AZƏrbaycan ünvanli



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
  1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN  ELMLƏR AKADEMİYASI 

MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU 

 

 

 



VAQİF ARZUMANLI  

ADİL HÜSEYNOV 

 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN 



ÜNVANLI... 

 

 



 

(XARİCİ   ÖLKƏLƏRDƏ   FƏALİYYƏT GÖSTƏRƏN 

AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ   VƏ  

CƏMİYYƏTLƏRİ) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



BAKI – 1994 

 

 

 



Redaktor: Filologiya elmləri doktoru, professor  

TEYMUR ƏHMƏDOV 

 

 

 



 

 

 



 

Arzumanlı Vaqif  

Hüseynov Adil 

 

 



 

Azərbaycan ünvanlı... B.: Qorqud, 1994, 110 s. 

 

 

 



 

 

 



 

 

 



Bu kitabda dünyanın qabaqcıl ölkələrində yaşayan azərbaycanlıların 

təşkil etdikləri cəmiyyət, dərnək və  mədəniyyət mərkəzləri haqqında 

oxuculara ilkin məlumat verilir. Azərbaycan ünvanlı Azərbaycan 

diasporunun əməli fəaliyyətinin, vətən qayğısının və gələcəkdə görəcəkləri 

xeyirxah işlərin təbliği  kitabın başlıca qayəsidir. 

  


ÖN SÖZ 

 

Tariximiz və taleyimiz elə gətirmişdir ki, Azərbaycanın bir çox oğul 



və qızları müxtəlif səbəblər üzündən öz doğma torpaqlarından uzaqlaşmış, 

ucsuz-bucaqsız dünyamızın müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva 

salmışlar. Soydaşlarımız doğma torpaqlarından nə  qədər uzaq olsalar da, 

onlar Vətən məhəbbətini, vətən təəssübkeşliyini nəsildən-nəslə ən qiymətli 

miras olaraq saxlamışlar. İllər ötdügcə, bir nəsil o birini əvəz etdikcə vətən 

hissiyatı öz ilkin qüvvəsini itirmək qorxusuna məruz qalmışdır. Ölkələr və 

xalqlar arasında çəkilmiş keçilməz səslər, görünməz pərdələr uzun müddət 

vətən övladlarının yadlaşma qorxusunu artırmışdı. 

Son illər  şahid olduğumuz ictimai-siyasi hadisələr demokratik 

dəyişiklər həyatımızın gündəlik ahənginə öz yenilik təravətini 

gətirməkdədir.  Şimali Azərbaycanda gedən demokratik hərəkatın və  milli   

dirçəlişin realları artıq dünya ictimaiyyətinin marağına səbəb olmuşdur.  

Bu tarixi reallıqlar keçmiş imperiya imtiyazlarının bərpasına çalışan 

qüvvələrin fitnəkarlığı  və erməni millətçilərin   Azərbaycana   qarşı   

açıqcasına hərbi təcavüzünün çulğaşdığı bir zamanda baş verməkdədir. 

Şimali Azərbaycanda baş verən demokratik proseslər, kövrək  müstəqillik 

addımlarımız vətəndən uzaq yaşayan soydaşlarımızın milli qürur hisslərini 

artırmışdır. İndi onlar Azərbaycanı keçmiş sovet imperiyasının özəlləşmiş 

bir parçası kimi yox dünya siyasətində  hələlik öz ilıq nəfəsi seçilən bir 

dövlət kimi görürlər. 

Xaricdə yaşayan həmvətənlərimizlə  həmrəyliyin  əsas təminatı 

Azərbaycan Respublikasının müstəqil xarici siyasətindən çox asılıdır. 

Məlumdur ki, Azərbaycan bütün ölkələrlə dinc yanaşı yaşamaq mübahisəli 

məsələlərdə zorakılığa yol verməmək, bir-birinin daxili işlərinə 

qarışmamaq, hərtərəfli  əməkdaşlıq və qarşılıqlı yardım  əsasında 

münasibətlər qurmaq prinsiplərinə  əməl etməsi çox mühüm şərtdir. Son 

vaxtlar Azərbaycan    Respublikasının bir çox dövlətlərlə iqtisadi və siyasi 

əməkdaşlığı, birbaşa diplomatik əlaqələr yaratması  və beynəlxalq 

təşkilatlarda  təmsil olunması xaricdəki soydaşlarımızla  əlaqələrin 

genişlənməsinə xeyli kömək etmişdir. 

Müasir dünyamızın mürəkkəb və ziddiyyətli bir dövründə müstəqillik 

yolunda ilk addımlar atan Azərbaycan Respublikası  onun hüdudlarından 

kənarda  yaşayan soydaşlarımızın qayğı  və problemləri ilə yaxından 


maraqlanmağı, onların hüquq və azadlıqlarını qorumaq üçün əməli 

fəaliyyət göstərməyi özünə borc sayır. Eyni zamanda, indi ki mərhələdə 

Azərbaycanın erməni təcavüzünə qarşı mübarizəsində onların yardımına, 

maddi və  mənəvi köməyinə ciddi ehtiyac vardır. Bütün bunlar doğma 

Azərbaycanımızın müharibə od-alovundan qurtarmasına, onun 

müstəqilliyinin möhkəmlənməsinə yönəlməsi ilə yanaşı soydaşlarımızın öz 

milli varlıqlarından, tarixlərindən və  mədəniyyətlərindən uzaq 

düşməməsinə də xidmət edir. Taleyin hökmü ilə doğma vətənlərindən uzaq 

düşmüş soydaşlarımıza müstəqil Azərbaycan Respublikasının tam hüquqlu 

vətəndaşları  kimi yanaşılması günün reallıqıdır.  İndi elə bir dövrdür ki, 

onların  da Azərbaycana yaxından qayğı göstərmələrinə, doğma 

vətənlərinin  dərd-sərinə  yanmalarına böyük  və  mənəvi tələbat vardır. 

Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli 

dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcədə 

mühüm olan bir sahədir. Son illər xaricdəki Azərbaycan cəmiyyətlərinin, 

milli-mədəni mərkəzlərin, assosiasiyaların sayı xeyli artmış, onların 

fəaliyyət dairəsi genişlənmişdir.  Şübhə yoxdur ki, xarici ölkələrdəki 

azərbaycanlı icmaların hamısı heç də arzu olunan səviyyədə  fəaliyyət 

göstərmək imkanına malik deyildir. Onların bir qismi qədim etnik 

torpaqlarda, bir çoxu isə keçmiş sovet respublikalarının  ərazisində 

məskunlaşmışlar. Dünyanın bütün qitələrinə səpilmiş azərbaycanlı icmaları 

ictimai, siyasi və iqtisadi zəmində  fəaliyyət göstərirlər. Azərbaycan 

icmaları ilə, onların yaratdıqları  cəmiyyətlərlə, milli-mədəni mərkəzlərlə 

hərtərəfli sıx əlaqələrin yaradılması çox vacibdir və bu zaman milli-mənəvi 

dəyərlərin qorunub saxlanılması, təbii, coğrafi, tarixi, milli-psixoloji

iqtisadi və digər amillər mütləq nəzərə alınmalıdır. 

Dünyanın müxtəlif ölkələrində  fəaliyyət göstərən Azərbaycan 

cəmiyyətləri və  mədəniyyət mərkəzləri ana dilimizin, mədəni irsimizin, 

adət-ənənələrimizin  qorunub saxlanılması,  təbliğ  olunması  sahəsində  

olduqca xeyirxah, əvəzsiz fəaliyyət göstərirlər. Bu günkü Azərbaycan 

Respublikası azərbaycanın ictimai-siyasi həyatı, burada baş verən 

demokratik proseslər barədə nəinki soydaşlarımız, eyni zamanda, bu və ya 

başqa ölkənin geniş ictimaiyyəti arasında obyektiv məlumat yaymaqda 

həmin cəmiyyətlərin və  mədəniyyət mərkəzlərinin səmərəli işi   

təqdirəlayiqdir. Onlar son illərdə torpaqlarımıza  təcavüz   etmiş   erməni 

millətçilərinin işğalcılıq  əməllərinin, haqsız  ərazi iddialarının, sərsəm 



xülyalarının ifşa olunması, əsl həqiqətin dünya ictimaiyyətinə catdırılması 

işində böyük səy göstərirlər. 

Yeri gəlmişkən, qeyd edək ki, Qarabağ avantürasının təbliğat, maddi 

və hərbi təminatında erməni diasporasının xaricdəki fəaliyyətinin genişliyi, 

çoxsahəliliyi, nizamlı quruluşu heyrət doğurur. Bu da təsadüfi deyil. Çünki, 

erməni diasporasının və lobbisinin köklü ənənəsi, tarixi səbəbləri var. Hələ 

qırxıncı illərdə Ermənistanda xarici diaspora ilə  işləmək üçün xüsusi 

komitə yaradılmışdır. Eyni zamanda, 1988-ci ilin fevral, ayından 

başlayaraq Azərbaycana qarşı erməni təcavüzü başlayandan sonra xarici 

ölkələrdə yaşayan 30 milyondan artıq azərbaycanlının səsi uzun müddət 

eşidilmədi. Belə hal respublikamızda həqiqətən haqlı təəccübə səbəb oldu. 

Xarici ölkələrdə  fəaliyyət göstərən Azərbaycan mədəniyyət 

cəmiyyətləri 1988-ci ildən sonra öz fəaliyyətlərini xeyli gücləndirdilər və 

müxtəlif ölkələrdə yeni-yeni cəmiyyətlər, mərkəzlər yaranmağa başladılar. 

1990-cı ilin qanlı yanvarından sonra bu cəmiyyətlərin və mərkəzlərin səsi 

demək olar ki, dünyanın bütün, böyük dövlətlərindən eşidilməyə başlandı. 

Bizim günlərdə artıq xarici ölkələrdə yaşayan soydaşlarımızın səsi 

çox gur eşidilir. Onlar Azərbaycan Respublikasında baş verən hər böyük 

siyasi hadisəyə hay verirlər, qaçqınlar üçün dərman və paltar göndərirlər. 

Azərbaycanlı biznesmenlərin çoxu indi Azərbaycan Respublikasının 

iqtisadiyyatına, elminə  sərmayə qoymağa hazırdırlar və bunun üçün 

müvafiq zəruri şəraitin yaradılmasını gözləyirlər. 

Bütün bunlar son illərdə müstəqillik və demokratiya yollarında geniş 

addımlar atmağa başlayan respublikamızda xarici soydaşlarımızla bağlı 

aparılan ardıcıl işlərin və konkret addımların nəticəsidir. 

Son bir neçə ildə xarici ölkələrdə  fəaliyyət göstərən Azərbaycan 

mədəniyyət mərkəzləri və cəmiyyətləri  ilə əlaqələr xeyli intensivləşmişdir. 

“Azərbaycan dünyası” Beynəlxalq  əlaqələr Mərkəzi və “Vətən” 

cəmiyyətinin fəaliyyəti ilə yanaşı, respublikamızın bir sıra  əlaqədar 

təşkilatları da  xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx  əlaqə 

yaratmağa təşəbbüs göstərmişlər. 

1990-cı ildə  İstambulda Azərbaycan cəmiyyətlərinin birinci 

beynəlxalq qurultayı  olmuşdur. Həmin qurultayda bütün dünyada fəaliyyət 

göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin və  cəmiyyətlərin vahid 

ittifaqda birləşdirməsi barədə qərar qəbul olunmuş, əlaqələndirmə şurasının 

yaradılması  təklif edilmişdir. Bu qurultay ilk növbədə xarici ölkələrdəki 



Azərbaycan cəmiyyətlərinin fəaliyyəti, onların bir-birinə  bənzər 

problemləri ilə tanışlıq baxımımdan böyük əhəmiyyət kəsb etdi. 

1991-ci ilin yanvarında Respublikada Nazirlər Kabineti “Ayrı-ayrı 

respublikalarda yaşayan azərbaycanlılarla  əlaqələri möhkəmləndirmək, 

milli mədəniyyətin, doğma dilin və  ənənələrin inkişafında onlara kömək 

göstərmək tədbirləri haqqında” qərar qəbul etmişdir. 

Respublikamızdan kənarda fəaliyyət göstərən Azərbaycan mədəni 

cəmiyyətləri arasında  əlaqə yaratmaq və aparılan işləri düzgün 

istiqamətləndirmək məqsədi ilə mart ayının 28-dən 30-dək Bakı şəhərində 

Mədəniyyət Nazirliyi xətti ilə Azərbaycan Mədəni cəmiyyətləri sədrlərinin 

iştirakı ilə seminar müşavirə keçirilmiş, konkret vəzifələr 

müəyyənləşdirilmişdir. 

Respublika Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyət 

mərkəzlərinə maddi kömək göstərmək məqsədi ilə bir sıra konkret tədbirlər 

görmüşdür. Demək olar ki, cəmiyyətlərin  əksəriyyəti  ədəbiyyat, rəsm 

əsərləri, musiqi alətləri, milli geyimlərlə  təmin  olunmuşlar. Bazar günü 

məktəblərində Azərbaycan dilinin tədrisi üçün onlara nazirlik tərəfindən   

nəşr olunan “Azərbaycan  dilini öyrənirik” qramvallar albomu göndərilmiş, 

dahi Nizaminin  850 illik yubileyi ilə əlaqədar olaraq Tallində, Daşkənddə, 

Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə, Moskvada və başqa 

şəhərlərdə  fəaliyyət göstərən Azərbaycan mədəni mərkəzləri ilə birlikdə 

geniş  tədbirlər keçirilmiş, keçmiş ittifaq respublikalarında bir çox 

şəhərlərdə Novruz bayramı münasibətilə  şənliklər təşkil edilmişdir. Bu 

şənliklərdə respublikanın ayrı-ayrı folklar kollektivləri çıxış etmiş, 

artistlərimiz teatrlaşdırılmış tamaşalar göstərmişlər. 

Həmin ilin iyun ayında isə Zuğulbada keçmiş SSRİ-nin müxtəlif 

şəhərlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Azərbaycan milli 

mədəniyyət mərkəzləri və  cəmiyyətləri nümayəndələrinin konfransı çox 

səmərəli olmuşdur. 

1992-ci ildə  də xarici ölkələrdə yaşayan soydaşlarımızla  əlaqələr 

möhkəmləndirilmişdir. Belə ki, aprel ayında Bakıda xarici ölkələrdəki 

Azərbaycan mədəniyyət mərkəzləri və  cəmiyyətlərinin  əlaqələndirmə 

mərkəzi yaradılmış, avqusta  isə  xaricdəki   Azərbaycan cəmiyyətlərinin 

Bakı konfransı keçirilmişdir.  Bakıda Dünya azərbaycanlılarının birinci 

qurultayı keçirilməsi nəzərdə tutulmuşdur. Xalqımızın tarixində çox 


əlamətdar ictimai-siyasi hadisə olacaq həmin qurultayın əhəmiyyəti böyük 

olacaqdır. 

İndi uzun və əzablı ayrılıq sona çatıb. 

Xaricdə yaşayan həmvətənlərimiz də özlərini müstəqil Azərbaycan 

dövlətinin vətəndaşı kimi hiss etməli, onların halalca haqqı özlərinə 

qaytarılmalı,  ədalət bərpa olunmalıdır. Bax, qurultay bu tarixi və  bəşəri 

vəzifəni müəyyən dərəcədə həyata keçirməlidir. Xaricdəki azərbaycanlılar 

cəmiyyətlərinin bir-biri ilə, eyni zamanda respublikamızla  əlaqələrini 

möhkəmləndirmək, onların fəaliyyətini tənzimləmək, qürbətdəki 

soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin onların 

vasitəsi ilə daha çox ölkəyə yayılmasını  təmin etmək, mühacir 

qardaşlarımızın hüquqlarını qorumaq, xaricdəki milyonlarla 

azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək də bu ali 

məclisin məqsədlərinə daxil olacaqdır.  

Xaricdə  fəaliyyət göstərən  Azərbaycan  cəmiyyətlərinin və 

mədəniyyət mərkəzlərinin nümayəndələri vaxtaşırı   respublikamıza gəlir. 

Respublikamızın ictimai siyasi,  iqtisadi  və  mədəni həyatı  ilə yaxından 

tanış olurlar. Müstəqillik yollarına çıxan  Şimali Azərbaycanda gedən  

demokratik  dəyişikliklər soydaşlarımıza dərin təsir  bağışlayır, onları  

sevindirir. Öz növbəsində Azərbaycan ictimai və mədəniyyət xadimlərinin, 

incəsənət ustalarının xaricdəki çıxışları  və görüşləri soydaşlarımızla 

əlaqələrin möhkəmlənməsinə kömək   edir. Son vaxtlar dövlət səviyyəsində 

görülən tədbirlər,    ictimai      təşkilatların, xüsusən “Yurddaş”, “Vətən”, 

“Tanıdım”, “Sodrucestvo”, “Bakılı” və digər cəmiyyətlərin, Azərbaycan 

Mədəniyyət Fondunun fəaliyyəti xaricdəki həmvətənlərimizlə  əlaqələrin 

rəngarəngliyini müəyyən dərəcədə zənginləşdirmişdir. 

Lakin ictimai-siyasi həyatda gedən demokratik proseslər 

soydaşlarımızla, onların yaratdıqları  cəmiyyətlərlə, mədəni mərkəzlərlə, 

təşkilatlarla  əlaqələrin daha da genişlənməsini, dərinləşməsini, onların 

fəaliyyətlərinin əlaqələndirilməsini tələb edir. Heç şübhə yoxdur ki, dünya 

azərbaycanlılarının ilk qurultayının keçirilməsi yurddaşlarımızla və 

soydaşlarımızla  əlaqələrin möhkəmlənməsində mühüm vasitə olacaqdır. 

Qurultaya xarici ölkələrdə  fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin 

və  mədəniyyət mərkəzlərinin işləməsinin  əlaqələndirilməsinə imkan 

yaradacaq, yeni bir nüfuzlu beynəlxalq qurumun təşkilinə, onun daha 

səmərəli və müntəzəm fəaliyyət göstərməsinə  şərait yaradacaqdır. Bütün 



bunların əməli və tarixi əhəmiyyətini nəzərə alıb Dünya azərbaycanlılarının 

birinci qurultayının keçirilməsi vacibdir. 

 

*      *      * 



 

Azərbaycan Respublikası Elmlər Akademiyası Milli Münasibətlər 

İnstitutu fəaliyyətə başladığı ilk günlərdən xarici ölkələrdə yaşayan 

soydaşlarımız ilə  əlaqə yaratmağa cəhd göstərmiş xarici ölkələrdə 

yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri və  cəmiyyətlərinin işi ilə 

maraqlanmışdır. 

Bu bir tərəfdən həmin mərkəz və  cəmiyyətlərə müəyyən kömək  əli 

uzatmaq məqsədi ilə bağlıdırsa, digər tərəfdən istəyirik ki, yaxın gələcəkdə 

respublikamızdan kənarda fəaliyyət göstərən milli mədəniyyət ocaqlarımız, 

onların fəalları  vətənpərvər oğullarımız haqqında ayrıca kitab hazırlayıb 

nəşr etdirmək olmuşdur. Bu məqsədlə dünyanın bir çox ölkələrinə, o 

cümlədən, keçmiş Sovetlər ittifaqının ayrı-ayrı respublika və  şəhərlərinə 

göndərdiyimiz məktublara cavablar almışıq. Belə  məktubların içərisində 

sevindirici xəbərlərlə yanaşı, təəssüf doğuran, ürək ağrıdıcı sətirlərə də tez-

tez rast gəlirik. Və məlum olur ki, Vətənimizin böyük bir ərazisi düşmən 

təcavüzünə  məruz qaldığı bir dövrdə doğma Azərbaycanımızdan min 

kilometrlərlə uzaqlarda hər bir imkandan istifadə edərək, respublikamızın, 

xalqımızın başını uca edən oğullarımızla yanaşı, yalnız öz cibini və 

mənafeyini güdüb hər cür əmələ qoşularaq, millətimizə, torpağımıza ləkə 

gətirən üzdəniraq “oğullarımız” da az deyil. Sonuncuların əməlləri barədə 

eşidərkən xəcalət təri tökürsən. 

İstər-istəməz fikirləşirsən ki, məhz belələridir Moskvada, Sankt-

Peterburqda, Riqada, Tallində, Samarada, Tümendə, Xabarovskda və neçə-

neçə başqa  şəhərlərdə antiazərbaycanlı (alverçi-azərbaycanlı, ruşvətxor-

Azərbaycanlı, cinayətkar azərbaycanlı) obrazı yaratmaq üçün canfəşanlıq 

edən düşmənlərimizin  əlinə  əsas verənlər. Onsuz da xalqımızın 

demokratiya və müstəqillik yollarında qazandığı  uğurların, suveren 

Azərbaycanımızın dünya miqyasında atdığı addımlarının paxıllığını 

çəkənlər az deyildir. Hətta iş o yerə çatıb ki, bu gün istər yaxın, istərsə də 

uzaq xarici ölkələrdə Qafqazdan olan hər hansı bir millətin nümayəndəsi 

cinayət törədirsə, yöndəmsiz iş tütursa, kobudluq edirsə, onu mütləq 

azərbaycanlı kimi qələmə vermək üçün, azərbaycanlının ayağına yazmaq 



üçün dəridən-qabıqdan çıxırlar. Belə olduğu halda biz azərbaycanlılar 

harada olursa-olsun istər Şimali Qafqazda, istər Rusiyada, istər Baltikyanı 

ölkələrdə, istər Orta Asiyada, istər Avropanın və Amerikanın bu və ya 

başqa ölkələrində daha həssas, daha ehtiyatlı, daha tədbirli davranmalı, öz 

hərəkətlərimizə diqqət yetirməliyik. 

 

*    *    * 



 

Oxuculara təqdim olunan bu kitab xarici ölkələrdə fəaliyyət  göstərən 

Azərbaycan cəmiyyətlərinin, mədəniyyət mərkəzlərinin və 

assosiasiyalarının fəaliyyətini əks etdirən ilk təşəbbüsdür. 

Xaricdə yaşayan soydaşlarımızla  əlaqələrin hələ istənilən səviyyədə 

öyrənilməməsi, indiyə kimi bu sahədə aparılan araşdırmaların zəifliyi 

kitabın tam əhatəli olmasına imkan verməmişdir. Xatırladaq ki, hazırki 

kitabın rus və ingilis dillərində  də  nəşri nəzərdə tutulmuşdur. Bu kitabın 

həmin dillərdə çap olunmasına qədər hörmətli oxucularımızın təklif və 

qeydlərini nəzərə alacaq, kitabın mövzu dairəsini daha da genişləndirməyə 

çalışacağıq. Müəlliflər gələcəkdə bu istiqamətdə öz tədqiqatlarını davam 

etdirəcək, soydaşlarımızın xaricdəki cəmiyyətləri, mədəniyyət mərkəzləri 

və digər təşkilatları haqqında məlumatları  zənginləşdirməyə, onun daha 

əhatəli olmasına cəhd göstərəcəklər. Və, nəhayət, bu kitab üzərində 

işlərkən bizə öz köməyini  əsirgəməyən “Vətən” və “Yurddaş!” 

cəmiyyətlərinin, habelə Milli Münasibətlər İnstitutunun bəzi əməkdaşlarına 

öz minnətdarlığımızı bildiririk. 

Bizdə belə bir inam var ki, xarici soydaşlarımızın  ədəbi, mədəni və 

ictimai fəalliyyətinə həsr olunmuş bu kitab həm geniş oxucu kütləsi, həm 

də  ədəbi və elmi ictimaiyyətimiz tərəfindən Azərbaycan Elmlər 

Akademiyası Milli Münasibətlər  İnstitutunun kiçik tövhəsi kimi qəbul 

ediləcəkdir. 

  

 


AVSTRALİYA 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ” 

(Sidney) 

 

Avstraliyanın Sidney şəhərində yaradılmış “Azərbaycan Mədəniyyət 

mərkəzi”nin məqsədi respublikamızda baş verən ictimai siyasi, 

 

 



demokratik prosesləri açıqlamaq, geniş ictimaiyyəti onların mahiyyəti ilə 

tanış etməkdir. Mərkəz Azərbaycanla  əlaqələri möhkəmlətməklə, 

respublikanın mürəkkəb ictimai  siyasi  vəziyyətini,  xüsusən erməni  

təcavüzü nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstraliyada  

yaşayan həmvətənlərimizə çatdırmaqda xeyli iş görür. Mərkəzin sədri  

Cəmşid Qızılbaş ötən ilin payızında həyat yoldaşı Əfsanə xanımla Bakıda 

qonaq olduğu dövrdə Avstraliya televiziyasının sifarişi ilə bir saatlıq 

“Azərbaycan bu gün” filmi üçün material toplamış,  Azərbaycanla milli 

demokratik hərəkatın gedişi ilə, demokratik qüvvələrin hakimiyyətə gəldiyi 

dövrdən həyata keçirilən dəyişikliklərlə dövlət quruculuğu  məsələləri  ilə 

yaxından tanış olmuşdur. Mərkəz Azərbaycandan Avstraliyaya musiqiçilər 

dəstəsinin, alimlərin, yazıçıların və dövlət xadimlərinin dəvət olunması 

sahəsində  də

 

səmərəli fəaliyyət göstərir. Avstraliya ilə iqtisadi əlaqalərin 



yaradılmasında, Sidneydə Azərbaycan mədəniyyəti sərgilərinin təşkili 

işində yaxından köməklik göstərir. 

C.Qızılbaş doğma vətəni Azərbaycanla müntəzəm olaraq maraqlanır, 

onun hazırkı dövrdə ictimai-siyasi həyatı barədə geniş  təbliğat aparır. 

Xüsusən, bir telejurnalist kimi. Son altı ay ərzində C.Qızılbaş  ağır 

cərrahiyyə  əməliyyatı keçirməsinə baxmayaraq. Azərbaycan haqqında 

düzgün və obyektiv məlumatlar yaymaq məqsədilə İsveçdə, Hollandiyada, 

Almaniyada, Fransada, İngiltərədə, Kanadada və ABŞ-da səfərlərdə olub. 

Bu ölkələrdəki həmkarları, dostları vasitəsilə xeyli iş görüb. İstər sənədli 

lentlərin, istərsə də əyani vəsaitlərin - kitab, jurnal, qəzet və s. köməyi ilə 

C.Qızılbaş Azərbaycanın bugünkü həyatı, Qarabağ  həqiqətləri haqqında 

qiymətli telereportac və  məqalələri ilə tez-tez dünyanın müxtəlif 

telekanallarına, mətbuat səhifələrinə  çıxır. Sidney şəhərindəki Siyasi 

Elmlər Universitetinin məzunu olan C.Qızılbaşın peşəkar siyasətci kimi 

dünya miqyasında Azərbaycanın təbliği ilə bağlı geniş yaradıcılıq planları 

vardır. 


 

 

“AZƏRBAYCAN TÜRKLƏRİ BİRLİYİ” 

(Sidney) 

 

Uzaq Avstraliyanın paytaxtı Sidney şəhərində yaşayan 



soydaşlarımızın daha bir mədəni   cəmiyyətləri “Azərbaycan Türkləri 

Birliyi” fəaliyyət göstərir. Bu birliyin yaranması lap son aylara təsadüf 

edilir. 

Birliyin ən böyük uğurlarından biri Sidney şəhərində “Azərbaycanın 

səsi” radiostansiyasının yaradılmasıdır. Həmin radio verilişlərinin Baş 

redaktoru Azərbaycan Dillər İnstitutunun məzunu Gülzar Qasımzadədir. 

“Azərbaycan Türkləri Birliyi” rəhbəri cənubi Azərbaycan ziyalısı 

Həsən bəydir. 

Sidneydə yaşayan həmvətənimiz  İmaməddin Xanbaba oğlu Bakıda 

nəşr olunan “Azadlıq” qəzeti redaksiyasına müraciət edərək “Azərbaycan 

Türkləri Birliyi” üzvlərinin Azərbaycan Respublikasında yaşayan 

soydaşları ilə əlaqə yaratmaq arzusunda olduqlarını bildirmişdir. 

 

 

ALMANİYA 

 

“AZƏRBAYCAN ALMANİYA CƏMİYYƏTİ” 

(Berlin) 

 

“Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ilin əvvələrində 



yaranmışdır. Onun əsas məqsədi Almaniyada Azərbaycana olan marağın 

artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun 

mədəniyyəti, iqtisadiyyatı  və incəsənəti ilə tanış etməkdir. Cəmiyyət 

soydaşlarımız, eləcə  də  Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan 

vətəndaşları arasında öz fəaliyyəti ilə  şöhrət tapmışdır. Azərbaycana 

yardım üçün xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə 

Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. Qərbdə istedadlı  rəssam 

kimi tanınan, "Azərbaycan-Almaniya Cəmiyyəti»nin sədri İbrahim Əhrari 

dəfələrlə Bakıda olmuşdur. Hər səfəri zamanı Azərbaycana, müharibə 

aparan döyüşcülərimizə dava-dərman gətirmişdir. O, Azərbaycan 



Rəssamlar Birliyinə  fəxri üzv seçilmişdir.  İbrahim  Əhrarinin rəsm 

əsərlərinin Bakıda xeyriyyə  məqsədilə  sərgisi təşkil edilmişdir.  Əldə 

olunan vəsait yetim uşaqlara və yaralı  əsgərlərə kömək üçün ayrılmışdır. 

Cəmiyyət Almaniya ictimaiyyətini Azərbaycan mədəniyyəti, onun zəngin 

ənənələri ilə tanış etmək məqsədilə konsertlər, poeziya gecələri, musiqi 

festivalları, sərgilər və digər mədəni tədbirlər keçirir. İbrahim  Əhrari bu 

tədbirlər zamanı toplanan vəsaitlə Azərbaycan Qaçqınlar Cəmiyyətinin 

elmi mərkəzinə  də yardım etmişdir. Bu yaxınlarda Azərbaycan  İncəsənət 

muzeyinə dünya rəssamlarının qiymətli oricinal əsərlərini hədiyyə verməsi 

rəğbətlə qarşılanmışdır. 

 

  


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin