AZƏrbaycan ünvanli



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

“TÜRK-AZƏRBAYCAN QRUPU” 

(Los-Anceles) 

 

“Türk-Azərbaycan Qrupu” sayca çox və  fəallığı ilə  fərqlənən 



cəmiyyətlərindən biri sayılır. Siyasi hadisələrə  fəal münasibət bəsləyən

təşkilatca möhkəm olan “Türk-Azərbaycan Qrupu” türk xalqları arasında 

sıx birlik, həmrəylik və aməkdaşlıq yaradılmasına çalışır. Qrup Azərbaycan 

Respublikasına çox səmimi və loyal münasibət bəsləyir, Türkiyə 

konsulluğunun, Amerika Türk Assosiasiyisanın və digər təşkilatların 

Azərbaycana köməyinin təşkilində  fəallıq göstərir. Qrupun yaxından 

iştirakı ilə bir sıra türk qəzet və jurnalları, o cümlədən məşhur “Tarkiş 

tayms” ös səhifələrində Azərbaycanın xarici siyasətinə, ictimai-siyasi 

həyatına müntəzəm yer verir. 

 

 



“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ” 

(Los-Anceles) 

 

“Azərbaycan Kültür Cəmiyyəti” Kaliforniyada öz fəallığı ilə 



fərqlənən, azərbaycanlıları daha çox öz ətrafında birləşdirən cəmiyyətdir. 

1991-1992-ci illərdə  Cəmiyyətin fəaliyyəti daha mahsuldar və  səmərəli 



olmuşdur. Azərbaycanda baş verən demokratik proseslər, erməni 

təcavüzünə qarşı aparılan müharibə  məsələləri Cəmiyyətin diqqət 

mərkəzindədir. Elmlər doktoru, Kaliforniya universitetinin professoru 

Nairin Tohidi Cəmiyyətlə  fəal  əməkdaşlıq edir. O, tez-tez Azərbaycan 

Elmlər Akademiyasının qonağı olur, azərbaycanlı qadınlar haqqında kitab 

yazır. Onun siyasi fəallığın nəzərə çarpan cəhətlərindən biri də Kaliforniya 

universitetində keçirilmiş konfransda professor Ovanesyanın çıxışına 

(Ermənistan Respublikasının sabiq xarici işlər nazirinin atası) cavab çıxışı 

olmuşdur. Cəmiyyətin fəal iştirakçılarından biri də memar, “Relyif 

interneşl” təşkilatının üzvü Piruz Xanlıdır. 1993-cü ilin yanvarında o, 

Bakıya növbəti dava-dərman və cərrahiyyə avadanlığı gətirmişdir. 

“Azərbaycan Kültür Cəmiyyəti” Amerikada ilk dəfə olaraq 1993-cü 

ildən “Azərbaycan” adlı beynəlxalq jurnalın nəşrinə başlamışdır. Jurnalın 

birinci nömrəsində yazıldığı kimi, onu buraxmaqda əsas məqsəd bütün 

dünya azərbaycanlıları ilə  mədəni, siyasi, ədəbi, təhsil va digər sahələrdə 

əlaqələr yaratmaqdır. Jurnal latın qrafikalı Azərbaycan  əlifbası  və  ərəb 

qrafikası ilə ildə dörd dəfə Azərbaycan və ingilis dillərində  nəşr 

olunacaqdır. Jurnalın ilk nömrəsində Azərbaycan Respublikasının ABŞ-

dakı səfiri Hafiz Paşayevlə müsahibə, xalqımızın tarixinə, mədəni həyatına 

dair materiallar, Cənubi Azərbaycanla bağlı  məqalələr, habelə 

səfirliyimizin müşaviri Ceyhun Mollazadənin 1992-ci ilin aprelində 

Kopenhagen şəhərində beynəlxalq seminardakı çıxışının mətni verilmişdir. 

Jurnal ABŞ-da aparıcı inzibati siyasi və tədris müəssisələrinə və oxuculara 

pulsuz göndərilir. 

 

 

“AZƏRBAYCAN  MƏDƏNİYYƏTİ  MƏRKƏZİ” 



(San-Fransisko) 

 

San-Fransiskoda fəaliyyət göstərən, “Azərbaycan Mədəniyyət 



Mərkəzi” 1989-cu ilin ortalarında yaradılmışdı. Mərkəzin sədri  Əkbər 

Bayramlıdır. San-Fransisko şəhərində 20 mindən çox azərbaycanlı yaşayır. 

Mərkəzin iki yüz nəfər daimi üzvi, mindən yuxarı isə Mərkəzlə qeyri-sabit 

də olsa, əlaqə saxlayanı vardır. Mərkəz təkcə azərbaycanlılara deyil, həm 

də amerikalı dostlarına xidmət edir. Yerli radio ilə  həftədə bir dəfə 

“Azərbaycanın səsi” adlı musiqili, şerli, nəğməli proqram səslənir. Həmin 



proqram vasitəsilə Azərbaycanın mədəniyyəti,  ədəbiyyatı da geniş  təbliğ 

olunur. Erməni təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri qanlı 

müharibə, onun əsas səbəbləri, erməni fitnəkarları, onların havadarları 

barədə  Mərgəz həqiqəti yaymaq üçün səy göstərir, Azərbaycan barədə 

xaricdə yayılan uydurmaları, yanlış informasiyaları ifşa etmək sahəsində 

mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışır. 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT   OCAĞI” 

(Vaşinqton) 

 

“Azərbaycan Mədəniyyət Ocağı”1989-cu ilin fevralında Vaşinqtonda 



təsis olunmuşdur. Ocağın 7 nəfərdən ibarət idarə heyəti vardır. Üzvlərinin 

sayı 500 nəfərdən çoxdur. Ocaq özünün təşkil etdiyi tədbirlərdən və üzvlük 

haqqı kimi toplanılan pulla maliyyələşdirilir. Ocağın  əsas məqsədi 

Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini öyrənmək və 

həmvətənlərimiz, həm də amerikalılar arasında təbliğ etməkdir. Ocağın 

təşəbbüsü və yaxından iştirakı ilə milli bayramlarımız qeyd olunur, şer 

gecələri, digər mədəni-kütləvi tədbirlər keçirilir. Ocaq Azərbaycan və fars 

dillərində “Dirilik” adlı qazet nəşr edir. 1000 ədəd tirajla 16 səhifəlik bu 

qəzet ayda bir dəfə buraxılır. Qəzetin  əsas mövzusu Şimali və  Cənubi 

Azərbaycanın mədəniyyətinə, dilinə, adət-ənənələrinə,  ədəbiyyatına və 

incəsənətinə həsr olunur. Ocağın həvəskarlardan təşkil olunmuş “Savalan” 

adlı mahnı və rəqs ansamblı vardır. 

 

 

“BAKILI ASSOSİASİYASI” 

(Nyu-York) 

 

“Bakılı Assosiasiyası” Bakıda fəaliyyət göstərən “Bakılı” Beynəlxalq 



Mədəniyyət Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq öz sıralarına 

Bakını sevən və onun tərəqqisi üçün nə isə bir iş görməyə hazır olan hər bir 

kəsi milliyətindən, dini etiqadından asılı olmayaraq qəbul edir. Öz 

fəaliyyətinə yeni başlayan Assosiasiya Nyu-Yorkda “Bakı evi” Bakı  və 

Azərbaycan haqqında mühazirələr təşkil etməyi, dostluq görüşləri 

keçirməyi, Bakıdan gələn ictimai xadimlərin, mədəniyyətimizin 

nümayəndələrinin çıxışlarını təşkil etməyi nəzərdə tutur. 


 

 

“AZƏRBAYCANIN AMERİKALI DOSTLARI” CƏMİYYƏTİ 



( Vircinya) 

 

Amerika Birləşmiş  Ştatlarının Virciniya ştatında 1993-cü ilin 



yanvarından fəaliyyətə başlayan “Azərbaycannın Amerikalı Dostları 

Cəmiyyəti” öz ətrafında  əsasən Amerika Birləşmiş  Ştatlarının 

vətandaşlarını birləşdirir. Cəmiyyət Azərbaycan Respublikası haqqında   

əsil həqiqəti söyləmək, erməni millətçilərinin respublikamızda törətdikləri 

vəhşilikləri, Azərbaycan torpaqlarını işğal etməsi barədə bütün həqiqətləri 

amerikalılara çatdırmağı öz qarşısına məqsəd qoymuşdur. 

 

 

“AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Nevarq) 

 

Nevarq  şəhərində  fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti”nin 



üzvləri sayca az olsa da, öz imkanları daxilində xeyli iş görürlər.  

Cəmiyyətin yaranmasında  əsas məqsəd milli adət-ənənələri yaşatmaqdır. 

Cəmiyyətin nəzdində türk dili məktəbi təşkil edilmişdir. Məktədə  təkcə 

azərbaycanlı uşaqları deyil, digər türk xalqları numayəndələri də oxuyurlar. 

Məktəb öz fəaliyyətində yalnız türk dilinin öyrənilməsini deyil, həmçinin 

digər xalqlarla mədəni  əlaqələri möhkəmlətmək, milli ənənələri yaşatmaq 

və inkişaf etdirməyi də nəzərdə tutur. 

Cəmiyyətin şəhərdə öz məscidi və böyük torpaq sahələri vardır. 

Cəmiyyət bütün müsəlman xalqlarının yaratdıqları  cəmiyyətlərdə  də 

sıx əlaqə saxlamağa çalışır. 

Nevarq  şəhərindəki bu cəmiyyət bütünlüklə ABŞ-da yaradılan ilk 

Azərbaycan mədəniyyət ocağıdır. 

 

 

“VƏTƏN” AMERİKA-AZƏRBAYCAN MƏDƏNİ   MƏRKƏZİ 



(Nyu-York) 

 


“Vətən” Amerika Azərbaycan Mədəni Mərkəzi 1988-ci ilin 

sentyabrında Nyu-York şəhərində yaradılmışdır. Mərkəzin təsis 

yığıncağında 300  nəfər həmvətənimiz müxtəlif ölkələrin səfirliklərinin 

əməkdaşları  şəhər  bələdiyyə idarəsinin nümayəndələri iştirak etmişlər. 

Məşhur Azərbaycan neft sahibkarı  Şəmsi  Əsədullayevin qızı    Züleyxa 

Əsədullayeva Veber bu mərkəzin məsul katibidir. Mərkəzin təsis 

olunmmasında  əsas məqsəd Azərbaycanla sıx  əlaqələr yaratmaq, milli 

tariximizi, mədəniyyətimizi, musiqimizi, ədəbiyatımızı amerikalılara 

tanıtmaqdır. “Vətən” Mərkəzin ilk sədri mərhum Rufa Əzizova Odyurdlu 

olmuşdur.  



 

 

BELORUS 

 

"QOBUSTAN" AZƏRBAYCAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ 

(Minsk

 

Belorus torpağında yaşayan ən təşəbbüskar soydaşlarımız “Qobustan” 



adlı milli mədəniyyət mərkəzin yaradaraq, bu şərqi slavyan ölkəsində həm 

xeyriyyəçilik, həm də  mədəniyyətimizin təbliği sahəsində geniş  fəaliyyət 

göstərirlər. 

Cəmiyyətin sədri Elxan Kərimovdur. Müxtəlif peşə  və  sənət 

sahiblərini birləşdirən “Qobustan” cəmiyyəti bir neçə ildir ki, yaradılıbdır. 

Cəmiyyətin üzvləri 1990-cı ilin qanlı yanvar hadisələri, Xocalı faciəsi 

zamanı Minsk şəhərində piket düzəltmiş, Belorusun paytaxt sakinlərinə 

Azərbaycan torpağına edilən təcavüzün iç üzünü aşkarlayan fotoşəkillər və 

sənədli lentlər göstərmişlər. 

“Qobustan” cəmiyyəti Belorus Respublikasında Azərbaycanla bağlı 

keçirilən mədəni və ictimai tədbirlərdə  həmişə yaxından iştirak edir, 

köməklik göstərir. 

  

 

 

BELÇİKA 

 

“AZƏRBAYCAN   KÜLTÜR   EVİ” 


(Brüssel) 

 

“Azərbaycan Kültür Evi”nin məqsədi Azərbaycan tarixini, 



mədəniyyətini, iqtisadiyyatını  təbliğ etməkdən, iş adamlarının, alimlərin, 

elm, mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin Belçikaya 

qarşılıqlı  səfərini təşkil etməkdən, Belçikaya gələn həmvətənlərimizə 

köməklik göstərməkdən ibarətdir. Cəmiyyətin sədri Bülənd Qurcam 1990-

cı ilin faciəli yanvar günlərində Bakıda olmuş və həmin hadisələr haqqında 

foto  şəkilləri bütün dünya qəzetlərinə çatdırmış  və Fransa televiziyasında 

nümayiş etdirmişdir. Xüsusən həmin hadisələr barədə  həqiqətin Belçika 

ictimaiyyətinə çatdırılmasında Cəmiyyət xeyli səmərəli iş aparmışdır. 

Azərbaycanı dünyaya tanıtdırmaq sahəsində  Cəmiyyət səmərəli fəaliyyət 

göstərməkdədir. 

 

 

QAZAXISTAN 

 

“TURAN” MƏDƏNİYYƏT MƏRKƏZİ 

(Alma-Ata) 

 

“Turan” Mədəniyyət Mərkəzi 1992-ci ilin iyun ayından fəaliyyətə 



başlamışdır. Prezidenti Müseyib Novruzovdur. Qazaxıstanda 100 mindən 

çox soydaşlarımız yaşayır. Onların 30 mindən çoxu Alma-Ata şəhərində 

məskunlaşmışdır. Mərkəz öz fəaliyyətini  əsasən soydaşlarımızın milli-

mədəni dəyərlərimizin qorunub saxlanılmasına, Azərbaycan 

Respublikasının ictimai-siyasi və  mədəni həyatı ilə  əlaqələrin 

möhkəmlənməsinə yönəltmişdir. 

Xüsusən Azərbaycanın erməni təcavüzünə qarşı apardığı  ağır 

müharibə  şəraitində  Mərkəzin yaxından iştirakı  və  rəhbərliyi ilə 

Qazaxıstanda yaşayan soydaşlarımız respublikaya maddi kömək 

göstərirlər. Alma-Ata, Çu və Cambul şəhərlərindən Qarabağa xeyli maddi 

yardım göndərilmişdir. 

“Turan” Mədəniyyət Mərkəzi öz əsas vəzifələrindən birini 

soydaşlarımızın öz ana dilini unutmamasına kömək etməkdə görür. Bu 

məqsədlə iki orta məktəbdə Azərbaycan  şöbəsi açılmışdır. Qazaxstan 

pedaqoci İnstitutunda Qazax Azərbaycan şöbəsi yaradılmışdır. Mərkəz öz 


əsas vəzifələrindən birini də xarici ölkələrdə yaranan azəbaycanlılarla əlaqə 

yaratmaq da görür. 

 

 

“NATƏVAN” AZƏRBAYCAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ 

(Uralsk) 

 

“Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1992-ci ilin mayın 19-

da yaradılmışdır.Cəmiyyətin təsis konfransında onun nizamnəməsi qəbul 

olunmuşdur. Cəmiyyətin yaranması elan edilmişdir. Cəmiyyətin sədri 

Vəlixan Məmmədəliyevdir. Qazaxstanın Uralsk şəhərində Uralsk 

vilayətində 1700 nəfərə yaxın azərbaycanlı yaşayır. Cəmiyyətin məqsədi 

həmvətənlərimizi bir mərkəz  ətrafında  birləşdirmək və onun vasitəsilə 

qazaxları, rusları  və başqa millətləri Azərbaycanın tarixi, incəsənəti, 

mədəniyyəti ilə tanış etmək, respublikamız haqqında bütün həqiqəti orada 

baş verən ictimai siyasi hadisələri mahiyyətini başa salmaqdır. Cəmiyyətin 

nəzdində  Ağsaqqalar  şurası yaradılmışdır. Cəmiyyətin Uralskda fəaliyyət 

göstərən digər xalqların milli mərkəzləri ilə sıx əlaqədə işləməyə çalışır. 

 

 

QIRĞIZISTAN 



 

“AZƏRBAYCANÇILAR”ASSOSİASİYASI 

(Bişkek) 

 

Qırğızıstanın payxtaxtı Bişkek  şəhərində yaradılmış  və  rəsmi 



qeydiyyatdan keçmiş “Azərbaycançılar”Assosiasiyası öz fəaliyyətinə 

1992-ci ilin payızından başlamışdır. Qırğızıstanda 20 min azərbaycanlı 

yaşayır. Assosiasiyanın rəhbərliyinə daxil olan soydaşlarımız ölkənin 

ictimai-siyasi  həyatında  əhəmiyyətli rol oynayırlar. Assosiasiya 

Qırğızıstanda yaşayan azərbaycanlıların fəallığın artırılması, Azərbaycanla 

Qırğızıstan arasında iqtisadi və  mədəni  əlaqələrin genişlənməsi və 

möhkəmlənməsi sahəsində fəaliyyətini təkmilləşdirir. 

 

 



“AZƏRİ”MƏDƏNİYYƏT MƏRKƏZİ 

(Bişkek) 

 

“Azəri”  Mədəni Mərkəzi 1992-ci ilin axırlarından fəaliyyətə 



başlamışdır. Mərkəzin sədri A.Xəlilovdur. Mərkəz öz əsas vəzifəsini 

Qırğızıstanda, xüsusən Bişkekdə yaşayan soydaşlarımıza kömək etməkdə, 

Azərbaycanın iqtisadi, ictimai-siyasi və  mədəni həyatı barədə müntəzəm 

məlumat verməkdə, azərbaycan və  qırğız xalqları arasında dostluq 

əlaqələrini və əməkdaşlığı möhkəmləndirməkdə görür. 

  

 



 

DANİMARKA 

 

“DANİMARKA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİ” 

(Kopenhagen) 

 

Kopenhagen 



şəhərindəki “Danimarka-Azərbaycan Dostluq 

Cəmmiyyəti“ Danimarkada yaşayan azərbaycanlılar arasında geniş ictimai 

siyasi və  mədəni tədbirlərin keçirilməsində  səmərəli fəaliyyət göstərir. 

Bakıda 1990-cı il yanvar faciəsi ilə  əlaqədar Kopenhagendə 

azərbaycanlıların etiraz mitinqlərinin, nümayişlərin və yürüşlərin təşkilində 

Cəmiyyətin üzvləri fəal iştirak etmişlər. Cəmiyyətin fəaliyyətində mədəni 

tədbirlər  əsas yer tutur. Cəmiyyətin nəzdində yaradılmış “Dədə Qorqud” 

ansamblının üzvləri Azərbaycan musiqisinin, xalq yaradıcılığının 

təbliğində xüsusi fəallıq göstərir. Ansamblın üzvü aşıq Abbas Eloğlu öz 

geniş  fəaliyyəti ilə  nəinki Danimarkada, hətta digər Avropa ölkələrində 

yaşayan soydaşlarımız arasında da sazla-sözlə Azərbaycan musiqisini 

təbliğ edir. Abbas Eloğlu Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul 

edilmişdir. 

“Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti”nin  ən fəal üzvlərindən 

olan Ağayi Kərim Cəmili bu yaxınlarda Bakıda qonaq olmuş, özü şəxsən 

100 min ədəd birdəfəlik  şpris gətirmiş, Kəlbəcər qaçqınları üçün 50 min 

manat pul köçürmüşdür. 

Cəmiyyət Kopenhagendə ana dili kursları açmışdır. 

  

 


ESTONİYA 

 

“ESTONİYA-AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Tallin) 

 

“Estoniya-Azərbaycan Cəmiyyəti” Azərbaycandan xaricdə yaşayan 



həmvətənlərimizin yaratdıqları ilk cəmiyyətlərdən biridir. Cəmiyyət 

yarandığı ilk günlərdən Azərbaycan və Estoniya xalqlarının tarixi dostluq 

əlaqələrinin davamçısı kimi fəaliyyətə başlamışdır. Cəmiyyət Estoniya 

xarici ölkələrlə dostluq və  mədəni  əlaqələr cəmiyyətinin nəzdində 

yaranmışdır. Cəmiyyətə  Ağsaqqallar  şurası  rəhbərlik edir. Cəmiyyətin 

sədri Fərhad Heydərli Tallində “Ocaq” Azərbaycan Mədəniyyət 

Cəmiyyətinin 

əsasını qoyanlardan biridir. Estoniya İncəsənət 

universitetinin ilk azərbaycanlı  məzunudur. 1988-1992-ci illərdə siyasi 

xidmətlərinə görə Estoniya siyasi ensiklopediyasına düşən ilk 

azərbaycanlıdır. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin rəsmi 

nümayəndəsi, 1992-ci ilin mayından isə Azərbaycan Respublikasının 

Estoniyada səlahiyyətli nümayəndəsidir. 1990-cı ilin noyabrında 

azərbaycanşünasların İstambulda keçirilən ümumdünya konqresində iştirak 

etmişdir. 

“Estoniya-Azərbaycan Cəmiyyəti” respublikamızda baş verən 

ictimai-siyasi hadisələrin mahiyyətini, demokratik proseslərin 

xüsusiyyətlərini istər Estoniyada yaşayan soydaşlarımız, istərsə  də 

Estoniya ictimaiyyəti arasında geniş  təbliğ etməyə çalışır, Cəmiyyətin 

üzvləri Estoniyada çıxan mətbuat səhifələrində, televiziya və radio 

vasitəsilə Azərbaycan haqqında informasiya blokadasının yarılmasına 

xüsusi diqqət yetirirlər. Xocalı faciəsinin baş verdiyi günlərdə  Cəmiyyət 

yerli və xarici jurnalistlərin iştirakı ilə  mətbuat konfransı keçirməyə nail 

olmuşdur. Konfransın gedişi böyük imkanlara malik olan, bütün 

Skandinaviya ölkələrinə translyasiya olunan Estoniya televiziyasında 

göstərilmişdir. Estoniya Respublikasının paytaxtında Türkiyənin yardımı 

ilə  məscidin tikilməsi kimi xeyirxah işin görülməsində, Estoniya-

Azərbaycan Cəmiyyəti" də geniş təşkilatçılıq fəaliyyəti göstərir. Tikiləcəg 

məscid milli ənənələrimizin qorunub saxlanmasında və soydaşlarımızın 

ünsiyyətində mühüm rol oynayaçaqdır. Cəmiyyət öz fəaliyyətində 

Azərbaycan və Estoniya arasında iqtisadi, siyasi və  mədəni  əlaqələrin 


genişlənməsinə, xalqlarımızın arasında tarixi dostluğun möhkəmlənməsinə 

çalışır. 

 

 

“OCAQ”AZƏRBAYCAN MƏDƏNİYYƏTİ  



CƏMİYYƏTİ 

(Tallin) 

 

“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti keçmiş sovet 



respublikaları  ərazisində azərbaycanlıların yaratdıqları ilk mədəni 

cəmiyyətlərdən biridir. Estoniyada 1200 nəfərdən çox azərbaycanlı yaşayır, 

onların 

əksəriyyəti respublikanın paytaxtı Tallin şəhərində 

məskunlaşmışdır. “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təsis 

yığıncağı 1989-cu ilin yanvarında Tallin şəhərində keçirilmişdir. Cəmiyyət 

Estoniya Mədəniyyət Fondu nəzdində  fəaliyyət göstərir və Milli-Mədəni 

Cəmiyyətlər Assosiasiyasına daxildir. Cəmiyyətə idarə heyəti rəhbərlik 

edir. Yarandığı ilk gündən Cəmiyyətə Niyazi Hacıyev sədrlik edir. 

Cəmiyyətin “Ocaq” adlı qəzeti 1989-cu ilin dekabrından ayda bir dəfə nəşr 

olunur. Qəzet Cəmiyyətin məqsədi, gördüyü işləri, onun fəaliyyətinin əsas 

istiqamətləri haqqında məlumat verir. Azərbaycan oxucuları  qəzetin 

səhifələrində  Cəmiyyətin fəaliyyəti, Estoniyada yaşayan soydaşlarımız, 

onların həyatı, eyni zamanda Estoniyanın ictimai-siyasi mühiti ilə tanış 

olurlar. 

“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti ilk gündən Estoniyanın 

ictimai-siyasi həyatına fəal qoşulmuş, respublikada baş verən bütün 

mühüm hadisələrdə, Estoniyada gedən demokratikləşmə      hərəkatında 

yaxından iştirak edir. Cəmiyyətin başlıca məqsədi Azərbaycan və Estoniya 

xalqları arasında mədəni, iqtisadi, sosial sahədə körpü yaratmaq, estonların 

və azərbaycanlıların bir-birini yaxından tanımasına, dostlaşmasına kömək 

etməkdir. Cəmiyyət  Azərbaycan və Estoniya mədəni əlaqələrinin, dostluq 

münasibətlərinin qədimliyinə  əsaslanaraq öz fəaliyyətini genişləndirir. 

Hələ keçən  əsrin axırlarında Estoniyanın Tartu şəhərində azərbaycanlı 

tələbələrin Cəmiyyəti,  əsrimizin  əvvəllərində isə “Bakı Eston Cəmiyyəti” 

fəaliyyət göstərmşdir. “Ocaq” Cəmiyyəti bu tarixi ənənələri yeni şəraitdə 

inkişaf etdirməyə çalışır. Cəmiyyət Azərbaycanın milli bayramlarını 

Azərbaycan Demokratik Respublikasının yaranması gününü, Novruz 



bayramını Tallində yaşayan azərbaycanlılarla, estonlarla və digər xalqların 

nümayəndələri ilə birlikdə qeyd edir. Tallində Azərbaycan mədəniyyəti 

günlərin keçirilməsində, Azərbaycan kitablarının satışının təşkil 

olunmasında və bir sıra  başqa tədbirlərin hazırlanıb keçirilməsində 

Cəmiyyət xeyli iş görmüşdür. Cəmiyyət Estoniyada yaşayan 

azərbaycanlılar üçün eston dilinin tədrisi kursu açmışdır. 

“Ocaq” Camiyyəti öz fəaliyyətində Azərbaycanda baş verən 

demokratik proseslər, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri 

cinayətlər haqqında obyektiv məlumatları eston ictimaiyyəti arasında geniş 

yayır. Cəmiyyət istər Alma-Ata, Tbilisi, Bakı, istərsə  də Riqa və Vilnüs 

faciələrinə və onları törədənlərə qarşı öz etiraz səsini ucaltmışdır. 1990-cı il 

Bakıda yanvar faciəsi ilə  əlaqədar Cəmiyyət Estoniya Ali Sovetinin 

qarşısında böyük mitinq keçirmişdir. Mitinqdə  nəinki Tallində yaşayan 

azərbaycanlılar, eyni zamanda estonlar və digər xalqların nümayəndələri də 

iştirak etmişlər. Ocaq Azərbaycan Mədəniyyəti Cəmiyyəti müstəqillik 

yoluna qədəm qoyan Azərbaycan və Estoniya respublikalarında 

demokratik proseslərin dərinləşməsi, xalqlarımızın arasında dostluğun və 

qarşılıqlı  əlaqələrin daha da möhkəmlənməsi sahəsində öz fəaliyyətini 

durmadan genişləndirir. 

 

 



İNGİLTƏRƏ 

 

“AZƏRBAYCAN DAYAQÇILARI  

CƏMİYYƏTİ” 

(London) 

 

“Azərbaycan Dayaqçıları çəmiyyəti”nin əsas məqsədi Azərbaycanda 



baş verən hadisələr, demokratik proseslər, Ermənistanın Azərbaycana qarşı 

apardığı elan olunmamış müharibəsi haqqında həqiqəti dünya 

ictimaiyyətinə çatdırmaqdır. Mərkəzə Mustafa Rəsuli sədrlik edir. 

Azərbaycan Dayaqçılarının fəal iştirakı ilə  "İndepedent" qəzeti Xocalı 

faciəsi, erməni təcavüzkarlarının torpağımızda törətdikləri vəhşiliklər 

haqqında bütöv bir səhifə həsr etmişdir. “Tayms” qəzeti bu haqda reportaj 

vermişdir. Mərkəzin yaxından köməyi ilə  qəzet öz nömrələrinin birində 

respublikamızın həyatında mühüm hadisə olan prezident seçkilərinə  həsr 



etdiyi məqaləni “Azərbaycan öz prezidentini seçir” adlandırmışdır. 

Londonda çıxan qəzetlər Mərkəzin təşəbbüsü və yaxından iştirakı ilə dərc 

olunan bir sıra məqalələrində Azərbaycan torpağında baş verən hadisələrin 

obyektiv mənzərəsini yaradır. Mərkəz Azərbaycan Respublikasına qarşı 

yönəldilmiş informasiya blokadasının yarılması sahəsində öz səmərəli 

fəaliyyətini davam etdirir. 

M.Rəsuli cəmiyyətin Azərbaycanla  əlaqələrini möhkəmləndirmək 

məqsədilə respublikamızdakı müxtəlif mətbuat orqanları  və ictimai 

təşkilatlarla sıx  əlaqə yaradır, danışıqlar aparır. Bu baxımdan “AssA 

İradə”nin Londonda müxbir postu məhz “Azərbaycan Dayaqçıları 

cəmiyyəti”nin nəzdində açılmışdır. 

 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin