AZƏrbaycan ünvanli



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

 

“AZƏRİ” CƏMİYYƏTİ 

(Tolyatti) 

 

Tolyattidəki “Azəri” Cəmiyyəti şəhərdə yaşayan azərbaycanlıları bir 



ictimai təşkilat  ətrafında birləşdirmək məqsədilə yaradılmışdır. Cəmiyyət 

həmvətənlərimizə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, 

xüsusən erməni təcavüzkarlarına qarşı xalqımızın apardığı müharibə 

haqqında operativ, doğru düzgün məlumat çatdırmaq üçün öz fəaliyyətini 

durmadan genişləndirir. Cəmiyyətin üzvləri  şəhər  əhalisi içərisində 

Azərbaycandakı demokratik proseslər barədə, erməni millətçilərinin 

xalqımıza qarşı yaydıqları böhtanların ifşa olunmasına xüsusi diqqət 

yetirirlər. Cəmiyyət Azərbaycanla iqtisadi və  mədəni  əlaqələrin 

möhkəmlənməsi sahəsində  əməli tədbirlərin həyata keçirilməsində 

yaxından iştirak etməyə çalışır. 

 

 

“AZƏRİ” MİLLİ MƏDƏNİ CƏMİYYƏTİ 



(Krasnoyarsk) 

 

Krasnoyarskda azərbaycanlıların milli-mədəni cəmiyyət yaratmaq 

təşəbbüsləri  xeyli  müddət nəticəsiz qalmışdır. Nəhayət, 1990-cı ildə 

“Azəri” Milli-Mədəni Cəmiyyəti yerli inzibati orqanlar tərəfindən 

qeydiyyatdan keçmiş  və  fəaliyyətə başlamışdır. Lakin yerli erməni 

diasporunun səyi nəticəsində  bəzi yerli millətçi qüvvələrin təzyiqi ilə 

yenicə  təşkil olunmuş  Cəmiyyətin fəaliyyəti üçün uzun müddət imkan 

olmamışdır. Yalnız 1992-ci ilin əvvəllərindən Cəmiyyət ciddi iş aparmağa 

başlamışdır. Cəmiyyətin sədri Süleyman Süleymanovdur. Cəmiyyət 

Krasnoyarskda yaşayan azərbaycanlılar və qeyri millətlər  arasında  

təbliğat  işini  gücləndirmişdir. Cəmiyyət bütün  vasitələrdən  istifadə 

edərək Qarabağda ermənilərin vəhşilikləri, rus imperiya ordusunun köməyi 



və texnikası ilə dinc əhaliyə divan tutulması, Xocalı faciəsinin törədilməsi, 

Azərbaycanın sərhədlərində edilən təcavüz və ümumiyyətlə 

respublikamızda baş verən ictimai-siyasi hadisələr barədə  həqiqəti 

krasnoyarlılara çatdırmağa, informasiya blokadasını yarmağa çalışır. 

Cəmiyyətin üzvləri müxtəlif mədəni tədbirlərlə yanaşı, respublikamıza, 

xüsusən milli ordumuza maddi yardım etmiş  və bu işi davam etdirmək 

sahəsində geniş fəaliyyət göstərirlər. 

 

 



“AZƏRİ” CƏMİYYƏTİ 

(Tomsk) 

 

“Azəri” Cəmiyyəti 1990-cı ilin mayında uzaq Sibirin Tomsk 



şəhərində yaranmışdır. Sədri Elman Yusifovdur. Vilayətdə on minə yaxın 

azərbaycanlı yaşayır. Onlar əsasən tələbələr, fəhlələr, biznesmenlər, 

həkimlər və  hərbçilərdir. Tomskdakı azərbaycanlıların bir-biri ilə 

əlaqələrinin möhkəmlənməsində Bakıda 1990-cı il qanlı yanvar hadisələri 

güclü təsir göstərmişdir. Cəmiyyətin üzvləri vilayətdə Azərbaycan 

haqqında həqiqəti yaymağa çalışır. Televiziyada ayda bir dəfə 

“Musulmanskiy vestnik” adlı verilişdən istifadə edərək Azərbaycanda 

demokratik prosesləri işıqlandırır, Qarabağ hadisələri ilə bağlı  mətbuat 

orqanlarında məqalələr çap etdirir, erməni təcavüzkarlarının haqsız torpaq 

iddialarına düşdüklərini tarixi dəlillərlə, tutarlı faktlarla göstərməyə çalışır, 

ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri ifşa edirlər. 

Azərbaycan xalqının apardığı müharibəyə, xüsusən Qarabağ el yardımının 

təşkilində Cəmiyyət xeyli iş görür. 

Cəmiyyət vilayətdə yaşayan azərbaycanlıların vətən torpağı ilə 

əlaqələrinin möhkəmlənməsinə çalışır. Bu məqsədlə milli mənliyin, 

mənəvi varlığın qorunub saxlanılması, yeniyetmələrin vətənə  məhəbbət 

ruhunda tərbiyəsi ilə  əlaqədar tədbirlərin keçirilməsində  fəallıq göstərir, 

Milli bayramlar, xüsusən Novruz bayramı  hər il lazımınca qeyd olunur, 

poeziya axşamları keçirilir, görüşlər təşkil olunur. 

 

 



“BABƏK” AZƏRBAYCAN CƏMİYYƏTİ 

(İvanovo) 

 

Rusiya Federasiyasının vilayət mərkəzi İvanovo şəhərində fəaliyyətə 

başlayan “Babək” Azərbaycan Cəmiyyəti 1988-ci ildə yaranmışdır. 

Cəmiyyətin ilk yaradıcıları İvanovo mühəndis inşaat institutunun tələbələri 

olmuşlar. Cəmiyyət öz fəaliyyətinə  İvanovo  şəhərində Azərbaycan 

günlərinin keçirilməsi ilə başlamışdır. Ermənistandan öz torpaqlarını  tərk 

etməyə  məcbur olan azərbaycanlı qaçqınların ilk dəstələri gəlməyə 

başladığı günlərdə Cəmiyyət qaçqınlar fonduna pul vəsaiti toplanılmasında, 

həmin vəsaitin Bakıya çatdırılmasında fəal iştirak etmişdir. Bakıda 1990-cı 

il faciəli yanvar hadisələri baş verən zaman Cəmiyyətin üzvləri bu barədə 

əhaliyə obyektiv informasiyanın çatdırılması üçün mümkün olan bütün 

vasitələrdən istifadə etmişlər. Cəmiyyət öz fəaliyyətində iki respublika 

arasında iqtisadi, siyasi və  mədəni  əlaqələrin genişlənməsinə, milli 

mədəniyyətimizin həmvətənlərimiz arasında təbliğinə çalışır. 

  

 

“DOSTLUQ” CƏMİYYƏTİ  



(Koqalım) 

 

Tümen vilayətinin Koqalım  şəhərində yaşayan azərbaycanlıların 

“Dostluq” Cəmiyyəti 1991-ci ilin fevralında qeydiyyatdan keçərək 

fəaliyyətə başlamışdır. Sədri Faiq  Ağayevdir. Cəmiyyət öz əsas məqsədini 

vətəndə uzaqda yaşayan soydaşlarımız arasında sıx əlaqə yaratmaqda,  

azərbaycanlılarla başqa millətlərin dostluğunu, qarşılıqlı    münasibətlərini  

möhkəmləndirməkdə görür.  Cəmiyyətin   əsas  bir  məqsədidə 

Azərbaycanla hərtərəfli mədəni və  mənəvi  əlaqələr yaratmaqdır. 

Cəmiyyətin üzvləri Azərbaycandakı hadisələr, ermənilərin torpaqlarımıza    

təcavüzü, vəhşilikləri barədə koqalımlılara məlumat vermək üçün 

videofilimlər, kassetlər, fotosənədlər nümayiş etdirirlər. Eyni zamanda 

“Koqalımski raboçi” və “Neftyanik Koqalıma”  qəzetlərində çıxış edirlər. 

Cəmiyyətin üzvləri Xocalıda, Laçında baş verən hadisələrə  həsr edilmiş 

etiraz mitinqləri keçirmiş, Azərbaycan Milli Müdafiə Nazirliyinin fonduna 

xeyli məbləğdə pul köçürmüşlər. Cəmiyyət Qarabağ torpağında gedən   

müharibə barədə müntəzəm, etibarlı  məlumat almaq üçün Azərbaycanın 

“Qarabağ Nicat Cəmiyyəti” ilə əlaqə yaratmışdır. 

 


 

“NİZAMİ” AZƏRBAYCAN MƏDƏNİYYƏT 

CƏMİYYƏTİ  

(Yekaterinburq) 

 

“Nizami” Azərbaycan Mədəniyyət Cəmiyyəti 1990-cı ildə 

yaranmışdır. Cəmiyyətin yeddi minə kimi üzvü vardır. Yeddi nəfərdən 

ibarət idarə heyəti Cəmiyyətin fəaliyyətinə  rəhbərlik edir. Sədri Malik 

Nağıyevdir. Cəmiyyətin əsas fəalları müxtəlif istehsal sahələrinin, müxtəlif 

ixtisasların, sənət və peşə sahiblərinin, tələbələrin nümayəndələridir. 

Cəmiyyətin üzvlərini bir amal birləşdirir: milli mədəniyyətimizi, irsimizi, 

tariximizi, adət-ənənəmizi tanıtmaq, qoruyub saxlamaq və  təbliğ etmək. 

Cəmiyyət “Qarabağ” ansamblı yaratmış, futbol komandası təşkil etmişdir. 

Cəmiyyət Azərbaycan Mədəniyyət Nazirliyi Respublika Mədəniyyət 

Fondu, Xalq Təhsili Nazirliyi ilə  əlaqə yaratmışdır. Cəmiyyətin nəzdində 

Azərbaycan xalq mədəniyyəti universiteti təşkil edilmişdir.  Şəhər 

qəzetlərində  Cəmiyyətin üzvlərinin məqalələri dərc edilir. Cəmiyyət 

Azərbaycanda gedən ictimai-siyasi proseslər, demokratik dəyişikliklər, 

erməni təcavüzünə qarşı mübarizə haqqında həqiqəti yaymaq sahəsində öz 

işini istiqamətləndirir. 

 

 

“OZAN” MƏDƏNİYYƏT MƏRKƏZİ 



(Samara) 

 

Samara  şəhərində  fəaliyyət göstərən “Ozan” mədəniyyət Mərkəzi 

1990-cı ildə yaradılmışdır. Sədri Elmar Rəsulovdur. Samara vilayətində 40 

mindən artıq soydaşımız yaşayır. Mərkəzin  əsas vəzifələrindən biri 

həmvətənlərimizi bir təşkilat  ətrafında birləşdirmək, onların ictimai-siyasi 

fəallığını artırmaq, milli mədəniyyətimiz və adət-ənənələrimizi qoruyub 

saxlamaq, siyasi və  mədəni həyatında baş verən dəyişikliklərə Samara 

şəhərində və vilayətin digər yerlərində yaşayan azərbaycanlıları müntəzəm 

olaraq tanış etməyi, erməni təcavüzünə  məruz qalan xalqımıza maddi və 

mənəvi kömək göstərməyi də öz əsas vəzifəsi hesab edir. Mərkəzin ayrıca 

kitabxanası var və Azərbaycandan müxtəlif qəzet və jurnallar alır. 

 


  

“ODLAR YURDU” AZƏRBAYCAN MƏDƏNİYYƏT 

 CƏMİYYƏTİ 

 (Ulyanovsk) 

 

“Odlar Yurdu” Azərbaycan Mədəniyyət Cəmiyyəti öz fəaliyyətinə   

1989-cu ilin əvvəllərində başlasa da, yalnız 1990-cı ilin mayında 

Ulyanovsk Vilayət  İcraiyyə Komitəsində qeydiyyatdan keçmişdir. 

Ulyanovsk vilayətində 12 min nəfərdən çox azərbaycanlı yaşayır. Onların 6 

mini Ulyanovsk şəhərinin sakinidir. Cəmiyyətin 4 minə yaxın üzvi vardır. 

Cəmiyyətə idarə heyəti və  Ağsaqqallar  Şurası  rəhbərlik edir. Cəmiyyətin 

sədri  Şakir Göyüşovdur. Cəmiyyət yarandığı ilk günlərdən öz əsas 

vəzifələrindən birini Azərbaycan haqtında, xüsusən Dağlıq Qarabağ   

hadisələri barədə ermənilərin yaydıqları böhtanları  və iftiraları ifşa 

etməkdə görürdü. Bakıda 1990-cı il yanvar faciəsi ilə əlaqədar Cəmiyyətin 

üzvləri tatarların  “Tuqan   Tel”   Cəmiyyəti   ilə   Ulyanovsk   

televiziyasında dəyirmi stol keçirmişlər. Qanlı yanvar hadisələri zamanı 

Bakıda həbs olunmuş  və Ulyanovsk həbsxanasında saxlanılan 

azərbaycanlının bir qrupuna Cəmiyyətin üzvləri vaxtilə mümkün olan 

köməyi göstərmişlər. 

“Odlar Yurdu” Cəmiyyəti Ulyanovskda fəaliyyət göstərən tatarların 

“Tuqan Tel”, almanların “Dirçəliş”, çuvaşların “Kansaş”, rusların “Rus”, 

yəhudilərin “Yəhudi” cəmiyyətləri ilə müntəzəm  əlaqə saxlayır, bir sıra 

birgə  tədbirlər keçirir. Ayda bir dəfə yerli televiziyada Cəmiyyətin 

üzvlərinin çıxışları üçün yarım saat ayrılmışdır. Cəmiyyətin təşəbbüsü ilə 

hər il Milli İstiqlal Bayramı - 28 May və Novruz bayramı təntənə ilə qeyd 

olunur. 

 

 

“TƏBRİZ” AZƏRBAYCAN CƏMİYYƏTİ 

(İrkutsk) 

 

“Təbriz” Azərbaycan Cəmiyyəti 1992-ci ilin iyulunda təşkil olunmuş 

və qeydiyyatdan keçmişdir. Cəmiyyət  İrkutsk vilayətində  fəaliyyət 

göstərən 15 milli cəmiyyətlərdən biridir. İrkutsk vilayətində 4700 

azərbaycanlı yaşayır. Cəmiyyətin fəaliyyətinə büro rəhbərlik edir. Sədri 


Vüqar Hüseynovdur. İrkutskda mövcud olan bütün milli cəmiyyətlər, o 

cümlədən “Təbriz” Cəmiyyəti xarici ölkələrlə dostluq evinin binasında 

yerləşirlər. 

Cəmiyyət xüsusən ukraynalıların milli cəmiyyəti ilə sıx əlaqə yarada 

bilmişdir. Cəmiyyət öz işini qurmaqda respublika təşkilatları ilə  əlaqələri 

möhkəmləndirməyə çalışır, Azərbaycanın ictimai-siyasi həyatında  baş  

verən hadisələrə dair,  xüsusən erməni təcavüzkarlarına qarşı xalqımızın 

aparmalı olduğu müharibə haqqında obyektiv məlumat almaq, əsil həqiqəti 

vilayətdə yaşayan həmvətənlərimiz, geniş ictimaiyyət içərisində yaymağa 

səy göstərir. 

 

 

“XƏZƏR”  CƏMİYYƏTİ  

(Həştərxan) 

 

Həştərxanda yaşayan azərbaycanlıların 1992-ci ilin ortalarında 

yaratdıqları  Xəzər Cəmiyyəti öz fəaliyyətini soydaşlarımız arasında 

mədəniyyətimizi, adətənənələrimizi yaşatmaq, Azərbaycandakı demokratik 

proseslərə, erməni təcavüzünə qarşı aparılan müharibənin gedişi ilə tanış 

etməyə yönəltmişdir. Həştərxanda 30 mindən çox azərbaycanlı yaşayır, 

Cəmiyyət öz ətrafına hələlik onların cüzi bir hissəsini toplamışdır. “Xəzər” 

Cəmiyyəti fəaliyyətini durmadan genişləndirir, Azərbaycanla  əlaqələrin 

möhkəmlənməsinə çalışır. Sərhədlərimizdə və Qarabağda gedən müharibə 

barədə soydaşlarımıza düzgün və obyektiv məlumatlar çatdırmaq üçün 

müxtəlif vasitələrdən istifadə edir. Cəmiyyətin üzvlərinin topladığı xeyli 

miqdarda pul Azərbaycan Müdafiə Nazirliyinə göndərilmişdir. 

 

  

“YURDDAŞ”   AZƏRBAYCAN  MƏDƏNİYYƏT  



CƏMİYYƏTİ  

(Saransk) 

 

Mordvanın Saransk şəhərindəki “Yurddaş” Azərbaycan Mədəniyyət 

Cəmiyyəti 1992-ci ilin oktyabr ayından fəaliyyətə başlamışdır. Onun 

yaranmasında məqsəd Mordva  və Azərbaycan arasında tarixən mövcud 

olan iqtisadi  və  mədəni  əlaqələri daha da möhkəmləndirmək və inkişaf 


etdirməkdir. 200 nəfərə  qədər olan bu Cəmiyyətin sədri  Saransk   

Universitetinin   hüquq   fakütltəsinin III kurs tələbəsi Azər Ələkbərovdur. 

Cəmiyyətin gələcək fəaliyyət planlarında   Şərq  ədəbiyyatı kitabxanasını, 

təsviri sənət muzeyini, Şərq mədəniyyət həvəskarlarının daimi fəaliyyət 

göstərən klubunu yaratmaqdır. Cəmiyyətin fəalları Azərbaycan, Mordva, 

Rusiya, Tatarıstan mədəniyyətlərinin problemlərinə  həsr olunmuş 

konfranslar və seminarlar keçirmək arzusundadırlar. 

Cəmiyyət qərara almışdır ki, Saranskda həftədə bir dəfə ana dilini 

öyrədən kurslar təşkil etsinlər. 

 

 



TATARISTAN 

 

“OĞUZ”   CƏMİYYƏTİ 

(Kazan) 

 

“Oğuz” Cəmiyyəti 1988-ci ilin noyabrından fəaliyyətə başlamışdır. 

Cəmiyyət Tatarıstanda yaşayan on min azərbaycanlının ünsiyyət mərkəzi 

kimi iki türk xalqının mədəni  əlaqələrinin möhkəmlənməsi sahəsində 

səmərəli iş aparır. Cəmiyyətin sədri  İbrahim  İbrahimovdur. Cəmiyyətin 

məqsədi Azərbaycan mədəniyyətini, onun tarixini, Tatarıstanda yaşayan 

digər xalqlarla yaxınlığının təbliğinə, dostluq əlaqələrinin 

möhkəmlənməsinə xidmət etməkdir. Azərbaycanda demokratik qüvvələrin 

hakimiyyətə  gəlməsi, Azərbaycan Respublikasının müstəqillik və 

suverenlik yolunda atdığı  uğurlu addımlar Cəmiyyətin işini xeyli 

fəallaşdırır. Qarabağ münaqişəsində Azərbaycan xalqına dəyən maddi və 

mənəvi ağrılar Cəmiyyətin  üzvləri üçün də sınaq məktəbi olmuşdur. 

Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna 

xeyli miqdarda pul vəsaiti  köçürmüş, dava-dərman göndərilmişdir. 

Cəmiyyətin üzvləri informasiya vasitələrində Azərbaycanda baş verən 

hadisələrin qeyri-obyektiv işıqlandırılmasının qarşısını almaq məqsədi ilə 

Tatarıstan televiziyası  və radiosu ilə  çıxışlar etmiş, yerli qəzetlərdə 

vaxtaşırı təkzibedici materiallar dərc etmişlər. 

“Oğuz” Cəmiyyəti mədəni qurum kimi xalqımızın milli 

bayramlarının qeyd edilməsində, bu bayramlara Tatarıstanda yaşayan 

xalqların nümayəndələrinin cəlb olunmasında geniş  fəaliyyət göstərir. 


Cəmiyyət müxtəlif müəssisələrdə  və  təşkilatlarda musiqi kollektivlərinin 

iştirakı ilə müntəzəm olaraq konsertlər təşkil edir, vaxtaşırı yerli əhali 

arasında xeyriyyə tədbirləri keçirirlər. 

“Oğuz” Cəmiyyətinin üzvləri tatar dostlarının köməyi ilə Kazanın 

İslam mərkəzinin yaxınlığındakı küçə  və meydana dahi şairimiz Nizami 

Gəncəvinin adının verilməsinə nail olublar. İndi həmin meydanda 

Nizamiyə büst qoyulması üçün hazırlıq işləri aparılır. 

 

 



 

TÜRKİYƏ 

 

“AZƏRBAYCAN  DOSTLUQ,  KÜLTÜR VƏ 

SƏNƏT DƏRNƏYİ” 

(İzmir) 

 

Dərnək 1991-ci ilin dekabrında  İzmirdə yaradılmışdır. Sədri Namiq 



Kamal Babaəkərdir. Dərnəyin yaradılması 

İzmirdə yaşayan 

azərbaycanlıların öz mədəniyyətləri ilə yaxından tanış olmaq, gənclərin 

mədəniyyət tariximizi öyrənmələrinə  şərait yaratmaq, xalqımızın 

folklorunu yaşatmaq, Azərbaycandan  İzmirə oxumağa gələn tələbələrə 

kömək etmək məqsədi daşıyır. Dərnəyin üzvləri Azərbaycanın latın 

qrafikalı  əlifbaya keçməsinə kömək məqsədilə Türkiyə üzrə kitab-baxış 

kompaniyası keçirir, Azərbaycana latın  əlifbasında kitab göndərilməsini 

təşkil etməsinə çalışır. 

 

 



“AZƏRBAYCAN   KÜLTÜR   DƏRNƏYİ” 

(Ankara) 

 

“Azərbaycan Kültür Dərnəyi” 1949-cu il fevralın 1-də Ankarada 



M.Ə.Rəsulzadə tərəfindən yaradılmışdır. Dərnəyin ilk sədri Həmid Atanan 

olmuşdur. Dərnəyin fəaliyyətə başlamasını yalnız Türkiyədə yaşayan 

azərbaycanlılar deyil, bütün Türkiyə ictimaiyyəti böyük razılıqla 

qarşılamışlar. Dərnəyin təşkil etdiyi mədəni kütləvi tədbirlərdə, 

Azərbaycan mədəniyyətini,  ədəbiyyatını, tarixini təbliğ etməkdə onun 


ətrafında birləşən azərbaycanlılar xüsusi fəallıq göstərmişlər. 1952-ci ildə 

Dərnək “Azərbaycan” jurnalının nəşrinə başlamışdır. Dərnək öz nəşriyyat 

fəaliyyətini bununla kifayətləndirmir, “Azərbaycan Kültür Dərnəyi 

Yayımları” adlı silsilə nəşrlərin çapına başlayır. Bu silsilədən buraxılan 50-

yə yaxın kitab Azərbaycan mədəniyyətinə,  ədəbiyyatına, tarixinə  həsr 

olunmuşdur. Bu silsilə kitablar içərisində M.Ə.Rəsulzadənin, 

Ə.Yurdsevərin, K.Odərin və başqalarının  əsərləri vardır. Dərnəyin 

nəzdində uzun illərdən bəri folklor rəqs qrupu fəaliyyət göstərir. Bu qrup 

bir çox Avropa ölkələrində Azərbaycan rəqsləri proqramı ilə çıxış etmişdir. 

“Azərbaycan Kültür Dərnəyi”nin fəaliyyətində, onun gördüyü geniş 

səmərəli işdə  əsasən 20-ci illər mühacirləri, daha sonralar ikinci dünya 

müharibəsi zamanı xaricdə qalmaq məcburiyyətində olan mühacirlər iştirak 

etmişlər. Uzun illər  ərzində  Dərnəyin fəaliyyətinə müxtəlif vaxtlarda 

R.Ünsal, Kərim Odər,  Əhməd Yaşat, Cəmil Odelli, İsgəndər Ağüzüm, 

Məhəmməd Kəngərli başçılıq etmişlər. “Azərbaycan Kültür Dərnəyi”nin 

indiki sədri Əhməd Qaracadır. 

 

 

“AZƏRBAYCANI   TANITMA   DƏRNƏYİ” 



(Ankara) 

 

“Azərbaycanı Tanıtma Dərnəyi”nin yaranması Azərbaycana erməni 

təcavüzünün  əsil mahiyyətini dünyaya çatdırmaq zərurətindən irəli 

gəlmişdir. Dərnəyin sədri “Türkiyənin səsi” radiosunun Azərbaycan 

verilişləri üzrə baş redaktoru, dərnəyin nəşr etdiyi “Araz” qəzetinin sahibi 

Seyfəddin bəy Altaylıdır. Dərnəyin yüz nəfərdən çox üzvü vardır. 

Azərbaycana erməni təcavüzünə qarşı Türkiyədə keçirilən siyasi 

nümayişlərin, etiraz mitinqlərinin bir çoxunun təşkilatçısı “Azərbaycanı 

Tanıtma Dərnəyi” olmuşdur. Dərnəyin üzvləri Xocalı faciəsi ilə  əlaqədar 

Ankarada,  İstambulda və digər  şəhərlərdə yaşayan həmvətənlərlə  əlaqə 

yaratmış, xarici nümayəndələrinin və hökumət binalarının qarşısında 

piketlər və nümayişlər təşkil etmişlər. 1992-ci ilin martında ayrı-ayrılıqda 

jurnalistlərin və siyasi partiya rəhbərlərinin müavinlərindən ibarət 

yığıncaqların təşkilində  dərnəyin üzvləri də yaxından iştirak etmişlər. 

Dərnəyin “Araz” adlı qəzeti nəşr edilir. İctimai -siyasi qəzet kimi ayda iki 

dəfə  çıxarılması  nəzərdə tutulan qəzetdə bütün dünyada yaşayan 



azərbaycanlı türklərinin və Azərbaycan Respublikasının dünəni, bu günü 

və sabahından bəhs edən yazılar dərc edilir. 

 

 

“AZƏRBAYCAN TÜRKLƏRİ KÜLTÜR VƏ  



DAYANIŞMA DƏRNƏYİ” 

(İstambul) 

 

“Azərbaycan türkləri Kültür və Dayanışma Dərnəyi” Türkiyədə 

yaşayan soydaşlarımızın, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycan 

mədəniyyətinə, incəsənətinə  və  ədəbiyyatına böyük marağına olan 

tələbatına cavab olaraq yaranmışdır. Sədri Nihad Çətinqayadır. Dərnək 

1989-cu ilin martından fəaliyyətə başlamışdır. Dərnəyin üzvləri 

Azərbaycanın ictimai və 

mədəni təşkilatları ilə 

əlaqələrin 

genişləndirilməsinə, milli mədəniyyətimizin təbliğinə xüsusi əhəmiyyət 

verirlər. Dərnəyin  Əhməd  Əfənin redaktorluğu ilə  nəşr etdiyi “Xəzər” 

(“Azərbaycan türklərinin səsi”) qəzetində Azərbaycanda baş verən ictimai-

siyasi hadisələrə, demokratik hərəkata geniş yer verilir. Qəzetdə 

Azərbaycana qarşı erməni təcavüzü ilə  əlaqədar operativ və obyektiv 

informasiyalar dərc olunur. 

 

 



“AZAD AZƏRBAYCAN HƏMRƏYLİYİ  QRUPU” 

(Ankara) 

 

Qardaş Türkiyə torpağında, məlum olduğu kimi, Azərbaycan milli 

mədəniyyətini təbliğ edən, respublikamızdakı müasir ictimai-siyasi 

vəziyyəti izləyən, öyrənən mədəniyyət mərkəzləri çoxdur. Bu vaxtlar 

Türkiyədəki Azərbaycan Milli Mədəniyyət Mərkəzləri birləşərək qrup 

halında da fəaliyyət göstərmişlər. Lakin sonradan bu qrup yenidən 

parçalanmış, hər bir milli mədəniyyət mərkəzi və cəmiyyəti ayrı-ayrılıqda 

fəaliyyətlərini davam etdirmişlər. 

1993-cü ilin iyul ayında isə   Ankara şəhərində “Azad  Azərbaycan   

həmrəylik qrupu” yenidən bərpa edilmişdir. 

Qrupa Türkiyədə  fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan  

dərnəklərindən əlavə Türk ziyalılar cəmiyyəti, ticarət  orqanları və birjalar 



birliyi, yazıçılar birliyi, elm, ədəbiyyat, sənət əsərləri, məslək birliyi və b. 

daxildir. Bütünlükdə  “Azad Azərbaycan”   həmrəylik qrupu 43 dərnək, 

cəmiyyət və fondu birləşdirir. 

Türkiyənin  demək  olar  ki,  bir çox tanınmış  elm, mədəniyyət, sənət 

xadimləri və  işgüzar adamları Azərbaycan həmrəylik qrupunun üzvü 

olmuşlar. 

 

 

TÜRKMƏNİSTAN 



 

“BALIQÇI” CƏMİYYƏTİ 

(Krasnovodsk) 

 

Türmənistanda xeyli azərbaycanlı yaşayır. Yalnıız Krasnovodsk 



şəhərində üç minə yaxın soydaşımız məskunlaşmışdır. Krasnovodsk 

şəhərində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə  şəhərin balıq 

kombinatında işləyən soydaşlarımız 1992-ci ilin əvvəllərində “Balıqçı” 

Çəmiyyətini yaratmışlar. Cəmiyyətin  məqsədi Azərbaycandakı qaçqınlara, 

yaralılara, müharibə zonasında vuruşan döyüşçülərə yardım etmək, 

Azərbaycanda baş verən hadisələrlə bağlı doğru, düzgün məlumatı 

Türkmənistanda yaşayan həmvətənlərimizə çatdırmaqdır. 

 

UKRAYNA 



“AZƏRBAYCAN  MƏDƏNİYYƏT  MƏRKƏZİ” 

(Kiyev) 

 

Kiyevdəki “Azərbaycan Mədəniyyət Mərkəzi” 1991-ci ildə 



yaranmışdır. Mərkəzdə Kiyevdə yaşayan azərbaycanlı  fəhlələr, tələbələr, 

alimlər, hüquqşünaslar birləşmişlər. Sədri Səməd Yusifovdur. Mərkəzin 

içərisində soydaşlarımızdan başqa digər millətlərin - avarların, tatarların, 

yəhudilərin, rusların nümayəndələri də vardır. Mərkəz öz əsas məqsədini 

müstəqil, demokratik quruluş yaratmaq uğrunda mübarizə aparan 

Azərbaycan və Ukrayna respublikaları arasında iqtisadi, siyasi və  mədəni 

əlaqələri daha da möhkəmləndirməkdə  və inkişaf etdirməkdə görür. 

Mərkəzin üzvləri radio, televiziya və  mətbuat vasitəsilə Azərbaycan 

Respublikasında baş verən demokratik prosesləri, Ermənistanın 


respublikamıza qarşı apardığı elan olunmamış müharibə haqqında həqiqəti 

çatdırmağa çalışırlar. Mərkəzin vaxtaşırı keçirdiyi ictimai-siyasi və mədəni 

tədbirlərdə soydaşlarımızdan başqa Kiyevdə yaşayan digər millətlərin 

nümayəndələri də fəal iştirak edirlər. 

 

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin