Dərs deyən müəllimlərin şəbəkəsi yaradılır


müsabiqəsinin final mərhələsi



Yüklə 8,67 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.12.2016
ölçüsü8,67 Mb.
#3879
növüDərs
1   2   3   4

müsabiqəsinin final mərhələsi 

keçirilib. Müsabiqədən öncə 

şagird və valideynlərin, fənn 

müəllimlərinin, məktəb 

direktorlarının, Bakı Şəhəri üzrə 

Təhsil Idarəsi əməkdaşlarının, 

eləcə də ATU nümayəndələrinin 

qatıldığı rəsmi hissə baş tutub.

GƏNC BİOLOQLARIN YARADICILIQ MÜSABİQƏSİNİN

 FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB 

GƏNC BİOLOQLARIN YARADICILIQ MÜSABİQƏSİNİN

 FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB 

 

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris 

Cərrahiyyə Klinikasında “Azərbaycan-Türkiyə 

1-ci endokrin günləri” konfransı keçirildi.

 

T

ədbirdə 



Türkiyədən 

dəvət 


olunmuş 

mütəxəssislər, Tibb Universitetinin elmi işlər 

üzrə  prorektoru,  professor  İbrahim  İsayev, 

Tədris Cərrahiyyə Klinikasının direktoru, professor 

Nuru Bayramov, klinikanın baş həkimi, dosent Asi-

man  Həsənov,  eyni  zamanda,  klinikanın  həkim  və 

rezidentləri iştirak edib.

Konfransı  açıq  elan  edən  ATU-nun  elmi  işlər  üzrə  prorektoru, 

professor  İbrahim  İsayev  tədbir  iştirakçılarına  Tibb  Universitetinin 

fəaliyyəti haqqında geniş məlumat verdi. O qeyd etdi ki, universitet 

klinikalarının yaranmasında ümumilli lider Heydər Əliyevin çox böyük 

rolu olub. “Tibbə, səhiyyəyə diqqət ayıran Heydər Əliyevdən sonra, 

cənab prezident İlham Əliyev də bu diqqətdən kənar qalmayıb, Tibb 

Universitetinin  nəzdində  fəaliyyət  göstərən  klinikaların  yaranma-

sında böyük töhvələri olub. Əvvəl Stomatoloji Klinika yarandı. Daha 

sonra onkoloji, son illərdə isə iki böyük klinika Azərbaycan Tədris 

Cərrahiyyə Klinikası və Tədris-Terapevtik Klinikasının yaranmasında 

bilavasitə iştirak etdi.

Klinikaları avadanlıqlarla təchiz etdi və öz xeyir duasını verdi”. 

Professor  İ.İsayevin  sözlərinə  görə,  klinikaların  təkmilləşməsində 

türkiyəli  həkimlərin  də  böyük  köməkliyi  olub:  “Bizim  həm  dilimiz, 

həm dinimiz, həm də adətlərimiz yaxındır. Hər sahədə yeni işə baş-

layanda, türkiyəli həkimlər təmənnasız olaraq bizə yardımçı olublar. 

Demək olar ki, Türkiyənin əksər universitetləri ilə tələbə mübadiləsi 

edirik. Bizim əməkdaşlığımız bundan sonra da davam edəcək”.

İ.İsayev sonda universitet rəhbərliyi adından Türkiyədən gələn qo-

naqlara öz təşəkkürünü bildirdi.

Tədbirdə iştirak edən deputat, opt.dr. Ceyhun İrgil Azərbaycanda 

olduğundan  məmnunluq  hissi  keçirdiyini  bildirdi  və  endokrin 

cərrahiyyəsi haqqında tədbir iştirakçılarını məlumatlandırdı: “Tiroid 

cərrahiyyəsində əvvəl hər kəsi əməliyyat edirdik. Ancaq çox şükür 

ki,  son  illərdə  tiroid  əməliyyatlarının  90  faizinin  gərəksiz  olduğu 

iddia edilir. İndi sadəcə 10 faiz əməliyyatlarımız olur. Nə qədər az 

əməliyyat etsək, bizim üçün bir o qədər yaxşı olar”. 

Daha  sonra  professor,  dr.  Seher  Demirer  Azərbaycanla  bağlı  öz 

təəssüratlarını bölüşdü: “Türkiyə torpaqlarından kənarda, başqa bir 

coğrafiyada mənim soydaşlarımla birlikdə olmağım, eyni dildə da-

nışmağımız, eyni inanclara sahib olmağımız məni çox xoşbəxt etdi. 

Burada olmaq mənim üçün qürurvericidir”.

Seher Demirer onu da bildirdi ki, hazırda onların universitetlərində 

təhsil  alan  azərbaycanlı  tələbələr  var  və  onlarla  işləmək  türkiyəli 

həkimlərə zövq verir.

Qeyd  edək  ki,  konfrans  Azərbaycan  Respublikası  Səhiyyə  Nazir-

liyi,  Azərbaycan  Tibb  Universiteti,  Fatih  Universiteti  Tibb  Fakültəsi 

Xəstəxanası,  Ərzurum,  Atatürk  Universiteti,  “Sağlamlıq  Naminə 

Təbiblər”  İctimai  Birliyi,  Ankara  Tibb  fakültəsi  və  Bursa  Omena 

Cərrahi Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirildi.

“Azərbaycan-Türkiyə 

1-ci endokrin günləri” 

konfransı

ATU-nun mətbuat xidməti

 “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir 

yanaşma” adlı 

elmi-praktiki simpozium

M

ayın 20-də Azərbaycan 

Tibb Universitetinin (ATU) 

Tədris Cərrahiyyə Klinikasında 

yerli və Türkiyədən dəvət olunmuş 

mütəxəssislərlə birgə “Ginekoloji 

problemlərə və riskli hamiləliklərə 

müasir yanaşma” adlı elmi-praktiki 

simpoziumu keçirildi.


http://www.amu.edu.az

31 may  2016-cı il

6



Tələbələr arasında keçiri-

lən “Famelab” yarışması bu gün-

lər 

də başa çatıb. Yarışmanın 

məqsədi dəqiq elmlər, texnolo-

giya, mühəndislik və tibb kimi 

sahələrdə təhsil alan və işləyən 

insanları, bacarıqlı kommuni-

katorları ortaya çıxarmaqdan 

ibarət idi.

Sevindirici  haldır  ki,  Azərbaycan 

Tibb  Universitetinin  tələbəsi  də  Britsh 

Council-un  Qafqaz  Universiteti  ilə  birgə 

keçirdiyi  bilik  yarışmasında  yarımfinal 

mərhələsinə çıxıb.

ATU-nun II müalicə-profilaktika fakültə-

sinin I kurs tələbəsi Fidan Bəylərova deyir 

ki,  “Famelab”  haqqında  elanı  görən  an-

dan onda yarışmada iştirak etmək həvəsi 

baş  qaldırıb:  “Online  qeydiyyatdan  keçib 

yarışmaya  iştirak  haqqı  qazandım.  Daha 

sonra  isə  yarımfinala  vəsiqə  qazanan  30 

nəfərdən biri ola bildim. Onlardan yalnız ilk 

yerləri  tutmuş  10  nəfər  final  mərhələsinə 

çıxa bilərdi”.

Fidan  Bəylərovanın  sözlərinə  görə,  iş-

tirakçılar  3  dəqiqə  ərzində  özlərinin  seç-

diyi  müəyyən  mövzu  haqqında  məlumatı 

qeyri-peşəkar auditoriyaya çatdırmalı olub-

lar.  Konkret  meyarlara  əsasən  çıxışlar  5 

nəfərdən ibarət münsiflər heyəti tərəfindən 

qiymətləndirilib.

ATU-nun  tələbəsi  “Tibbi  simvollar  və 

emblemlər”  mövzusu  ilə  bağlı  çıxış  edib. 

O, gündəlik həyatımızda hər birimizin 

rast gəldiyimiz tibbi simvollar (məsələn 

apteklərdəki ilan və qədəh təsviri, qır-

mızı xaç və aypara və s.) haqqında audi-

toriyaya ətraflı məlumat verib: “Əsasən 

4 simvol haqqında qısa məlumat ver-

dim  -  Asklepi  əsası,  qədəhə  sarılmış 

ilan,  qırmızı  xaç  və  aypara,  həyat  ul-

duzu.  Bunlardan  əlavə  ilan  təsvirinin 

tibbi  simvolikadakı  rəmzi  mənası  və 

yeri barədə də ümumi məlumatı audi-

toriyaya çatdırdım. Təəssüf ki, mövzu 

çox geniş olduğundan, zamanla bağlı 

problem  yaşadım.  Bununla  belə  auditori-

yanın diqqətini cəlb edə bildim. Çıxışımın 

mətnini İngilis və Azərbaycan dillərində ha-

zırlamışdım”.

Birinci kurs tələbəsi olan Fidan deyir ki, 

bu,  onun  geniş  auditoriya  qarşısında  ilk 

çıxışı  idi.  Digər  yarımfinal  iştirakçılarının 

hamısı  yuxarı  kurs  tələbələri  olublar:  “İlk 

çıxışım  olduğu  üçün  olduqca  həyəcanlı 

idim,  amma  çalışırdım  ki,  bunu  auditori-

yaya və münsiflərə hiss etdirməyim. Final 

mərhələsinə vəsiqə qazana bilməsəm də, 

münsiflər  tərəfindən  müsbət  rəy  aldım. 

Onların  səsləndirdiyi  iradlar  isə  gələcək 

fəaliyyətimə yardım olacaq”.

ATU  tələbəsi  bildirir  ki,  “Famelab”  ya-

rışması  onun  üçün  bir  çox  baxımdan 

əvəzolunmaz  təcrübə  olub.  O,  belə 

tədbirlərdə  iştirak  etməyin  şərtlərini 

öyrənib,  yaxşı  vaxt  keçirməklə  yanaşı, 

həm də müxtəlif universitetlərin tələbələri 

arasında  yeni  tanışlar  qazanıb.  Fidan 

Bəylərova gələcəkdə ATU-nun adını daha 

yüksək kürsülərdən səsləndirmək uğrunda 

çalışacağını bildirib.

ATU-nun mətbuat xidməti

ATU-nun tələbəsi müsabiqənin yarımfinalında uğurla çıxış edib

Bu günlərdə ümumi   gigiyena və 



ekologiya kafedrasının  baş muəllimi, 

tibb üzrə fəlsəfə doktoru  Abdullayeva 

Atiqə Ağa qızının 60 yaşı tamam olub.  

 

 

Ömrünün  60-cı baharını yaşayan  

Atiqə xanım Bakı şəhərində ziyalı 

ailəsində dünyaya gəlib. Orta məktəbi 

bitirdikdən sonra Azərbaycan 

Dövlət Tibb Institutunun sanitariya-

gigiyena fakültəsinə daxil olmuş 

və oranı 1979-cu ildə bitirmişdir. 

1982-ci ildən Bakı şəhərinin müxtəlif  

xəstəxanalarının  və Elmi-Tədqiqat 

Mamalıq və Ginekologiya Institutunun 

laboratoriyalarında həkim-laborant 

vəzifəsində işləmişdir.

  

A.Abdullayeva    2002-ci  ildən 

indiyə    kimi  Ümumi  gigiyena  və 

ekologiya    kafedrasında  çalışır. 

2009-cu  ildə  namizədlik  disser-

tasıyası  müdafiə  edərək  alimlik 

dərəcəsi almışdır.

Atiqə  xanım  hazırda  kafedra-

nın    elmi-tədqiqat  işlərinin  yerinə 

yetirilməsində    iştirak  edir,  45 

çap  olunmuş  elmi  məqalənin 

müəllifidir.  O,  kafedranın  və  Uni-

versitetin  ictimai  işlərində  fəal  iş-

tirak  edir,  ona  verilən  tapşırıqla-

rı  vaxtında  və  yüksək  səviyyədə 

yerinə  yetirir.  Atiqə  xanım  uğurlu 

pedaqoji  fəaliyyəti,  çalışqanlığı, 

tapşırılan  işə  məsuliyyətlə  yanaş-

ması və yüksək  daxili intizamı ilə 

həm tələbələrin, həm də kafedra-

nın  professor-müəllim  heyətinin 

rəğbətini qazanmışdır.

Kafedranın  əməkdaşları  Atiqə 

xanımı  ürəkdən  təbrik  edir,  ona  

təcrübəli  müəllim,  qayğıkeş  ana, 

mehriban  və  əziz  nənə  kimi  uzun 

ömür,  can  sağlığı  və  işlərində 

uğurlar arzu edir. 



Elmira ABASOVA,

 Ümumi gigiyena və ekologiya 

kafedrasının dosenti 

ƏZİZ HƏMKAR, 

SEVİMLİ MÜƏLLİM

“M

ersedes” markalı  avto-

busumuz Azərbaycan 

Tibb Universitetinin həyətindən çıxıb 

Bakı-Quba yolu ilə istiqamət götür-

dü. ATU  Həmkarlar İttifaq Komitəsi 

üzvlərinin böyük  əksəriyyətinin təmsil 

olunduğu bu iki günlük səyahət turu 

respublikamızın dilbər guşələrindən 

olan Qusar rayonuna idi.

Universitetimizin  rektoru,  profes-

sor  Gəray  Gəraybəylinin  tövsiyəsi  ilə 

əməkdaşların  mənalı  istirahətinin 

təşkili məqsədi daşıyan bu cür səyahət 

turlarının  il  boyu  davam  etdirilməsi 

nəzərdə tutulub. 

Avtobus yol boyu şütüyüb irəlilədikcə  

şəhərin  qarışıq  havasından  ayrılmış 

insanlar    xoş bir əhval-ruhiyyə ilə şi-

rin söhbət edir, deyib-gülür, istirahəti 

təşkil edənlərə razılıq edirdilər. 

 Təbiətin məftunedici gözəlliyindən 

doymaq  bilməyən  səyahət  iştirakçı-

ları  Azərbaycanımızın  yaşıl  çöllərini, 

bağ-bağatlı  yaşayış  məntəqələrini, 

atlas  yarpaqlı  meşələrini  heyranlıq-

la seyr edə-edə üç saatın tamamında 

Qusar rayon mərkəzində   yaraşıqlı bir 

binanın önündə  avtobusdan endilər. 

Bura Səhiyyə İşçiləri Həmkarlar İttifaqı 

Azərbaycan  Respublika  Komitəsinin 

göz oxşayan, könül açan “Şəfa” sağ-

lamlıq düşərgəsinin həyəti idi.

Yol  boyu  əməkdaşları  məlu matlan-

dıran  universitetin  Həmkarlar  İttifaqı 

Komitəsinin  sədri,  dosent    Cahangir 

Qasımov  səyahətçiləri  səmimiyyətlə 

qarşılayan    “Şəfa”  sağlamlıq  oca-

ğının  direktoru  Zeynəddin    Xas-

metovu  təqdim  etdi.  Əməkdaşları 

gülərüzlə,  mehribanlıqla  qarşılayan 

Zeynəddin  müəllim  düşərgə  barədə 

ətraflı  məlumat  verdi.  Eyni  zamanda 

düşərgənin  təşkilində  və  yaradılma-

sında Səhiyyə İşçiləri Həmkarlar İttifa-

qı Respublika Komitəsinin sədri Emin 

Əfəndiyevin böyük əməyini qeyd etdi.

 İlk gəzinti məkanı Şahdağ Qış İdman 

İstirahət Kompleksi oldu. Son illər bu-

rada möhtərəm prezidentimiz  İlham 

Əliyevin  xüsusu    təşəbbüsü  və  qay-

ğısı  sayəsində  yaradılmış  adıçəkilən 

idman  istirahət  kompleksində  bö-

yük  işlər  görülmüşdür.  Təbiətin  bu 

əsrarəngiz guşəsi insan əlləri ilə daha 

da  gözəlləşib.  Biri-birindən  yaraşıq-

lı    binalar,  meydançalar,  dincəlmək  

üçün  düzəldilmiş  oturacaqlar  bu 

yerləri daha da cana gətirmişdi.

  Göy  üzündə  qartal  kimi  uçuşan 

kanatlar  bir  tərəfdən  insanları  dağın 

üstünə daşıyır, o biri tərəfdən qaytarıb 

gətirirdi.  Universitet  əməkdaşları  ka-

natlarla  gəzintiyə  çıxdılar.  Kanatların 

qalxdığı yüksəklikdə də xeyli yaraşıqlı 

tikililər diqqəti çəkirdi.

Bu  gəzintidə  universitetin  tanın-

mış  professor-müəllim  heyəti  iştirak 

edirdi. Bu gözəlliklərlə bağlı onlar da 

məmnunluqlarını bildirdilər.

Bir  yandan  insanın  yaratdı-

ğı  xarüqələr,  bir  yandan  da  lacivərd 

göylərdən  axıb  gələn  sərin,  baldır-

ğan, lilpar qoxulu məcun hava seli və 

ətrafın füsunkar gözəlliyi səyahətçiləri 

heyran qoydu.

Qartalların  qıy  vurub  başımı-

zın  üstündə  dövrə  vurduğu    qoca  

Şahdağına  ehtiramımızı  bildirərək 

“Şəfa”ya dönürük. Yol boyu gözümüz 

gözəllikdən, ruhumuz saf, təmiz, yar-

pız ətirli havadan doymaq bilmirdi...

Şam yeməyi çox mənalı, məzmunlu 

keçdi.  Süfrəyə  düzülmüş  nemətlər 

bolluğu öz yerində, sazın sədaları al-

tında səslənən  mahnılar, şeir parça-

ları,  alimlərin  çıxışları  çox  mənalı, 

yaddaqalan oldu. Universitetin kafed-

ra  müdirləri,  professorlar,  dosentlər 

öz ürək sözlərini dedi,  xüsusilə pro-

fessor İbadulla Ağayevin səsləndirdiyi  

şeir  parçaları  və  Balabəy  Səfərovun 

sazda ifa etdiyi mahnılar gecəyə  xü-

susi bir rəng qatdı.

Ertəsi  gün  tezdən  hər  cür  qayğı, 

qulluqla  qarşılandığımız  “Şəfa”nı  tərk  

etməli  olduq.  Səmimiyyəti  ilə    yadda 

qalan Ziynəddin müəllim əməkdaşları  

yola  salmağa  çıxdı  və  “sizi  yola 

salarkən  demək  istərdim  ki,  kaş  bu 

mənzərəyə, bizim bu Qusara bir şeir 

də həsr etmiş olaydınız”- dedi.

Qoca Qaf dağının sehrinə düşüb,

Təmiz havasını udmağa gəldim.

Səsimi zirvədə şahin qıyına,

Şəlalə səsinə qatmağa gəldim.

Bu  qonaqpərvər  məkandan  ay-

rıldıq  və    avtobusumuz    Nabrana 

istiqamət götürdü.

Əməkdaşlarımız  onlara  doğma 

olan  Nabrandakı  “Təbib”  istirahət 

düşərgəsində  ehtiramla  qarşılan-

dı.  Bura  gəlməkdə  məqsəd  yay 

tətilində  ATU-nun  əməkdaşlarının 

istirahətini  “Təbib”  düşərgəsində 

daha  mənalı  təşkil  etmək  üçün 

düşərgədə  görülən  yenidənqurma 

işləri ilə tanış olmaq idi. 

“Təbib”  düşərgəsinin  ərazisini 

gəzdik, 

idman 


meydançasını 

nəzərdən  keçirdik,  əməkdaşlar 

düşərgə barədə fikirlərini söylədilər 

və  məlum  oldu  ku,  hələ  görüləsi 

bir sıra işlər var. Səyahət iştirakçı-

ları əmin olduqlarını bildirdilər ki, 

universitetin  rəhbərliyi  “Təbib”in 

yenidən qurulmasına xüsusi qayğı 

ilə yanaşacaqdır.                                                                                                          

“Təbib”  düşərgəsinin  ziyarətin-

dən sonra iki günlük səyahət turu 

başa çatdı.

Şahdağdan başlamış mavi Xəzərə 

qədər olan ilahi gözəllik və insan-

ların biri-biri ilə qurduğu ünsiyyət  

xoş bir təəssürat olaraq Tibb Uni-

versiteti əməkdaşlarının  yaddaşı-

na həmişəlik həkk olundu.



Eldar ISMAYIL

YADDA QALAN  SƏYAHƏT



31 may      2016-cı il

http://www.amu.edu.az

7

Azərbaycan  Tibb  Universitetində  Tələbə 



Həm karlar  İttifaqı  Komitəsinin  təşkilatçılığı  ilə 

“Nə? Harada? Nə zaman?” (NHN) intellektual bi-

lik yarışması üzrə ATU NHN Kuboku təşkil olu-

nub.


Yarışa həmçinin ATU-nun Apoptoz İntellek-

tual Oyunlar Klubu təşkilati dəstək verib.

Qalib  komandalara  kubok,  medal  və  digər 

qiymətli hədiyyələr təqdim olunub.

İlk  üç  yeri  müvafiq  olaraq  İnvictus  (1)  ,Şeş-

Qoşa (2), Paradoks (3) komandaları bölüşüblər.



Ö

lkəmizdə tibb təhsi­

linin inkişa 

fında Azər­

baycan Demokratik Res­

publikası tərəfindən 1919­cu ildə 

yaradılmış Azərbaycan Dövlət Uni­

versitetinin (indiki BDU) tərkibində 

fəaliyyət göstərən tibb fakültəsinin 

müstəsna rolu olmuşdur.

1930-cu  ildə  həmin  fakültənin  bazası 

əsasında 2 fakültədən ibarət  (müalicə-

profilaktika  və  sanitariya-gigiyena) 

müstəqil Azərbaycan Tibb İnstitutu yara-

dılmışdır (1991-cı ildə  Universitet statusu 

almışdır) Bu tarixi hadisə ölkəmizdə tibb 

təhsilinin və səhiyyənin inkişafı üçün mü-

hüm addım idi.

Sonrakı  10  illiklərdə  dövrün  tələbinə 

uyğun  olaraq  müxtəlif  ixtisaslar  üzrə 

həkim  kadrları  hazırlamaq  məqsədi  ilə 

yeni  fakültələr  yaradılmış  və  hazırda 

onların  sayı  7-dir  (müalicə-profilaktika 

fakültəsi I və II, pediatriya, tibbi-profilak-

tika, stomatologiya, əczaçılıq, hərbi tibb 

fakültəsi).

Azərbaycanda  o  dövrdə  uşaq 

səhiyyəsi  sahəsində  çalışan  həkimlərin 

az  olması,  xəstəliklərin  geniş  yayılması 

və uşaq ölümü hallarının yüksək olması 

həkim-pediatr  kadrlarının  hazırlanma-

sı  məsələsinin  vacibliyini  meydana  çı-

xardı.  Bu  məqsədlə  1932-ci  ildə  ATİ-də 

ana və uşaq mühafizəsi fakültəsi açıldı. 

Bu fakültədə 2 ixtisas üzrə (mamalıq və 

ginekologiya, pediatriya) mütəxəssis ha-

zırlamaq nəzərdə tutulmuşdur. Bu fakültə 

öz  fəaliyyətini  1936-cı  ilə  qədər  davam 

etdirmişdir.

Ana  və  uşaq  mühafizəsi  fakültəsinin  

yaran masına qədər pediatr kadrları BDU-

nun tibb fakültəsinin məzunlarının ixtisas 

kursları keçməsi yolu ilə  hazırlanırdı. Bu 

kurslar 1925-cı ildə Bakı şəhərində  təşkil 

edilmiş  pediatriya  institutunda  fəaliyyət 

göstərirdi. Sonradan bu institutun bazası 

əsasında 1927-cı ildə «ET Ana və  Uşaq 

Mühafizəsi  İnstitutu»  təşkil  edilmiş  və 

1986-cı ildə onun əsasında müstəqil «ET 

Pediatriya Institutu» və «ET Mamalıq və 

Ginekologiya İnstitutu» yaradılmışdır.

1936-cı ildə Azərbaycan Xalq Səhiyyə 

Komisarlığının  qərarı  ilə  (N  740-28  11 

1936)  müvafiq  ixtisasa  malik  pedaqoji 

kadrların  və  tədris    bazasının  çatışma-

mazlığı  səbəbindən  sanitariya-gigiyena 

fakültəsi  ləğv  edilmiş  və  onun  baza-

sı  əsasında  pediatriya  fakültəsi  təşkil 

edilmişdir.  Ləğv  edilmiş  fakültənin  I-III 

kurs  tələbələri  pediatriya  fakültəsində 

təhsillərini  davam  etdirmişlər.  Əslində 

indiki  pediatriya  fakültəsi  1932-cı  ildə  

təşkil olunmuş «Ana və uşaq mühafizəsi 

fakültəsi»nin  varisi  hesab  edilməlidir. 

Qeyd etmək lazımdır ki, az sonra  1938-

cı  ildən  sanitariya-gigiyena  fakültəsinin 

fəaliyyəti yenidən bərpa olunmuşdur.

Pediatriya  fakültəsinin  ilk  deka-

nı    göz  xəstəlikləri  kafedrasının  müdi-

ri,  professor  A.Trubin  olmuşdur.  Son-

rakı  illərdə  ardıcıl  ola raq  fakültəyə  

professor    M.Əfəndizadə,  G.Qur banov, 

dosent 


P.Yüzbaşiniskaya, 

profes-


sorlar  A.Sultanov,  S.Məmmədzadə, 

S.Hacıyeva,  B.İbrahimova,  N.Axun-

dov,  Y.Məmmədov,  dosentlər  A.Məhər-

rəmova, 


K.Abdullayev, 

professor-

lar 

A.Mustafayev, 



M.Bayramov,  

E.Pənahova,  dosent  Z.Məmmədəliyeva   

rəhbərlik etmiş, bütün bilik və  bacarıqla-

rını fakültənin işinə  həsr etmişlər. 1996-

cı ildən hazırkı vaxta kimi fakültəyə do-

sent  N.Nağıyev rəhbərlik edir.

Pediatriya  fakültəsinin  yaranması  ilə 

əlaqədar olaraq yeni kafedra və klinikalar 

təşkil edildi. Onların yaranması və inkişa-

fında BDU-nun tibb fakültəsinin 1920-cı 

ildə  yaradılmış  uşaq  xəstəlikləri  kafed-

rasının  (indiki  II  müalicə-profilaktika 

fakültəsinin  uşaq  xəstəlikləri  kafedrası) 

böyük  rolu olmuşdur.

Bu  kafedraya  professor  A.Karnitski 

rəhbərlik  etmişdir.  Sonrakı  illərdə  Res-

publikamızda  pediatriyanın  inkişafın-

da    böyük  xidmətləri  olmuş  professor 

Ə.Qarayev,  Z.Hüseynbəyov  və  digər 

klinisistlər öz elmi-pedaqoji fəaliyyətilərini 

məhz həmin kafedrada başlamışlar.

1937-cı  ildə  pediatriya  fakültəsinin  ilk 

iki profil kafedraları təşkil edildi. Bunlar-

dan biri uşaqların fiziologiyası və diete-

tikası  kursu  daxil  olmaqla  erkən  yaşlı 

uşaqların  xəstəlikləri kafedrası (ilk mü-

diri,  professor  Z.Hüseynbəyov),  digəri 

isə  uşaq yoluxucu xəstəlikləri və vərəm 

kursu daxil olmaqla böyük yaşlı uşaqların 

xəstəlikləri kafedrası idi (ilk müdiri profes-

sor Ə.Qarayev). Bu  kafedralar fəaliyyət 

göstərdikləri müddətdə həkim kadrlarının  

hazırlanmasında əsas rol oynamışlar.

1945-ci ildə təsdiq edilmiş yeni tədris 

planı  və  ştat  cədvəlinə  müvafiq  ola-

raq  fakültənin  mövcud  profil  kafedraları 

əsasında uşaq xəstəliklərinin propedev-

tikası  (ilk  müdiri  professor  S.Hacıyeva), 

fakültə  pediatriyası  (ilk  müdiri  profes-

sor  Ə.Qarayev),  hospital  pediatriya    və  

uşaq  yoluxucu  xəstəlikləri  kafedraları 

yaradıldı (müdiri əvəzçilik üzrə professor 

Ə.Qarayev).

Zaman  keçdikcə  fakültənin  profil  ka-

fedraları  daha  da  inkişaf  etdirilmiş  və 

dövrün tələblərinə uyğunlaşdırılmışdır.

1982-ci ildə  hospital pediatriya kafedra-

sının bazası əsasında  I uşaq xəstəlikləri 

(müdiri akademik A.Namazova) və II uşaq 

xəstəlikləri kafedraları yaradılmış (müdiri 

professor Ə.Hacı yev), fakültə pediatriya-

sı kafedrası isə III uşaq xəstəlikləri kafed-

rası    adlandırılmışdır  (müdiri,  professor 

L.Hüseynova).

1987-ci ildə II uşaq xəstəlikləri kafedra-

sı ləğv edilərək I uşaq xəstəlikləri kafed-

rasına birləşdirilmiş və III uşaq xəstəlikləri 

kafedrası isə II uşaq xəstəlikləri kafedra-

sı adlandırılmışdır.

1989-cu ildə I uşaq xəstəlikləri kafed-

rasının  nəzdində  təşkil  edilmiş  neona-

tologiya kursu 1990-cı ildə sərbəst kur-

sa  çevrilmiş  və  1991-cı  ildə  isə    həmin 

kursun  əsasında  neonatologiya  kafed-

rası  yaradılmışdır  (ilk  müdiri,  professor 

N.Tağıyev).

Pediatriya  profilli  kafedraların  təşkili 

və  inkişafında,  elmi-pedaqoji  kadrla-

rın 

hazırlanmasında 



professorlar-

dan  Ə.Qarayevin,  Z.Hüseynbəyovun, 

S.Şteynin, S.Hacıyevanın, M.Livanovun, 

S.Cəfərovanın,  Ə.Hacıyevin,  M.Bayra-

movun,  L.Hüseynovanın,  P.Katsın, 

N.Tağı yevin, V.Əsgərovun, dosentlərdən 

Ə.Cabbarzadənin,  M.Quliyevin  böyük 

xidmətləri olmuşdur.

Tarixi  ənənələrin  davam  etdirilməsini, 

ölkəmizdə  pediatriya  elminin  və  tibb 

təhsilinin  müasir    səviyyədə  yerinə 

yetirilmə

 

si ni 


hazırda 

akademik 

A.Namazova,  professorlar  S.Musayev, 

İ.İsayev, 

A.Əyyubova, 

N.Quliyev, 

N.Hüseynova, S.Həsənov, N.Hüseynova 

və  digərləri uğurla həyata keçirirlər. On-

ların rəhbərliyi ilə aparılan elmi-tədqiqat 

işləri  pediatriyanın aktual problemlərinə, 

uşaq  ölümünə  səbəb  olan  xəstəliklərin, 

perinatal  patologiya  və  yenidoğulmuş 

uşaqların  xəstəliklərinin  öyrənilməsinə 

həsr edilmişdir.

Son 10 ildə pediatriya profilli kafedrala-

rın  professor-müəllim heyyəti tərəfindən 

6 dərslik, 7 monoqrafiya, dərs vəsaitləri 

və çoxsaylı elmi məqalələr hazırlanmış-

dır . Fakültə alimləri Respublika tibb el-

mini  Beynalxalq  konqres,  qurultay  və 

simpoziumlarda layiqincə təmsil edirlər.

Hazırda fakültənin tərkibində 7 kliniki, 

3  nəzəri  kafedralar  və  1  kurs  fəaliyyət 

göstərir. Bu kafedralarda  22 nəfər  tibb 

elmləri doktoru (ondan 18 nəfəri profes-

sor), 47 nəfər dosent, 112 nəfər assistent 

(ondan  56  nəfəri  tibb  üzrə  fəlsəfə  dok-

toru)  çalışırlar.Fakültə  əməkdaşlarından 

7  nəfəri  əməkdar  elm  xadimi,  5  nəfəri 

əməkdar  müəllim    və  2  nəfəri  əməkdar   

həkim fəxri adlarına layiq görülmüşlər.

Universitetin  maddi-texniki  bazası  və 

təchizatı daima yaxşılaşır. Son illərdə 4 

müasir  Universitet  klinikasının  (onkolo-

ji,  stomatoloji,  tədris-terapevtik,  tədris- 

cərrahiyyə) istifadəyə verilməsi və uğurla 

fəaliyyətləri  buna  sübutdur.  Tələbələrin 

müasir  səviyyədə  təhsil  almaları  və 

gələcək  karyeraları  üçün  universitetdə 

bütün şərait mövcuddur.

Fakültədə  tədris  prosesi  Azərbaycan 

və rus dillərində aparılır. Təhsil müddəti 

əvvəlcə  5  il,  1946-cı  ildən  etibarən  6  il 

müəyyən edilmişdir.  Təhsil müddətində 

III-IV-V  kurs  tələbələri    bacarıq 

vərdişlərinə  yiyələnmək  məqsədi  ilə  

ölkəmizin tibb ocaqlarında və bir sıra xa-

rici  ölkələrdə  (Türkiyə,  Almaniya)    peşə 

təcrübəsi keçirlər.

Fakültədə  Tələbə  Elmi  Cəmiyyəti 

uzun illərdi ki, fəaliyyət göstərir. İstedad-

lı  tələbələrimiz  klinika  və    laboratoriya-

larda  elmi-tədqiqat  işləri  aparmaqla  ilk 

uğurlar  qazanırlar.  Onlar  «İlin  ən  yaxşı 

tələbə  elmi  tədqiqatçısı»  adı  uğurun-

da  müsabiqədə,  fakültə  və  ATU-nun 

yekun  elmi  konfranslarında,  eləcə  də 

beynəlxalq  konfranslarda  çıxış  edərək 

diplom və mükafatlara layiq görülmüşlər. 

Eyni  zamanda  «Pediatriya»  ixtisasına 

dərindən  yiyələnmək  məqsədi  ilə  hər  il 

fənn olimpiadası keçirilir.

Fakültənin  fəaliyyəti  illərində  yüksək 

ixtisaslı mütəxəssislər hazırlanmış, onun 

məzunları    içərisindən  görkəmli  alimlər 

və səhiyyə təşkilatçıları  yetişmişdir.

Hazırda  fakültə  məzunları  müxtəlif 

ixtisaslar  üzrə  həkim  mütəxəssis 

kimi    ölkəmizin  dövlət  və  özəl  klini-

kalarında, 

poliklinkalarında, 

diaq-


nostika  mərkəzlərində,  uşaq  tibb 

müəssisələrində, həmçinin bir sıra xarici 

ölkələrdə uğurla fəaliyyət göstərirlər. 

Fakültə  məzunlarının  diplomdan  son-

rakı mütəxəssis hazırlığı 1 illik internatu-

ra hazırlığı keçməklə həyata keçirilmişdir 

(1973- 2010-cu illər).

Tibb  təhsili  sistemində  aparılan  isla-

hatlara  və dövrün tələblərinə uyğun ola-

raq  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 2010-cu il 18 mart 50 nömrəli 

qərarına  əsasən  rezidentura  xətti  ilə 

həkim-mütəxəssis  hazırlığı  aparılan  ix-

tisaslar  siyahısına  «Pediatriya»  ixtisası 

da  daxil  edilmişdir.  Bu  səbəbdən  2010-

cu  ildən  pediatriya  fakültəsinə    tələbə 

qəbulu  dayandırıldığından  2015/2016-

cı tədris ili fakültənin sonuncu məzun ili 

olacaqdır. VI kursda təhsil alan 150 nəfər 

tələbə  Dövlət  Attestasiyasından  sonra 

arzularına  uyğun  olaraq  öz  təhsillərini 

rezidenturada  davam  etdirəcək,  ya  da 

praktiki səhiyyədə çalışacaqlar.

Pediatriya  fakültəsi  80  illik  fəaliyyəti 

dövründə  şərəfli  inkişaf  yolu  keçmiş, 

ölkəmizdə  peşəkar  tibb  mütəxəssisləri 

hazırlanmasının  və  tibbin  müxtəlif 

sahələri  üzrə  aparılan  elmi-tədqiqat  

işlərinin  müasir  səviyyədə  yerinə 

yetirilməsinin  aparıcı  qüvvəsinə  çeviril-

mişdir.


Yüklə 8,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin