Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

 

 

İctimai inkişafın və elmi-texniki tərəqqinin müasir mərhələsi “elm” 

anlayışının  ənənəvi məzmununun dəqiqləşdirilməsini tələb edir. Bu tələb 

onunla əlaqədardır ki, hal-hazırda təkcə elmlə texnikanın qarşılıqlı münasi-

bətləri deyil, həmçinin onların sosial münasibətlər sistemində yeri də  də-

yişmişdir. Elmi-fəlsəfi  ədəbiyyatda bəzən bu anlayışların yeni məna və 

məzmun əldə etməsi faktına əhəmiyyət verilmir ki, bu da fikir müxtəlifliyi-

nə səbəb olur. 

Bu və ya digər metoddan düzgün istifadə olunması onun tətbiq olun-

duğu sahənin spesifikliyindən asılıdır. Elmin mahiyyətini və inkişaf qanu-

nauyğunluqlarını müəyyən etmək üçün elmi metodologiyanın bütün 

imkanlarından istifadə olunmalıdır. Lakin əsas metodoloji prinsiplərin ha-

mıya bəlli olmasına baxmayaraq, onların bilavasitə konkret elmi problem-

lərə tətbiqi həmişə müəyyən çətinliklərlə bağlı olur. 

Təbiətin qanunları insandan asılı olmasa da, onlar haqqında təsəv-

vürlər insana məxsusdur və özünəməxsus struktura malikdir. Bəzi ümumi 

xassələrlə xarakterizə olunan elementlərin məcmusu bu xassələri əks etdi-

rən anlayışla əhatə olunur. Əksər hallarda birləşdirici xassə rolunda bu ele-

mentlərin mahiyyəti çıxış edir. Lakin birləşdirici rolu ikinci dərəcəli xassə 

və funksiyalar da yerinə yetirə bilir. Məsələn, “qızıl keçiricidir” cümləsin-

də qızılın mahiyyəti yox, yalnız ikinci dərəcəli xassəsi, yəni elektriki keçir-

məsi, naqil olması əks etdirilir. 

Bütün bu hallarda anlayış təkcəyə daxil olan məsələlərin xarakterin-

dən asılı olaraq ən ümumiyə və ya xüsusiyə müvafiq olur. Lakin eynicinsli 

predmet və hadisələrin ümumi xassələrini  əks etdirməyən və  təkcə ilə 

əhatə olunmayan anlayışlar da olur. Əksinə, bu halda anlayışın özü bir növ 

müvafiq tək predmetlərin xassə və hissələrinin məcmusunu ifadə edir. Bu 


Elm haqqında elm 

 

 



 

146


məcmuya daxil olan elementlərin mahiyyəti və hətta ayrı-ayrı xassələri də 

üst-üstə düşmür. Baxmayaraq ki, qalan bütün anlayışlar üçün bu hal səciy-

yəvidir, bununla belə  əhatə olunan elementlərin qeyri-yekcinsliyi, hetero-

genliyi hələ  nəzərdən keçirdiyimiz anlayışların  əsas spesifikasını  təşkil 

etmir, çünki başqa anlayışlarda da analoji hal ola bilir.  Belə ki,  məsələn, 

“keçirici” anlayışı  alüminium, qızıl, turşu məhlulu və s. kimi bir-birinə 

bənzəməyən maddələri əhatə edir. Lakin onların bir-birinə bənzərliyi məhz 

keçiricilik qabiliyyətindədir. Buna görə də “alüminium keçiricidir, “turşu 

məhlulu keçiricidir” kimi hökmlər düzgündürsə, “xammal məhsuldar qüv-

vələrdir”, “roman incəsənətdir” və s. kimi hökmlər yanlışdır

Bu növ anlayışlara tələb yalnız hadisədə iştirak edən bütün element-

ləri nəzərə almaqla əhatə oluna biləcək sosial hadisələri əks etdirmək zəru-

rətindən irəli gəlmişdir. Anlayışın həcmini düzgün müəyyənləşdirmək 

üçün əvvəlcə nəzərdən keçirilən hadisədə elementlərin iştirakını müəyyən 

edən əsas meyarı dəqiqləşdirmək lazımdır. 

Ümumiləşdirici meyarı seçmək imkanı prinsip etibarilə qeyri-məh-

dud olduğundan bu cür anlayışları seçmək imkanı bizim ixtiyarımızda 

olur. Buna görə  də seçki imkanı da qeyri-məhdud olur. Lakin həddindən 

artıq sayda yeni anlayışların tətbiq edilməsi bu məsələ üzrə konkret təsəv-

vürləri  əldə etməyə mane ola bilər. Məsələn, avtomobil şinlərinin və ya 

hansısa başqa bir malın istehsalı üçün lazım olan adi şəraiti xarakterizə 

edən ayrıca bir anlayışı tətbiq etməyə ehtiyac yoxdur. Bununla belə ümu-

mən ilkin istehsal şəraitini ifadə edən “məhsuldar qüvvələr” anlayışı bütün 

ictimai elmlərdə ən mühüm rollardan birini oynayır. Bu halda bir anlayışda 

müxtəlif elementləri birləşdirən özül kimi bu elementlərin istehsal pro-

sesində birgə iştirakı çıxış edir. “Elm”, “texnika”, “incəsənət”, “istehsal”, 

“ictimai şüur” və s. anlayışları da eynilə bu cür xassələrə malikdir. Bu cür 

anlayışlar konkret cisim və hadisələri yox, əsas birləşdirici meyara cavab 

verən hansısa bir elementlər toplusunu əks etdirdiyindən, aşağıda biz 

onları şərti olaraq “qeyri-yekcins” adlandıracağıq. 

Bu meyarın mahiyyəti nədən ibarət ola bilər? Ümumiyyətlə götür-

dükdə, bu cür meyar kimi çoxtərəfli ictimai hadisədə iştirak çıxış edə bilər. 

Bu iştirak müvafiq anlayışın mahiyyətini ifadə edir. Bu anlayışın həcmi 

isə, yuxarıda göstərdiyimiz kimi, bu hadisədə iştirak edən müxtəlif sistem-

lərin müvafiq hissələrindən təşkil olunacaqdır. Deməli, qeyri-yekcins anla-

yışın həcmini müəyyənləşdirmək üçün əvvəlcə bu anlayışın mahiyyətini 



 

Elm və onun inkişaf yolu 

 

 

 

147



 

müəyyənləşdirmək lazımdır. Lakin mahiyyəti xüsusi olaraq araşdırmağa 

ehtiyac qalmır, çünki bu, nəzərdən keçirilən anlayışı daxil etdirmək tələbi 

ilə bağlı olur. 

Bu cür ilkin metodoloji mülahizələrdən sonra “elm” anlayışının (və 

yaxud istənilən başqa qeyri-yekcins anlayışın) mahiyyəti və həcminin mü-

əyyənləşdirilməsi problemi tamamilə konkret formul əldə etmiş olur. Bu, 

mövzumuzdan kənara çıxdığına görə, biz elmin araşdırılması probleminə 

dair bir sıra digər metodoloji göstərişləri üzə çıxarmaqla kifayətlənəcəyik. 

Qeyri-yekcins anlayışlar haqqında təsəvvürlərin tətbiqi “elm” anla-

yışının təyininə verilən əsas metodoloji tələblərdən biridir, çünki anlayışın 

xarakteri və növünü bilmədən onun əhatə etdiyi sahəni təyin etmək 

mümkün deyil. 

Qeyri-yekcins anlayışları öyrənməklə əsas məqsədi təyin etmiş olu-

ruq ki, bu da elm anlayışını sadəcə təkmilləşdirməkdən yox, onu nisbətən 

daha geniş hadisələr haqqında ümumiləşdirilmiş  təsəvvürlərin məntiqi 

qurulması  tələblərinə müvafiq olaraq yenidən tətbiq etməkdən ibarətdir. 

Lakin nəzərə almaq lazımdır ki, əsas vəzifə tamamilə yeni anlayışı tətbiq 

etmək yox, artıq istifadə olunan anlayışı dəqiqləşdirməkdən ibarətdir. 

Buna görə də elmin fəlsəfi tədqiqi iki əsas istiqamətdə aparılmalıdır: 

1. “Elm” anlayışını  tətbiq etmək zərurətini doğurmuş  səbəblərin 

dəqiqləşdirilməsi və bu zərurətə müvafiq olaraq “elm” anlayışının həcmi-

nin, əhatə dairəsinin müəyyənləşdirilməsi; 

2. Elm haqqında əvvəlki təsəvvürlərin mümkün qədər dolğun əhatə 

edilməsi. 

Bu istiqamətlərdə  məntiqi ilə tarixinin vəhdətinin spesifik təzahürü 

öz ifadəsini tapmış olur. 

Elmin araşdırılması prosesində meydana çıxan digər metodoloji 

problem ictimai tərəqqi kimi olduqca geniş bir hadisəni təmsil edən 

müxtəlif anlayışların qarşılıqlı münasibətlərinin aydınlaşdırılması ilə bağlı-

dır. Tamlığına baxmayaraq, ictimai tərəqqinin müxtəlif tərəflərdən öyrəni-

lə biləcək özünəməxsus daxili strukturu var. İctimai tərəqqinin elmi tədqi-

qinin məntiqi strukturu elə olmalıdır ki, istifadə olunan anlayışlar bir-birini 

tamamlaya və ictimai inkişafın daxili tamlığını əks etdirə bilsin. 

Nəzərdən keçirilən hər bir sahədə tam təsəvvürlər minimal sayda 

anlayışların köməyi ilə əldə olunmalıdır. Həmçinin diqqətdən kənarda əks 

etdirilməmiş sahələrin də qalmadığına nəzər yetirmək lazımdır. Həndəsə-


Elm haqqında elm 

 

 



 

148


nin dilində bu tələb aşağıdakı kimi səslənir: bütün sərhəd boyu qeyri-

yekcins anlayışlardan hər biri digər anlayışlarla rabitədə olsa da, onlarla 

kəsişməməlidir. Lakin anlayışlar arasında mütləq sərhədləri yalnız ayrı-

ayrı hallarda çəkmək mümkün olur. Məlum olduğu kimi, real gerçəklikdə 

dəyişikliklər fasiləsiz olaraq baş verir ki, bu da nəzərdən keçirilən hadisə-

lər haqqında müəyyən mərhələdə əldə etdiyimiz bütöv təsəvvürlərin zaman 

keçdikcə yeni şəraitə uyğun gəlməməsinə səbəb olur. 

Bu cür hal sosial hadisələrin öyrənilməsində müşahidə olunur, çünki 

burada idrakın əsas elementləri olan qeyri-yekcins anlayışlar müstəqil şə-

kildə yox, onlarla bağlı olan digər anlayışlarla əlaqədə təyin olunur. Belə-

liklə, hər hansı bir anlayışın həcmində baş vermiş  dəyişikliklər müvafiq 

anlayışlar sisteminin məqsədinin yenidən işlənməsi ilə birgə  nəzərə alına 

bilər. Anlayışların mahiyyəti  əks etdirə bilməsi üçün hər hansı bir qeyri-

yekcins anlayışın sferasından xaric edilmiş elementlər digər anlayışlar tə-

rəfindən əhatə olunmalıdır. 

Buna görə  də sosiologiyada bütöv təsəvvürlər gerçəklikdəki kimi 

fasiləsiz yox, diskret olaraq, toplanmış biliyin ümumiləşdirilməsi üçün 

yetərli olan intervallarla inkişaf edir. Bitkin təsəvvürlərin dayanıqlığını isə 

yalnız gələcəkdə baş verə biləcək dəyişiklikləri nəzərə almaqla artırmaq 

mümkündür. Elmin və analoji sistemlərin inkişafının proqnozlaşdırılması-

nın olduqca aktual bir problem olması məhz bu səbəblə izah olunur

1

1



Qeyd etmək lazımdır ki, qeyri-yekcins anlayışlar başqalarından 

həmçinin öz inkişafının xarakteri ilə də fərqlənir. Müasir tədqiqatlara xas 

olan ümumi çatışmazlıqlardan biri də elə  məhz bu cür fərqlərin nəzərə 

alınmamasıdır. Bu səbəbdən də qeyri-yekcins anlayışların təhlili bu anla-

yışların bir-biri ilə qarşılıqlı  əlaqələrdə olduğu və bir-birini qarşılıqlı 

şəkildə tamamladığı nəzərə alınmadan aparılır

Bu çatışmazlıqları aradan qaldırarkən aşağıdakı metodoloji müddəa 

rəhbər tutulmalıdır: istənilən sistem öz elementlərinin adi məcmusu olma-

yıb həmçinin yalnız bütöv bir tamlıq  şəraitində üzə  çıxan özünəməxsus 

xassələrə də malikdir. 

Sonda elmin yeni xüsusiyyətlərinin müəyyənləşdirilməsinə aid olan 

daha bir metodoloji məsələyə  nəzər salaq. Bu anlayışın  əhatə etdiyi real-

lığın dəyişməsi üzündən hansısa bir zaman üçün səciyyəvi olan cəhətlər 

                                                 

1

 Məs.: Наука о науке. М., 1966. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

149



 

başqa bir zamanda aşkarlanmaya da bilər. Buna görə də qeyri-yekcins an-

layışların tətbiqi zamanca ümumiləşdirməni də tələb edir. Odur ki, elə cə-

hətlər qeydə alınmalıdır ki, onlar bütün dövrlər üçün səciyyəvi olmaqla hə-

mişə bu anlayışın əhatə dairəsində olsun. Elə məhz bu cəhətlər də nəzərdən 

keçirilən anlayışın (bizim halda “elm” anlayışının) əsas məzmununu təşkil 

edəcəkdir Axı onun tətbiqinə olan tələb məhz bu səbəbdən irəli gəlmişdir. 

Belə olduqda elmin hər hansı zaman intervalına müvafiq olan inkişaf 

səviyyəsi xüsusi olanın rolunu oynayacaqdır (zamana nisbətdə). 

Hal-hazırda elm fəlsəfi, iqtisadi, tarixi, sosial, psixoloji və digər 

nöqteyi-nəzərlərdən öyrənilir. Tədqiqatın məqsədi və  vəzifələrindən asılı 

olaraq “elm” anlayışı müxtəlif cür şərh olunur. Hər bir tədqiqat sahəsi ona 

öz xüsusi prizmasından, öz xüsusi maraqları mövqeyindən yanaşır. Buna 

görə də bu sahələrdən heç biri ayrılıqda “elm” anlayışının həqiqi həcmini 

üzə çıxarmaq iqtidarında deyil. Yalnız sistemli tədqiqatlar aparmaqla elmi 

hərtərəfli öyrənmək mümkündür. 

Elmin tədqiqinə  həsr olunmuş  əsərlərin təhlili göstərir ki, bir sıra 

yanlış qənaətlər elmin ayrı-ayrı elementləri və rakurslarının ümumən elm-

lə, yəni bütöv bir sistem kimi elmlə eyniləşdirilməsi ilə bağlıdır. Buna 

misal olaraq elmi işçilərin sayının, elmi-tədqiqat müəssisələrinin, elmi jur-

nalların miqdarının və s. məhdud olması üzündən elmin inkişaf həddinin 

olması haqqında mühakimələri göstərmək olar. Bundan başqa, elmin bilik-

lərin məcmusu, tədqiqat prosesi

1

1



  və s. kimi səciyyələndirilməsi də ayrı-

ayrı elementlərin bütöv bir sistemlə eyniləşdirilməsindən başqa bir şey 

deyil. 

Mürəkkəb tam bir sistemi əks etdirdiyinə görə, “elm” anlayışı 



aşağıdakı spesifik əlamətlərə malikdir: 

1. Bütövlükdə elmin mövcudluq formasına uyğun gələn hansısa bir 

predmeti və ya konkret hadisəni göstərmək mümkün deyil. Bu səbəbdən də 

“kitab elmdir”, “alim elmdir”, “bilik elmdir” və s. bu kimi fikirlər yanlış-

dır. Elmin yalnız fənlər üzrə  təsnifatını aparmaq olar. Məsələn, “fizika 

elmdir” və digər bu kimi mühakimələr düzgündür, çünki bütün xüsusi elm-

lər elmin konkret mövcudluq formalarından başqa bir şey deyil. Başqa söz-

lə, elm xüsusi elmlərdən kənarda mövcud deyildir. Xüsusi elmlərin inkişa-

                                                 

1

 Bu  barədə bax: Наука  в  социальных,  гносеологических  и  ценностных  аспектах. 



М., 1980.  

Elm haqqında elm 

 

 



 

150


fında getdikcə güclənməkdə olan inteqrativ proseslər hələ ki, vahid elmin 

formalaşmasına gətirib çıxarmamışdır. 

2. “Elm” anlayışı ondan nisbətən geniş olan başqa bir anlayışla əhatə 

olunmur. Onu heç “materiya” və “şüur” kimi geniş anlayışlara da daxil et-

mək mümkün deyil, çünki elm sistemi həm maddi, həm də ideal ele-

mentləri  əhatə edir. Məsələn, “elm bilikdir”, “elm ictimai şüurdur”, “elm 

fəaliyyətdir”, “elm sosial sistemdir” demək düzgün deyil (yeri gəlmişkən 

qeyd edək ki, müasir tədqiqatçıların böyük əksəriyyəti bu müddəalardan 

hansısa birindən çıxış edir), çünki bu cür fikirlər “elm” anlayışının bütöv-

lükdə bu anlayışlara daxil etdirilməsini tələb edir. Gerçəklikdə isə söhbət 

ancaq onların məzmununun kəsişməsindən gedə bilər. 

3. “Elm” anlayışının  əhatə etdiyi elementlər qapalı sistem olmayıb 

elmlə qarşılıqlı bağlı olan digər sistem və hadisələrin hissə, xassə  və ya 

funksiyaları ilə üst-üstə düşür. Elmin rəngarəng daxili element və hissələ-

rini daha aydın təsəvvür etmək üçün onları bu hadisələrin elmlə kəsişdiyi 

sahəni əks etdirən söz birləşmələri şəklində ifadə etmək tələb olunur. Bi-

zim fikrimizcə, predikatı “elmi” olan bütün anlayışlar elmin müvafiq his-

sələrini əks etdirir. Belə ki, məsələn, “elmi idrak”, “elmi yaradıcılıq”, “el-

mi bilik”, “elmi əsər”, “elmi müəssisə”, “elmi işçi” və s. idrakın, biliyin el-

mə bilavasitə aidiyyatı olan hissəsini, formasını, aspektini göstərir. Burada 

sistemlər sadalanır. Sistemlərin sadalanmasının mahiyyəti ondadır ki, eyni 

elementlər eyni zamanda müxtəlif sistemlərə məxsusdur. Bu törəmə anla-

yışların hər bir komponenti ayrılıqda burada əks olunmuş mənadan başqa 

bir sıra başqa mənaları da özündə daşıyır. Belə ki, “elmi” anlayışının həc-

mi “elmi bilik” anlayışının  əhatə etdiyi həcmdən genişdir. Eynilə “bilik” 

anlayışının həcmi yuxarıda göstərilən məna ilə  məhdudlaşmayıb digər, 

qeyri-elmi bilikləri də əhatə edir.

1

1



 

Elə buradan da elmin biliklər sistemi kimi səciyyələndirilməsinin nə 

dərəcədə birtərəfli olduğu aydın olur. Elmiliyin bütün meyarlarına cavab 

verən biliklər məcmusu çoxaspektli və mürəkkəb olan elmi yox, sistemi 

(“elmi biliyi”) yaradır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, bu fərq-

lərin nəzərdən qaçırılması üzündən guya elmin, onun strukturunun tədqiqi-

nə həsr olunmuş əsərlərin əksəriyyəti əslində yalnız elmi biliyin araşdırıl-

masına həsr olunmuşdur. Bəzi müəlliflər isə elmi biliyi bütövlükdə elmlə 

                                                 

1

 Bax: БСЭ. Т.9. С.555. 



 

Elm və onun inkişaf yolu 

 

 

 

151



 

eyniləşdirməsələr də, elmin qnoseoloji tədqiqini elmi biliyin tədqiqi ilə 

məhdudlaşdırırlar: “Elmin qnoseoloji vahidlərinə (“taksonlar”) nəzəriyyə, 

nəzəriyyələr fəsiləsi, paradiqma, tədqiqat proqramı, intellektual ənənə, bili-

yin tipləri, nəhayət, bütövlükdə bilik aiddir. Təhlilin başlıca vahidi kimi 

biz “elmi biliyi”, onun forma, növ və tiplərini götürmüşük. Elmin bilik ki-

mi nəzərdən keçirilməsi ona görə böyük əhəmiyyət kəsb edir ki, o, həm 

ənənəvi məntiqi-metodoloji təhlili nisbətən yaxşı öyrənilmiş “nəzəriyyə-

dən” biliyin nisbətən zəif öyrənilmiş növlərinə  şamil etməklə onun pred-

met sahələrini genişləndirir, həm də rasionallığın xüsusi tipi, mənəvi isteh-

salın xüsusi növü kimi elmin ümumi qnoseoloji nəzəriyyəsinin qurulması 

üçün əlavə perspektivlər açır

1

1

. Halbuki, elmin məhz “bilik” kimi nəzərdən 



keçirilməsi onun “mənəvi istehsalın xüsusi növü” kimi nəzərdən keçiril-

məsi üçün əsas vermir. Bunun üçün elmi elə bir rakursda nəzərdən keçir-

mək lazımdır ki, burada tədqiqatın obyekti elmi tədqiqat prosesinin özü ol-

sun. Bu rakurs tədqiqatçıların diqqətindən kənarda qalmasa da, əksər hal-

larda birtərəfli şəkildə, yalnız sosial təhlil mövqeyindən nəzərdən keçirilir. 

Elm sisteminin son dərəcədə mürəkkəbliyi ondadır ki, bəzən onun 

struktur kəsiklərinin özü də çoxölçülü olub daha xırda quruluşa malik olur. 

Buna görə  də elmin fəaliyyət aspekti həm sosial, həm də  məntiqi-

qnoseoloji planda nəzərdən keçirilə bilər. 

Bundan başqa, elmin struktur kəsikləri, altsistemləri təkcə elmi bi-

likdən və elmi fəaliyyətdən ibarət deyil. Qeyd etdiyimiz kimi, elmin təhli-

lində “elmi” predikatı olan bütün anlayışların obyektiv məzmunu nəzərə 

alınmalıdır. Əgər bu cür anlayışların hamısı elmin yalnız müxtəlif tərəfləri-

ni, rakurslarını, sahələrini əks etdirsəydi, onda onların məcmusunun, daha 

doğrusu, mütəşəkkil birliyinin elmin daha dolğun mənzərəsini xarakterizə 

edəcəyini güman etmək olardı. Amma bu cür yanaşmada meydana çıxan 

əsas çətinlik ondadır ki, bu “anlayışlar-çarpazlaşmalar” həmçinin bir-biri 

ilə də kəsişir. Buna görə də onlardan hansının təməl anlayış olduğunu təyin 

etmək çətindir. Bundan başqa, bu cür müəyyənlik elm sisteminin bütöv 

mənzərəsini minimal sayda anlayışların köməyi ilə  təsvir etməyə imkan 

verərdi ki, bu da təsvirin ən mühüm metodoloji şərtlərindən biridir. 

Belə ki, elmi fəaliyyət elmin mühüm tərəflərindən birini əks etdirsə 

                                                 

1

 В.В.Ильин, А.Т. Калинкин. Природа науки (гносеологический анализ). М., 1985. 



c.4. 

Elm haqqında elm 

 

 



 

152


də, onun “elm” sistemini yaradan təməl hadisəsi kimi qəbul edilməsi məsə-

ləsi mübahisəlidir, çünki elmi fəaliyyətin özü elmi axtarış, elmi yaradıcılıq, 

elmi kəşf və s. kimi prosedurları özündə birləşdirən mürəkkəb və  rənga-

rəng bir prosesdir. 

Deyilənləri izah etmək üçün elmi fəaliyyətlə elmi yaradıcılığın 

nisbətinə nəzər salaq. Bu cür müqayisəli təhlilə ehtiyac həmçinin ona görə 

yaranır ki, ədəbiyyatda elmi fəaliyyət bir qayda olaraq elmi yaradıcılıqla 

eyniləşdirilib yaradıcı  fəaliyyətin formalarından biri (özü də ali forması) 

kimi səciyyələndirilir.

1

1



 Məsələyə bu cür yanaşdıqda elmi fəaliyyətin qeyri-

yaradıcı elementləri diqqətdən kənarda qalmış olur. 

Zənnimizcə, elmi fəaliyyət müstəsna olaraq yaradıcı aktlardan ibarət 

ola bilməz: sonuncular məxsusi olaraq qeyd olunmaqla onun yalnız bir his-

səsi kimi qiymətləndirilməlidir. Elmi fəaliyyət elmin mühüm və səciyyəvi 

hissələrindən biri olsa da, onun strukturunda elə də böyük yer tutmur. Elmi 

prosesdə informasiyanın seçilməsi, empirik məlumatların toplanması  və 

ümumiləşdirilməsi, faktların tutuşdurulması, nəticələrin hesablanması  və 

təhlili, EHM-ın köməyi ilə informasiyanın emalı, ümumi müddəaların 

xüsusi hallara tətbiq edilməsi kimi köməkçi-elmi, stereotip işlər də mühüm 

yer tutur. Empirik tədqiqatların  əksəriyyəti yaxşı tanış olan metodlarla, 

qabaqcadan işlənib-hazırlanmış  və  dəfələrlə  tətbiq olunmuş metodikalar 

çərçivəsində aparılır. Dəyişən yalnız tədqiqatın obyekti və eksperimentlə-

rin  şərtləridir. Bu cür tədqiqatlarda fikri proses bir qayda olaraq formal 

məntiqin çərçivələrindən kənara çıxmır. Lakin bu cür tədqiqatların kifayət 

qədər aparılması yeni ideyalar və nəzəriyyələrin meydana gəlməsinə şərait 

yaradır. Qeyri-yaradıcı xarakterli hazırlıq işləri aparılmasa, yaradıcı tədqi-

qatlar aparıla bilməz. Əlbəttə, bu heç də o demək deyildir ki, alim yaradıcı 

işlə  məşğul olmaqdan öncə hazırlıq xarakterli qeyri-yaradıcı  tədqiqatlar 

aparmalıdır. Elmdə müəyyən dərəcədə əmək bölgüsü var. Bəzi elmi işçilər 

əsasən qeyri-yaradıcı işlə, “elmin baniləri”, “ideya istehsalçıları” adlandırı-

lan digərləri isə yaradıcı işlə məşğul olur. Sonuncuları daha çox layihəsinin 

həyata keçirilməsində çoxlu sayda fəhlələrin iştirak etdiyi memarla müqa-

yisə etmək olar. Binanın ayrı-ayrı elementlərinin uğurla və ya uğursuz ye-

rinə yetirilməsi ustanın, fəhlənin bacarığından asılı olsa da, binanın ümumi 

                                                 

1

 Bax,  məsələn:  Г.Гиргинов.  Наука  и  творчество.  М., 1979; В.Б.  Дудина.  Научное 



творчество как вид духовной деятельности.. М., 1982. və b. 

 

Elm və onun inkişaf yolu 

 

 

 

153



 

görünüşü memarın yaradıcı qabiliyyətindən asılı olur. Eynilə elmdə də ya-

radıcılıq müxtəlif miqyaslı ola bilir. Bununla belə qeyri-yaradıcı xarakterli 

işlər üstünlük təşkil edir. 

Alimi vaxt aparan qeyri-yaradıcı işdən azad etmək və elmi fəaliyyəti 

intensivləşdirmək zərurəti bu fəaliyyətdə EHM-dan istifadə edilməsinə gə-

tirib çıxardı.  Əgər elmi fəaliyyət bütövlükdə yaradıcı xarakter daşısaydı, 

onda bu sahədə EHM-ı  tətbiq etmək mümkün olmazdı. Kompüter yalnız 

şablon təfəkkürü əvəz edə bilər

1

1



. Burada fikrin gedişini proqramlaşdırmaq 

mümkündür. Yaradıcı elmi fəaliyyəti isə alqoritmləşdirmək mümkün deyil. 

Elmi fəaliyyətin yaradıcı  və qeyri-yaradıcı elementlərinin tutuşdu-

rulması onların elmin strukturunda yerini müəyyənləşdirmək, spesifik cə-

hətlərini üzə çıxarmaq imkanı verir. Lakin elmi fəaliyyətin bu cür müqayi-

səli təhlili onun elm sistemində yerini təyin etmək üçün kifayət etmir. Bu 

məqsədlə elmi fəaliyyətin həmçinin sosial strukturunu da açmaq lazım gə-

lir. Nəzərə almaq lazımdır ki, elmi fəaliyyət ayrı-ayrı xırda kommunikasi-

ya miqyaslı prosedurların özünəməxsus birləşmələrindən ibarət olan kifa-

yət qədər mürəkkəb bir prosesdir. Ümumiləşdirilmiş elmi fəaliyyəti öyrən-

mək üçün əvvəlcə elmi fəaliyyətin konkret proseslərinin strukturunu araş-

dırmaq lazımdır. . 

Bəs bütöv bir proses olan ictimailəşdirilmiş elmi fəaliyyəti ayrı-ayrı 

aktlara ayırmaq mümkündürmü? Belə olduqda prosesin həqiqi görünüşü 

təhrif olunmazmı? Bu problemin sonrakı təhlili elmi fəaliyyətin tədqiqinə 

bu cür yanaşmanın daha səmərəli olduğunu göstərir. Nəticəsiz elmi axta-

rışlardan fərqli olaraq elmi tədqiqatın hər bir dolğun, bitkin prosedurunun 

nəticəsində ən ümumi elmi biliyi zənginləşdirən hansısa yeni bir bilik əldə 

olunur. Tədqiqatın davamı elmi fəaliyyətin yeni dövrəyə aid olur. Elmi fə-

aliyyətin yeni dövrənin fərqli bir şəraitdə başqa qrup alimlər tərəfindən də 

aparılması mümkündür. Deməli, elmi fəaliyyətin hər bir konkret halqası 

təkcə problemin qoyuluşu, müəyyən elmi nəticənin  əldə edilməsi kimi 

məntiqi-qnoseoloji parametrlərlə

1

2



 yox, həmçinin digər sosial parametrlərlə 

də xarakterizə olunur. 

                                                 

1

 Bax:  Эдвард  де  Боно.  Рождение  новой  идеи:  о  нешаблонном  мышлении.  М., 



«Прогресс», 1976. 

2

 Bütöv bir proses olan ən ümumi elmi fəaliyyətin ayrı-ayrı prosedurlarının qeyd edil-



məsi nisbi, şərti olduğundan, bu prosedurun əvvəli və sonu da nisbidir. Məqsəd hansısa 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin