Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə14/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
 

Elm və onun inkişaf yolu 

 

 

 

193



 

dur, onlar ya rusdilli mənbələri oxuyub icmal düzəldir, başqalarının fik-

rindən yeni-yeni kitablar düzüb-qoşur, ya da pul qazanmaq üçün əlavə bir 

işlə məşğul olurlar. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən 

oxumur. Azərbaycanda indi hətta müəyyən  ənənəsi olan ədəbi tənqid 

sahəsində də “tənqid”dən əsər-əlamət qalmayıb, o ki qala elmi ədəbiyyata 

münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin kitabını oxumur”. 

Görünür elə buna görədir ki, çıxan kitabların böyük əksəriyyəti elmi 

kitabxanalara göndərilmir. Hətta Mərkəzi Kitabxana belə bütün kitabları, 

heç olmasa, bir nüsxə halında ehtiva etməyə səy göstərmir.      

Yaranmış belə  vəziyyət elmi meyarlara yenidən baxılmasını, elmi 

ekspertiza işinin daha səmərəli təşkili üçün tədbirlər görülməsini, elmin 

əlaqələndirilməsi sahəsində mövcud boşluğun aradan qaldırılmasını  və s. 

bu kimi operativ tədbirlərin gerçəkləşdirilməsini tələb edir. Yəni ölkəmiz-

də heç olmasa nisbi müstəqil elm sistemindən danışmaq istəyiriksə, bunun 

üçün ilk növbədə sistemliliyi təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərt-

lər nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə kimi spesifik əla-

mətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq üçün dünyada artıq ya-

rım əsrdən artıqdır bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prin-

siplərini mənimsəmək lazımdır. 

Biz başqa paraqraflarda həqiqi elmi inkişaf məsələlərinə xüsusi diq-

qət verdiyimiz üçün, burada ancaq ənənəvi “ölçmə” metodlarını nəzərdən 

keçirəcəyik. 

Elmin inkişaf qanunauyğunluğu yalnız sistemli tədqiqat sayəsində 

müəyyənləşdirilə bilər. Həm də belə qanunauyğunluqdan ancaq statistik 

mənada danışmaq mümkündür. Hər bir konkret məqamda elm özünün çat-

mış olduğu səviyyə ilə xarakterizə olunur ki, bu səviyyə  də yalnız elmin 

həmin məqamda digər sosioloji sistemlər arasında tutduğu mövqeyi, həm-

çinin müxtəlif stabil kəmiyyət xarakteristikalarını müəyyənləşdirmək sayə-

sində öyrənilə bilər. Lakin «elm» sisteminin dinamik xüsusiyyətlərini tə-

min etmək, inkişaf qanunauyğunluğunu aça bilmək üçün təkcə onun ani 

vəziyyətini yox (bu mümkün də deyil), keçdiyi bütün əsas mərhələləri 

müəyyənləşdirmək, zamana görə təsnif etmək lazım gəlir. Elmin müxtəlif 

tarixi mərhələlərdəki vəziyyətinin müqayisəsi onun inkişaf qanunauyğun-

luğunun açılmasına yalnız o zaman imkan verə bilər ki, belə  mərhələlər 

sayca çox olmaqla statistik nəticə çıxarmaq üçün yararlı olsun. Elmin müx-

təlif tərkib elementlərinin statistik tədqiqi hazırkı dövrdə bu elementlərin 


Elm haqqında elm 

 

 



 

194


eksponensial qanunla inkişaf etdiyini göstərir. Məsələn, xarici ölkə alimlə-

rindən C.Bernal, D.Prays, R.Siqer; sovet alimlərindən M.M.Karpov, 

Q.E.Vledus, N.İ.Styajkin, Q.M.Dobrov, V.V.Nalimov və s.-nin tədqiqatla-

rı elmi məqalələrin, jurnalların, alimlərin sayının hər 7-10 ildə iki dəfə art-

dığını götürür ki, bu da eksponensial inkişafa uyğundur:

2

1



 

J = Jo exp(a

⋅t) 

(Burada Jo baxılan ilkin momentdəki, J isə t momentindəki inkişaf 



səviyyəsini göstərir). 

 

Şübhə yox ki, statistik yekunlar hesabına qurulmuş qrafiklər ekspo-



nensial  əyri ilə tam üst-üstə düşə bilməz; belə ki, elmin hər bir konkret 

komponentinin inkişafında kənaraçıxmalar labüddür. Müxtəlif qrafiklərin 

müqayisəsi göstərir ki,

2



 bu cür kənaraçıxmalar təxminən eyni zaman inter-

vallarına təvafüq edir. 

Deməli, kənaraçıxmalar özü də müəyyən qanunauyğunluğu əks etdi-

rir. Məsələn, tədqiq olunan bütün tərəflərin: müəyyən elmi sahəyə  həsr 

olunmuş jurnalların, elmi məqalələrin, elmi işçilərin, elmi institut və labo-

ratoriyaların sayının artması prosesində iki əsas tənəzzül momenti müşahi-

də edilir ki, bunlar da zamanca birinci və ikinci dünya müharibələrinə uy-

ğun gəlir. Elmin ayrı-ayrı tərəflərinin inkişafında ictimai həyatdakı hadisə-

lərin bu cür qanunauyğun şəkildə əks olunması bütöv «elm» sisteminin so-

sial mahiyyətinin açılması işinə geniş imkanlar yaradır. Lakin məqsədimiz 

elm sisteminin yalnız ümumi proqnozu ilə bağlı olan məsələləri müəyyən-

ləşdirmək olduğundan ictimai həyatdakı müxtəlif qısa müddətli təsirini 

nəzərə almayacağıq və ümumi inkişaf qanunauyğunluğunun müəyyənləş-

dirilməsi ilə kifayətlənəcəyik. 

Sadə məntiqi mühakimələr göstərir ki, elmin baxılan tərəflərinin ha-

zırkı inkişaf qanunauyğunluğu heç də həmişə davam edə bilməz, zira onla-

rın kəmiyyət artımı üçün müəyyən zəruri məhdudiyyətlər vardır. Məsələn, 

elmi işçilərin sayı ümumiyyətlə adamların sayını, kitab və jurnalların həc-

mi istehsal olunan ümumi kağız həcmini, elmi xərclər ümumi milli gəliri, 

                                                 

1

 Бах:  Дж.Бернал.  Наука  в  истории  общества; «Наука  о  науке».  М., 1966; 



М.М.Карпов. Закон ускоренного развития естественных наук // Вопросы философии, 

1963,  № 4; В.В.Налимов. «Количественные  методы  исследования  развития  науки // 

Вопросы философии, 1966, № 12 və s. 

 Belə müqayisə ilə, məsələn, aşağıdakı əsərdə tanış olmaq olar:  И.И.Лейман. Наука 



как социальный институт. Ленинград, 1971, с.71-73. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

195



 

elmi-tədqiqat institutlarının miqdarı bütün bunların miqdarını  aşa bilməz. 

Göstərilən yuxarı sərhədlər özləri də inkişaf edir, lakin bu inkişafın sürəti 

xeyli kiçikdir və  həmçinin yuxarıdan məhduddur. R.Oppenqeymer məhz 

ifrat yuxarı  sərhəddi nəzərə alaraq yazır ki, «Physical review» jurnalının 

artımı  hər halda elə xarakterdə olmalıdır ki, «onun çəkisi Yer kürəsinin 

çəkisini aşmasın».

2

1



 

Bəs baxılan tərəflərin inkişaf səviyyəsi mövcud məhdudluq həddinə 

yaxınlaşdıqca inkişaf qanunauyğunluğunda nə kimi dəyişiklik baş verməli-

dir? L.A.Xursin elm sisteminin bağlı olduğu tərəflərdən ikisinin – elmi 

xərclərin və elmi işçilərin yuxarı sərhəddə malik olmasına əsaslanaraq ya-

zır: «…Bu modelin

2



 çox da uzaq olmayan gələcəyə belə ekstrapolyasiyası 



mənasız nəticələr verir. Belə  çıxır ki, artıq yaxın gələcəkdə elm istənilən 

ölkənin bütün milli gəlirini  əhatə edəcək, elmi sferada isə bütün insanlar 

olacaqlar. Cəmiyyətin elmin təcavüzkarlığından xilas etmək məqsədi ilə 

D.Prays saturasiya ideyasını irəli sürmüşdür və belə sayır ki, elm loqistik 

əyri boyunca inkişaf edir».

2

2



 

İndi isə görək məhdudlaşdırıcı həddə malik olan tərəflərin

2

∗∗

 inkişaf 



xüsusiyyətləri təklif olunan qanunauyğunluqla (loqistik əyri) nə  dərəcədə 

uzlaşır. Bunun üçün, əvvəla, loqistik əyri boyunca inkişafın xarakteri ilə 

tanış olaq: «Loqistik əyri» üçün analitik ifadə  

kbt

e

a

b

y



+

=

1



    ; k > 0                                 (1) 

aşağıdakı diferensial tənliyin həllidir:  

(

)

dt



y

b

ky

dy



=

; 0 < y < b;      

        (2) 

Bu halda artım məhduddur, belə ki, b sabiti y kəmiyyətinin maksi-

mal qiymətidir.  Digər əmsallar: a və k da sabit kəmiyyətlərdir.  Artımın 

nisbi sürəti dy/ydt = ky(b – y) artıq sabit kəmiyyət olmayıb y-in xətti 

funksiyasıdır. Bizi maraqlandıran tərəfin çatdığı səviyyə nə qədər yüksək 

                                                 

1

 Р.Оппенгеймер. Наука и культура // «Наука и человечество». М., 1964, с.57. 



 Elm sisteminin eksponensial inkişaf qanunauyğunluğu nəzərdə tutulur. 

2

 Л.А.Хурсин. О природе механизма развития науки на современном этапе научно-



технической революции // Вопросы философии, 1971, № 6, с. 39. 

∗∗

 Yuxarı sərhəddin varlığı haqdakı mülahizələrimiz, həmçinin sitat gətirilən parçadakı 



dəlillər bütövlükdə elmə yox, elmin yalnız bəzi tərəflərinə aid olduğundan yeni inkişaf 

qanunauyğunluğu da bu tərəflər üçün axtarılmalıdır. Ona görə  də, loqistik əyri boyunca 

inkişaf zərurətini bizə yalnız yuxarıda adlanan konkret elmi tərəflərə şamil edəcəyik. 


Elm haqqında elm 

 

 



 

196


olursa, artım sürəti də bir o qədər az olur».

2

1



 Sxem 3-dən göründüyü kimi, 

loqistik əyri inkişafın eksponensial artıma uyğun gələn birinci mərhələsini 

əks etdirir. Lakin ikinci müntəzəm mərhələ absis oxuna paralel olan 

asimptotla sərhədlənmişdir ki, bu da yuxarı sərhədlərin heç bir istiqamətli 

inkişafda bulunmasına müvafiqdir. 

  

Sxem 2. 



 

Bu cür qiymətləndirmə dialektik təsəvvürlərə tamamilə ziddir. Yu-

xarıda göstərdiyimiz kimi, elmin hər bir konkret tərəfinin inkişaf səviyyəsi 

üçün mövcud olan məhdudluq hədləri heç də tam stabil olmayıb məxsusi 

inkişafa da malikdir. Əgər baxılan elmi tərəflərin inkişafı yalnız yuxarı sər-

həddin varlığı ucbatından ləngiyirsə, deməli, onların artması, gec, ya tez 

sərhəddin artma qanunu ilə baş verməlidir. Əgər başqa ləngidici amillər də 

varsa, onda inkişaf sürəti, təbii ki, daha da aşağı düşməlidir. Deməli, yuxa-

rı  sərhədlərin inkişaf qanunauyğunluğu müvafiq elmi tərəflərin inkişafın-

dakı ikinci müntəzəm mərhələnin maksimal səviyyəsini  əks etdirir. Bun-

dan başqa, I və II müntəzəm mərhələ arasında müəyyən keçid mərhələsi ol-

malıdır və keçid özü də ixtiyari şəkildə yox, müəyyən qanunauyğunluqla 

baş verməlidir. Lakin ayrılıqda yanaşdıqda keçid mərhələsinin kəmiyyət 

xarakteristikalarını müəyyənləşdirmək olduqca çətindir və buna görə  də, 

əvvəlcə hər iki müntəzəm dövrü əhatə edən ümumi inkişaf qanunu tapmaq 

lazımdır. Bu halda uyğun riyazi qrafik keçid hissəsini də əhatə edəcək ki, 

əyrinin həmin hissədəki xarakteri ən çox ehtimala görə, keçid mərhələsin-

dəki qanunauyğunluğu əks etdirəcəkdir. Modelləşdirmənin ən yüksək və-

                                                 

1

 Г.А.Влэдуц,  В.В.Налимов,  Н.И.Стяжкин.  Научная  и  техническая  информация 



как одна из задач кибернетики // Успехи физических наук, т. 69, № 1, 1959, с.13.  

  J                           

eksp.

 

     b 



 

 

  



                                          loq.

  

  



     

  

  



 

 

 



                                         

0

                                    t 



 

 

Elm və onun inkişaf yolu 

 

 

 

197



 

ziyyəti də bundan ibarətdir ki, aralıq mərhələlərin qiymətləndirilməsinə 

imkan yaradır. 

Beləliklə, birinci müntəzəm mərhələni eksponensial, ikincini isə 

yuxarı sərhəddin inkişaf qanuna uyğun şəkildə götürməklə elmin istənilən 

konkret tərəfinin inkişaf qrafikini qurmaq mümkündür. 

 

Sxem 3. 

 

Sxem 3-də elmi işçilər sayının ümumi inkişaf mənzərəsini təsvir et-



məyə çalışmışıq. Burada y(t) əyrisi ümumiyyətlə adamlar sayının artma 

qanunauyğunluğunu göstərir. Sxemdə adamların və elmi işçilərin sayı ara-

sında daimi interval saxlanmışdır və bizim fikrimizcə, bu cür fərqin qalma-

sı labüddür. Yeri gəlmişkən, qeyd edək ki, bəzi tədqiqatçılar elmin ictimai 

xarakterini və elm ilə  sənət arasındakı fərqi lazımınca qiymətləndirməyə-

rək iddia edirlər ki, gələcəkdə «hər kəs elm sferasında xidmət edəcəkdir».

2

1

 



Bu fikirlə heç cür razılaşmaq mümkün deyil; bütün adamlar elmi bilik əldə 

edə bilər və öz fəaliyyətində ondan istifadə edə bilər, həmçinin peşə vər-

dişlərinin formalaşmasında da elmin nailiyyətlərindən istifadə edilə bilər 

və bu labüddür, lakin nəzərə alınmır ki, elmi biliklərin və peşə vərdişləri-

nin öyrənilməsi və istifadə olunması heç də elm sferasında xidmət etdiyini 

göstərmir. 

Elmin yuxarıda təhlil etdiyimiz digər elementləri üçün də analoji 

qrafiklər qurmaq olar. Lakin məntiqi mülahizələr əsasında verdiyimiz dü-

zəlişi yalnız o vaxt rasionallaşdıra bilərik ki, onu riyazi ifadə edə Bilək. 

Bunun üçün (2) tənliyində b sabitinin əvəzində sərhəddin dəyişmə qanunu-

                                                 

1

 И.ИЛейман. Наука как социальный институт, с.101. 

eksp.

   J  


                                        d 

 

 



   d

                           

ϕ (t)

  

  



 

 

 



           

I     II   III                        t

  

 0 


Elm haqqında elm 

 

 



 

198


nu ifadə edən  z=y(t) funksiyasını yazmaq lazımdır. Bu halda dəqiq həllin 

çətin olmasına baxmayaraq, alınmış diferensial tənlik:    

 

  

(



)

y

z

y

dt

dy

=



                (3) 

 

baxdığımız məsələnin şərtlərini düzgün əhatə edir.



2

*

  



Elm sisteminin baxılan konkret elementləri üçün mövcud olan yuxa-

rı  sərhədlərin də inkişaf etməsi faktı mütləq məhdudiyyətlərin olmaması 

haqdakı təlimə tamamilə müvafiq gəlir. İnkişafın xarakteri, sürəti, həyata-

keçmə formaları dəyişə bilər, inkişaf prosesində bir qanunauyğunlun baş-

qası ilə əvəz oluna bilər, lakin inkişaf bütövlükdə kəsilə bilməz. Əgər bir 

qrup tədqiqatçı

2

1

 elmin müxtəlif komponentlərinin inkişaf sürətinə olan 



məhdudiyyəti inkişafın özünə olan məhdudiyyət kimi qələmə verirsə, bu 

yalnız metodoloji qüsurun nəticəsidir, metafizik yanaşma tərzinin 

təzahürüdür. 

Bundan başqa, bütün faktiki materiallar elmin yalnız ayrı-ayrı kom-

ponentlərinin (elmi işçi kütləsi, informasiyanın ötürülməsi vasitələri, elm 

üçün lazım olan xərclər və s.) inkişaf xüsusiyyətlərini əks etdirdiyi halda, 

tədqiqatçılar aldığı nəticələrin nə üçünsə – heç bir məntiqi əsas göstərmə-

dən, bütövlükdə elm sisteminə aid edirlər. Belə  əsərlərdə anlayışlardan o 

dərəcədə qeyri-müəyyən  şəkildə istifadə edilir ki, elm ilə onun müxtəlif 

tərkib elementləri arasında ümumiyyətlə fərq qoyulmur; guya sistemin hər 

konkret elementinə xas olan cəhətlər sistemin özünə  də xas olmalı imiş. 

Belə  nəticə müasir sistemli yanaşma nəzəriyyəsində müəyyənləşdirilmiş 

olan metodoloji prinsiplərlə, sistem və onun elementləri haqdakı təsəvvürlə 

bir araya sığa bilməz. 

Elmin ayrı-ayrı elementlərinin  saturasiyasına (doyma, sabitləşmə 

halı) dair fikirlər nəticə etibarilə qüsurlu olsa da (bunun belə olduğunu biz 

yuxarıda göstərmişik), müəyyən qnoseoloji əsaslara malikdir və bu məsələ 

haqqında danışılması elmi cəhətdən bəlkə maraq doğura bilər. Lakin bütöv 

                                                 

*

 (3) tənliyi tipinə görə Bernulli tənliyidir və ümumi şəkildə  həmişə  həll oluna bilər. 



Lakin elmin hər bir konkret komponentinin inkişaf qanununu öyrənmək üçün əvvəlcə y(t)-

nin aşkar şəkli və müvafiq sərhəd şərtləri müəyyənləşdirilməlidir ki, bu da xüsusi tədqiqat 

işinin predmeti olmaqla mövzumuzdan kənara çıxır. 

1

 Məsələn: «Наука  о  науке» (məqalələr toplusu); Г.А.Влэдуц,  В.В.Налимов, 



Н.И.Стяжкин. Научная и техническая информация как одна из задач кибернетики. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

199



 

elm sisteminin saturasiyası haqqındakı fikirlər o qədər qüsurlu nəticələrə 

gətirir ki, bizcə, bu haqda mübahisə etməyə belə  dəyməz. Belə ki, elmi 

inkişafda doyma halı istər-istəməz ümumiyyətlə ictimai tərəqqidə öz əksini 

tapmış olardı ki, sonuncuda durğunluğun yaranmasını  qəbul etmək möv-

cud dialektik təsəvvürlərə heç cür uyğun gəlmir. Şübhəsiz ki, elmi inkişaf-

da doyma halı elə həmin dövrdə ictimai tərəqqinin dayanmasına ekvivalent 

deyil, zira ictimai tərəqqi çoxaspektli proses olmaqla cəmiyyətin daxili 

qrupları arasındakı münasibətlərin də inkişafını  əks etdirir. Lakin elmi 

inkişafda durğunluq yaranmış ictimai inkişafın digər istiqamətlərdə davam 

etməsinə də mane olardı, zira ictimai qruplar arasındakı ziddiyyətlərin həl-

linə aparan ən vacib və ilkin hadisələrdən biri məhz elmi-texniki tərəqqidir. 

Elmin saturasiyası haqdakı fikirlər isə, istər-istəməz gələcəkdə elmi-texni-

ki tərəqqinin də durğunlaşmasını, tükənməsini qəbul etməyə ekvivalentdir, 

çünki müasir dövrdə elmi-texniki tərəqqidə aparıcı rol oynayan məhz el-

min inkişafıdır. 

Digər tərəfdən, cəmiyyətin bütün tarixi inkişaf yolu göstərir ki, elmə 

olan tələbat getdikcə daha çox dərəcədə artmaqdadır və mövcud sosial zid-

diyyətlər həll olunduqdan sonra ictimai tərəqqidə ağırlıq mərkəzi qlobal in-

kişaf xəttinə – elmi tərəqqiyə keçəcəkdir. Hələ bir əsrdən də qabaq 

K.Marks yazırdı ki, gələcəkdə yekun istehsalın effektivliyi istehsal sferası-

na sərf edilən əməklə yox, elm sferasına sərf edilən əməklə, elmin ümumi 

inkişafı və onun texnoloji tətbiq səviyyəsi ilə təmin olunacaqdır. Belə bir 

dövr hələ tam mənasında gəlib çatmamışdır, lakin ictimai həyatda baş ve-

rən bütün dəyişilmələr tarixin məhz həmin istiqamətdə getdiyini göstərir. 

Və əgər belədirsə, heç bir tutarlı əsas olmadan, yalnız elmin bəzi kompo-

nentlərinin inkişafındakı  məhdudiyyətlərə – həm də doyma halına yox, 

yalnız inkişafdakı məhdudiyyətlərə – əsaslanmaqla gələcəkdə elmi inkişa-

fın dayana bilməsi haqqında danışmaq nə dərəcədə qanunauyğundur? 

Maraqlı burasıdır ki, başqa aspektdə tədqiqat aparan alimlər də eyni 

bir səhv nəticəyə – elmin saturasiyasının labüdlüyü qənaətinə gəliblər. Bu 

cür fikrə ən çox elm sisteminin vacib tərkib hissələrindən olan elmi biliyin 

tədqiqində rast gəlirik. Yuxarıda araşdırdığımız hallarda olduğu kimi, yenə 

də bəzi konkret elementlərə aid olan məhdudiyyət bütövlükdə elmi biliyə, 

hətta elm sisteminin inkişafına  şamil edilir: «Daha mürəkkəb hadisə  və 

şeylər sisteminə aid olan faktları topladıqca və onları qanunauyğunluq şək-

lində ümumiləşdirdikcə,  elm (kursiv bizimkidir – S.X.) mürəkkəblik 


Elm haqqında elm 

 

 



 

200


astanasına çatır».

2

1



 

Elmi bilik səviyyəsinin inkişafında ikinci müntəzəm mərhələnin 

«doyma» xarakteri daşıması fikri dialektik inkişaf prinsipi ilə uzlaşmır və 

aşağıdakı qüsurlu mövqelərdən birinə uyğun gəlir: 

1.

 

Cəmiyyət kainatın bütün qanunlarını öyrənir və kainat üzərinə 



tam hökmran olur ki, daha yeni öyrənmə obyekti qalmır. 

Lakin təkcə kainatın sonsuzluğu faktından da məlumdur ki, bu cür 

öyrənmə mümkün olsa belə, yalnız sonsuz zaman ərzində  həyata keçə 

bilər. Hər hansı sonlu zaman hissəsindəki inkişafa isə qrafikin yalnız ilkin 

hissəsi – ekponensial hissəsi də uyğun gələ bilər (sxem 2, 3). 

2.

 



Kainatdakı hadisə  və qanunauyğunluqların yalnız bir hissəsi 

dərk edildikdən sonra yerdə qalan hadisələrin öyrənilməsi mümkün olmur. 

Bu cür təsəvvür kainatın dərkolunanlığı haqda materialist dünyagö-

rüşünə ziddir və aqnostisizm mövqeyinə uyğun gəlir. 

Elmin strategiyası haqda fikirlərin səhv nəticələrə gətirməsi bir sıra 

tədqiqatçıların nəzərindən heç də yayınmamışdır və  ədəbiyyatda bu 

fikirlərin tənqidinə tez-tez rast gəlmək olar. Bizcə, belə  tənqidlərdə  əsas 

məqsəd qüsurlu nəticəyə gətirən səbəbləri araşdırmaqdan və tədqiqatçıların 

nədə yanıldıqlarını açıb göstərməkdən ibarət olmalıdır.  

Lakin, çox təəssüf ki, bu sahədəki tənqidlər olduqca səthi xarakter 

daşıyır və tədqiqatçıların şəxsi münasibətindən başqa bir şey deyil. Məsə-

lən, M.M.Karpov yazır: «Elmi inkişafda» «sərhəd nəzəriyyəsi» olduqca 

qüsurludur. İdrak prosesi sonsuzdur, o nə dayana, nə də yavaşıya bilər. Çə-

tinliklər yarandıqda onların aradan qaldırılması yollarını elmin özü ta-

pır…”.

2

2



 Yaxud İ.Leyman bu məsələyə münasibətini belə şərh edir: «Bütün 

bunlar


2

*

 fərz etməyə imkan verir ki, elmin xalis eksponensial artımı sonsuz 



olaraq mümkün deyilsə də, doyma halı olmayacaqdır».

2

3



 Göründüyü kimi, 

müəlliflərin etirazı olduqca ümumi xarakter daşıyır və elmin daimi inkişa-

fına sadəcə olaraq ümid bəsləmək kimi səslənir. 

İstər elmin yuxarıda tədqiq etdiyimiz komponentlərinin, istərsə  də 

                                                 

1

 Л.А.Хурсин. О природе механизма развития науки на современном этапе научно-



технической революции // Вопросы философии, 1971, № 6. 

2

 М.М.  Карпов.  Закон  ускоренного  развития  естественных  наук // Вопросы 



философии, №4, 1963, с.110. 

*

 Yuxarıdakı abzaslarda «bütün bunlar» deməyə əsas verən heç bir ciddi tədqiqat yoxdur. 



3

И.И.Лейман. Наука как социальный институт, с.103. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

201



 

elmi bilik səviyyəsinin sərhəddə malik olması haqdakı fikirlər heç də təsa-

düfən meydana çıxmamışdır. Müasir tədqiqatlar göstərir ki, insan beyninin 

informasiya tutumu sonludur və hadisələrin, qanunauyğunluqların çox cüzi 

hissəsini əks etdirə bilər. Bu haqda L.A.Xursin yazır: «Mürəkkəblik asta-

nasının mövcud olması insan beyninin informasiya tutumu 27 bitlə xarak-

terizə edilən qısamüddətli hafizəsinə qoyulan məhdudiyyətlərin nəticə-

sidir».


2

1

 



Əgər elmi bilik səviyyəsi ayrıca adamların daxili aləmi ilə müəyyən-

ləşmiş olsa idi, elmi biliyin məhdud olduğunu iddia edənlər tamamilə düz-

gün mövqedə durmuş olardılar. Lakin elmi biliyin inkişafı ümumi istiqa-

mətli inkişafın bir hissəsi olmaqla ictimai prosesdir və hər bir dövrdəki el-

mi bilik səviyyəsi ayrıca insanın yox, ümumiyyətlə insanın daxili aləmi ilə 

(cəmiyyətin əldə etdiyi bütün elmi nailiyyətlərlə) müəyyənləşir. Bu barədə 

K.Marks yazır: «hər cür elmi iş, hər cür kəşf, hər cür ixtira ümumi əmək-

dir. O qismən müasirlərin əməkdaşlığı, qismən də sələflərin əməklərindən 

istifadə olunması ilə şərtlənir».

2

2



 

Dialektik təhlil göstərir ki, ayrıca bir sahədə təkcə ümumiyə nəzərən 

qabağa gedə bilər və daha dəqiq desək, ümuminin inkişafı məhz ayrı-ayrı 

təkcələrin irəli çıxması hesabına baş verir. Təkcənin qabağa çıxması heç də 

əvvəlcə onun ümumiyə çevrilməsini tələb etmir və bu mümkün də deyil. 

Eləcə  də, ümumi insan anlayışına nəzərən təkcə rolunu oynayan konkret 

insanın hər hansı dar elmi sahədə yenilik etməsi üçün heç də bütün möv-

cud bilikləri beynində cəmləşdirməsi tələb olunmur. 

Qeyd edək ki, hər bir konkret elmin inkişaf aktı yeni biliklərin qaza-

nılması və onların ictimailəşməsi kimi iki müstəqim mərhələyə bölünə bi-

lər və biz bu mərhələlərin hər birində məhdudluq ehtimalını ayrı-ayrı yox-

lamağa çalışacağıq. 

Yenilikgətirmə (konkretlik üçün birinci mərhələni belə adlandıraca-

ğıq) iki yolla olur: 

 

1.

 



Hələ məlum olmayan (ümumiyyətlə insanın daxili aləmində əks 

                                                 

1

 L.A.Xursin. О природе механизма развития науки на современном этапе научно-



технической революции. 

2

 К.Маркс и Ф.Энгельс. Сочинения. T. 25, Часть I, с.116. 



Elm haqqında elm 

 

 



 

202


olunmamış) təbiət hissəsi

2

*



 müəyyən  şəraitdə ayrıca insanın daxili 

aləmində  əks olunur ki, sonuncunu mövcud qaydalarla (informasiya 

vasitələri nəzərdə tutulur) şərhi elmi biliyin ümumi inkişafına gətirir. Belə 

yeniliklər, bir qayda olaraq, müşahidə  və eksperiment yolu ilə  əldə edilir 

və elmin ekstensiv, eninə inkişafını təmin edir. 

2.

 



İnsan özünün, eləcə də cəmiyyətin intellektual bazasında, ictimai 

hafizədə artıq mövcud olan elementlər arasında  əvvəllər məlum olmayan 

elə əlaqələr yaradır ki, bunların şərhi elmin dərininə inkişafını təmin edir. 

Belə yeniliklər nəzəri tədqiqat yolu ilə əldə edilir. 

Birinci halda müşahidə edilən halın yeniliyini, əhəmiyyətini görə 

bilmək və onu nümayiş etdirmək üçün ikinci halda isə, analoji əlaqələrdən 

istifadə edə bilmək və tapılmış münasibəti elmi şəkildə  şərh edə bilmək 

üçün insan uyğun sahələrdə lazımi informasiyaya malik olmalıdır. Hər bir 

konkret elmi təhlil üçün tələb olunan bu cür sahələr isə insanın ümumi in-

formasiya tutumuna nəzərən çox-çox kiçikdir və deməli, yenilik gətirmək 

üçün heç də informasiya çoxluğu yox, nəticə çıxarmaq qabiliyyəti – mən-

tiqi təfəkkür tələb olunur.  

Məlum fizioloji faktlar da gəldiyimiz nəticəni təsdiq edir. Məsələn, 

A.Q.Mıslivçenko yazır: «…Əsas məsələ beyinin çəkisində və ya hətta hü-

ceyrələrinin sayında yox, onların arasındakı əlaqənin kəmiyyət və keyfiy-

yətindədir… Fizioloqların fikrincə, müasir insanın qəbul edə bildiyi infor-

masiya seli və onun araşdırılması məsələsinin həllolunma səviyyəsi yaxın 

keçmişin müvafiq parametrlərini xeyli aşsa da, insan beyinin imkanlarının 

yalnız onda birini istifadə edir».

2

1



 

Müəyyən konkret sahədə yenilik gətirmək üçün həmin sahədə artıq 

əldə edilmiş olan bütün elmi nailiyyətləri, xarakterik terminləri və s. 

bilmək lazım gəlir ki, buna uyğun gələn məlumat çoxluğu insan beyninin 

informasiya tutumuna nəzərən xeyli kiçik olsa da, həmin sahədə tam 

ixtisaslaşmış bilik təşkil edir.  

İnsanın malik olduğu informasiya ümumi həcminə görə nə qədər bö-

yük olsa belə, heç olmazsa bir yenilikgətirmə aktı üçün lazım olan məlu-

mat çoxluğunu və analoji elementlərini tam şəkildə özündə saxlamırsa, 

                                                 

*

 Bizə məlum təbiət hissəsi dedikdə heç də yalnız məkanca məlumluq nəzərdə tutulmur. 



Konkret məkan hissəsində cisim və hadisələrin xarakter rəngarəngliyi, xassələr, proseslərin 

başvermə qanunauyğunluqları və s. də bura daxildir. 

1

 А.Г.Мысливченко. Человек как предмет философского познания. М., 1972, с.65. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

203



 

insan elmi inkişafda bilavasitə heç bir rol oynaya bilməz. 

 

 

 



Sxem 4. 

 

Aydınlıq xatirinə fikrimizi sxematik şəkildə də göstərməyə çalışaca-



ğıq. Model ikiölçülü məkan fəzasında qurulur, çünki əyani təsəvvürü yal-

nız bu vaxt yaratmaq mümkündür. Biz də insanın bilik aləminin baxdığı-

mız məsələni təsəvvür etmək üçün kifayət edən sadələşmiş mücərrəd sxe-

mini məhz ikiölçülü fəzada qurmuşuq (Bax: sxem 4). Sxemdən göründüyü 

kimi, I insanın məlumat əhatəliliyi geniş olsa da, heç bir elementlər çoxlu-

ğunu (nə 

• tipli, nə x tipli, nə də 0 tipli) özündə tam saxlamır. II insanın bi-

lik aləmi isə nisbətən məhdud olsa da (

•) tipli elementləri tam şəkildə əha-

tə edir və bu ona ekvivalentdir ki, II insan həmin sahədə mütəxəssisdir və 

ya yaradıcılıqla məşğul olmaq, düzgün elmi nəticələr çıxarmaq üçün 

yetərli informasiyaya malikdir. 

Ayrı-ayrı konkret elmi sahələrdə yenilikgətirmənin mümkünlüyü 

üçün elmi işçilərin getdikcə daha məhdud sahələrdə ixtisaslaşması prosesi 

gedir ki, bu da elmin diferensiasiyası adlanır. Yuxarıda göstərdiyimiz kimi, 

hər bir elmi sahə üçün zəruri olan məlumatlar çoxluğu öz ümümi həcminə 

görə insan beyninin informasiya tutumunun çox cüzi hissəsini təşkil edir 

və deməli, sonuncunun məhdudluğu elmi yenilikgətirmə  işinə mane ola 

bilməz. 

Digər tərəfdən, elmin diferensiasiyası  nəticəsində yaranan çoxlu 

miqdarda müxtəlif biliklər yekun bir elmi nəticənin əldə olunmasına xid-

mət edir və bundan sonra onların yadda saxlanmasına ehtiyac qalmır. «El-

min tədrici inkişaf mərhələsi inqilabi çevrilişlə əvəz olunur və bu vaxt yı-

ğılmış informasiya çoxluğu tamamilə yeni bir bilik səviyyəsi ilə  əvəz 



Elm haqqında elm 

 

 



 

204


olunur».

2

1



 Ümumiləşdirici kəşflər  əsasında qazanılan yeni biliklər ilkin 

biliklər silsiləsindən qat-qat yığcam olur. Bu hadisə elmin inteqrasiyasını 

ifadə edir və elmi informasiyanın konkretləşməsinə səbəb olur. 

İnformasiya tutumunun sonluluğundan doğan məhdudiyyət, bəlkə 

elmi biliklərin artması prosesinin ikinci mərhələsində – qazanılmış yeni 

məlumatların ictimailəşdirilməsi və nəsildən-nəslə ötürülməsi işində təza-

hür edir? Hər bir insan üçün maksimal informasiya tutumunun sonlu ol-

ması faktı bütövlükdə cəmiyyətə də şamil edilə bilməzmi? Axı, cəmiyyəti 

təşkil edən adamların sayı da sonludur və iki sonlu vuruğun hasili mütləq 

sonlu ədəd verməlidir. Onu da qeyd edək ki, bütövlükdə cəmiyyət üçün də 

informasiya tutumu məhdud olsaydı, elmi biliyin saturasiyası haqqındakı 

fikir təsdiq edilmiş olardı, çünki elmi yenilikgətirmənin müntəzəm surətdə 

davam etməsi sayəsində qazanılmış elmi biliklərin miqdarı əvvəl ya axır, 

istənilən sonlu səviyyəyə gəlib çatmalıdır. 

Lakin bu cür mühakimədə belə bir cəhət unudulur ki, cəmiyyət üçün 

informasiyanın saxlanması vasitələri heç də ayrı-ayrı adamların hafizələri-

nin məcmuyu ilə kifayətlənmir və bir sıra tamamilə yeni keyfiyyətli tərəf-

ləri də əhatə edir. Bu yeni tərəflər sonsuz tutuma malik olmaqla cəmiyyəti 

informasiya qəbulunda güman olunan hər cür məhdudiyyətdən xilas edir. 

Elmi biliyin bu cür saxlanma formalarını məxsusi keyfiyyətlərinə görə iki 

əsas qrupa bölmək olar: 

1.

 



Cəmiyyət inkişafının ətraf mühitdəki inikası. – Yeni bilik – əldə 

edilməsindən məqsəd məhz təbiətin məqsədəuyğun surətdə dəyişdirilməsi-

dir ki, bunun sayəsində həmin biliklərin özü olmasa da, nəticələri hazır şə-

kildə  gələcək nəslə çatdırılmış olur

2

*

. Beləliklə, dəyişdirilmiş  təbiət his-



sələri elmi biliyin saxlanma formasına çevrilir. 

2.

 



Elmi biliyin məxsusi saxlanma formaları. Buraya biliklərin 

rəmzləşdirilmiş  şəklinin maddi inikasları daxildir. Məsələn, yazı  və  şərti 

(həmçinin riyazi) işarələrin (kitab, qəzet, jurnal və müxtəlif cür yazılı əsər-

lər), model və sxemlərin (müxtəlif qrafiklər, maddiləşmiş modellər), danı-

şıq səslərinin (mühazirə yazılmış vallar, lentlər), surətlərin (foto-kino lent-

ləri) və s.-in maddi şəkildə çoxaldılıb saxlanması bilavasitə biliklərin gələ-

                                                 

1

 И.И. Лейман. Наука как социальный институт, с.103. 



*

 Bu məsələ  aşağıdakı  məqalədə daha ətraflı  şərh edilmişdir:  S.S.Xəlilov. Təbiətin 

istiqamətlənmiş inkişafı  və onun müəyyənedici  şərtləri // ADU Elmi əsərləri, «Tarix və 

fəlsəfə» seriyası, 1973, № 3. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

205



 

cək nəslə ötürülməsinə xidmət edir. Bundan başqa, bəzi məqsədlər üçün 

hesablama maşınlarının, kompüterlərin də informasiya tutumundan istifadə 

edilir ki, bu saxlanma forması konkret elmi tədqiqatlar üçün getdikcə daha 

çox əhəmiyyət kəsb edir. Son dövrlərdə bütövlükdə texnika da elmi biliyin 

saxlanma formalarından birinə çevrilmişdir və bizcə, bu hadisə elmi-

texniki inqilabın ən əsas xüsusiyyətlərindən birini ifadə edir. 

Qeyd edək ki, göstərilən vasitələr elmi biliklərin gələcək nəsillərə 

çatdırılması – saxlanması funksiyasından başqa, həmin dövrdə müxtəlif 

ölkə  və  ərazilərin elm işçiləri arasında yayılmasına da xidmət edir ki, 

elmin ictimai xarakteri məhz bu sonuncunun hesabına mümkündür. 

Elmin bütün bəşəriyyət miqyasında öz spesifik virtual məkanının 

formalaşması eyni problemlər üzrə  tədqiqatlar aparan adamların internet 

vasitəsilə, yaxud beynəlxalq konfranslarda yaradılan  əlaqə sayəsində, ya-

xud həmin dar ixtisas üzrə nəşr olunan elmi jurnal ətrafında “toplanmaq” 

yolu ilə həyata keçir. Amma hələ ki, elmi ictimaiyyətin real məkanları və 

bilavasitə  əlaqə formaları üstünlük təşkil edir. Biz ilk növbədə elmi kol-

lektivləri nəzərdə tuturuq. Müəyyən ixtisas sahəsi üzrə  tədqiqat aparan 

şəxslərin “real məkanda” birgə fəaliyyəti əsasən “tədqiqat institutları” çər-

çivəsində həyata keçir. 

Elmi tədqiqat institutlarını səciyyələndirən və müqayisə üçün imkan 

verən cəhətlərdən biri işçilərin sayıdır. Belə elmilikdən kənar bir dəyərlən-

dirmə ənənəsi yaranıb: elmi müəssisələrin, elmi kadrların kəmiyyət göstə-

riciləri dedikdə,  ən çox hallandırılan  şöbələrin, laboratoriyaların, eksperi-

mental avadanlığın, elmi işçilərin və köməkçi heyətin, elmi jurnalların, ya-

zılan kitabların və məqalələrin sayı və ya həcmi nəzərdə tutulur. «Keyfiy-

yət» göstəricisi olaraq isə laboratoriyanın müasir cihazlarla təchizatı, elmi 

işçilərin arasında elmi dərəcəsi olanların nisbi sayı, yəni faiz göstəricisi 

önə  çəkilir. Halbuki bu sonuncu da sadəcə statistikadır və başqa  şkalada 

kəmiyyət göstəricisidir.  

Bu kəmiyyət o zaman keyfiyyət göstəricisinə çevrilir ki, sistem işlə-

yə bilsin. Yəni söhbət müəyyən bir yekun sistemin effektivliyindən gedir-

sə, burada statistik göstəricilər və ayrı-ayrı lokal proseslər yox, bütöv siste-

min iş qabiliyyəti, əvvəldən axıradək baş tutan elmi tədqiqat prosesləri və 

ən başlıcası, alınan elmi nəticələr və onlara verilən dəyər önəmlidir.  

 Statistik  göstəricisi, daha doğrusu, görüntü çox yüksək ola bilər. 

Tutaq ki, bir elmi-tədqiqat müəssisəsində 100 nəfər elmi işçi çalışır; bun-


Elm haqqında elm 

 

 



 

206


lardan 60 nəfəri PhD, 25 nəfəri elmlər doktorudur, hətta 5 nəfər də akade-

mik vardır. Bizim meyarlara görə bu – yüksək keyfiyyət göstəricisidir. 

Amma məsələyə daha konkret yanaşanda, məlum olur ki, əvvəla, institutun 

hansı problem üzərində çalışdığı  bəlli deyil. Elmi işçilərin biri, tutaq ki, 

Dubnada, o biri Novosibirskdə, üçüncüsü – Tokio Universitetində, dördün-

cüsü – Malayziya ET Mərkəzində təcrübə keçib və hərə öz mövzusu, təd-

qiqat  metodları və iş üslubu ilə qayıdıb, burada da onu davam etdirməyə 

çalışır. Amma buna nail ola bilmir: çünki həmin elmi mühit burda yoxdur, 

ordakı iş üsulu burda işləyə bilmir, ordakı elmi auranı, elmi infrastrukturu 

burda yaratmaq mümkün olmur. Hərə öz inersiyası ilə bir müddət çalışıb, 

sonra yavaş-yavaş yumşalır, yerli mühitə qatışır.  Əksəriyyət isə Bakıda 

təhsil alıb müdafiə edənlərdir: onların da öz ənənələri, metodları var: AAK 

tələblərini daha yaxşı  mənimsədikləri üçün formal göstəricilərə  əməl et-

məklə vaxtında dissertasiya işi yazıb müdafiə edib, elmi dərəcə alıblar. Və 

bu bir nəticə sayılır. Halbuki, elmi dərəcə əlahiddə bir amil olaraq institut-

da elmi tədqiqat işinin keyfiyyəti üçün göstərici sayıla bilməz. Kimin elmi 

iş vərdişi daha yüksəkdir və s. bu kimi suallar isə qoyulmur.  

Dissertasiya müdafiəsi naminə  tədqiqat mövzuları çox vaxt institu-

tun əsas tədqiqat probleminə uyğun gəlmir. Deməli, həm xarici ölkələrdən 

gələnlər, həm də ölkəmizdə elmi iş yazanların hər biri nə isə bir iş görsə 

də, onlar vahid bir prosesin hissələrinə çevrilmir, ümumiləşdirici ideyala-

rın yoxluğu üzündən böyük miqyaslı elmi fəaliyyətdən söhbət açmaq 

mümkün olmur. Pərakəndə tədqiqatlar isə fundamental və ya tətbiqi elmlər 

üçün faydalı ola biləcək dərəcədə səmərə verə bilmir. Böyük tətbiqlər üçün 

müəyyən bir mövzu ətrafında bütün spektri əhatə edən böyük miqyasda el-

mi-nəzəri strukturların canlandırılması lazımdır. Buna isə hər bir tədqiqat-

çının ayrılıqda gücü çatmaz. Elmi-tədqiqat institutu ayrı-ayrı elmi işlərin 

və işçilərin sadəcə olaraq toplusu deyil. Elmin səmərəsi o zaman artır ki, 

daha böyük miqyaslı elmi tədqiqat mexanizmləri işə düşür.  

Ümumbəşəri elmin, yaxud lokal elmi strukturların inkişaf mexa-

nizmləri vahid qanunauyğunluq  əsasında öyrənilə bilməz. Ona görə  də, 

müasir dövrdə elm sisteminin gerçək sosial-təşkilati formalarının öyrənil-

məsi və hər bir strukturlaşma üçün müvafiq inkişaf qanunauyğunluğundan 

bəhs edilməsi daha məqsədəuyğun olardı. Bütövlükdə elm isə hələ ki, ab-

strakt bir modeldir və biz ən ümumi tendensiyaları ancaq virtual ümum-

bəşəri elm məkanı üçün aşkar edə bilərik.  



 

Elm və onun inkişaf yolu 

 

 

 

207



 

Hələ ki, daha çox dərəcədə bir abstraksiya olan vahid ümumbəşəri 

elm sistemi əvəzinə ayrı-ayrı sahələr üzrə və müxtəlif ölkələrdə elmin real 

vəziyyətini araşdırmaq və müqayisəli təhlil aparmağa ehtiyac vardır. Lakin 

elmin inkişaf səviyyəsinə görə ölkələr arasında müqayisə aparılması bir 

sıra çətinliklərlə bağlıdır. Çünki elm qəti sərhəd bilmədiyinə görə, siyasi 

sərhədlər oriyentir ola bilmir. Ona görə də müqayisə əsasən elmi ictimaiy-

yətlər və elmi institutlar arasında daha rahat aparılır. Bəli, müasir dövrün 

elmi rəqabəti alimlər arasında deyil, “elmi ictimaiyyətlər” arasında gedir. 

Daha doğrusu, ictimai miqyas almış elmi-tədqiqat prosesləri bu və ya digər 

bir ölkənin bu proseslərə verdiyi siyasi və iqtisadi dəstəklə də sıx surətdə 

bağlı olur. Ona görə də elm sanki müxtəlif ölkələrdə müxtəlif miqyas və 

templə inkişaf edir və elmin sosial inteqrasiyası iki müxtəlif miqyasda hə-

yata keçir. Belə ki, əgər bir tərəfdən müxtəlif ölkələrdəki elmi tədqiqatların 

əlaqələndirilməsi və nəticələrin “toplanmasına” ehtiyac yaranırsa, digər tə-

rəfdən hər bir ölkə daxilində belə  əlaqələndirmənin daha mobil və daya-

nıqlı formaları yaradılmalı olur.  

Bu cür proseslər həm də elmin təşkilatlanması və institutlaşması ba-

xımından maraq doğurur. Hər bir ölkədə təşkilatlanmanın optimallığı, ef-

fektivliyi, habelə bu təşkilati strukturların – institutların təmin və  təchiz 

olunması işi müvafiq dövlət siyasətinin tərkib hissəsinə çevrilir. Elmin icti-

mai həyatda rolu artıqca bütün qabaqcıl ölkələrdə onun prioritetliyi nəzərə 

alınır. Bu münasibət özünü həm kəmiyyət, həm də keyfiyyət parametrlə-

rində göstərir. Elmin keyfiyyətcə dəyərləndiriılməsi çətin olduğundan elm-

şünaslar çox vaxt müqayisəni kəmiyyət göstəriciləri  əsasında aparırlar. 

Məsələn, ABŞ və Rusiyada elmin vəziyyətini səciyyələndirmək üçün aşa-

ğıdakı parametrlər müqayisə olunur: “bu gün Rusiyada 422 min, ABŞ-da 

isə 3 milyondan artıq alim vardır”.

2

1

 Yaxud keçmiş SSRİ ilə müqayisə apa-



rılır: “Sovet İttifaqında 1 milyon 600 min elmi işçi fəaliyyət göstərirdi ki, 

bunlardan 376 mininin elmi dərəcəsi var idi”

2

2

. (Yeri gəlmişkən, bu rəqəm 



bütün dünyadakı elmi işçilərin 25%-ni təşkil edirdi

2

3



). Beləliklə, cəmi 20 il 

ərzində elmi işçilərin ümumi sayı 1,6 milyon səviyyəsindən xeyli aşağı 

(Rusiyada – 422 mindir; başqa MDB ölkələrini üstünə gəldikdə, cəm yenə 

                                                 

1

 А.Л.Гапоненко,  Т.М.  Орлова.  Управление  знаниями.  Как  превратить  знания  в 



капитал. М., Эксмо, 2008, s.62. 

2

 Yenə orada, s. 66. 



3

 А.Л.Дроздов. Наукометрия и наука в России // Вестник ДВО РАН, № 2, 2004. 



Elm haqqında elm 

 

 



 

208


də xeyli kiçik alınır) düşmüşdür. Yaxud: “1990-cı ildə Sovet İttifaqında 

8000-ə yaxın elmi təşkilat, o cümlədən 4700 elmi-tədqiqat institutu və 

konstruktor bürosu olmuşdur. Bunlardan 64%-i sahə elmlərinin, 16% -i 

akademik institutların, 11 %-i ali məktəb daxilindəki tədqiqat müəssisələri-

nin və 9%-i zavoddaxili laboratoriyaların payına düşür”

2

1



.  

SSRİ dağıldıqdan sonra elmin səviyyəsinin aşağı düşməsi yenə  də 

rəqəmlərlə ifadə olunur. Belə ki, elmi işçilərin xeyli qisminin inkişaf etmiş 

qabaqcıl ölkələrə miqrasiya etdiyi göstərilir. Nə  qədər təəccüblü olsa da, 

ABŞ elm fondunun məlumatına görə, oradakı riyaziyyatçıların və nəzəriy-

yəçi fiziklərin nə az, nə çox, 80%-i keçmiş SSRİ-dən köçənlərdir

2

2



Professor O.L.Fiqofskinin araşdırmalarına görə, Rusiyanın xarici öl-

kələrdəki intellektual potensialı bu gün də kifayət qədər böyük bir qüvvə-

dir ki, Rusiya ondan faydalana bilmir.

2

3



 2010-cu ildə fizika üzrə Nobel mü-

kafatlarına da rus mühacir alimlərininlayiq görülməsi nəinki təsadüfi deyil, 

hətta biz deyərdik ki, intellektual miqrasiyanın, “beyin köçünün” və yeni 

demokrafik vəziyyətin qanunauyğun göstəricisidir.   

Vaxtilə SSRİ-də nə kimi bir elmi inkişaf siyasəti aparıldığı haqqında 

təsəvvürə malik olmaq üçün belə bir statistikanı da xatırlatmaq yerinə dü-

şərdi: “İkinci Dünya Müharibəsindən sonra elmi işçilərin sayının ikiqat at-

ması prosesi Avropada – 15 ildən, ABŞ-da – 10 ildən, SSRİ-də isə – 7 

ildən bir həyata keçmişdir.

2

4



  

Rəqəm göstəriciləri təkcə elmi institutların və elmi kadrların yox, 

elmi jurnalların və məqalələrin sayında da ifadə olunur. Məsələn, statistik 

göstəricilərə görə, dünyada təqribən 100 min elmi və elmi-tətbiqi yönlü 

jurnal nəşr olunur. Bunlardan cəmi 155-i Rusiya Elmlər Akademiyasının 

payına düşür.  Əlbəttə, elmi jurnalların sayı da əhəmiyyətlidir, lakin elmi 

statistikada daha çox dərəcədə məqalələrin sayı əsas götürülür.  

Keyfiyyət göstəricisini də müəyyən dərəcədə  rəqəmlərlə ifadə edə 

bilmək üçün bu məqalələrə verilən iqtibasların sayı əsas götürülür. Məsə-

lən, 1993-2003-cü illər arasında ABŞ-da elmi məqalələrin sayı 2 milyon 

600 min, İngiltərədə 712 min, Yaponiyada 686 min, Rusiyada isə cəmi 277 

min olmuşdur. Göründüyü kimi, Rusiyada məqalələrin sayı qabaqcıl ölkə-

                                                 

1

  А.Л.Гапоненко, Т.М. Орлова. Управление знаниями, с. 66. 



2

 Yenə orada,  s.62. 

3

 О.Л.Фиговский. Наука управлять Наукой // Экология и жизнь, 2006, № 12, с. 8. 



4

 Bax: В.С. Степин. Философия науки, c. 151.    



 

Elm və onun inkişaf yolu 

 

 

 

209



 

lərələ müqayisədə xeyli aşağı olmuşdur. Biz bu rəqəmləri Y.Qarfild (ABŞ) 

tərəfindən  əsası qoyulmuş Elmi İnformasiya  İnstitutu (İnstitute for 

Scientific İnformation) tərəfindən hazırlanmış məlumatlardan götürmüşük. 

Daha doğrusu, Rusiyalı  tədqiqatçı A.L.Drozdov həmin mənbəyə istinad 

edir.


2

1

 Həmin məlumatdan görünür ki, iqtibasların sayına və hər 10 min nə-



fərə düşən paya görə müqayisə Rusiya üçün daha acınacaqlıdır. Belə ki, 

ABŞ-da iqtibasların sayı 31 min, İngiltərədə – 7 min, Yaponiyada – 4.700, 

Rusiyada isə cəmi 800-dür. Hər 10 min nəfərə görə bu rəqəmlər müvafiq 

olaraq 1400, 1200, 400 və, nəhayət, Rusiyada 54-dür.

2

2

 Azərbaycan isə bu 



siyahıya ümumiyyətlə daxil edilməmişdir.  

Eİİ-nin başqa bir araşdırması da diqqəti cəlb edir: adambaşına düşən 

illik gəlir ilə müqayisədə məqalələrin və iqtibasların nisbəti aşağıdakı nə-

ticələrə gətirir. Adambaşına illik gəlirin ən çox olduğu ölkələrdə bir qayda 

olaraq elmi göstəricilər də yüksəkdir. Məsələn, İsveçrə, Kanada, İsveç, İs-

rail kimi ölkələr də elmi göstəricilərinə görə ABŞ  və Yaponiyadan geri 

qalmırlar. Amma maraqlıdır ki, Birləşmiş  Ərəb  Əmirlikləri, Küveyt kimi 

varlı ölkələr elmi göstəricilərinə görə çox aşağı yer tuturlar.

2

3

 Deməli, mə-



sələ təkcə maddi imkanda yox, elmə verilən qiymətdə, düzgün elmi siyasət 

aparılmasındadır. 

Bir cəhət də nəzərə alınmalıdır ki, iqtibas göstəricilərinin elmi işlə-

rin keyfiyyətinə uyğunluğuna tam əmin olmaq mümkün deyil. Belə ki, Eİİ-

nin məlumatları  əsasən ingilis dilində  nəşr olunan jurnalları  əhatə edir. 

Məhz həmin institutun məlumat bazası  əsasında hazırlanan dəqiq elmlər 

üzrə indekslər (SCİ – Science Citiation Index) müəyyən mənada daha eti-

barlı olsa da, ictimai elmlər üzrə (Social Science Citiation Index) və huma-

nitar elmlər üzrə (Arts& Humanities Citiation Index) indekslər gerçək elmi 

səviyyələrin müqayisəsini vermək üçün yetərli deyil. Belə ki, ictimai və 

humanitar elm sahələrində jurnallar çox vaxt milli problematikaya həsr 

olunur və milli dillərdə çap olunur. Yəni onların elmi dəyəri də daha çox 

ölkə və bölgə miqyasında aşkar edilə bilər. Bu çatışmazlığı aradan qaldır-

maq üçün beynəlxalq miqyasda bir sıra alternativ indeksasiya sistemləri 

tətbiq olunur. Məsələn, Copernicus İndex sistemi milli dillərdə nəşr olunan 

                                                 

1

 А.Л.Дроздов. Наукометрия и наука в России. 



2

 Yenə orada.  

3

 Yenə orada.  



Elm haqqında elm 

 

 



 

210


jurnalları da ehtiva etməyə çalışır. Fəlsəfi elmlərin xüsusiyyətini nəzərə 

almaq üçün ayrıca Philosophy İndex sistemi mövcuddur. 

Beynəlxalq elmi meyarlar əsasında müəyyənləşdirilən “elmilik sə-

viyyəsi” yenə də ancaq ən qabaqcıl elmi müəssisələr, jurnallar və məqalə-

lər üçündür. Amma bu meyarlar hər bir ölkədə beynəlxalq miqyasa çıxa 

bilməyən, dünya elminə qatıla bilməyən, bununla belə, ölkənin təhsil siste-

minə  və maarifçilik işinə  dəstək verə bilən və böyük elm üçün kadrların 

yetişdirilməsində mühüm rol oynayan yerli şəraitin xüsusiyyətlərini nəzərə 

ala bilmir. Ona görə də, qabaqcıl ölkələrdən fərqli olaraq, inkişaf etməkdə 

olan ölkələrin öz meyarlarına, ekspertiza sisteminə  və yerli elmi mühit 

üçün keçərli ola bilən elmi statistikaya ehtiyac vardır. Yəni elmşünaslıq 

ikinci eşalon üçün bir qədər fərqli təçkilati formalar və dəyərləndirmə sis-

temləri təklif etməlidir. Lakin bəzi ölkələrdə real inkişaf səviyyəsinə məhəl 

qoymadan birbaşa beynəlxalq meyarları  tətbiq etməyə  təşəbbüs göstərilir 

ki, bu da gerçəkliyə adekvat nəticələr alınmasına imkan vermir.  

Bizim ölkəmizdə elmin vəziyyəti də dünyanın qabaqcıl elm mərkəz-

ləri ilə müqayisə oluna bilmədiyindən, biz ancaq öz səviyyəmizə uyğun 

ölkələrlə müqayisə oluna bilərik. Buraya məsələn, MDB ölkələri, yaxud 

türk dünyası cümhuriyyətləri aid edilə bilər. Ya da beynəlxalq statistikadan 

çıxış etməklə, müəyyən parametrlərinə görə bizim ölkə ilə müqayisə oluna 

biləcək digər ölkələrdə elmin real durumunun təhlili aparıla bilər.  

Bu sahədə indiyədək heç bir addım atılmadığından, bizimkilər kortə-

bii olaraq özlərini Rusiya ilə müqayisə edir və daha pisi isə budur ki, Rusi-

yanı özünə nümunə kimi qəbul edir. Halbuki, Rusiyada görkəmli elm mü-

təxəssisləri elmin günü-gündən tənəzzülə getdiyini, vəziyyətdən çıxış yolu 

üçün təcili tədbirlər görülməli olduğunu yazırlar.

2

1

  



İstənilən halda elmin bütün dünya miqyasında ümumi inkişaf ten-

densiyasını nəzərə almaq lazım gəlir. Biz elmin planetar xəritəsində, habe-

lə inkişaf xətti üzərində öz yerimizi heç olmasa müəyyən təxminiliklə bil-

məsək, ölkəmiz üçün optimal inkişaf modeli də hazırlaya bilmərik.  

                                                 

1

 Məs.:  Е.Овсянникова.    Российская  наука  терпит  крах // www.utro.ru/artic-



les/2010/01/27/868238.shtml; Программы РАН изрядно “порезали” (интервью с вице-

президентом  РАН  Г.А.Месяц. 19 февраля 2010) // http://www.poisknews.ru/articles/ 

6693-po-zhivomu.html;  С.М.Рогов.  Невостребованность  науки – угроза  безопасности 

страны // Газета «Поиск», № 12, 19 марта 2010. 



 

 

 



 

 

 

 

 

 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin