Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   8   9   10   11   12   13   14   15   ...   55
 

Elm və onun inkişaf yolu 

 

 

 

163



 

potensial düyün olmaqla  fənlərarası problemə çevrilə bilər. 1988-ci ildə 

YUNESKO tərəfindən qəbul olunmuş  fənlərin nomenklaturasında

1

1



 indi 

çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi 

göstərilməməsi  əslində onların məhz fənlərarası statusu ilə  əlaqədardır. 

Həmin təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi adlara rast gəl-

məsək də, onları bu və ya digər konkret tədqiqat istiqamətinin sistemaltı 

kimi görmək mümkündür. Son illərin bəzi təsnifatlarında isə bu sahələr 

müstəqil elm kimi göstərilir və  şaxələnmə onların öz içərisində gedir. 

Məsələn, “insan ekologiyası” bir sistemaltı kimi “insan biologiyası”nın, 

“heyvan ekologiyası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca eko-

logiya adında elm isə göstərilməmişdir.

1

2

    



Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif struktur sə-

viyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya 

problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğun-

luqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimya-

nın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına 

gətirib çıxarmışdır.  Ənənəvi kimya məsələlərinin daha dərindən və  dəqiq 

tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəti-

cələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında 

həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaş-

dırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov 

da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv 

təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya 

aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil 

olur. Başqa sözlə desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, sanki 

onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi 

qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yara-

nır.

1

3



 T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müva-

fiq paradiqmanın yaranması sayəsində mümkündür.

1

4

 Amma fizikada elə 



nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox 

fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiq-

                                                 

1

Bax: S.Xəlilov. Elmşünaslığa girişBakı, Azərbaycan Universiteti, 2010, s. 331. 



2

 Yenə orada. 

3

   Ю.И.Соловьев,  В.И.Курашов.  Химия  на  перекрестке  наук:  Исторический  про-



цесс развития взаимодействия естественнонаучных знаний.  М., Наука, 1989. стр. 71. 

4

 Т.Кун. Структура научных революций. М., АСТ, 2001, стр.226-227. 



Elm haqqında elm 

 

 



 

164


manın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab 

kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün baş-

lanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf 

trayektoriyasından döndərmədən, başqa bir səmtdə  də inkişafın təməlinin 

qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi, 

əvvəlki inkişaf xəttinin tamamlanması  və yeni inkişaf xəttinə keçid. 

İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax, 

bu ikinci yol Kun təlimində  nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz 



düyün nöqtələri və haçalanmalar təlimi daha universal modeldir.  

Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu 

suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərq-

ləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və 

ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni me-

todlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ 

kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatış-

mazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında 

göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı, 

boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində 

axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da 

olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi 

tutur, ta o vaxta qədər ki, başqa fənlər də  gəlib burada ilişirlər. Nəhayət, 

günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu 

tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış 

olurlar. Kun təlimində bu mənzərənin təsviri  problem-bilməcə  (puzzle-



solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha 

universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas kon-

septdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər 

tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə 

(puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni 

haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir. 

Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin 

yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər 

halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söh-

bət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Pla-

ton və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə 

ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də 



 

Elm və onun inkişaf yolu 

 

 

 

165



 

təsnifatların əsas sütunlarını təşkil edir.  

Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və 

sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə 

düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat 

aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsin-

dən baxdıqda dərin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq formalaş-

mış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yara-

nır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olu-

nur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çı-

xan genetik əlaqələrdir. Məsələn,  əgər Fərabi metod yaxınlığından çıxış 

edərək optikanı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziy-

yatla bir qrupa salırdısa, müasir dövrdə tamamilə  fərqli meyarlar tətbiq 

olunur. Məntiq və riyaziyyat bütün elmlər üçün universal vasitə və metod 

kimi dəyərləndirildiyindən onları başqa elmlərdən fərqləndirmək lazım 

gəlir. Zatən Platon məhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox 

və ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdirmək üçün meyar 

olsa da, bölgü – təsnifat üçün meyar ola bilməz. Təəssüf ki, lap bu yaxınla-

ra qədər, keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fizika və riya-

ziyyat eyni elm blokuna daxil edilir və elmi dərəcə verilərkən fiziklərə və 

riyaziyyatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri doktoru. 

Bu,  əlbəttə mahiyyətdən yox, zahiri əlamətlərdən çıxış etməyin nəticəsi 

idi. Digər tərəfdən, görünür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsə-

lə deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə  əksinə, bütöv elm 

sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturologiya kimi fənlərarası  və 

inteqrativ bir  fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elmşünaslığın 

tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniyyətin tarixi öyrənilirsə, bu – 

tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.  

Digər tərəfdən, onda gərək kibernetika, sinergetika,  biokimya, bio-

fizika, fiziki kimya və s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizi-

kadan, kimyadan və s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”, 

“kibernetika elmləri doktoru” və s. adı verilsin. Belə  pərakəndəliyə yol 

verməmək üçün elmlərin fundamental təsnifatından çıxış edilməlidir.  

Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin 

daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ  fəlsəfədən 

ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin 

daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki 


Elm haqqında elm 

 

 



 

166


və yaradıcı. Nəzəri fəlsəfəyə  məntiqi, riyaziyyatı, fizika və metafizikanı 

aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı  və siyasəti aid edirdi. 

Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi gös-

tərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bü-

tün bu sahələr üzrə Aristotel ayrıca  əsərlər yazmış, və elmin bütün 

sahələrini ehtiva etməyə çalışmışdır.  

Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filo-

soflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma 

tendensiyası da hiss olunurdu. Məsələn,  Əbu Nəsr Fərabi öz təsnifatında 

elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elm-

lərin təsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci 

bölməyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət 

verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə 

nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm 

iki hissədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların 

mənalarını bilmək.  İkinci – bu sözləri idarə edən qanunları bilmək (yəni 

qrammatika – S.X.).”

1

1



 Daha sonra Fərabi dilçiliyin öz daxili təsnifatını 

verir, nitq hissələrindən, söz birləşmələrindən, yazı qaydalarından bəhs 

edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da 

dilşünaslığın tərkibində nəzərdən keçirir.   

Daha sonra Fərabi məntiq bölməsini açıqlayarkən bir daha qram-

matika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik 

mühakiməyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, 

poetikanın da geniş  tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr 

etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riyaziyyatı 

Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün 

dəqiq elmləri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi 

kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizi-

kanı müstəqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı  səkkiz sahəyə 

ayırır, birinci sahədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkin-

ci sahəyə aid problemlər “səma və kainat” adı altında toplanır. “Yaranma 

və məhvolma” bölməsində o, maddələrin əmələ gəlməsi və elementlərinə 

parçalanmasından bəhs edir ki, bu da əslində kimya elminə işarədir. Daha 

                                                 

1

 Аль-Фараби. Слово о классификации наук // Философские трактаты. Алма-Ата, 



Наука, 1970, с. 109. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

167



 

sonra Fərabi “mineralogiya”, “bitkilər haqqında”, “heyvanlar haqqında” və 

nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı 

guya Aristotelin kitablarının adına uyğun olaraq aparır, amma əslində 

Aristotelin real tədqiqat sferasından xeyli kənara çıxır. Daha sonra Fərabi 

insan haqqında elmdən (bu sahədə  Fərabi  əslində  mədəniyyətşünaslıq və 

antropologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha sonra Fərabi hüquq 

və ilahiyyatı da öz təsnifatına daxil etməklə o dövr üçün ən mükəmməl bir 

təsnifat sistemi təqdim edir.

1

1



  

İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür: 

1.

 

Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; 



c) insanın özünün idarə olunması. 

2.

 



Nəzəri elmlər: a) ilahiyyat; b) riyaziyyat (hesab, həndəsə, 

astronomiya, musiqi) c) xalis fizika.  

3.

 

Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d) 



əlkimya.

1

2



 

 

İbn Sinanın təsnifatında  əlamətdar cəhətlərdən biri əməli elmlərlə 



tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə  məhz elmi 

biliklərin tətbiqi nəzərdə tutulur. “Əməli elmlər” isə  əslində  nəzəri elmi 

biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi götürülür. 

İbn Sina öz yaradıcılığında bütün elmləri ehtiva etməyə çalışmışdır. 

Buna tam nail ola bilməsə  də onun yazdığı  əsərlərdən çıxış edərək onun 

elmləri necə qruplaşdırdığını  təsəvvür etmək olar. Türkiyədə çap olunan 

Şəfa külliyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur

1

3



:  

 

I.



 

Məntiq elmləri 



1.

 

 Məntiqə giriş 

2.

 

 Kateqoriyalar 

3.

 

 Şərh haqqında 

4.

 

 Birinci analitiklər 

5.

 

 İkinci analitiklər 

6.

 

 Mükamilə (cədəl) 

7.

 

 Sofistik dəlillər 

8.

 

 Ritorika 

9.

 

 Poetika 

                                                 

1

  Yenə orada, s. 107-192. 



2

 Bax:  Е.Д.  Гражданников.  Метод  построения  системной  классификации  наук

Новосибирск, Наука, 1987, с. 44. 

3

 Ibn Sina. Kitabu’ş-şifa. Yorum üzerine. İstanbul, Litera yayıncılık, 2006, s. XI. 



Elm haqqında elm 

 

 



 

168


II.

 

Təbiət elmləri 



10. Fizika  

11. Səma və aləm 

12. Yaranma və dağılma 

13. Təsirlər və təsirlənmələr 

14. Mineralogiya və meteorologiya  

15. Nəfs haqqında 

16. Nəbatat (botanika)  

17. Zoologiya 

III.


 

Riyaziyyat elmləri 



18. Həndəsə 

19. Hesab 

20. Musiqi 

21. Astronomiya 

IV.


 

Metafizika 



22. Metafizika  

 

Orta  əsrlərdə  İbn Sina kimi böyük zəka sahibləri hər bir fənn üzrə 

həmin dövrdə  məlum biliklərin icmalını verməklə kifayətlənməyərək, öz 

şəxsi tədqiqatlarını  və mövqeyini də bildirirdilər. Müasir dövrdə,  əlbəttə, 

bir alimin bu qədər müxtəlif elm sahələri üzrə  əsər yazması qeyri-

mümkündür. Ən azı ona görə ki, indi hər bir sahə üzrə informasiya həddən 

artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-ayrı fənlər üzrə, hər sahənin 

öz mütəxəssisləri tərəfindən hazırlanır. 

İslam dünyasında elmlərlə yanaşı, əməli tədqiqat sahələrinin də təs-

nifatı verilirdi. Çünki artıq o dövrdə texnoloji sahələrin də inkişafına ehti-

yac yaranmışdı.

1

1



 

Qərbdə müasir elmin formalaşması XVII əsrdən başladığı üçün 

elmlərin təsnifatı da məhz bu dövrdən başlayaraq aktuallaşmışdır.  İlk 

hərtərəfli təsnifat F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon 

və Kontun təklif etdiyi təsnifatlar geniş yayılmış və müasir elmşünaslıqda 

da istifadə edilməkdədir.    

Qərbdə əksər tədqiqatçılar “elm” (science) dedikdə məhz təbiət elm-

lərini nəzərdə tutur və elmlərin təsnifatı da təbiətşünaslıq çərçivəsində apa-

rılır. Amma elmilik meyarlarını bir qədər yumşaldıb ictimai elmləri də bu-

raya daxil etdikdə  təsnifatın birinci addımı geniş  mənada elmin makro-

strukturunu müəyyənləşdirməkdən ibarət olur. Burada aşağıdakı bölgülərə 

                                                 

1

 Donald  R.Hill.  Technology in the İslamic World // Encyclopedia of the History of 

Science? Technology and Medicine in Non-Western Cultures. Dordrecht, Kluwer 

Academic Publishers, 1997, p. 947. 


 

Elm və onun inkişaf yolu 

 

 

 

169



 

rast gəlmək mümkündür: 1) Riyazi elmlər; 2) Təbiət elmləri; 3) Texniki 

elmlər; 4) Ruhi-mənəvi elmlər; 5)İctimai elmlər; 6) Humanitar elmlər .  

Başqa prinsiplər əsasında da bölgülər vardır. Məsələn, fundamental 



 tətbiqi elmlər

1

1



nəzəri  empirik elmlər

1

2



; yaxud təbiət elmləriictimai 

elmlər    texniki  elmlər;

 

yaxud  təbiət  haqqında    mədəniyyət  haqqında 



elmlər

1

3



;

 

yaxud  dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati 



struktura və ictimai sistemdə tutduqları yerə görə  də bölgüsü aparılır. 

Məsələn,  universitet  elmi,  akademiya  elmi    sahə  elmləri

1

4

; dövlət elm 



sektoru, ictimai təşkilatlar və özəl elm sektoru.

1

5

 

Bu bölgülər ətrafında geniş müzakirələr aparılır. Hələ sovet dövrün-



də bu müzakirələr elmşünaslığın  əsas problemləri sırasında idi.

1

6



  Əvvəla, 

nəzərə alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əslində fundamental elm-

lərin bölgüsüdür. Xüsusən, orta məktəb proqramına daxil edilən fənlər: 

fizika, kimya, biologiya və s. ya öz daxilində fundamental və tətbiqi sahə-

lərə ayrılır, ya da məktəb proqramında ancaq fundamental elmə aid olan 

biliklərin əsasları öyrədilir. Ali məktəblərdə isə bu bölgü bir qayda olaraq 

ya fakültələr üzrə bölgüdə öz əksini tapır, ya da əlavə olaraq fakültədaxili 

bölgülər aparılır. Sovet dövründə  və müstəqilliyin ilk mərhələsində ali 

məktəblər universitetlərə  və institutlara ayrılırdı. Universitetlər sanki elm 

üçün kadr hazırlayırdı və ona görə də, bölgü fənlər üzrə gedirdi: riyaziyyat 

f-si, kimya f-si və s. Yaxud humanitar sahələr üzrə: tarix  f-si, filologiya f-

si və s. Düzdür, fakültələr üzrə təsnifat fənlər üzrə təsnifatla heç də tama-

milə üst-üstə düşmür, amma təxmini bir uyğunluq var. Bununla yanaşı, 

universitetlərdə praktik fəaliyyət sahələri üzrə də fakültələr var idi: hüquq 

f-si, jurnalistika f-si və s. Hətta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi 

üst-üstə düşür; məsələn, “hüquq” həm fənn kimi, həm də fəaliyyət sahəsi 

                                                 

1

 Фундаментальные  и  прикладные  исследования  в  условиях  НТР.  Новосибирск, 



Наука, 1978; Фундаментальные исследования и технический прогресс. Новосибирск, 

1985; Диалектика фундаментального и прикладного. М., Наука, 1989; Б.М.Кедров. О 

современной классификации наук // Вопросы философии, 1980, № 10, с. 100. 

2

 В.С.Швырёв. Теоретическое и эмпирическое в научном познании.М., Наука, 1978. 



3

 Г.Риккерт.  Науки  о  природе  и  науки  о  культуре.  М.,  Республика, 1998;  



Дж.Фейблман. Концепция науки о культуре // Антология исследований культуры. Т. 

1, СПб., Университетская книга, 1997, с. 157-170. 

4

 В.В. Чешев. Наука и упарвление наукой // Вопросы философии, 1989, № 4. 



5

 S.Xəlilov. Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”, 2010. 

6

 А.Ф.Зотов, М.М.Холмянский.  Так есть ли «две науки»? // Вопросы философии, 



1988, № 5, 56-67. 

Elm haqqında elm 

 

 



 

170


kimi götürülə bilər. Amma soruşulsa ki, bu fakültədə hüquq elmi üzrəmi, 

yoxsa hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr hazırlanır, – bu-

na cavab verməyə çətinlik çəkərdilər. Çünki bəzi istiqamətlərdə nəzəri və 

əməli fəaliyyət hələ kifayət dərəcədə diferensiallaşmamışdır. “İnstitut” ad-

landırılan digər ali məktəblərdə mühəndislər, müəllimlər, həkimlər və s. 

hazırlanırdı. Amma sonralar ali məktəblərin əksəriyyəti universitet adlan-

dırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənənəvi bölgü isə yenə 

saxlanmış oldu.  

Xarici ölkələrdə elm sahələri üzrə kadr hazırlığı çox vaxt “fənn və 

ədəbiyyat” fakültəsində  həyata keçirilir. Yəni  əslində söhbət müəllim ha-

zırlığından gedir, məhz  elm üçün kadr hazırlayan ayrıca fakültələr olmur. 

Bu proses ancaq magistratura pilləsindən başlayır. Xüsusi elmi yaradıcılıq 

qabiliyyəti hiss olunan tələbələrə universitetdə qalaraq növbəti mərhələdə 

təhsilini davam etdirmək təklif olunur. “Elmi axtarış” xəstəliyinə 

yoluxduqdan sonra isə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər. 

İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkə-

lərdə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma 

hər halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təs-

nifatın elmin daxili təsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət 

sahələri üçün kadr hazırlığı da həmin sahələrin nə  dərəcədə elmi biliklər 

əsasında təşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.   

Elmdə  fənlər üzrə bölgüdən başqa, digər meyarlar üzrə  də  təsnifat 

aparılır.  

Elmi tədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fən-

ləri adətən iki fərqli istiqamətdə qruplaşdırırlar:  fundamental  və  tətbiqi

Ənənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanu-

nauyğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsa-

lın konkret sifarişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özü-

nün qoyduğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin 

xarakteri elədir ki, biliklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-

fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı el-

mi nəzəri baza tələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri 

əldə edilmiş biliklər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdiril-

məsi, dünyanın ümumelmi mənzərəsinin və elmi paradiqmaların dəyişil-

məsi ilə nəzəri sistemlərdə bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin 


 

Elm və onun inkişaf yolu 

 

 

 

171



 

və prinsiplərin yenidən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi 

tələb olunur. 

Tətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində  əldə edilmiş 

nəzəri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəldilməsinə, nəzəriy-

yə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələ-

də iki fərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu 

anlayışlar bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəllif-

lər “fundamental” sözünü “xüsusi əhəmiyyətli”, “önəmli” mənasında, ya-

xud təməl elmi səviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha funda-

mental olduğunu sübut etməyə çalışırlar.

1

1



  

Fundamental  və  tətbiqi bölgüsü əslində  nəinki fənn daxilində, hər 

bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dissertasiya işləri-

nin çoxu, hətta tətbiqi məsələlərə  həsr olunsa da, giriş hissəsində proble-

min nəzəri-fundamental tərəfləri işıqlandırılmış olur. Bu cür fəndaxili və 

tədqiqatdaxili bölgülərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamental elm-

lərə, digərlərini isə tətbiqi elmlərə aid etmək praktikası da yayılmışdır. Mə-

sələn, ümumi bir fənn kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən 

bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fən-

lərdən ayrılmış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca 

adlar altında təsnif olunurlar; məsələn, elektrotexnika, tətbiqi mexanika, 

spektroskopiya, aşkarlar kimyası və s. Akademik D.İ. Bloxintsev belə he-

sab edir ki, alimin fəaliyyətini fundamental və tətbiqi sahəyə ayırmaq prak-

tiki olaraq qeyri-mümkündür. Əslində konkret elmi fəaliyyətin tərkibində 

onlar bir-birini tamamlayırlar.

1

2

 A.Zotov və M.Xolmyanski də belə hesab 



edirlər ki, tətbiqi elmlər bütöv elmin üzvi tərkib hissəsidir və onu funda-

mental tədqiqatlardan ayırmaq olmaz.

1

3

  V.V. Çeşev də  həmin mövqedə 



duraraq yazır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər 

bir tədqiqatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elm-

də baş verən proseslər həm texnoloji, həm də sosial-mədəni  əlaqələrlə 

                                                 

1

 Bax: Н.В.Карлов. О фундаментальном и прикладном в науке и образовании, или 



Невозведи дом свой на песке // Вопросы философии, 1995, № 11; М.В.Рац. К вопросу 

о  фундаментальном  и  прикладном  в  науке  и  образовании // Вопросы  философии, 

1996,  № 9; Б.И.Пружинин.  О  пользе  фундаментальности  или  быть  ли  в  России 

большой науке // Вопросы философии, 1996, № 12.  

2

 Д.И. Блохинцев. Пропорции в науке // Наука и жизнь. 1974, № 6, с. 77.   



3

 А.Ф.Зотов, М.М.Холмянский.  Так есть ли «две науки»?, с. 67.   



Elm haqqında elm 

 

 



 

172


vasitələnirlər”.

1

1



              

“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elmləri”nə yaxın mənada iş-

lənir. Lakin fərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edil-

diyindən daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm 

sahələrində  də riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sırada ilk 

növbədə iqtisadi nəzəriyyələri göstərmək mümkündür. Görünür, buna görə 

də, iqtisadi fənlərin də  dəqiq elmlər sırasına daxil edilməsi təklif olunur. 

Həm də belə təkliflər indi Azərbaycanda da səslənməkdədir.

1

2

   



Dəqiq elm nümayəndələri öz tədqiqatlarını ancaq öz dar ixtisas sa-

hələrinin bazasında apardıqlarına görə və elmi biliklərin ciddi determinasi-

yasından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xü-

susən ictimai və humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir 

fənn daxilində formalaşmış  ənənəvi düşüncə  tərzindən, metodologiya və 

metodlardan kənara çıxmaq və problemlərə başqa bucaq altında baxa bil-

mək üçün digər elm sahələri ilə əlaqə qurmaq, onların bilik bazasından və 

metodlarından da yararlanmaq, ən başlıcası isə öz fənlərinin labirintindən 

xilas olmaq tələb olunur. Düzdür, böyük elm adamları heç vaxt məhdud el-

mi dünyagörüşü içərisində qalmır, fəlsəfi və humanitar düşüncə tərzindən 

qidalanmaqla elmdə  qərarlaşmış  şablonlardan xilas ola bilirlər. Bu kon-

tekstdə adətən A.Eynşteynin “mürəkkəb problemlərin həllində F.Dosto-

yevski mənə Qausdan daha çox kömək etmişdir” fikrini misal çəkirlər. 

Belə misallar əslində çoxdur. Hətta müasir elmşünaslığın yaradılmasında 

da humanitar düşüncənin az rolu olmamışdır.  İxtisasca fizik olan Tomas 

Kun özünün məşhur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəl-

diyi barədə yazarkən, belə bir hadisəni xüsusilə vurğulayır ki, 1958–59-cu 

tədris ilində onu “davranış haqqında elm mərkəzi”nə  təcrübə keçməyə 

göndərirlər. Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ictimai elm 

adamlarının məsələlərə yanaşması və düşüncə tərzləri xeyli dərəcədə fərq-

lidir və onlar hadisələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adam-

larının heç ağlına da gəlmir. Bax, bu fərqli yanaşmaların bir araya gətiril-

məsi “elmi paradiqma” anlayışının formalaşmasına da təkan vermişdir.

1

3



  

Daha sonra Kun ümumiyyətlə mühitdən, texniki tərəqqinin, xarici 

                                                 

1

 В.В. Чешев. Наука и управление наукой, с. 69.  



2

 A.Hacıyev. Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir // “Azərbaycan” qəzeti, 

15 may, 2010. 

3

 Т. Кун. Структура научых революций. с. 16-17.  



 

Elm və onun inkişaf yolu 

 

 

 

173



 

sosial-iqtisadi və intellektual şəraitin elmlərin inkişafına təsirindən bəhs 

edir. Onun fikrinə görə, elmin inkişaf qanunauyğunluqları təkcə onun daxi-

li epistemoloji təhlili ilə öyrənilə bilməz və burada mütləq humanitar, sosi-

al-iqtisadi və texniki şərait və onların elmin daxili məzmununun araşdırıl-

masına təsiri də nəzərə alınmalıdır.

1

1

  



Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanuna-

uyğunluqları elm adamları tərəfindən deyil, əsasən şərqşünaslar tərəfindən 

öyrənilmişdir. Amma bildiyimiz kimi, şərqşünaslıq özü humanitar elmlərə 

daxil edilir, çünki bu problemlərlə əsasən dilçilər və tarixçilər məşğul olur. 

Bu baxımdan Şərqdə elmin öyrənilməsi bir qayda olaraq humanitar düşün-

cə prizmasından keçmişdir. Bu paradoksallıq L.Reysner tərəfindən hətta 

müsbət məqam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və 

Şərq” kitabına yazdığı ön sözdə bu əsərin əsas məziyyətlərindən biri kimi 

məhz elmşünaslığa humanitar düşüncə aspektindən yanaşılması faktını 

qeyd edir.

1

2

 Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tapmaq olar. Bəli, 



biz bu hadisəyə məhz pis bir ənənə kimi baxırıq. Belə ki, Şərqdə əldə olun-

muş bir sıra böyük elmi nailiyyətlərlə yanaşı, elmin bir tam halında dəyər-

ləndirilməsi, ictimai fəaliyyət sahələri arasında elmi fəaliyyətin yerinin 

müəyyənləşdirilməsi, bir sözlə, ümumi planda baxılması və adekvat müna-

sibət bəslənməsi halları da az olmamışdır. Bir sistem halında olmasa da, 

belə fikirlər və dəyərləndirmələr Şərq elmşünaslığının rüşeymləri kimi gö-

türülə bilər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi 

məhz Avropada formalaşdığından elmin özünüdərki də məhz bu ölkələrdə 

getmiş və elmşünaslıq da burada formalaşmışdır. Y.Raşkovskinin yazdığı-

na görə, müasir dövrdə elmşünaslıq Şərq ölkələri içərisində ancaq Hindis-

tanda geniş yayılmışdır.

1

3



 Bu da görünür Hindistanın uzun müddət ingilis 

müstəmləkəsi olmasından irəli gəlir. Və bu mənada  əslində söhbət hind 

yox, ingilis elmşünaslığından getməlidir. Təəssüflər olsun ki, Yaponiya da 

daxil olmaqla, Şərq ölkələrinin heç birində müstəqil bir elm konsepsiyası 

ortaya çıxmamışdır. Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq 

ənənələrinin davamı kimi deyil, Qərb elminin transferi və inkişafı kimi 

mövcuddur.  

                                                 

1

 Yenə orada, s. 19.  



2

 Л.И.Рейснер. Предисловие к книге Е.Б. Рашковского Науковедение и Восток. с. 4-5.  

3

 Е.Б. Рашковский. Науковедение и Восток, c. 141. 



Elm haqqında elm 

 

 



 

174


 

Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki aspektdə 

həyata keçir. Elmə məntiqi-epistemoloji rakursda, biliklər sistemi və elmi 

yaradıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi özünüdərk sis-

temlərində də riyaziyyatın və dəqiq elmlərin metodlarından istifadə edirlər. 

Onlar təbii ki, ictimai elmlərin buraya qatılması haqqında heç düşünmürlər 

də. Halbuki, özünüdərk hadisəsi əslində fəlsəfənin predmetinə daxildir. Və 

dəqiq elm adamları da bu məsələlərə toxunarkən  əslində  fəlsəfi qatda 

bulunduqlarının fərqində olmurlar. Məsələyə filosoflar müdaxilə etdikdə 

isə, onlar dəqiq elm və ictimai elm arasında ayrıseçkilik etmədən, daha 

universal yanaşma üsulundan çıxış edirlər. Ona görə  də, elm fəlsəfəsinin 

ictimai elmləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə tədqiqatçıları 

və sosioloqlar tərəfindən həyata keçirilmişdir.

1

1



  Həm də belə bir mövqe 

mövcuddur ki, ictimai gerçəkliyin dərk olunması təbiətin dərkinə nisbətən 

spesifik  xüsusiyyətlərə malikdir və ona görə  də, “ictimai idrak”, “sosial 

idrak”, “tarixi idrak” kimi terminlərdən istifadə olunur.

1

2

 T.Haff həm təbiət, 



həm də cəmiyyət elmləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin 

tərəfdarı olan  Q.Mendelin “naturalistik monizm” mövqeyi ilə V.Dilteyin 

iki fərqli metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kompro-

mis yaratmağa, ortaq bir variant tapmağa çalışır.

1

3

 Həm də bu fikri T.Haff 



M.Veberin sosial elmlərin metodologiyasına dair təlimini  şərh edərkən 

söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öyrənməyin tərəfdarı-

dır. O, yazır: “Fizika heyrətamizdir, amma fiziklərin qiymət vermədiyi 

                                                 

1

 Н.Стефанов.  Теория  и  метод  в  общественный  науках.  М., «Прогресс», 1967; 



Г.А.Антипов, А.Н.Кочергин.  Проблемы  методологии  исследования  общества  как  це-

лостной  системы.  Новосибирск,  Наука, 1988; Д.Лукач.  К  онтологии  общественного 

бытия.  Пролегомены.  Пер.  с  нем.  М., «Прогресс», 1991; Социо-логос.  Пер.  с  англ., 

нем.,  франц.,  М., «Прогресс», 1991; Л.  фон  Мизес.  Концепция  социальных  наук // 

Теория  и  история:  интерпретация  социально-экономической  эволюции.  Челябинск, 

Социум, 2009, с. 229-232.    

2

 Проблемы познания социальных явлений. Свердловск, Уральский Гос.Унив., 1980; 



Г.А.Антипов.  Историческое  прошлое  и  пути  его  познания.  Новосибирск,  Наука, 1987; 

В.Ж.Келле, М.Я.Ковальзон. Теория и история. (Проблемы теории исторического прогрес-

са. М., Изд-во полит. литературы, 1981; Г.С.Арефьева. Общество, познание, практика. М., 

«Мысль», 1988; З.Бауман. Мыслить социологически. Пер. с англ., М., Аспект Пресс, 1996. 

3

 T.E.Huff.  On the Methodology of the Social Sciences: A rev. essay. Pt. 1 // 



Philosophy of the Social sciences. Toronto, 1981, vol. 1, № 4, p. 462-463.    

 

Elm və onun inkişaf yolu 

 

 

 

175



 

ictimai elmlər bəzən daha heyrətamiz olur”.

1

1

  



İctimai elmlər həqiqətən xeyli dərəcədə spesifik sahədir. Onların 

ümumi cəhətləri çoxdur. Amma buna baxmayaraq, müvafiq elm sahələri 

qarşısında qoyulan vəzifələri daha konkret dərk edə bilmək üçün bu sahə-

lərin özünə də diferensial yanaşa bilməli, onları fərqləndirməliyik.  

Humanitar və ictimai elmlər ilk baxışda nə  qədər yaxın görünsələr 

də, əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.  

Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə 

humanitar sahə.  

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – huma-

nitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də huma-

nitar sahəyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin 

hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq («ta-

rix elmi» – bəzən sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni sözlə 

ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filolo-

giya) və  ədəbiyyat fəlsəfəsi (aşağı yarusda bu sahə  «ədəbi tənqid» kimi 

məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, din-

şünaslıq və din fəlsəfəsi, mənəvi tərbiyə, pedaqogika və etika geniş planda 

götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm 

sahəsi kimi insanşünaslıqdan, bəzən də antropologiyadan bəhs olunur. Mə-

naları eyni olsa da, bu iki tədqiqat istiqamətində  bəzən fərqli məzmunlar 

qruplaşdırılır.  

Sovet dövründə insan özü də ilk növbədə sosial varlıq kimi götürül-

düyünə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində  əridilmişdi. 

İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapita-

list ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, in-

san haqları mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji problemlər 

də daha çox Qərbdə öyrənilirdi.  İnsanın sosiallaşması  hətta bədii  ədəbiy-

yatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan 

sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı  bərpa etmək, 

fərdin cəmiyyətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al-

maqdır.  

Din də humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə 

                                                 

1

 J.Agassi. The Social Base of Scientific Theory and Practice // Rationality in Science 



and politics. Dordrecht, Reidel, 1984, p. 27. 

Elm haqqında elm 

 

 



 

176


bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir. 

Məsələn islamda dini etiqad ilk növbədə  fərdə aiddirsə, xristianlıqda kil-

sələr insanla Allah arasında vasitəçilik missiyasını üzərinə götürərək dini 

ictimailəşdirmişlər. Ona görə  də, islam aləmində ilahiyyat və dinşünaslıq 

əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera-

sına aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi 

və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət sə-

viyyəsində  təsbit olunmaqla hüquq sisteminin əsasını  təşkil edir və 

beləliklə ictimailəşmiş olur.  

İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası 

ilə sıx surətdə bağlıdır.  

Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar 

sahəyə aid olsa da, tarixşünaslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə 

aiddir. 


Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə aid 

edilir. “Özünü dərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belə-

dir. Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcə-

də ictimai yönlüdür. Yəni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh 

yox, ictimai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nə-

hayət, bəşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.  

Göründüyü kimi, biz humanitar və ictimai elmlər bölgüsündə insan 

və cəmiyyət bölgüsünə əsaslanırıq. 

Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, 

bədəni ilə bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç 

dünyası  nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan bədəni bir 

təbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir.  

Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəf-

dən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir rol 

oynadığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fizi-

ki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahəyə 

aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə huma-

nitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə de-

yil, daha çox dərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası 

göstərir ki, təbabət hər halda sadəcə  təbiət elmi kimi qəbul edilə bilməz, 

çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, humanitar 

sahə ilə sıx bağlılıq vardır.  



 

Elm və onun inkişaf yolu 

 

 

 

177



 

K.Marks və F.Engels yazırdı: “Harada ki, spekulyativ təfəkkür həqi-

qi həyatla üzləşərək kəsilir, orada həqiqi  müsbət elm, praktik fəaliyyətin, 

insanların praktik inkişaf prosesinin təsviri başlayır”.

1

1

 Bəli, antik fəlsəfə-



dən, nəzəri fəlsəfi təfəkkürdən başlanmış böyük idrak marafonu harada isə 

gerçək həyatın daşlı-kəsəkli yollarında finişə yaxınlaşır, nəzəri modellərlə 

həyatın reallıqları arasındakı uyğunsuzluqlar getdikcə daha çox dərəcədə 

özünü büruzə verir və  təfəkkürün gücü öz enerjisini tükətdiyindən insan 

hər şeyə sanki yenidən – sıfırdan başlayır. Bu dəfə insan öz empirik düşün-

cəsini işə salır və sadə  həyat məsələlərinin təcrübi dərkindən başlayaraq 

nəzəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.  

Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni 

dərəcədə istifadə etmirlər.  Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf 

səviyyəsi müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-

təşkilatı infrastruktur, həm iqtisadiyyatın texnoloji strukturu müasir elmin 

“dilində” yazılmış – qurulmuş olmalıdır.  

Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazırlanmaların 

texnoloji mənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni 

texnoloji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimen-

tal istehsal məhz elmi prosesi sənaye prosesinə çevirən halqa olur; həm də 

elə bir halqa ki, özündə həm elmi tədqiqatın, həm də istehsalın elementlə-

rini birləşdirir”.

1

2

 Əlbəttə, müəllifin elmdən istehsala gedən yolu keyfiyyət-



cə fərqli mərhələlərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqoleva 

bu məsələdə ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nümunəsi” 

və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa sözlə desək, 

“nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə 

istehsal aktlarına aiddir.  

Elmi kəşfin tətbiq üçün hazırlanması isə  əslində elmi fəaliyyətdən 

fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv gerçəklikdə, təbi-

ətdə olan qaydanın, ahəngin, strukturun aşkar edilməsi və terminlərlə, ya-

xud riyazi dillə ifadə olunmasıdır. Halbuki, tətbiq üçün hazırlanma prose-

sində insan özünün bildiklərini təbii materiala transfer etməyə çalışır. Elmi 

inkişafın ilk dövrlərində alimlər hər iki mərhələni özündə birləşdirir və öz-

                                                 

1

 К.Маркс и Ф.Энгельс. Сочинения. Изд.второе, т 3, c. 26. 



2

 Г.М.Глаголева.  Технологическое  освоение  научных  открытий  и  разработок 

(экономические аспекты), М., «Экономика», 1977, с. 47. 


Elm haqqında elm 

 

 



 

178


lərinin hansı isə ideyasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır: 

“Əvvəlki vaxtlarda nəinki Nyuton və Hyugens, hətta Maksvell kimi nəzə-

riyyəçilər də öz nəzəri mülahizələrinin eksperimental yoxlanmasını özləri 

həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriy-

yəsini yoxlamaq üçün təcrübə qoyur”.

1

1



 Yəni artıq elmin öz daxilində əmək 

bölgüsü, diferensiallaşma getmiş, yeni bir qayda formalaşmışdır.  

Müasir dövrdə qloballaşmanın və dayanıqlı inkişaf konsepsiyasının 

tələblərinə uyğun olaraq müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqə get-

dikcə genişlənir və elmdaxili inteqrativ proseslər gedir. A.D.Ursul “daya-

nıqlı inkişaf problemlərinin təbii-elmi, humanitar, texniki, kənd təsərrüfatı, 

tibbi və fənlərarası sahələrin tədqiqat cəbhəsinin genişlənməsini, bioloji və 

sosial sistemlərin tarazlaşması, habelə yer və kosmosun bütöv sisteminin 

ayrı-ayrı elementləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqamətlər-

də birləşməsini” yeni dövrün əsas tələbləri kimi qeyd edir.

1

2

 Onun fikrinə 



görə, müasir  inkişaf mərhələsində elm, texnika və texnologiya noosfer ori-

yentasiyasına keçməlidir.

 

1

3



 Belə ki, Yerin təbiətinə antropogen təzyiq azal-

malı, noosferogenezin kosmik magistralı formalaşmalıdır.

1

4

  Əlbəttə, noo-



sfer ideyası  gələcək elmin əsas inteqrativ prinsiplərindən biri ola bilər. 

Amma elmin məhz hansı istiqamətdə inkişaf edəcəyini birqiymətli şəkildə 

proqnozlaşdırmaq hələ mümkün deyil.   

İndi bizim elm kimi qəbul etdiyimiz biliklər sistemi, əslində vahid 

bütöv bir sistem olmayıb, ayrı-ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış 

nisbi müstəqil epistemoloji sistemlər çoxluğu heç də yeganə mümkün va-

riant deyil.  

Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı isə vahid elmdən da-

nışmaq üçün hələ  də kafi əsas yoxdur. İndi olsa-olsa ayrı-ayrı elmlər var 

ki, bunların bir qismi o dərəcədə yaxınlaşmışdır ki, onlardan vahid bir sis-

tem kimi bəhs etmək bəlkə  də mümkündür. Amma bəzən bu elmlərin öz 

daxilində də elə ayrılmalar baş verir ki, dünyanın vahid elmi mənzərəsin-



dən  danışmağın hələ tez olduğu aydınlaşır. Bununla belə, bizi maraqlan-

                                                 

1

 П.Л.Капица. Эксперимент, теория, практика: Статьи и выступления. М., Наука, 



1981, с. 190-191. 

2

 Послесловие  академика  А.Д.Урсула // С.Халилов.  Основания  научно-техничес-



кого  прогресса.  Логико-методологический  анализ.  Москва, «Экономика  и  инфор-

матика», 1997, с. 137. 

3

 Yenə orada, s. 136. 



4

 Yenə orada, s. 138. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

179



 

dıran elmin inkişafının indiki məqamında onun bütöv olub-olmaması yox, 

belə bir bütövlüyün, belə bir vahid modelin prinsipcə mümkün olub-olma-

ması  məsələsidir.  Dünyanın vahid elmi mənzərəsi, “bütöv elm” modeli 

təşəbbüsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhələsində alimlər obyek-

tiv gerçəkliyi adekvat əks elətdirən bir model qurduqlarını  zənn ediblər. 

Bəzən hətta bunu bir model kimi yox, həqiqət kimi, gerçəyin adekvat ob-

razı kimi qəbul ediblər.  

Lakin alimlərin “özünü aldatması” sonlu bir obrazın sonsuzluğu ifa-

də edə bilmək iddiası ilə bağlıdır. Əslində isə bizim bütün biliklərimiz və 

min illər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dünyanın ancaq mü-

cərrəd, ümumiləşmiş, digər tərəfdən isə adda-budda, hissələrlə  dərkidir. 

Yəni hələ neçə-neçə elmlər yaranacaq və onlar dünyanın elmi mənzərəsini 

nəinki yeni adalar və yarımadalarla, hətta ola bilsin ki, bütöv materiklərlə 

zənginləşdirəcəklər.      

Nəzərə alınmalıdır ki, elm bu dünyanın dəyişkənliyini, konkret 

təzahürlərini yox, ümumilər arasında münasibəti, sabit, universal əlaqələr 

sistemini, konfiqurasiyanı, maketi öyrənir! 

Amma bu, sözün yüksək mənasında və  məhdud çərçivədə elmdir. 

Sözün geniş mənasında elm anlayışına fərqli məzmunlar da daxil edilir. El-

miliyin əsas meyarını ödəməyən, amma insanlar üçün gərəkli olan müəy-

yən sahədəki biliklərin sistemləşdirilmiş təqdimatı da çox vaxt elmlər sıra-

sına daxil edilir. Məsələn, tarix, coğrafiya, geologiya, arxeologiya, dilçilik 

(xüsusi dilçilik), ədəbiyyat tarixi və s. elmin mahiyyəti, elmi həqiqət və el-

miliyin meyarları baxımından klassik elmlərdən (fizika, kimya və s.) köklü 

surətdə fərqlənirlər. Məsələ burasındadır ki, bu tədqiqat sahələri çox vaxt 

ümumiləri, universal kəmiyyətləri deyil, məkan-zaman baxımından kon-

kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki material (empirik bilik) 

toplamaqla məşğul olurlar. Məsələn, coğrafi ekspedisiyalar planetimizin 

insanların naməlum qalmış guşələrini aşkar etmək və onların faktiki təsvi-

rini verməklə məşğul olur. Buradakı kəşflər təbiətin hansısa universal qa-

nunlarının deyil, onun konkret təzahürlərinin müşahidə olunması və aşkar 

edilməsi mənasında kəşflərdir. Eləcə  də,  əgər geoloqlar hansı isə  ərazidə 

neft, qaz və ya filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, bəlli 

bir kontinium çərçivəsində öyrənilməsidir. Ümumiləşdirmələr və bu sahə-

dəki ümumi metodlardan istifadə edilməsi sonrakı mərhələdir. Amma hal-

buki, geoloji kəşfiyyatla elmi müstəvidəki araşdırmalar arasında demar-


Elm haqqında elm 

 

 



 

180


kasiya aparılmır. Nəticədə çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi 

yeniliklər eyni bir fənnin bərabərhüquqlu tərkib hissələri kimi dəyərləndi-

rilir. Onu da qeyd edək ki, coğrafiyada, geologiyada və təbiətin bilavasitə 

öyrənilməsi ilə məşğul olan digər sahələrdə elmilik fazasına keçid istər-is-

təməz fizika, kimya, biologiya kimi klassik elmlərlə  kəsişmə sahəsində 

mümkün olur.  

Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sahələr də məxsusi mənada 

elmə daxil deyil, lakin onların fərqləndirilməsi zərurəti başqa səbəbdən or-

taya çıxır və biz bu fərqi ayrıca nəzərdən keçirəcəyik. Coğrafiyada, arxeo-

logiyada, tarixdə isə ayrıca götürülmüş ərazidən, konkret dağdan, çaydan, 

şəhərdən, ölkədən söhbət gedir. Zaman-məkan müəyyənliyi olan bir hadisə 

təsvir olunur. Bu hələ elm deyil, amma özlüyündə bir dəyərdir. Çünki bu 

məlumatlar insanlara lazımdır. Müasir nəqliyyat-kommunikasiya  şəraitin-

də bu məlumatlar adi görünə bilər; yəni onsuz da hamının bildiyi bir şey 

kimi. Amma vaxtilə bu və ya digər coğrafi obyektin – ərazinin, gölün, ça-

yın, dənizin kəşfindən söhbət gedirdi. Və bu “kəşflər” elmə aid edilməyib, 

özgə hansı sahəyə aid edilə bilər. Eləcə də botanikada, zoologiyada – ayrı-

ayrı bitki və ya heyvanların “kəşfi”; bu mərhələdə hələ ümumilərdən, növ-

lərdən, hansı isə tendensiyadan, qanunauyğunluqdan söhbət getmir. Və 

müasir elmi meyarlar baxımından bunlar heç biri elmə aid deyil. Sadəcə 

faktiki biliklərin toplanması  mərhələsidir. Sonra isə bunların qruplaşdırıl-

ması, növləşdirilməsi, təsnifatı başlanır ki, bu, artıq ümumiləşdirmədir və 

bu mənada elmə girişdir. 

Eləcə də geoloji kəşflər. Söhbət hansı isə konkret neft yatağının, qaz 

və ya qızıl ehtiyatlarının aşkarlanmasından gedir. Yəni ünvanı  bəlli olan, 

konkret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir şəraitdə isə dəyi-

şilməsi prinsipcə mümkün olan), hansı isə iqtisadi və ya siyasi mülahizə-

lərdən, subyektiv amillərdən asılı olaraq istismar edilən və ya dincə qoyu-

lan yataqların texniki şərtlərinin öyrənilməsi – bütün bunlar böyük elmin 

özü yox, elmlə ictimai həyat arasında yer alan və yenə də faktiki biliklər 

əsasında qurulan elmi-texniki və texnoloji işləmələrdir. Yəni bu “kəşflər” 

əslində bir o qədər də elmə aid deyil. Elmə aid olan bu konkret faktiki 

materialın ümumiləşdirilməsi  əsasında (əgər faktlar ümumiləşdirmə üçün 

yetərli olacaq qədər çoxdursa) əldə edilən qanunauyğunluqlardır. Deməli, 

geoloji kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika arasında, təkcə ilə 

ümumi arasında mövqe tutur. Tək bir geologiya timsalında da biz dar mə-


 

Elm və onun inkişaf yolu 

 

 

 

181



 

nada elmlə onun böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir ana-

logiya yada düşür: şəhərlərin əhalisi siyahıya alınanda, sözün dar mənasın-

da  şəhərin özündə (metropolis) və  şəhərətrafılarla birlikdə (meqapolis) 

əhali xeyli dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uyğun gələn elmilik 

meyarlarını ödəməsə də, müəyyən bir elmin yaranmasında iştirak edən və 

onun həndəvərində olan faktiki biliklərdir. Orta məktəb proqramlarında 

əhatə olunan: coğrafiya, botanika, zoologiya, tarix, ədəbiyyat, dil (konkret 

bir dil – məsələn, ingilis dili və s.), astronomiya və demək olar ki, bütün 

fənlər üzrə verilən biliklər bir qayda olaraq, müvafiq elmlərin özünü yox, 

bu “elmətrafı”, daha doğrusu, elməqədərki biliklər sistemini əhatə edir. 

Ancaq yuxarı siniflərdə “ümumi biologiya”, “ədəbiyyat nəzəriyyəsi” və s. 

bu kimi fənlər əvvəl keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir 

və burada müvafiq elmlərin də əsasları öyrədilmiş olur.  

Astronomiyada göy cisimləri; ayrı-ayrı planetlər və onların hərəkəti 

haqqında müəyyən məlumatlarla yanaşı, həm də müvafiq  hərəkət qanuna-

uyğunluqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla elməqədərki bi-

liklərin qatışıq təqdimatıdır. Eləcə də fizika və kimya fənlərində xalis elm 

yox, bu cür qatışıq təqdim olunur.  

Biz bu misalları ona görə gətirmirik ki, orta məktəbdə ancaq elm öy-

rədilsin, əksinə, elmətrafı biliklərin də xüsusi dəyərə malik olduğu və el-

min mənimsənilməsinə  də  məhz onlardan başlamaq zərurətini vurğulayı-

rıq. Bəzən tarixin, riyaziyyatın, fəlsəfənin elm olmaması haqqında iddia 

müvafiq sahələrin nümayəndələri tərəfindən narazılıqla qarşılanır. Buraya 

botanikanın, zoologiyanın, coğrafiyanın, geologiyanın elmətrafı biliklər 

sistemini də  əlavə edərək, sual qoymaq olar ki, bütün bu biliklərin xalis 

elm anlayışına uyğun olmaması onların dəyərini azaldırmı? Poeziya elm 

olmadığı üçün heç xiffət eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək ol-

maq, yaxud elməqədərki zəruri biliklər sistemi olmaq, yaxud elmlə yanaşı, 

insanın mənəvi-intellektual dünyasında ayrıca lövbər salmaq nəyə görə 

əskiklik sayılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli olduğunu 

iddia edə bilər? Amma bu başqa məsələ ki, ayrı-ayrı tarixi hadisələr deyil, 

bütövlükdə tarixi inkişafın ümumi qanunauyğunluğundan söhbət gedə; bu, 

artıq elmdir, amma ictimai şüur üçün, yeni nəslin tərbiyəsi üçün tarixin özü 

qədər zəruri deyil. Daha doğrusu, elmin belə funksiyaları yoxdur. Biliklər 

ancaq şəxssizləşdikdən, milli-mənəvi dəyərlərdən “təmizləndikdən” sonra 

elmə çevrilə bilər.   


Elm haqqında elm 

 

 



 

182


Düzdür, Kun konsepsiyası elmin inkişafında sosial-mədəni amillərin 

rolunu nəzərə almaqla fərqlənir. Lakin bu amillər  əslində  nəyə  təsir 

göstərir: elmin özünə, elmi yaradıcılıq prosesinə, onun infrastrukturuna, 

təşkilati formalarına, yoxsa daha nələrə?!    

Elmin inkişafının ictimai mühitlə, siyasi, iqtisadi və mədəni-mənəvi 

amillərlə bağlılığı bu inkişaf prosesinin özünə, tempinə  təsir göstərsə  də, 

onun daxili məzmununa heç bir təsir göstərmir. Bu mənada neopozitiviz-

min, postpozitivizmin, tənqidi realizmin və s. Kun tərəfindən məhz sosial 

determinasiyanın nəzərə alınmaması ittihamı ilə  tənqid olunmasının heç 

bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. elmi biliklərin, təlimlərin 

və ümumiyyətlə elmin daxili məzmununun araşdırılması ilə  məşğuldur. 

Sosial amillər isə stasionar elmə, Popperin “üçüncü dünya” adlandırdığı el-

mi biliklər sisteminə yox, onun hələ formalaşmamış ön cəbhəsinə, elm 

adamlarına və onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir göstərir. 

Bu fərqi daha düzgün təsəvvür etmək üçün Əbu Turxanın dünya inkişafı 

üçün irəli sürdüyü daha fundamental bir qanunauyğunluqdan çıxış etsək 

yerinə düşər. Belə ki, onun təliminə görə, təbii mühit canlı aləmin təkamü-

lünə təsir edərkən, onların daxili məzmununa toxunmur. Bir bitki cücərir-

sə, ona torpaq, hava, su, işıq lazımdır. Yəni bitki onlar vasitəsilə təbiətdən 

qida alır. Lakin bitkinin daxili məzmunu inkişaf edib nəyə çevriləcəyi bu 

mühitin verdiyi qidadan, onun nə dərəcədə münbit olmasından az asılıdır 

və ya heç asılı deyil. Çünki bitki öncədən proqramlaşdırılmış daxili məz-

muna malikdir. Mühit bu proqramın məzmununa deyil, ancaq realizasiya-

sına, daha tez və daha mükəmməl surətdə açılmasına təsir edir. Eləcə  də 

elmin insanlardan asılı olmayan öz ilkin proqramı vardır. Bu proqram əs-

lində təbiətin proqramına adekvatdır. Ona görə də, alimlərin bir qismi onu 

təbiətdən (təbiətin özündən) oxumağa çalışır. Digər qisim alimlər isə onu 

elm kitabının özündən oxuyurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və ya 

uzaq başı abzas həcmində. Amma nəinki bütöv fəsil, heç bir paraqrafı da 

birbaşa bu kitabdan oxumaq heç kimə müyəssər olmur. Alimlər ayrı-ayrı 

fraqmentlərdən bütöv mətni özləri quraşdırırlar. Lakin bunun üçün öncə 

bütöv mətnin ideya istiqaməti bəlli olmalıdır. Böyük ideya və təfərrüatlar 

arasında rabitə yaradılması, hissi təcrübə ilə təbiətin öyrənilməsindən qaza-

nılmış biliklərin insanın fəhmlə birbaşa Elm kitabından götürdüyü struktur 

əsasında düzülməsi və bu zaman ortaya çıxan ziddiyyətlər, uyuşmazlıqlar 

və elmi ictimaiyyətin onların aradan qaldırılmasında cəhdləri.  



 

Elm və onun inkişaf yolu 

 

 

 

183



 

Elm  əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, 

oxumağa çalışmalıdırlar.    


Elm haqqında elm 

 

 



 

184


 

 

 

 

 

Elmin  

inkişaf qanunauyğunluğu 

 

 



Elmin hüdudları üfüqü xatırladır: nə  qədər çox 

yaxınlaşırsansa, o qədər uzağa çəkilir


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin