Dərs deyən müəllimlərin şəbəkəsi yaradılır



Yüklə 8.67 Mb.
Pdf просмотр
səhifə1/4
tarix29.12.2016
ölçüsü8.67 Mb.
növüDərs
  1   2   3   4

Xarici 

tələbələrə 

dərs deyən 

müəllimlərin 

şəbəkəsi 

yaradılır

 

 

 



 

                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 10 (1628) 31 may 2016 - cı il                           Qiyməti 50 qəpik

Azərbaycan Tibb 

Universiteti 

Macarıstan 

universitetləri 

ilə əlaqələrini 

genişləndirir

 “Ginekoloji 

problemlərə 

və riskli 

hamiləliklərə 

müasir 

yanaşma” adlı 

elmi-praktiki 

simpozium

“Elektron tibbin 

multidistiplinar 

problemləri” 

I  Res publika 

elmi-praktik 

konfransı

Rektor imtahanla bağlı 

göstərişlər verdi

BÖYÜK  ELMİ  ŞURADA

BU  SAYIMIZDA 

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə 

Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respub-

lika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

* * * 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 



yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə 

kimi daxil olub. Müstəqil, azad, demokratik respublika 

qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq 

Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xal-

qımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz 

müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdi-

rib.

98 il əvvəl mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal 



Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, 

bu möhtəşəm tarix xalqımızın müstəqillik amalı-

nı daha da gücləndirib.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qo-

vuşan Azərbaycan öz suverenliyini qoruyub sax-

lamağı bacarıb. Ümummilli lider Heydər Əliyev 

müasir müstəqil Azərbaycan dövlətçiliyinin qo-

runması üçün qətiyyətli tədbirlər görüb, ölkədə 

davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. 

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir 

müstəqil Azərbaycan dövləti Prezident İlham 

Əliyevin müdrik siyasəti nəticəsində sürətli inki-

şafını uğurla davam etdirir.

Şərqdə ilk demokratik respublika olan 

Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin 

sonlarında yenidən istiqlaliyyətinə qovuşan 

müstəqil Azərbaycanın şərəfli tarixində böyük 

mərhələnin başlanğıcını qoyub. Xalqımız bu 

şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi 

qeyd edir.



3

2

4

5

3

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

4

YADDA QALAN  

SƏYAHƏT

6


http://www.amu.edu.az

31 may  2016-cı il

2

 



Dövlətçilik  və  siyasi  fəaliyyətinin 

bütün  dövrlərində  xalq  üçün  misil-

siz  xidmətlər  göstərmiş,  müstəqil 

Azərbaycanın  memarı  və  qurucu-

su,  dünya  şöhrətli  siyasətçi  Heydər 

Əliyevin  anadan  olmasının  93-cü  il-

dönümünün  xalqımız  tərəfindən  bir 

neçə gün öncə  qeyd edildiyini deyən 

Sabir  Əliyev  ümummilli  lider  Heydər 

Əliyevin Azərbaycana rəhbərlik etdiyi 

bütün dövrlərdə vətəni və xalqı qar-

şısında, o cümlədən ölkəmizdə bütün 

sahələrin, təhsil və səhiyyənin inkişa-

fındakı  xidmətlərindən  söhbət  açdı. 

Bu siyasətin möhtərəm prezidentimiz 

İlham  Əliyev  tərəfindən  uğurla  da-

vam  etdirildiyini  vurğulayan  S.Əliyev 

ölkəmizdə  ali  tibb  təhsili  sisteminin 

Avropa  təhsil  məkanına  inteqrasi-

yası  və  ali  tibb  təhsilinin  forma  və 

məzmununun  Boloniya  Bəyannaməsi 

prinsiplərinə 

uyğunlaşdırılması-

nın    universitet  kollektivi  qarşısında 

əsas vəzifə kimi qoyulduğuna diqqət 

çəkdi:  “ATU-da  buna  uyğun  olaraq 

ali  tibb  təhsilinin  normativ  hüqu-

qi  bazası  əsasında  təhsilin  Boloniya 

Bəyannaməsinin  müddəalarına  uy-

ğunlaşdırılması cari tədris ilinin sonu 

üçün  başa  çatdırılır.  Belə  ki,  tibbi-

biologiya  ixtisasında  olduğu  kimi, 

2016/2017-ci dərs ilindən başlayaraq 

pediatriya ixtisası üzrə tibb təhsilinin 

əsas təhsili pilləsinə qəbul dayandırı-

lır. 


Müalicə-profilaktika  və  hərbi  tibb 

fakültələrində  də  stomatologiya  və 

əczaçılıq  ixtisaslarında  olduğu  kimi 

cari  dərs  ilinin  buraxılış  kursları  da 

təhsili  Boloniya  Bəyannaməsinin 

prinsiplərinə uyğun başa çatdıracaq-

lar. 

Beləliklə, ali tibb təhsilinin məz mu-



nu  və  təlim  texnologiyaları  nəsil  və 

formaca  yeniləşdirilir,  tibb  təhsilinin 

əsas  təhsili  və  rezidenturada  təhsil, 

innovativ tədris metodikaları və ma-

terialları  ilə  təmin  edilir,  ali  təhsildə 

keyfiyyətin təmin olunması məqsədilə 

Avropa kredit transfer sisteminə keçid 

başa  çatdırılır,  universitetin  maddi-

texniki bazası və strukturu günbəgün 

müasirləşdirilir. 

Sözünə  davam  edən  məruzəçi 

bildirdi  ki,  tibb  təhsilinin  yaxşılaş-

dırılması  məqsədilə  qarşıya  qoyul-

muş  vəzifələri  müvəffəqiyyətlə  icra 

etmək  üçün  universitet  rektorluğu, 

tədris  hissəsi,  dekanlıqlar  və  ka-

fedralarımız  əvvəlki  illərdə  olduğu 

kimi,  2015/2016-cı  tədris  ilinin  yaz 

semestrində də əlindən gələni etməyə 

çalışmışdır.

Yeni Qaydaların tətbiqi ilə əlaqədar 

olaraq  «Kredit  sistemi  ilə  təhsil  alan 

tələbələrin biliyinin qiymətləndirilməsi 

haqqında»  Əsasnamənin  (Təhsil  Na-

zirliyinin 11.09.2008-ci il tarixli 1060 

nömrəli əmri ilə təsdiq edilmiş) 4-cü 

bəndində rektorun əmri ilə dəyişiklik 

edilmişdir.  Tələbə  semestr  boyu 

ərzində fənn üzrə bütün dərslərdə iş-

tirak etdiyi hallarda ona 10 bal, fənn 

üzrə  dərsburaxma  8%-ə  qədər  ol-

duqda  9, 8-16%-ə qədər olduqda 8, 

16-25%-ə qədər olduqda 7 bal verilir. 

Fənn üzrə ayrılmış auditoriya saatları-

nın 25%-dən çoxunda iştirak etmədiyi 

halda tələbə imtahana buraxılmır.

Xarici  tələbələrlə  tədrisin  vəziyyəti 

və  yaz  semestrinin  imtahan  sessi-

yasının  üzərində  dayanan  prorektor 

bildirdi ki, 2015-2016-cu tədris ilinin 

əvvəlindən  ATU-da  22  ölkədən  676 

nəfər  tələbə, 176   dinləyici müraciət 

etmiş (bunlardan 31 nəfəri -YÖK), 18 

nəfəri ixtisasartıran,  20 nəfərə yaxı-

nı rezident, 4 nəfəri doktorant, cəmi 

-    894  nəfər  xarici  vətəndaş  təhsil 

alır: “Bu tələbələrdən 6 nəfəri İordani-

ya dövlət xətti, 113 tələbə isə Türkiyə 

cumhuriyyəti  Seçmə  və  Yerləşdirmə 

Mərkəzi (YÖK) yolu ilə   təhsilini da-

vam etdirir.

2015-2016-ci  tədris  ili  üçün 

müxtəlif  ölkə  və  səfirliklərlə  sıx 

əlaqələr  saxlanılmış,  yeni  əcnəbi 

tələbələrin universitetə cəlb olunma-

sı  üçün  danışıqlar  aparılmışdır.  Belə 

ki,  xarici  tələbələr  dekanı  dosent 

İ.Əfəndiyev  bir  sira  xarici  ölkələrdə 

olmuş və yeni tələbələrin universitetə 

cəlb olunması üçün təbliğat işi apar-

mışdır. 

2015-2016-ci 

tədris 

ilində 


universitetimizdə  keçirilən  Tələbə 

Elmi  Cəmiyyətində,  əcnəbi  tələbə 

gənclərin  2-ci  Ümumrespulika  Foru-

munda və müxtəlif idman yarışlarında 

xarici tələbələr müvəffəqiyyətlə çıxış 

edərək  diplom  və  sertifikatlara  layiq 

görülmüşlər. 

2015-2016-ci 

tədris 

ilində 


universitetimizdə  150  xarici  ölkə 

vətəndaşı təhsil müddətini başa vurur. 

Lakin  onlardan  119  nəfərinin  məzun 

olması  gözlənilir:  “Tədris  ili  ərzində 

tələbələrin  yaşayış  şəraitinin  yaxşı-

laşdırılması universitet rektorluğunun  

və xarici tələbələr dekanlığının daimi 

diqqət mərkəzində olmuşdur. Belə ki, 

dekanlıq  tez-tez  yataqxanada  yaşa-

yan tələbələrin məişət şəraiti ilə ma-

raqlanmış  və  müvafiq  problemlərin 

yerindəcə  həll  olunması  üçün  səylər 

göstərmişdir.” 

 S.Əliyev onu da qeyd etdi ki, kre-

dit  sistemi  ilə  təhsil  alan  tələbələrin 

imtahanları  universitetdə  yaradılmış 

Virtual  Test  Mərkəzinin  köməyi  ilə 

mərkəzləşdirilmiş  şəkildə  kompyuter 

vasitəsilə,  test  üsulu  ilə  aparılır.  Cari 

tədris ilinin yaz semestrinin imtahan 

sessiyası  da  kredit  sistemi  ilə  təhsil 

alan  tələbələr  üçün  həm  semestr, 

həm  də  dövlət  imtahanları  komp-

yuter vasitəsilə, test üsulu ilə həyata 

keçiriləcəkdir.  Universitetin  axırıncı 

kurs tələbələri dövlət imtahanı qabağı  

son  sessiya  imtahanlarına  başlamış-

lar.  Bu  günə  olan  məlumatlara  görə, 

imtahana  buraxılanlardan  15  nəfər 

imtahanlarda  iştirak  etməmiş,  37 

nəfər imtahana buraxılmamışdır. 

Keçən tədris ilinin payız semestrin-

dən  etibarən  imtahan  testlərinin 

ekspertizası  və  qəbulunda  bir  sıra 

dəyişikliklərin  aparıldığını  bildirən 

S.Əliyev  qeyd  etdi  ki,  kafedralarda 

tərtib edilmiş testlər əvvəlcə metodik 

innovasiya  şöbəsində  ilkin  eksperti-

zadan  keçdikdən  sonra  Virtual  Test 

Mərkəzində fənn müəllim-ekspertləri 

tərəfindən  son  ekspertizadan  keçiri-

lir və yalnız bundan sonra imtahanlar 

üçün istifadə edilir. 

Dekanlıqlar  və  tədris  hissəsi 

tərəfindən  tərtib  olunmuş  və  təsdiq 

olunmuş şəbəkəyə uyğun dekanlıqlar 

və  tədris  hissəsi,  kafedralar  və  ayrı-

ayrı  qruplarda  təhsil  alan  tələbələrin 

arzularını  nəzərə  almaqla  imtahan 

cədvəllərini  mövcud  «Əsasnamə»yə 

uyğun  tərtib  etmiş,  kafedraların  və 

tələbələrimizin nəzərinə çatdırmışdır.

Çıxışında  istehsalat  müşavirələrinə 

də toxunan natiq dedi ki,  2015/2016-

cı ilin yaz semestrinin imtahan sessi-

yasına  və  Buraxılış  Dövlət  Attestasi-

yalarına  hazırlığın  növbəti  mərhələsi 

kimi  universitet  rektorunun  müvafiq 

əmrinə əsasən, bütün fakültələrin hər 

bir kursu üzrə istehsalat müşavirələri 

keçirilmişdir. 

Müşavirələrdə  universitetin  pro-

rektorları,  tədris-terapevtik  klinika-

nın  direktoru,  professor  S.Musayev, 

universitet 

Həmkarlar 

İttifaqı 

Komitəsinin sədri, dosent C.Qasımov, 

tədris  şöbəsinin  müdiri,  dosent 

N.Qasımov,  tədris-metodik  və  inno-

vasiya  şöbəsinin  müdiri,  professor 

A.Qurbanov  rektorun  sərəncamına 

əsasən  ayrı-ayrı  iclaslara  təhkim 

edilib,  kafedralarımızı  və  tələbələri 

narahat  edən  bir  sıra  məsələlər  açıq 

müzakirə obyektinə çevrilib.

  Həmin    müşavirələrdə  dekanlığın 

və  hər  bir  kafedra  nümayəndəsinin 

məlumatları dinlənilmiş, tələbələr çı-

xış  etmiş,  qarşıya  çıxan  çətinlikləri 

və buraxılmış nöqsanları aradan qal-

dırmaq  üçün  tapşırıqlar  verilmişdir. 

Bu  müşavirələrdə  imtahan  şəbəkəsi 

tələbələrin nəzərinə çatdırlmış və im-

tahan  cədvəllərinin  tərtib  olunması 

üçün  tələbələrin  rəyi  öyrənilmişdir. 

Çıxışlar  zamanı  tələbələr  kre-

dit  sistemində  bəzi  kafedralarda 

sərbəst  tapşırıqların  çoxluğundan  və 

qəbulunda  çətinlikdən,  bacarıqla-

rın  tədrisinin  yaxşılaşdırılmasından, 

yüksək  balların  kafedra  müdirinin 

icazəsi  olmadan  yazılmamasından, 

mühazirələrin  keyfiyyətinin  aşağı 

və  kurslar  üzrə  differensə  olunma-

dan  oxunmasından,  xəstə  nümayi-

şinin  azlığından,  klinik  kafedralarda 

bəzən tələbələrə real olmayan yüksək 

qiymətin 

yazılmasından, 

ingilis 

dilində  tədris  aparan  müəllimlərin 

dili  mükəmməl  bilməməsindən  və  s. 

şikayət ediblər. 

  Rezidenturanın    qəbul  imtahan-

ları  haqqında da bəhs edən prorek-

tor dedi ki, burada qəbul imtahanları  

Dövlət Attestasiyasından sonra aparı-

lırdı. Artıq bir neçə ildir ki, reziden-

turaya qəbul imtahanları 2 mərhələdə 

aparılır  və  hər  mərhələ  100  balla 

qiymətləndirilir.  Cari  tədris  ili  üçün  I 

mərləhə - baza tibb fənləri üzrə apre-

lin 3-də aparılmış, II mərhələ isə - kli-

nik fənlər üzrə iyul ayına planlaşdırılır. 

Rezidenturaya  2016-cı  il  qəbulu 

üçün 1237 nəfər sonuncu kurs tələbəsi 

və  əvvəlki  illərin  məzunları  müraciət 

etmişdir ki, onlardan 60 nəfəri xarici 

ölkə təhsil müəssisələrini bitirənlərdir. 

Səhiyyə  Nazirliyi  ilə  razılaşdırılaraq 

I  mərhələ  üzrə  müsabiqə  şərti  40 

bal  saxlanılmışdır  (keçən  il  30  bal). 

Sənəd  verənlərin  böyük  əksəriyyəti 

universitetimizin  məzunları  və  ya 

sonuncu  kurs  tələbələridir.    Bu  ilki 

müsabiqənin    nəticələrinin  heç  də 

ürəkaçan olmadığını dilə gətirən natiq 

təəssüflə bildirdi ki, müsabiqə şərtini 

ödəyən  müalicə  işi  və  pediatriya  ix-

tisasları  üzrə  385,  ödəməyənlər  474, 

stolmatologiya  ixtisası  üzrə  müvafiq 

olaraq  36  və  76,  tibbi-biologiya  -  2 

və 19, tibbi-profilaktika ixtisası üzrə 

isə 13 və 32 nəfər olmuşlar. 

Tələbə  Qəbulu  üzrə  Dövlət  Ko-

missiyasının  təqdim  etdiyi  məlumatı 

əsas  gətirən  S.Əliyev  çıxışının  so-

nunda  rezidenturaya  qəbul  imta-

hanlarının  I  mərhələsində  iştirak 

edənlərin,  58%-nin  qeyri-müvəffəq 

qiymət  almasından  təəssüfləndiyini 

söylədi:  “Nəticə  göz  qabağındadır. 

Geniş  izahata,  bəraət  qazanmağa  və 

bəhanə axtarmağa heç bir əsas yox-

dur.  Bu  göstəricilər  yaddaş  biliyinə 

əsaslansa  belə  bizi  qane  etmir. 

Gələcək üçün düşünürəm ki, universi-

tetin nəzdində dərsdən sonra ödənişli 

əsaslarla  keçilmiş  proqramı  təkrar 

etmək, arzusu olanları bu imtahanla-

ra  istiqamətləndirmək  və  hazırlamaq 

məqsədilə  qruplar  yaradıb,  səriştəli 

müəllimlərimizi bu işə cəlb etməliyik.” 

Kafedra  müdirləri  Arif  Əfəndiyev, 

Amaliya  Əyyubova,  İsfəndiyar  İs-

mayılov,  Vaqif  Şadlinski,  Zakir  Qa-

rayev,  tədris-metodik  və  innovasiya 

şöbəsinin  müdiri  Akif  Qurbanov  və 

əczaçılıq  fakültəsinin  dekanı  Tahir 

Süleymanov  çıxışlarında  məruzəni 

qənaətbəxş  qiymətləndirərək  bu 

sahədə  görülən  işlərdən  və  həllini 

gözləyən  problemlərdən  söhbət  aç-

dılar.  Natiqlər  həmçinin    mövcud 

olan bir sıra nöqsanların aradan qal-

dırılması  üçün  təklif  və  rəylərini  də 

bildirdilər.

Məruzə  və  çıxışlarda  səslənən 

fikirlərə  öz  münasibətini  bildirən 

Gəray  Gəraybəyli  müzakirə  olu-

nan  məsələnin  vacibıiyini  önə 

çəkərək 

imtahan 


sessiyasının 

daha  yüksək  səviyyədə  keçməsi  və 

tələbələrimizin  biliklərinin  obyektiv 

qiymətləndirilməsi  üçün  müəllimləri 

məsuliyyətli  olmağa  çağırdı.  Rektor 

bildirdi ki, bu vəzifəyə təyin olunduğu 

qısa  vaxt  ərzində  tələbələrlə  bir  çox 

görüşlər  keçirib,  onların  problemləri 

ilə yaxından tanış olub. Görüş zama-

nı  tələbələrin  şikayətlərini  dinləyən 

rektor  onların  haqlı  narazılıqlarını 

anonim  deyil,  yazılı  qaydada  qəbul 

etdiyini  və    elmi  şuranın  iclasında 

müzkirəyə çıxaracağnı dedi: “Prorek-

tor  Natiq  müəllimlə  birlikdə  II  kurs 

tələbələri  ilə  görüşüm  zamanı  bir 

türkiyəli tələbə qız çıxışında dedi ki, 

bizə  dərsdə  yeni  heç  nə  öyrətmirlər. 

Türkiyədə orta məktəbdə oxuduğumu 

burda ikinci kursda təkrar öyrədirlər. 

Müəllim bütün dərs boyu bizdən sor-

ğu  aparır,  heç  bir  mövzu  söyləmir. 

Ən acınacaqlısı isə bizdən para tələb 

edir. Bu həqiqətdir, bunu tələbə deyir. 

Bu hal bir çox kafedralarda mövcud-

dur.  Belə  əqidəyə  malik  müəllimlərin 

dərs  deməyə  haqqı  varmı?  Yenə  də 

gəlib kadr məsələsinə çıxırıq. Biz kadr 

məsələsinə  çox  ciddi  yanaşmalıyıq. 

Hər hansı güclü idmançı yaxşı məşqçi 

ola  bilmədiyi  kimi,  hər  hansı  həkim 

və  yaxud  virtuaz  cərrah  da  yaxşı 

müəllim  olmaya  bilər.  İndi  aramızda 

elə  müəllimlər  var  ki,  onların  ingilis 

dilindən  anlayışı  belə  yoxdur,  lakin 

xarici tələbələrə bu dildən dərs deyir. 

İndi başqa zamandır. Axı, belələri in-

gilis  dilini  bilmədən  necə  beynəlxalq 

konfranslarda  çıxış  edər,    hansı  bir 

xarici ədəbiyyatdan istifadə edər? Bu 

sadaladığım faktlar gələcəkdə univer-

sitetimizin reytinqini aşağı sala bilər. 

Mən  xahiş  edirəm,  doktoranturaya 

və  yaxud  disteranturaya  təqdimat 

yazanda  əsaslandırılsın.  Siz  təsəvvür 

edin, rezidenturaya müsabiqədə 1146 

nəfərdən  436-sı  40  balı  keçməyib. 

Bunların  118  nəfəri  600,  194  nəfəri 

isə 550-dən yuxarı bal toplayıb,  Tibb 

Universitetinə  qəbul  olunub  və  altı  il 

oxuyaraq hər birimizin kafedrasından 

gəlib  keçiblər.  Gəlin  etiraf  edək,  bu 

nöqsanlar  hələ  bir  çox  problemlərin 

həll  olunmadığını  göstərir.  Bu 

problemlər 

həm 


imtahanlarda, 

həm  də  gündəlik  qiymətləndirmə 

sistemindədir. Tələbələr deyir ki, eyni 

cavaba bir müəllim 8 bal yazır, digəri 

isə 4 bal. Axı bunun bir əsası və yaxud 

bir cədvəli olmalıdır.” 

Rektor  yekun  nitqində  dərsliklərlə 

bağlı yaranmış problemlərə də toxun-

du və bu məsələnin universitetin me-

todik komissiyasında baxılması üçün 

ciddi tapşırıq verdi.  

Sonra  tədris  şöbəsinin  müdiri, 

dosent  Nəsimi  Qasımov,  ATU-  nun 

nizamnaməsinin  4  maddəsində  edil-

miş  dəyişikliklər  və  əlavələr  barədə 

məlumat  verdi.    Şura  üzvləri  qəbul 

olunmuş nizamnaməni yeni redaktədə 

təsdiq etdilər.      

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini həll etməklə öz işini ye-

kunkaşdırdı.

Mənsur ƏLƏKBƏRLI,

Fotolar Cənnətalı Çingizindir

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A



Mayın 23-də Böyük 



Elmi Şuranın növbəti toplantısı 

keçirildi. Toplantını açan ATU-

nun rektoru, professor Gəray 

Gəraybəyli gündəlikdə duran 

məsələləri diqqətə çatdırdıqdan 

sonra universitetin tədris işləri üzrə 

prorektoru, professor Sabir Əliyev 

“Azərbaycan Tibb Universitetində 

2015- 2016- cı tədris ilində Bura-

xılış Dövlət Attestasiyasına və yaz 

semestrinin imtahan sessiyasına 

hazırlığın vəziyyəti, imtahanların 

mütəşəkkil keçirilməsində kollek-

tivin vəzifələri” barədə məruzəsi 

dinlənildi.     

Oxucularımızın nəzərinə

 Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə 

ATU-nun II uşaq xəstəlikləri kafedrasının professoru Hüseyn Həsən oğlu Qabulov 

universitetin elmi katibi təyin olunub və Böyük Elmi Şuranın 25 aprel 2016-cı il tarixli 

iclasında şura üzvləri bu haqda məlumatlandırılıb.

Qeyd edək ki, Hüseyn Qabulov 1965-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan 

olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul 

olaraq 1988-ci ildə institutu müvəffəqiyyətlə bitirib, sonrakı illər təyinatla həkim-

pediatr vəzifəsində çalışib.

1999-cu ildə Azərbaycan Tibb Universitetində “Pediatriya” ixtisası üzrə əyani 

aspiranturaya daxil olan H.Qabulov 2002-ci ildə namizədlik, 2010-cu ildə doktorluq 

dissertasiyası müdafiə edib. 2011-ci ildə dosent, 2013-ci ildə isə professor elmi adı alıb.

2011-ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb 

üzrə Ekspert Şurasının üzvüdür.

II uşaq xəstəlikləri kafedrasının professoru H.Qabulov 2011-ci ildən ictimai 

əsaslarla ATU-nun Tədris Terapevtik Klinikasının II pe di atriya şöbəsinin müdiri 

vəzifəsində calışır. 200-dən çox elmi əsərin, о cümlədən monoqrafiya, dərslik, tədris 

vəsaiti, tədris-metodik tövsiyələr, səmərələşdirici təkliflərin müəllifidir.

31 may      2016-cı il

http://www.amu.edu.az

3

Bu barədə mayın 18-də ATU-



nun xarici tələbələrə dərs deyən 

müəllimlərin toplantısında çı-

xış edən universitetin Beynəlxalq 

əlaqələr üzrə prorektoru, do-

sent Rəhimə Qabulova bildirib. 

Şəbəkənin könüllülük əsasında 

təşkil olunacağını qeyd edən 

R.Qabulova hesab edir ki, şəbəkə 

müəllimlərlə birgə işləmək üçün 

daha effektli olacaq. 

Toplantını giriş sözü ilə açan universitetin Tədris 

işləri üzrə prorektoru, professor Sabir Əliyev xari-

ci tələbələrə dərs deyən müəllimlərin kifayət qədər 

hazırlıqlı,  intellekt  səviyyəsinin  yüksək  olmasına 

diqqət çəkərək bəzi problemlərə də toxunub. Bil-

dirib ki, çox təəssüf ki, müəllimlər arasında elələri 

də  var  ki,  onlar  tələbələrlə  davranışlarına  diqqət 

yetirmir,  auditoriyaya  aid  olmayan  məsələlərdən 

söhbət  açırlar:  “Ancaq  müəllim  bilməlidir  ki,  o, 

tələbəyə tədrisdən başqa kənar söhbətlər etməməli, 

tədrisin  keyfiyyətinin  daha  da  yaxşılaşdırılması 

üçün bütün imkan və  bacarıqlarından maksimum 

istifadə  etməlidir.  Bu  məsələ  hörmətli  rektoru-

muz,  professor    Gəray  Gəraybəylini  də  narahat 

edən məsələlərdəndir. Müəllimlər hər şeydən öncə 

nəzərə almalıdırlar ki, bizdə təhsil alan hər xarici 

tələbə  xalqımız,  dövlətimiz,  universitetimiz  haq-

qında  məlumatlar  əldə  edir,  təssüratları  yaranır. 

Onlar  ölkələrinə  geri  dönən  zaman  ölkəmizin  bir 

növ təbliğatçısına çevrilirlər”.

S.Əliyev xarici tələbələrə dərs deyən müəllimlərin 

ingilis  dilini  mükəmməl  bildiyini,  ingiliscə  təməl 

fənlərlə  yanaşı,  humanitar  və  texniki  fənlərin  də 

tədrisinə  zərurət  yarandığını  qeyd  edib.  Xarici 

ədəbiyyatların  az  olmasına,  hazırkı  tədrisin  mü-

asir  tələb  və  standartlarla  uzlaşması  üçün  qarşı-

da  görüləcək  işlərin  çoxluğuna  diqqət  çəkib.  İrəli 

sürüləcək hər bir əhəmiyyətli təklifin nəzərə alın-

masını təklif edib.

Rəhimə  Qabulova  yaranacaq  şəbəkənin 

əhəmiyyətini  qeyd  edərək,  toplantı  iştirakçı-

larının diqqətinə bir sıra məsələləri də çatdı-

rıb.  Bildirib  ki,  yaradılacaq  şəbəkə  həmçinin 

tədrisin keyfiyyətinə də özünün müsbət təsirin 

göstərəcək: “ Hər kəs bu məqsədlə səmərəli 

hesab etdiyi təklifi verə bilər. Şəbəkənin struk-

turu müəyyənləşdirilməli, xaricdə tibblə bağlı 

nəşr olunan yeni kitab və jurnalların siyahı-

sı  tutulmalı,  lazım  olan  materiallar  tərcümə 

olunmalıdır. Lazımlı dərs vəsaiti və məqalələr 

fakültələrin  metodik  şuralarında  müzakirəyə 

çıxarılmalı, məqbul sayılanlar tərcümə oluna-

raq tədris zamanı istifadə edilməlidir.”

R.Qabulova 

həmçinin 

internet 

saytlarına 

azərbaycan dilində yerləşdirilən materialların ingi-

lis dilində versiyasının zəruriliyinə də toxundu: “Biz 

dünyada saytımız vasitəsilə tanınırıq. Ona görə də 

universitetin fəaliyyətini işıqlandırmaq üçün portalın 

ingilis dili versiyasına ehtiyac var. Universitetimiz nə 

qədər geniş təbliğ olunsa, beynəlxalq arenada imici 

o qədər arta bilər” –deyən R.Qabulova növbəti tədris 

ilində universitetdə Pribaltikadan olan tələbələrin də 

təhsil alacağını diqqətə çatdırdı.

Tədbirdə  bir  sıra  təkliflər  də  səsləndirildi.  Geniş 

müzakirələr əsasında toplantı başa çatdı.



Каталог: uploads -> xeberler -> tebib qezeti 2016
tebib qezeti 2016 -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib qezeti 2016 -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib qezeti 2016 -> Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü
tebib qezeti 2016 -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti 2016 -> BÖYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti 2016 -> Tibb Universitetinin ictimaiyyəti “20 yanvar” şəhidlərini yad etdi
tebib qezeti 2016 -> Əsrin tanınmış neyrocərrah alimi Bakıda Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının
tebib qezeti 2016 -> “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə