Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
Elm və elmşünaslıq 

 

 

 

237



 

sinin səbəbi də məhz bu olmuşdir.

2

1

 Adətən xəlifə Məmunun dövrünü (IX 



əsr) böyük tərcümələr dövrü adlandırırlar. Söhbət yunan dilindən ərəb dili-

nə tərcümələrdən gedir. Amma fransız tarixçiləri məhz XI-XII əsri “böyük 

tərcümələr dövrü” adlandırır. Və burada söhbət  ərəb dilindən latına tər-

cümələrdən gedir.

2

2

     



 XX əsrin böyük fiziki Əbdüs-Səlamın “Elm və islam” tədqiqatında 

bu məsələyə xeyli dərəcədə aydınlıq gətirilir. Əbdüs-Səlam yazır: “Brifol-

tun ifadələriylə desək, «yunanlar sistemləşdiriblər, araşdırma aparıblar və 

nəzəriyyələr qurublar, ancaq səbir istəyən ətraflı və uzunmüddətli müşahi-

də və təcrübi yanaşma kimi şeylər yunan tərzinə yaddır. «Elm» adlandırdı-

ğımız hadisə, Avropaya ərəblər tərəfindən gətirilən təcrübə, müşahidə  və 

ölçmə metodları nəticəsində doğmuşdur. (Müasir) elm, İslam mədəniyyəti-

nin dünyaya ən qiymətli hədiyyəsidir…». Bu düşüncələr böyük elm tarix-

çisi Corc Sarton tərəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o 

qədər də az bilinən nailiyyəti, təcrübə ruhunun oyandırılmasıdır ki, bu da 

hər şeydən əvvəl XII əsrə qədər müsəlmanların sayəsində oldu»”.

2

3



 

Qərb elmşünaslığı təcrübi elmin məhz Yeni Dövrdə yarandığını id-

dia edir və onu Q.Qalileylə bağlayırlar. Müasir mənada elmin formalaşma-

sında Qalileyin rolu həqiqətən böyükdür. Amma aristotelçi dünyagörüşün-

dən yeni mahiyyətli elmi dünyagörüşünə keçidin tarixi əslində bir neçə əsr 

əvvəl başlanır. Lakin təəssüf ki, Biruni və İbn Heysəmlə təməli qoyulan bu 

böyük inqilabi iş İslam Şərqində öz müntəzəm davamını tapa bilmədiyin-

dən, qərblilər hər  şeyi yenidən başlamalı olmuşlar. Hər halda bu fakt bir 

daha sübut edir ki, elm – bütöv, kəsilməz bir prosesdir. Əgər tarixin hansı 

isə məqamlarında böyük elmi ideyalar ortaya çıxıbsa, amma bu vahid pro-

sesə qatıla bilməyibsə, onları müasir elmin qaynaqları sırasına daxil etmək 

mübahisəlidir. Amma müasir elm tarixi keçmişə XXI əsrin nailiyyətləri 

zirvəsindən baxır və elmin arxivində qalmış qiymətli xəzinələri yenidən 

üzə çıxardır.  

  

 

 



                                                 

1

 Yenə orada, s. 30-31. 



2

 Yenə orada, s. 31-32. 

3

 Bax: Elm adamları elm haqqında. Prof. Səlahəddin Xəlilovun təqdimatında. Bakı, 



Çaşıoğlu, 2010, s. 30-31. 

Elm haqqında elm 

 

 



 

238


 

 

 

 

 

Elmşünaslıq və onun genezisi

 

 



 

Necə ki, adi şüur səviyyəsində ilkin biliklərdən elmi biliklərə və pə-

rakəndə elmi biliklərdən bütöv elm sisteminə qədər böyük tarixi məsafələr 

qət edilmişdir, eləcə də elm haqqında ayrı-ayrı fikirlərin bir sistem halına 

düşərək nisbi müstəqil bir fənnə – elmşünaslığa çevrilməsi prosesi neçə 

yüz illər  ərzində davam etmiş  və ancaq son onilliklərdə ipə-sapa düzül-

müşdür. Əslində bu düzülüş hələ tamamlanmamışdır. Elmşünaslığın yara-

dıcılarından olan Bernal və Makkeyin qeyd etdikləri kimi, “biz hələ elm 

haqqında elmin əmələgəlmə mərhələsindəyik. Həmişə belə hallarda olduğu 

kimi, predmet müxtəlif istiqamətlərdə tədqiq olunmalıdır ki, elm haqqında-

kı biliklərin gələcək inkişaf üçün yetərli olan geniş  təməli yaradılsın.”

3

1



 

Əslində elmşünaslıq özü bir elm kimi formalaşmadan, elm sanki başsız bə-

dəni xatırladır. Ümid var ki, elm özünüdərk səviyyəsinə yüksəldikdən son-

ra onun xarici təsirlərə və sifarişlərə məqsədyönlü bir reaksiyası da forma-

laşmışdır. Yəni hazırda elm tarixində bir növ özünüqoruma instinktindən 

şüurlu özünüyenidənqurma səviyyəsinə keçid mərhələsi yaşanmaqdadır. 

Əlbəttə, bu cür yanaşma elmin inkişafını bioloji təkamül kontekstində izah 

etməyə çalışan təlimləri xatırladır. Amma biz bu ifadəni ancaq bir metafo-

ra kimi işlətdik və elm çoxölçülü sosial sistem olduğundan onun bioloji tə-

kamüldən fərqli olaraq daha mürəkkəb inkişaf mexanizminə malik olması 

fikrindən çıxış edirik.      

 

Elmşünaslıq adı altında ilk tədqiqatlar XX əsrin birinci yarısında 



işıq üzü görmüş, müstəqil bir elm sahəsi kimi isə o, ancaq 60-cı illərdən 

formalaşmağa başlamışdır.  

Sovet dövründə  də “elm haqqında elm”, “elmşünaslıq” mövzu-

                                                 

1

 Дж.Бернал, А.Маккей. На путях к «науке о науке» // Вопросы философии. 1966, 



№ 7, с. 6. 

Elm və elmşünaslıq 

 

 

 

239



 

larında xeyli tədqiqat aparılmış, bu sahəyə xüsusi monoqrafiyalar və 

dissertasiya işləri həsr olunmuşdur.  

Rusiyada bu sahədə ilk ciddi tədqiqatlar V.İ.Vernadskinin adı ilə 

bağlıdır.

3

1



 O, elmin təşkil olunmasının təkcə nəzəriyyəsi ilə deyil, həm də 

praktikası ilə məşğul idi. Vernadskinin fikrinə görə, yeni cəmiyyətdə elm 

quruculuğuna başlamazdan  əvvəl onun optimal təşkilati formaları müəy-

yən edilməlidir. Məhz fundamental nəzəri  əsasa istinad etdiyinə görə idi 

ki, onun rəhbərliyi ilə qurulan elmi təsisatlar, müəssisələr böyük səmərə 

verirdi.


3

2

 Hələ keçən əsrin 20-ci illərində İ.Boriçevskinin elmşünaslığa dair 



məqaləsi çap olunmuşdur.

3

3



 Ondan da əvvəl 1912-ci ildə S.N.Bulqakov 

özünün məşhur “Təsərrüfatın fəlsəfəsi” əsərini yazmışdı ki, onun da böyük 

bir hissəsi elmin təbiətinə həsr olunmuşdu.

3

4



 S.N.Bulqakov bu əsərində, bir 

tərəfdən, elmi təsərrüfat sisteminin mühüm bir halqası kimi, digər tərəfdən 

də, nisbi müstəqil qnoseoloji və prakseoloji sistem kimi nəzərdən keçirir. 

Bununla yanaşı, o, kitabına “Elmin özünüdərki” adlı xüsusi paraqraf daxil 

etməklə əslində “elm haqqında elm” və ya “elmşünaslıq” ideyasını irəli sü-

rür.


3

5

 Lakin nə üçünsə beynəlxalq miqyasda elmşünaslığın müstəqil fənn 



kimi formalaşmasını Ossovskilərin və Con Bernalın adı ilə bağlayırlar.

3

6



 

Bizcə, bu sahədə ilk ciddi tədqiqat işlərindən biri də A.Boqdanovun mü-

rəkkəb sosial sistemlərə  həsr olunmuş fundamental əsəri hesab olunmalı-

dır.


3

7

 Lakin təəssüf ki, bolşevik inqilabı Rusiyada başlanmış böyük miqyas-



lı ictimai özünüdərk proseslərini başqa səmtə yönəltmiş  və  nəticədə 

V.İ.Vernadski, A.Boqdanov, S.N.Bulqakov kimi alim-filosofların yaradıcı-

lığı da ya kölgədə qalmış, ya da başqa səmtə yönəldilməli olmuşdur. Görü-

nür, bolşevik inqilabından sonra Rusiya özü bu böyük tədqiqatçıların ide-

yalarından imtina edərək özünü kommunist düşüncəsi çərçivəsinə saldığı 

                                                 

1

 Bax: Очерки и речи академика В.И.Вернадского. Часть 1-2. Пг., 1922. 



2

 М.С.Бастракова.  В.И.Вернадский  и  проблемы  организации  науки // 

В.И.Вернадский и современность. М., Наука, 1986, с. 78-79; В.И.Вернадский. Труды 

по истории науки в России. М., Наука, 1988.  

3

 И.Боричевский. Науковедение как точная наука // Вестник знания. 1926, № 12, с. 



777-786. 

4

 С.Н.Булгаков. Философия хозяйства. М., Наука, 1990, с. 128. 



5

 Yenə orada, s.162. 

6

 M. and S. Ossovski. The science of science. Warszawa, Organon, 1936; J.D.Bernal



Social function of science. London, 1939.  

7

 А. А. Богданов. Тектология: Всеобщая организационная наука. В 2-х книгах. М., 



«Экономика», 1989. 

Elm haqqında elm 

 

 



 

240


dövrdə onun mütəfəkkirlərini üzə çıxarmaq missiyasını Avropa da öz üzə-

rinə götürməmişdir. Təəccüblü olan budur ki, rus elmşünasları hələ indi də 

Avropanın təsiri ilə bu sahədəki tədqiqatların doğuluşunu Qərb hadisəsi 

hesab edir və ya başqa sözlə desək, öz müəlliflik, ilkinlik hüquqlarını qay-

tarmağa çalışmırlar. Məsələn, S.R.Mikulinskinin, P.A.Raçkovun, 

Q.N.Dobrovun və s. elmşünaslığa həsr olunmuş əsərlərində bu fənnin əsas-

larının XX əsrin 30-50-ci illərində Qərb tədqiqatçıları (Ossovskilər, C.Ber-

nal, D.Prays və s.) tərəfindən qoyulduğu göstərilir. Həmin dövrdə, ta 60-cı 

illərə qədər SSRİ-də elmşünaslıq məsələlərinin tədqiqi doğrudan da səngi-

mişdi; amma bu fasilə əsrin əvvəllərindəki xidmətləri unutmaq üçün əsas 

verə bilməz. 

 

XX əsrin 60-70-ci illərində SSRİ-də elmşünaslıq yenidən sürətlə in-



kişaf etmiş, elm, texnika və elmi-texniki tərəqqi problemləri xüsusi aktual-

lıq qazanmışdı.

3

1

 Lakin təəssüf ki, o dövrdəki tədqiqatların böyük bir qismi 



ideoloji yöndə, sosialist təsərrüfat sisteminin kapitalizmə nisbətən üstün-

lüklərini nümayiş etdirmək istiqamətində köklənmiş və buna görə də əsas 

xətdən uzaq düşmüşdü. Xüsusən, məhz sosializm üçün spesifik sayılan “el-

mi-texniki inqilab” anlayışına geniş yer verilmiş  və  nəticədə elmşünaslıq 

nisbətən kölgədə qalmışdı.

3

2



 

Bununla belə, 70-80-ci illərdə SSRİ-də və digər sosialist ölkələrində 

elmşünaslığın bu və ya digər konkret istiqamətləri üzrə tədqiqatların profili 

genişlənmişdi; elmi idrakın metodologiyası ilə yanaşı, bütövlükdə elmin, 

onun texnika və istehsalla qarşılıqlı  əlaqəsinin də metodoloji problemləri 

xüsusi tədqiqat obyektinə çevrilmişdi.

3

3

  Həmin illərdə ideoloji çəpərlərə 



                                                 

1

 С.Р.Микулинский, Н.И.Родный. Наука как предмет специального исследования // 



Вопросы философии, 1966, № 5; Г.Н. Добров. Наука о науке. Киев. 1970; П.А.Рачков. 

Науковедение. Проблемы, структура, элементы. М., Изд-во Московского университе-

та, 1974; Методологические  проблемы  науковедческих  исследований.  М., 1978; Ос-

новы науковедения, М., Наука, 1985. 

2

 Bax,  məs.:  Научно-техническая  революция.  Общетеоретические  проблемы.  М., 



Наука, 1976;  В.Г.Афанасьев.  Научно-техническая  революция,  управление,  образова-

ние. М., Политиздат, 1972; С.В.Шухардин, А.А.Кузин. Теоретические аспекты совре-

менной научно-технической революции. М., Наука, 1980; Научно-техническая рево-

люция и социализм. М., Политиздат, 1973.  

3

 Методологические  проблемы  совершенствования  взаимодействия  науки  и 



производства.  Новосибирск,  Наука, 1985; Методологические  проблемы  создания  новой 

техники и технологии. Новосибирск, Наука, 1989; А.И. Ракитов. Философские проблемы 

науки. М., 1977; Философия в современном мире. Философия и наука. М., Наука, 1972; 

На пути к теории научного знания (отв. ред.: В.И.Корюкин). М., Наука, 1984; Г.Гиргинов. 



Elm və elmşünaslıq 

 

 

 

241



 

baxmayaraq, Qərbdə bu sahədə yazılan  əsərlərin çoxu rus dilinə  tərcümə 

olunaraq nəşr edilirdi. Bununla belə, elmin sosial, iqtisadi və təşkilati mə-

sələləri ilə müqayisədə daha çox epistemoloji aspektlərə yer verilirdi.

3

1

 Bu 



sırada “Elmin məntiqi və metodologiyası” seriyasından olan kitablar xüsu-

si qeyd edilə bilər.

3

2

 



 Bu problemlər o vaxt Azərbaycanda da aktual olmuşdur. Lakin tə-

əssüf ki, bizdə ideoloji rakurs üstünlük təşkil etmişdir. Bununla belə, elm-

şünaslığın ayrı-ayrı aspektləri üzrə ciddi tədqiqatlar da aparılmışdır. Ötən 

əsrin 70-ci illərində bu sətirlərin müəllifinin bir sıra məqalələri o vaxt nəin-

ki təkcə SSRİ üçün, həm də bütün dünya miqyasında ilk tədqiqatlar sıra-

sında idi.

3

3

  Məsələn, elmin inkişafının formal göstəricilər, kəmiyyət para-



metrləri  əsasında öyrənilməsi cəhdləri məhz bizim tərəfimizdən tənqid 

olunmuş  və elmin əsl hərəkətverici qüvvələrinin önə  çəkilməsi zərurəti 

göstərilmişdir. Elmin guya eksponensial qanunauyğunluqla inkişaf etməsi 

haqqında o vaxtlar bütün dünyada yayılmış fikir tənqid edilmiş, onun an-

caq müvəqqəti xarakter daşıdığı əsaslandırılmışdır. Eksponent əvəzinə lo-

qistik  əyri boyunca inkişafın mexanizmi riyazi və qrafik üsullarla izah 

olunmuşdur. 

3

4



 Elmin mürəkkəb sistem kimi nəzərdən keçirilməsi, onun 

strukturuna çoxölçülü fəzada baxılması, müxtəlif altsistemlər arasında qar-

şılıqlı münasibət, elmin iyerarxik quruluşu və müxtəlif struktur səviyyələri 

arasında  əlaqə  də bu sətirlərin müəllifi tərəfindən araşdırılmışdır.

3

5

 Elmin 



ayrılıqda deyil, texnika ilə qarşılıqlı  əlaqədə öyrənilməsi, elm ilə texnika 

                                                                                                                

Наука  и  творчество.  М., «Прогресс», 1979; П.Гиндев.  Методология  и  логика  научного 

познания // П.Гиндев. Философия и социальное познание. М., «Прогресс», 1977. 

1

 М.Полани.  Личностное  знание.  М., «Прогресс», 1985; М.Вартофский.  Модели. 



Репрезентация и научное понимание. М., «Прогресс», 1988; 

2

 Коммуникация  в  современной  науке.  Сборник  переводов.  М., «Прогресс», 1976; 



Научная  деятельность:  структура  и  институты.  М., «Прогресс», 1980; Т.Кун  Структура 

научных революций. М., 1977 və s.  

3

 S.Xəlilov. Elmi-texniki inqilabın mahiyyəti: metodoloji aspekt // ADU-nun Elmi Əsər-



ləri. “Tarix və fəlsəfə” seriyası, 1974, № 5; Elmi-texniki tərəqqi – “elm-texnika” sisteminin 

təşəkkülü və inkişafı prosesi kimi //  ADU-nun Elmi Əsərləri. “Tarix və  fəlsəfə” seriyası, 

1975,  №  8;  Система  «наука-техника» – основной  фактор  развития  производства // 

Агитатор. 1975, № 24; Elmin və texnikanın tarixi tədqiqinin metodoloji əsasları // ADU-

nun Elmi Əsərləri. “Tarix və fəlsəfə” seriyası, 1976, № 5. 

4

 S.Xəlilov. Elmin  inkişaf qanunauyğunluqlarının tədqiqi və müvafiq metodoloji məsə-



lələr // Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3. 

5

 С.Халилов. О различных уровнях структуры науки // Общие проблемы диалекти-



ки развития мира. М., 1979. 

Elm haqqında elm 

 

 



 

242


arasında bir növ keçid rolunu oynayan “elm-texnika” sisteminin və nisbi 

müstəqil fəaliyyət sahəsi kimi elmi-texniki fəaliyyətin diqqət mərkəzinə 

çəkilməsi, habelə biliklərin vertikal təsnifatında “elmi-texniki biliklərin” 

ayrıca bir halqa, mərhələ kimi dəyərləndirilməsi də bu sətirlərin müəllifinə 

aiddir. “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda yazıl-

mış dissertasiya işində də əsas məsələlərdən biri elmin həm sosial-iqtisadi 

sistem kimi, həm də Elm-Texnika-İstehsalat zəncirində bir halqa kimi öy-

rənilməsi olmuşdur.

3

1

 Bütün bunlar o dövr üçün yeni idi. Amma araşdırma 



göstərir ki, ötən 35 il ərzində bu sahədə irəliləyiş elə də çox olmamışdır və 

həmin ideyalar bu gün üçün də aktuallığını saxlamaqdadır.  

Həmin dövrdə məşhur kristalloqraf və eyni zamanda elmşünaslığın 

təməlini qoyanlardan biri, Con Bernalın yanında təcrübə keçib vətənə qa-

yıtmış Xudu Məmmədov da diqqəti elmin özünə, onun digər ruhi-intellek-

tual fəaliyyət sahələri ilə  əlaqəsinə yönəldən fikirlər irəli sürür, suallar, 

problemlər qoyurdu. Xudu Məmmədovun 1974-cü ildə çapdan çıxan “Qo-

şa qanad” əsəri

3

2

 nəinki təkcə Azərbaycanda, həm də bütün SSRİ-də elm və 



incəsənətin, elmi və bədii yaradıcılığın müqayisəli təhlili sahəsində yazıl-

mış ilk fundamental əsərlərdən biri idi. O, təkcə öz əsərlərində deyil, tələ-

bələri ilə söhbətlərində  də elmin mahiyyəti, elmi düşüncənin spesifikası 

barədə maraqlı məsələlər qaldırardı.

3

3

 70-80-ci illərdə Xudu Məmmədovun 



Azərbaycan Televiziyasında apardığı “Elm və həyat” verilişi də tamaşaçı-

lara elmin mahiyyəti, funksiyaları, ictimai həyatda rolu haqqında biliklər 

verməklə  əslində elmşünaslığın elmi-kütləvi səviyyədə  təbliği ilə  məşğul 

olurdu.  

Bu dövrdə Azərbaycanda elmlə bağlı tədqiqatlarda ona bütöv sistem 

kimi baxılmasa da, bir sıra hallarda elmin tarixi, elmi idrakın metod və 

formaları və s. bu kimi problemlər üzrə tədqiqatlar aparılırdı ki, bunlar da 

elm haqqında bütöv təsəvvür yaradılması  və elmşünaslığın formalaşması 

üçün müəyyən bir baza hesab oluna bilər.

3

4



  

                                                 

1

 С.Халилов. Системно-структурный анализ научно-технического прогресса. Баку, 



БГУ, 1976.  

2

 X.Məmmədov. Qoşa qanad. Bakı, Gənclik, 1974.  



3

 Bax: Elm adamları elm haqqında, Bakı, 2010; Nurəddin Rza. Xudu açarı. Bakı, 

“Azərbaycan”, 1995.  

4

 Bax,  məs.:  C.Əhmədli.  Qanun kateqoriyasının tarixi inkişafına dair. Bakı, 1963; 



V.Nəsirov, Ə.Məmmədov. Elmi idrakın metod və formaları. B., Maarif, 1980.  

Elm və elmşünaslıq 

 

 

 

243



 

Azərbaycanda məhz elm haqqında elm və ya elmşünaslıq səpkisində 

yazılmış ilk əsər “Elmi-texniki tərəqqi: bu gün və sabah” kitabıdır.

3

1



 Müəl-

lifin 80-ci illərdə çap olunmuş bir sıra digər əsərlərində də elmşünaslıq mə-

sələləri araşdırılmışdır.

3

2



  

Son 20 ildə Azərbaycanda elmşünaslıqla bu və ya digər dərəcədə 

bağlı mövzularda çap olunan əsərlər əsasən “elmi idrak”, “elmi bilik”, “el-

min metodologiyası” istiqamətlərini əhatə edir.

3

3

 Elmi idrakın strukturunda 



rasional və irrasional məqamların əlaqə və vəhdəti məsələləri fəlsəfi fikir 

tarixi kontekstində araşdırılmışdır. Elm və dil problemlərinin tədqiqinə də 

nisbətən geniş yer verilmiş, Vitqenşteynin, Haydeggerin bu sahədə ideya-

ları az-çox şərh edilmişdir.

3

4

 Elmin təhsillə müqayisəli tədqiqinə dair ilk 



əsərlər də bu dövrdə işıq üzü görmüşdür.

3

5



 Biz “təbiətşünaslığın fəlsəfi mə-

sələləri” tipli tədqiqatları bura daxil etmirik; çünki ayrı-ayrı elmi problem-

lərin metodoloji təhlili bütövlükdə elmin metodologiyasından xeyli də-

rəcədə fərqli bir sahədir.  

Bu kitabın müəllifinin keçən əsrin 70-ci illərində elmşünaslıqla bağlı 

apardığı tədqiqatlar qismən köhnəlsə də, öz əhəmiyyətini əsasən saxlamış-

                                                 

1

 S.Xəlilov. Elmi-texniki tərəqqi: bu gün və sabah. Bakı, Azərnəşr, 1988. 



2

 С.Халилов.  Оптимальная  организация  научно-технического  прогресса  как  фак-

тор его ускорения // Развитие научного и технического знания как фактор ускорения 

развития производства: Тезисы докладов и выступлений региональной научно-теоре-

тической конференции. Кемерово, 1986; О структуре системы науки. Материалы 3-й 

республиканской  конференции.  Баку. «Элм», 1986; Соотношение  научной,  научно-

теоретической и инженерной деятельности. Методологические проблемы подготовки 

специалистов  в  условиях  НТР:  Материалы  конференции,  Баку, 1987; О  системном 

анализе  научно-технического  прогресса.  Методологические  проблемы  взаимосвязи 

фундаментальных  исследований  и  разработки  интенсивных  технологий.  Москва-

Обнинск, 1987. 

3

 Н.М.Мамедов.  Экологическая  и  технические  науки.  Философско-методологи-



ческие проблемы. Баку, Элм, 1982; Г.Г.Кулиев. Принципы вербализации нового зна-

ния // НТР и развитие научного познания. Баку, Элм, 1989; С.С.Халилов. О природе 

научно-технического знания // НТР и развитие научного познания. Баку, Элм, 1989; 

Ə.B.Məmmədov. Elmi idrak və onun inkişaf dialektikası. Bakı, Səda, 1998. А.С.Абасов

Проблемы истории, теории и методологии познания. Баку: Ени Несил, 2001; N.Z.Hü-



seynli. Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil. Bakı, Sabah, 

2003 və s.  

4

 S.Xəlilov. Elm və dil // “Elm və həyat”, 1991, № 9-10; F.İsmayılov. Dilin metafizika-



sı. Linqvistik analiz fəlsəfəsinə dair etüdlər. Bakı, 2002; S.Xəlilov. Dil haqqında düşüncələr 

// «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2003, № 3-4, s. 106-129. 

5

 Bax,  məs.: S.Xəlilov.  Təhsil sistemi: nəzəriyyə  və praktika. Bakı, “Azərbaycan 



Universiteti”, 1999. 

Elm haqqında elm 

 

 



 

244


dır. Lakin müstəqillik illərində - sosialist quruluşundan və marksist ideolo-

giyadan imtina etdiyimiz vaxtdan bəri məsələyə daha obyektiv münasibət 

üçün yaranmış imkanlara baxmayaraq, yetərincə bundan istifadə edilmə-

miş, Qərb elmşünaslığının materialları  əsasında geniş  və  hərtərəfli təhlil 

aparılmamışdır. Bu sahədə indi yazılan tək-tək əsərlərdə də məsələyə yeni 

münasibət görmək çətindir. Son illərdə bilavasitə elmşünaslıqla bağlı ol-

masa da, elm fəlsəfəsinə dair tədqiqata gənc alim Füzuli Qurbanovun “El-

mə sinergetik yanaşma” kitabında

3

1

 rast gəlmək mümkündür. Burada o, 



postpozitivizm, tənqidi rasionalizm, elmi-tədqiqat proqramları, tarixi və ya 

sosial-psixoloji epistemologiya və s. bu kimi istiqamətlər haqqında məlu-

mat verir və müqayisəli təhlil aparır. Amma müəllifin problemi sinergetik 

müstəvidə “açmaq” təşəbbüsü tamamlanmamış qalır, daha doğrusu, müəl-

lif problemi “xaos” müstəvisinə keçirsə də, nizam məqamına gəlib çatmır. 

Bu cəhdlər yaxşı ki, müəllifin sonrakı əsərlərində də davam etdirilir. “Au-

topoyezis və sinergetika...” kitabında F.Qurbanov elmin “sistem çərçivə-

sindən” azad olmaq cəhdlərindən bəhs edir.

3

2

 Düzdür, elmi ənənəvi metod 



və sistemlilik tələblərindən xilas etmək təşəbbüsü yeni deyil; P.Feyeraben-

din anarxist metodologiyası məhz bu məqsədə yönəlmişdir, amma F.Qur-

banov məsələyə  fərqli kontekstdə, sinergetik müstəvidə baxır və müvafiq 

terminologiyadan istifadə etməklə problemə yeni nəfəs verir.  

Azərbaycanda elmi tədqiqatların xoşagəlməz bir ənənəsi elm haq-

qındakı  əsərlərdə  də özünü göstərir. Son illərdə “elm fəlsəfəsi”, “elmin 

metodologiyası” ilə bağlı araşdırmalarda əvvəl yazılanlar, təəssüf ki, nəzə-

rə alınmır və sanki hər şey sıfırdan başlanırmış. Belə münasibət isə ölkə-

mizdə bu sahədə bir məktəb və ya heç olmasa ardıcıl tədqiqat platfor-

masının formalaşmasına imkan vermir. Bu simptom özünü F.Qurbanovun 

kitablarında da göstərir. Müəllif baxılan məsələyə dair rusdilli mənbələrə 

müraciət etsə də, 80-ci illərdə Azərbaycanda aparılmış tədqiqatlardan

3

3

 ya 



xəbərsizdir, ya da özünü xəbərsiz kimi aparır. Təəssüf ki, bu cəhət digər 

azərbaycanlı  tədqiqatçılar üçün də  səciyyəvidir və az qala ölkəmizdə 

yaranan xüsusi üsluba – özümüzü görməzlik sindromuna çevrilmişdir. Mə-

                                                 

1

 F.Qurbanov. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005. 



2

 F.Qurbanov. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı, Adiloğlu, 

2007, s. 10-41. 

3

 S. Xəlilov. Elmin tədqiqinin məntiqi-qnoseoloji aspekti // Azərbaycan SSR EA 



Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1986, № 1 və № 2. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin