AZƏrbaycan ünvanli


“AZƏRBAYCANA YARDIM FONDU”



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

“AZƏRBAYCANA YARDIM FONDU” 

(London) 

 

“Azərbaycana Yardım Fondu”nun təsisçisi Yəhya bəy Boler 



milliyətcə ingilisdir. Onun əsl adı Yan Bolerdir, müsəlmanlığı  qəbul 

etmişdir. Onun həyat yoldaşı Xamuş xanım Qacari Ağari Məhəmməd Şah 

Qacarın nəslindəndir. Yəhya bəy uzun illər İranda yaşamışdır. O, həm də 

neft və qaz kəmərləri sahəsində ixtisaslaşmış “AYMEQ” beynəlxalq 

mühəndis kompaniyasına sədrlik edir. Son vaxtlar “Azərbaycana Yardım 

Fondu” ilə “AYMEQ” kompaniyası hesabına  Şuşa və Fizulidən köçüb 

gələn qaçqınlara 250 min dollar həcmində 6 ton dərman verilmişdir. Fond 

Ümumdünya ekoloji təşkilatların köməyi ilə Azərbaycandakı ekoloji 

problemlərin ümumdünya miqyasına çıxarıb onların həllinə yönəltmək 

üzərində çalışır. 

 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT  

MƏRKƏZİ” 

(Mançestr) 

 

İngiltərənin Mançestr şəhərində  fəaliyyət göstərən “Azərbaycan 



Mədəniyyət Mərkəzi” 1990-cı ildə yaradılmış  və  əsasən Cənubi 

Azərbaycandan olan gəncləri birləşdirir. Cəmiyyətin sədri  Əbülfəz 



Paşaoğlu 1990-cı ilin noyabrında Bakıda keçirilən Azərbaycan 

cəmiyyətlərinin qurultayında iştirak etmiş, respublikamız ilə yaxından tanış 

olmuşdur. 

Bu təşkilatın əsas məqsədi Birləşmiş Krallıqda yaşayan azərbaycanlı 

icmasının yeni, müstəqil Azərbaycan dövlətinə kömək etməkdən ibarətdir. 

1990-1991-ci illərdə Mançestrdə yaşayan soydaşlarımız Azərbaycan 

Respublikasına xeyli tibb avadanlığı və başqa kömək göndərmişlər. 

1992-ci ilin iyununda isə Böyük Britaniya “Azərbaycan Mədəniyyət 

Mərkəzi” Azərbaycan Milli İstiqlal partiyasına bu təşkilatın istifadəsi üçün 

“Mersedes-300 D” markalı avtomobil hədiyyə etmişdir. 

 

 

 



 

 

 



“AZƏRBAYCANÇILAR    KOMİTƏSİ” 

(London) 

 

Londonda yaşayan soydaşlarımız 1988-ci ilin iyulunda 



“Azərbaycançılar Komitəsi” yaratmışlar. Komitənin  əsasnaməsi və 

nizamnaməsi təsdiq edilmiş, onun idarə heyəti seçilmişdir. Komitənin 

“Aydınlıq” adlı qəzeti nəşr olunur. Qəzet iki dildə - türk və fars dillərində 

buraxılır. Qəzetin əsas məqsədi milli mədəniyyətimizi və tariximizi təbliğ 

etməkdir. 

 

 



İSLAM, ORTA ŞƏRQ VƏ AZƏRBAYCAN  

MƏDƏNİYYƏTİ KAFEDRASI 

(Edinburq) 

 

Şotlandiyanın Edinburq universitetində  təşkil edilmiş  İslam, Orta 



Şərq və Azərbaycan Mədəniyyəti Kafedrası islam dünyasının, o cümlədən 

Azərbaycanın mədəniyyətini öyrənmək və  tədqiq etmək məsələləri ilə 

yaxından  məşğul olur, Kafedranın  professoru  Qulamrza Səbri Təbrizi öz 

elmi-tədqiqat işində Azərbaycanın və  Şərqin  ədəbi tarixi şəxsiyyətləri 



barədə onlarla məqalə  dərc etmiş, dünyanın 30-dan artıq ölkəsində 

keçirilən elmi konfrans, forum və simpoziumlarda Azərbaycan 

mədəniyyətini təmsil etmişdir. 

 

 



 

İSVEÇ 

 

AZƏRBAYCAN-İSVEÇ YAZIÇILAR  

BİRLİYİ 

(Stokholm) 

 

Azərbaycan  İsveç yazıçılar Birliyinin əsas məqsədi Azərbaycanda 



gedən müasir siyasi prosesləri açıqlamaq, Azərbaycanla bağlı bütün 

məsələləri olduğu kimi, doğru düzgün işıqlandırmaq,  əsil həqiqəti 

söyləməkdir. Erməni təcavüzü nəticəsində baş verən müharibənin 

səbəblərini Ermənistanın xülyalarını ifşa etmək üçün Birlik səmərəli 

fəaliyyət göstərir. Birliyin təşəbbüsü və yaxından iştirakı ilə Bakıda 1990-

cı il  20 yanvar hadisələri zamanı Stokholmda etiraz mitinqi keçirilmişdir. 

Belə bir mitinq Xocalı soyqırımı zamanında da təşkil edilmişdir. Bu 

mitinqlərdə  İsveçin ayrı  şəhərində  və bölgələrində  və yaşayan minlərlə 

azərbaycanlı iştirak etmişdir. 

Azərbaycan haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq 

məqsədilə Birlik “Azərbaycan” adlı jurnal nəşr edir. Jurnalın nüsxələri 

ABŞ-a, o cümlədən Azərbaycana göndərilir. Birliyin üzvləri ara sıra 

Bakıya gəlməyə imkan Azərbaycanla baş verən demokratik prosseslərlə 

tanış olurlar gördüklərini obyektiv qələmə alaraq “Azərbaycan” jurnalı 

vasitəsilə dünyaya çatdırırlar.  

 

 



“AZƏRBAYCAN  MƏDƏNİYYƏT  MƏRKƏZİ” 

(Geteborq) 

 

İsveçin Geteborq şəhərindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” 



ölkədə yaşayan soydaşlarımıza Azərbaycanın mədəni, ictimai siyasi həyatı 

barədə kifayət qədər məlumat çatdırır. Mərkəzin sədri Fərəc Fərnudladır 



Mərkəz vaxtaşırı Azərbaycandan  İsveçdə qonaq olan mədəniyyət 

xadimlərimizin, incəsənət ustalarımızın həmvətənlərimizlə yanaşı 

isveçlilərlə  də görüşlərini təşkil etməsi respublikamız barədə geniş, 

obyektiv informasiya çatdırılmasına yardım edir. 

 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ” 

(Lund) 

 

Lund  şəhərində  məskunlaşmış azərbaycanlıların vətənə olan 



bağlıllığının möhkəmlənməsində Mərkəz səmərəli iş aparır, imkan tapdıqca 

Azərbaycanın incəsənət ustaları ilə görüş keçirir, mədəni  əlaqələrin 

genişlənməsinə çalışır. Mərkəzin fəal üzvlərindən Məhin xanım 

mədəniyyətimizi,  ədəbiyyatımızı, incəsənətimizi geniş  təbliğ edir. Lund 

şəhərində onun naşiri və redaktoru olduğu ana dilində “Araz” jurnalı 

buraxılır. 

 

 

“AZƏRBAYCAN   MƏDƏNİYYƏT   MƏRKƏZİ” 

(Malme) 

  

İsveçin Malme şəhərində 1989-cu ildən fəaliyyət göstərən 



“Azərbaycan Mədəniyyət Mərkəzi” respublikamız da baş verən hadisələrlə 

təkcə həmvətənlərimizi məlumatlandırmaqla kifayətlənmir, isveçlilərdə və 

digər xalqların nümayəndələrində  də  Şimali və  Cənubi Azərbaycan 

haqqında, onun tarixi və bu günü barədə  təsəvvür yaratmaq üçün fəal iş 

aparır. Mərkəzə soydaşımız Şahnaz xanım sədrlik edir. Mərkəzin yaxından 

iştirakı ilə şəhərdə “Azərbaycanın səsi” radio verilişləri təşkil edilmişdir. 

  

 

İSPANİYA 



 

“AZƏRBAYCAN  DOSTLARININ  KÜLTÜR  

CƏMİYYƏTİ” 

(Madrid) 

 


“Azərbaycan Dostlarının Kültür Cəmiyyəti” (Cəmiyyət  eyni 

zamanda “İspan-Azəri Kültür Cəmiyyəti” adı ilə  də tanınır) bir neçə ildir 

ki, Madriddə  fəaliyyətə başlamışdır. Cəmiyyətin  əsas məqsədi  İspaniyada 

və Portuqaliyada yaşayan azərbaycanlıları  sıx birləşdirməkdən ibarətdir. 

Cəmiyyət vətəndən uzaqlarda yaşayan azərbaycanlılara öz ana dilini 

qoruyub saxlamaq, onu təbliğ etmək,  Şimali və  Cənubi Azərbaycandan 

alınan qəzet və jurnallarla, kitablarla tanışlıq imkanı yaratmaq, xeyirdə-

şərdə bir-birinin çağırışına yetişmək kimi xeyirxah işlərlə məşğuldur. “Güc 

birlikdədir”  şüarı  Cəmiyyətin fəaliyyətinin  əsas qayəsidir. Bu sahədə 

Cəmiyyətin üzvləri, xüsusən onun sədri C. Erkin geniş  və  səmərəli iş 

aparır. “Dədə Qorqud” məcmuəsini nəşr edir. O, bir neçə  dəfə Bakıda 

olmuş, Azərbaycan haqqında, xüsusən Qarabağ hadisələri barədə kitab 

buraxmaq üçün xeyli material toplamışdır. 

 

 



KANADA 

 

“AZƏRBAYCAN-KVEBEK CƏMİYYƏTİ”  

(Monereal) 

 

Kanadada fəaliyyət göstərən “Azərbaycan-Kvebek Cəmiyyəti” 



Azərbaycandakı ictimai-siyasi hadisələrlə yaxından tanış olmaq, 

respublikanın həyatında baş verən demokratik dəyişiklikləri Kanadada 

yaşayan yurddaşlarımıza çatdırmaq, xariclə eyni surətdə yaradılan 

informasiya blokalasının yarılması  məqsədilə  təşkil olunmuşdur. 

Cəmiyyətin sədri Məsud  Əliyevdir. Cəmiyyətin uzaq Kanadada yaşyan 

həmvətənlərimizin Azərbaycanla  əlaqələrini möhkəmlətməklə onları 

respublikanın siyasi durumu ilə burada həyata keçirilən mühüm iqtisadi və 

ictmai siyasi dəyişikliklərlə tanış etmək sahəsində müntəzəm olaraq 

fəaliyyət göstərir. 1993-cü ilin mayında Cəmiyyətin sədri Məsud  Əliyev 

Bakıda olarkən Kanadada yaşayan azərbaycanlıların problemləri onların 

Azərbaycanla əlaqələrin genişlənməsi barədə söhbətlər aparmış xüsusən bu 

əlaqələrin Azərbaycan Yurddaş Partiyasının yaxından iştirakı ilə 

təmzinlənməsi qərarlaşdırılmışdır. 

 

 



“AZƏRBAYCAN MƏRKƏZİ” 

(Toronto) 

 

Kanadanın Ontario vilayətində yaşayan soydaşlarımız bu ilin oktyabr 



ayında yeni bir milli mədəniyyət mərkəzi açmışlar. Bütünlükdə  Şimali 

Amerikada yaşayan azərbaycanlılar icmasının təşəbüssü ilə açılan bu 

təşkilat ilk növbədə uzaq qitədə milli mədəniyyətimizi təbliğ etmək 

Kanadada yaşayan soydaşlarımızın yaxın və mehriban ünsiyyətini 

yaratmaqdan ibarətdir. 

Mərkəzin rəhbəri doktor Səid Kazemidir. Yeni yaradılan milli 

mədəniyyət mərkəzinə Azərbaycan Respublikası Xarici İşlər Naziri Həsən 

Həsənov xüsusi məktub  göndərərək Torontoda yaşayan həmvətənlərimizi 

təbrik etmişdir. Bu təbrikdə H.Həsənov qeyd etmişdir ki, “bu mərkəzin 

açılışı dünyada yaşayan bütün azərbaycanlıların arasında  əlaqələrin 

inkişafına və möhkəmlənməsinə xidmət edəcək, belə  mərkəzlərin 

yaradılması  Şimali Amerikada yaşayan həmvətənlərimizin birləşməsində 

Azərbaycan Respublikası ilə Kanadanın münasibətlərində böyük rol 

oynayacaqdır”. Nazir bunu xüsusi olaraq bildirmişdir ki, Azərbaycan 

Respublikasının bu ağır günündə, yaşadığı yerdən asılı olmayaraq, hər bir 

azərbaycanlı öz tarixi Vətəni üçün var qüvvəsini əsirgəməyəcəkdir. 

“Azərbaycan Mərkəzi” yaxın vaxtlarda respublikamızdakı müxtəlif 

ictimai təşkilat və birliklərlə  əlaqə yaratmağı, hazırkı  vəziyyətlə bağlı 

humanitar yardım etməyi planlaşdırmışdır. 

 

 



GÜRCÜSTAN 

 

“BİRLİK” ÜMUMGÜRCÜSTAN AZƏRİ  

TÜRKLƏRİNİN CƏMİYYƏTİ 

(Tbilisi) 

 

“Birlik” Cəmiyyətinin yaranması 1992-ci ilin iyun ayında keçirilmiş 



təsis yığınçağında qərara alınmışdır. Yığıncaqda “Gürcüstan” qəzetinin 

redaktoru, Gürcüstan Respublikasının  əmakdar jurnalisti Süleyman 

Süleymanov başda olmaqla təşkilat komitəsi yaradıldı. Komitənin ardıcıl 

və  səmərəli işi nəticəsində 1992-ci ilin oktyabrında Tbilisi şəhərində 



“Birlik” Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin təsis qurultayı 

keçirildi. Qurultayda Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli, 

Bolinisi, Qardabani, Laqodi, Kaspi və digər bölgələrindən nümayəndələr 

iştirak edirdilər. Qurultayda 21 nəfərdən ibarət Baş  Şura və  Ağsaqqallar 

Şurası seçildi. Süleyman Süleymanov Cəmiyyətin prezidenti seçildi. 

“Birlik” Cəmiyyətinin  əsas məqsədi Gürcüstanın azərbaycanlı 

əhalisinin mədəniyyət, təhsil, dil, kütləvi informasiya, professional 

yaradıcılıq və xalq yaradıcılığı, din və digər sahələrdə mənəvi tələbatlarının 

ödənilməsi üçün əlverişli  şərait yaratmaqdır. Gürcüstanın azərbaycanlı 

əhalisinin deportasiya olunması, soydaşlarımızın hüquqlarının pozulması 

hallarının, azərbaycanlılar yaşayan  bölgələrdə kadrların milli 

mənsubiyyətə görə  təqib olunması, toponomik adların  əsassız olaraq 

gücləndirilməsinin qarşısının alınması sahəsində Cəmiyyət geniş fəaliyyət 

göstərmək niyyətindədir. Cəmiyyət birgə qüvvə ilə Azərbaycan və 

Gürcüstan arasında bütün mədəni, ədəbi, iqtisadi əlaqələri bərpa və inkişaf 

etdirmək üçün səy göstərir. 

 

 

“QEYRƏT”   XALQ   HƏRƏKATI 

(Marneuli) 

 

Gürcüstan azərbaycanlılarının “Qeyrət” Xalq Hərəkatının yaranması 



1990-cı il dekabrın 8-də Marneulidə keçirilən respublika təsis konfransında 

elan olunmuşdur. Konfransda Marneuli, Bolnisi, Dmanisi, Qardabani, 

Saqareço,  Kaspi bölgələrindən, Tbilisidən nümayəndələr, habelə 

Azərbaycandan qonaqlar iştirak etmişlər. “Qeyrət”in proqramı, 

nizamnaməsi qəbul olunmuş, onun strukturu təsdiq edilmiş, redaksiya 

heyətinin, müvafiq komissiyaların, Ağsaqqallar  Şürasının üzvləri 

seçilmişlər.  

35 yaşlı dindar, ali pedaqoji təhsilli Əlibala Əsgərov “Qeyrət”in idarə 

heyətinin sədri seçilmişdir. Konfrans iştirakçıları Gürcüstan Ali Sovetinə 

və Milli Konqresə, respublikada yaşayan bütün azərbaycanlılara, 

Azərbaycan ictimaiyyətinə müraciətlər qəbul etmişlər. 1990-cı ildən 

fəaliyyətə başlayan “Qeyrət” Xalq Hərəkatı yalnız 1993-cü il yanvarın 15-

də Gürcüstan Respublikasının  Ədliyyə Nazirliyi tərəfindən rəsmi 

qeydiyyatdan keçmişdir. 



“Qeyrət” Xalq Hərəkatı Gürcüstanda yaşayan yurddaşlarımızın 

Gürcüstan Respublikasının mövcud konstitusiyası  çərçivəsində adi insani 

və vətəndaşlıq hüquqlarının müdafiəsi uğrunda fəaliyyət göstərir. “Qeyrət” 

Gürcüstanda yaşayan yarım milyonluq azərbaycanlı  əhalinin iqtisadi, 

siyasi, mədəni inkişafının bütün problemlərinin həlli sahəsində müntəzəm 

iş aparır, Gürcüstandakı  həmvətənlərimizin hüquqlarının tapdalanmasına 

qarşı  qətiyyətlə  çıxış edir. 1992-ci ilin oktyabrında “Yurddaş” Cəmiyyəti 

və “Qeyrət” Xalq hərəkatının birgə  qəbul etdiyi bəyanatda Gürcüstan 

Respublikasında yaranmış sosial-iqtisadi vəziyyətin hazırkı durumunda 

Azərbaycan hökumət orqanlarından, ictimai-siyasi cəmiyyətlərdən, ayrı-

ayrı siyasi qurumlardan və eləcə  də kütləvi informasiya vasitələrindən öz 

fəaliyyətlərində son dərəcə  dəqiq, obyektiv olmaları  tələb olunurdu. 

“Qeyrət” Xalq hərəkatı 1993-cü ilin yanvarında Bakıda keçirilən “Borçalı: 

dünən, bu gün, sabah” forumunda iştirak etmişdir. Forumun əsas məqsədi 

Borçalıda soydaşlarımızın vəziyyətini müzakirə etmək, onunla bağlı 

Gürcüstan və Azərbaycan respublikalarının rəsmi mövqelərini 

müəyyənləşdirmək, iki respublika arasındakı münasibətlərin nizama 

salınmasına kömək etməkdir. 

 

 

“DAYAQ” ASSOSİASİYASI 

(Tbilisi) 

 

Gürcüstanda yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən “Dayaq” 



Assosiasiyası 1991-ci ilin oktyabrında fəaliyyətə başlamışdır. Assosiasiya 

“Ümumgürcüstan Rustaveli Cəmiyyəti”nin nəzdində yaradılmışdır. 

Assosiasiyanın fəallarının 

əsas məqsədi Gürcüstanda yaşayan 

yurddaşlarımızın ictimai və  mənəvi inkişafına, mədəni  ənənələrinin 

qorunub saxlanılmasına, onların konstitusiya hüquqlarının qorunmasına 

kömək etməkdir. Assosiasiya Zaqafqaziyanın bütün qabaqcıl ictimai-siyasi 

qüvvələri ilə  əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Gürcüstanda 

Azərbaycan xalqının tarixini, ədəbiyyatını və mədəniyyətini təbliğ etməyə, 

hər iki respublikanın içtimai təşkilatlarının liderlərinin, elm və mədəniyyət 

xadimlərinin görüşlərinin təşkilinə çalışır. Assosiasiyanın  əsas fəaliyyət 

istiqamətlərindən biri də  nəşriyyat işini təşkil etmək, tarixi abidələrin 

bərpası ilə əlaqədar tədbirlər işləyib həyata keçirməkdir. 


 

 

LATVİYA 

 

“AZƏRİ”    CƏMİYYƏTİ 

(Riqa) 

 

“Azəri” Cəmiyyəti Latviya Milli Mədəniyyət Cəmiyyətləri Birliyində 

təmsil olunmuşdur. Cəmiyyətin sədri hüquqşünas  Əlipaşa Nəsirlidir. 

Cəmiyyət Latviyada daimi yaşayan 3700-dən çox azərbaycanlılar arasında 

fəaliyyət göstərir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, 

ermənilərin hərbi təcavüzünə qarşı gedən qanlı müharibə haqqında 

həqiqətlərin Latviyada yayılmasında Cəmiyyət təqdirəlayiq iş aparır 

Cəmiyyətin üzvləri Riqa şəhərində keçirilən ictimai-siyasi tədbirlərdə, 

görüşlərdə  fəal iştirak edir, televiziya ekranında, mətbuat səhifələrində 

Azərbaycandakı demokratik proseslərin izah olunması, erməni 

işğalçılarının sərsəm xülyalarının ifşa edilməsi ilə  əlaqədar müntəzəm 

olaraq çıxışlar təşkil edirlər. 

Cəmiyyətin yaxından iştirakı ilə bir sıra mədəni tədbirlər hazırlanıb 

keçirilir. Cəmiyyətin təşəbbüsü ilə yaradılan bazar günü məktəbi 1992-ci 

ilin fevralından fəaliyyət göstərir. Müdafiə arasında təkcə azərbaycanlılar 

deyil, latışlar, ruslar da vardır. Hər bazar günü onlarca şagird latın qrafikalı 

türk dilini öyrənmək üçün toplaşırlar. Beş saat türk dili və ədəbiyyatı tədris 

edilir. Bundan başqa bir saat estetik tərbiyəyə, bir saat da İslam dininin 

mahiyyətinin öyrənilməsinə sərf olunur. Hər ay Latviya radiosunda ayrılan 

35-40 dəqiqəlik vaxt ərzində musiqimiz, dilimiz, tariximiz təbliğ olunur. 

 

  

“LATVİYA-AZƏRBAYCAN  MƏDƏNİYYƏT  



ASSOSİASİYASI” 

(Riqa) 

 

“Latviya-Azərbaycan mədəniyyət assosiasiyası” 1992-ci il mayın 28-



də Riqada yaradılmışdır. Onun prezidenti Faiq Səfərovdur. Assosiasiyanın 

ətrafında  əsasən ziyalılar toplaşmışlar. Assosiasiya nəinki Azərbaycanda, 

eyni zamanda keçmiş Sovet İttifaqının, Amerikanın, İsveçin, Avstraliyanın 


və digər ölkələrin azərbaycanlı icmaları ilə  əlaqələr yaratmışdır. Onun 

üzvləri içərisində müxtəlif millətlərin nümayəndələri də  təmsil 

olunmuşdur. Assosiasiya ilə  məşhur latış  şairi - türkoloqu Uldis Berzinş 

əməkdaşlıq edir. O, “Dədə Qorqud”u latış dilində  tərcümə etmişdir. 

Assosiasiya öz qüvvəsilə  əsəri çap etdirmək fikrindədir. Latviya 

televiziyası  və radiosu, bir çox latış yazıçıları, incəsənət ustaları 

Assosiasiya ilə yaxından  əməkdaşlıq edirlər. Assosiasiyanın fəaliyyətində 

Azərbaycanda gedən demokratik proseslər, ictimai-siyasi hadisələr, erməni 

təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri vəhşiliklər barədə 

həqiqətin yayılması  əsas yer tutur. Assosiasiyanın yaxından iştirakı ilə 

Latviya Xalq Cəbhəsinin “Baltiyskoye vremya” qəzeti 1992-ci ilin 

noyabrında bütövlükdə xüsusi buraxılışını Azərbaycana həsr etmişdir. 

“Latviya-Azərbaycan mədəniyyət assosiasiyası” Qarabağ 

hadisələrinin  əsl mahiyyətini açmaqla Latviya kütləvi informasiya 

vasitələrində  fəal təbliğat işləri aparır. Onun təşəbbüsü ilə indiyə  qədər 

yeddi latış jurnalisti Qarabağın müharibə gedən bölgələrində olmuş, bu 

barədə Latviya mətbuatında, radio və televiziyasında xeyli qiymətli 

materiallar verilmişdir. 

Assosiasiyanın köməyi ilə Latviyanın bir neçə jurnalistinin 

Azərbaycan Respublikasının vasitəsilə Bosniyaya göndərilməsi 

planlaşdırılmışdır. 

 

“TƏBRİZ”  CƏMİYYƏTİ 



(Riqa

 

Latviyanın paytaxtında soydaşlarımızın yaratdıqları üçüncü milli 



mədəniyyət mərkəzidir. Ötən il mərkəzin idarə heyəti təşkil olunmuşdur. 

Cəmiyyətin rəhbəri Həsənzadədir. 

Hazırda Azərbaycan torpaqlarına erməni təcavüzü ilə bağlı 

həqiqətlərin Latviyada, eləcə  də digər Baltik respublikalarında yayılması 

sahəsində xeyli iş görmüş  cəmiyyət üzvləri öz həmvətənlərinə - cəbhə 

xətlərində döyüşən əsgərlərimizə bir neçə dəfə ərzaq və dərman ləvazimatı 

yardımı göstərmişlər. 

“Təbriz” cəmiyyəti respublikamızdakı “Qarabağa Xalq Yardımı 

komitəsi” ilə yaxından əməkdaşlıq edir. 


“Təbriz” cəmiyyəti Riqada, eləcə də Latviyanın digər şəhərlərində bir 

sıra maraqlı mədəniyyət və xeyriyyə tədbirləri keçirmişdir. 

 

 

LİTVA 

“ODLAR   YURDU”   CƏMİYYƏTİ 

(Vilnüs) 

 

“Odlar Yurdu” Cəmiyyəti keçmiş sovet respublikalarının  ərazisində 

azərbaycanlıların yaratdıqları ilk cəmiyyətlərdən biridir. Litva ilə 

Azərbaycan arasında  ədəbi-mədəni  əlaqələrin tarixi qədimdir. Litvalıların 

Azərbaycan  ərazisində görünməsi  əsrimizin ikinci yarısına təsadüf edir. 

Çarizmin milli zülmündən, iqtisadi çətinliklər ucbatından bir çox litvalı 

Bakıya pənah gətirmişlər.  Əsrin  əvvəllərində Bakıda təqribən səkkiz min 

litvalı yaşayırdı. Onların burada müxtəlif ictimai-mədəni cəmiyyətləri 

fəaliyyət göstərirdi. 1918-ci ildə Azərbaycan və Litva öz müstəqilliyini 

elan etdilər.1919-cu ildə isə iki dövlət arasında konsulluq səviyyəsində 

diplomatik  əlaqələr yaradılmışdı. Xalqlarımızın arasında  əlaqələrin yeni 

mərhələsi Litvada “Sayudis” hərəkatının və respublikamızda Azərbaycan 

Xalq Cəbhəsinin meydana atılmasından başlanır. Elə bu zamanlar 

fəaliyyətə başlayan “Odlar Yurdu” Cəmiyyəti Azərbaycan və Litva 

arasında  əlaqələrin möhkəmlənməsinə, hər iki respublikada baş verən 

demokratik hərəkatın bütün çətinlikləri  şəraitində öz işini qurmağa 

çalışırdı. Qarabağ böhranının başlanması, Azərbaycana qarşı erməni 

təcavüzünün müxtəlif informasiya vasitələri tərəfindən saxtalaşdırılması 

Litvada Cəmiyyətin fəaliyyətini xeyli dərəcədə çətinləşdirirdi. Cəmiyyətin 

üzvləri bu zaman olduqca səmərəli iş aparırdılar. Onlar Azərbaycanda baş 

verən hadisələr barədə informasiya blokadasını yarmağa, bütün 

vasitələrdən istifadə edərək Litva ictimaiyyətinə  həqiqət çatdırmağa 

çalışırdılar. Bakıda Qanlı yanvar hadisələri ilə əlaqədar 1990-cı il fevralın 

1-də Litva, Estoniya və Latviya azərbaycanlıları Vilnüs şəhərinin 

mərkəzində Gediminas kostyolunda toplaşaraq matəm ayinlərin icra 

etdilər. 

Azərbaycan və Litva respublikalarının müstəqillik əldə etməsi, onlar 

arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yeni məcraya düşməsi “Odlar 

Yurdu” Cəmiyyətinin fəaliyyətini xeyli canlandırdı. Cəmiyyətin sədri 


Mahir Həmzəyev eyni zamanda “Sayudis” hərəkatı seyminin və Litva 

hökumətinin yanında Millətlər Departamentinin üzvüdür. 1992-ci ilin 

oktyabrında o, Azərbaycan Respublikasının Litvada səlahiyyətli 

nümayəndəsi təyin olunmuşdur. Azərbaycanda demokratik qüvvələr 

hakimiyyətə  gələndən sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə 

yeni mərhələyə  qədəm qoymuşdur. Azərbaycanda Litva arasında 

diplomatik əlaqələr yaradılması sahəsində ardıcıl addımlar atılır, iqtisadi və 

siyasi əlaqələr xeyli möhkəmlənir. Bu sahədə “Odlar Yurdu” Cəmiyyəti öz 

xeyirxah fəaliyyətini davam etdirir. 

 

  



MOLDOVA 

 

“AZƏRBAYCAN MİLLİ ADƏT VƏ ƏNƏNƏLƏRİ  


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin