Baytarliq təbabəTĠ genetġkasi



Yüklə 3.21 Mb.
Pdf просмотр
səhifə2/22
tarix28.12.2016
ölçüsü3.21 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Biotexnologiya 
Federasiyasının 
qətnaməsində 
qeyd 
edildiyi 
kimi, 
biotexnologiya  –  mikrobiologiya,  biokimya,  genetika,  molekulyar  biologiya  və 
kimyəvi  texnologiya  sahələrinə  mənsub  elm  və  metodların  tədbiqinə 
əsaslanaraq,  hüceyrə  səviyyəsində  insanlara  gərəkli  məhsul  maddələrinin 
alınmasına xidmət edir. Dünyada ərzaq qıtlığı, zülal çatışmazlığı bəşəriyyət üçün 
böyük təhlükə sayılır. Sübut olunmuşdur ki, biotexnoloji yolla bu problemi 70-
80% ödəmək olar. Hazırda mikroorqanızmlərın sintez etdiyi məhsullar: zülallar, 
amin  turşuları,  yağlar,  antıbiotiklər,  vitaminlər,  fermentlər,  vaksinlər, 
immunoqlobulinlər,  interferon,  diaqnostik  preparatlar,  toksinlər,  polisaxaridlər 
və  digər  fızioloji  aktiv  maddələr  müxtəlif  biotexnoloji  proseslər  vasitəsilə 
sənayedə istehsal edilir.  
Genetik  müayinə  və  analizlərin  aparılması  üçün  əsasən  tədqiqat  obyekti 
kimi  DNT  və  RNT-nin  molekullarından  istifadə  edilir.  Çünki  genetik  –  irsi 
informasiyanın  saxlanmasını,  ötürülməsini  və  realizə  olunmasını    yalnız  onlar 
təmin edir. Orqanizmlərin xəstəliklərə həssaslığı və davamlılığı da məhz həmin 
amillər  tərəfindən  icra  olunur.  Təbabətin  və  baytarldıq  təbabətinin  ən  aktual 
problemləri  (xəstəliklərin  genetik  statusu,  bioloji  preparatlar  və  s.)  də  hazırda 
genetik səviyyədə icra olunur. Tibb və baytarlıq təbabəti həkimi öz fəaliyyətində 
genetika  elminə,  ontogenezin  normal  inkişafı  istiqamətinə  üstünlük  verməli  və 
genetik  analizlərə  istinad  etməlidir.  Çünki  bütün  patoloji  proseslərin  əsasında 
hüceyrədə  gedən  genetik  dəyişiklik  və  pozulmalar  durur  və  onlar  genlərin 
mutagenezi  və  modifikasiyası  nəticəsində  baş  verir.  Bilikli  və  səriştəli  həkim 
olmaq  üçün  genetik  analizləri,  dəyişiklikləri  müfəssəl  və  ətraflı  öyrənmək  və 
onları mütləq nəzərə almaq lazımdır. ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) 
baş  direktoru  doktor  Marqaret  Çanın  qiymətli  kəlamı  dediklərimizi  bir  daha 
təsdiqləyir: «Sağlamlıq – xəstəlik və fiziki defektlərin olmaması ilə yanaşı, həm 
də  tam  fiziki,  süni  və  sosial  xoşbəxtlik  deməkdir.  Əhalisi  sağlam  olan  ölkə 
yaxşı  inkişaf  etmiş  ölkə  deməkdir».  İnsanın  sağlamlığının  başlıca  prioriteti  isə 
ekoloji  cəhətdən  təmiz,  saf  heyvan  və  bitki  mənşəli  yeyinti  məhsulları  sayılır. 
Təmiz və keyfiyyətli heyvandarlıq və quşçuluq məhsullarının (ət, süd, yumurta, 
balıq,  onların  müxtəlif  çeşidli  məhsulları)  insan  üçün  zərərsiz  olması  isə 
bilavasitə baytarlıq təbabəti həkimlərinin səlahiyyət  müstəvisi çərçivəsindədir. 

 
11 
Çünki  xəstə  heyvanların  yeyinti  məhsulları  insanda  müxtəlif  (200-ə  qədər) 
yoluxucu xəstəliklər, intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə ağır 
fəsadlarla, hətta ölümlə nəticələnir.  
Baytarlıq  təbabəti  bəşəri  əhəmiyyətli,  olduqca  geniş  diapozonlu,  insan  və 
heyvanların  sağlamlığının  keşiyində  dayanan  ən  mütərəqqi,  mürəkkəb,  çox 
şaxəli  və  orqanizmlərin  genetik  populyasiyasının  saxlanmasına  və  onun 
dayanıqlı  inkişafının  təmin  olunmasına  xidmət  edən  elm  sahəsidir.  Tibb 
həkimlərinin  pasienti  materiyanın  ən  ali,  sosial-bioloji-psixoloji  varlığı- 
insan  olduğu  halda,  baytarlıq  təbabəti  həkimlərinin  pasienti  fikrini  ifadə 
edə bilməyən heyvanat (heyvanlar, quĢlar, balıqlar, arılar) aləmidir. Bu isə 
baytarlıq  təbabəti  həkimlərinin  fəaliyyətinin  daha  çətin  və  mürəkkəb  olduğunu 
bir daha sübut edir. Bunları baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli 
və  dəyərli  kəlamı  da  təsdiqləyir:  «Tibb  həkimləri  yalnız  insanı,  baytarlıq 
təbabəti  həkimləri  isə  bütün  bəşəriyyəti  müalicə  edir».  Doğrudan  da  çox 
qiymətli, müdrik və təqdirə layiq bir kəlamdır. Baytarlıq təbabəti (veterinariya-
latınca  «veterinarius»-heyvanı  müalicə  edən)–  heyvanların  xəstəlikləri, 
insanların  zooantroponozları-heyvanlar,  quşlar,  balıqlar  və  onların 
məhsullarından  keçən  xəstəlikləri  ilə  mübarizə,  sanitariya  cəhətdən  təmiz, 
zərərsiz  və  təhlükəsiz  heyvan  mənşəli  yeyinti  məhsullarının  istehsalı  və  ətraf 
mühitin  mühafizəsinin  qlobal  baytarlıq  problemlərinin  həlli  yollarının 
öyrənilməsi  ilə  məşğul  olan  ən  mütərəqqi,  funtamental-tətbiqi,  nəzəri  və 
praktiki  və  planetar  əhəmiyyətli  elm  sahəsidir.  Onun  əsas  obyekti  bütün  növ 
kənd təsərrüfatı və vəhşi heyvanlar, quşlar, balıqlar, arılar, onların yeyinti və 
gön-dəri  məhsulları,  yemlər,  su  ehtiyatları,  heyvandarlıq  və  quşçuluq 
müəssisələri, fermaları, broylerlər, arıçılıq və balıqçılıq təsərrüfatları, otlaqlar 
və s. ibarətdir. Respublika Baytarlıq Xidməti İdarəsi isə həmin sahənin bütün 
fəaliyyətinin  rəhbəri,  təşkilatçısı  və  nəzarətçisidir.  Həkim  anlayışı,  məvhumu 
isə  daha  qiymətli  və  geniş  diapozona  malikdir.  Bunu  dünya  şöhrətli  klassik, 
eləcə də müasir şairlərimiz də öz əsərlərində çox yüksək dəyərləndirmiş və vəsf 
etmişlər. 
  
«Elmlər elmidir demiş Peyğəmbər 
Din elmi, təbabət elmi, müxtəsər. 
Göbəkdəki ətri bu iki elmin 
Fəqihlə təbibdir, bunu bil yəqin. 
 
Fəqih olsan əgər itaətkar ol, 
Hiylədən, riyadan daim kənar ol 
İsa mərifətli həkim ol, amma 
İnsanı öldürən bir həkim olma. 
 
Həm həkim, həm fəqih olsan sən əgər, 
Hamının yanında adın yüksələr. 
Həyat da, ölüm də qul olar sana 
Səadət və şöhrət düşər payına.» 
 

 
12 
                            (Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti) 
 
Həkimlik ən  müqəddəs, xeyirxah, bəşəriyyətin tərəqqisinə, həm insana, həm də 
heyvanat aləminə xidmət edən, onların sağlamlığını qoruyan və cəmiyyətin dayanıqlı 
davamlı  inkişafına  təminat  verən  bəşəri  əhəmiyyətli  bir  sənətdir.  Tibbi  və  baytarlıq 
təbabəti  həkimlərinin  fəaliyyəti  yalnız  bir  istiqamətə-insan  və  heyvanların  sağlam 
həyat  tərzinin  təminatına  yönəldilib.  ÜST  və  BEB  (Beynəlxalq  Epizootiya  Bürosu) 
hazırda  bu  iki  ixtisası  yalnız  dialektik  vəhdət  formasında  qiymətləndirir  və  onların 
məramının yekdil olmasını ön plana çəkir. Dünya təbabətinin atası, antik təbabətin 
reformatoru  (islahatçısı)  b.e.ə.  460-cı  ildə  Yunanıstanın  KoĢ  adasının  Meropis 
Ģəhərciyində həkim ailəsində anadan olmuĢ, məĢhur loğman, əfsanəvi Ģəxsiyyət 
Eskulapın  oğlu  Podaliriyin  törəməsi  Hippokrat  dünyanın  ilk  tarixi  tibb 
məktəblərindən  biri  və  birincisi  sayılan  KoĢ  məktəbini  yaratmaqla  təbabət 
elmində  böyük  inqilab  etdi.  Onun  atası  məşhur  yunan  həkimi  Heraklid  və  anası 
mama-ginekoloq  Fenareta  Hippokratın  artıq  20  yaşında  ikən  tanınmış  həkim 
olmasında  olduqca  böyük  rol  oynamışlar.  Təbabətə  meyli  irsiyyətdən  irəli  gəlsə  də 
onu  həkim  kimi  formalaşdıran  məhz  atası  olmuşdur.  O,  təhsilini,  həkimlik  peşəsini 
təkmilləşdirmək  üçün  Misirə  getməsinə  baxmayaraq  Yunanıstanda  tüğyan  edən  və 
əhalinin kütləvi qırğınına səbəb olan taun epidemiyası onu vətəninə qayıtmağa təhrik 
edir, bütün fəaliyyətini onunla mübarizəyə yönəldir, xəstəliyin qarşısının alınmasında 
misilsiz xidmətlər göstərir. Loğmanın şəfa verdiyi ilk pasientlərdən biri də elmə atom 
nəzəriyyələri  haqda  bilgilər  verən  və  təbabətə  «etiologiya»  terminini  daxil  edən 
məşhur Demokrit olmuşdur. Klassik müayinə üsulları (palpasiya, perkussiya və s.) da 
məhz onun kəşfləridir. Dahi Hippokratın qiymətli sözləri bütün həkimlər üçün örnək 
olmalıdır:  «Təbabətə  sevgimiz  insaniyyətə  məhəbbətdən  doğur».  «Xəstəliyi  yox, 
xəstəni  müalicə  etmək  lazımdır».  «Qüvvətli  ruh  zəifləmiş  bədəni  xilas  edir». 
«Təbiblik sənətlərin ən vacibdir». Kliniki təbabətin banisi dahi Hippokrat onun 5 əsas 
prinsipini təklif etmişdir: 
– fərdi yanaşma və fərdi müalicə; 
– xarici və daxili amillərin nəzərə alınması;  
– «əksinə müalicə» – «quraqlıq» – «rütubət» – «istilik-soyuq» -amillərinin 
balanslaşdırılması; 
– cadugərliyi təbabətdən ayırıb, sıxışdırıb təcrid etmək; 
– habitusun (xarici görünüşün) nəzərə alınması və tibbidə tətbiqi. 
«Qədim  təbabət  haqqında»  əsərində  loğman  yazmışdır:  «….  Düzgün 
müalicə  etmək  istəyən  həkim  soyuq  vasitəsilə  istiyə,  istilik  vasitəsilə  soyuğa, 
rütubət  vasitəsi  ilə  quruya  və  quru  vasitəsi  ilə  rütubətə  qarşı  mübarizə 
aparmalıdır» (bu sözlər 3-cü prinsipə aiddir). Təbabətdə 200-dən artıq dərman 
bitkilərini  ilk  dəfə  tətbiq  edən  loğman  həm  də  onların  dozasını  və  əks 
göstəricisini ətraflı şərh etmişdir. Böyük alim 83 yaşında Larisse şəhərində vəfat 
etmiş və Afinada dəfn olunmuşdur. Üzərində «Hippokrata-bizim xilaskarımıza» 
sözü  yazılan  əzəmətli  heykəl  afinalıların  ən  müqəddəs  ziyarətgahına 
çevrilmişdir.  Dünyanın  bütün  həkimləri  öz  ilkin  fəaliyyətinə  məhz  Hippokrat 
andı ilə başlayır. 

 
13 
Dahi filosof şairimiz M.Füzuli «Səhhət və mərəz» («Sağlamlıq və xəstəlik») 
poemasını məhz sağlamlıq və təbabətə həsr etmişdir. 

 
14 
«Eşqdən canımda bir pinhan mərəz var, ey həkim! 
Xəlqə pinhan dərdim izhar etmə zinhar, ey həkim! 
 
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, 
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim! 
 
Çər basıb əl nəbzinə, təşxis qılsan dərdini, 
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!» 
 
        (Məhəmməd Füzuli) 
 
 
«Köksümü yaranda asta köks ötür, 
Görüb dağ-düyünü əsmə, amandı. 
Orda kin-küdurət varsa kəs, götür, 
Təkcə məhəbbəti kəsmə amandı. 
 
Məni ürəyimlə görüşdür, həkim, 
Öpüm üz– gözündən, sözüm bu nə qəm? 
Bu qədər dərdimi yüklənib çəkib, 
Mən onun dərdini çəkə bilmirəm. 
 
Ürəyin səsi var, danışacaqdı, 
Nələr söyləyəcək o sinədəftər? 
 Əlində su saxla, alışacaqdı, 
Yandımı zəhmətin gedəcək hədər. » 
 
  (Rübail, şair, həkim-patofizioloq, professor) 
 
2008-ci ildə Türkiyə həkimi Əli Kamal Topaloğlu dünyada həllini gözləyən 
təbabətin  125  cavabsız  sualından  birinin  cavabını  tapmışdır.  O,  müəyyən 
etmişdir  ki,  insanın  beynində  fəaliyyət  göstərən  xüsusi  genlər  yetkinliklə  bağlı 
olan xəstəliklərin (vaxtından əvvəl və gec cinsiyyət və fizioloji yetişkənliyin baş 
verməsi,  kriptorxizm,  uşaqların  boy  və  inkişafdan  qalması  və  s.)  müalicəsini 
tənzimləyir  və  onların  qarşısını  alır.  Göründüyü  kimi,  genetika  və 
biotexnologiya  elmi  artıq  təbabətin  daha  ciddi  problemlərinin  araşdırılmasına 
inteqrasiya edir və bu areal get-gedə daha da qloballaşır. 
İnsan  ömrünün  uzadılması  dünyanın məşhur  bioloqlarının  və  tibb  alim-
lərinin  həmişə  diqqət  mərkəzində  duran  ən  aktual  problem  olmuşdur.  ABŞ 
alimlərinin  20  ildən  artıq  bu  problem  üzrə  apardıqları  fundamental  elmi  ax-
tarışlar artıq öz müsbət həllini tapmışdır. Onlar ağ siçanlar üzərində gen mü-
həndisliyi üsulu ilə təcrübə apararaq sübut etmişlər ki, sintez etdikləri xüsusi 
enzim  (ferment)  yaşlı  siçanları  həm  cavanlaşdırır,  həm  də  onların  cinsi  fəal-
lığını artırır və yenidən bala verirlər. Alimlər həmin enzimi yaşlı adamlar üzə-
rində  eksperimental  olaraq  sınaqdan  keçirmiş,  analoji  nəticəyə nail  olmuş  və 
sübut etmişlər ki, bu üsulla insanın ömrünü 30 il uzatmaq mümkündür. ABŞ 
alimləri artıq bəyan etmişlər ki, yaxın 10 il ərzində onların sintez etdikləri en-

 
15 
zim dünyanın bütün ölkələrində insanların xidmətində olacaqdır. Əlbəttə, ge-
netiklərin  bu  kəşfini  dövrün  ən  böyük  və  prioritet  probleminin  həlli  kimi 
dəyərləndirmək lazımdır2011-ci ildə alimlər arxeoloji qazıntılar apararkən çox 
qeyri-adi  bir  mənzərə-3-4  metr  uzunluğunda  insan  skeletinin  tapılması  ilə 
qarşılaşmışlar.  Hazırda  onlar  həmin  skeletlərin  tapıldığı  yerlərdə  onların 
parabioz  halında  olan  genlərinin  axtarışı  ilə  məşğuldurlar  və  güman  edirlər  ki, 
buna nail olacaqlar. 
Azərbaycanın tanınmış, korifey alimləri və  onların xələfləri də (H.Zərdabi, 
H.Əliyev,  F.Məlikov,  M.Sadıqov,  Ə.Quliyev,  İ.Mustafayev,  A.Ağabəyli, 
A.Qarayev,  M.Musayev,  M.Cəfərov,  M.Axundov,  C.Əliyev,  Z.Verdiyev, 
C.Axundov,  R.Səttərzadə,  R.Mehdiyev,  M.Qəniyev,  V.Tutayuk,  K.  Səfərov, 
Ə.Əhmədov,  Ş.Əhmədova,Y.Səfərov,  H.Hacıyev,  Ə.Xəlilov,  H.Quliyev, 
R.Rüstəmov,  S.Əliyev,  A.Əliyev,  M.Mustafayev,  R.Qədimov,  A.Məmmədov, 
T.Turabov,  E.Qocayev,  F.Şirinov,  M.Fərzəliyev,  N.Şirinov,  Y.  Hacıyev, 
V.Quliyev  və  b.)  ölkəmizdə  təbiətşünaslıq,  bitkiçilik,  fiziologiya,  genetika, 
mikrobiologiya,  biotexnologiya,  parazitologiya,  morfologiya  elmlərinin  inkişafı 
üçün  olduqca  böyük  xidmətlər  göstərmiş,  mühüm  elmi-praktiki  əhəmiyyətli 
tədqiqatlar aparmış və çox uğurlu nailiyyətlər qazanmışdır. Onların elmi irsi bu 
gün  də  genetik,  biotexnoloq,  mikrobioloq,  parazitoloq  alimlərimiz  (Ə.Əsgərov, 
U.Ələkbərov,  Q.Mustafayev,  Z.Qarayev,  S.Məmmədova,  B.Xəlilov,  İ.Cəfərov, 
N.Seyidəliyev, 
V.Novruzov, 
R.Nuriyev, 
Z.Hümbətov, 
M.İsmayılov, 
H.Fətəliyev,  A.Hüseynov,  M.Mirsalahov,  F.Şərifov,  F.Qurbanov,  B.Əliyev, 
A.Qazıyev,  C.Nəcəfov,  M.Salmanov,  Q.Əzimova,  R.Quliyev,  M.Babayev, 
A.Quliyev,  İ.Eyyubov,  R.Allahverdiyev,  İ.Əzimov,  S.Tağıyev,  E.Əliyev, 
R.Səfərov, 
E.Ağayeva, 
A.Ramazanov, 
N.Süleymanov, 
Q.Abdullayev, 
T.İsgəndərov, 
R.Ağabəyli, 
Z.Ələsgərov, 
F.Məmmədov, 
H.Bayramov, 
N.Yusifov,  P.Cəfərov,  Ə.Əhmədov,  B.Səfərov,  İ.Məmmədov,  S.Surxayev, 
R.Əliyev,  F.Nəsibov,  N.Əliyev,  E.Vahidov,  V.Qarayev,  R.Bilalov,  R.Eminov, 
F.Qurbanov,  Ə.Məmmədli,  C.Əsgərov,  R.Quliyev,  Z.Həsənov,  V.Qasımov, 
O.Mehdiyeva, 
S.Bayramov, 
S.Axundov, 
S.Culfayev, 
M.Hacıyev, 
Q.Dünyamalıyev,  H.Əliyev,  R.Xəlilova,  O.Məmmədova,  D.Adıgözəlova,  
H.Bayramova,    A.Əliyev,  R.Rzayev,  E.Əliyev,  X.Cəfərov,  Y.Xankişiyev,  S. 
Abbasov, U. Turabov və b.) tərəfindən çox uğurla davam etdirilir. Gənclərimiz, 
xüsusilə  ali məktəb tələbələri  dünya  şöhrətli  korifey  alimlərimizin  elmi  irsini 
davam  etdirməlidir.  Əks  təqdirdə  genetika,  epizootologiya,  parazitologiya, 
mikrobiologiya,  virusologiya,  gen  mühəndisliyi  və  biotexnologiya  elminin 
ölkəmizdə  dinamik  inkişafı  ləngiyə  bilər,  bu  sahədə  ciddi  boşluq  və  disbalans 
yaranar  və  Davamlı  İnsan  İnkişafına  neqativ  təsir  göstərər.  Hazırda  biliyə 
əsaslanan  inkişafı  qiymətləndirmək  məqsədilə  BMT-nin  İnkişaf  Proqramı 
(BMTİP)  İnsan  İnkişafında  (İİ)  daha  yeni  bir  göstəricinin  –  Texnoloji 
Nailiyyətlər  Əmsalının  (TNƏ)  bütün  ölkələrdə  geniş  istifadə  olunmasını  təklif 
etmişdir.  Bu  göstərici  dünya  ölkələrində  bir-birindən  çox  fərqli  olduğu  üçün 
İnsan  İnkişafı  (İİ)  TNƏ  ilə  qiymətləndirilir.  TNƏ-hesablanarkən  əsas  yeni 
göstərici kimi ölkədəki elmi ixtiralar, kəşflər, onların xarici ölkələrdə istifadə 

 
16 
olunmasından  gələn  gəlir,  yüksək  ixtisaslı  kadrların  sayı,  təbiət  və  texniki 
elmlər  (biologiya,  aqrar,  fizika,  riyaziyyat,  kimya,  İKT,  astronomiya,  aviasiya 
və s.) üzrə tələbələrin sayının humanitar (hüquq, iqtisadiyyat, filologiya, tarix 
və s.) elmlər üzrə tələbələrin sayına olan nisbəti nəzərə alınır. Respublikamızda 
da TNƏ-nin inkişafı üçün xüsusi dövlət qayğısı göstərilir. Lakin real bir faktdır 
ki, son illər respublikamızın ali məktəblərinə qəbul olunan gənclərimizin böyük 
əksəriyyəti  humanitar  fakültələrə  daxil  olurlar.  Beləliklə  də  ölkədə  humanitar 
sahənin kadrları ilə təbiətşünaslıq və texniki ixtisaslı kadrların arasında disbalans 
yaranır,  bu  da  öz  növbəsində  TNƏ-nin  dinamik  artımına  neqativ  təsir  göstərir. 
Bunu  nəzərə  alaraq  təbiət  elmləri,  o  cümlədən  baytarlıq  təbabəti,  gen 
mühəndisliyi və biotexnologiya üzrə yüksək ixtisaslı kadrların və gənc alimlərin 
hazırlanması  gündəmdə  duran  prioritet  sayılmalı,  alimlər  nəsli  arasında  boşluq 
yaranmasına  yol  verilməməli,  onun  qarşısı  alınmalı  və  TNƏ-na  görə  ölkəmiz 
öndə gedən (lider) ölkələrə yaxınlaşmalıdır. Gənclərimizdə isə təbiət elmlərinə, 
o cümlədən baytarlıq təbabəti elmlərinə, xüsusən baytarlıq təbabəti genetikası və 
biotexnologiya  kimi  olduqca  maraqlı  və  perspektivli  elm  sahələrinə  böyük 
maraq  yaranmalıdır.  F.Engels  yazmışdır:  «Nəzəri  təfəkkür  yalnız  qabiliyyət 
şəklində  olan  anadangəlmə  bir  xassədir.  Bu  qabiliyyət  inkişaf  etdirilməlidir, 
bundan ötrü isə hələ indiyədək bütün əvvəlki fəlsəfəni öyrənməkdən başqa heç 
bir vasitə yoxdur». Tanınmış Azərbaycan filossofu professor Ağayar Şükürov 
da analoji fikirlər söyləmişdir: «Elmin yüksəkliyində durmaq istəyən bir millət 
fəlsəfi  təfəkkürsüz  keçinə,  inkişaf  edə  bilməz».  Bütün  islam  dünyasının  dini 
lideri  və  onun  banisi,  tarixi  şəxsiyyət  Həzrəti  (s.ə.s)  Məhəmməd  Peyğəmbərin 
elmə,  alimə  verdiyi  böyük  və  qiymətli  kəlamlar  gənclərimiz  üçün  örnək 
olmalıdır:  «60  il  ibadəti  dinləməkdənsə,  2  saat  alimə  qulaq  asmaq  yaxşıdır», 
«Alimin qələminin mürəkkəbi, şəhidin qanından qiymətlidir».     
  
«Alimdir gözümdə ən əziz insan! 
Elmlə hünərlə! – başqa cür heç kəs, 
Heç kəsə üstünlük eyləyə bilməz. 
Rütbələr içində seçilir biri, 
Hamıdan ucadır alimin yeri!» 
 
   
(Nizami Gəncəvi) 
 
Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoymuş tarixi şəxsiyyət və 
bütün  elmlərin  mahir  bilicisi  H.Zərdabinin  ən  başlıca  arzusu  ölkəmizdə  bütün 
elmləri  hərtərəfli  və  sürətlə  inkişaf  etdirmək  olmuş  və  çox  böyük  bir  müdrik 
kəlam söyləmişdir: «Damcı-damcı ilə yaramız sağalası yara deyil, sel vaxtıdır, 
elm  gərək  sel  kimi  axsın  ki,  hər  istəyən  ondan  içib  doya  bilsin.  Bizim 
zəmanəmizdə  elmsiz  qalan  millətin  mürur  ilə  puç  olmağı  məlumdur  və 
aşkardır».  Fəlsəfə  (yunanca  «filosofiya»-hikməti  sevirəm)  elminin  əsas 
məğzini,  qayəsini  məhz  biliyi,  elmi  idrakı,  təfəkkürü,  intellektuallığı,  qlobal, 
bəşəri əhəmiyyətli axtarışları aparmaq və s. təşkil edir. 
 
 

 
17 
 
 
«Loğman eyləməkçün dərdlərə çarə 
İstədi hər güldən bir şəfa dərə. 
Çiçəklər ağladı loğman öləndə 
Şehdir qurumayıb göz yaşı hələ». 
 
  
  (Rübail) 
 
Hazırda  planetimizdə  baş  verən  və  gündən-günə  arealı  genişlənən  qlobal 
ekoloji  anomaliya  və  kataklizmlər  insan  və  heyvanların  genetik  strukturuna 
olduqca böyük neqativ təsir göstərir, indiyədək müşahidə olunmayan anomaliya 
və eybəcərliklər törədir. Buna misal olaraq 2011-ci ildə Hindistanda 34 barmağı 
(20  ayaq  və  14  əl  barmağı)  olan  (polidaktliya)  qız  uşağının  və  Çində  2  başlı 
uşaqların doğulmasını göstərmək olar. Həkimlər birincinin amputasiya olunaraq 
normal  insan  kimi  inkişaf  edəcəyini,  sonuncuların  isə  yaşamasının  qeyri-
mümkünlüyünü etiraf etmişlər. Bu cür və digər anomaliyalar heyvanlar arasında 
da son zamanlar daha çox müşahidə olunur. 
Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq 
təbabəti,  genetika,  gen  mühəndisliyi  və  biotexnologiya  kimi  zəngin,  bəşəri 
əhəmiyyətli  elm  sahəsinə  çox  böyük  maraq  formalaşacaqdır.  Biz  müəlliflər  bu 
dərsliyin  ərsəyə  gəlməsi  üçün  çox  gərgin  əmək  sərf  etmiş,  dünya  və  ölkə 
klassiklərinin,  eləcə  də müasir  elm  xadimlərinin  elmi  əsərlərini  araşdırmaqla  geniş 
və müfəssəl elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab 
verməsinə  səy  göstərməyə  çalışmışıq.  Əsər  həm  də  müəlliflərin  çox  sahəli  geniş-
diapozonlu  elmi  biliklərə  malik  olmasının  və  onların  məhsuldar,  gərgin  əməyi  və 
keçirdiyi  yuxusuz  gecələrin  ən  qiymətli  məhsuludur.  Müasir  elmi  texniki  tərəqqi 
bütün  elm  sahələrində  olduğu  kimi,  genetika  elminin  də  inkişafı  və  yeni 
perspektivləri  üçün  böyük  zəmin  yaradır.  Hazırda  molekulyar  biologiya,  genetika, 
gen  mühəndisliyi,  biotexnologiya  yeni  elmi  aspektlərdə  çox  sürətlə  və  dinamik 
inkişaf  mərhələsinə  başlamışdır.  İndiyədək  biologiya  elminə  məlum  olmayan, 
qaranlıq  qalan  və  öz  müsbət  həllini  gözləyən  prioritet  istiqamətlər  artıq  dünya 
alimlərinin diqqətini cəlb etməyə və  yeni elmi axtarışlar aparmağa vadar etmişdir. 
2010-cu  ildən  başlayaraq  ABŞ  alimləri  planetimizin  nəsli  tamamilə  kəsilən  ən 
qədim və nəhəng sürünən canlısı olan dinazavrların bərpa olunması üçün böyük 
hazırlıq işləri aparırlar. Onlar müəyyən etmişlər ki, dinazavrların son nəsli Saxalin 
və Kirill adalarında məhv olmuşdur. Bunu nəzərə alaraq həmin ekspedisiya qrupu 
qeyd  olunan  ərazilərdə  dinazavrların  cəsədlərinin  qalıqlarını  müayinə  edərkən 
onların  donmuş  (parabioz  halında  olan)  genlərini  aşkar  etmişlər.  Alimlər  hazırda 
əldə  etdikləri  həmin  genlərin  süni  yolla  çoxaldılması,  sonda  isə  fərqli  genlərin 
çarpazlaşdırılması və dinazavrların bərpa olunması məqsədilə çox geniş diapozonlu 
elmi tədqiqat işləri aparır. Həmin ekspedisiya qrupu Rusiya Federasiyası alimlərini 
də  bu  tədqiqatların  uğurla  həyata  keçirilməsində  iştirak  etmək  üçün  Rusiya 
hökumətinə müraciət etmiş və ümumi razılıq əldə edilmişdir. ABŞ və RF alimləri 
müştərək  elmi  tədqiqat  layihəsinin  aparılmasına  çox  ciddi  hazırlıq  işləri  aparırlar. 

 
18 
Ekspedisiya  qrupunun  fikrincə  bu  fundamental  layihə  çox  uğurla  nəticələnəcək  və 
dinazavrların  nəsli  bərpa  olunacaqdır,  lakin  layihə  bir  neçə  il  davam  edəcəkdir. 
Alimlər  müasir  genetik  müayinə  üsullarının  vasitəsilə  başqa  nəsli  kəsilən  heyvan 
növlərinin  də  nəslinin  bərpa  olunması  üçün  böyük  imkanlar  açılacağına  çox 
israrlıdırlar.  Göründüyü  kimi,  müasir  svilizasiyalı  cəmiyyətdə  biologiya  elminin, 
təbabətin və baytarlıq təbabətinin bütün problemləri və tədqiqatları yalnız genetika 
və gen səviyyəsində öyrənilməlidir. Bu, bütün dünya alimlərinin gəldiyi son nəticə 
və qənaətdir. Biologiyanın bütün elmi istiqamətləri məhz bu yolla inkişaf edə bilər 
və  mövcud  problemlərin  həlli  yolları  aşkarlanar.  Azərbaycan  Dövlət  Aqrar 
Universitetində  (ADAU)  tədris  edilən  «Baytarlıq  təbabəti  genetikası  və 
biotexnologiyanın  əsasları»  fənni  müasir  biologiya,  tibb  və  baytarlıq  təbabətinin 
dialektik  fəlsəfi  vəhdədindən  yaranan,  formalaşan,  baytarlıq  təbabətinin  aparıcı, 
fundamental  ixtisas  prioritetidir.  Yüksək  ixtisaslı  baytarlıq  təbabəti  həkimlərinin 
hazırlanması üçün həmin fənnin müstəsna əhəmiyyətə malik olması hazırda dünya 
alimlərinin  diqqət  mərkəzindədir.  Çünki  hazırda  bütün  xəstəliklər  yalnız  hüceyrə, 
onun  orqanoidləri,  xüsusilə  xromosom  və  genlər  səviyyəsində  öyrənilir.  Bu 
baxımdan  həmin  fənnin  yüksək  səviyyədə  tədris  edilməsi  günün  tələbidir.  Lakin 
həmin fənn üzrə ali məktəb dərsliyinin olmaması, onun yüksək səviyyədə və müasir 
tələblərə uyğun tədris edilməsi prosesinə ciddi maneçilik törədir. Baytarlıq təbabəti 
genetikası  və  biotexnologiya  fənləri  baytarlıq  təbabəti  ixtisasının  spesifik  baza 
fənləridir.  Çünki  həmin  ixtisas  fənləri  bir-biri  ilə  qırılmaz  surətdə  bağlı  olmaqla, 
onların əsas məqsədi heyvanların, quşların, balıqların və arıların yoluxucu (infeksion 
və  invazion)  xəstəliklərinin  genetik  xüsusiyyətlərinin,  anomaliyalarının  və  genetik 
xəstəliklərin,  immunitetin  və  qan  qruplarının  genetik  aspektlərinin  öyrənilməsi, 
bioloji preparatların (vaksinlər, diaqnostikumlar, antibiotiklər, hormonlar, fermentlər 
və  s.)  hazırlanması  üsullarını  öyrənməkdən  ibarətdir.  Buna  görə  də  həmin  fənlər 
yalnız  baytarlıq  təbabəti  alimləri  tərəfindən  sərbəst  fənlər  kimi  tədris  olunmalıdır. 
Həmin  fənlər  hazırda  dünyanın  bütün  inkişaf  etmiş  ölkələrinin  baytarlıq  təbabəti 
fakültələrində  yalnız  «Baytarlıq  təbabəti  genetikası»  və  «Biotexnologiya»  adı  ilə 
baytarlıq təbabəti ixtisası olan alimlər tərəfindən tədris olunmaqla,  yüksək ixtisaslı 
kadrların  hazırlanmasında  çox  böyük  pozitiv  rol  oynayır.  Hazırda  beynəlxalq 
praktikada  baytarlıq  təbabəti  genetikası  variasion  statistikadan  (biometriyadan) 
tamamilə  ayrılaraq  biotexnologiya  ilə  paralel  tədris  olunur.  Bu  isə  baytarlıq 
təbabəti  genetikası  və  biotexnologiyanın  yüksək  ixtisaslı  baytarlıq  təbabəti 
həkimlərinin hazırlanmasında olduqca böyük və çox ümdə əhəmiyyət kəsb etməsi 
ilə  əlaqədardır.  Tibb  universitetlərinin  hamısında  bu  praktikaya  çox  önəmli  yer 
verilir.  Həmin  təcrübəyə  baytarlıq  təbabəti  fakültəsində  də  geniş    istinad  olun-
malıdır. 
Son  zamanlar  dünyanın  bütün  inkişaf  etmiş  ölkələrinin  tibb  fakültələrinin 
hamısında  «Tibbi  biologiya»  fənni  tədris  olunur.  «Tibbi  biologiya»  həkimlik 
ixtisasının əsas aparıcı fənni olmaqla  yoluxucu xəstəliklərin bioloji aspektlərini və 
mübarizə  üsullarını  öyrənən  yeni  ixtisas  sahəsidir.  Onun  baytarlıq  təbabəti 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə