Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə1/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
  1   2   3   4   5   6   7   8   9   ...   55

 

 

 



 

 

 

 

Elmi biliklər üst-üstə  yığılarkən bəzən 

ən qiymətliləri altda qalır; onları tapıb yeni-

dən  üzə  çıxarmaq üçün  bütün  sistemi da-

ğıdıb yenidən qurmaq lazım gəlir.  

 

Əbu Turxan 

 

 

 



 

 

 



 

 

Səlahəddin Xəlilov 

 

 

 

 

 

 

 

 

ELM 

haqqında

 

ELM 

 

 

 

 

 

 

 

 

 

Bakı  –  2011 

Elm haqqında elm 

 

 



 

4

 



 

 

Elmi redaktor 

və ön sözün müəllifi: 

 

akademik Ramiz MEHDİYEV 

 

 

 

Rəyçilər:    akademik Mahmud KƏRİMOV 

akademik Arif  MEHDIYEV 

 

 

 

 

S.Xəlilov.  

Elm haqqında elm. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 

2011, 752 səh.  

 

Kitabda elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu 

haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına 

dair tədqiqatlara ümumi nəzər salınır, habelə “elm haqqında elm”, “elmşünaslıq” 

adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə alınmaqla, elmə yeni baxış 

bucağından qiymət verilir. Elmin daxili məzmunu, epistemologiyası ilə yanaşı, 

onun sosial aspektləri, iqtisadi səmərəsi və təşkilati strukturu ilə bağlı məsələlər 

də kompleks halda tədqiq olunur.  

Kitab elm adamları, həmçinin elmin dəyərləndirilməsində  və  tətbiqində 

maraqlı olan şəxslər üçün nəzərdə tutulmuşdur.  



 

 

 

 

ISBN  978-9952-8147-0-5 

 

 

 

© Xəlilov S., 2011 



 

 

 



 

 

 

 

 

 

 

 

Ön söz 

 

 



Müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi get-

dikcə artır. Elm həm məntiqi-epistemoloji struktur kimi, həm də mürəkkəb 

sosial sistem kimi tədqiqatçıların diqqətini cəlb edir. İndi ictimai həyatın 

elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmə-

dən uğur qazanmaq mümkün olsun. Ümummilli lider Heydər Əliyevin de-

diyi kimi, indi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-

texniki tərəqqi dünyasıdır.  

İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda elmin tətbiqi is-

tiqamətlərinin inkişafı üçün böyük sosial tələbat yaranmış, yeni texnologi-

yalar və müasir texniki avadanlıqlardan istifadə üzrə milli kadrların yetiş-

dirilməsi sahəsində  nəzərəçarpan uğurlar  əldə edilmişdir. Elmin və onun 

infrastrukturunun optimal təşkili və prioritet elm sahələrinin müəyyənləş-

dirilməsi üçün isə ilk növbədə elmşünaslığın müstəqil bir tədqiqat istiqa-

məti kimi inkişaf etdirilməsi tələb olunur. Elmin bütöv və dolğun mənzərə-

sinin yaradılmasına ehtiyac yaranır. 

Bu baxımdan, prof. S.Xəlilovun “Elm haqqında elm” kitabı xüsusi 

aktuallığa malikdir. Məlum olduğu kimi, elmşünaslıq müstəqil bir tədqiqat 

sahəsi kimi Avropada meydana gəlmişdir. İslam ölkələrində, xüsusilə Tür-

kiyədə  də elmşünaslığın ayrı-ayrı sahələri üzrə müəyyən tədqiqat işləri 

aparılmışdır. Amma elmin bir sistem kimi, küll halında tədqiqi xüsusi əhə-

miyyətə malikdir. S.Xəlilovun bu kitabı məhz elmlə bağlı bütün əsas tədqi-

qat istiqamətlərini ehtiva etməsi ilə seçilir və  təkcə Azərbaycanda deyil, 

bütövlükdə İslam Şərqində bu problemi hərtərəfli əhatə edən ilk elmşünas-

lıq əsəridir.  

Müəllif öz ruhi-mənəvi varlığı ilə Şərq adamı olmaqla və elmə sanki 

kənardan, fəlsəfə mərtəbəsindən baxmaqla yanaşı, öz təhsilinə, təməl ixti-

sasına görə bir fizik olduğu üçün, ona içəridən də nəzər sala bilir. Bu iki 


Elm haqqında elm 

 

 



 

6

fərqli baxışın sintezindən çıxış edən müəllif elmin daha dolğun və daha ob-



yektiv mənzərəsini yaratmağa çalışır. Onun baxışlarında  ənənəvi elmşü-

naslıqdan fərqli olan başqa cəhətlər də vardır ki, bunlar onun həm də icti-

mai və humanitar elmlərə dərindən bələd olması və təbii-elmi düşüncə ilə 

humanitar düşüncəni ortaq məxrəcə gətirmək cəhdləri ilə bağlıdır.  

Prof. S.Xəlilov elmin sistemli tədqiqinə hələ ötən əsrin 70-ci illərin-

dən başlamış və keçmiş SSRİ-nin tanınmış elmşünas alimlərindən biri ki-

mi, ölkə miqyasında alternativ inkişaf modellərinin işlənib-hazırlanmasın-

da iştirak etmişdir. Təsadüfi deyil ki, onun elmi-texniki tərəqqinin aktual 

problemlərinə dair yazdığı kitab 1987-ci ildə Ümumittifaq “Bilik” Cəmiy-

yətinin mükafatına layiq görülmüş, təqdim etdiyi islahat layihəsi isə SSRİ 

EA-nın Rəyasət Heyətində müzakirə olunmuşdur. Layihə  bəyənilsə  də, o 

vaxtlar ölkədə başqa istiqamətdə proseslər başlandığından onun realizasi-

yası mümkün olmamışdır. Təəssüf ki, S.Xəlilovun bir çox ideyaları hələ öz 

tətbiqini tapmamışdır.     

“Elmin tarixi”, “elmin sosiologiyası” və “elmin fəlsəfəsi” nisbi müs-

təqil fənlər kimi böyük inkişaf yolu keçsələr də, müasir Qərb elmşünaslığı 

onları ehtiva etmək əvəzinə, onlarla yanaşı bir fənn kimi formalaşmaqda-

dır. Düzdür, dörd ildən bir, bu fərqli tədqiqat sahələrinin adamları eyni mə-

kanda görüşüb fikir mübadiləsi aparırlar

0

1



, amma eyni bir tədqiqatçının hər 

üç sahəni vahid metodoloji prinsiplər əsasında araşdırması  fənlərarası or-

taq bölgədə “gizlənmiş” olan həqiqətlərin də üzə çıxarılmasına imkan açır.  

Əsər, bir tərəfdən, mövzunu tam əhatə etməklə öz ensiklopedik xa-

rakteri ilə seçilirsə  və elmşünaslıq haqqında dünya miqyasında  əldə edil-

miş ən yeni nailiyyətlərə dair məlumat verirsə, digər tərəfdən, orijinal bir 

tədqiqat işi olmaqla yeni konseptual bir yanaşma üzərində qurulmuşdur və 

müəllifin öz şəxsi tədqiqatlarını,  ideya və təkliflərini də ehtiva edir.  

Bu tədqiqatlar isə indi başlanmamışdır. S.Xəlilov bu sahədə  tədqi-

qatlara elmşünaslığın bütün dünya miqyasında hələ yeni-yeni formalaşdığı 

vaxtlarda, hətta müasir elm fəlsəfəsinin də müstəqil bir fənn kimi yenicə 

kristallaşdığı bir dövrdə – ötən əsrin 70-ci illərində başlamışdır. Maraqlıdır 

ki, həmin illərdə S.Xəlilovun elmşünaslıqla bağlı araşdırmaları  və aldığı 

                                                 

1

  “Elmin tarixi, metodologiyası  və  fəlsəfəsi” üzrə keçirilən Beynəlxalq konqreslər 



nəzərdə tutulur.   

Ön söz 

 

 

 

7



bir sıra nəticələr Qərb elmi-fəlsəfi məkanında bir qədər sonra – 80-ci il-

lərdə tədqiqat obyektinə çevrilmişdir.  

Professor S.Xəlilovun bu kitabında da bir sıra məsələlər ilk dəfə 

araşdırılır. Elmşünaslığın yalnız avropasentrizm mövqeyindən deyil, türk-

islam məfkurəsini də  nəzərə almaqla ümumbəşəri dəyərlər prizmasından 

yazılması bütün islam dünyası üçün əlamətdar bir hadisədir. Kitab ümum-

bəşəri səciyyəli problemlərlə yanaşı, iqtisadi sahədə bir sistemdən digərinə 

keçid prosesini yenicə tamamlamış bir ölkə, məhz Azərbaycan üçün spe-

sifik olan problemləri də əhatə edir.  

Sovetlər Birliyindən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra 

Azərbaycanda elmin yenidən təşkilatlanması qarşıda duran ən mühüm 

vəzifələrdən biridir. Bütün dünyada böyük ölkələrlə kiçik ölkələr üçün elm 

modelləri fərqli olduğuna görə, nəhəng Sovet İttifaqından qalmış köhnə 

elm modeli artıq bu gün Azərbaycanda özünü doğrultmur və yeni təşkilati 

forma axtarışına böyük ehtiyac vardır. Lakin bu axtarışlar və islahatlar kor-

təbii surətdə aparıla bilməz. Artıq çoxdandır ki, Qərbdə yeni bir tədqiqat 

istiqaməti – “elm haqqında elm” yaranmışdır və bu sahədə hər hansı bir is-

lahat da ancaq dünya təcrübəsini nəzərə almaqla yanaşı, həm də elmşü-

naslığın tövsiyələrinə əsasən aparılmalıdır.  

Müəllifin haqlı olaraq göstərdiyi kimi, müasir dövrdə elm, bir tərəf-

dən mədəniyyət hadisəsidirsə, digər tərəfdən iqtisadiyyatın tərkib hissəsi-

dir. Belə ki, yeni elmi biliklərin  əldə olunması istiqamətində axtarışların 

mütəşəkkil surətdə həyata keçirilməsi və alınan nəticələrdən ölkənin prak-

tik ehtiyaclarının ödənilməsi üçün istifadə olunması iqtisadiyyatın inkişa-

fına böyük təkan verə bilər. Lakin bu o zaman mümkün olur ki, elmdən is-

tifadə olunması  pərakəndə xarakter daşımayaraq, müntəzəm və planlı su-

rətdə aparılsın. Digər tərəfdən də, əhalinin elmi dünyagörüşünün yüksəldil-

məsi və bizi əhatə edən təbii-ictimai mühitin getdikcə daha çox dərəcədə 

elmi-texniki nailiyyətlərlə zənginləşdirilməsindən dolayı insanların da yeni 

texnikadan istifadə qaydalarını mənimsəməsi bütövlükdə cəmiyyətin elmi-

ləşməsinə, mədəniyyətin strukturunda elmin nisbi payının artmasına gəti-

rib çıxarır. Bütün bu tendensiyaların öyrənilməsi elmin həm də bir sosial 

sistem kimi nəzərdən keçirilməsini tələb edir. Prof. S.Xəlilovun kitabı hər 

iki aspektdə elmin rolunun düzgün dəyərləndirilməsinə və müvafiq nəticə-

lər çıxarılmasına imkan verir.  


Elm haqqında elm 

 

 



 

8

Prezident  İlham  Əliyev son çıxışlarında ölkəmizdə elm və  təhsilin 



inkişaf etdirilməsi zərurətini xüsusilə vurğulamış və neft kapitalının intel-

lekt kapitalına çevrilməsi üçün yeni ictimai-iqtisadi inkişaf strategiyası ha-

zırlanmasını məqsədəuyğun hesab etmişdir. Bu siyasi iradənin realizasiya-

sı üçün cəmiyyətin bütün inkişaf aspektlərini əhatə edən islahat proqramla-

rının həyata keçirilməsinə böyük ehtiyac vardır. Lakin bu proqramlar da öz 

növbəsində ancaq geniş və  hərtərəfli elmi araşdırmalar sayəsində işlənib-

hazırlana bilər. Bu cəhəti nəzərə alan müəllif cəmiyyətin strukturunda el-

min optimal yeri məsələsinə də xüsusi diqqət vermişdir. Kitabda, bir tərəf-

dən elmi tədqiqatların səmərəsini artırmaq üçün, digər tərəfdən də alınan 

elmi nəticələrin operativ surətdə tətbiqinə xidmət edən yeni mexanizmlərin 

yaradılması üçün dəyərli təkliflər vardır.  

Müəllifin irəli sürdüyü ən mühüm ideyalardan biri də elm və təhsil 

arasında inteqrasiya proseslərini sürətləndirmək, ali təhsil müəssisələrində 

elmi yaradıcılıq atmosferi yaratmaq, Təhsil–Elm–İstehsalat zəncirinin bü-

tün halqalarını möhkəmləndirmək zərurətinin vurğulamaqdan ibarətdir. Bu 

baxımdan, məqsədi əsasən maarifçilik olan ibtidai və orta təhsil şəbəkəsin-

dən fərqli olaraq, ali təhsil pilləsində, xüsusilə də magistraturada elmi mü-

hitin formalaşdırılması, haqlı olaraq Akademiya ilə universitetlər arasında 

iş birliyinin yeni formalarının tapılması tövsiyə olunur.  

Müəllif yazır ki, cəmiyyətin ümumi inkişaf tendensiyalarını araşdır-

madan, yaşadığımız dövrün ümumi səciyyəsini vermədən, hər bir intensiv 

iqtisadi və texnogen inkişaf mərhələsindən sonra cəmiyyətin daxili ahəngi-

ni təmin etmək üçün xüsusi tədbirlər görmədən elmi-texniki islahatlara 

başlanması arzu olunan nəticələrə gətirməyə də bilər.  

Digər tərəfdən, biz texniki inkişafdan daha dəyərli olan mədəni-mə-

nəvi sərvətlərimizi risk altına ata bilmərik. Ona görə də, ölkəmizdə böyük 

iqtisadi reformaları bütün nailiyyətlərin əsasında dayanan insan amilini də 

nəzərə almaqla, texnogen sivilizasiyanın birtərəfli qaydada inkişafından 

dolayı  mənəvi dəyərlərin sıxışdırılmasına yol vermədən həyata keçirmək 

tələb olunur. Amma mövcud vəziyyətin təhlili nə göstərir? Böyük iqtisadi 

nailiyyətlər müqabilində humanitar və ictimai elmlər sahəsində inkişaf 

tempi çox da yüksək deyil və  cəmiyyətimizin ahəngdar tərəqqisinə nail 

olmaq üçün humanitar düşüncənin rolunun daha da artırılması zəruridir.  

Azərbaycanda ictimai elmlərin inkişafına həqiqətən böyük ehtiyac 

var. Elm üçün əlverişli şərait yaratmış qabaqcıl ölkələrdə təbiətşünaslıq və 


Ön söz 

 

 

 

9



texniki elmlər sahəsində əldə olunan nailiyyətlərlə biz də tanış ola bilirik. 

Bu sahədə qarşımızda duran vəzifə də ilk növbədə bu ümumbəşəri prosesə 

qatılmaqdan ibarətdir.  İctimai elmlərdə isə elə problemlər var ki, onların 

tədqiqi birbaşa bizim mənafeyimizə təsir edir və bu işi biz görməsək, baş-

qa xalqlar bizim əvəzimizə görməyəcəklər.  

S.Xəlilovun 70-ci illərdə elmin sosial strukturuna və optimal təşki-

latı formalarına dair apardığı tədqiqatlar 80-ci illərdə elmin məntiqi-episte-

moloji aspektdə öyrənilməsi ilə tamamlanır və bu iki tədqiqat istiqaməti 

vahid mürəkkəb sistemin fərqli rakursları kimi nəzərdən keçirilir. Ən 

önəmlisi budur ki, müəllif həmin dövrdə aparılan tədqiqatların sadəcə ic-

malını vermir və həm də öz mövqeyini ortaya qoymaqla mövcud təlimlərə 

alternativ olan, onları ehtiva etməklə yanaşı, yeni ideyalarla zənginləşdiril-

miş sistemli bir konsepsiya irəli sürür. Təəssüf ki, müəllif sonrakı 15-20 il 

ərzində elm fəlsəfəsi və elmşünaslıq problemlərindən uzaqlaşmış, fəlsəfə-

nin başqa sahələrində tədqiqat apardığından, bu sahəyə az diqqət vermiş-

dir. Amma son illərdə prof. S.Xəlilovun yenidən elmşünaslıq məsələlərinin 

öyrənilməsinə qayıtması, görünür, ölkəmizdə elmin yenidən təşkilatlanma-

sına yaranmış ehtiyacla bağlıdır. Bununla belə, S.Xəlilovun oxuculara təq-

dim olunan bu fundamental əsəri hansı isə yerli, lokal problemlərlə  məh-

dudlaşmayıb, dünya elmşünaslığının inkişaf etdirilməsi baxımından da 

diqqətə layiqdir.  

Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən 

S.Xəlilov bu məsələləri sadəcə kənar müşahidəçinin dili ilə qələmə almır, 

hər bir tədqiqat əsərində olduğu kimi, elə bu əsərində də ümumi ilə xüsusi-

nin vəhdətindən çıxış edir; dünyada gedən elmi axtarışlara qatılmaqla ya-

naşı, Azərbaycan elmi mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkə-

mizdə aparılan tədqiqatlara öz münasibətini bildirir və bu zaman “yerli el-

mi tədqiqatlar” üçün spesifik olan bəzi qüsurlu cəhətləri də vurğulamağı 

yaddan çıxarmır. Əvvəla, təəssüf ki, müasir Azərbaycan elmi-fəlsəfi fikrin-

də tədqiqatçılıqdan daha çox icmalçılıq geniş yayılmışdır. Bu isə müəllifin 

dediyi kimi, bizim hələ maarifçilik mərhələsində olduğumuza dəlalət edir. 

Yəni biz dünya miqyasında qəbul olunmuş, əslində isə məhz Qərb düşün-

cəsinin məhsulu olan təlimlərin  əsas ideyalarını dilimizə çevirərək azər-

baycanlı oxucular üçün bir növ məlumat bazası yaradır, ona dünya elmində 

nələrdən söhbət getdiyini bilmək imkanı veririk. Bu, əlbəttə, elm deyil, 

məhz maarifçilikdir. Lakin, təəssüf ki, bizim maarifçilər icmal yazarkən 



Elm haqqında elm 

 

 



 

10

ancaq Qərb düşüncəsinin təqdimatı və şərhi ilə kifayətlənir, Şərqdə, islam 



dünyasında, türk elmi-fəlsəfi fikrində, bilavasitə Azərbaycan elmi məka-

nında atılan addımlar isə diqqətdən kənarda qalır.  

Yəqin ona görədir ki, müəllif elmin inkişaf qanunauyğunluğunu, 

dünya elminin inkişaf tarixini araşdırarkən, tarixin məhz bizimlə bağlı sə-

hifələrinə xüsusi diqqət yetirmişdir. Elmi paradiqmaların  əvəzlənməsin-

dən, elmi dünyagörüşündə baş verən inqilabi dəyişikliklərdən bəhs edərkən 

o, orta əsrlərdə İslam Şərqində elmə gətirilən yenilikləri ön plana çəkmiş 

və elmdə müasir metodoloji prinsiplərin də ilk dəfə məhz islam Şərqində 

formalaşdığını göstərmişdir.  

 

 



Akademik Ramiz MEHDİYEV 

 

 

 



 

 

 

 

 

Giriş

 

 

 



XX əsr elmin insan həyatının bütün sahələrinə dərindən nüfuz etməsi 

ilə  səciyyələnir. Elm öz aparıcı rolunu XXI əsrdə  də saxlamaqdadır. Bu-

nunla yanaşı, bir sıra yeni tendensiyalar da müşahidə olunur ki, bu da el-

min daxilində gedən proseslərlə deyil, ümumiyyətlə insan şüurunda,  İn-

san–Dünya münasibətlərində baş verən dəyişikliklərlə  əlaqədardır. Digər 

dəyərlərlə müqayisədə biliklərin rolunun artması ilə yanaşı, bütün digər bi-

lik formaları ilə müqayisədə məhz elmi biliklər getdikcə daha böyük önəm 

kəsb edir. 

İnformasiya və bilik müasir dövrü səciyyələndirən  ən mühüm əla-

mətlər kimi qəbul olunur. Lakin informasiyadan biliyə, bilikdən isə elmi 

biliyə gedən yol çox mürəkkəb və keşməkeşlidir. Əgər maarifçilik missi-

yasının əsas vəzifəsi bütün insanların bilik səviyyəsini yüksəltməkdən iba-

rətdirsə, elmin inkişafı ancaq məhdud sayda insanların intellektual potensi-

alının səfərbər olunması sayəsində mümkün olur. Burada cəmiyyətin üzəri-

nə düşən əsas vəzifə hamını yox, məhz təfəkkürünə və yaradıcılıq poten-

sialına görə  ən çox fərqlənən insanları seçmək və onların düşüncəsinin 

məhsulunu bütün bəşəriyyətin istifadəsinə verməkdən ibarətdir. Bu böyük 

vəzifənin həlli elm adamlarının özündən çox, elmi yönləndirən, təşkil edən 

adamlardan, daha doğrusu, dövlətlərin yeritdiyi elm siyasətindən asılıdır.      

1999-cu ildə YUNESKO-nun Budapeştdə  təşkil etdiyi Elm üzrə 

ümumdünya konfransında qəbul olunmuş “Elm və elmi biliklərdən istifa-

dəyə dair” Deklarasiyada deyilir: “Biz hamımız eyni planetdə yaşayırıq və 

biosferin hissələriyik... Dünyanın bütün elm adamları  və millətləri elmin 

bütün sahələrində əldə edilmiş biliklərdən məsuliyyətlə istifadə etmək əz-

mində olduqlarını bildirirlər. Elm insanların ehtiyaclarına xidmət etməli və 

heç vaxt onun ziyanına yönəlməməlidir”.

1

1

 Deməli,  əsas vəzifələrdən biri 



insan intellekti sayəsində, amma onun həyatından kənarda yaranmış elmi 

                                                 

1

 Декларация  о  науке  и  использовании  начного  знания // www.unesco.org/ 



science/wcs/declaration_r.pdf 

Elm haqqında elm 

 

 



 

12

dəyərlərin oriyentasiyasına nəzarət etməkdən ibarətdir. Bunun üçün isə 



konkret həyatla mücərrəd elm bir müstəvidə – eyni dəyərlər sistemində 

nəzərdən keçirilməli, onların arasındakı uçurum ləğv edilməlidir.    

İctimai həyatın ümumi qanunauyğunluqlarının aşkar edilməsi, ona 

fəal və  məqsədyönlü müdaxilə üçün təməl yaradılması – dünyanın dərki 

prosesindən başlayır. Yəni tək bir ölkədə deyil, bütün dünya miqyasında 

baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-

siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində müm-

kündür. XX əsrdə  cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab 

idisə, müasir mərhələdə  fəlsəfə  və sosial-siyasi elmlərin proqnozlaşdırma 

və optimal təşkilatlandırma funksiyası daha önəmli rol oynayacaqdır. Bu 

isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə 

də, qarşıda duran mühüm vəzifələrdən biri bütövlükdə cəmiyyətin, xalqın 

elmi-intellektual potensialının toparlanmasına və  məqsədəuyğun surətdə 

yönəldilməsinə nail olmaqdır.  

Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır. 

Lakin onun realizasiyası elə  də sadə bir məsələ deyil. Bu proses, əvvəla, 

çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb 

edir. Kasıb və geri qalmış ölkələrdə maariflənmənin, təhsilin və  nəhayət, 

elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən 

yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi 

gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və ha-

zırda fərdi intellektual inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o 

qədər də fərqlənmir. Lakin səviyyə yüksəldikcə yuxarıya qalxmağın çətin-

likləri və  məsrəfləri də artır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə 

resurslarına malikdir. Gələcəyimiz bu resursların necə yönəldilməsindən 

asılıdır. Təsadüfi deyil ki, neft ölkələri üçün səciyyəvi olan iki fərqli yol: 

Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir.  

Son iqtisadi böhran da bəşəriyyətə yeni dərslər verdi. Bəzi ən varlı 

ölkələrin və böyük şirkətlərin müflisləşməsi və borca düşməsi halları bir 

daha göstərdi ki, əsas məsələ maddi cəhətdən zəngin olmaqdan daha çox, 

vəziyyətin düzgün qiymətləndirilməsi, optimal iqtisadi və elmi-texniki 

siyasət yeridilməsi, proseslərə elmi əsaslarla nəzarət edilməsidir. 



Elmi əsaslar isə, bir tərəfdən, yeni dövrün tarixi inkişaf meyllərinin 

vaxtında və  aşkar edilməsi, digər tərəfdən də, daha artıq təbii resurslarla 

kifayətlənə bilməyən cəmiyyətin intellektual resurslarının səfərbər olun-


Giriş 

 

 

 

13



ması və ona optimal yön verilməsi üçün lazımdır. Bu elmi əsaslardan isti-

fadə edə bilmək üçün isə, öncə elmin özünə həssas münasibət tələb olunur. 

Belə ki, ən optimal elm özünü dərk etmiş, özünə tətbiq olunmuş, yəni elmi 

əsaslarla təşkil olunmuş elmdir.   

Müasir dünyada elmin rolu və yeri məsələsi ayrı-ayrı ölkələrdə elmə 

münasibət problemi ilə heç də həmişə üst-üstə düşmür. Belə ki, elmi icti-

maiyyətin coğrafiyası kifayət qədər geniş olsa da və bütün dünya xalqları-

nın üzünə açıq olsa da, əslində, elm fəaliyyətdə olan ictimai bir sistem ki-

mi ancaq bir neçə güclü ölkənin çərçivəsində və nəzarətindədir. Digər öl-

kələr və onların elmi imitasiya edən qurumları bu vahid prosesə qatılmaq 

iqtidarında deyildir. Ən azı elmin tətbiq oluna bilməsi üçün yüksək elmi-

texniki tutumlu müasir iqtisadi sistem və qərarlaşmış stabil istehsal müəs-

sisələri şəbəkəsi lazımdır. Başqa sözlə, iqtisadiyyatın özünün elmə ehtiyacı 

heç də həmişə ortaya çıxmır. Aşağı səviyyəli müəssisələr istehsal vasitələ-

rini hazır şəkildə əldə edirlər; və məhz həmin qabaqcıl ölkələrdən ki, orada 

elm tutumlu iqtisadiyyat vardır. Hər hansı bir kiçik və ya hətta böyük 

ölkədə sağlam iqtisadi bazis üzərində qurulmayan sənaye obyektlərinin 

özləri üçün elmi-texniki baza yaratmaq istəyi və  məqsədlə  nəhəng pro-

qramlara, layihələrə kapital qoyması real deyil. Elm ancaq sağlam iqtisadi 

təməl və oturuşmuş istehsal sistemi şəraitində sosial sifariş əldə edə bilər.  

Bəs kiçik ölkələrdə elmə münasibət necədir?  İlk növbədə dünya 

praktikasına, daha doğrusu, böyük ölkələrdə formalaşmış ənənəvi münasi-

bətə uyğun olaraq elmin böyük əhəmiyyəti və nüfuzu, demək olar ki, hamı 

tərəfindən qəbul edilir. Bütün ölkələr istəyir ki, onun da elmi olsun. Bunun 

üçün hətta dövlət proqramları hazırlanır, büdcədən maliyyə vəsaiti ayrılır, 

böyük ölkələrdəkinə bənzər elmi strukturlar qurulur. Lakin əksər hallarda 

bunlar olsa-olsa elmin imitasiyası olaraq qalır.  

Bu cür ölkələrdə təsərrüfat sistemi əslində xarici texnikaya əsaslan-

dığından və elm tutumlu istehsal vasitələri hazır şəkildə idxal edildiyindən 

elmin tətbiqinə heç ehtiyac da yaranmır. Belə şəraitdə həqiqi elmin priori-

tet bir sahə kimi dəyərləndirilməsi də mümkün deyil. Sözdə olar, amma 

gerçəklikdə yox. Bu cəhət özünü digər fəaliyyət sahələri ilə müqayisədə də 

büruzə verir. Bir sənət adamı: şair, müğənni, rəssam və s. ictimai həyatın, 

mədəni-mənəvi quruculuq prosesinin aktiv üzvü olduğu halda, elm adamı, 

filosof gerçək ictimai həyata real tələbatdan deyil, olsa-olsa dövlətin mü-

daxiləsi ilə, yuxarıda dediyimiz kimi, ictimai strukturun müasir Qərb mo-



Elm haqqında elm 

 

 



 

14

dellərinə uyğunluğunun təmin edilməsi naminə direktiv yolla daxil edilir. 



Və bu fərqli status istər-istəməz özünü göstərir.  

Lakin elmdən yazanlar mövcud ictimai gerçəklikdən deyil, elmin 

Qərbdə yaradılmış modellərindən çıxış etdiklərinə görə, onların “tədqiqatı” 

da imitasiyadan başqa bir şey olmur. Maraqlıdır ki, Azərbaycanda da, elm 

haqqında olan yazılarda məhz dünya modelləri təqdim edilir; K.Popper-

dən, T.Kundan iqtibas gətirməklə işin bitdiyi zənn olunur. Düzdür, Qərbdə 

intişar tapmış elm fəlsəfəsinin icmalını vermək özü də əhəmiyyətli bir şey-

dir. Elmşünaslığın məhz Qərb üçün səciyyəvi olan böyük elm sistemini öy-

rəndiyi heç kimdə şübhə doğurmur və onun mənimsənilməsi çox vacibdir. 

Amma ümumi elmşünaslıqla yanaşı, tədqiqatçı gerçək ictimai həyatdan və 

elmin bu həyatda real durumundan da çıxış etməlidir.  Əks təqdirdə, elm 

imitasiya olunduğu kimi,  elmşünaslıq da imitasiya edilmiş olar. 

Belə bir cəhəti də qeyd edək ki, biz elmin imitasiyası dedikdə, vahid 

elm sisteminə qatılmadan çalışmaq nümunələrini nəzərdə tuturuq. Əlbəttə, 

kiçik ölkələrdə də böyük elmlə məşğul olan adamlar vardır və onlar böyük 

elmin məhz belə “sərbəst zəkalar” üçün saxlanmış kanalları vasitəsilə 

sistemə daxil ola bilirlər; amma fərdi qaydada – dünya elmi məkanına bir-

başa qatılmaq yolu ilə. Amma ölkədəki elmi strukturlar dünya elminin alt 

sistemlərinə çevrilə bilmir.     

İctimai həyatda hadisələrin sürətinin artması insanın baş verən dəyi-

şikliklərə adaptasiya olunmasına imkan vermədiyindən, hər yerdə nəticəsi 

daha tez özünü göstərən hadisələrin prioritetliyi müşahidə olunur. Bütöv-

lükdə planet miqyasında həyata keçən ictimai inteqrasiya prosesi milli 

dövlətlər miqyasında formalaşmış ənənəvi sosial strukturların, institutların, 

o cümlədən artıq qərarlaşmış elmi tədqiqat mexanizmlərinin də yenidən 

nəzərdən keçirilməsini tələb edir. Amma təəssüf ki, Azərbaycanda heç 

klassik elmşünaslıq da kifayət qədər inkişaf etməmişdir. Ona görə  də biz 

bu kitabda üç fərqli vəzifəni uzlaşdırmağa çalışırıq; birincisi, elmin inten-

siv ənənəvi inkişaf dövrü olan XIX-XX əsrlərdə formalaşmış təşkilati for-

malarını və tədqiqat üsullarını, oturuşmuş strukturları öyrənən klassik elm-

şünaslığın əsas nailiyyətlərini əks etdirmək; ikincisi, XXI əsrin ab-havasın-

dan irəli gələn yeni tendensiyaları nəzərə almaq və üçüncüsü, Şərq ölkələri 

və kiçik dövlətlər üçün real durumu aşkar edərək, onların dünya elminə 

təşkilatlanmış şəkildə qatıla bilməsi üçün zəruri şərtləri müəyyən etməklə 

elmin coğrafiyasını genişləndirmək. Bundan başqa, kitabın bir xüsusiyyəti 


Giriş 

 

 

 

15



də ondan ibarətdir ki, burada elm sisteminə və elmi yaradıcılıq prosesinə 

təkcə Qərb düşüncəsi prizmasından deyil, həm də ənənəvi Şərq düşüncəsi 

mövqeyindən nəzər salınır.   

Ölkəmizdə elm dominant fəaliyyət sahəsi olmadığından, elmi özünü-



dərkin  də müstəqil inkişafı üçün sosial sifariş olmamışdır.  İqtisadi həyat 

praktik ağıl səviyyəsində, bir növ məişət həyatının bir əlavəsi kimi inkişaf 

etmiş, sənayeləşmə dövründə isə istehsalın fəal, yaradıcı ruhi-intellektual 

qüvvəsi xarici ölkələrdən transfer olunduğuna görə, daxili elmə, elmin 

“milliləşdirilməsinə” ehtiyac hiss edilməmişdir. Bundan fərqli olaraq mə-

nəvi-estetik həyat aspektlərində  cəmiyyət öz ənənəvi həyatını yaşamağa 

çalışmış və onun ehtiyaclarını təmin etmək vəzifəsi də, təbii ki, milli kadr-

ların üzərinə düşmüşdür. Ona görə də, cəmiyyətin ruhi-mənəvi həyatında 

intellektual və  mənəvi-estetik qollar arasında disbalans yaranmışdır. Üs-

tünlük həmişə obrazlı düşüncəyə, bədii təfəkkürə, musiqiyə, poeziyaya ve-

rilmişdir.  

Bununla belə, orta əsrlərdə xalqımız dünya elminə də böyük töhfələr 

vermişdir və bəzi şəhərlərimiz o dövrün ən məşhur elm mərkəzləri kimi ta-

nınmışdır. Məsələn, Marağa rəsədxanası XIII əsrdə dünya elminin qabaq-

cıl mərkəzləri sırasında idi və onun ətrafında yaranmış elmi infrastruktur 

ölkəmizdə elmin bir sıra istiqamətlərinin inkişafına səbəb olmuşdur. Təəs-

süf ki, poeziya və sənətin bəzi növlərindən fərqli olaraq, elm sonrakı əsr-

lərdə inkişafdan qalmış və ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövrün-

də elmin inkişafı üçün müəyyən tədbirlərin həyata keçirilməsinə başlan-

mışdır. Bu sırada ilk növbədə Bakı Universitetinin yaradılması və burada 

bir sıra istiqamətlərdə elmi tədqiqatlara başlanması qeyd edilməlidir. Sovet 

dövründə  də bu proses davam etdirilmiş, lakin məqsəd milli elmi inkişaf 

olmadığından, Azərbaycanda elm SSRİ elminin bir tərkib hissəsi kimi 

mövcud olmuşdur. Bununla belə, ölkəmizdə savadsızlığın ləğvi, maariflən-

mə siyasətinin həyata keçirilməsi, milli elmi kadrların formalaşması, elmi 

tədqiqat institutlarının açılması müəyyən bir elmi mühitin yetişməsinə  və 

elmə pozitiv münasibət yaranmasına səbəb olmuşdur.  

Müstəqillik əldə etdikdən sonra SSRİ-nin elmi strukturlarından ayrıl-

maq zərurəti yeni bir bütöv elmi mexanizm formalaşdırmaq vəzifəsini qar-

şıya qoydu. Lakin bunun üçün ilk növbədə elmin özünüdərki sahəsində, 



elm haqqında elmin öyrənilməsi və tətbiqi sahəsində işlər görülməsi, mü-

vafiq tədqiqatlar aparılması lazım idi. Təəssüflər olsun ki, bu proses ölkə-



Elm haqqında elm 

 

 



 

16

mizdə çox ləng gedir. Baxmayaraq ki, Azərbaycanda elmşünaslıqla bağlı 



tədqiqatların aparılmasına hələ 70-ci illərdən başlanılmışdı, müstəqillik 

dövründə bu sahədə  məqsədyönlü siyasət aparılmadığından “elmdə isla-

hat” işləri əsasən kortəbii və pərakəndə surətdə həyata keçirilmişdir. Ancaq 

Azərbaycan Respublikası Prezidentinin neft kapitalını intellektual kapitala 

çevirmək haqqındakı məşhur çağırışından sonra bu sahəyə diqqət artmış və 

ölkəmizdə elmşünaslığın inkişaf etdirilməsinə necə böyük ehtiyac olduğu 

üzə çıxmışdır.  

“Elm haqqında elm” kitabında biz, bir tərəfdən bu ehtiyacı ödəməyə, 

yəni elm haqqında, onun funksiyaları, inkişaf qanunauyğunluqları haqqın-

da məlumat verməyə, digər tərəfdən də bu sahədə çağdaş problemləri araş-

dıraraq, təkcə ölkəmiz üçün deyil, bütün dünya elmşünaslığı üçün aktual 

olan bir sıra mühüm məsələləri tədqiq etməyə çalışmışıq. Bu məqsədlə 

Qərb elmşünaslıq məktəbində əldə olunmuş nailiyyətlərlə keçmiş Sovetlər 

birliyində aparılan tədqiqatların nəticələrini birləşdirmək, habelə  Şərq el-

mi-fəlsəfi fikir ənənələrində bu məsələyə dair əhəmiyyətli sayıla biləcək 

ideyaları nəzərə almaq mövqeyindən çıxış etmişik. Belə ki, Qərb fəlsəfə-

sində elmin bir məntiqi-koqnitiv sistem kimi tədqiqinə geniş yer verilsə də, 

onun sosial aspektləri, texnika və istehsalla qarşılıqlı əlaqəsi məsələləri öz 

elmi-fəlsəfi ifadəsini marksizmdə daha çox tapmışdır. Texnika və texnolo-

giyanın elmi-fəlsəfi  əsaslarının Azərbaycanda çox az tədqiq olunduğunu 

və müasir dövrdə elm haqqında tam təsəvvür yaratmaq üçün bu sahələrin 

də  işıqlandırılması  zərurətini nəzərə alaraq, biz kitaba texnika və texniki 

biliklə bağlı olan, habelə sovet dövründə “elmi-texniki tərəqqi” və “elmi-

texniki inqilab” adı altında aparılan tədqiqatların əsas məzmununu da daxil 

etməyi məqsədəuyğun hesab etmişik. 

Müstəqil və müasir bir ölkə olaraq, Azərbaycanda elmi inkişaf etdir-

mək cəhdləri anlaşılandır. Yəni biz istəyirik ki, inkişaf edən iqtisadiyyatı-

mız, sənayemiz, kənd təsərrüfatımız və xidmət sahələrinin geniş şəbəkəsi 

ilə yanaşı, öz milli mədəniyyətimiz,  ədəbiyyatımız, musiqimizlə yanaşı – 

öz elmimiz də olsun. Və bu məqsədlə dövlət büdcəsindən də hər il xeyli 

miqdarda pul ayrılır, elmi tədqiqat müəssisələri fəaliyyət göstərir, kitablar 

çap olunur və s. Lakin elm spesifik bir sahədir. Hər ölkənin öz elmi ola bil-

məz. Həqiqi elmin subyektlərindən birinə çevrilmək üçün isə ilk növbədə 

elmin təbiətini, özünəməxsus cəhətlərini, “huyunu-xasiyyətini” bilmək la-

zımdır. “Elm haqqında elm” də məhz bu ehtiyacdan dolayı yaranmışdır. 


Giriş 

 

 

 

17



Müasir mərhələdə Azərbaycanda yüksək ictimai-iqtisadi inkişaf 

tempi, təbii ki, elmin də bu proseslərdə fəal iştirakının təmin edilməsi vəzi-

fəsini qarşıya qoyur. Digər tərəfdən, elmin funksiyalarını ancaq iqtisadi sə-

mərə ilə  məhdudlaşdırmaq olmaz. Elmin həm də humanitar missiyası  və 

dünyagörüşünün formalaşdırılmasında mühüm rolu vardır. Cəmiyyətdə nü-

fuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzə-

rə alınsa, bir o qədər yaxşıdır.  İndi çoxlu ictimai təşkilatlar, o cümlədən, 

elm və təhsil sahəsində beynəlxalq və milli elmi mərkəzlər, assosiasiyalar, 

fondlar, habelə, müxtəlif profilli akademiyalar yaradılır. Cəmiyyətdə ge-

dən proseslərdə istər-istəməz ictimai rəyin rolu artır və bu təşkilatlar onun 

formalaşmasına böyük təsir göstərirlər. Demokratik cəmiyyətdə sağıcı ilə 

alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq 

ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanlara malikdir. 

Kapitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital öz qüdrətini bütün 

sahələrdə, o cümlədən, elm və təhsil sahələrində də göstərməyə başlamış-

dır. Lakin elm sahəsində kapitalın dövriyyə müddəti çox böyük olduğun-

dan, yeni yaranan burjuaziya elmi tədqiqat sahələrinə investisiya qoymaq 

barədə düşünmür. Əsl elmin əvəzinə, onun ancaq adından və nüfuzundan 

bəhrələnmək üçün psevdoelmi təşkilatlar və qurumlar yaradılır, elmi adlar 

altında cəfəng məzmunlu və ya çoxdan məlum olan biliklərdən ibarət qa-

lın-qalın kitablar buraxılır, müxtəlif cür elmi titullar, fəxri adlar, mükafat-

lar təsis edilir. Nəticədə kapital həqiqi elmin inkişafı üçün nə isə etməyə 

tələsməsə də, onu psevdoelmi mühitlə əvəz etməyə çalışır və müasir rek-

lam texnologiyasına söykənən zahirən zəngin, dəbdəbəli üz qabığının pa-

rıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə ingilis dilini bildiyinə 

görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından 

istifadə edib yeni-yeni informasiyalarla əsl alimləri belə mat qoyur, kim isə 

sadəcə pulu olduğuna görə öz adına həmin bu informasiyaların tərcüməsin-

dən ibarət qalın-qalın kitablar buraxdırır. Kim isə yenə də sadəcə pulu və 

ya vəzifəsi olduğuna görə, heç ingilis dilini öyrənməsə də, heç internetdən 

istifadə edə bilməsə də, dolayısı ilə onlardan bəhrələnir, kim isə heç yeni 

informasiyadan da istifadə etmədən, başqalarının əməyi hesabına kitablar 

və dissertasiya işləri yazdırır və s. 

Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-tədqiqat işinə heç kim 

maya qoymaq istəmirsə, bəs onda elmi adlara, titullara, müxtəlif “beynəl-

xalq” psevdoelmi təşkilatların, “akademiyaların” yaradılmasına və onların 



Elm haqqında elm 

 

 



 

18

üzvlüyünə  nəyə görə pul sərf edənlər tapılır? Meşşanlar dünyasında elm 



özü heç kimə lazım deyilsə, onun imicindən istifadə etmək nəyə görə la-

zımdır? Suala sualla cavab vermək istərdik: Əgər zinət əşyaları, bahalı pal-

tarlar, dəbdəbələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan kapital gə-

lir gətirmirsə, onda nəyə lazımdır? Yəqin hər iki sualın cavabı eyni olacaq-

dır. Görünüş yaratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə təqdim 

etmək üçün, imici asan yolla qaldırmaq üçün və s. Nəticədə həqiqi elmin 

arxa plana keçməsi və psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu-

na da heç cür yol vermək olmaz. 

Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də 

saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi 

bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin təşki-

lati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları və öz əv-

vəlki funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə 

monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul və 

adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları 

elmin özü ilə qarışıq salırlar. 

Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə  məşğul ol-

maq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşün-

cənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca, o ən 

böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də 

elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Mü-

əyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, in-

tellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyətlə, istəni-

lən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat 

mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri 

arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi daya-

nır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-

mai prosesdir.  

Bəli, elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prosesi-

nə daxil ola bilməyən, ondan kənarda qalan və sanki özü üçün yaradılmış 

olan lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz 

şərtləri vardır. Bunlardan biri dünya miqyasında  əldə olunmuş yeni elmi 

biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən ge-

ridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların 

künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm he-


Giriş 

 

 

 

19



sab edilə bilməz. Elmin öz meyarları, elmilik şərtləri vardır ki, elmşünaslı-

ğın bir vəzifəsi də onları öyrənməkdir.  

Bu kitabda elmin özü, daxili komponentləri ilə bərabər, onun sıx su-

rətdə bağlı olduğu sahələr, elmin infrastrukturu tədqiq olunur. Elm və tex-

nika, elm və istehsalat, elm və dil, elm və nəşriyyat və s. bu kimi qarşılıqlı 

münasibətlərin araşdırılması elm sisteminin əhatə dairəsini və əlaqələr şə-

bəkəsini müəyyənləşdirməyə imkan açır. 

Hər hansı bir hadisənin obyektiv məntiqini, təbii inkişaf meyllərini 

müəyyənləşdirmədən, onu optimal surətdə idarə etmək mümkün deyil. El-

mi-texniki tərəqqinin fəlsəfi tədqiqindən həqiqətən səmərəli olan praktik 

nəticələr ala bilmək üçün bu işə subyektiv təsir altında və ya müəyyən mü-

nasibətlə yazılmış  əsərlərin tədqiqindən başlamaq, onları  rəhbər tutmaq, 

artıq qəbul edilmiş terminologiyaya qeyd-şərtsiz istinad etmək düzgün ol-

mazdı. Qarşıda duran problemin böyük siyasi, iqtisadi və sosial əhəmiyyəti 

tədqiqatın daha ciddi şəkildə, yalnız obyektiv əsaslara, real tarixi proseslə-

rin, faktların ümumiləşdirilməsinə istinad etməklə aparılmasını tələb edir. 

Buna görə də, kitabda heç bir yüksək kompetensiyalı mövqeyə kor-koranə 

arxalanmaq təşəbbüsü göstərilməmiş, elmi-texniki tərəqqinin tədqiqinə 

onun mənşəyinin öyrənilməsindən başlanmış və əlaqədar proseslərin təbii-

tarixi inkişaf yolu izlənməklə müasir mərhələdə nə kimi bir obyektiv və-

ziyyət yarandığı və bu vəziyyəti xarakterizə etmək, onun elmi mənzərəsini 

yaratmaq üçün nə kimi anlayışlara ehtiyac olduğu müəyyən edilmişdir. 

Tədqiqat göstərir ki, elmi və texniki tərəqqinin məcmuyu kimi möv-

cud olan və bütöv sistemlilik şərtini ödəyən hansı isə bir hadisə yoxdur. 

Belə ki, elm və texnikanın yalnız özləri üçün spesifik olan elə müstəqil 

tərəfləri, hissələri var ki, onlar «elm-texnika» sistemindən kənarda qalır. 

Deməli, bu iki hadisənin məcmuyunu yeni bir adla işarə etmək və bu mə-

nada elmi-texniki tərəqqidən danışmaq obyektiv məzmuna heç də uyğun 

gəlmir. Anlayışların nisbəti gerçək hadisələr arasındakı həqiqi nisbəti əks 

etdirmir və obyektiv vəziyyəti ifadə etmir. 

Digər tərəfdən də, elm və texnika arasındakı əlaqənin tarixi inkişaf 

yolunun öyrənilməsi nəticəsində elə bir yeni hadisə aşkar olur ki, o, indiyə 

qədər xüsusi tədqiqat obyektinə çevrilməmiş və «adsız» qalmışdır. Bu ha-

disə elmdən texnikaya keçidi təmin edən fəaliyyətlə bağlıdır. Kitabda 

«elm-texnika» sisteminin əhatə dairəsi müəyyənləşdirildikdən sonra bu ye-

ni hadisənin məhz həmin sistemin formalaşması və inkişafı prosesi olduğu 



Elm haqqında elm 

 

 



 

20

aşkar edilir. Tədqiqat göstərir ki, bu hadisəni hər mənada məhz elmi-texni-



ki tərəqqi adlandırmaq məqsədəuyğundur. Deməli, həqiqətdə diqqətəlayiq 

olan yeni keyfiyyətli bir hadisə öz həqiqi məzmununa uyğun istiqamətdə 

tədqiqat predmetinə çevrilməmişdir. Əksinə, ayrıca, yeni adla çağırılması-

na heç bir ehtiyac və  əsas olmayan, qarşılıqlı tamamlama və daxili kom-

paktlıq şərtini ödəməyən bir qeyri-müəyyən toplu, elmi və texniki tərəqqi-

nin məcmuyu yeni bir adla ifadə olunaraq “elmi-texniki tərəqqi” adlandı-

rılmışdır. Tədqiqat işində elmi-texniki tərəqqi indiyə  qədər «qəbul olun-

muş» mənada deyil, elmi və texniki tərəqqi ilə paralel surətdə mövcud olan 

və birincidən ikinciyə keçidi təmin edən bir proses kimi başa düşülür. Bu 

mövqe elmi-texniki tərəqqinin yeni konsepsiyasının  əsasını  təşkil edir və 

onu bir daha isbata yetirmək üçün elmi-fəlsəfi ədəbiyyatda ilk dəfə olaraq 

elmi-texniki tərəqqinin mənşəyi və genezisi təhlil olunur. Göstərilir ki, el-

mi biliklərin texnikada maddiləşməsinə xidmət edən yeni fəaliyyət sahəsi-

nin nisbi müstəqil sosial sistem kimi formalaşması XIX əsrin ikinci yarı-

sından başlasa da və  hələ indiyədək tamamlanmasa da, bu fəaliyyət çox 

qədim mənşəyə malikdir. 

İnsanın həm də bir sosial varlıq kimi formalaşması İnsan-Təbiət mü-

nasibətinin cəmiyyətlə vasitələnməsindən başlanır. Burada cəmiyyət və ya 

ictimai münasibətlər yalnız insanlar arasındakı ünsiyyətlə, nitqin əmələ 

gəlməsi ilə məhdudlaşdırılmır, zira bu, prosesin həqiqi mürəkkəb gedişini 

təhrif etmək olardı. Kitabda göstərilir ki, insan ilə təbiət arasındakı müna-

sibətin vasitələnməsində mühüm yer tutan və sosial mühitlə bağlı olan ün-

sürlərdən biri – koqnitiv biliklər, müasir mərhələdə – elm, o biri isə texni-

kadır. 


Elm və texnikanın İnsan–Təbiət qarşılıqlı münasibətində tutduğu ye-

ri daha dəqiq təsəvvür edə bilmək üçün bu qarşılıqlı təsir müəyyən yaxın-

laşmada insanın təbiətə  və  təbiətin insana təsirlərinin sintezi kimi, başqa 

yaxınlaşmada isə ayrı-ayrılıqda, diferensial surətdə nəzərdən keçirilir. Bu-

rada təbiətin insana bir bioloji varlıq kimi, təbiətin bir hissəsi kimi təsiri 

nəzərə alınmır; bu – təbiət daxilində gedən prosesdir. İnsan-Təbiət qarşı-

lıqlı  təsirindən danışdıqda insan təbiətdən fərqlənən və müəyyən mənada 

ona qarşı dayanan bir tərəf kimi, sosial varlıq kimi götürülür. 

Belə yaxınlaşmada təbiətin insana təsiri spesifik bir hadisə kimi or-

taya çıxır ki, bu da idrakın əsasını təşkil edir. Bu spesifik hadisənin mexa-

nizmi araşdırılarkən idrak, inikas, şüur və praktika anlayışlarının əhatə dai-


Giriş 

 

 

 

21



rələri və qarşılıqlı nisbətinin bir daha nəzərdən keçirilməsinə ehtiyac oldu-

ğu aşkara çıxır. Belə ki, obyektiv gerçəkliyin (xüsusi halda təbiətin) insan 

beynində inikası ilə insanın obyektiv gerçəkliyə (təbiətə) dəyişdirici müna-

sibətinin obyektiv gerçəklikdə (təbiətdə) inikası eyni xarakterli proses de-

yil. Bunlar hər ikisi inikasdır, hər ikisi yalnız insan üçün səciyyəvidir və 

inikasın eyni səviyyəsinə – ali formasına aiddir. Lakin birinci – idrak hadi-

səsinə, ikinci isə praktikaya uyğun gəlir. 

İdrak və praktika arasındakı vəhdəti nəzərə almaqla bərabər, onları 

nisbi müstəqil hadisələr kimi tədqiq etmək imkanına diqqət yetirilir. Gös-

tərilir ki, şüur və bilik hadisələri yalnız idrak prosesi ilə, qnoseologiya ilə 

məhdudlaşmır.  Şüur idrakdan əlavə praktikanın mənəvi aspektini, fəaliy-

yətlə bağlı olan və bilavasitə ona xidmət edən bilikləri də əhatə edir. Bu-

nunla da, tədqiqat işində biliklərin yalnız idrakla əlaqələndirilməsi, «bilik» 

anlayışı altında bir qayda olaraq, yalnız koqnitiv biliklərin nəzərdə tutul-

ması tənqid edilir və əməli biliklər keyfiyyətcə fərqli şüur hadisəsinin nəti-

cəsi olmaqla koqnitiv biliklərdən fərqləndirilir. Lakin müəyyən abstraksiya 

halında qnoseologiya və texnologiya, elmi və praktik fəaliyyət bir-birindən 

fərqləndirilsə  də, sosial prizmadan baxdıqda onlar vəhdət halında, vahid 

mürəkkəb prosesin daxili tərəfləri kimi ortaya çıxır. Daha doğrusu, sosial-

iqtisadi tələbat bu iki hadisənin əlaqələndirilməsini tələb edir. Elmi-texniki 

tərəqqi də məhz bu tələbatdan yaranır. 

Elmi-texniki tərəqqi nisbi müstəqil bir hadisə olmaqla elmin elə bir 

inkişaf mərhələsində formalaşır ki, onun texnikaya (istehsalata yox, məhz 

texnikaya – sınaq nümunəsinin hazırlanmasına) tətbiqi üçün yeni keyfiy-

yətli xüsusi fəaliyyət sahəsinə ehtiyac yaranır. Daha dəqiq desək, məqsədi 

gerçəkliyi dərk etmək olan elmi fəaliyyətlə  və habelə  məqsədi gerçəkliyi 

sosial tələbata uyğun surətdə dəyişdirmək olan texnoloji fəaliyyətlə yanaşı, 

məqsədi elmi biliklərin texnikaya tətbiqindən ibarət olan elmi-texniki fəa-



liyyət dövrün tələbatına çevrilir və bu funksiyanın icrası üçün müvafiq so-

sial-təşkilatı struktur yaranır. Bu proses obyektiv qanunauyğun prosesdir 

və elmi-texniki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün bu qanuna-

uyğunluğu vaxtında aşkar etmək və onun optimal yolla həyata keçirilmə-

sinə şərait yaratmaq lazımdır. Prosesin kortəbii gedişi də gec-tez müvafiq 

təşkilati formanın qərarlaşmasına gətirib çıxarmalıdır. Lakin baxılan ob-

yektiv ictimai hadisənin məzmununu və meyllərini vaxtında aşkara çıxar-


Elm haqqında elm 

 

 



 

22

maq və ən optimal təşkilati formanı planlı surətdə, vaxtında həyata keçir-



mək – fəlsəfi tədqiqatın iqtisadi səmərəsinə ən yaxşı misaldır. 

Kitabda elm və elmi-texniki tərəqqi haqqında irəli sürülən yeni kon-

sepsiyaya uyğun olaraq elm və texnikanın tərəqqisi elmi-texniki tərəqqinin 

komponentləri kimi götürülmür. Ona görə də, elmi-texniki tərəqqinin məz-

mununu açmaq üçün elm və texnikanın təkcə bu prosesə daxil olan, bu 

prosesdə iştirak edən tərəfləri deyil, həm də bu prosesdən kənarda qalan, 

nisbi müstəqilliyə malik olan tərəflərini aşkara çıxarmaq tələbatı yaranır. 

Digər tərəfdən, elm və texnika tam müstəqil hadisələr kimi deyil, qarşılıqlı 

əlaqədə və vəhdətdə öyrənilir, onların elmi-texniki tərəqqidə iştirak xüsu-

siyyətləri də aşkara çıxarılır.  

Elm, bir tərəfdən, sosial-mədəni bir hadisə kimi, idraki proses kimi, 

biliklər sistemi kimi, digər tərəfdən də, ictimai praktikaya xidmət edən tət-

biqi əhəmiyyətli hadisə kimi, «bilavasitə məhsuldar qüvvə» kimi nəzərdən 

keçirilir. Burada məhz bu ikinci aspekt birincidən fərqli olaraq elmi-texni-

ki tərəqqiyə daxil edilir. İndividual qnoseoloji proseslərdən təşkilatlanmış 

elmi tədqiqatlara və alınan nəticələrin tətbiq mexanizmlərindən texnologi-

yaya keçid kimi geniş miqyaslı ictimai hadisənin rüşeymləri mürəkkəb sis-

tem kimi götürülən elmin ikili təbiətində axtarılır. Elmin idraki və tətbiqi 

funksiyalarının daxili vəhdəti də bu zaman ortaya çıxır.  

Tədqiqat göstərir ki, elmi-texniki tərəqqinin nisbi müstəqil hadisə 

kimi formalaşdığı bir dövrdə elm ilə istehsalat arasında vasitəçi rolu oyna-

yan istehsal texnikasının prinsipcə yeni növlərinin yaranması elmin öz da-

xilində gedən proseslərlə sıx surətdə bağlıdır. 

Əvvəla, elmin ictimai həyatda rolu artdıqca və onun praktik əhəmiy-

yətinə dair şübhələr silindikcə  cəmiyyət elmin maddi bazasını daha da 

möhkəmləndirir, elmə ayrılan vəsaitin miqdarı getdikcə artır, elm bir sosial 

sistem kimi getdikcə daha böyük miqyas alır. Daha doğrusu, elm sosial-

mədəni sistem olmaqla yanaşı, həm də sosial-iqtisadi və sosial-texnoloji 

sistemə çevrilir. Əvvəllər yalnız kiçik laboratoriyalar şəklində olan ekspe-

rimental tədqiqat bazaları indi böyük istehsal birlikləri ilə rəqabətə girə bi-

ləcək mürəkkəb təcrübə-sınaq bazalarına çevrilir, elmi müəssisələr daxilin-

də təcrübə – Konstruktor Büroları və hətta zavodlar yaranır ki, bu da elm-

istehsalat birliklərinin yaradılması sahəsində başlıca amillərdəndir. 

Bilavasitə elmi tədqiqat məqsədlərinə xidmət edən texniki sistemlər 

–  elm texnikası  istehsal məqsədi ilə  də istifadə olunur; hər halda indiki 


Giriş 

 

 

 

23



dövrdə belə bir imkan yaranmışdır. 

Yüz illər boyu elmi tədqiqat aparatları unikal qurğulardan ibarət ol-

muş, elm adamlarının konkret məqsədlə irəli sürdükləri ideya əsasında bir 

və ya bir neçə nüsxə texniki qurğu – aparat düzəldilmiş və vaxtı keçdikdən 

sonra (daha mükəmməl eksperimental cihazlarla əvəz edildikdən sonra) 

muzey eksponatına çevrilmişdir. Müasir dövrdə elm sahəsində qarşıya çı-

xan problemlərin həlli, ideyaların yoxlanması üçün daha tək bir mikroskop 

və ya Atvud maşını kifayət etmədiyindən, çox mürəkkəb texniki qurğulara 

ehtiyac yarandığından, bir tərəfdən, elm texnikasının özünün düzəldilməsi 

çətinləşmiş və bu məqsədlə sənayenin elmə xidmət edən yeni sahəsi yaran-

mışdır; digər tərəfdən də, elmi məqsədlərlə yaradılmış unikal texniki sis-

temlərdən istehsal məqsədilə də istifadə etmək imkanı yaranmışdır ki, bü-

tün bunlar elm, texnika və istehsal arasındakı münasibətin xarakterinə təsir 

göstərmişdir. 

Əgər əvvəllər elm bir növ istehsalın əlavəsi kimi çıxış edirdisə, indi 

istehsalın elmin əlavəsinə çevrilməsi (təşkilati və funksional baxımdan; 

əslində son məqsəd yenə də istehsaldır) meyli üstünlük təşkil edir. 

Kitabda təqdim olunan mühüm nəticələrdən biri də elmi-texniki tə-

rəqqi ilə elmi-texniki inqilab arasındakı nisbətin müəyyənləşdirilməsidir. 

Məlum olur ki, elmi-texniki tərəqqinin yeni konsepsiyası elmi-texniki inqi-

laba olan bir sıra ənənəvi münasibətlərin dəyişilməsini tələb edir. Məsələ 

burasındadır ki, elm və texnikanın inkişaf tarixi izlənilərkən aşkar edilən 

ən mühüm inqilabi yenilik məhz elmi-texniki tərəqqinin nisbi müstəqil ha-

disə kimi yaranması, formalaşmasıdır. Müəyyənləşdirilir ki, elmi-texniki 

inqilabdan danışmazdan  əvvəl, qarşıda elmi-texniki tərəqqinin özünün nə 

kimi bir yeniliklə, nə kimi keyfiyyət dəyişilməsi ilə bağlı olduğunu müəy-

yənləşdirmək problemi durur. 

Bu yenilik isə insanın bir insan kimi formalaşması tarixi fonunda, 

İnsan-Təbiət münasibətlərinin inkişafının qanunauyğun nəticəsi kimi orta-

ya çıxır, elmi-texniki tərəqqinin ən ümumi əmək bölgüsü ilə bağlılığı aşkar 

edilir. 

Elmi-texniki inqilaba gəlincə, yalnız elmi-texniki tərəqqini xarakte-

rizə edən yeni fəaliyyət sahəsi (elmi-texniki fəaliyyət) və yeni bilik səviy-

yəsi (elmi-texniki bilik) müəyyənləşdirildikdən sonra, həmin bu yeni sahə-

nin öz tarixini izləmək hesabına burada nə kimi inqilabi dəyişikliklər baş 

verdiyini aşkara çıxarmaq olar. 



Elm haqqında elm 

 

 



 

24

Deməli, elmi-texniki tərəqqi bütövlükdə bəşər sivilizasiyası (məkan 



və zamanca lokal tarixi-coğrafi sivilizasiyalardan fərqli olaraq) miqyasında 

həyata keçən bir hadisədir. Onun nisbi müstəqil bir hadisə kimi meydana 

gəlməsini öz miqyasına və  əhəmiyyətinə görə, məsələn, elmin bir sosial 

sistem kimi formalaşması ilə müqayisə etmək olar. Elmi inqilablar isə, mə-

lum olduğu kimi, elmin daxili inkişafında və ya hətta onun en kəsiklərin-

dən birində baş verən keyfiyyət dəyişiklikləri kimi başa düşülür. Buna mü-

vafiq olaraq, elmi-texniki inqilab da nisbətən məhdud miqyasda, elmi-

texniki fəaliyyətin öz hüdudları daxilində baş verən keyfiyyət dəyişilməsi-

dir. Belə başa düşüldükdə elmi-texniki inqilablar prinsipcə çox ola bilər. 

Müasir dövrdə belə dəyişilmələrin həqiqətən olub-olmaması proble-

mi xüsusi bir problemdir; bizim qarşımızda duran əsas vəzifə elmi-texniki 

tərəqqinin öz hüdudlarını müəyyənləşdirmək, onun mənşəyini, mahiyyət 

və  məzmununu işıqlandırmaq olduğundan, biz bu xüsusi problemə geniş 

yer verməmişik. Lakin elmi-texniki inqilabın mahiyyətini məhz hansı hü-

dud daxilində axtarmaq lazım gəldiyi müəyyənləşdirilmişdir. Nisbi müstə-

qil elm və texnika sistemləri daxilində, habelə  məhsuldar qüvvələr siste-

mində baş verən keyfiyyət dəyişilmələrinin elmi-texniki inqilab kimi qiy-

mətləndirilməsinin qüsurluluğu aşkar edilmiş, elmi-texniki inqilabın məğ-

zini elmi-texniki biliklər sistemi (daha doğrusu, elmi-texniki fəaliyyətin 

koqnitiv en kəsiyi) arasındakı münasibətdə axtarmaq lazım olduğu əsaslan-

dırılmışdır. Böhran o zaman əmələ gəlir ki, sosial təşkilati strukturla koq-

nitiv və texnoloji en kəsikləri arasında ziddiyyət yaranır. Sosial strukturda 

bu ziddiyyətlərin həll edilməsinə yönəldilmiş tədbirlər həyata keçirildikdə 

həmin sahədə  sıçrayışlı inkişaf müşahidə olunur; elmi-texniki fəaliyyətin 

inkişafı bu inkişafa əngəl törədən təşkilati-sosial xarakterli maneçiliklərdən 

azad edilir. 

Ona görə  də, kitabda irəli sürülən praktik əhəmiyyətli  ən mühüm 

ideyalardan biri bütövlükdə Elm-Texnika-İstehsalat zəncirində  təşkilati 

strukturun bu hadisənin obyektiv məzmununa, inkişaf meyllərinə adekvat 

olması və ya heç olmazsa əsasən uyğun gəlməsi tələbinin əsaslandırılması-

dır. 

Bu istiqamətdəki tədqiqatdan hasil olan başlıca qənaət bundan iba-



rətdir ki, elm sisteminin həm koordinativ, həm də subordinativ təşkilinə və 

idarə olunmasına xidmət edən vahid operativ struktur – Elmlər Akademi-

yası (habelə ali məktəb və sahə institutları) mövcud olduğu kimi, elmi-tex-


Giriş 

 

 

 

25



niki fəaliyyətin də operativ surətdə idarə olunması üçün belə bir mərkəzi 

struktura – Elmi-Texniki Mərkəzə ehtiyac vardır. Yalnız bu cür mərkəzləş-

mə halında sahə elmlərinin pərakəndəliyi ucbatından həyata keçirilə bilmə-

yən mühüm bir tədbir həyata keçirilə bilər. Bu tədbirin mexanizmi belədir: 

1) Elmi-texniki fəaliyyət özü elmin və istehsalatın daxili bölgüsünə uyğun 

olaraq getdikcə diferensiallaşdırılır – elmi-texniki institutlar yaradılır; 2) 

Hər bir elmi-texniki institut həmin sahədə dünya elminin bütün nailiyyətlə-

rindən hazır şəkildə istifadə edə bilmək üçün müvafiq İnformasiya mərkə-

zi ilə  təchiz olunur, başqa sözlə, elmi-texniki instituta elmdən yalnız bir 

komponent – elmi informasiya daxil olur; 3) Yüksək kompetensiyalı elmi-

texniki ekspertin rəyi sosial-iqtisadi ekspertlə razılaşdırıldıqdan sonra bir-

başa hüquqi qüvvə kəsb edir – qərarı inzibati orqanlar yox, operativ orqan 

verir; 4) Elmi-texniki fəaliyyət sahəsində çalışan xüsusi səciyyəli kadrların 

hazırlanması məqsədilə təhsil sistemində müəyyən yeniliklər edilir: xüsusi 

ali məktəblər açılır və s.  

Elm və təhsilin əlaqəsinə həsr olunmuş fəsildə Elmlər Akademiyası-

nın kadr potensialından təhsil sistemində istifadə edilməsi və  əksinə, ali 

məktəblərin elmi potensialının elmi-texniki tərəqqiyə yönəldilməsi sahə-

sində konkret təkliflər irəli sürülür. 

Elmin təhsillə, mədəniyyətlə, istehsalatla, ictimai-siyasi həyatla əla-

qələrinin öyrənilməsi ancaq ona bir sosial sistem kimi baxdıqda mümkün 

olur.  


Müasir dövrdə elmin sosial strukturunun optimal təşkili ilə əlaqədar 

problemlər çoxdur. Elmin özünü kompleks surətdə tədqiq etmədən, elmşü-

naslığın nailiyyətlərinə istinad olunmadan bu problemləri uğurla həll et-

mək mümkün deyildir. Bundan başqa, elmin koqnitiv və sosial rakurslarını 

düzgün əlaqələndirə bilmək üçün regionun milli təfəkkür tərzinin spesifi-

kası və tarixi ənənələri nəzərə alınmalıdır. Bu baxımdan, respublikamızın 

sosial, iqtisadi və milli-mədəni xüsusiyyətlərini  əks etdirən regional elm-

şünaslığın xüsusi bir tədqiqat sahəsi kimi inkişaf etdirilməsinə  və onun 

nəticələrinin elmin təşkilində nəzərə alınmasına böyük ehtiyac vardır. 

Elmin əsl mahiyyəti, daxili məzmunu, heç şübhəsiz, elmi yaradıcılıq 

axtarışları  və elmi biliklər sistemi ilə  əlaqədardır ki, kitabın mühüm bir 

hissəsi bu məsələlərin işıqlandırılmasına həsr olunmuşdur. 

 


Elm haqqında elm 

 

 



 

26


 

 

 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin