AZƏrbaycan ünvanli


“AZƏRBAYCAN AKADEMİYASI CƏMİYYƏTİ”



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

“AZƏRBAYCAN AKADEMİYASI CƏMİYYƏTİ” 

(Berlin) 

 

Berlin 



şəhərində yaşayan azərbaycanlı mütəxəssislər və 

Azərbaycanşünaslıqla məşqul olan qeyri-azərbaycanlı elm və  mədəniyyət 

xadimləri yeni bir cəmiyyət yaratmışlar: “Azərbaycan Akademiyası”. 

Cəmiyyətin məqsədi Azərbaycan elm və  mədəniyyətini Qərbi Avropada 

tanıtmaq, onun Almaniyada inkişafına şərait yaratmaqdır. 

“Azərbaycan Akademiyası” Cəmiyyətinin prezidenti Avropa 

ölkələrində yaxşı tanınan alim Əhməd Yəzdanidir. 

Cəmiyyətin vitse-prezidenti Məsud Pənahi (o, həmyerlimizdir. 

Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskva Kinematoqrafiya 

İnstitutunu bitirib. 1979-cu ildən Berlində yaşayır) “Elm” qəzetinə verdiyi 

müsahibəsində bildirib ki, “Azərbaycan Akademiyası” Azərbaycanla bağlı 

araşdırmalara, o cümlədən dilçilik və  ədəbiyyatşünaslıq, tarix elmləri, 

folklorşünaslıq, etnologiya, antropologiya, dilşünaslıq, sənətşünaslıq, 

təbabət, psixologiya sahəsində aparılan bütün işlərə yardım göstərəcəkdir. 

Həmçinin Azərbaycanın özündə olan ən vacib elmi axtarış  və tapıntıları 

Qərbdə tanıtmağa, təbliğ etməyə səy edəcəkdir. 

Elmi layihə  və  nəşrlərin uyğun formalarına kömək etməklə, xüsusi 

dövri və s. mətbu orqanlar təsis etməklə, kitabxanalar, nəşriyyatlar, o 

cümlədən bütün kooperasiya formalarını yaratmaqla, müxtəlif 

akademiyalar, elmi müəssisə  və  təşkilatlarla  əlaqələr qurub, inkişaf 

etdirməyə, türkoloqların mübadiləsinə böyük ümidlər bəsləyirik”.. 


“Azərbaycan Akademiyası” artıq bir sıra konkret işlər görüb. Yuri 

Pompeyevin Qarabağ hadisələrinə dair kitabı alman dilinə  tərcümə edilib 

nəşr olunmuşdur. 

Hazırda Cəmiyyət öz mətbu orqanını  nəşrə hazırlayır. Cəmiyyətin 

xətti ilə Azərbaycandan Berlin şəhərinə bir dəstə alim dəvət edilib. 

Cəmiyyət bu yaxınlarda Azərbaycan alimlərinin bəzi uğurlarının 

Qərb aləmində yayılması yolları barədə konkret iş planı hazırlamış  və 

Almaniya dövlətindən bu işə görə rəsmi razılıq almışdır. 

 

 

“AZƏRBAYCAN KÜLTÜR OCAĞI” 

(Berlin) 

 

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Azərbaycan Kültür 



OCAĞI”nın başlıca məqsədi soydaşlarımız arasında dilimizi, 

mədəniyyətimizi, adətənənələrimizi, incəsənətimizi qoruyub saxlamaq və 

bunları Avropada yaşayan xalqlara tanıtmaqdır. OCAĞIn fəaliyyətinə idarə 

heyəti rəhbərlik edir. Tez-tez xeriyyə gecələri, konsertlər təşkil edilir. 

Azərbaycan-Almaniya Cəmiyyəti ilə birlikdə Azərbaycan mədəniyyəti 

günləri keçirilir. “Azərbaycan Kültür OCAĞI” öz fəaliyyətini yalnız 

mədəni tədbirlərlə məhdudlaşdırmır. Bakıda 20 Yanvar hadisəsi və Xocalı 

faciəsi ilə əlaqədar etiraz mitinqlərinin keçirilməsində, kütləvi informasiya 

vasitələri ilə  əsil həqiqətin geniş ictimaiyyətə çatdırılmasında “OCAĞIn” 

üzvləri xüsusi fəallıq göstərmişlər. “Azərbaycan Kültür OCAĞI” xaricdə 

yaşayan həmvətənlərimiz ilə Azərbaycanın  əlaqələrinin genişlənməsinə 

çalışır. 

“Azərbaycan Kültür OCAĞI” “Savalan” adlı jurnal nəşr etdirir. 

Berlindəki “Azərbaycan Kültür Ocağı”nın  İdarə heyətinin və 

“Savalan” jurnalı  İdarə heyətinin üzvü, tərcüməçi Həbib Makulu bu ilin 

yanvarıda Bakıda qonaq olmuşdur. 

Təkcə Berlində deyil, ümumən Almaniyada və Avropada fəaliyyət 

göstərən Azərbaycan  Mədəniyyət Mərkəzləri və  Cəmiyyətlərinin işi 

barədə H.Makulu “Səhər” qəzetinin müxbiri Zemfira Müseyibqızı ilə 

müsahibəsində demişdir. 

 Qərb ölkələrində çoxlu azərbaycanlı yaşayır. Onlar müxtəlif 

dövrlərdə bu əsrin  əvvəllərindən başlayaraq, birinci, ikinci dünya 



müharibələrindən sonra mühacirət ediblər. Müxtəlif cəmiyyətlər yaradıblar, 

qəzetlər, jurnallar buraxıblar. Hansı ki, həmin adamların taleləri barədə 

indiyə qədər heç kim maraqlanmır. 

Onların çoxu artıq qocalıb ölüb. Ancaq heç kim bilmir ki bunlar 

kimdir, nəçidir, harada yaşayıblar, nə işlərlə məşğul olublar.  

70-ci illərdən sonra Cənubi Azərbaycandan gedən tələbələr  əsasən 

İspaniyada, Almaniyada, İngiltərədə çoxluq təşkil edirlər. Onlar 

Azərbaycan kültür dərnəkləri, siyasi, mədəni cəmiyyətlər yaradıb, qəzet və 

jurnallar   buraxırlar. Almaniyada və  İngiltərədə yaşayan tələbələr birgə  

“21 Azər” və “12 Şəhrivar” jurnalını nəşr edirlər. 1985 – 1986 –cı illərdən 

etibarən bu cəmiyyətlərin sayı sürətlə artıb. Hazırda Avropada təxminən 36 

müxtəlif Azərbaycan kültür cəmiyyəti var. Onların da başlıca məqsədi 

xaricdə yaşayan Azərbaycanlılar arasında dilimizi, mədəniyyətimizi, 

incəsənətimizi qoruyub saxlamaq və bunları başqa millətlərə da 

tanıtmaqdır. 

 

“QARABAĞ TƏŞƏBBÜSÜ” TƏŞKİLATI 



(Berlin) 

 

Son illərdə Azərbaycan torpaqlarına edilən erməni təcavüzü  ilə  



əlaqədar Almaniyada yaradılan ictimai siyasi və milli mədəni 

təşkilatlardandır. 

Bu təşkilatın ən ümdə vəzifəsi Almaniyada, eləcə də Avropanın digər 

ölkələrində erməni azərbaycanlı münaqişəsi ilə bağlı hadisələr barədə 

həqiqətləri yaymaq və təbliğ etməkdir. Bunun üçün təşkilatın üzvləri bütün 

imkanlardan istifadə edir. Almaniyada yaşayan soydaşlarımızın mənəvi və 

maddi yardımlarına arxalanırlar. 

Tədbirlər keçirir, əyani təbliğ vasitələrindən istifadə edirlər. 

İyun ayının  əvvəllərində Berlində  fəaliyyət göstərən erməni 

cəmiyyətləri Yuxarı Qarabağ erməniləri ilə  həmrəylik tədbiri keçirmişlər. 

Həmin tədbir zamanı “Qarabağ təşəbbüsü” təşkilatının üzvləri Azərbaycan 

Respublikasının Almaniyadakı  səfirliyin köməyi ilə hal-hazırda 

Azərbaycanda gedən müharibə haqqında Berlinin sakinlərinə obyektiv 

məlumat verəcək sənədlər yaymışlar. Bunlar əsasən erməni 

təcavüzkarlarının Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri təsdiq 


edən broşura və kitablardır. Alman dilində hazırlanmış bu materiallar 

ermənilərin tədbir keçirdikləri binada və digər yerlərdə paylanmışdır. 

 

 

“AZƏRBAYCAN KÜLTÜR OCAĞI” 



(Bonn) 

 

Avropa   ölkələrində geniş  və ardıcıl fəaliyyət göstərən milli 

mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın paytaxtı Bonn şəhərindəki 

“Azərbaycan Kültür Ocağı”dır.  

Uzun illərdi ki, bu cəmiyyətə istedadlı jurnalist, şair, rəssam və naşir

doktor Nürrəddin Qərəvi rəhbərlik edir. Cəmiyyət 1984-cü “Ana dili” adlı 

qəzet nəşr edir (redaktoru İ.Qərəvidir). 

“Azərbaycan Kültür Ocağı”nın çoxsahəli fəaliyyəti bizim 

mədəniyyətimizin, adəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir 

sıra digər ölkələrində  də yayılmasına, təbliğinə köməklik göstərmişdir. 

Artıq bir neçə ildir ki, bilavasitə  N.Qərəvinin təşəbbüsü ilə Bonn şəhərində 

Azərbaycan dilində xüsusi məktəb açılmışdır. Bu məktəbdə ilk növbədə 

N.Qərəvinin hazırladığı  “Əlifba” kitabı    əsasında  dərs keçilir. Bütün  

xərclər Cəmiyyətin  və bilavasitə N.Qərəvinin  şəxsi  vəsaitləri hesabına 

ödənilir. 

“Azərbaycan Kültür Ocağı” xeyli milli ədəbiyyat nümunələri nəşr 

etdirmiş, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada 

yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çoxaldılıb 

yayılmasına nail olmuşdur. 

N.Qərəvi dəfələrlə Azərbaycanda “Azərbaycan Kültür Ocağı” ilə 

Azərbaycanın müxtəlif elm və mədəniyyət idarələri ilə əməkdaşlıq barədə 

söhbətlər aparmış, konkret tədbirlər həyata keçirilmişdir.  

“Azərbaycan Kültür Ocağı”nın üzvləri tez-tez Avropanın müxtəlif 

ölkələrində yaşamış soydaşlarımızla görüşüb, birgə mədəni tədbirlər həyata 

keçirməyə səy edirlər. 

1989-cu ildə bu cəmiyyət tanınmış  rəqs mütəxəssisi, Azərbaycan 

İncəsənət Universitetinin professoru Hüseynağa Hüseynovu Bakıdan 

Bonna dəvət etmiş, təkcə özlərinin deyil, ümumiyyətlə o vaxtkı Almaniya 

Federativ Respublikasında yayılan Azərbaycan milli rəqs qruplarının 

ifaçılıq sənətinin məharətini daha da artırmağa nail olmuşlar. Professor 



H.Hüseynovun AFR-ə  səfəri bir neçə ay davam etmişdir. Bu müddət 

ərzində görkəmli rəqs mütəxəssisi Bonndan başqa Qərbi Berlində, 

Hamburqda, Düsseldorfda və başqa  şəhərlərdəki Azərbaycan milli rəqs 

qrupları ilə də yaradıcılıq işi aparmışdır. 

 

 

“QARABAĞ” KOMİTƏSİ 

(Bonn) 

 

Azərbaycandakı  həmvətənləri ilə yaxından  əlaqə saxlamaq məqsədi 

ilə doğma Vətəndən uzaqlarda yaradılmış Xeyriyyə  təşkilatlarında biri 

Almaniyada 1992-ci ilin əvvəllərində  fəaliyyətə başlamış “Qarabağ” 

komitəsidir. Onu yaradanlar əsasən Cənubi Azərbaycandan olan 

mühacirlərdir. 

“Qarabağ”a Məsud Pənahi başcılıq edir. 

Xocalı faciəsindən sonra “Qarabağ” komitəsini üzvləri Bonndakı 

Rusiya səfirliyi qarşısında piketlər düzəltmiş, ona etiraz məktubu təqdim 

etmişdilər. Onlar həmçinin vərəqələr də buraxmışlar. 

“Qarabağ” komitəsi dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinə maddi 

yardım və  dərman, tibb ləvazimatı göndərmişdir. Komitə  əsasən 

Almaniyada Azərbaycan haqqında həqiqətləri yaymaq, Qarabağ hadisələri 

barəda düzgün, obyektiv məlumatları alman ictimaiyyətinə çatdırmaq, 

disskusiyalar keçirmək, milli mədəniyyətimizi təbliğ etmək məqsədi güdür. 

Komitə ötən ilin  yazından etibarən Almaniya televiziyasında “Fray” 

(“Azad”) adlı kanal açıb. Bu kanal vasitəsilə soydaşlarımız Azərbaycan 

Respublikasının həyatına, Qarabağ hadisələrinə dair məlumatları yaymaqa 

cəhd göstərirlər. 

“Qarabağ” komitəsinin başcısı ötən il Bakıda qonaq olmuşdur. 

 

 

“ALMAN - AZƏRBAYCAN” CƏMİYYƏTİ 



(Düsseldorf) 

 

“Alman-Azərbaycan Cəmiyyəti” Azərbaycan diasporunun Düsseldorf 



şəhərində yaşayan bir sıra tanınmış nümayəndələrinin təşəbbüsü ilə 1991- 

ci ilin sentyabr ayında  yaradılmışdır. Cəmiyyətin sədri dünya miqyasında 



tanınmış  cərrah professor Doktor Harmen van Lssendir. Bu cəmiyyətin 

həm də Bakıda nümayəndəliyi vardır. Nümayəndəliyin başcısı Çingiz 

Abdullayevdir. 

“Alman-Azərbaycan cəmiyyəti”nin yaradılmasında Düsseldorfda 

yaşayan azərbaycanlı  həkim Ağabəy Azərbaycani və onun həyat yoldaşı 

Kristina Azərbaycaninin boyük rolu olub. 

“Alman-Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə Düsseldorflu 

həkimlər dəfələrlə Azərbaycana gəlmiş, humanitar yardımlar gətirmişlər. 

Bunların içərisində çoxlu tibbi   ləvazimat, kompüter rentgen apparatı, tibbi 

preparatlar olmuşdur. 

Dəfələrlə Düsseldorfdan təcrübəli həkimlər Azərbaycana gəlmiş, 

Qarabağda yaralanmış Milli Ordu əsgərlərinə isə praktik yardım 

göstərmişlər. 

“Alman-Azərbaycan cəmiyyəti” xalqlarımız və ölkələrimiz 

arasındakı  əlaqələrin, münasibətlərin möhkəmlənməsində böyük rol 

oynayır. 

1992-ci ilin sentyabrında Bakıda (28 may küçəsi “Alman-Azərbaycan 

cəmiyyəti”nin  yaradılmasının  ildönümü münasibətilə dostluq gecəsi 

keçirilmişdir. Görüşü cəmiyyətin Düsseldorfdakı 

və Bakıdakı 

nümayəndəlikləri təşkil etmişdi. “Alman-Azərbaycan cəmiyyəti”nin 

ünvanına respublikamızın elm və ictimai təşkilatlarının, müxtəlif birliklərin 

təbriknamələri oxunmuş  və  təqdim edilmiş, “Alman-Azərbaycan 

cəmiyyəti”nin yeni üzvləri seçilmişlər. Cəmiyyətin yeni üzvlərinə 

Azərbaycan Respublikasının keçmiş prezidenti Ə.Elçibəyə, tanınmış 

cərrah, professor N.Rzaeva, milli qəhrəman S.Məmmədova, Azərbaycan 

EA Milli Münasibətlər  İnstitutunun direktoru V.Arzumanlıya və 

başqalarına diplomlar təqdim olunmuşdur. 

“Alman-Azərbaycan cəmiyyəti”nin prezidenti H.Fon Lessen, həmin 

cəmiyyətin vitse-prezidenti A.Azərbaycani ABŞ-ın Azərbaycandakı  səfiri 

R.Mayls, AFR-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Ç.Xunqci də 

gecəsində iştirak etmişlər. 

Almaniyadan gəlmiş qonaqlar respublikamıza “Mersedes” markalı 

təcili yardım maşını da bağışlamışlar. 

Bu ilin aprel ayında “Alman-Azərbaycan cəmiyyəti”nin vitse-

prezidenti doktor Ağabəy Azərbaycani Kəlbəcər faciəsi ilə  əlaqədar 



Gəncəyə  gəlmiş, özü ilə xeyli miqdarda dava-dərman gətirmiş  və 

qaçqınlara 1 milyon rubl nəğd pulla yardım göstərmişdir. 

“Alman-Azərbaycan cəmiyyəti” Bakıda  qadınlar  üçün kosmetika 

salonu yaratmaq, dərman preparatları hazırlayan xüsusi laboratoriya 

açmağı planlaşdırır. 

 

 



“AVROPA-TÜRK  İSPANİYA  KÜLTÜR  FEDERASİONU” 

(Frankfurt) 

 

“Avropa-Türk  İslam  Kültür Federasionu”nun əsas məqsədi türk 



xalqlarının dilini, məişətini, ədəbiyyatını, folklorunu qoruyub saxlamaq və 

yetişməkdə olan nəslə çatdırmaqdır. Cəmiyyətin struktur quruluşunda 

bölmələr yaradılmışdır. Onlardan  birində cəmiyyətin “İnter-akademiya”sı 

fəaliyyət göstərir ki, burada bütün sahələr üzrə ən bacarıqlı mütəxəssislər 

toplanmışlar. Onların məqsədi dünyanın nümunəvi xasiyyətlərindən, 

nailiyyətlərindən bacarıqla istifadə etməkdir. Federasionun əlaqələri 

olduqca genişdir. Onun Azərbaycanda da nümayəndələri vardır. Onlara 

rəssam  Şahlar Abdullayev rəhbərlik edir.  1992-ci ilin martından o, eyni 

zamanda “Avropa-Türk İslam  Kültür Federasionu“nun türk və müsəlman 

dövlətləri üzrə baş nümayəndəsi təyin olunmuşdur. Federasionun 

Azərbaycan nümayəndələri öz fəaliyyətlərinə  əsasən respublikamız 

haqqında Almaniyaya informasiya göndərməklə başlamışlar. Bütün 

xəbərlər ilk əvvəl   Frankfurta, oradan isə dünya ölkələrinin xəbərlər 

birliyinin  mərkəzi olan Bonn  şəhərinə verilir. Ən vacib xəbərlər isə 

Almaniyada, eləcə  də Belçikada Qarabağda gedən  ədalətsiz müharibə ilə 

bağlı etiraz mitinqləri keçirilmişdir. Cəmiyyət öz hesabına müxtəlif alman 

qəzetlərində səhifələr alıb Qarabağda baş verən hadisələri bütün açıqlığı ilə 

işıqlanmışdır. 

 

 

 



“AZƏRBAYCAN MƏDƏNİ  ƏLAQƏLƏR CƏMİYYƏTİ” 

(Frankfurt) 

 


“Azərbaycan Mədəni  Əlaqələr Cəmiyyəti” Almaniyanın Frankfurt 

şəhərində yaradılmışdır. Cəmiyyətin əsasını onun sədri Firudin Pərvizniya 

qoymuşdur. Uzun illər Almaniyada yaşayan F.Pərvizniya çoxsahəli 

fəaliyyəti ilə geniş  şöhrət tapan “Bao konsent” şirkətinin prezidentidir. 

Şirkət  əsasən müxtəlif  tikinti-quraşdırma işləri, köhnə, tarixi binaların 

bərpası  və  təmiri ilə  məşğuldur.  Şirkət həm də dünya rəssamlarının 

əsərlərinin sərgisinin təşkili ilə məşğul olur. “Azərbaycan Mədəni Əlaqələr 

Cəmiyyəti” bir sıra mədəni tədbirlərin keçirilməsini təşkil etmişdir. 

Cəmiyyətin sədri Bakıda olmuş, burada başçılıq etdiyi şirkətin 

nümayəndəliyinin   açılması ilə əlaqədar danışıqlar   aparmışdır. Cəmiyyət 

soydaşlarımızın Azərbaycanla əlaqələrin genişlənməsinə çalışır. 

 

 



“TÜRKDİLLİ  XALQLARIN  ƏDƏBİYYATI  VƏ  

KÜLTÜRÜNÜ TANIMA MƏRKƏZİ” 

(Frankfurt) 

 

Almaniya Türk xalqlarının o cümlədən azərbaycanlıların çox yaşadığı 



şəhərlərdən biri Frankfurtdur. Bu şəhərdə yaradılmış  ən böyük milli 

mədəniyyət cəmiyyətlərindən biri “Türkdilli xalqların  ədəbiyyatı  və 

kültürünü tanıma mərkəzi” adlanır. Mərkəz türk və Azərbaycan milli 

bölmələrinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. 

1991-ci ildən etibarən Mərkəz “Dağyeli Ferlaq” nəşriyyatının sahibi 

İldırım Dağyeli ilə birlikdə Azərbaycan  ədəbiyyatının  ən maraqlı 

nümunələrinin alman dilinə  tərcümə olunub nəşr edilməsində xeyli iş 

görmüşdür. Xüsusilə “Azərbaycan  Ədəbiyyatı” seriyası adı altında nəşr 

olunan kitabların müasir Azərbaycan nəsrinin Almaniyada yayılması  və 

təbliği işində əhəmiyyəti böyükdür. 

“Türkdilli xalqların  ədəbiyyatı  və kültürünü tanıma mərkəzi” 

müxtəlif türk ölkələrinin, o cümlədən Azərbaycanın tanınmış  ədəbiyyat 

xadimlərini Almaniyaya dəvət edir, onların  əsərlərinin oradakı 

soydaşlarımız və alman oxucuları arasında tanınmasına köməklik göstərir. 

 

 

“AZƏRBAYCAN-ALMAN  KÜLTÜR OCAĞI” 



(Hamburq) 

 

Almaniyada fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərindən biri 

də Hamburq şəhərindəki “Azərbaycan-Alman kültür ocağı”dır. Bu mərkəz 

bir neçə ildir ki təşkil olunub. 

Cəmiyyətin nəzdində “Azərbaycan folkloru” adlı  rəqs qrupu vardır. 

1990-cı ildən etibarən “Azərbaycan-Alman kültür ocağı” xüsusi teatr 

qruppası da yaratmışdır. Qısa müddət  ərzində bu qruppa klassik 

Azərbaycan dramaturqlarının bəzi əsərlərinin tamaşalarını hazırlamışlar. 

Hamburqdakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri 

Nərimandır. 

 

 

“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ” 



(Köln) 

 

Almaniyanın Köln şəhərindəki  “Azərbaycan Kültür Cəmiyyəti” 



Bakıda 1990-cı il faciəli yanvar hadisələrindən sonra yaranmışdır. 

Mərkəzin sədri İbrahim Alovdur. Mərkəz öz fəaliyyətinə Bakı hadisələrinə 

etiraz əlaməti olaraq keçirdikləri mitinq və yürüşlərlə başlamışdır. Bir sıra 

mədəni kütləvi tədbirlərin hazırlanıb  keçirilməsində cəmiyyət fəal iştirak 

edir. Azərbaycan mədəniyyəti, onun keçmişi və bu günü ilə Almaniya 

ictimaiyyətinin yaxından tanış olması üçün səmərəli işlər görməyə çalışır. 

Cəmiyyətin fəal üzvləri vaxtaşırı Azərbaycanda olur, respublikada baş 

verən  demokratik  proseslərlə tanış olur, alimlərlə  mədəniyyət xadimləri 

ilə görüşürlər. Azərbaycanın iqtisadi, ictimai-siyasi və  mədəni həyatı ilə 

yaxından tanışlıq cəmiyyətin fəaliyyətinin daha təsirli olmasına kömək 

edir. 

 

 



“ÜFÜQ MƏDƏNİYYƏT OCAĞI” 

(Maynts) 

 

Maynts  şəhərində yaradılan “Üfüq Mədəniyyət Ocağı” 1988 -ci ilin 



fevralından fəaliyyətə başlamışlar. Ocağın üzvləri 

əsasən 


azərbaycanlılardır. Bu ocağın təşkilatçıları öz əsas məqsədlərini mədəni 

tədbirlərin keçirilməsində, alman və türk dillərinin qısa müddətdə  tədrisi 

kurslarını təşkil etməkdə görürlər.  

Maynts  şəhəri ilə bakı  və Sumqayıt  şəhərləri arasında  əlaqələrin 

möhkəmlənməsində də “Üfüq Mədəniyyət Ocağı” yaxından iştirak edir.   

 

 

“AZƏRBAYCAN KÜLTÜR CƏMİYYƏTİ” 

(Nürnberq) 

 

“Azərbaycan Kültür Dərnəyi” 1990-cı ilin fevralında yaranmışdır. 



Dərnəyin təsisindən  bir qədər  əvvəl Azərbaycanla həmrəylik komitəsi 

təşkil edilmiş, Bakıda 1990-cı il yanvar faciəsinə  həsr olunmuş izdihamlı 

mitinq keçirilmişdir. Mitinqin iştirakçıları Bakıda törədilən qanlı faciənin 

günahkarlarını  lənətləmişlər. Dərnək fəaliyyatində Nürnberqdə  və onun 

ətrafında yaşayan 18 min azərbaycanlını  əhatə etməyə çalışır. Dərnək 

əsasən təəssübkeş həmvətənlərin maddi yardımı ilə fəaliyyət göstərir.  

Dərnəyin sədri Gündüz Varol bütün varlığı ilə Azərbaycana bağlıdır, 

onun müstəqilliyini, azadlığını düşünən həmvətənimizdir. İstambulda nəşr 

olunmuş “Lal Başlar” kitabında onun 1985 və 1986-cı illərdə Azərbaycana 

səfərləri də öz əksini tapmışdır. Kitabda sosialist gerçəkliyi bütün çılpaqlığı 

ilə göstərilmişdir. 1990-cı il noyabrın  əvvələrində  İstambulda keçirilmiş 

Azərbaycan  dərnəklərinin Birinci Beynəlxalq konqresində Gündüz Varol 

Avropa ölkələri üzrə koordinator seçilmişdir. 

“Azərbaycan Kültür Cəmiyyəti” Almaniyaya gedən mədəniyyət 

xadimlərimiz ilə əlaqə yaratmağa çalışır. Azərbaycan incəsənət ustalarının 

çıxışlarının təşkilində fəallıq göstərir. 

 

 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI 



 

“AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Los-Anceles) 

 

Kaliforniyada rəsmi qeydiyyatdan keçmiş “Azərbaycan Cəmiyyəti” 



yarandığı ilk vaxtlardan öz fəallığı ilə  fərqlənir. Cəmiyyətə fars dilində 

“Radio Sədayi İran” radiostansiyasının əsasını qoymuş, təhsilinə görə vəkil 



və “Daad Liqal Meqezin” hüquqi xəbərlərin redaksiya heyətinin üzvü, 

elmlər doktoru Hüseyn Həqiqi rəhbərlik edir. Cəmiyyətin son vaxtlar 

gördüyü  əməli işlərdən biri Los-Ancelesdə konqresmen Cim Mudi ilə 

görüşün təşkili və maliyyət yardımıdır. Cəmiyyətin və onun sədrinin son 

tədbirlərindən biri də “Radio Sədayi  İran” radiostansiyasının ABŞ-da 

yaşayan soydaşlarımız üçün Azərbaycanda geniş ictimai siyasi hadisələri 

işıqlandırmaqdan ötrü bir saatlıq efir vaxtı təşkil etməsidir. 

 

 



“AZƏRBAYCAN CƏMİYYƏTİ” 

(Los-Anceles) 

 

“Azərbaycan Cəmiyyəti” öz ətrafına  əsasən Cənubi Azərbaycandan 



olan soydaşlarımızı birləşdirir. Onun sədri A.Kamanardır. Cəmiyyət 

ictimai siyasi hadisələrə sirayət etməsi ilə bir o qədər də  fərqlənmir. 

Cəmiyyətin ayrı-ayrı nümayəndələri müxtəlif ümumi ictimai mədəni 

tədbirlərin həyata keçirilməsində iştirak edirlər. 



 

 

“AZƏRBAYCAN EVİ” 

(Los-Anceles) 

 

Los-Anceles  şəhərində “Azərbaycan Evi”nin yaradılması  məsələsi 



hələ 1987-ci ilin iyun ayınla irəli sürülmüş, bu münasibətlə  şəhərdə 

yaşayan azərbaycanlıların nümayəndələrinin bir qrupu yığıncaq keçirmişdir 

həmin iclasda  idarə heyəti seçilmişdir. Lakin “Azərbaycan Evi” rəsmi 

olaraq 1988-ci ilin yanvarından fəaliyyətə başlamışlır. Onun prezidenti 

doktor Mahmud Zaregeyvanidir. “Azərbaycan Evi”nin   təxminən 5 minə 

yaxın üzvü vardır. Onun üzvləri  əsasən həkim, mühəndis, tacir, müəllim, 

vəkil və başqa peşə sahibləridir. Onların bir çoxlu Cənubi 

Azərbaycandandırlar. Təşkilatda  İrandan, Türkiyədən, Almaniyadan

Çindən, İtaliyadan, Küveytdən, Yunanıstandan da  üzvlər vardır. 

İctimai təşkilat kimi  fəaliyyət göstərən “Azərbaycan Evi” 

dilimimizin,   mədəniyyətimizin, tariximizin oyrənilməsində böyük səy 

göstərir, vaxtaşırı Los-Ancelesdə Azərbaycan mədəniyyəti gecələri təşkil 



edir. Azərbaycandakı demokratik hərəkat, ictimai siyasi dəyişikliklər 

təşkilatın üzvlərinin diqqət mərkəzindədir.  

1990-cı ilin  yanvarında Bakıda baş verən qanlı faciə “Azərbaycan 

Evi”nin fəallarının da etirazına səbəb olmuşdur. Təşkilatın prezidenti 

Mahmud Zaregeyvaninin həmin günlərdə “Amerikanının səsi”radiosuna 

verdiyi mühasibə 64 dildə bütün dünyaya yayılmışdır. 1992-ci il dekabrın 

31-də “Azərbaycan Evi”ndə dünya azərbaycanlılarının   həmrəylik günü 

münasibətilə  yığıncaq keçirildi. Yığıncaq Azərbaycan Respublikasının 

rəhbərliyinə təbrik teleqramları göndərdi. 1993 cü ilin əvvəllərində Bakıda, 

“Azərbaycan Evi”nin filialı yaradılmışdır. Bakı filialının prezidenti Müdir 

bəydir. 

“Azərbaycan Evi”nin təşəbbüsü ilə 1993 -cü ilin yazından Los-

Ancelesin Yüeyels universitetində “Azərbaycan dili” fakültəlsi açılmışdır. 

 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin