Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
Elm və elmşünaslıq 

 

 

 

229



 

ancaq alimlərin  şəxsi təşəbbüsləri ilə dünyəvi xarakterli tədqiqatlar 

aparılmışdır.  

Əslində orta əsrlər dövründə Avropada da elm dinin himayəsində, 

daha doğrusu, himayəsində olmasa da, nəzarəti çərçivəsində olmuşdur. Bü-

tün Qərb universitetləri kilsənin nəzdində fəaliyyət göstərmiş teoloji təmə-

lə bağlı olmuş və ancaq kilsədən ayrıldıqdan sonra öz dünyəvi funksiyala-

rını azad surətdə yerinə yetirə bilmişlər. İslam dünyasında isə saray və din 

ayrı olmadığından, elm və təhsil ikiqat tabeçilik şəraitində mövcud olmuş 

və burada himayə amili elmin gələcək müstəqilliyinin də qarşısını almış-

dır. XI əsrdə böyük maarifçilik fəaliyyəti göstərən Nizamülmülk Bağdadda 

və digər  şəhərlərdə Nizamiyyə  mədrəsələri açdırır. Lakin dövlətçilik ma-

raqları ilə dini təriqətçilik maraqları arasında fərqlər burada da özünü gös-

tərir. Bu mədrəsələrin açılması əsasən Nizamülmülkün adı ilə bağlansa da, 

əslində onun arxasında dövlət başçısının iradəsi dayanırdı. Mədrəsələrin 

məqsəd və funksiyalarına münasibətdəki fərq, məsələn, belə bir hadisədə 

özünü əyani surətdə göstərir. Məlikşah Nizamülmülkün də meylli olduğu 

təriqətçilik təsirlərindən qəzəblənərək Bağdaddakı Nizamiyyə  mədrəsəsi-

nin rəisinə göndərdiyi məktubda yazırdı: “Nizamiyyə  mədrəsəsi məzhəb 

münaqişələri üçün deyil, elmi inkişaf etdirmək üçündür”.

2

1

 Bəli, “elmi inki-



şaf etdirmək üçün”! Bu, çox əlamətdardır. Din xadimlərindən fərqli olaraq, 

Məlikşah məhz elmi inkişaf etdirmək istəyirmiş. Nə üçün, kimin üçün? 

Bax, o dövrün mənbələrində bu suala cavab tapmaq elə  də asan iş deyil. 

Məsələn, elə həmin Nizamülmülkün yazdığı “Siyasətnamə” əsərində döv-

lət maraqlarından, onun idarə olunmasının çox müxtəlif istiqamətlərindən 

bəhs edilərkən, bəzən ən xırda məsələlər də önə çəkildiyi halda, elmlə bağ-

lı demək olar ki, heç nə deyilmir. Yalnız “Padşahın öz işləri barəsində alim 

və hikmət sahibləri ilə  məşvərət etməsi haqqında” adlanan on səkkizinci 

fəsildə alimlər haqqında bir neçə fikir söylənir və bu da ancaq şaha məslə-

hət verilməsi ilə əlaqədar olaraq.

2

2

 Yəni elm və alimlər haqqında təsəvvür 



sarayın hüdudundan o tərəfə  çıxa bilmir, elmə  cəmiyyət miqyasında bir 

hadisə kimi baxılmır.  

Dövrünün ən böyük elm adamlarından biri olan Nəsirəddin Tusi də 

                                                 

1

 Osman Turan. Səlcuqlar tarixi və türk-islam mədəniyyəti. Ankara, 1965, s. 233 – Bax: 



R.Sultanov.  Nizamülmülkün həyat və  fəaliyyəti haqqında // Əbu  Əli Həsən ibn Əli Xacə 

Nizamülmülk. Siyasətnamə. Bakı, Elm, 1987, s. 13. 

2

 Bax: Nizamülmülk. Siyasətnamə, s. 91-92. 



Elm haqqında elm 

 

 



 

230


elmi hikmətin və mərifətin tərkib hissəsi kimi təqdim edir. O yazırdı: “Mə-

rifət sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımi ki-

mi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı 

mümkün qədər təkmilləşməli, arzu olunan səviyyəyə yüksəlməlidir. Belə 

olduqda hikmət iki yerə bölünməlidir: biri – elm, o biri – əməl”.

2

1



 Lakin 

burada “elm” anlayışı çox geniş mənada götürülür: “elm – varlıqların həqi-

qətən necə olduğunu düzgün təsəvvür etmək, insanın yaradıcı  ağlı, nəfsi-

əmr və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini 

kəşf etməkdir”.

2

2



 N.Tusi təsnifatında “elm” anlayışının müasir anlamına 

uyğun gələn isə “nəzəri hikmətdir”. Belə ki, Tusiyə görə, elm iki növ olur 

ki, birincisinə nəzəri hikmət, ikincisinə əməli hikmət deyilir.

2

3



 A.Rzayevin 

yazdığı kimi, “Tusinin elmlər təsnifatı öz əhatəliliyi, dərinliyi və miqyası 

etibarilə diqqəti cəlb edir... Tusi XIII əsrdə orijinal təsnifat sistemi 

yaratmış, özündən  əvvəlki filosofların təsnifatını genişləndirmək və 

dəqiqləşdirmək yolunda mühüm addım atmışdır”.

2

4



  

N.Tusinin elmə baxışlarının formalaşmasında şübhəsiz ki, əl-Fərabi, 

Biruni və İbn Sinanın böyük təsiri olmuşdur. Biruni nəinki böyük elm ada-

mı olaraq astronomiyada, riyaziyyatda misilsiz xidmətlər göstərmiş, eyni 

zamanda elm tarixinə dair də əsərlər qoyub getmişdir.  

Çoxları elm tarixinin Yeni Dövrdə formalaşdığını və müstəqil fənn 

kimi məhz XX əsrin hadisəsi olduğunu zənn edir. Amma Biruninin irsi ilə 

tanış olduqda biz, bir tərəfdən, elm tarixi nümunələri ilə tanış olur, digər 

tərəfdən, elmə tarixi münasibətin metodoloji əsaslarının da elə o vaxtdan 

qoyulduğunun şahidi oluruq.

2

5

 Xüsusən, tarixin, cəmiyyətin elmi əsaslarla 



öyrənilməsi, sosial proseslərin elmi təhlili sahəsində ilk fundamental əsər 

məhz Biruni tərəfindən yazılmışdır.

2

6

 Bu sahənin müstəqil elm səviyyəsinə 



qaldırılması isə İbn Xəldunun xidmətidir.  

                                                 

1

 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri, 2002, s. 50. 



2

 Yenə orada. 

3

 Yenə orada, s. 51. 



4

 A.Rzayev.  Nəsirəddin Tusidə elmlərin təsnifatı // Azərbaycan EA Xəbərləri. Tarix, 

fəlsəfə və hüquq seriyası, 1999, № 2, s. 99. 

5

 Б.А.Розенфельд,  М.М.  Рожанская,  З.К.Соколовская.  Абу-р-Райхан  Бируни.  М., 



Наука, 1973; П.Г.Булгаков, Б.А.Розенфельд, А.А.Ахмадов. Мухаммад ал-Хорезми. М., 

Наука, 1983; 

6

 Абу Рейхан Бируни. Индия. М., Ладомир, 1995; Абу Райхан Бируни. Избранные 



произведения. Т.1. Ташкент: Изд. АН УзССР, 1957. 

Elm və elmşünaslıq 

 

 

 

231



 

“Qabusnamə”də sənət “peşə və elm”, – deyə iki yerə bölünür. Am-

ma ən maraqlısı budur ki, onların öz aralarında müxtəlif kombinasiyaların 

mümkünlüyü nəzərə alınır və üç mümkün variant göstərilir: “...Hansı sənət 

olur-olsun, üç yerə bölünür: ya peşəyə aid olan elm, ya elmə aid olan peşə, 

ya ağıl işlətməklə  əmələ  gələn peşə”.

2

1

 Bu cür təsnifat orta əsrlərdə 



verilmiş olsa da, hətta müasir dövr üçün də çox maraqlı və əhəmiyyətlidir. 

Çünki Yeni Dövr fəlsəfəsində, Aristotel bölgüsündə olduğu kimi, elm və 

sənət ayrılır və onların kəsişmə zolaqları, ortaq fəaliyyət sahələri tədqiqata 

cəlb olunmur. Daha sonra bu bölgülər diferensiallaşır və  hər bölmə özü 

təkrar bölünür: “Peşə ilə  əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yer 

ölçmək, poeziya və s. Elmlə  əlaqədar olan peşələr: musiqişünaslıq, 

baytarlıq və s.”.

2

2



 Bizə təəccüblü gələn, məsələn, poeziyanın da bu təsnifata 

daxil edilməsidir. Qalan bölgülər çox məntiqlidir və o dövrdə elmin əsasən 

praktika ilə  sıx surətdə bağlı başa düşülməsi sxolastika ilə müqayisədə 

tamamilə  fərqli bir dünyagörüşün ifadəsi idi. Bu əsərdə elm o dərəcədə 

praktiki başa düşülür ki, o, hətta peşələrdən biri kimi təqdim edilir. Yəni o 

dövrdə (X əsrə  qədər)  İran  ərazisində elm artıq ayrıca bir ixtisas sahəsi 

olmaqdan əlavə, ayrıca bir peşə sahəsi kimi də mövcud imiş. Maraqlıdır ki, 

elm peşəsi üçün səciyyəvi olan əlamətlər sırasında “əzbərləmə, təkrarlama, 

keçmiş  təcrübənin ardıcıl olaraq öyrənilməsi, tədqiqatçılıq, sirlərin 

açılması” kimi şərtlər sadalanır.

2

3

  



Bu əsər bir islam ölkəsində qələmə alınsa da, daha çox dünyəvi sə-

ciyyə daşıyır. “Qabusnamə” əslində islamaqədərki mentalitetlə islam qay-

dalarının birləşməsinin ifadəsidir. Bununla belə, elmə və onunla bağlı pe-

şələrə üstünlük verilməsi islami dünyagörüşünü də ifadə etdiyindən elmə 

pozitiv və  hətta praqmatik müstəvidə baxılması tamamilə qanunauyğun-

dur.  


Xristianlıq isə elə bir məkanda yaranmışdı ki, oradakı insanları cə-

halətdən həqiqətə yüksəltmək missiyasını üzərinə götürsə də, daha yüksək 

sivilizasiya şəraitinə transfer üçün münasib deyildi.  

Lakin tarixdə misli görünməmiş bir ədalətsizlik baş verdi. Daha 

möhtəşəm bir ideyanın zirvəsində dayanan bir xalq bir siyasi hökmün qur-

banı oldu. Cəhalət dünyası üçün nəzərdə tutulmuş, mifik təfəkkürdən hələ 

                                                 

1

 Qabusnamə, Bakı, Şərq-Qərb, 2006, s. 123. 



2

 Yenə orada. 

3

 Yenə orada, s. 124. 



Elm haqqında elm 

 

 



 

232


bir o qədər də fərqlənməyən, insanları ancaq möcüzələrlə heyrətləndirmə-

yə çalışan bir dini dünyagörüşü, dibin qaranlığından işığa doğru, həqiqətə 

doğru təzəcə başlanan kiçicik bir hərəkat möhtəşəm bir ideyanın zirvəsin-

dən enməkdə olan, öz süqutunu yaşayan amma hər halda hələ tam süquta 

uğramamış bir sivilizasiya ilə qarşılaşdı. 

Roma imperatorunun hökmü ilə xristianlıq böyük imperiyanın rəsmi 

dini kimi qəbul olundu və imperiyanın çökməsini sürətləndirən mühüm ha-

disələrdən birinə çevrildi. Axı, Roma imperiyası böyük yunan mədəniyyəti 

və  fəlsəfəsi üzərində  bərqərar olmuşdu. Bəşər tarixinin ən böyük nailiy-

yətlərindən biri olan klassik yunan fəlsəfəsinin romalılar tərəfindən mə-

nimsənilə və  dəyərləndirilə bilməməsi, mənəvi həyatda boşluq yaranması 

və bu boşluğu doldurmaq üçün axtarış apararkən xristianlıqla üzləşməsi ta-

rixin gedişatında sivilizasiya kontekstində böyük bir enişin başlanğıcını 

qoydu. Mənəvi dəyərlər kontekstində bir yüksəliş üçün təməl olan xristian-

lıq maddi mədəniyyət, elm və, sivilizasiya üçün bir eniş, tənəzzül vəd edə 

bilərdi. Çünki xristianlığın prinsipləri elmin və sivilizasiyanın meyarları ilə 

uzlaşmırdı. Düzdür, Qərb dünyasında bu faktın üzərindən sükutla keçilir

yunan sivilizasiyasının dağılması əvvəlcə Roma imperiyasındakı fərqli pri-

oritetlər, sonra isə xristianlığın qəbul edilməsindən irəli gələn uyğunsuzluq 

kontekstində nadir hallarda nəzərdən keçirilir. Lakin bunu xristianlar bil-

məmiş deyillər və çox vaxt sətiraltı  və ya elə-belə, yeri gəlmişkən qeyd 

edirlər. Məsələn, Con Bernal İslam ölkələrində elmin inkişafını  məhdud-

laşdıran hadisə kimi dini amili önə çəkərkən, istər-istəməz yunan-xristian 

uyğunsuzluğunu da yada salır.

2

1

 Hər bir din kimi islam da elmdən fərqlidir 



və onu ehtiva edə bilməz. Amma bununla belə, islamda və xristianlıqda el-

mə münasibət açıq-aşkar  şəkildə  fərqlidir və onların elmə münasibətləri 

mütləq fərqləndirilməlidir. İdeoloji yön yaddan çıxanda bunu Qərb tədqi-

qatçıları özləri də etiraf edirlər. Məsələn, Con Bernal yazır ki, islamın hətta 

dini rəhbərləri də elmə, qədim yunanların hikmətinə maraq göstərirdilər, 

çünki bu, Qurana zidd deyildi.

2

2

 Bəli, islam dünyagörüşü elmi dünyagörü-



şünə daha çox uyğun gəlirdi. Elə həmin C.Bernalın fikrinə görə, yunanlar 

qədim Şərq elmi biliklərinə yiyələndikləri kimi, ərəblər də yunan bilikləri-

ni inkişaf etdirirdilər. “Ərəb alimlərinin bilik xəzinəsinə müstəqil töh-

                                                 

1

 Дж. Бернал. Наука в истории общества, М., Изд-во ИЛ, 1956, s. 163. 



2

 Yenə orada, s. 161. 



Elm və elmşünaslıq 

 

 

 

233



 

fələrinə  gəlincə, onun həqiqi dəyərini vermək çox çətindir”.

2

1

  Həm də is-



lam alimləri yunanların qədim əfsanələrini atır və antik irsdən ancaq elmi 

dəyərə malik olan bilikləri götürürdülər. Bundan əlavə, onlar yunan 

mənbələrinə tənqidi yanaşırdılar və onların mühakimələrinin rasionalizmi 

ancaq müasir elmlə müqayisə oluna bilər.

2

2

 Bununla belə, ideoloji yön öz 



işini görür və Bernal da əksər Qərb ideoloqları kimi islam dünyasında el-

min inkişafının qızıl dövrü olan VII-XI əsrlərdən sonra bu inkişafın 

tamamilə dondurulduğunu və  hətta bundan sonra heç vaxt belə bir 

çiçəklənmə dövrü yaşaya bilməyəcəklərini iddia edir.

2

3

  



Maraqlıdır ki, Con Bernal orta əsrlər islam elminə əsasən obyektiv 

qiymət versə də, islam dünyasının gələcəyinə münasibətdə çox bədbin bir 

mövqe tutur. Əlbəttə, bununla bağlı mübahisə də etmək olar. Amma önəm-

li olan odur ki, tarixi faktlar təhrif olunmasın. Halbuki, Qərb ideoloqları 

əksər hallarda bu faktları məqsədyönlü surətdə yozmağa çalışır və nəticədə 

təhrif edirlər.  

Orta əsrlərdə fəlsəfi fikir, bir tərəfdən, dini dünyagörüşü, digər tərəf-

dən də, elmin fəlsəfədən ayrılması kontekstində inkişaf edirdi. İslam dün-

yasında da belə idi. Daha çox dinə və mənəviyyata əsaslanan kəlam və su-

fizmlə yanaşı, platonçuluq və aristotelizmə söykənən fəlsəfə elmi dünya-

görüşünün metodoloji əsası kimi də inkişaf edirdi. Mənsur Həllac, əl-Qə-

zali, Əbu Həfs Sührəvərdi, Mövlana, İbn Ərəbi ilə yanaşı, Fərabi, Biruni, 

İbn Sina, N.Tusi kimi filosofların fəaliyyəti o dövrdə fəlsəfənin təkcə dinlə 

deyil, elmlə  də  sıx bağlı olduğuna dəlalət edir. Təsadüfi deyildir ki, bu 

dövr bir çox tədqiqatçılar tərəfindən İntibah kimi dəyərləndirilir. A.Koyre 

yazır: «Ərəb dünyası özünü ellin dünyasının varisi və davamçısı hesab 

edir. Və bu tamamilə ədalətli iddiadır; belə ki, ərəblərin parlaq və zəngin 

orta əsr sivilizasiyası sözün tam mənasında ellin sivilizasiyasını mənimsə-

miş  və inkişaf etdirmişdir.  Əslində bu orta əsrlər yox, İntibahdır (kursiv 

mənimdir – S.X.). Məhz buna görə  də o, latın nadanlığının  əksinə olaraq 

oynadığı müəllim rolunu çox yüksək səviyyədə ifa etmişdir».

2

4



 Daha sonra 

Koyre  ərəb-islam sivilizasiyasının tezliklə öz missiyasını  Qərbə ötürərək 

kənara çəkilməsinin səbəblərini izah etməyə çalışır. Lakin, görünür, «ərəb 

                                                 

1

 Yenə orada.  



2

 Yenə orada, s. 161-162.  

3

 Yenə orada, s. 169. 



4

 А.Койре. Очерки истории философской мысли. М., 1985, c. 53-54. 



Elm haqqında elm 

 

 



 

234


sivilizasiyası» adlandırdığı hadisənin  əsas hərəkətverici qüvvələrini düz-

gün anlaya bilmədiyinə görə, onun süqutunun səbəblərini də  səhv izah 

edir. «İslam» və  «ərəb» məfhumlarının nə  qədər fərqli olduğunu və orta 

əsrlər «ərəb» sivilizasiyasının əslində təkcə ərəblər tərəfindən deyil, bəlkə 

daha çox dərəcədə islam dininə qulluq edən türklər, farslar və digər millət-

lər tərəfindən yaradıldığını bilmədiyindəndir ki, bu sivilizasiyasının süqu-

tunu türk qılıncı ilə, türklərin və monqolların müdaxiləsi ilə izah etməyə 

çalışır.


2

1

  Bəli, fəlsəfənin dini-ehkamçı qolunu deyil, elmi-metodoloji 



qolunu və riyaziyyatı, təbiətşünaslığı, təbabəti inkişaf etdirənlərin və 

bununla da sivilizasiyanın dünyagörüşü təməlini yaradanların məhz türk 

olduqlarını bilsə idi, A.Koyre, əlbəttə, belə yazmazdı. Zira həmin Koyre 

başqa bir yerdə Fərabini ən az öyrənilmiş ən böyük islam filosofu adlandı-

rır.

2

2



 Eyni səhvi bilərəkdən və ya bilməyərəkdən məşhur fransız ideoloqu 

Ernest Renan buraxır. O, Avropa Renessansında orta əsrlər islam 

mədəniyyətinin və elminin rolunu nəinki azaldır, hətta heçə endirməyə 

çalışır: “Ərəb elmi və  fəlsəfəsi yunan elm və  fəlsəfəsinin səriştəsiz 

tərcüməsindən başqa bir şey deyildi. Yunanıstanın özü canlandıqdan sonra, 

bu solğun tərcümələr öz əhəmiyyətini itirdilər”.

2

3

 Daha sonra Renan 



söhbəti etnik-irqi müstəviyə keçirir. Lakin o, ərəb  islamın fərqini nəzərə 

alsa da, bu fərqin ağırlıq mərkəzində dayanan türkləri nə üçünsə “yaddan 

çıxarır”: “Təhlil göstərir ki, əslində bu ərəb elmində  ərəblik heç nə yox 

imiş. Onun mahiyyəti xalis yunan mənşəlidir. onu yaradanların arasında 

bir nəfər də olsun xalis semit olmamışdır: onlar ərəbcə yazmış ispanlar və 

farslar idi”.

2

4

 Burada irqçilik meyli ilə yanaşı, elm tarixinə nabələdlik də 



özünü açıq-aşkar göstərir.  Əvvəla, o dövrdə islam elminin ən böyük 

nümayəndələri ispan və ya fars yox, türk mənşəli idilər. Belə ki, 

astronomiya, təbabət, riyaziyyat və  təbiətşünaslığın yenidən dirçəldilməsi 

və yeni keyfiyyətli mərhələyə qaldırılması Fərabi, Biruni, İbn Sina, Ömər 

Xəyyam, Uluqbəy, Nəsirəddin Tusi kimi böyük türk mütəfəkkirlərin adı ilə 

bağlı deyildimi? Digər tərəfdən, elm tarixçilərinin artıq çoxdan isbat etdiyi 

bir faktı: Rocer Bekonun (1214-1294) “Opus majus” əsərinin  İbn 

                                                 

1

 Yenə orada, s. 54. 



2

 Yenə orada, s. 58. 

3

 Э.  Ренан.  Участие  семитических  народов  в  истории  цивилизации //Собрание 



сочинений Эрнеста Ренана в двенадцати томах. Т. 5, Киев, 1904, c. 112. 

4

 Yenə orada 



Elm və elmşünaslıq 

 

 

 

235



 

Heysəmin (965-1039) “Optika”sından köçürmə olduğu faktını

2

1

  nəzərə 



alsaq, E.Renanın aşağıdakı fikrinin nə  dərəcədə gülünc göründüyü üzə 

çıxar: “Rocer Bekonun bircə  səhifəsi bütün bu ikinci əldən gələn elmə 

nisbətən daha həqiqi elmi ruha malikdir”.

2

2



 

İslam aləmində  əldə olunmuş elmi nailiyyətlərə biz özümüz vax-

tında sahib çıxa bilmədiyimizə görə, qərblilər onların çoxunu mənimsəmiş, 

öz adı ilə elm tarixinə daxil etmişlər. Belə faktlar çoxdur. Məsələn, iqtisadi 

tarixin, sosiologiyanın, tarix fəlsəfəsinin, sivilizasiya (umran) təliminin ya-

radılması Avropada müxtəlif  şəxslərin, müvafiq olaraq, Jan Batist Viko, 

Monteskyö, O.Kont, K.Marks, A.Toynbi və s.-in adı ilə bağlandığı halda, 

bütün bu elm sahələrinin əsası hələ XIV əsrdə İbn Xəldun tərəfindən qo-

yulmuşdur. Yaxşı ki, bəzi obyektiv Qərb tədqiqatçıları özləri də bunu eti-

raf edirlər. Con Bernal yazır: “İbn Xəldun, Viko və Marksı qabaqlayaraq, 

özünün tarix üzrə traktatını iqtisadi cəhətdən təyin olunan ictimai inkişaf 

haqqında müqəddimə ilə başlamışdır”.

2

3

 Yaxud “qan dövranının XVI əsrdə 



Michael Servitus tərəfindən tapıldığı zənn edilsə də, ondan 300 il əvvəl bu 

hadisəni müsəlman-türk alimi İbn Nəfis (1208-1288) müəyyənləşdirmiş və 

ürəyin bütün hissələrini və fəaliyyətini öz əsərində təsvir etmişdir”, yaxud 

“anesteziya 1850-ci ildə Junken tərəfindən tapılıb deyilsə  də, tarixdən 

məlumdur ki, Sabit ibn Kurra (835-902) hələ o vaxt Harran Universitetində 

bu sahədə təcrübələr aparmış və ciddi nəticələr əldə etmişdir.

2

4

 



Daha bir misal: kimya tarixçiləri qızıl və gümüşün emalının dəqiq 

təsvirini iki şəxsin (İbn Həyyan və Böyük Albertin) adı ilə bağlayırlar.

2

5

 



VIII  əsrdə yaşamış Cabir ibn Həyyan və XIII əsrdə yaşamış Böyük 

Albertin bərabərləşdirilməsi və aralarındakı böyük zaman fərqinə  məhəl 

qoyulmaması da bu qəbildən olan faktlardandır. 

Qərbin elm və  fəlsəfə tarixçiləri  ərəb ölkələrində elm və maarifin 

inkişafını IX əsrdə xəlifə Məmunun dövründə qədim yunan əlyazmalarının 

tərcümə olunması ilə əlaqələndirirlər. Yəni burada islam dininin yaranması 

və insanları elmə  dəvət etməsi yox, antik elmi mənbələrə açılan pəncərə 

                                                 

1

 Bax, məs.: Abdüs-Salam. İdealler və gerçekler, İstanbul, Yeni Asya Yayınları, 1991 // 



Elm adamları elm haqqında, s. 29; М.Льоцци. История физики. М., Мир, 1970, с. 33. 

2

 Б.А.Розенфельд,  М.М.  Рожанская,  З.К.Соколовская.  Абу-р-Райхан  Бируни.  М., 



Наука, 1973, с. 112. 

3

 Дж.Бернал. Наука в истории общества, с. 544. 



4

 www.maranki.com/48_Detoks-Neden-Bu-Kadar-Onemli-.html 

5

 Ф.Сабадвари, А. Робинсон. История аналитической химии, М., «Мир», 1984, с. 24. 



Elm haqqında elm 

 

 



 

236


önə çəkilir. Halbuki, artıq VIII əsrdə islam dünyasında bir sıra elm sahələri 

üzrə böyük uğurlar  əldə edilmişdi. Kimya sahəsində mühüm tədqiqatlar 

aparmış İmam Cəfər Sadiqin tələbəsi Cabir ibn Həyyan (721-808) fizika, 

kimya,  əczaçılıq sahələrində böyük uğurlar  əldə etmiş  və  əslində müasir 

kimyanın əsasını qoymuşdur.

2

1



  

Müasir elmdə “atomla əlaqəli ilk tədqiqatların ingilis fiziki Con Dal-

ton (1766-1844) tərəfindən aparıldığı, uran nüvəsinin parçalanması fikrinin 

isə alman kimyaçısı 

1

Otto Hahn (1879-1968) tərəfindən irəli sürüldüyü fikri 



yayılmışdır. Halbuki onlardan 1000 il öncə yaşamış Cabir ibn Həyyan 

maddələrin atom quruluşunu göstərən dəlillər gətirərək, müəyyən kütləli 

maddələrin ancaq müəyyən kütlələrlə reaksiyaya girdiyini söyləmişdir. O, 

atom haqqında ancaq neçə əsrlər sonra başa düşüləcək bu sözləri söyləmiş-

dir: “Maddənin ən kiçik parçası olan "əl-cüz'ü lə yətəcəzzə"də (bölünmə-

yən hissədə – atom)  böyük  bir enerji vardır. Yunan alimlərinin söylədiyi 

kimi, bunun parçalanamamasını demək olmaz. Atom parçalana bilər. Par-

çalananda da elə böyük bir güç yaranır ki, bir anda Bağdadın altını üstünə 

çevirə bilər. Bu, Allah Təalanın qüdrət nişanıdır.”

2

2



  

Amma orta əsrlərdə islam alimlərinin dünya elminə verdikləri töhfə-

nin necə böyük olduğu və bütövlükdə müasir mənada elmin formalaşma-

sında təməl rolunu oynadığı bəzi Qərb tədqiqatçılarının öz fikirlərində da-

ha arqumentli şəkildə əksini tapmışdır. Fransız elm tarixçiləri A.Daan-Dal-

mediko və J.Peyffer yazırlar: “Uzun bir müddət ərzində Qərbdə elmin inki-

şaf tarixinə təhrif olunmuş bir münasibət bəslənmişdir; guya yunan möcü-

zəsindən sonra davam edən 10 əsrlik nadanlıq və ellin fikrinin nəzəri uğur-

larının unudulması dövrü birdən-birə  İntibahla  əvəz olunmuş  və o da 

müasir elmin yaranmasına gətirmişdir.”

2

3

 Müəlliflər bu fikri tənqid edərək 



göstərirlər ki, əslində burada düz olan Qərbdə  həqiqətən nadanlıq dövrü-

nün yaşanmasıdır; bu vaxt Fransada hələ də barmaqla sayırdılar. Amma XI 

əsrdən başlayaraq avropalılar Siciliya və İspaniyada bərqərar olan ərəb mə-

dəniyətini və elmini tədricən mənimsəmiş  və onların yenidən dirçəlmə-

                                                 

1

 İ. al-Faruqi and L.Lamya al-Faruqi. The Cultural Atlas of Islam, New York, 1986, p. 



328. 

2

 Ebu Musa Cabir ibn Hayyan // http://tr.wikipedia.org/wiki/Ebu_Musa_C% C3% 



A2bir_bin_Hayyan 

3

 A.Даан-Дальмедико,  Ж.Пейффер.  Пути  и  лабиринты.  Очерки  по  истории 



математики. М., «Мир», 1986, c. 30. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin