Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

M.Born 

 

Min illər boyu insanlar ya özlərinin cari, praktik fəaliyyətlərindən 



çıxış edərək daha böyük miqyaslı hadisələrin dərk olunmasına səy göstər-

miş, ya da elə birbaşa həyatın mənasından, ən ali qüvvədən, dünyanı yara-

dan varlıqdan çıxış edərək bütün başqa məsələlərin çarəsini ilahi qüvvədə 

və ona sitayişdə aramışlar.  

Bu iki yol əslində elmin və dinin başlanğıc yollarıdır.  

Hər ikisi insanın cari (aktual) həyatından intixab edilmiş və yenidən 

həmin bu cari həyata tətbiq olunmaq üçün öncə ondan ayrılmış, nisbi 

müstəqil şəkildə strukturlaşmış və inkişaf etmişdir.  

Buna uyğun olaraq fəlsəfi fikrin də iki fərqli qaynağı, iki başlanğıc 

nöqtəsi vardır.  



Birincisi, insanın praktik əməli fəaliyyətindən və qismən rasional 

düşüncədən və ümumiyyətlə rasional həyatdan qaynaqlanmış fəlsəfə: sadə-

lövh realizmdən başlayaraq Allah ideyasına və dini fəlsəfəyə gedən yol. 

Bu yolun yolçuları da öz növbəsində iki hissəyə ayrılırlar: yolun elə ilk 

məntəqələrində məskunlaşmış və başı təfərrüatlara qarışmış elm və bir də 

böyük vüsətlə irəliyə doğru hərəkət edən, çatdığı məntəqələrdə dayanma-

dan daim nəzərlərini üfüqə dikən fəlsəfə.  

İkincisi, heyrətdən, sezgidən və müqəddəslik duyğusundan qaynaq-

lanmış dini hiss və fəlsəfə: Allah ideyasından, dini fəlsəfədən başlayaraq, 

aktual həyat məsələlərinə enən yol. Bu yolun da yenə iki fərqli yolçusu 

var: ayağını saxlayıb hər bir məntəqədə buranın az saylı (elitar) sakinləri 



Elm haqqında elm 

 

 



 

292


ilə öz işığını paylaşmağa çalışan fəlsəfə və birbaşa camaatın, kütlənin sə-

viyyəsinə enib, üzünü onlara tutan və  gətirdiyi nurla həyatın dibini işıq-

landırmağa çalışan din.       

Qarşı-qarşıya gələn bu iki yol, təbii ki, haradasa kəsişir. Və bu görü-

şün, təmasın nəticəsi olaraq bir tərəfdən, elm fəlsəfəsi və fəlsəfi materia-

lizm, digər tərəfdən, din fəlsəfəsi və fəlsəfi idealizm pərvazlanır.   

Eyni vaxtda hər iki istiqamətdə düşünmək və bu iki fərqli düşüncə 

tərzini, dünyagörüşünü birləşdirməyə çalışmaq cəhdləri də olmuşdur.  

Lakin təbiətşünaslıqla məşğul olan alimlərin, eyni zamanda fəlsəfə 

ilə  məşğul olması  və bunları ortaq məxrəcə  gətirmək təşəbbüsləri  əsasən 

antik dövr üçün səciyyəvidir; sonrakı dövrlərdə belə cəhdlər çox nadir hal-

larda real nəticə ilə sonuclanmışdır. Hətta  İ.Nyutonun ömrünün son döv-

ründə ilahiyyat fəlsəfəsi ilə  məşğul olması buna misal kimi göstərilə bil-

məz, çünki eyni adamın timsalında da olsa, onun fizikası ilə ilahiyyatı bir 

müstəviyə  gətirilmir və tamamilə fərqli araşdırmalardır. Öz fəlsəfəsini öz 

təbii elmi araşdırmaları üzərində quran, dünyada fəlsəfi və elmi baxışları 

ortaq məxrəcə gətirən, həm «fizika», həm də «metafizika» yazan və üstəlik 

«ruh haqqında» təlimini də bu kontekstdə davam etdirən universal alim-

filosoflar tarixdə çox az rast gəlinir. Biz bu böyük universal missiyanı 

üzərinə götürmüş olan iki məşhur  şəxsin – Aristotel və  İbn Sinanın tim-

salında elm və fəlsəfənin bir araya gəlməsi, yaxud hissi idrakdan başlanan 

yolla ilahi duyğudan başlanan yolun, daha doğrusu bu yollarda əldə edilən 

fəlsəfi qənimətlərin eyni ideya məkanına gətirilməsini nəzərdə tuturuq.  

 Materialist fəlsəfə, sensualizm, habelə idrak prosesinin hissi təcrü-

bədən başlandığını qəbul edən digər təlimlər üçün idrak yolunun istiqaməti 

xüsusidən ümumiyə, faktiki materialdan elmi-nəzəri müddəalara doğrudur. 

Hətta idrakda deduktiv metodların tətbiqi zamanı,  ümumi prinsiplər çox 

vaxt rasional idrakın komponentləri kimi çıxış edir. Yəni insan zaman və 

məkanca lokal bir mühitdə fəaliyyət göstərir və onun öyrənmə predmeti də 

sonlu olmalıdır. Hər hansı bir məsələdə, hətta riyazi model sonsuzluğa gə-

tirib çıxarsa da, bu olsa-olsa məsələnin düzgün qoyulmaması və ya həllinin 

qeyri-mümkünlüyü kimi izah edilir. Deməli, məqsəd idrakın predmetini 

sonsuz dünyanın sonlu modelləri halına gətirməkdən ibarətdir. Məntiqi tə-

fəkkür də sonlu, lokal obyektlərə aid olub, ancaq həll oluna bilən  mə-

sələlərin həlli üçündür.  

Əksinə, əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

293



 

sonsuzluğun ayrıla bilməyən bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa 

sözlə desək, konkret həyat hadisələrinə əbədiyyət və sonsuzluq zirvəsindən 

baxırsa, burada hissi idrak da, məntiqi təfəkkür də acizdir. Lakin burada da 

iki variant mümkündür. Birincisi, insan bu sonsuzluq müqabilində özünü 

bir heç kimi hiss edir və dünyanın dərk olunmasında öz şəxsi təcrübəsi və 

ağlı ilə nəyə isə nail olmağa ümidini itirir. Özünü fövqəltəbii qüvvələrin, 

ən yaxşı halda ilahi inamın ixtiyarına buraxır. Bu halda müvazinəti itir-

məmək üçün həmin fövqəltəbii qüvvələrlə rabitəyə girmək, mistik metod-

lardan istifadə etmək lazım gəlir. Mifik təfəkkür ən çox bu cəhətlərlə sə-

ciyyələnir. İkincisi, dini hissdən, dünyanın ümumi ahəngindən, vəhdət ide-

yasından çıxış etmək və sonsuzluqda sonlunu axtarmaq və sonlunun dərki 

üçün qeyri-rasional yolla gələn məlumatlara, bilgilərə istinad etmək.  

Əslində, elm adamları adi tədqiqatçılıq, empirik təcrübənin ümumi-

ləşdirilməsi və sistemləşdirilməsi səviyyəsindən bir addım yuxarı qalxdıq-

da, yəni ancaq məntiqi idrakla məhdudlaşmayaraq, məsələyə yaradıcı mü-

nasibət bəslədikdə vəziyyət xeyli dəyişir. Tədqiqata sezgidən, intuisiyadan 

sızan, hansı isə yollarla «ürəyə daman» bilgilərin daxil olması və tədqiqat 

predmetinin lokallıqdan çıxaraq qeyri-müəyyən kontekstə keçməsi ənənəvi 

idrak modelləri çərçivəsində izah oluna bilmir. Burada tədqiqat aspektin-

dən, yanaşma bucağından asılı olaraq ya aşkarlanmayan (qeyri-şüuri) şüur-

dan, ya intuisiyadan, ya irrasional idrakdan, ya vəcd və  vəhydən söhbət 

gedir.  

Lakin Yeni Dövrün epistemologiyasında  ənənəvi yanaşmaya görə, 

elmi idrakın ana xətti hissi təcrübə və rasional idrakdır. Problemin qoyulu-

şu, tədqiqatın predmeti məhz bu səviyyədə müəyyənləşir. «Kənar» idrak 

vasitələrinin nə vaxt və necə müdaxilə etməsi daha çox dərəcədə subyektiv 

amil və yaradıcılıq impulsu kimi dəyərləndirilir. Halbuki əslində bir deyil, 

iki yol var.  

Yolların kəsişməsi…  

Hissi təcrübədən nəzəriyyə  və prinsiplərə doğru gedən yol ilahi 

mərtəbədən gündəlik praktikaya enən yolla harada və necə kəsişir?  

Əlbəttə, müxtəlif mövzularda problem üzrə  tədqiqatların hər biri 

müstəqil idrak zənciri kimi, fikir hərəkəti kimi götürülərsə, bu müxtəlif is-

tiqamətlərdəki hərəkətlərin öz aralarında kəsişməsi mümkündür, lakin biz 

burada müstəvi üzərində yox, vertikal boyunca kəsişməyə baxırıq, yəni 

yüksəyə qalxan və yüksəkdən enənin görüş məqamı. Burada da iki hal var:  


Elm haqqında elm 

 

 



 

294


1) Yollar kəsişmir: görüş baş tutmur.  

2) Yollar kəsişir və yenidən haçalanır. Lakin bu proses heç də elas-

tik kürələrin toqquşması kimi olmur. Kəsişmə yerində düyün yaranır və 

ancaq yetişmə məqamında yeni zoğlar çıxır. Yəni  düyün yerində yeni ide-

yanın doğulmasına qədər problemin kristallaşması prosesi gedir və ancaq 

onun həllindən sonra yeni istiqamətlər üzə  çıxır. Kəsişmə toqquşma ilə 

yox, birləşmə ilə də nəticələnə bilər. 

3) Yol əslində bir yoldur, başlanğıclar və istiqamətlər fərqlidir. Onda 

görüş də labüddür. Lakin bu görüş toqquşma kimi də baş tuta bilər, maneə-

siz keçid kimi də. Birinci halda anniqilyasiya da baş verə bilər, əgər mo-

dullar eyni olsa, sadəcə toplanma da; bu halda interferensiya və difraksiya 

halları da istisna olunmur.     

Elm adamları  ənənəvi tədqiqat metodlarından fərqli yolla alınan, 

mənbəyi bilinməyən bilgiləri hələ ki, bir növ təsadüf kimi dəyərləndirirlər. 

Yəni nə vaxt ilham pərisinin gələcəyi, nə vaxt intuisiyanın işə düşəcəyi, nə 

vaxt hansı isə qaranlığın işıqlanacağı öncədən bəlli deyil. Bunlar məntiqə 

sığmayan, idrakın məntiqi gedişatından, «sağlam düşüncədən» doğmayan, 

«qeybdən pay», yaxud ilahi vergi kimi gözlənilmədən peyda olan «əlavə-

lərdir». Amma ikinci növ düşünürlərin (şairlərin, sufilərin, filosofların, ila-

hiyyatçıların) mövqeyinə görə, insan bilikləri planlı şəkildə, ölçülüb-biçil-

miş və proqnozlaşdırılmış halda deyil, məhz ruhun xoş məqamında bir da-

xili mənəvi yüksəlişin, bir ruhi işıqlanmanın nəticəsi kimi, məhz ilahi vergi 

kimi alır, başqa cür alınmış biliklər isə naqis, qüsurlu, birtərəfli hesab olu-

nur. Fəlsəfədə çox geniş yayılmış olan bu cür münasibət əsl həqiqətin hissi 

təcrübə ilə və məntiqi təfəkkürlə deyil, ancaq ilham, vəcd və vəhy məqam-

larında ilahi vergi kimi əldə edilə biləcəyini nəzərdə tutur.  

Lakin biz bu cür qarşıdurmanın və birtərəfli mövqeyin əleyhinəyik. 

Bizcə, həqiqi elmi yaradıcılıq da, həqiqi fəlsəfi tədqiqat da hər iki idrak 

yolunun sintezini tələb edir.  

Elm adamları araşdırdıqları lokal, nisbi qapalı sistemlərdə baş verən 

hadisələri həmin sistemin hüdudu daxilində izah edə bilmədikdə kənar tə-

sirlər axtarmağa məcbur olurlar. Bu cür kənar təsir ya «təsadüf» kimi, ya 

da daha böyük sistemdə baş verən dəyişilmələrin alt sistemdəki təzahürləri 

kimi dəyərləndirilir. Məsələn, günlərin bir günündə yekcins, amorf sistem-

də (o cümlədən, xaosda) nə vaxtsa öz-özünə  istiqamətlənmiş, nizamlı 

hərəkətin meydana çıxması məntiqlə başa düşülmür. Xaosda nizamın əmə-



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

295



 

lə gəlməsini az qala sensasiya kimi dəyərləndirən bir sıra tədqiqatçılar bu 

cür standartdankənar hadisələrin öyrənilməsini  ənənəvi elmlərdən fərqli 

olaraq, yeni bir elmi istiqamət və metod kimi təqdim edirlər. Sinergetikaya 

belə böyük önəm verilməsi məhz bu “anormallığı”, kənaraçıxmanı vur-

ğulamaq üçündür. 

Vertikal boyu yuxarıdan aşağı endikdə isə sinergetik metod çox adi, 

normal bir tədqiqat üsuludur. Belə ki, nəinki məhz müəyyən tipli sistemlər, 

bütün cisim və hadisələr, nisbi qapalı, hətta guya tam qapalı olan sistemlər 

də daha böyük sistemlərin və sonsuzluğun tərkib hissələri olmaqla onların 

ahənginin daşıyıcılarıdır. Böyük sistemlərdə hərəkətlərin periodu daha bö-

yük olur və alt sistemlərin “onu gözləməyə hövsələsi olmadığı üçün” öz 

halını stasionar hal kimi anlaması  təbiidir. Uzun bir müddət  ərzində biz 

məhz stasionarlığın şahidi oluruq. Və birdən bu stasionarlıq pozulurmuş və 

amorfluğun, xaosun bətnindən bir nizam, qayda doğulurmuş.  Əslində isə 

əvvəldən mövcud olan bir ahəng, bir nizam baxış dairəmizə düşür, diqqəti-

mizi cəlb edir. Sadəcə onun mənbəyi bizə bəlli deyil. Əgər subyekti istisna 

etsək, yəni bizim görüb-görməyəcəyimizdən asılı olmayaraq, hansı isə lo-

kal sistemin tarazlığı pozulurmuş. (Maraqlıdır, eyni hadisə, bir tərəfdən, 

baxdıqda “pozulma” kimi, digər tərəfdən, “yeni nizam” kimi dəyərləndirilə 

bilir.) 

 

Bax, əslində normal elm stasionar sistemlər daxilində, lokal zaman 



çərçivəsində işlədiyinə görə, sistemə sığmayan, sistem daxilində izah olu-

na bilməyən, kənardan (daha böyük sistemdən, şərti olaraq – kosmosdan) 

gələn qaydaları daxili qaydanın pozulması kimi qəbul edir.   

Görünür, dünya iyerarxik struktura malikdir və sanki “matryoşka” 

prinsipi ilə qurulmuşdur. Və hansı isə bir qatı tam öyrənməyə yaxın oldu-

ğumuz bir vaxtda içindən yeni bir qat açılır. Bu yeni situasiyanı da əhatə 

edə bilmək üçün yeni nəzəriyyələr tələb olunur. 

Bəli, elm insanın bütövlükdə dünyanı ehtiva etmək iddiasını (və ya 

ehtiyacını) təmin etmək üçün yetərli deyil. Elm dünyanın təfərrüatlı, ade-

kvat ifadəsinə iddialı olduğundan, hər hansı bir elmi fəaliyyət çərçivəsində 

ancaq lokal dünyanın, yəni dünyanın müəyyən sonlu bir hissəsinin, daha 

doğrusu, müəyyən bir miqyasa adekvat olan bir dünya modelinin öyrənil-

məsindən söhbət gedə bilər. Lakin lokallaşdırma sonsuz kainatdan sonlu 

bir məkan parçasının ayrılması ilə bitmir. Belə ki, bu sonlu məkanın öz da-

xilində neçə-neçə tükənməz dünyalar var. Əgər Leybnisin monadalar tə-


Elm haqqında elm 

 

 



 

296


limini qəbul etsək,  ən kiçik hissə  də bütün dünyanın strukturunu özündə 

saxlayırmış. Amma tutaq ki, biz monadaların, hüceyrələrin, atomların, 

elektronun sonsuzluğuna göz yumduq, ancaq makrostrukturla kifayətlən-

dik. Bu halda strukturların özünün yeni-yeni rakursları və alternativləri or-

taya çıxacaqdır. Yəni hətta lokal dünyanın özündə də qaydalar fərqli seçilə 

bilər.  


Sxem 6-da qəfəsin düyün nöqtələrini müxtəlif cür qruplaşdırmaqla, 

onu fərqli qaydalar üzrə bölməyin bir nümunəsi göstərilir. Eləcə  də dün-

yanı  və ya onun lokal bir hissəsini müxtəlif en kəsiklərində, müxtəlif 

bucaq altında, müxtəlif rakurslarda nəzərdən keçirərkən, fərqli qaydalar, 

fərqli mənzərələr, fərqli ahənglər, fərqli strukturlar – naxışlar ortaya çıxır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



      diaqonal hər kiçik kvadratda düyün nöqtəsi yaradır. 

 

    diaqonal hər iki kvadratdan bir düyün nöqtəsi yaradır. 



                diaqonal hər üç kvadratdan bir düyün nöqtəsi yaradır. 

 

Sxem 6.

 

 

Önəmli olan budur ki, söhbət məkan-zaman kontiniumundan, həndə-

si məkanın lokallığından deyil, bu dünyanın hansı isə bir rakursda nəzər-

dən keçirilməsindən, mürəkkəb, çoxölçülü münasibətlər sistemi içərisin-

dən ancaq müəyyən tip münasibətlərin seçilib ayrılıqda mənimsənilməsin-

dən gedir. Yəni dünyanın bir yox, bir sıra modelləri qurulur ki, dünyanın 

ümumi elmi mənzərəsini yaratmaq üçün bu modellərin hansı isə bir üsulla 

toplanması tələb olunur. Amma gerçəkdə bu yolla gedib ən ümumiyə, ye-

kun mənzərəyə çatmaq çox zor olduğundan, insan idrakı əks-əlaqə imka-

nından istifadə edir. Hansı isə bir yolla son mənzillə rabitə yaradaraq nəin-

ki oriyentasiyanı müəyyənləşdirir, həm də öz hərəkəti üçün əlavə impuls 

alır. Məqsədin, son mənzilin cazibəsi! Tamın, ümumi ahəngin aurasına dü-

şərək hərəkət etmək! İnsan sanki kəmənd ataraq özünü dünyanın o biri ba-



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

297



 

şına pərçimləyir və özünü dartır. Zatən alpinistlər də belə hərəkət edirlər. 

Hər dəfə mənzil başına qarmaq atılır və kəndir alpinistlə mənzil başı ara-

sında ən kəsə və ən məqbul yola çevrilir. Yol təkcə insanın əzələ gücü he-

sabına deyil, həm də mənzil başından gələn dəstəklə qət edilir. Qravitasiya 

qüvvəsinin dəf edilməsində insanın  əzələ gücü ilə yanaşı, “yuxarıdan ca-

zibə” də iştirak edir.  

Aşağıların istəyi yuxarıların razılığı ilə tamamlananda, yüksəlmək 

asan olur.  

Hara gedəcəyini bilməyən, son mənzili təsəvvür etməyən adam üçün 

yol tapmaq da mümkün deyil. Belə ki, hər hansı hərəkət trayektoriyası hələ 

“yol” deyil. Çünki yolun qurtaracağında bir işıq görünməlidir. Empirik-

faktiki materialın birini qoyub o birisinə keçməklə bu materialın xaotik 

toplusu içərisində itib-batmaq olar. Empirik bilikləri toplamaqla nəzəriyyə 

yaradıla bilməz. Əksinə, yekun ideya, nəzəriyyənin konturları əvvəlcədən 

bəlli olmalıdır ki, təcrübi material da düzgün yerləşdirilə,  əlaqələndirilə 

bilsin. Yəni axtardığın bilik haqqında öncədən nə isə bilmək  şərti ortaya 

çıxır. Bu, əlbəttə, xeyli dərəcədə paradoksal və ziddiyyətli görünür. Təsa-

düfi deyil ki, hələ antik dövrdə Platon bu dilemmanı öz dialoqlarının möv-

zusuna çevirmişdi. “Menon” əsərində Sokrat və Menonun belə bir mübahi-

səsi verilir. Menon soruşur ki, axtardığın şeyin nə olduğunu bilmədən, onu 

necə axtarmaq olar? Sokrat isə məsələnin ikinci tərəfini də diqqətə çəkir: 

“Kim ki, bilir, axtarmasına ehtiyac yoxdur, çünki o, artıq bilir. Amma kim 

ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtaracağını bil-

mir”.

4

1



 Bax, bu məqamda bilikdən biliyə fərq olduğu, yəni biliyin nisbiliyi 

məsələsi ortaya çıxır. Elm tam qaranlıqdan işığa doğru gedə bilməz. Elm 

haradansa düşən bir şüanı tutub onun dalınca işıqlığa çıxmaq yolu ilə ge-

dir. Bu şüa empirik tədqiqatların nəticəsi ola bilməz; o, haradansa 

uzaqlardan – dünyaya fəlsəfi münasibətdən, ilhamdan, şövqdən doğulur.  

Təsadüfi deyil ki, elmi tədqiqat üçün problemin qoyuluşu işin yarısı 

hesab olunur. İdeya müəllifi olmayan icraçı  tədqiqatçılar öz bütün intel-

lektual potensialını, məntiqi təfəkkürünü artıq qoyulmuş bir məsələnin həl-

linə yönəldirlər. Amma yeni ideya və ya hansı isə yeni bir problemin qo-

yulması məntiqi təfəkkür çərçivəsində mümkün deyil. Yaradıcı elm adamı 

ilə adi elmi işçinin fərqi orasındadır ki, ikincilər ancaq elmi rəhbərin, 

                                                 

1

 Platon. Menon // Платон. Диалоги. Книга 1, М., Эксмо, 2008, с. 383-384. 



Elm haqqında elm 

 

 



 

298


layihə müəllifinin yönəltdiyi istiqamətdə axtarış apara bilir və bir işi bitir-

dikdən sonra, yeni tapşırıq gözləyirlər. Elmdə köməkçi qüvvə və ya “qara 

elmi işin” icraçıları adlanan belə  işçilər böyük əksəriyyəti təşkil edirlər. 

Lakin elmi irəli aparan, istiqamətləri müəyyən edən, tədqiqatlara yön verən 

böyük elm adamları, sözün əsl mənasında alimlər sayca çox az olur. Elmi 

məktəb yaradan alimlər öz tədqiqat qruplarına imkan daxilində daha çox 

yaradıcı təfəkkürə malik şəxsləri daxil etməyə çalışırlar. Bu yerdə Rezer-

ford laboratoriyasından bir fraqment yada düşür. O, laboratoriyaya işə dü-

zəlmək istəyən şəxsi sınamaq üçün ona bir problemin həllini tapşırır. İşçi 

çox qısa vaxtda problemi həll edərək yeni tapşırıq verilməsini xahiş edir. 

Rezerford isə onu işə götürməkdən imtina edir. İddiaçı  təəccübləndikdə 

Rezerford deyir ki, yaxşı alim problemi sadəcə  həll etməli deyil, bir 

problemdən neçə-neçə yeni problemlər çıxartmalıdır. Yəni yaradıcı düşün-

cə problemi də özü qoyur. İcraçı isə ancaq başqasının fikrinin istiqaməti ilə 

gedir. Hələ XVII əsrdə o dövrün böyük alimi İ.Bernulli deyirdi: “Təcrübə 

göstərir ki, ağıl sahiblərini yeni biliklər əldə edilməsinə ən çox sövq edən 

hər hansı bir çətin və maraqlı problemin qoyuluşu olur”.

4

1



      

 

Hansı isə konkret elm sahəsi, xüsusi elmlər mürəkkəb dünya mode-



linin müəyyən bir rakursunu, müəyyən tipli düyün-problemlər çoxluğunun 

strukturunu  əks etdirir. Dünyanın bütöv mənzərəsi üçün oriyentir isə  fəl-

səfi dünyagörüşü olur. Bir çox elmi nəzəriyyələrin təməl prinsipləri fi-

losoflar tərəfindən irəli çəkilmişdi. Məsələn, Heyzenberq belə hesab edir 

ki, qədim yunanların atomistik fəlsəfəsi müasir atom fizikası üçün me-

todoloji təməl rolunu oynamalıdır.

4

2

  



Antik fəlsəfədə ilkin materiya axtarışı bir neçə istiqamətdə getmişdir 

ki, bunları da iki əsas qrupa ayırmaq olar. Ya hər hansı bir maddənin (su, 

hava, od və s.), bir neçə maddənin, məsələn, dörd ünsür (torpaq, od, su və 

hava) ilkin əsas kimi götürülməsi, ya da maddənin yox, rəqəmlərin və ya 

həndəsi formanın ilkinliyindən çıxış edilmişdir. Atomizm təlimi də əslində 

birinci xəttin davamıdır. Yəni ən kiçik maddi başlanğıc təməl kimi götürü-

lür. Önəmli olan odur ki, üstündən neçə min illər keçdikdən sonra elmin 

inkişafı, nəhayət, bu fəlsəfi ideyaların eksperimental və riyazi-nəzəri ma-

                                                 

1

 Bax: Е.Вигнер. Этюды о симметрии. М., Мир, 1971, с. 5. 



2

 В.Гейзенберг. Физика и философия. Часть и целое. М., Наука, 1989, с. 28 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

299



 

terial əsasında yenidən qurulmasına imkan vermişdir.  

Biz yuxarıda hər bir elmin dünyanı bütöv şəkildə deyil, lokal prob-

lemlər  şəklində öyrəndiyini qeyd etmişdik. Diqqət dünyanın hansı isə bir 

rakursuna və ya lokal hissəsinə yönəldilir və bu hissə sanki bütün dünya 

imiş kimi görünür. Əslində tam və hissənin eyniyyəti prinsipindən çıxış 

etsək, hər bir elm bütün dünyanı öyrənir. Lakin bununla belə, “elmlərin 

toplanması”  üçün fəlsəfənin xidmətinə ehtiyac yaranır. XX əsrdə elmin 

inkişafı elə bir səviyyəyə qalxdı ki, Pifaqor və Platon tərəfindən irəli sürül-

müş dünyanın riyazi modeli Levkipp və Demokrit tərəfindən irəli sürülmüş 

dünyanın atomistik modelini xeyli dərəcədə sıxışdırıb çıxardı. Məsələ bu-

rasındadır ki, müasir fizika atomu və ya elementar hissəciyi konkret tra-

yektoriyası olan maddi zərrəcik kimi qəbul edə bilmir. İndi zərrəcikdən 

ancaq müəyyən ehtimalla danışmaq mümkündür; onun dalğa, yaxud dalğa 

paketi kimi təqdimatı çox vaxt daha rahat olur. Ən başlıcası isə stabil qalan 

bircə riyazi formullar olur. Məhz buna görə  də Heyzenberq qeyd edir ki, 

müasir kvant nəzəriyyəsinə görə, elementar zərrəciklər son nəticədə riyazi 

formalardır, sadəcə olaraq Pifaqor-Platon dövründə  təsəvvür olunan hən-

dəsi formalara nisbətən, daha mürəkkəb riyazi formalardan söhbət gedir.

4

1

  



Heyzenberqin mühakimələrində belə bir cəhət də diqqəti çəkir ki, o, 

müasir fizikanın nailiyyətlərini Heraklit təlimi kontekstində izah etməyi 

daha rahat hesab edir. Belə ki, təkcə “od” anlayışını enerji ilə əvəz etsək, 

onda müasir elmi təsəvvürlər Heraklitin təsvirləri ilə üst-üstə düşür.

 

4

2



  

Heyzenberq ona görə istər-istəməz fəlsəfə tarixinə müraciət etməli 

olur ki, o, fizikanın konkret bir sahəsində lokal tədqiqatlarla kifayətlən-

məyərək bütün dünyanın ümumi elmi mənzərəsini yaratmağa və bütün 

materiyanın vahid riyazi formulunu verməyə  cəhd göstərir.

4

3



  Və  məlum 

olur ki, belə ümumi mənzərənin yaradılması neçə yüzillik empirik və nə-

zəri tədqiqatlara  əsaslanmadan da, daha universal mühakimələrdən çıxış 

etməklə, yəni fəlsəfi yaxınlaşma ilə də mümkün imiş. Əksinə, fundamental 

nəzəri ideyalar və fəlsəfi modellər olmasaydı, empirik materiallar, ola bil-

sin ki, yolunu aza da bilərdi. Amma müasir fizika məhz Platon və 

                                                 

1

 Yenə orada, s. 36. 



2

 Yenə orada, s. 35. 

3

 А.Н.Вяльцев. Математизация физики // Ученые о науке и ее развитии. М., Наука, 



1971, с. 126.  


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin