
ən  böyük  səhvi  İ.İ.Meçnikovun  kəşflərini,  xüsusilə  faqositoz  təlimini tamamilə 
inkar etməsi və onunla heç bir elmi əməkdaşlığa razılıq verməməsi olmuşdur. 

 
34 
Meçnikov Ġlya Ġliç  
(1845-1916
 
Məşhur  rus  alimi,  dünya  şöhrətli  bioloiq,  im-
munobioloq,  bakterioloq,  patoloq,  təkamül  embrio-
logiyası,  immunitet,  faqositoz,  müqayisəli  patologiya 
təlimlərinin  banisi,  akademik  İlya  İliç  Meçnikov  hələ 
17  yaşında  ikən  ibtidailərin,  parazit  qurdların  biologi-
yasının  öyrənilməsinə  böyük  maraq  göstərmişdir. 
Sonralar  isə  alim  A.O.Kovalevski  ilə  birlikdə  onur-
ğasızlar  və  onurğalıların  filogenetik  qohumluğunu  kəşf  etmiş(1865-1866), 
heyvanat  aləminin  filogenetik  inkişafının  müxtəlif  dövrlərində  faqositoz 
prosesinin  təkamülünün  öyrənilməsi  ilə  məşğul  olmuşdur.  Onun  faqositar 
nəzəriyyəsi  «İnfeksion  xəstəliklərdə  qeyri-həssaslıq»(1901)  adlı  fundamental 
əsərinin  nəşrindən  sonra  dövrün  alimləri  tərəfindən  qəbul  olunmağa  başladı  və 
daha  da  məşhurlaşdı.  Alim  öz  tələbəsi  P.Erlix  ilə  birlikdə(1908)  faqositozun 
filogenetik  olaraq  daha  qədim  immun  reaksiyası  olmasını,  antitellərin  əmələ 
gəlməsinin  heyvanat  aləmində  müdafiə  funksiyalarının  sonrakı  mərhələlərində 
baş  verməsini  sübut  etdiklərinə  görə  Nobel  mükafatına  layiq  görülmüşlər.  İn-
sanın  qocalması  və  ölümünün  səbəblərinin  öyrənilməsi  alimin  elmi-
tədqiqatlarının  əsas  qayəsini  təşkil  etmişdir.  O,  «ortobioz»  –  «həyatın  tam  və 
təbii  ölümlə  qurtaran  mərhələsi»  nəzəriyyəsini  kəşf  etmiş  və  bu  məsələni 
«İnsanın  təbiəti  haqqında  etüdlər»  (1903)  və  «Optimizmin  etüdləri»  (1907) 
əsərlərində  geniş  şərh  etmişdir.  İnfeksion  xəstəliklərin  etiologiyası  və  epide-
miologiyasının  öyrənilməsi  həmişə  alimin  maraq  dairəsində  olmuş,  vəba,  taun, 
qarın  yatalağını  öyrənmiş  və  ilk  dəfə  olaraq  Emil  Runun  maliyyə  dəstəyi  ilə  
insanabənzər  meymunları  eksperimental  olaraq  sifilisin  törədicisi  ilə 
yoluxdurmuş,  bununla  da  venerologiya  elminin  yeni  dövrünün  başlanğıcının 
təməlini  qoymuşdur.  İ.İ.Meçnikov  insanın  patoloji  qocalmasının  və  vaxtından 
əvvəl  ölümünün  profilaktikası  üçün  orqanizmin  öz-özünü  zəhərləməsinin 
qarşısını  almaq  məqsədilə  yeyinti  məhsullarının  sterilizasiyasını,  ətdən  az 
istifadə  edilməsini,  süd  turşulu  məhsullarla  qidalanmağa  daha  çox  önəm 
verilməsini, bağırsağın çürüdücü mikroflorasının antoqonisti kimi laktobatsillin 
təklif  etmişdir.  İ.İ.Meçnikov  biologiya,  genetika,  təbabət  və  baytarlıq  təbabəti 
tarixində  ilk  dəfə  olaraq  immunitetdə  hüceyrə  təliminin  əsasını  qoymuşdur.  O, 
fundamental-tətbiqi xarakterli
 
faqositoz təlimi ilə sübut etmişdir ki, leykositlərin 
xüsusi növü olan faqositlər-neytrofillər orqanizmə daxil olaraq patoloji proseslər 
törədən  patogen  agentləri  -mikroorqanizmləri  və  s.  faqositoza  uğradaraq 
(udaraq)  onları  zərərsizləşdirir,  neytrallaşdırır,  beləliklə  də  patoloji  prosesi 
ləngidir,  onun  inkişafını  dayandırır  və  orqanizmin  xəstəliklərə  qarşı 
davamlılığını  artırır.  Bu  kəşf  immunogenetikanın  inkişafında  çox  böyük  rol 
oynamışdır.  Lakin  alimin  bu  tarixi  kəşfı  o  dövrün  məşhur  alimlərinin  hamısı 
tərəfindən  heç  də  birmənalı  qarşılanmamış  və  mübahisələrə  səbəb  olmuşdur. 
Rusiyanın çinovnikləri katoliklərin təkidi ilə
 
dəfələrlə onu işlədiyi universitetdən 

 
35 
xaric  etdiyinə,  ona  qarşı  çox  güclü  təzyiqlər  və  təqiblər  göstərdiklərinə,  elmi 
yaradıcılığına  ciddi  maneçiliklər  törətdiklərinə  görə  o,  doğma  ölkəsini  tərk 
etməyi  qərara  almışdır.  Alim  hazırladığı  mikroskopik  yaxmaları  ilə  birlikdə 
Almaniyaya gedərək o dövrün üç məşhur alimlərindən biri olan Robert Koxa öz 
kəşfi  barədə  məlumat  verməsinə  və  yaxmalarını  ona  nümayiş  etdirməsinə  bax-
mayaraq,  alman  alimi  onun  elmi  kəşfini  tamamilə  təkzib  və  inkar  etmişdir. 
Lakin,  bunun  əksinə  olaraq,  dövrün  ən  məşhur  alimi  Jozef  Lui  Paster 
İ.Meçnikovun  kəşfı  ilə  tanış  olmuş,  onu  ürəkdən  alqışlamış,  Parisdəki  Paster 
institutuna  dəvət  edərək  onunla  25  il  birgə  elmi-tədqiqatlar  aparılmışdır. 
İ.İ.Meçnikov  və  həyat  yoldaşı  Olqa  Meçnikova  Parisdəki  Paster  institutunun 
həyətində dəfn edilmişlər. 
 
 
Ġvanovski Dmitri Ġvanoviç  
(1864-1920) 
 
Virusların  ilk  kəşfi  dünya  şöhrətli,  məşhur  rus 
alimi D.İ.İvanovskinin adı ilə bağlıdır. Onun bu tarixi 
kəşfindən sonra virusologiya elminin əsası qoyulmuş 
və  bunun  nəticəsində  də  bir  sıra  xəstəliklərin 
törədiciləri müəyyən edilmişdir. 1891-1892-ci illərdə 
Krımın  Nikitin  botanika  bağında  D.İ.İvanovski  və 
V.V.Polovsev  diplom  işini  hazırlamaq  məqsədilə 
tütünün  mozaika  xəstəliyini  öyrənərkən  sübut 
etmişlər  ki,  xəstə  tütün  bitkisinin  yarpağından  alınmış  şirə  (ekstrakt)  Zeys, 
Berkefeld  və  Şamberlanın  bakterial  süzgəclərindən  keçirildikdən  sonra  da 
sağlam  tütün  bitkisinin  yarpaqlarında  mozaika  xəstəliyini  törədir.  1892-ci  il 
fevralın  12-də  28  yaşlı  D.İ.İvanovski  Rusiya  Akademiyasının  elmi  şurasında 
apardığı tədqiqatların nəticələri haqqında çıxış etməklə virusologiyanın təməlini 
qoymuşdur. D.İ.İvanovskinin 1892-ci ildə yazdığı «Tütün bitkisinin iki xəstəliyi 
haqqında» əsəri namizədlik və 1902-ci ildə yazdığı «Tütünün mozaika xəstəliyi» 
əsəri  isə  doktorluq  dissertasiyası  kimi  qiymətləndirilmişdir.  D.İ.İvanovski 
sonralar  həmin  «yoluxucu  amilin»  çox  kiçik  olan,  bakterial  süzgəcdən  keçən, 
qida  mühitində  yetişməyən  və  adi  mikroskoplarla  müşahidə  olunmayan 
mikroorqanizmlər olduğunu göstərməklə bunları virus adlandırmışdır. Bəzi qərb 
alimləri  virusologiyanın  tarixini  təhrif  etməklə  səhvən  onu  Hollandiya  alimi 
M.Beyerinkinin  adı  ilə  bağlayırlar.  Halbuki,  o  özü,  virusun  ilk  dəfə 
D.İ.İvanovski tərəfindən kəşf edildiyini etiraf etmişdir. Virusologiyanın müstəqil 
elm  sahəsi  kimi  çox  dinamik  sürətlə  inkişaf  etməsi  bəzi  infeksion  xəstəlikləri 
törədən virusların ayrılması və onların xüsusiyyətlərinin öyrənilməsi üçün zəmin 
yaratmışdır. Hazırda molekulyar biologiyanın, genetikanın, gen mühəndisliyinin, 
biotexnologiyanın,  bioetikanın  və  s.  qlobal  problemlərinin  öyrənilməsi 
prosesində viruslardan geniş istifadə olunur.  
 

 
36 
Həsən bəy Zərdabi  
(1837-1907) 
 
Azərbaycanda  təbiətşünaslıq,  torpaqşünaslıq, 
aqrokimya  elminin,  milli  mətbuatımızın,  teatr-
şünaslığımızın,  ölkəmizdə  torpaq  islahatının 
banisi,  Moskva  universitetinin  fizika-riyaziyyat 
fakültəsinin  təbiətşünaslıq  şöbəsini  bitirmiş,  ilk 
Azərbaycan  qəzeti  «Əkinçi»nin  təsisçisi  və 
redaktoru, 
dahi 
mütəfəkkir, 
ensiklopedik 
şəxsiyyət,  millət  fədaisi  Həsən  bəy  Səlim  bəy 
oğlu Zərdabinin (Məlikovun) müstəsna xidmətləri 
olmuşdur.  Bu  ensiklopedik  alimin  maarifçilik,  fəlsəfə,  biologiya,  əkinçilik, 
aqrokimya,  torpaqşünaslıq,  bitkiçilik,  meyvəçilik,  baytarlıq  təbabəti,  təbabət, 
anatomiya, 
fiziologiya, 
meşəçilik,  coğrafiya,  astronomiya,  geologiya, 
paliontologiya,  heyvandarlıq,  quşçuluq,  seleksiya,  kimya,  iqtisadiyyat  və  s. 
elmləri  bilməsi  və  nailiyyətləri  onu  təkcə  Azərbaycanda  deyil,  həm  də  dünya 
miqyasında  tanıtdırmış  və  məşhurlaşdırmışdır.  «O,  bizim  mənəvi  atamız  idi» 
(M.Ə.Sabir). O, yaradıcısı olduğu «Əkinçi» qəzetində ilk dəfə olaraq ölkəmizin 
heyvandarlarına  yüksək  məhsuldar  qaramal,  camış  və  qoyun  cinsləri  yaratmaq 
məqsədilə  süni  seçmə  üsulundan  geniş  istifadə  etməyi  tövsiyə  etmişdir.  Alim 
görkəmli seleksiyaçı kimi, müəyyən etmişdir ki, yeni yüksək məhsuldar heyvan 
cinslərinin  yaradılması  üçün  süni  seçmə  zamanı  əlamətlər  nəsildən  nəslə 
verilərkən güclənir və yeni cinslər yaratmaq mümkün olur. H. Zərdabi irsiyyəti 
təbiətşünaslıq  elminin  ən  başlıca  qanunu  hesab  etməklə  onun  bəzi  qanunauy-
ğunluqlarının  -  düz  istiqamətli,  qayıtması  dolayı  (müəyyən  amilin  təsirindən 
yaranan),  dominant  (hökmran,  güclü)  və  resessiv  (zəif)  irsiyyət  növlərinin-
mövcud  olmasını  şərh  etmişdir.  Alim  hibridioloji  üsulu  (çarpazlaşdırmanı) 
heyvandarlıqda  süni  seçmə  aparılarkən  ən  səmərəli  üsul  kimi  dəyərləndirərək 
bəzi  mütərəqqi  fikirlər-damazlıq  üçün  yüksək  məhsuldar  yerli  heyvan  gene-
fondundan  geniş  istifadə  olunması,  yerli  cır  heyvanların  yaxşılaşdırılması 
məqsədilə  xaricdən  törədicilərin  gətirilməsi-irəli  sürmüş  və  onlara  xüsusi  önəm 
verilməsini  heyvandarlara  məsləhət  bilmişdir.  O,  «Heyvanların  rəngi»  adlı 
əsərində  heyvanların  eksteryerinin  (xarici  əlamətlərinin)  seçmə  zamanı  nəzərə 
alınmasının xüsusi əhəmiyyətə malik olduğunu və onun nəzərə alınmasını, eləcə 
də  ekoloji  amillərin  roluna  fikir  verilməsini  ən  prioritet  istiqamət  kimi 
dəyərləndirmişdir.  
Zəmanəsinin  elmi-təcrübi  nailiyyətlərinə  dərindən  bələd  olan  materialist 
alim  "Əkinçi",  "Kaspi",  "Həyat"  və  s.  qəzetlərdəki,  "'Dəbistan"  jurnalındakı 
silsilə  məqalələrində  ailə-məişət  qayğılarının  asanlıqla,  elmi  qaydalarla  aradan 
qaldırıdmasından  tutmuş  təsərrüfatın  müxtəlif  sahələrini  səmərəli  üsullarla 
inkişaf  etdirməyədək  çox  şey  barədə  faydalı  məsləhətlər  verirdi.  Bu  yazılar  bir 
yerə  toplanıb  çap  olunsa,  qalın  bir  kitab  alınar.  Həsən  bəy  sonralar  bu 
fəaliyyətini  sistemli  şəkilə  salaraq  bir  neçə  elmi-kütləvi  əsər  də  yazmış,  onları 

 
37 
ayrıca  kitabça  şəklində  xalqa  çatdırmaq  istəmişdi.  "Torpaq,  su  və  hava", 
"Həvasi-xəmsə"  (BeĢ  hiss  üzvü)  adlı  əsərlər  "Həyat"  qəzetində  1905-ci  ildə 
hissə-hissə  çap  olunsa  da,  mükəmməl  gigiyena  vəsaiti  olan  "Bədəni  salamat 
saxlamaq düsturüləməli" müəllifin sağlığında nə mətbuatda, nə də ayrıca kitab 
şəklində  çap  olunmamışdır.  Həsən  bəyin  ölümündən  sonra  bu  gərəkli  işi 
Kiyevdə  təhsil  alan  azərbaycanlı  tələbələr  həyata  keçirmişlər.  Nəşriyyat 
qrupunun rəhbəri gənc Yusif Vəzir Çəmənzəminli ilk nəşrin girişində yazmısdır:   
"Mərhum  Həsən  bəy  Məlikzadə  tərəfindən  qələmə  bir  çox  elmi  əsərlər  alınıb, 
lakin  indiyədək  onlar  camaatımızın  himməşsizliyindən  çap  olunmayıb  qalırdı.  
"Kiyev  islam  tələbələrinin  nəşriyyat  heyəti"  bu  əsəri  Həsən  bəyin  möhtərəm 
zövcəsinin  (Hənifə  xanım  Abayeva-Zərdabi)  razılığı  ilə  nəşr  etməyə  şüru  etdi. 
Əvvəl "Torpaq, su və hava" ünvanlı kitabça təb olunub, indi isə oxucularımıza 
"Bədəni  salamat  saxlamaq  düstürüləməli"ni  təqdim  edirik.  Bu  kitaba  "heyət" 
tərəfindən  haşiyə  olaraq  bəzi  şeylər  artırılıb,  bir  də  bir  neçə  sözün  dərci 
namünasib görüldüyündən bilmərrə ötürülüb,  yerləri nöqtələr ilə nişanə olunub, 
qalanı  isə  mərhum  Həsən  bəyin  əlyazılarından  yazılıb  eynən  dərc  olunur.  
Student:  Yusif  Vəzirov".  Kitab  Bakıda  İ.Aşurbəyovun  "Kaspi"  mətbəəsində 
1912-ci ildə «N 2», 1914-cü ildə «N 3» işarəsi ilə təkrar çap olunmuş və böyük 
uğur  qazanmışdir.  Təəssüf  ki,  sonrakı  illərdə  bu  qiymətli  əsərin  tirajının 
kütləviləşdirilməsi  davam  etdirilməmiş,  Sovet  hakimiyyətinin  ilk  40  ilində  isə 
kitab  bir  dəfə  də  nəşr  olunmamışdır.  İ  Stalinin  ölümündən  və  "şəxsiyyətə 
pərəstişin  pislənməsı"  prosesindən  sonra  millətçı  damğası  vurulmuş  Həsən  bəy 
Zərdabinin  irsi  də  bəraət  almış,  onun  fəalıyyəti  geniş  tədqiq  olunmağa 
başlanmış,  əsərləri  çapa  hazırlanmışdır.  Bu  işdə  professorlar  Ziyəddin 
Göyüşovun,  Mirəli  Axundovun,  Abbas  Zamanovun,  İzzət  Rüstəmovun 
gördükləri  işlər  zərdabşünaslıq  üçün  möhkəm  özül  olmuşdur.  «Bədəni  salamat 
saxlamaq  düstürüləməli»  əsərinin  indiki  nəşri  mərhum  Ziyəddin  Göyüşovun 
tərtib  və  qeydləri  ilə  1960-cı  ildə  "Azərnəşr"də  işıq  üzü  görmüş  "Həsən  bəy 
Zərdabı,  seçilmiş  əsərləri"  kitabından  götürülmüşdür  və  ötən  46  ildə  ilk
 
belə 
təşəbbüsdür.    Alimin  «Natural  gigiyena»  adlı  biliklər  sistemi  insanların  təbiət 
qanunları ilə yaşamasını əsas götürərək aşağıdakı 9 şərti əhatə edir: 
1-təmiz hava, 2-saf su, 3-Günəşlə təmas, 4-təbii qidalar, 5-fəal hərəkət, 6-az 
yemək və aclıq, 7-istirahət və yuxu, 8-düz qamət, 9-ağıl və sağlam ruh. Şərtlər 
müxtəlif  kitablarda  fərqli  sıralansa  da  sağlam  yaşamaq  qaydalarına  verilən 
tələblər  dəyişməz  olaraq  qalır,  təbiətdən  güc  almaq,  təbiət  qanunlarına 
uyğunlaşmaq  kimi  əsas  məsələləri  əhatə  edir.  1980-ci  ildə  Hənifə  xanım  öz 
mənzilində  məktəb  açaraq  yetim  və  kasıb  uşaqların  təhsil  alması  ilə  məşğul 
olmuşdur.  1901-ci  ildə  H.Zərdabi  və  Hənifə  xanımın  səyi  və  H.Z.  Tağıyevin 
maliyyə  dəstəyi  ilə  Bakıda  ilk  rus-müsəlman  məktəbi  açılır,  Hənifə  xanım  isə 
onun direktoru təyin olunur. H.Zərdabi çar məmurları tərəfəindən dəfələrlə həbs 
olunmuş, onların təqibləri nəticəsində Bakını tərk edərək 16 il doğma Zərdabda 
yaşamış, hətta bəzən təndirdə gizlənməli olmuşdur. Onun oğlanları Sifət, Mitəd 
və qızı Qəribsoltan xanım da repressiyaya məruz qalmışlar. H.Zərdabi dahi rus 
yazıçısı  Lev  Tolstoyla  yaxın  dostluq  və  əməkdaşlıq  etmişdir.  H.Zərdabinin 

 
38 
böyük qızı Tiflisdə rus qızlar gimnaziyasında təhsil alan ilk azərbaycanlı qadın 
Pəri xanımın həyat yoldaşı, parlamentin birinci sədri Əlimərdan bəy Topçubaşov 
(1865-1934) olmuşdur. 
 
 
Əliyev Həsən Əlirza oğlu  
(1907-1993) 
 
Dünya  şöhrətli  korifey  alim,  Azərbaycanda 
ekologiya  elminin  banisi,  akademik  Həsən 
Əlirza  oğlu  Əliyevin  ölkəmizin  milli,  endemik 
flora  və  fauna  növlərinin  öyrənilməsində  və 
onların  genefondunun  qorunub  saxlanması 
sahəsində müqayisə olunmaz dərəcədə və misil-
siz  xidmətləri  olmuşdur.  H.Əliyev  olduqca 
zəngin,  yaradıcı,  səmərəli  və  məzmunlu  ömrü-
nün sonunadək milli flora və faunamızın genetik 
fondunun  saxlanmasının  ən  sadiq  və  zəhmətkeş 
keşikçisi  olmuş,  təbiətin  mühafizəsi  sahəsində  olduqca  geniş  diapozonlu  elmi-
tədqiqat  işləri  aparmış  və  böyük  alimlər  ordusunun  yaranmasında  misilsiz 
xidmətlər  göstərmişdir.  O,  1907-ci  ildə  Zəngəzur  qəzasının  Comərdli  kəndində 
anadan  olmuş,  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  ona  şərəf  gətirən  ilk 
məzunlardandır.  H.Əliyevin  həyatının  ilk  dövrü  Gəncə  ilə  bağlıdır,  11  yaşında 
Gəncədə  Şah  Abbas  məscidinin  həyətindəki  məktəbdə  5-ci  sinifdə  oxumuş, 
sonra ADAU-nun aqronomluq fakültəsində  təhsil almış, burada işləmiş və elmi 
fəaliyyətlə  məşğul  olmuşdur.  Akademik,  Əməkdar  Elm  Xadimi  H.Əliyevin 
həyatı,  onun  çoxşaxəli  elmi  fəaliyyəti  ekologiya,  torpaqşünaslıq,  təbiəti 
mühafizə, coğrafiya, biologiya üzrə müxtəlif məsələlərin həllinə həsr edilmişdir. 
H.Əliyev  500-dən  artıq  elmi  əsərin,  o  cümlədən  bir  çox  monoqrafiyanın, 
―Həyəcan təbili‖, «Təbiətin keşiyində» və s. adlı monoqrafik əsərin və yüzlərlə 
elmi-kütləvi  məqalənin  müəllifidir.  Azərbaycanın  təbii  ehtiyatlarından  səmərəli 
istifadə  sahəsində  kompleks  işlər  silsiləsinə  görə  H.Əliyev  Dövlət  Mükafatına 
layiq  görülmüşdür.  H.Əliyev  Azərbaycan  KP  MK-nın  katibi işləmiş,  Coğrafiya 
və Botanika İnstitutuna və bir sıra elm  müəssisələrə başçılıq etmişdir. H.Əliye-
vin təşəbbüsü ilə 1963-cü ildə Respublika Təbiəti Mühafizə Cəmiyyəti yarandı. 
Onun 1975-ci ildə yaratdığı və baş redaktoru olduğu ―Azərbaycan təbiəti‖ elmi-
kütləvi  jurnalı  xalqın  ekoloji  təfəkkürünün  genişlənməsi,  ətraf  mühitin 
mühafizəsində  fəal  iştirakı,  təbii  ehtiyatların  qorunması  və  bərpası  sahəsində 
geniş  elmi  və  təbliğat  işləri  aparırdı.  Akademik  H.Əliyevin  adını  daşıyan 
ADAU-nun  ekologiya  mühəndisliyi  və  meşəçilik  kafedrasının  nəzdində  ekolo-
giya  və  meşəçilik  muzeyi  fəaliyyət  göstərir,  H.Əliyev  adına  əlaçı  tələbə  üçün 
adlı təqaüd  də təsis  edilmişdir.  Gəncədə  H.Əliyevin  adını  daşıyan  küçədə  vaxtı 
ilə onun yaşadığı binaya xatirə lövhəsi və barelyefi vurulmuşdur. 
 

 
39 
 
Məlikov Firuz Əli oğlu  
(1902-1965) 
 
Azərbaycanın  milli  zootexniya,  heyvandarlıq, 
xüsusilə  qoyunçuluq  elminin  inkişafında  əvəzsiz 
rolu  olmuş,  korifey  alim,  genetik,  seleksiyaçı, 
akademik  Firuz  Əli  oğlu  Məlikovun  xidmətləri 
olduqca  təqdirəlayiq  hesab  edilməlidir.  O,  1948-ci 
ildə  kənd  təsərrüfatı  elmləri  doktoru  elmi  dərəcəsi, 
1949-cu ildə isə professor elmi adını almışdır. Alim  
ADAU-da 
kafedra 
müdiri, 
fakültə 
dekanı 
vəzifələrində  çalışmış,  1948-ci  ildə  Ümumittifaq 
Kənd  Təsərrüfatı  Elmlər  Akademiyasına  Azərbay-
candan  ilk  həqiqi  üzv  seçilmiş,  Azərbaycan  Kənd 
Təsərrüfatı  Elmlər  Akademıyasının  prezidenti 
olmaqla  3  dəfə  Azərbaycan  SSR  Ali  Sovetinin  deputatı  seçilmişdir.  Akademik 
F.Məlikov Azərbaycan aqrar elminə böyük töhfələr vermişdir. O, bir neçə alim 
və  mütəxəssislərlə  birgə  seleksiya  və  fərdi  seçmə  yolu  ilə  1935-1947-ci  illərdə 
Gədəbəy  dövlət  damazlıq  qoyunçuluq  təsərrüfatında  ―Azərbaycan  dağ 
merinosu‖  qoyun  cinsini  yaratdıqlarına  görə  1947-ci  ildə  SSRİ  Dövlət 
mükafatına  layiq  görülmüşdür.  Onun  elmi  tədqiqatlarının  əsas  istiqamətini 
heyvıandarlıqda  seleksiya  işlərinin  respublikanın  iqlim  şəraitinə,  ekoloji  və 
genetik durumuna uyğun olaraq aparılması təşkil etmiş və bir qayda olaraq yeni 
cins  yetişdirilərkən  genetik  aspektlərə  çox  önəmli  yer  vermişdir.  Alim 
heyvandarlıqda  damazlıq  seleksiya  işlərinin  səmərəliliyi  və  məhsuldarlığın 
artırılmasında yeni mütərəqqi üsullardan (qarabağ qoyunlarında farac döl və s.) 
geniş  istifadə  olunmasına  böyük  üstünlük  vermişdir.  F.Məlikov  150-dən  çox 
əsərin müəllifidir. Ölkədə heyvandarlığın inkişafındakı nailiyyətlərinə görə SSRİ 
Ali  Sovetinin  Rəyasət  Heyətinin  fərmanı  ilə  F.Məlikov  Lenin,  Qırmızı  Əmək 
Bayrağı  ordenləri  və  bir  çox  medallarla  təltif  olunmuşdur.  Azərbaycan  Elmi 
Tədqiqat Heyvandarlıq İnstitutu hazırda onun adını daşıyır. 
 
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə