AZƏrbaycan ünvanli


“Y.V. ÇƏMƏNZƏMİNLİ ADINA AZƏRBAYCAN



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

“Y.V. ÇƏMƏNZƏMİNLİ ADINA AZƏRBAYCAN  

MƏDƏNİ MƏRKƏZİ” 

(Kiyev) 

 

“Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəni Mərkəzi” Bakıda 

1990-cı il yanvar hadisələrinin təsiri altında yaranmışdır. Mərkəz “Ukrayna 

Mədəniyyət Fondu”nun nəzdində  fəaliyyət göstərir. Mərkəzin sədri Nadir 

Əlişovdur. Mərkəz Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak 

edir, Azərbaycana erməni təcavüzü barədə ukraynalılara obyektiv məlumat 

verməyə çalışır. Mərkəz “Ukrayna Milli Assambleyası”, “Rux” hərəkatı, 

kənarda yaşayan  ukraynalı zabitlərin ittifaqi və başqaları ilə  sıx  əlaqələr 

yaratmışdır. Mərkəzin  əsas vəzifələrindən biri Azərbaycan-Ukrayna 

dostluq  əlaqələrinin möhkəmləndirilməsidir. Mərkəzin fəaliyyətində 

ukraynalılar da iştirak edirlər. Onlardan ən fəalı, Azərbaycanda yaxşı 

tanınan  şair-tərcüməçi Mikola Miroşniçenkodur. Xüsusən ermənilərin 

xalqımıza qarşı yaydığı  qərəzli  məlumatların  əleyhinə  təbliğat  işində 

onun fəaliyyəti olduqca qiymətlidir. Mərkəz Kiyevdə  çıxan “Veçernaya 

Kiyev”, “Qolos Ukrainı” və digər mətbuat orqanları ilə  sıx  əlaqə 

yaratmışdır. Ukraynanın kütləvi informasiya vasitələrinin nümayəndələri 

ilə Mərkəzdə vaxtaşırı maraqlı görüşlər keçirilir. 

Bu ilin aprel ayının 15-də “Y.V.Çəmənzəmənli adına Azərbaycan 

Mədəniyyət Mərkəzi” Kiyevdəki Rusiya Səfirliyinin binası qarşısında 

Azərbaycanın Kəlbəcər – rayonunun Ermənistan tərəfindən işğal olunması 

ilə bağlı böyük mitinq təşkil etmişdir. 

Rusiyanın Kiyevdəki konsulu mitinq iştirakçılarını  qəbul etmişdir.  

Kəlbəcərdə Ermənistanın təcavüzü ilə əlaqədar olaraq bu şəhərdə yaşayan 

soydaşlarımız adından ona Mərkəzin etiraz notası təqdim edilmişdir. 

 

 

“SAFLIQ”   MƏDƏNİYYƏT   MƏRKƏZİ 



(Xarkov) 

 

“Saflıq” Mədəniyyət Mərkəzi 1991 -ci ilin iyun ayından rəsmi 



qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. 

Sədri Hicran Abdullayevdir. Mərkəzin təşkilatca formalaşması 

müəyyən mərhələlərdən keçmişdir. 1990-cı ilin martında “Oğuz” 

həvəskarlar Klubu şəklində  təşkil olunmuş, iyun ayından isə “Saflıq” adı 

altında təsis olunmuşdur. Həmin müddət ərzində bir sıra mədəni tədbirlər 

hazırlayıb keçirmiş, Xarkovda Azərbaycan  incəsənət ustalarının çıxışlarını 

təşkil etmişdir. “Saflıq” Mədəniyyət Mərkəzi indi oz fəaliyyətini durmadan  

təkmilləşdirməyə çalışır, Xarkov şəhəri ilə Azərbaycanın müxtəlif bölgələri 

arasında iqtisadi və 

mədəni 


əlaqələrin genişlənməsinə 

və 


möhkəmlənməsinə çalışır 

 

 

“XƏTAİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT 

 CƏMİYYƏTİ 

(Xarkov) 

 

“Xətai” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı il martın 12-də 

yaradılmışdır. Həmin gün Cəmiyyətin təsis iclası keçirilmiş onun 

nizamnaməsi qəbul olunmuş, rəsmən qeydiyyata alınmışdır. Cəmiyyət 

Ukrayna Mədəniyyət Fondunun nəzdində  fəaliyyətə başlamışdır. 

Cəmiyyətin sədri Eldar Vəliyevdir. Cəmiyyətin məqsədi Ukraynanın  ən 

böyük  şəhəri olan Xarkovda yaşayan 35 minə yaxın azərbaycanlının 

mənəvi zənginləşməsi ilə daha yaxından məşğul olmaq, gənc nəslə, 

yeniyetmələrə milli şüur aşılamaq, tariximizlə bağlı hadisələri Ukrayna 

torpağında yaşayan həmyerlilərimizə çatdırmaqdır. Xarkovda yaşayan 

başqa millətləri Azərbaycan incəsənəti və  ədəbiyyatı ilə tanış etmək, 

Azərbaycanda gedən demokratik gedişatlar barədə düzgün məlumat 

çatdırmaqdır. Cəmiyyətin üzvləri Azərbaycana qarşı ermoni 

təcavüzkarlarını, apardıqları qanlı müharibənin  əsil səbəbkarlarını, onun 

çirkin məqsədlərini acıqlanmasında, Qarabağa maddi və  mənəvi yardım 

göstərilməsində yaxından iştirak edirlər. 

Cəmiyyətin fəal iştirakı ilə ana dilini mükəmməl öyrənmək üçün 

Bazar günü məktəbi açılmış, “Azərbaycan” bədii özfəaliyyət dərnəyi 



yaradılmışdır. Azərbaycanın görkəmli yazıçılarının, mədəniyyət 

xadimlərinin və alimlərinin yubileylərini keçirmək, onlarla görüşlər təşkil 

etmək sahəsində xeyli iş görülür. Cəmiyyətin təşəbbüsü ilə 1991-ci-ilin 

iyununda Xarkovda təntənəli surətdə Bakı günləri keçirilmişdir. 

“Xətai” cəmiyyətinin fəallarından biri - Ukrayna Akademiyasının 

Radio-Astronomiya  İnstitutunun elmi əməkdaşı  Məmməd Paşayev bu 

yaxınlarda Bakıya gəlmiş, öz cəmiyyətləri adından 216 min rubl 

məbləğində tibb ləvazimatından ibarət yardım gətirmişdir. O, həmçinin 

Təzə pir məscidində Hacı Sabirlə görüşərək, Bakı  İslam  İnstitutuna 

Xarkovda yaşayan azərbaycanlılardan bir neçəsinin qəbulu barədə razılıq 

əldə etmişdir. 

 

 



“BAKILI”   MƏDƏNİYYƏT   MƏRKƏZİ 

(Sevastopol) 

 

Sevastopolda yaşayan həmvətənlərimizin yaratdıqları “Bakılı” 

Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyət göstərən “Bakılı” Beynəlxalq 

Mədəniyyət Cəmiyyətinin  şöbəsidir. Bu mərkəz 1992-ci ilin iyununda-

rəsmi-qeydiyyatdan keçmişdir. Mərkəzin üzvləri vaxtilə Bakıda yaşayan və 

işləyən azərbaycanlılar, ruslar, ukraynalılardır Mərkəz öz əsas vəzifəsini 

milliyətindən asılı olmayaraq Sevastopolda yaşayan keçmiş bakılıların 

Azərbaycanla əlaqələrini möhkəmləndirir. 

 

 

“OCAQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT VƏ  



XEYRİYYƏ CƏMİYYƏTİ 

(Simferopol ) 

 

Krım vilayətinin Simferopol şəhərində  fəaliyyət göstərən “Ocaq” 

Cəmiyyəti öz ətrafında burada yaşayan azərbaycanlıları birləşdirir. 

Azərbaycanda baş verən hadisələr, ictimai-siyasi dəyişikliklər, erməni 

millətçilərinin respublikamıza qarşı elan olunmamış müharibəsi Cəmiyyət 

üzvlərinin daim diqqət mərkəzindədir. Cəmiyyətin təşəbbüsü ilə 1993-cü 

ilin martında burada yaşayan azərbaycanlıların və Türkiyədən gəlmiş 

qonaqların iştirakı ilə Novruz bayramı böyük təntənə ilə keçirilmişdir. 



“Ocaq” cəmiyyətinin sədri Rəhim Hümbətovdur. O həm də hazırda 

Krımda nəşr olunacaq “Krım ensiklopedik lüğəti”nin Redaksiya heyətinin 

üzvüdür R.Hümbətov bu yaxınlarda Azərbaycan EA Milli Münasibətlər 

İnstitutunun və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya 

Birliyinin qonağı olmuş, hər iki təşkilatla “Ocaq” Azərbaycan Mədəniyyət 

və Xeyriyyə  cəmiyyəti arasında aməkdaşlıq barədə müqavilələr 

bağlamışdır. 

“Ocaq” cəmiyyəti “Millət” adlı aylıq qəzeti (Azərbaycan və rus 

dillərində) buraxır. Qəzetin redaktoru R.Hümbətovdur. 

 

 

FRANSA 

 

“AZƏRBAYCAN   MƏDƏNİYYƏTİNİ VƏ  

SİVİLİZASİYASINI  ÖYRƏNƏN MƏRKƏZ” 

(Strasburq) 

 

“Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz”in 



yaranma tarixçəsi 1984-cü ildə Frasanın Strasburq humanitar Elmlər 

Universitetində keçirilmiş Fransa-Azərbaycan kollokviumu ilə  bağlıdır. 

Vaxtilə kollokvium elmi ictimaiyyətin geniş marağına səbəb olmuş, 

bünunla birlikdə hərbi Avropada Azərbaycan haqqında ümumi məlumatın 

azlığını və natamamlığını aşkara çıxarmışdı. Bunu nəzərə alan universitetin 

bir qrup  əməkdaşı  Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və 

ədəbiyyatını öyrənən xüsusi mərkəz yaradılması fikrini irəli sürmüşdü.  

1988-ci ilin mayında bu məqsədlə “Azərbaycan Mədəniyyətini və 

Sivilizasiyasını Öyrənən Mərkəz” yaradılmış oldu. Məşhur 

azərbaycanşünas, alim, professor İren Məlikkoff Mərkəzin prezidenti, 

professor Lui Bazen və Temuçin Hacıbəyli vitse prezident seçilmişdilər. 

Mərkəz öz qarşısına Azərbayçan haqqında ümumi məlumatlar dərc etmək, 

Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etmək idi. 

Bütün bunlardan əlavə  Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif  

tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı 

nəzərdə tuturdu. 1989-cu ildə  mərkəz  Əhməd Təbrizlinin “Dağlıq 

Qarabağın tarixi və ona aid sənədlər” kitabını “Dağyeli” nəşriyyatında 

(AFR) fransız dilində nəşr etmişdir. 



 

 

“AZƏRBAYCAN  KÜLTÜR   CƏMİYYƏTİ” 



(Strasburq) 

 

Fransanın Strasburq şəhərindəki “Azərbaycan Kültür Cəmiyyəti” 

xalqımızın mədəni irsinin, dilinin, mədəniyyətinin və adət-ənənələrinin 

təbliği sahəsində  fəaliyyət göstərir. Cəmiyyət Avropadakı Türk 

Federasiyasına daxildir. Cəmiyyətin sədri Mustafa Alıcandır. Ermənistanın 

Azərbaycana qarşı  təcavüzü nəticəsində respublikamızda yaranmış  ağır 

vəziyyət, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi 

Cəmiyyət üzvlərini olduqca narahat edir. 1993-cü il aprelin ilk günlərində 

ermənilərin Kəlbəcər rayonunun işğal etməsi onların qəzəbinə  səbəb 

olmuşdur. Kəlbəcər hadisələri barədə Azərbaycan Prezidenti Aparatından 

alınan xəbərlər Cəmiyyət tərəfindən fransız dilinə çevrilərək Avropa 

parlamentində 22 ölkənin nümayəndələrinin rəhbərlərinə çatdırılmışdır. 

Cəmiyyətin üzvləri tərəfindən həmin xəbərlər Fransa kütləvi informasiya 

vasitələrinə yayılmışdır. 

  

 

“FRANSA-AZƏRBAYCAN  KÜLTÜR CƏMİYYƏTİ” 

(Paris) 

 

“Fransa-Azərbaycan Kültür Cəmiyyəti” öz fəaliyyətinin  əsas 

məqsədini milli mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub 

saxlamaqla, yaşatmaqda görür. Cəmiyyətin prezidenti Əhməd 

Mehribanidir. O, eyni zamanda müxtəlif sənaye obyektlərini xammalla 

təmin edən “Hero” şirkətinin baş direktorudur. 

Cəmiyyətin sədri vaxtaşırı Bakıda olur, Azərbaycanın iqtisadiyyatı 

üçün sərfəli olan bir sıra  əməli işlərin baş tutmasına, Azərbaycan 

mədəniyyətinin, incəsənətinin və  ədəbiyyatının Fransada yaşayan 

həmvətənlərimiz, eyni zamanda Azərbaycanın iqtisadi, siyasi və  mədəni 

həyatına maraq göstərən fransızlar arasında təbliğ olunmasına çalışır. 

 

 



HOLLANDİYA 

 

“TÜRKÜSTAN VƏ AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Amsterdam) 

 

“Türküstan və Azərbaycan Cəmiyyəti” öz fəaliyyətini  əsasən Orta 



Asiya türk respublikaları  və Azərbaycan Respublikası ilə Hollandiyada 

yaşayan soydaşlarımız arasında mədəni  əlaqələrin möhkəmlənməsi 

sahəsində istiqamətləndirir. Cəmiyyət Hollandiyada Azərbaycan 

mədəniyyət günlərini keçirilməsi, rəssamlarımızın sərgilərinin təşkili ilə 

yaxından məşğul olur. Cəmiyyətin üzvlərinin yaxından iştirakı və təşkilatı 

ilə fəaliyyəti nəticəsində Xocalı faciəsini törədənlərin vəhşiliklərinə etiraz 

əlaməti olaraq Hollandiyanın müxtəlif şəhərlərində mitinqlər keçirilmişdir. 

Cəmiyyətin sədri Məhmət Tütünçü 1992-ci ilin iyun ayında Bakıda olarkən 

Azərbaycan və Hollandiyada yaşayan soydaşlarımız arasında, mədəni 

əlaqələri genişləndirmək üçün danışıqlar aparmış,  əməli tədbirlər 

müəyyənləşdirmişdir. 

 

 



“HOLLANDİYA-AZƏRBAYCAN   TÜRK   KÜLTÜR  

DAYANIŞMA  DƏRNƏYİ” 

(Amsterdam) 

 

Hollandiyanın paytaxtı Amsterdam şəhərində xeyli soydaşımız 



yaşayır. Onların içərisində doğma Azərbaycan Respublikası ilə yaxından 

ünsiyyət saxlamağa can atanlar çoxdur. Son vaxtlar bu əqidədə olan 

həmvətənlərimizin böyük bir qismi yeni ictimai birlik “Hollandiya - 

Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi” yaratmışlar. Həm  

xeyriyyəçilik, həm də milli  mədəniyyətimizin Hollandiyada təbliği 

məqsədilə  təşkil olunan Dərnəyin üzvləri arasında azərbaycanlılarla   

yanaşı, Türkiyədən və digər Şərq ölkələrindən çıxmış türklər də vardır. 

“Hollandiya Azərbaycan Türk Kültür Dayanışma Dərnəyi”nin sədri 

Fərhad Atəşdir. Amsterdamda yaşayan soydaşlarımız respublikamızın bəzi 

ictimai təşkilatları ilə  əlaqə yarada bilmişlər. Onlar Azərbaycanın indi 

düşdüyü ağır vəziyyətlə bağlı olaraq bir neçə  dəfə respublikamıza 

humanitar yardım göndərmişlər. 



Bu ilin iyul ayında isə  Dərnəyin sədri F. Atəş, onun müavini Agah 

Yoncalı Bakıda səfərdə olmuş, qaçqınlara xeyli humanitar yardım gətirmiş, 

ayrı-ayrı ailələrə, qospitallarda müalicə olunan əsgərlərə 11 milyon rubl 

məbləğində maddi yardım etmişlər. 

Amsterdamdan gələn soydaşlarımız Azərbaycanda olarkən erməni 

təcavüzkarlarının azğın əməllərini əks etdirən xeyli sənədli material, qəzet, 

jurnal və kitablar əldə edərək onları Hollandiyaya aparmış  və orada 

yaymışlar. 

 

  

 



 

 

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ 

 

“AZƏRBAYCAN DOSTLUQ VƏ HƏMRƏYLİK  

CƏMİYYƏTİ”  

(Lefkoşa) 

 

“Azərbayçan Dostluq və  Həmrə'ylig Cəmiyyəti”nin yara-lılması   

1993-çü   ilin   fevralında   keçirilmiş   təsis konfransında elan olunmuşdur. 

Cəmiyyətin  sədrliyinə  Şimali Kipr Türg Cümhuriyyətinin xarici işlər 

nazirliyi iiformasiya şöbəsinin rəhbəri, tanınmış jurnalist  Hakkı  Yazqan  

seçilmişlir. Cəmiyyətin  məramnaməsində qeyd edildiyi  kimi, onun  

məqsədi  türk xalqları ailəsini daha da möhkəmləndirmək, Azərbaycan 

Respublikası ilə iqtisadi, siyasi və  mədəni  əlaqələri genişləndirmək və 

inkişaf etdirməkdir. 

 

 



“AZƏRBAYCAN  KÜLTÜR DƏRNƏYİ” 

(Lefkoşa) 

 

Hal-hazırda  Şimali Kipr Türk Cümhuriyyətində  fəaliyyət göstərən 



Azərbaycan milli mədəniyyət mərkəzlərindən biri də Lefkoşa  şəhərindəki 

“Azərbaycan Kültür Dərnəyi”dir 



“Azərbaycan Kültür Dərnəyi”nin fəaliyyəti əsasən Şimali  Kipr Türk 

Respublikası  ilə Azərbaycan  arasında mədəni əlaqələrin genişləndirilməsi 

və Şimali Kiprdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasıdır. Dərnəyə 

rəssam Hüseyn Azər Ozkan rəhbərlik edir. 

H.A.Ozkan bu yaxınlarda Bakıda keçirilən “Türkiyə Cümhuriyyəti-

70” Beynalxalq elmi-praktik konfransının (25-28 X 1993-cü il) iştirakçısı 

olmuş və “Şimali Kipr-Azərbaycan mədəni əlaqələri” mövzusunda maraqlı 

məruzə ilə çıxış etmişdir. 

H.A.Ozkan respublikamıza səfəri zamanı Azərbaycan EA Milli 

Münasibətlər İnstitutunun da qonağı olmuş, İnstitutla Kiprdəki “Azərbacan 

Kültür Dərnəyi” arasında  əməkdaşlıq barədə müqavilə bağlanmışdır.  İki 

təşkilat arasında qarşılıqlı  əlaqələrin yaradılması  və möhkəmləndirilməsi 

barədə konkret tədbirlər nəzərdə tutulmuşdur. 

Milli Münasibətlər  İnstitunun  əməkdaşları H.A.Ozkan vasitəsilə 

Dərnəyin üzvülərinə müasir Azərbaycan  ədəbiyyatına, mədəniyyətinə, 

eləcə də ermənilərin Azərbaycan torpaqlarına təcavüzünə dair xeyli sayda 

ədəbiyyat nümunəsi, qəzet və jurnallar göndərmişlər. 

 

  



ƏLAVƏLƏR 

 

1. Xarici ölkələrdə  fəaliyyət göstərən bəzi Azərbaycan mədəniyyət 

mərkəzlərinin, cəmiyyətlərin və assosiasiyaların 

 

ÜNVANLARI 

 

“Azərbaycan-Almaniya Cəmiyyəti” 1000 Berlin 41, Leudenalle 41 a 



 

“Azərbaycan Kültür Ocağı” 1000 Berlin 30, Eyxornştrase,  5 A/515 

tel:   030/ 21617642 

 

“Azərbaycan Kültür Ocağı” 5300 Bonn - 1, Kelnştrase,   88/53 



Postfax 170355. 

 

“Alman-Azərbaycan cəmiyyəti” 4000 Lüsseldorf - 1, Furştenvall 167 



tel:0211 -   379117, faks - 0211     379117. 

 

“Azərbaycan Mədəniyyəti cəmiyyəti” Amerika  103, Elvad avenyu, 

Nyu-York, № Y 07104. 

 

“Bakılı” Assosiasiyası (ABŞ) Amerika, 8002   21   AU-3 V  



Brookluk, 4.   11204 

 

“Qobustan” Azərbaycan Mədəniyyət Cəmiyyəti 220095   Minsk, 



Yakub küç., 58. 

 

“Natəvan” Azərbaycan Mədəniyyət Mərkəzi Qazaxıstan, 417001. 



Uralsk ş. Lenin prospekti   118. 

 

“Azərbaycan Kültür Evi” (Belçika) Belçika, 1734   1000-Brüssel, 1. 



tel: 4116753, Faks 4115167. 

 

“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (Danimarka) Danimarka. 



Kopenhagen 2   D/A   V   3142100 

 

 “Estoniya-Azərbaycan Cəmiyyəti” Estoniya EE 101, Tallinn, 



Olevleyagi, 12. tel:  60-18-91, 44-08-95 

 

“OCAQ”Azərbaycan Mədəniyyət Cəmiyyəti Estoniya EE 090 



Tallinn, i.q. 3272. tel: 43-16-06, Faks(0142) 423094. 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (Böyük  Britaniya). Böyük 



Britaniya, Mançestr M 60, 10 OİK, Sakrvill strit. 

 

“Azərbaycan Dayaqçıları  Cəmiyyəti” (Böyük Britaniya) Böyük 



Britaniya, London SVM VOX Azərbaycan,   E Y ZXX 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (Şotlandiya).  Şotlandiya, 



Edinburq. E № 89.  Edinburq universiteti, Buklens plas. 

 

“Azərbaycan Mədəniyyət Cəmiyyəti” (İsveç) İsveç, Stokholm  13800 



Alta Şveden. tel: (08) 7730166 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (İsveç)  İsveç, Stokholm, 

Saharkvarnan, 9. tel: 55-18, ENEBERQ, 9. tel: (08)  7586635. 

 

“Ocaq” Azərbaycan Mədəniyyət və Xeyriyyə  Cəmiyyəti (Krım 



Simferopol) Ukrayna, Krım vilayəti, 333000 Simferopol, Qoqol küçəsi, 14. 

tel: Alupka, Tel: 72-61-73. 

 

“Azərbaycan Mədəniyyət Mərkəzi” (İsveç)  İsveç, Geteborq. 



Sandsparet  11, 424, 31 Anqert. 

 

Azərbaycan-İsveç Yazarlar Birliyi. İsveç, Stokholm, VOX  10019   -



126 10. 

 

“Azərbaycanın Dostları  Cəmiyyəti” (İspaniya)  İspaniya, Madrid RO   



VOX    50851. 

 

 “Azəri” Cəmiyyəti  (Latviya) Latviya, 226076 Riqa, A/Q 42. 



 

“Odlar yurdu” çəmiyyəti (Litva) Litva, Vülnus 2001, Rauçiklos, 25.  

tel.(0122)  261476,  630924, Faks (0122)   260201 

 

“Azərbaycan Mədəniyyəti Mərgəzi” (Norveç). Norveç, Oslo, 



Konçeveyen, 18. tel: 808929. 

 

“Bakılı” Cəmiyyəti (Moskva) Moskva  117602 - A.Pelşe küç.,4, m.  



 

“Azərbaycan Vətəndaşlıq Assambleyası” (Moskva) 127644 Moskva,  

Lyubnenskaya    1211-220 

 

“Azəri” Çəmiyyəti (Sangt-Peterburq). 199026 Sankt-Peterburq, 



Bolşoy  prospegt ev - 83, m. 88. tel: 217-53-17,    112 71 -79. 

 

“Azərbaycan Tarixi və Mədəniyyəti Çəmiyyəti”(Kalininqrad). 



263005 Kalininqrad, Baqratiok küç. 13, m. 27. 

 


“Babək” Azərbaycan Cəmiyyəti (İvanova)Rusiya, 153000 İvanova,  

Nozdrin küç. 13, otaq 113. 

 

“Nizami” Azərbaycan Mədəniyyə Morkəzi  (Yekatrinaburq) 620055 



Yekatirinburq,  Bajov küç. 219, m. 17. 

 

“Təbriz” Azərbaycan Cəmiyyəti (İrkutsk) 664007 İrkutsk, Lenin küç., 



tel: 24-22-03 

 

“Oğuz” Azərbaycan Tatarstan Cəmiyyəti (Kazan)  Tatarstan.  420074 



Kazan, Sibirsk prospekti  3b, mən. 51/3 

 

“Azərbayçan Kültür Dərnəyi” (Türkiyə) Türkiyə, Ankara, A    A   



Fartalar çəddəsi. 388, Dairə 324    R.K.   165. 

 

“Saflıq” Mədəniyyət Mərkəzi (Xarkov) Ukrayna, 310007, Xarkov,  



Orconidze prospekti, 17. tel: 93-11-67. 

 

“Azərbaycan Kültür Cəmiјјəti” (Fransa) Fransa, Paris 8 RUE, 



Doqvayteovin, 750 d. tel: 2225756. 

 

“Azərbaјcan Mədəniyyətini və Sivilizasiyasını öyrənən Mərkəz” 



(Fransa) Fransa, Strasburq, 2 pled Qolberq 67000. tel: (88)   604176. 

 

“Azərbaycan Kültür Cəmiyyəti” (Strasburq) Fransa, Strasburq,  



VOX    - 67061. tel:   870191. 

 

Azərbaycan Kültür Dərnəyi Şimali Kipr Türk Cümhuriyyəti. 



Lefkoma. Demak İşhani Kat 3 d. 314 Lüfti Ziyal sokakı. 

Tel: 2285074;2235733. Faks 2285074. 

 

 

 



 

 

 



II. Dünya ölkələrində yaşayan  

azərbaycanlıların sayı 

 

1. ABŞ 



 

... 


     1000000 

 

 



2. 

Avstraliya 

... 

    8000 



3. 

Avstriya 

...     19000 

4. 


Albaniya 

...     12000 

5. 

Argentina 



... 

    12000 

6. 

Əlcazair ...  



 

 

 



 

260000 


7. 

Əfqanıstan 

... 

    424600 



 

8. Banqladeş 

... 

    170440 



9. 

Belçika 


.... 

     13000 

10.  Birma ...    

 

 



 

 

7600 



11. Bolqarıstan 

.... 


 

    64400 

12. 

Braziliya 



... 

 

 



    74000 

13.  Butan ...   

 

 

 



 

1480 


14. 

Böyük 


 

Britaniya 

... 

   17000 



15. Macarıstan 

... 


 

    26000 

16. Yunanıstan 

... 


 

 

    12400 



17. 

Danimarka 

... 

 

 



 

 

    56000 



18. 

Misir 


... 

 

 



 

     844790 

19. 

Hindistan 



... 

 

 



    301146 

20.    İndoneziya 

... 

 

 



    44600 

21.  İordaniya 

... 

 

 



    410940 

22.  İraq ...     

 

 

 



 

844000 


23.    İran 

... 


 

     21564000 

24.  İrlandiya 

... 


     4000 

25.  İspaniya 

... 

 

 



 

 

    14000 



26.  İtaliya 

... 


 

 

     30000 



27. Yəmən Ərəb Respublikası ... 

  

32000 



28. Yəmən demokratik respublikası ...  

26000 


29. 

Kanada... 

     174000 

30. 


Çin 

...      30000 

31. 

Küveyt 


... 

     18000 

32. 

Malta 


... 

  

    2500 



 

 

* Burada göstərilən rəqəmlər Hindistanda, İngiltərədə  və 

Danimarkada 1989-cu ildə nəşr edilmiş ensiklopediyalara. YUNESKO-nun 

və BMT-nin son dövr hesabatlarına əsaslanır. Bax: “Azad Azərbaycan” 27 

yanvar 1993-cü il. 

 

  



33. 

Meksika 


...      

26000 


34. 

Monqolustan 

... 

     


4800 

35. 


Norveç 

... 


      

50000 


36. Birləşmiş ərəb əmirlikləri ... 

 

 55000 



37. 

Omman 


... 

      


19000 

38. 


Pakistan 

... 


      

654092 


39. Polşa ...   

 

 



 

 

 10098 



40. 

Portuqaliya... 

     

8000 


41. Rumıniya...      

44000 


42. Səudiyyə Ərəbistanı 

...    


40000 

43. 


Suriya 

... 


      

92400 


44. 

Sudan 


... 

      


17050 

45. Türkiyə… 

      

2460000 


46. 

Finlandiya 

... 

     


11640 

47.  Fransa ...   

 

 

 



 

 65000 


48. 

Almaniya 

...      

300000 


49. 

Slovakiya 

... 

     


2000 

50. 


Çexiya 

... 


      

2000 


51.  İsveç ...   

 

 



 

 

 41464 



52. 

 

 



Yuqoslaviya 

… 

    5900 



53. 

 

Yaponiya 



...      

10000 


54. 

Ukrayna 


...      

59149 


55. 

Belorus 


... 

      


6634 

56. Rusiya 

Federasiyası 

...    


1000000 

57. Özbəkistan 

... 

     


60000 

58. Qazaxıstan 

... 

     


90082 

59 


 

 

 



Gürcüstan 

… 

    600000 



60. 

Litva 


... 

      


1500 

61. 


Moldova 

...      

4700 


62. 

Latviya... 

      

4000 


63. Qırğızıstan 

... 


     

15775 


64. 

Tacikistan 

... 

     


13400 

65. Türkmənistan 

... 

     


33334 

66. 


Estoniya 

...      

2600 

67. Azərbaycan Respublikası ... 



 

 6000000 

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin