Dərs deyən müəllimlərin şəbəkəsi yaradılır



Yüklə 8,67 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix29.12.2016
ölçüsü8,67 Mb.
#3879
növüDərs
1   2   3   4

Nəriman  NAĞIYEV, 

Pediatriya fakültəsinin dekanı, əməkdar 

müəllim, dosent

Heydər  Əliyevin  93-cü  ildönümü  ərəfəsində 

Böyük  Qafqaz  dağ  silsiləsinin  Qızıl  Qaya 

massivində  3751  metr  hündürlükdə  yerləşən 

“Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi 

yürüş uğurla başa çatıb.

Qubanın  Xınalıq  kəndindən  başla-

yan  yürüşə  peşəkar  alpinistlər,  media 

nümayəndələri,  ayrı-ayrı  idarə  və  müəs-

sisə  işçiləri  qoşulub.  Həmçinin  yürüşdə 

Azər baycan  Tibb  Universitetinin  Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin və FAİREX-in 

nəzdində yaranmış Medicus Extreme Clubun 

üzvləri də iştirak edib.

Sərt qayalıqlardan keçən yürüş iştirak-

çıları  2 gün davam edən çətin yolçuluqdan 

sonra Heydər Əliyev zirvəsinə yetişə biliblər.

Bu  yürüşü  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyinin təşkilatçılığı ilə Hava və Ekstre-

mal İdman Növləri Federasiyası təşkil edib. 

Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə 

baxmayaraq  yürüş  iştirakçıları  yüksək 

əhval-ruhiyyə  ilə  “Heydər  zirvəsi”nə  qal-

xaraq  görkəmli  siyasətçi  və  dahi  şəxsiyyət 

Heydər  Əliyevin  xatirəsini  yad  edib.  Son 

illərdə  bu  aksiyaya  qoşulanların  sayı  ötən 

illərlə müqayisədə dəfələrlə artaraq xoş bir 

ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi 

“Heydər  zirvəsi”ni  xalqın  ziyarətgahına 

çevirib.  Zirvəni  ziyarət  etmək  istəyən 

vətəndaşların  arzularının  rahat  şəkildə 

gerçəkləşdirilməsinə şərait yaradılıb.



ATU-nun mətbuat xidməti

Pediatriya fakültəsi- 80

Fakültə fəaliyyəti dövründə 

şərəfli inkişaf yolu keçib

Tələbələrimiz Heydər 

zirvəsini ziyarət etdilər

“Nə? Harada? Nə zaman?” bilik 

yarışmasının qalibləri bəlli olub


http://www.amu.edu.az

31 may   2016-cı il

Fatemeh TAĞIZADEH,

Hazırlıq şöbəsinin dinləyicisi

CANIM AZƏRBAYCAN

Bu gözəl ölkəyə cənnəti-məkan demişəm,

Aləmi inkişafına heyran demişəm.

Cəmalın gördüm, qan damara zor elədi,

Bu canımı millətə qurban demişəm.

Xalqımın haqqını dünya tanısın,

Hərbidə Ermənistanı peşman demişəm.

Dilimiz bir, dinimiz birdi bizim,

Bu məmləkətin dostudur İran demişəm.

Vəsfində nə qədər söz desəm yenə azdı, 

Dil açandan “Canım Azərbaycan” demişəm.

 

“Təbib” qəzetinin əməkdaşları iş yoldaşları 



Arif Məmmədliyə qaynanası 

 Məxmər  Ələkbər qızının 

vəfatından kədərləndiklərini bildirir və 

dərin hüznlə başsağlığı verirlər.

Tədris Terapevtik Klinikanın kollektivi 

III daxili xəstəliklər kafedrasının tədris 

hissə müdiri, dosent 



Elxan Orucovun 

vəfatından kədərləndiyini bildirir və 

mərhumun yaxınlarına dərin hüznlə 

başsağlığı verir.

Tədris Terapevtik Klinikanın kollektivi iş 

yoldaşları Aytən Qasımovaya atası



Tofiq Qasımovun

vəfatından kədərləndiyini bildirir və 

dərin hüznlə başsağlığı verir.

Tədris Cərrahiyyə Klinikanın rəhbərliyi 

və kollektivi cərrahi xəstəliklər kafedrasının  

tibb üzrə fəlsəfə doktoru, həkim-cərrah  

Pərviz Abbasova

atasının

vaxtsız vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı verirlər.

Məmmədova Leyla  Hüseyn qızına  

2007-  ci  ildə  Azərbaycan  Tibb  Uni-

versiteti tərəfindən stomatoloq ixtisa-

sı  üzrə  verilmiş  internatura  vəsiqəsi 

itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin 

V kurs, 146

A

 qrup tələbəsi Əhmədova 



Sevinc İntiqam qızının adına verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayı-

lır.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@amu.edu.az

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 312

  

    

 

 

Kafedraların müdirləri :

- Klinik allerqologiya və immunologiya kursu  

- Histologiya, embriologiya və sitologiya kafedrası 

- Məhkəmə təbabəti kafedrası  



 Kafedraların professorları (elmlər doktorları): 

 

-  Histologiya, embriologiya və sitologiya kafedrası - 1 yer

- Farmakologiya kafedrası  - 1 yer

 Kafedraların dosentləri (fəlsəfə doktorları): 

 

- Nevrologiya və tibbi genetika kafedrası - 1 yer

- Yoluxucu xəstəliklər kafedrası - 1 yer

- Fizioterapiya və idman təbabəti kafedrası  - 1 yer

- Ped.fak.Daxili xəstəliklər kafedrası  - 1 yer

- Epidemiologiya kafedrası - 1 yer

- Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrası  - 1 yer

- Farmakologiya kafedrası  - 1 yer

- Əczaçılıq kimyası kafedrası  - 1 yer

- İctimai fənlər kafedrası  - 1 yer (0,25 vahid )

- Latın dili kafedrası    - 1 yer

- Ümumi və toksikoloji kimya kafedrası  -1 yer (0,5 vahid)

 

 

Kafedraların assistentləri: 



 

- Terapevtik və pediatrik propedevtika kafedrası  - 2 yer

- Terapevtik və pediatrik propedevtika kafedrası  - 1 yer (0,75 vahid)

- Neyrocərrahlıq kursu   -1 yer (0,5 vahid )

- Oftalmologiya kafedrası  -1 yer (0,5 vahid )

- I daxili xəstəliklər və reanimatologiya kafedrası  - 2 yer 

- III cərrahi xəstəliklər kafedrası  -1 yer (0,75 vahid )

- III cərrahi xəstəliklər kafedrası  -1 yer (0,5 vahid )

- Urologiya kafedrası  - 1 yer

- Ped.fak.Daxili xəstəliklər kafedrası - 1 yer (0,25 vahid)

- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası  - 1 yer (0,5 vahid)

- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası  - 1 yer

- Qulaq, burun, boğaz xəstəlikləri kafedrası  -1 yer (0,5 vahid)

- Farmakologiya kafedrası  -1 yer (0,5 vahid)



 Elmi Tədqiqat Mərkəzinin «Toksikoloji» şöbəsi

(kiçik elmi işçi) -1 yer



- Elmi Tədqiqat Mərkəzinin «Bioloji kimya» şöbəsi 

(kiçik elmi işçi) - 1 yer



- Elmi Tədqiqat Mərkəzinin « Patoloji proseslərin 

modelləşdirilməsi və eksperimental terapiya » şöbəsi 

(baş elmi işçi) - 1 yer



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma 

müddəti elan qəzetdə («Təbib» qəzeti, 31 may 2016-cı il) dərc olun-

duğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına yazıl-

mış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23: Telefon: 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRI  TUTMAQ 

ÜÇÜN 

MÜSA BIQƏ ELAN EDIR

 Allah  rəh mət  elə sin!

E.Tarıverdiyeva  1937-ci  il  de-

kabrın  27-də  Bakı  şəhərində 

dünyaya  göz  açıb,  1959-cu  ildə 

N.Nərimanov  adına  Azərbaycan 

Dövlət  Tibb  İnstitutunun  sto-

mato logiya 

fakültəsinin 

ilk 


məzunlarından  olub.  O,  1959-

1963-cü illər də 1 saylı poliklinika-

da  həkim-stomatoloq  vəzifəsində 

çalışıb,  1963-1965-ci  illərdə  Əziz 

Əliyev  adına  Azərbaycan  Dövlət 

Həkimləri  Təkmilləşdirmə  İnsti-

tutunda  klinik-ordinatura  kursu 

keçib.  1965-ci  ildən  həyatının 

sonuna  qədər  –  50  ildən  artıq 

bir  müddətdə  Azərbaycan  Tibb 

Universitetinin  terapevtik  stoma-

tologiya  kafedrasında  fəaliyyət 

göstərərək  baş  laborant,  assis-

tent,  dosent  vəzifələrində  çalışıb, 

yüksək ixtisaslı həkim-stomatoloq 

kadr larının yetişdirilməsində əvəz  -

siz  xidmətlər  göstərib.  E.Tarıver-

diyeva  elmi-tədqiqat  işlərini  yük-

sək  səviyyədə  yerinə  yetirərək 

1972-ci  ildə  nami zədlik  disser-

tasiyası  müdafiə  edib.  O,  çap 

olunmuş  çoxsaylı  elmi  əsərlərin, 

dərs  vəsaitləri  və  səmərələşdirici 

təkliflərin  müəllifi,  uzun  illər  sto-

matologiya  fakültəsinin  elmi  şu-

rasının,  stomatologiya  üzrə  ixti-

saslaşdırılmış  müdafiə  şurasının 

problem və metodik komissiyanın 

üzvü  olub,  dəfələrlə  ölkəmizdə 

və  onun  hüdudlarından  kənar da 

keçirilən beynəlxalq miqyaslı elmi 

forumlarda elmi məruzələrlə çıxış 

edib.

Müəllimlərin 



və 

tələbələ-

rin  sevimlisi  olan  E.Tarı ver di-

ye vanın  dərin  məzmunlu  gözəl 

mühazirələri,  əsl  pedaqoqa  layiq 

məcrada apardığı təcrübə dərsləri 

yaddaşlara  əbədi  həkk  olunub. 

Pedaqoqluq  ona  Allah  vergi-

si  kimi  verilmişdi  və  o,  həkimlər, 

pedaqoqlar  ailəsində  tərbiyə  al-

mış,  F.Əfəndiyev,  Z.Məmmədov, 

A.Sadıqov,  B.Eyvazov,  M.Nə zərli 

kimi alimlərin əhatəsində böyüyüb 

boya-başa  çatmışdı.  Əslən  Şu-

şadan  olan  valideynlərinin  bütün 

gözəl  xüsusiyyətlərini,  Qarabağın 

kübar  qadınlarına  məxsus  bütün 

incəlikləri özündə, öz xarakterində 

cəmləşdirən  E.Tarı verdiyeva  əsl 

ziyalılıq,  əsl  insanlıq  rəmzinə 

çevrilmişdi.  Yüksək  mədəniyyət, 

yüksək  intellekt  səviyyəsini  uşaq 

yaşlarından  canına  hopduran, 

Azər baycanın  görkəmli  həkim-

alimləri 

mühitində 

böyüyən 

E.Tarıverdiyeva 

şübhəsiz 

ki, 


gələcəkdə həkim olmaya bil məzdi.

Esmira  xanım  zəngin  bir  ömür 

yolu  keçərək  öz  bilik  və  baca-

rıqlarını 

ürəkaçıqlığı, 

böyük 


səmimiyyətlə 

həmkarları 

və 

tələbələri ilə bölüşərdi. O, tələbələr 



üçün  inam  mənbəyi,  müdriklik 

zirvəsi  idi  və  tələbələri  üçün  hər 

şeyi  edirdi  ki,  onlar  yüksək  ixti-

saslı  mütəxəssis  olmaqla  yanaşı, 

vətənə,  millətə  məhəbbət  hissilə 

böyüsünlər. Həyatının son illərində 

dosent E.Tarıverdiyeva stomatolo-

giyanın ən mürəkkəb şöbələrindən 

biri  –  “Ağız  boşluğunun  selikli 

qişasının  xəstəlikləri”  –  haqqın-

da  silsilə  mühazirələr  oxuyurdu. 

Onun özünəməxsus həyat mövqe-

yi  var  idi.  Naqisliyə,  ədalətsizliyə 

qarşı dərhal reaksiya verir, həmişə 

ədaləti  müdafiə  edir,  öz  obyektiv 

mövqeyini  qoruyub  saxlaya  bilir-

di.  Dosent  E.Tarıverdiyeva  kafed-

ranın can lı tarixi idi və o, həmişə 

kafedranın  ənənələrinin  qorunub 

saxlanmasına  çalışar,  daim  onun 

köməyinə,  onun  təcrübəsinə, 

onun  müdafiəsinə  ehtiyacı  olan-

ların yanında olardı. Esmira xanı-

mın  qəlb  qapısı  həmişə  dostları, 

həmkarları,  tələbələri  üçün  açıq 

idi. Lakin təəssüf ki, amansız ölüm 

onun  ülvi  arzularını  da  özü  ilə 

birlikdə apardı.

Dosent  Esmira  xanım  Tarıver-

diyeva  bütün  tələbələrinin,  uzun 

illər  onunla  çiyin-çiyinə  işləyən 

həmkarlarının, stomatologiyada ilk 

addımlarını atan gənc həkimlərin, 

bütün onu tanıyanların, dost və ta-

nışlarının,  doğmalarının  qəlbində 

daim  yaşayacaq,  xoş  xatirələrlə 

anılacaqdır.

Allah rəhmət eləsin, qəbri nurla 

dolsun!

Zöhrab Qarayev, Vaqif 

Şadlinski, Zülfüqar Musabəyov, 

Rəna Əliyeva, Məhbubə Vəliyeva, 

Mübariz  Allahverdiyev

Ziyəddin  Məmmədov  

Tarıverdiyeva Esmira Qulam qızı

Azərbaycan tibb elminə və 

tibb ictimaiyyətinə ağır itki 

üz verib. Azərbaycan Tibb 

Universitetinin terapevtik 

stomatologiya kafedrasının 

dosenti Tarıverdiyeva Esmira 

Qulam qızı ömrünün 79-cu 

baharında əbədiyyətə qovuşub.

IDEA  İctimai  Birliyi  hər  il 

çimərlik  mövsümündən  əvvəl 

və  sonra  Bakının  sahilyanı 

ərazilərindən  birində  təmizlik 

aksiyası  həyata  keçirir.  Ənənəyə 

sadiq  qalaraq,  bu  il  də  “Təmiz 

Şəhər” ASC ilə birgə yeni təmizlik 

aksiyası keçiriləcək. 

Aksiya  Ümumdünya  ətraf 

mühitin  mühafizəsi  günündə, 

yəni  5  iyun  2016-cı  il  tarixində 

baş tutacaq.

Qeyd  edək  ki,  iştirakçılar 

bütün  sanitar  normalara  cavab 

verən  ləvazimatlarla  təchiz  olu-

nacaqlar. Aksiyada iştirak etmək 

istəyən  şəxslərdən  ad  və  soya-

dını, eləcə də əlaqə nömrəsini 3 

iyun  tarixindən  gec  olmayaraq 

“təmizlik aksiyası” başlığı altında 

info@ideacampaign.org

 elektron 

poçt ünvanına göndərmələri xa-

hiş olunur.

Aksiya  zamanı  iştirakçılar 

nəqliyyat  və  qida  ilə  təmin  olu-

nacaqlar.

Əlavə məlumat üçün: +994 

12  4976316  nömrəli  telefonla 

əlaqə saxlaya bilərlər.

Məlumat  üçün  bildirək  ki, 

IDEA  İctimai  Birliyi  2011-ci  ildə 

Heydər  Əliyev  Fondunun  vit-

se-prezidenti  Leyla  Əliyeva 

tərəfindən ətraf mühit çağırışları 

ilə  bağlı  ictimai  maarifləndirmə 

və  fəaliyyəti  təşviq  etməklə 

Azərbaycanın  və  Qafqaz  regio-

nunun zəngin təbiətini mühafizə 

etmək  və  onu  gələcək  nəsillər 

üçün  saxlamaq  məqsədilə  təsis 



edilib.

IDEA İctimai Birliyi ATU tələbələrini “Sahillər təmiz qalsın” aksiyasına dəvət edir

ATU-nun mətbuat xidməti

Yüklə 8,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin