Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə25/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

R.Karnap  

 

Tətbiqi elmlərə üstünlük verilməsi və ya elmin məqsədinin onun tət-

biqi əhəmiyyəti ilə məhdudlaşdırılması, həqiqətin də məhz tətbiq və fayda 

ilə müəyyənləşdirilməsi – bir dünyagörüşü və fəlsəfi təlim kimi öz fəlsəfi-

konseptual təməlini praqmatizmdə tapır.  Praqmatizm bir fəlsəfi cərəyan 

kimi XIX-XX əsrlərdə formalaşsa da, onun ideya əsasları xeyli qədimlərə 

gedir. Məsələn, Kant fəlsəfə (və  əslində  həm də bütün elmlər) haqqında 

belə deyir: “Fəlsəfədən nə fayda var, əgər o, insanları həqiqi xeyir əldə et-

mək üçün təlim vasitələrinə yönəltmirsə?”

5

1



 Yaxud hələ XII əsrdə Bürha-

nəddin Zərnuci yazırdı: “Bütün elmləri yox, ancaq şəraitin tələb etdiyi 

elmləri öyrənmək lazımdır”.

5

2



 Uyğun yanaşmalara Fərabidə, İbn Sinada və 

Nəsirəddin Tusidə – əksər orta əsr islam mütəfəkkirlərində də rast gəlmək 

mümkündür.  

Lakin antik fəlsəfədə elmin missiyası xeyli dərəcədə  fərqli qəbul 

edilirdi. Məqsəd fayda ola bilməzdi. Spekulyativ düşüncəyə üstünlük veri-

lirdi. Bax, antik elmlə orta əsr islam elmi arasında mühüm fərqlərdən biri 

məhz elmin tətbiqi funksiyasına münasibətdə ortaya çıxır. Qərbdə bu funk-

siya XVII əsrdən başlayaraq önə keçir və böyük inqilabi çevriliş kimi də-

yərləndirilir. Halbuki bu “çevriliş”  İslam  Şərqində çoxdan həyata keçiril-

                                                 

1

 И.Кант. Трактаты и письма. М., 1980, с. 12. 



2

 Б.Зарнуджи. Наставление учащемуся на пути обучения // Антология педагоги-

ческой мысли Узбекской ССР. М., Педагогика, 1986, с. 95  


Elm haqqında elm 

 

 



 

348


mişdi. Bu başqa məsələ ki, islam dünyası bu yeni metodoloji başlanğıcdan 

yetərincə faydalan bilmədi, daha doğrusu, elmin bu möhtəşəm yürüşü cəmi 

bir  əsr davam elədi. Lakin təcrübənin elmdə möhkəmlənməsi, yeni elmi 

paradiqmaya keçid, İbn Heysəm,  İbn Sina və Biruni kimi alimlərin 

eksperimentə böyük yer ayırmaları və elmlə praktika arasında ilk körpünün 

atılması dünya elminin inkişafında qızıl səhifə hesab olunmalıdır. Təəssüf 

ki, bu tarixi mərhələ çox vaxt unudulur və eksperimental elmin guya 

Qalileydən başlanması haqqında avropasentrist təlimlər baş alıb gedir. 

Halbuki, artıq çoxdan müəyyən edilmişdir ki, eksperimentlər; müvafiq 

texniki qurğuların yaradılması və tətbiqi orta əsrlərdə islam dünyasının bir 

sıra təbiətşünas alimlərinin adı ilə bağlıdır. Hətta Qalileyin ixtirası sayılan 

teleskop da hələ VIII əsrdə ərəb alimi İbrahim əl-Fəzari tərəfindən düzəl-

dilmiş və astronomik müşahidələr üçün istifadə olunurdu.

5

1



 İslam alimləri 

hələ o dövrdə Yerin kürə  şəklində olduğunu qəbul etmiş  və bununla 

kifayətlənməyərək, onun ölçülərini də müəyyənləşdirmək istiqamətində 

böyük işlər görmüşlər. Biruninin “Məsud qanunları” kitabı riyaziyyat və 

astronomiyaya dair bütün əvvəlki bilikləri, o cümlədən, Evklidin “Əsaslar” 

və Ptolemeyin “Almagest” əsərlərini ehtiva etməklə bərabər, bir çox yeni-

liklər də əhatə edirdi. O, dünyada ilk qlobusun və kürə şəklində xəritənin 

müəllifi olmaqla bərabər, Yerin radiusunu böyük dəqiqliklə hesablamış, 

bir sıra ulduz və planetlərlə yanaşı, Ayın da hərəkət qanunauyğunluğunu 

müəyyənləşdirmiş, mövcud təqvimləri dəqiqləşdirmişdi.

5

2

    



Əbdüs-Səlamın yazdığına görə, orta əsr islam alimlərinin elmə gətir-

diyi yeni ruh, təəssüf ki, çox az yaşadığından sonrakı əsrlərə ötürülə bilmə-

mişdir. “Buna görə də, elm metodologiyasında köklü və daimi bir dəyişik-

lik gətirilməmişdir. Biruninin və  İbn Heysəmin işlərindən təqribən yüz il 

sonra  İslamda elmlərin quruluşu və  təşkili bir durğunluq dövrünə gir-

mişdir. İnsanlıq, təzədən eyni müşahidəyə və təcrübəyə üstünlük verildiyi 

həddə çatmaq üçün təqribən daha 500 il – Tiho Brahe, Qaliley və müasirlə-

rini gözləməli olmuşdur”.

5

3

 Əbdüs-Səlam islam dünyasında başlanmış yeni 



elmi paradiqmanın ictimai müstəvidə genişlənərək dönməz proses halına 

düşə bilməməsinin, nəticədə elmin geriləməsinin səbəbini təkcə monqol 

                                                 

1

 İslam’da bilim ve teknoloji tarihi. Tert. Dr. M.Bayrakdar. Ankara, TDV yayınları, 



1989, s. 85.  

2

 И.А.Климишин. Открытие Вселенной. М., Наука, 1987, с. 83-84. 



3

 Abdüs-Salam. İdealler və gerçekler // Elm adamları elm haqqında, s. 31. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

349



 

istilası ilə deyil, həm də o dövrdə geniş yayılmış olan təsəvvüfün elmə zidd 

təriqətlərə parçalanması ilə izah edir. Nəticədə “İslam millətləri topluluğu 

Yer kürəsindəki mədəniyyətlər arasında elmin ən zəif məkanına çevrildi”.

5

1

  



XI  əsr islam düşüncəsində  əldə olunmuş intibah, yeni ruh və yeni 

düşüncə metodologiyası insan idrakının ancaq maddi praktika sahəsində 

deyil, həm də hissi-mənəvi, subyektiv praktika sahəsində  fəallığını  əks 

etdirirdi.  

Qərb düşüncəsi həqiqət, idrak və subyektiv-mənəvi yaşantı arasında 

dialektik münasibətin araşdırılmasına heç XVII əsrdə, Qaliley-Nyüton 

dövründə də gəlib çıxmamışdı. Bu mövzu Qərbdə ancaq XX əsrdə aktual-

laşmışdır. Postmodernist M.Fuko yazır: “Həqiqət subyekti işıqlandırır, ona 

ruhi-mənəvi rahatlıq gətirir. Bir sözlə, həqiqətin özündə, onun dərkində 

subyektin özünü reallaşdırmasına imkan verən, onun varlığının özünü real-

laşdıran nəsə bir şey vardır”.

5

2



 Daha sonra M. Fuko idrak prosesində ruhi-

mənəvi təcrübənin rolunu konkretləşdirməyə, mənəvi-psixoloji hal ilə elmi 

idrak arasında münasibəti izah etməyə çalışır.

5

3



  Bəli, Qərb öz düşüncə 

tərzindəki boşluqları doldurmaq əzmində olduğunu göstərir. Bu boşluqları 

isə  hələ o vaxt Karl Marks belə açıb-göstərirdi: “Bütün bundan əvvəlki 

materializmin – Feyerbax materializminin də – başlıca nöqsanı ondan iba-

rətdir ki, predmet, gerçəklik, hissiyyat yalnız obyekt formasında və ya seyr 

formasında götürülərək, insanın hissi fəaliyyəti, təcrübəsi kimi götürülmür. 

Subyektiv  şəkildə götürülmür. Buna görə  də belə olmuşdur ki, fəaliyyət 

cəhəti materializmin əksinə olaraq, idealizm tərəfindən, həm də ancaq ab-

strakt şəkildə inkişaf etdirilmişdi...”

5

4



 

Bəli, Avropa fəlsəfəsində, həm də  nəinki təkcə materialist fəlsəfi 

fikirdə, bütövlükdə  Qərb düşüncə  tərzində subyektiv təcrübənin, hissi-

mənəvi yaşantıların idrakla paralel araşdırılmasının çatışmazlığı özünü 

aydın şəkildə göstərir. XX əsrin axırlarında M.Fukonun bu mövzuya yeni-

dən müraciət etməsi də təsadüfi deyil. Bəs islam fəlsəfəsinin və elmi dü-

şüncəsinin “qızıl dövründə” bu problemə münasibət öz əksini necə tapmış-

dı?  İbn Sina idrak prosesinin öz subyektiv təsirlərindən qavrayış zamanı 

                                                 

1

 Yenə orada, s. 32. 



2

 М.Фуко. Герменевтика субъекта // Социо-логос: М., «Прогресс», 1991, с. 287. 

3

 Yenə orada, s. 287-288.  



4

 K.Marks. Feyerbax haqqında tezislər // K.Marks və F.Engels. Seçilmiş  əsərləri üç 

cilddə, cild 1. B., Azərnəşr, 1978, s. 1. 


Elm haqqında elm 

 

 



 

350


həzz almaq və iztirab çəkmək variantlarını müqayisə edərək yazır: “İlk ön-

cə həzz və iztirabın nə olduğunu müəyyən etməliyik. Biz deyirik ki, qavra-

ma olmayan yerdə nə həzz var, nə də ki, iztirab. Deməli, ilk öncə qavrayış 

olmalıdır ki, o da bizdə iki növdə mövcuddur: birincisi hiss kimi kənardan 

gəlirsə, ikincisi təxəyyül və zəka kimi daxildən gəlir. Onların da hər biri üç 

cür olur: birincisi, qavrayışın gücünə müvafiq olan şeyin qavranılması, 

ikincisi, ona müvafiq olmayan, zərərli olan bir şeyin qavranılması, üçüncü-

sü, onlardan heç birinə uyğun gəlməyən orta qavrayış. Deməli, həzz mü-

vafiq olanın qavranılması, iztirab isə – müvafiq olmayanın qavranılması-

dır. Bunlardan heç birinə aid olmayan şey isə  nə  həzz, nə  də ki, iztirab-

dır”.

5

1



  

Həmin dövrdə islam alimlərinin düşüncə  tərzini geniş spektrdə  nə-

zərdən keçirdikdən sonra nəinki Yeni Dövr Avropa düşüncəsinin, heç 

postmodernizmin bir sıra müddəalarının da tam orijinal olmadığı  aşkara 

çıxır.    

Yeni Dövr düşüncəsinin, müasir elmi təfəkkürün əsası bəzi mənbə-

lərə görə Dekart, digər mənbələrə görə Qaliley tərəfindən qoyulmuşdur. 

Q.Qalileyin  ən böyük kəşflərindən biri, cisimlərin hərəkəti zamanı 

ətalətin rolunu müəyyənləşdirmək olmuşdur. Belə ki, Aristotel təlimində 

təcil anlayışı olmamış, belə hesab edilmişdir ki, cismə təsir edən qüvvə nə 

qədər böyük olarsa, onun sürəti də o qədər çox olar. Digər tərəfdən, guya 

ağır cisimlər, yüngül cisimlərə nisbətən daha böyük sürətlə düşməlidir.  

Yeni Dövrün təbii-elmi və fəlsəfi təlimləri ətalət (inersiya) və təcil 

anlayışlarının daxil edilməsi ilə tamamilə  fərqli bir müstəviyə keçmişdir. 

Elm tarixində bu inqilabi yenilik Q.Qalileyin adı ilə bağlanır. Halbuki, hələ 

Qalileyə qədər (ondan altı əsr əvvəl) İbn Sina Aristotelin məkan-zaman və 

hərəkət haqqındakı təsəvvürlərini təkmilləşdirmiş, qüsurları aradan qaldır-

mış  və inersiya (ətalət) prinsipini irəli sürmüşdür.

5

2

 Lakin Qərbin elmi və 



fəlsəfi fikir tarixində bu məqam hələ  də yetərincə  işıqlandırılmır. Elmdə 

inqilablar edən, paradiqmaları dəyişən böyük alimlər Qaliley və Nyutonun 

xidmətləri göstərilərkən onlar Aristotel tərəfindən əsası qoyulmuş düşüncə 

tərzinin məhz XVII-XVIII əsrlərdə  dəyişdiyini iddia edirlər. Məsələn, 

çağdaş elm fəlsəfəsinin və elm tarixinin böyük nümayəndəsi T.Kun özü-

                                                 

1

 Ибн  Сина.  Избранные  философские  произведения.  М.,  Издательство  «Наука», 



1980, c.154. 

2

 Абу Али Ибн Сина. Избранные произведения. Том 1, Душанбе, 1980, с. 33.  



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

351



 

nün məşhur «Elmi inqilabların strukturu» əsərində yazır ki, elm ancaq 

Nyutonun dünyaya gəlməsi  ərəfəsində aristotelçi və sxolastik izahlardan 

azad ola bilmişdi və ancaq bu zaman daşın düşməsinin səbəbini onun «tə-

biəti» ilə izah edən mövqe şübhə altına alınmışdı. 

5

1



 Halbuki, bu məsələlər 

orta əsr İslam  şərqində artıq çoxdan izahını tapmışdı. Belə ki, kənar təsir 

və cazibə qüvvəsi haqqında fikirlər nəinki Fərabinin, Biruninin, İbn Sina-

nın elmi əsərlərində, hətta poeziyada da öz əksini tapmışdı. İbn Sina hərə-

kətin mənbəyinin təkcə cismin öz təbiətində yox, başqa cisimlərin təsirində 

axtarılmasını da zəruri hesab edirdi.

5

2

  



Düzdür, poeziyada «cazibə» ideyası eşq metaforası ilə verilir, amma 

əsas məsələ hərəkətin səbəbinin başqa cisimlə münasibətdə axtarılmasıdır. 

Nizami bu ideyanı o dərəcədə ümumiləşdirir ki, təkcə göy cisimlərinin 

cazibəsindən yox, elektriklənmə sayəsində cazibədən də yazır. Məsələn, 

«Xosrov və Şirin» əsərində oxuyuruq: 

 

Kəhrəbanın eşqə düşməsə canı,  



Elə cəzb etməzdi quru samanı.

5

3



  

 

Təəssüf ki, Qərbin elm tarixində elektrik cazibəsi haqqında ilk bilik-



lər də XVI əsrdə yaşamış ingilis alimi Gilbertin adı ilə bağlanır və bunu bi-

zimkilər də  təsdiq edir. «Gilbert … kəhrəba tipli cisimlərin sürtünmədən 

sonra yüngül əşyaları cəzb etməsini aşkara çıxarmış və bu xassəni elektrik 

xassəsi adlandırmışdır».

5

4

 Görünür, Nizamini və  İbn Sinanı oxusaydılar, 



belə yazmazdılar.   

Rene Dekart Qərb tədqiqatçılarının böyük əksəriyyətinin fikrinə gö-

rə, Yeni Dövrün ideya təməlçilərindən biri və hətta birincisidir. R.Dekartın 

əsərlərinin rusca nəşrinə ön söz yazan V.V.Sokolov onun yaradıcılığını 

fəlsəfə tarixində  ən böyük zirvələrdən biri, misilsiz nailiyyət adlandırır.

5

5



 

Lakin Dekart fəlsəfə tarixində belə yüksək bir mövqe tutmaq üçün nə kimi 

yeni ideyalar irəli sürmüşdür? Fəlsəfənin sonrakı inkişafında onun oynadı-

ğı rol həqiqətən böyükdür. Amma, Yeni Dövr fəlsəfəsinə  təkan verən bu 

                                                 

1

 Т.Кун. Структура научных революций. М., «Прогресс», 1975, с. 137. 



2

 Абу Али Ибн Сина. Избранные произведения. Том 1, с. 33.  

3

 Nizami Gəncəvi. Xosrov və Şirin. B., «Çaşıoğlu», 2004, s. 37. 



4

 Azərbaycan Sovet Ensiklopediyası. 6-cı cild. B., 1982, s. 92. 

5

 В.В.Соколов. Философия духа и материи Рене Декарта. // Декарт. Сочинения в 2-



х томах, том 1, М., «Мысль», 1989, с.3.  

Elm haqqında elm 

 

 



 

352


ideyalar nə  dərəcədə orijinaldır və  nə  dərəcədə  məhz R.Dekarta məx-

susdur?  

Avropada rasionalist fikrin sonrakı inkişaf yoluna həqiqətən də 

R.Dekartın qaldırdığı  məşəl işıq salmışdır. Lakin bu məşəl özü haradan 

işıq almışdır? Təəssüf ki, bu məşəlin öz işıq mənbəyi hələ indi-indi 

öyrənilir. 

Yeni fəlsəfənin banisi sayılsa da, Dekart hələ «ixtisaslaşmış» filosof 

olmayıb,  ənənəvi olaraq ensiklopedist mütəfəkkirlər sırasında idi. O, 

riyaziyyatda da, fizikanın bəzi sahələrində və ilk növbədə optika sahəsində 

də bir sıra kəşflərin müəllifi sayılır. İşığın təbiəti, yayılması və başlıca xas-

sələri ilə bağlı bir sıra tədqiqatlar aparmaqla yanaşı, Dekart Şərq fəlsəfi 

ənənələrinə, xüsusən  İşraqiliyə uyğun olaraq nur-işıq paralellərindən də 

istifadə edir və  əqli prosesləri, maariflənməni nurlanma kontekstində 

təqdim etməyə çalışır. Bu baxımdan, Dekartın İbn Sina və Ş.Y.Sührəvərdi 

ilə müqayisəsi çox maraqlıdır.  

Lakin öncə daha aydın və çox simvolik olan bir faktdan başlamaq 

istərdik. Məlum olduğu kimi, Rene Dekart orta məktəb dərsliklərindən 

bizə Dekart koordinat sisteminin yaradıcısı kimi tanışdır. Amma bu 

sistemin neçə əsr öncə İbn Sina tərəfindən irəli sürüldüyü çoxlarına məlum 

deyil. Məlumatı olanlar isə görünür, bu barədə susmağa üstünlük verirlər. 

Fakt isə bundan ibarətdir ki, İbn Sinanın «Metafizika» əsərində «Cisim» 

adlanan substansiyanın vəziyyətinin izahı» adlı kiçik bir paraqraf vardır və 

burada yazılır: «Cisim elə bir substansiyadır ki, onun uzunluğunu və onun-

la xaç təşkil edən istiqamətdə ikinci uzunluğunu göstərmək mümkün olsun 

(burada İbn Sina bir-birinə perpendikulyar olmaqla kəsişən xətlərin şəklini 

təqdim edir – S.X.). Kəsişən xətlər arasındakı bucaq düz bucaqdır».

5

1

 



Göründüyü kimi, söhbət müstəvi üzərində perpendikulyar xətlərdən və ya 

ikiölçülü koordinat sistemindən gedir. Daha sonra İbn Sina üçüncü ölçünü 

də daxil edir və bu məqsədlə bir nöqtədə kəsişən üç bir-birinə perpendikul-

yar xətdən istifadə edir. «Uzunluq, en və dərinlik» adlandırdığı bu üç ölçü-

nün olmasını cisim üçün zəruri şərt hesab edir.

5

2



  

Bu iqtibaslardan sonra «koordinat sistemi»nin ilk dəfə kim tərəfin-

dən daxil edildiyi açıq-aydın məlum olur. Lakin Qərbin elm və fəlsəfə ta-

                                                 

1

 Ибн Сина. Избранные философские произведения, с. 107.  



2

 Yenə orada, s. 108. 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 

 

 

 

353



 

rixçiləri təkcə koordinat sisteminin yox, ümumiyyətlə, cismin sürəkliliyi-

nin (yəni məkan ölçülərinə malik olmasının) cisim üçün əsas şərt kimi gös-

tərilməsini də Dekartın adına yazırlar. Guya onaqədərki fəlsəfələrdə ideya 

ilə, əqllə cisim arasında fərqləndirmənin dəqiq meyarı göstərilmirmiş. Hal-

buki,  İbn Sina və Sührəvərdinin kitablarında bu şərt dəfələrlə qeyd 

edilmişdir.  

R.Dekartın Allah ideyasına müraciətləri və O-nu rasional yolla izah 

etmək cəhdləri də bir növ təkrar kimi görünür. Məsələn, R.Dekart Allahı 

«ağılın təbii gücü ilə» izah edərək yazır ki, o, əbədidir, qüdrətlidir, bütün 

həqiqətlərin və  ədalətin mənbəyidir, nəhayət, onda sonsuz kamillik cəm-

lənmişdir.

5

1

 Yaxud: «Allah eyni zamanda, vahid aktın tərkib hissələri kimi 



– bilir, istəyir və həyata keçirir».

5

2



 Bu deyilənlər açıq-aşkar İslam fəlsəfəsi 

ilə, hətta kəlamla səsləşir. Həmin mövqeyə peripatetiklərin əsərlərində tez-

tez rast gəlmək mümkündür. Məsələn,  Əl-Fərabidə oxuyuruq: «Birinci – 

qüdrətli, müdrik, bütün əməllərində kamildir».

5

3

 İnsanlar isə tam kamil ola 



bilməzlər, belə ki, kamillik ancaq Vahidə xasdır. «Harada ki, çoxluq var, 

orada naqislik var».

5

4

  



R.Dekartın işığın təbiəti ilə əlaqədar təbii-elmi araşdırmaları və ara-

sıra kontekstə heç dəxli olmadan zehni nurlanma prosesi ilə  əlaqədar 

fikirlər söyləməsi də çox təəccüblü görünür. Fiziki görmə  və nurlanmış 

məkan, «zehin gözü» fərqli hadisələrdir və bunlar arasında münasibət ilk 

dəfə olaraq Qurani-Kərimdə diqqətə  çəkilir: «Kor ilə görən eyni olmaz, 

zülmətlə nur da eyni deyildir».

5

5

  



Bu fikir oxşarlıqlarının səbəbi kimi İbn Sinanın Dekarta böyük təsir 

göstərdiyi bildirilir. Məsələn, F.Furlani Dekartın  o cogito prinsipi ilə  İbn 

Sinanın «buxarlanan insan» konsepsiyası arasında ciddi əlaqə olduğunu 

iddia edir.

5

6

 Belə ki, insanın öz varlığını bədəninin deyil, nəfsi və ya əqlinin 



varlığı ilə  dərk etməsi haqqında mülahizələr Dekartdan öncə  İbn Sinanın 

və  Ş.Y.Sührəvərdinin  əsərlərində öz əksini tapmışdır. Dekart və Sührə-

                                                 

1

 Р.Декарт. Сочинения в 2-х томах, том 1, с. 322-323.  



2

 Yenə orada, s. 323.  

3

 Аль-Фараби. Естественно-научные трактаты, с. 286.  



4

 Yenə orada, s. 287. 

5

 Qurani-Kərim. Fatir surəsi, 19-20-ci ayələr//ərəb dilindən tərcümə edənlər: 



Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı, «Çıraq», 2004, s. 454. 

6

 F. Furlani. Avicenna e il “cogito ergo sum” di Cartesio. – Islamica, III., 1927, c. 53-



72. // Сравнительная философия. М., 2000, с. 229.  

Elm haqqında elm 

 

 



 

354


vərdinin müqayisəli təhlilini bu sətirlərin müəllifi aparmış  və onların 

fikirlərində böyük uyğunluqlar aşkar etmişdir.

5

1

 M.M.Şərif isə Dekartı əl-



Qəzali ilə müqayisə etmiş və bir sıra uyğunluqlar tapmışdır. Amma Dekar-

tın  əl-Qəzalinin  əsərlərindən həqiqətən istifadə etməsi haqqında fikir ilk 

dəfə 1976-cı ildə  Əlcəzairdə müsəlman fəlsəfi fikrinə dair 10-cu kon-

fransda səslənmişdir; məlumat verilmişdir ki, Fransa milli kitabxanasının 

Dekart fondunda əl-Qəzalinin latın dilinə çevrilmiş kitabı tapılmışdır və 

burada Dekartın öz dəst-xətti ilə qeydləri olduğu aşkar edilmişdir. 

5

2

  



Bütün bunlara baxmayaraq, Qərb ideoloqları İslam dünyasının elmin 

və ümumiyyətlə sivilizasiyanın inkişafındakı rolunu kiçiltməkdə  və  hətta 

danmaqda israrlıdırlar. Bu məqsədyönlü proses artıq neçə əsrdir ki, davam 

etməkdədir. Akademik V.Məmmədəliyev özünün “Quran və elm” kitabın-

da E.Renanın 29 mart 1883-cü ildə Sorbonnada “İslam və elm” mövzusun-

da oxuduğu mühazirədə islamı haqsız yerə günahlandırdığını bildirir.

5

3

 



Doğurdan da, Renan bu  mühazirəsində subyektiv mülahizələr söyləməklə 

yanaşı, açıq-aşkar irqçi mövqedən çıxış etmişdir; ərəblərin və ümumiyyətlə 

semitlərin intellektual qabiliyyətini  şübhə altına almaqla yanaşı, həm də 

islam dininin elmlə bir araya sığmadığını “sübut etməyə” çalışır. Bunun 

üçün o, müasir dövrdə islam dünyasının vəziyyətinə istinad edir: “Dünya-

nın indiki vəziyyətiylə az-çox tanış olan hər kəs müsəlman ölkələrin geri-

dəqalmışlığını, islamın idarə etdiyi dövlətlərin tənəzzülünü, mədəniyyət və 

tərbiyəsini yalnız müsəlman dinindən qidalanan irqlərin əqli cılızlığını ay-

dınca görməkdədir. Şərq və ya Afrikada olmuş hər kəs həqiqi dindarların 

faciəvi bəsitliyinə heyrət etməyə bilməz – sanki bunların kəllələrini dəmir 

halqayla sıxıb elə bağlamışlar ki, elmdən bir şey öyrənməyə, hansısa bir 

yeni ideyanı qavramağa imkan olmasın”.

5

4

 Lakin tezcə indiki dövrdən 



keçmişə və gələcəyə ekstrapolyasiya edərək bu vəziyyəti islamın təsiri ilə 

izah etməyə çalışır: “Öncələr olduqca iti ağıl nümayiş edən bir müsəlman 

                                                 

1

 Bax,  məs.:  S.Xəlilov.  İşraqilik və müasir fəlsəfi təlimlər. B., «Azərbaycan Uni-



versiteti», 2005, s. 33-38; S.Khalilov. Al-Suhrawardi’s Doctrine and Phenomenology. 

Islamic Philosophy and Occidental Phenomenology on the Perennial Issue of Microcosm 

and Macrocosm. Dordrecht, Springer, 2006, p. 271.  

2

 Е.А.Фролова. Декарт и некоторые аспекты концепций человека в средневековой 



арабской философии // Сравнительная философия. М., «Восточная литература», 2000, 

с. 231.  

3

 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri, 2002, s. 25. 



4

 E.Renan. İslam və elm //http://adyazar.az/qezet/engine/print.php?newsid 



 

Elm fəlsəfəsi və elmin metodologiyası 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin