AZƏrbaycan ünvanli



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#3896
1   2   3   4   5   6   7   8

MƏRKƏZİ” 

(Kişinyev) 

 

Kişinyev  şəhərində  fəaliyyət göstərən “Azərbaycan Milli adət və 



ənənələri Mərkəzi” Moldovada yaşayan soydaşlarımız arasında milli 

mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması  və  təbliğ 

olunması sahəsində  səmərəli iş aparır. Azərbaycanda baş verən hadisələr, 

xüsusən erməni təcavüzünə  məruz qalan xalqımızın mübarizəsi haqqında 

doğru-düzgün, obyektiv məlumatı yaymaqda, Azərbaycan və Moldova 

respublikaları arasında iqtisadi, siyasi və  mədəni  əlaqələrin 

möhkəmlənməsində  Mərkəzin üzvləri bütün imkanlardan və vasitələrdən 

istifadə etməyə çalışırlar. 

Mərkəz həm də özünün “Araz” adlı qəzetini nəşr etdirir. 

 

 



NORVEÇ 

 

“AZƏRBAYCAN”  ASSOSİASİYASI 

(Oslo) 

 

Norveçin Oslo şəhərindəki “Azərbaycan” Assosiasiyası Bakıda 1990-



cı il yanvar hadisələrindən sonra yaranmışdır. Belə bir Cəmiyyətin 

yaranmasını soydaşlarımız həmin günlər SSRİ  səfirliyinin qarşısında 

keçirdikləri etiraz mitinqləri zamanı  qərarlaşmışlar. Assosiasiyanın ilk 

vaxtlar 120 nəfərə kimi üzvi var idi. Onlar Azərbaycanın ictimai-siyasi 

həyatı ilə tanış olmaq və  vətəndən uzaqda yaşayan soydaşlarımıza 

respublikamızda baş verən hadisələr, erməni təcavüzkarlarının məkrli 

xülyaları barədə  həqiqəti çatdırmaq sahəsində öz fəaliyyətlərini 

genişləndirməyə çalışırlar. Bu məqsədlə Assosiasiya Azərbaycanla 

əlaqələrin möhkəmlənməsi sahəsində bir sıra  əməli tədbirlər hazırlayıb 

həyata keçirmək fikrindədir. 

 

“AZƏRBAYCAN   MƏDƏNİYYƏT   MƏRKƏZİ” 



(Oslo) 

 

Norveçdə yaşayan həmvətənlərimizin təşkil etdikləri “Azərbaycan 



Mədəniyyət Mərkəzi”  1989-cu ildə yaranmışdır. Mərkəzə Kamil Şüai 

sədrlik edir. Mərkəz ədəbiyyatımızı və incəsənətimizi Avropada tanıtmağı 

və yaymağı özünün əsas  vəzifələrindən biri hesab edir. Mərkəz mədəni-

kütləvi tədbirlər, geçələr, sərgilər təşkil edir. Mərkəzin dəvəti  ilə 1990-cı 

ilin martında Norveçdə Azərbaycan mədəniyyəti həftəsi müvəffəqiyyətlə 

keçmişdir. Mərkəzin üzvləri Azərbaycanla  əlaqələrin yaranmasına və 

möhkəmlənməsinə çalışır, milli mədəniyyətimizin təbliğinə böyük 

əhəmiyyət verirlər. 

 

 

ÖZBƏKİSTAN  

 

“AZƏRBAYCAN-ÖZBƏKİSTAN MƏDƏNİ- 

İQTİSADİ ƏLAQƏLƏR MƏRKƏZİ” 

(Səmərqənd) 

 

“Azərbaycan - Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi” 1992-



ci ilin aprelində  Səmərqənddə yaradılmışdır. Sədri Səxavət Ovçeyivdir. 

Səmərqənd vilayətində 6500 nəfərə kimi azərbaycanlı yaşayır.  

Onlar müxtəlif vəzifə  və peşə sahibləridir. Mərkəzin  əsas vəzifəsi 

Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına 

köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın 


adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-

ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların  əlaqələrinin 

möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir. 

Mərkəz “Səmərqənd” qəzetinin bir səhifəsini Azərbaycan türkcəsində 

buraxmağa təşəbbüs göstərmişdir. Eyni zamanda Mərkəz türk, ərəb və fars 

dillərini öyrədən kurslar və Azərbaycan milli xörəkləri mərkəzi açmaq 

niyyətindədir. 

 

 



“QARDAŞLIQ” AZƏRBAYCAN  MƏDƏNİYYƏT  

MƏRKƏZİ 

(Daşkənd) 

 

“Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin 

sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin sədri Allahverdi 

Fərhadovdur. Özbəkistanda 60 mindən çox azərbaycanlı yaşayır. Onların 

hər altı  nəfərindən biri Daşkənddə  məskunlaşmışdır. Mərkəzin  əsas 

məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx  əlaqələr 

yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək, 

milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və 

Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. 

Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının 

apardıqları  işğalçılıq müharibəsi haqqında  əsil həqiqəti açıb göstərmək, 

soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin 

mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə 

və toplanışlarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni 

təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana 

maddi və  mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez 

xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər keçirilir. Mərkəz 

Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm 

dairələri ilə  əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-

etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir. 

Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də 

iştirak edirlər. Birgə  mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol 

arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan da 

nışılır. Belə  tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ 



etmək məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar 

incəsənət ustaları  və özfəaliyyət kollektivləri ilə müntəzəm  əlaqələr 

saxlayır. “Muğam” teatrının, Salyan rayonu özfəaliyyət kollektivlərinin, 

Dəvəçi rayon mədəniyyət evinin “Gülüstani-İrəm” xalq çalğı alətləri 

ansamblının Daşkənddə qastrol səfərləri uğurlu keçmişdir. Mərkəzin 

yaxından iştirakı ilə Azərbaycan Elmlər Akademiyası  Əsaslı 

kitabxanasının təşkil etdikləri sərgilərə, Azərbaycan filmləri festivalına 

minlərlə daşkəndli baxmışdır. Mərkəz Nəvainin və Nizaminin yubiley 

təntənələrini böyük müvəffəqiyyətlə keçirmişdir. 

 

 



RUSİYA    FEDERASİYASI 

 

“OCAQ”  AZƏRBAYCAN    MƏDƏNİYYƏT  

CƏMİYYƏTİ 

(Moskva) 

 

“Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti Moskvada yaşayan 



azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. Cəmiyyət 1989-cu ilin 

oktyabrında Moskva Soveti tərəfindən rəsmi qeydiyyatdan keçmiş, həmin 

ilin dekabrından fəaliyyətə başlamışdır. Sədri Sahib Seyidovdur. Bakıda 

1990-cı il faciəli yanvar hadisələri günlərində yenicə  fəaliyyətə başlamış 

Cəmiyyət informasiya qıtlığına baxmayaraq, geniş  təbliğat işi apararaq 

Moskva ictimaiyyəti arasında  əsil həqiqəti yaymağa çalışmışdır. 1990-cı 

ilin aprel ayının. 13-də “Ocaq” Cəmiyyəti özünün “Ziya” adlı müstəqil 

qəzetinin ilk nömrəsini buraxmışdır. Qəzet ziyalıların köməyi ilə Gəncədə 

nəşr edilmişdi. Qəzet Cəmiyyətin fəaliyyəti ilə bağlı yazılar verməyi, 

Azərbaycanın mədəniyyəti, tarixi haqqında məqalələr dərc etməyi nəzərdə 

tuturdu. Cəmiyyət öz fəaliyyətini Azərbaycandakı demokratik 

dəyişikliklərlə, Moskvada yaşayan soydaşlarımızla respublikanın iqtisadi, 

siyasi və mədəni həyatı ilə əlaqələndirməyə çalışır. 

 

 

“AZƏRBAYCAN  VƏTƏNDAŞLIQ ASSAMBLEYASI” 

(Moskva) 

 


“Azərbaycan Vətəndaşlıq Assambleyası” Respublikamızın 

hüdudlarından kənarda yaşayan azərbaycanlıların səylərini birləşdirməyi

onların Azərbaycanla  əlaqəsini möhkəmləndirməyi, keçmiş SSRİ 

respublikalarının şəhərlərindəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin və 

cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyi qarşısına məqsəd qoymuşdur. 

Assambleyanın 1991-ci ilin mayında Moskvada keçirilmiş  təsis 

konfransında Azərbaycan cəmiyyətlərinin 50-dən çox nümayəndəsi iştirak 

etmişdir. Konfransın iştirakçıları Assambleyanın Nizamnaməsini və 

Məramnaməsini qəbul etmişlər. “Azərbaycan Vətəndaşlıq Assambleyası” 

nın prezidenti Zahid Qocayevdir. 

Assambleya öz fəaliyyətində Azərbaycanın sosial-iqtisadi və mədəni 

inkişafına, xalqların bərabərliyinə, şəxsiyyətin hüquq və azadlığına çalışır. 

Bu təşkilat Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin hüquq və 

sosial müdafiəsinin qorunub saxlanması, xeyriyyəçilik fəaliyyətinə  də 

diqqət yetirir. 

Assambleyanın 1992-ci ilin noyabr ayında keçirilən ikinci konfransı 

xarici ölkələrdə yaşayan soydaşlarımızla  əlaqələrin intensivləşdirilməsi 

sahəsində konkret iş planı müəyyənləşdirilmişdir. 

AVA Moskva şəhərində tez-tez bir sıra mədəni-kütləvi və xeyriyyə 

tədbirləri də keçirir. 

 

 

“RUSİYA-AZƏRBAYCAN DOSTLUĞU  

CƏMİYYƏTİ” 

(Moskva) 

 

1993-cü ilin aprelində Moskvada Xalqlar Dostluğu evində Rusiya-

Azərbaycan Dostluğu Cəmiyyətinin təsis konfransı keçirilmişdir. 

Konfransın iştirakçıları  Cəmiyyətin mərkəzi idarə heyətini, rəyasət 

heyətini, təftiş komissiyasını seçmiş, onun nizamnaməsini qəbul etmişdir. 

Nikolay Baybakov Cəmiyyətin sədri seçilmişdir. Yeni təşkil olunan 

müstəqil bölgələrarası qeyri-hökumət birliyi iki ölkə arasında əməkdaşlığın 

sahmanlanmasına və inkişafına kömək göstərməyi,  ənənəvi  əlaqələri 

dirçəltməyi və möhkəmlətməyi özünün əsas vəzifəsi hesab edir. 

 

 



“BAKILI” CƏMİYYƏTİ 

(Moskva) 

 

1992-ci ilin avqustunda Moskvada Azərbaycanın daimi 

nümayəndəliyinin köməyi ilə  rəsmi qeydiyyatdan keçən “Bakılı” 

Cəmiyyəti “Bakılı Beynəlxalq Mədəniyyət Cəmiyyəti”nin Moskva 

şöbəsidir. Sədri Fuad Quliyevdir Cəmiyyət Moskvada yaşayan keçmiş 

bakılıları öz ətrafın da birləşdirmək, onların əlaqələrini möhkəmləndirmək, 

müxtəlif ictimai-siyasi və mədəni tədbirlər təşkil etmək sahəsində fəaliyyət 

göstərir. 

Cəmiyyət öz gələcək planlarında rəngarəng mədəni maarif işi, 

yazıçıların, bəstəkarların yaradıcılığı ilə tanışlıq, sərgilər, konsertlər, 

xeyriyyə tədbirləri keçirmək nəzərdə tutur. Cəmiyyətin əsas vəzifələrindən 

biri də milliyətindən asılı olmayaraq Moskvada yaşayan Bakılıların 

Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə çalışmaqdır. 

 

 



“AZƏRBAYCAN”   CƏMİYYƏTİ 

(Novosibirsk) 

 

“Azərbaycan” Cəmiyyəti 1992-ci ilin ortalarında Novosibirsk 



şəhərində fəaliyyətə başlamışdır. Cəmiyyətin məqsədi Rusiyanın və başqa 

dövlətlərin xalqları ilə  mədəni, mənəvi və iqtisadi əlaqələri inkişaf 

etdirmək, Novosibirskidəki azərbaycanlılar arasında adət və ənənələrimizin 

saxlanılmasına kömək göstərməklə yanaşı, onlara sosial, hüquqi, mənəvi 

və başqa kömək və yardım etməkdir. Cəmiyyət qısa bir müddət  ərzində 

Azəbaycan Respublikası ilə  əlaqələr yarada bilmişdir. Cəmiyyətin 

təşəbbüsü ilə Novosibirsk televiziyasının “Aksent” Yaradıcılıq Birliyinin 

jurnalistləri Qarabağ da olmuş, Azərbaycan prezidenti və Qafqaz 

Müsəlmanları  İdarəsinin sədri  Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə 

görüşmüşlər. Onların çəkdikləri sənədli film Novosibrskdə göstərilmiş  və 

şəhərin sakinlərinə respublikamızın Ermənistan tərəfindən cəlb edildiyi 

müharibə, onun qəhrəmanları haqqında həqiqəti çatdırmışdır.  Cəmiyyət 

Novosibirskdə  “Şəhriyar”  Azərbaycan ansamblının qastrolunun təşkilində 

də iştirak etmişdir. 

 


 

“DAYAQ”   AZƏRBAYCAN   MƏDƏNİYYƏTİ  

CƏMİYYƏTİ 

(Sankt-Peterburq) 

 

Azərbaycan Mədəniyyət Cəmiyyəti Bakıda 1990-çı il faciəli yanvar 

hadisələrinin təsiri altında yaranmışdır.  İlk vaxtlar Cəmiyyət  əsasən 

fəaliyyətə Azərbaycanda baş verən hadisələr haqqında düzgün informasiya 

yaymaq, mətbuat konfransları keçirməklə başlamışdır. Sankt-Peterburq 

şəhərində 120 mindən çox azərbaycanlı yaşayır. Onların beş min nəfərdən 

çoxu Cəmiyyətin üzvüdür. Cəmiyyətin beş  şöbəsi vardır daxili və xarici 

əlaqələr, mədəniyyət və  təhsil, informasiya-mətbuat xidməti, kommersiya 

və biznes, xəzinə şöbəsi. Hazırda Cəmiyyətin sədri Paşa Rəcəbovdur. 

Cəmiyyətin üzvləri vaxtaşırı Azərbaycanda olur, Qarabağda və 

sərhədlərimizdə ermənilərin xalqımıza qarşı apardığı müharibənin özünü 

dəhşətlərini olduğu kimi vətəndən uzaqda açıqlanmasına çalışırlar. Bundan 

əlavə Azərbaycana davadərmanla, tibb ləvazimatı ilə kömək edilməsində, 

yaralıların müalicəsi ilə  məşqul olması üçün Sankt-Peterburqdan yüksək 

ixtisaslı  həkimlərin gətirilməsində  Cəmiyyətin üzvləri yaxından iştirak 

edirlər. 

Cəmiyyətin təşəbbüsü ilə adət-ənənələrimizin qorunub  saxlanılması,  

ana dilinin yaşadılması üçün müntəzəm fəaliyyət göstərilir. Bu məqsədlə 

Bazar günü məktəbi açılmışdır. Məktəbdə türk dili, tarix və musiqi fənləri 

tədris olunur. Məktəbin bütün maliyyə  xərclərini   şəhərdəki   “Azəri”   

kiçik müəssisəsinin direktoru Ağaismayıl bəy öz üzərinə götürüb. 

Azərbaycan Mədəniyyəti Cəmiyyətinin fəal üzvlərindən biri Fərqanə 

Əzizova Neva sahillərində görülən işlər barədə demişdir: 

-  Əsas işimiz Azərbaycanda baş verən hadisələri olduğu kimi 

yaymaqdır. Bunu isə  yığıncaq və konfranslar vasitəsilə  həyata keçiririk. 

Hər il yanvarın 20-də  şəhidlərimizin illiyini Tatar məscidində  və Kilsədə 

bir qayda olaraq qeyd edirik. Belə mərasimlərə ermənilər də yığışıb gəlirlər 

ki, biz Azərbaycan qaçqınlarıyıq... 

Cəmiyyətin üzvü Xeyransa Mirzəyeva 1990-cı il yanvar hadisələri 

zamanı  “İnam” adlı  qəzet nəşr etdirmişdir. Digər soydaşımız  Şəmsiyyə 

Abdullayeva isə Sankt-Peterburqdakı İncəsənət Akademiyasında oxuyur və 

“Smena” qəzetinin  əməkdaşıdır. Ötən illər  ərzində  Ş.Abdullayeva həmin 



qəzet Qarabağ hadisələri, Azərbaycan tarixi ilə bağlı bir sıra maraqlı 

məqalə və yazıçılar çap etdirmişdir. 

 

 

“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ” 



(Sankt-Peterburq) 

 

Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir təşkilat  ətrafında 

birləşdirmək ideyası əsasən Bakıda 1990-cı il qanlı yanvar hadisələrindən 

sonra irəli sürülmüş və yaradılmışdır. Həmin günlər həmvətənlərimizin bir 

qrupu Bakı hadisələrinə  həsr olunmuş fotosərgi təşkil etmiş, “Svetlana” 

elektron birliyində fəhlələrin iştirakı ilə geniş mitinq keçirmişdir. 1990-cı il 

fevralın 7-də Bakı faciəsinə  həsr olunmuş “Svetlana” adlı xüsusi qəzet 

nömrəsi buraxıldı. Qəzetin nüsxələri tez bir vaxta şəhərin sakinləri arasında 

geniş yayıldı. Yarandığı ilk gündən Mədəniyyət Cəmiyyətinin sədri 

Məcnun Şükürovdur. 

Cəmiyyətin üzvləri  şəhərin sakinləri arasında müntəzəm olaraq 

təbliğat işi aparırlar. Onlar öz çıxışlarında və görüşlər zamanı Azərbaycana 

qarşı Ermənistanın elan olunmamış müharibəsi haqqında həqiqəti yayır, 

erməni millətçilərinin böhtan dolu çıxışlarının ifşa olunmasında fəal iştirak 

edirlər. Cəmiyyət bir sıra mədəni tədbirlərin keçirilməsinə, milli 

mədəniyyətimizin təbliğinə xüsusi diqqət yetirir. Nizaminin 850 illiyinə 

həsr olunmuş Sankt-Peterburq – Gəncə fövqəl marafon veloyürüşünü 

“Poklonnaya qora” idman cəmiyyəti ilə “Azərbaycan Mədəniyyət 

Cəmiyyəti” təşkil etmiş və müvəffəqiyyətlə keçirmişdir. 

 

 



“SANKT - PETERBURQ - AZƏRBAYCAN   İQTİSADİ,    

ELMİ   VƏ   MƏDƏNİ   ƏMƏKDAŞLIQ   

CƏMİYYƏTİ” 

(Sankt-Peterburq) 

 

Sankt-Peterburq vilayətində yaşayan azərbaycanlılar, eləcə  də 



Azərbaycan Respublikasına dərin rəğbət bəsləyən digər millətlərdən olan 

nevalılar bu qədim rus şəhərində yeni bir cəmiyyət yaratmağı  qərara 

almışlar. 


1993-cü ilin iyun ayında Sankt-Peterburqun Fontanka ərazisində 

yerləşən Dostluq Evində  Cəmiyyətin təsis konfransı keçirilmişdir. 

Konfrans iştirakçıları  cəmiyyətin  İdarə heyətini seçmiş, iş planını  təsdiq 

etmiş, Azərbaycan Respublikası hökumətinə teleqram göndərmişlər. 

Sankt-Peterburqla Azərbaycan arasında daha bir ünsiyyət körpüsü 

salan yeni cəmiyyətin üzvləri arasında elm və  mədəniyyət xadimləri, 

işgüzar adamlar çoxdur. 

 

 



“BOZ  QURD” 

(Sankt-Peterburq) 

 

Neva sahillərində soydaşlarımızın yenicə yaratdıqları  təşkilatlardan 



biri də “Boz qurd” adlanır. Onun əsas məqsədi xeyriyyəçilik tədbirləri 

təşkil etmək, Rusiyanın bu ikinci böyük şəhərində yaşayan soydaşlarımızın 

təəssübünü çəkmək və onlara atılan yersiz böhtanların qarşısını almaqdan 

ibarətdir. 

Sankt-Peterburqdakı “Boz qurd”ların maraqlı planları var. Bu 

təşkilatların sədri Sankt-Peterburqda fəaliyyət göstərən “Azərbaycan 

Mədəniyyət Mərkəzi”nin yaradıcısı kimi tanınan Elçin Mirzəbəylidir. 

 

 



 

“AZƏRBACAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ” 

(Nijne-Vartovsk) 

 

Nijne-Vartovsk  şəhərində yaşayan soydaşlarımızın “Azərbaycan 



Mədəniyyət Mərkəzi” öz fəaliyyətində milli mədəni irsimizin təbliğinə, 

xalqımızın adət ənənələrinin qorunmasına xüsusi diqqət yetirir. Cəmiyyətin 

üzvləri, onun sədri Eldar İmanov erməni təcavüzkarlarının Azərbaycan 

torpağında törətdikləri cinayətlərə, qəsbkarlığına qarşı öz etiraz səsini 

ucaldırlar. Cəmiyyətin təşəbbüsü ilə Nijne-Vartovskda yaşayan 

soydaşlarımız Qarabağın qaçqınlarına kömək məqsədilə xeyli miqdarda pul 

toplayaraq göndərmişlər. 

 

 



 

“AZƏRBAYCAN TARİXİ VƏ MƏDƏNİYYƏTİ  

CƏMİYYƏTİ” 

(Kalininqrad) 

 

“Azərbaycan Tarixi və  Mədəniyyəti Cəmiyyəti”nin yaranmasına 



1989-cu ildə  təşəbbüs göstərilsə  də,  əsasən 1990-cı ilin may ayından 

fəaliyyətə başlamışdır. Cəmiyyətin sədri Zaur Məmmədovdur. Kalininqrad 

vilayətindən iki mindən çox azərbaycanlı yaşayır. Onların  əksəriyyəti 

mühəndislər, həkimlər, tələbələr, milis işçiləri və  fəhlələrdir. Cəmiyyətin 

əsas məqsədi Azərbaycanın zəngin tarixini və mədəniyyətini başqa xalqlar 

arasında təbliğ etmək, tanımaqdır. Lakin Cəmiyyətin fəaliyyət dairəsi 

bununla məhdudlaşmır. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, 

demokratik  proseslər  Cəmiyyətin diqqət mərkəzindədir. Cəmiyyətin 

üzvləri Qarabağın dağlıq hissəsində  və  sərhəd bölgələrindəki hadisələri 

həyəcanla izləyir, mümkün olan maddi və  mənəvi köməyi  əsirgəmirlər. 

Azərbaycana qarşı erməni təcəvüzü haqqında informasiya blokadasının 

yarılmasında, Qarabağa dair təhrif olunmuş  məlumatların təkzib 

olunmasında Cəmiyyət vilayət zəhmətkeşləri arasında müntəzəm iş aparır. 

Cəmiyyət Azərbaycanın tarixinin və  mədəniyyətinin təbliğ 

olunmasında xeyli iş görür. Şəhər kitabxanasında Azərbaycan kitabı 

bölməsi fəaliyyət göstərir. Azərbaycanlı  uşaqlara doğma dildə  dərslər 

keçirilməsi təşkil edilmişdir. Azərbaycanın həyatındakı əlamətdar hadisələr 

qeyd olunur. Nizaminin 850 illiyi təntənə ilə bayram edilmişdir. Cəmiyyət 

Berlindəki Alman Azərbaycan, Varşavadakı Türk Cəmiyyəti və başqa 

təşkilatlarla əlaqə yaratmışdır. 

 

 

“AZƏRİ” CƏMİYYƏTİ 

(Dərbənd) 

 

1991-ci ilin əvvəllərində  Dərbənddə yaşayan azərbaycanlı ziyalılar 



arasında Dağıstanda azərbaycanlıların problemlərini həll etmək haqqında 

müəyyən bir təşkilatın yaradılması barədə fikirlər söylənilməyə başlandı. 

1991-ci ilin oktyabr ayında Dərbənddə “Azəri” Cəmiyyəti yarandı  və 

fəaliyyətə başladı. Cəmiyyətin sədri Klim Sultanovdur. Cəmiyyət 

Dağıstanda yaşayan 100 mindən artıq azərbaycanlının bu vaxta kimi yığılıb 


qalmış və həll olunmasını gözləyən problemlərinin həlli sahəsində tədbirlər 

silsiləsi işləyib hazırlamışdır.  İlk növbədə ana dilinin öyrənilməsi, 

mədəniyyət ocaqlarının yaradılması, dövlət strukturlarında 

azərbaycanlıların iştirakı və digər məsələlər Cəmiyyətin fəaliyyət dairəsinə 

daxildir. Cəmiyyət Dağıstan xalqlarının birliyi və həmrəyliyi şüarı altında 

çıxış edir. “Azəri” Cəmiyyəti “Sadval” Cəmiyyətinin liderləri ilə bir neçə 

dəfə dialoq aparmışdır. Onların ləzgi xalqını “birləşdirmək” ideyasının 

xalqların həyatında oynayacağı faciəni dönə-dönə başa salmağa 

çalışmışdır. Cəmiyyətin üzvləri erməni millətçilərinin liderlərinin 

Azərbaycanda ikinci cəbhə açmaq niyyətinin ifşa olunması üçün gündəlik 

iş aparırlar. 

“Azəri” Cəmiyyətinin təşəbbüsü ilə 1992-ci il oktyabrın 31-də 

Dərbənddə Dağıstanda yaşayan azərbaycanlıların birinci qurultayı 

keçirilmişdir. Açılışda qurultay iştirakçılarına Azərbaycan Respublikasının 

prezidentinin, Azərbaycan Parlamentinin və  şeyxülislam Hacı Allahşükür 

Paşazadənin təbrik teleqramları oxunmuşdur. Qurultayın işində 

Azərbaycan Respublikasının və Dağıstan hökumətinin, ictimai təşkilatların 

nümayəndələri iştirak etmişlər. Qurultayın qəbul etdiyi qətnamədə 

Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qarşılıqlı yardım 

haqqında saziş bağlanması, Dağıstan Ali orqanlarında azərbaycanlıların 

təmsil olunması  və onların hüquqlarının qorunması, Dərbənd  şəhərində 

demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsinin qarşısının alınması və 

digər məsələlər öz əksini tapmışdır. 

 

 



“AZƏRİ” CƏMİYYƏTİ 

(Vladiqafqaz) 

 

“Azəri” Cəmiyyəti  Şimali Osetiya Muxtar Respublikasının 



Vladiqafqaz  şəhərində yaradılmışdır. Cəmiyyətin sədri Q.Məmiyevdir. 

Vladiqafqazda azərbaycanlılar  əsrimizin  əvvəllərindən məskunlaşmağa 

başlamışlar.  İndi Vladiqafqazın özündə 1500 nəfər,  Şimali Osetiyada isə 

iki minə yaxın azərbaycanlı yaşayır. Cəmiyyətin  ətrafında  şəhərin adlı-

sanlı azərbaycanlı sakinləri birləşmişlər. Cəmiyyətin  əsas məqsədi milli 

adət  ənənələri, ana dilini yaşatmaq, milli şüurun inkişafına kömək 

etməkdir. Azərbaycanda baş verən demokratik prosesləri təbliğ etmək, 


yerli  əhalidə Azərbaycana olan marağı artırmaqdır. Cəmiyyətin bir 

məqsədi də  Şimali Osetiyada azərbaycanlılarla bağlı abidələrin, tarixi 

əlaqələrin öyrənilməsinə Azərbaycan alimlərinin, tədqiqatçılarının 

diqqətini cəlb etməkdir. 

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin