Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 

 

 

 

 

 

ELM-TEXNİKA-İSTEHSAL:  

ƏLAQƏ VƏ VƏHDƏT 

 

 

 

 

 

 

İnsanın təbiətlə qarşılıqlı təsiri: seyr və praktika 



 

 

Texnika anlayışı 

 

Texnika və texniki tərəqqi

 

 

Elmi-texniki tərəqqi və elmi-texniki inqilab 



 

 

Elm və texnikanın nisbi müstəqillik şərtləri və 



əlaqə formaları 

 

 

Elmin idarə olunması



 

 

 

 



 

 

 

 

 

Elmi biliklərin əsasında əməli fəaliyyət dayanır.  

 

Qədim dövrün balladası 

 

 

 

Əməli fəaliyyətin əsasında elmi bilik dayanır.  

 

Yeni dövrün balladası 

 

 

 

 

  Elm–Texnika–İstehsal 

 

 

 

395



 

 

 



 

 

 



İnsanın təbiətlə qarşılıqlı təsiri:  

seyr və praktika 

 

 



Koqnitiv və praktiki biliklərin formalaşması  və qarşılıqlı  təsirlərini 

yalnız insanın yaranması və təbiətlə əks əlaqəsi kontekstində nəzərdən ke-

çirmək olar. Bu məqsədlə  homo sapiensin tarixi genezisinə  nəzər salaraq 

insanın, xüsusən də onun şüurunun və özünüdərk  prosesinin formalaşma-

sında seyrin və praktik fəaliyyətin rolunu təhlil etmək lazım gəlir. 

İnsan sadəcə təbiətin bir hissəsi olmadığından, təbiətlə insanın qar-

şılıqlı təsirlərindən yalnız insanın təbiət hadisələri çərçivəsindən kənara çı-

xaraq keyfiyyətcə yeni əlamətlər əldə etməsi kontekstində söhbət aparmaq 

mümkündür. 

İnsan yalnız şüura və yaradıcı başlanğıca malik olması sayəsində tə-

biətdən qismən ayrıla və ona qarşı dura bilmişdir. Onun təbiətə, bütövlük-

də maddiyyata qarşı durması mənəviliyin bir növ rəmzi kimi çıxış edir. Bu 

mənada onun təhlili mühüm fəlsəfi  əhəmiyyət kəsb edir. Bundan başqa, 

onların arasındakı qarşılıqlı təsirlərin strukturu və mexanizminin üzə çıxa-

rılması, insanın təbiətlə qarşılıqlı təsirlərində vasitə rolunu oynayan keçid 

mühitinin təhlili də çox vacib məsələlərdən biridir. 

Təəssüf ki, müasir fəlsəfi  ədəbiyyatda insanın təbiətlə qarşılıqlı  tə-

sirləri problemi əsasən cəmiyyətin təbiətlə qarşılıqlı təsirləri problemi kon-

tekstində araşdırılır. Problemin təhlilində çox vaxt ya vulqar antropolo-

gizm, ya da vulqar sosiologizm üstünlük təşkil edir. Fərdi insan fəaliyyəti-

nin bir çox aspektlərinin fəlsəfi təhlili aparılmamışdır (onlar əsasən psixo-

loji ədəbiyyatda öz əksini tapmışdır). 

Biz insanın ictimai münasibətlər kontekstində  təbiətlə qarşılıqlı  tə-

sirlərinin, habelə  fərdin idraki fəaliyyətinin başqa fərdlərin fəaliyyəti ilə, 

bütövlükdə hakim ictimai münasibətlərlə sıx bağlı olması fikri ilə mübahi-

sə etmirik. V.J.Kelle yazır: “Geniş fəlsəfi mənada elmi biliyin sosiallığı in-



Elm haqqında elm 

 

 



 

396


sanın gerçəkliyə idraki münasibətinin sosial vasitələnmiş olmasının nəti-

cəsidir. Elmi bilik yalnız cəmiyyətdə mövcud olub işləyir, inkişaf edir, icti-

mai mədəniyyətin bir elementini təşkil edir, onun tələbatını ödəyir. İnsanın 

dünyanı dərk etməsi mahiyyət etibarı ilə cəmiyyətin dünyanı dərk etməsi-

dir”

5

1



Bu və bütün sonrakı mülahizələrində V.J.Kelle diqqətini insanı əsa-

sən təbii varlıq kimi, onun mənəvi qabiliyyətlərini isə yalnız onun cismin 

varlığının xassələri kimi nəzərdən keçirən “metafiziki antropoloji materia-

lizm məntiqi olaraq bu qənaətə gəlirdilər ki, “idrakın subyekti yalnız mad-

di varlıq olan, onu təbiəti qavramağa və dərk etməyə qadir edən hisslərə və 

zəkaya malik fərddir”

5

2



Fəaliyyət əslində ictimai xarakter daşısa da, insanın sosial mahiyyəti 

heç də onun bioloji, təbii başlanğıca malik olmasını istisna etmir. Bundan 

başqa, burada bizi maraqlandıran insanda təbii olanla sosial olanın nisbə-

tindən daha çox mənəvi olanla təbii və sosial olanın nisbətidir. Bu, proble-

min ən az öyrənilmiş sahəsidir. 

Fərdi olanın sosial olanda “əridilməsi” nəticəsində  fərdlə  cəmiyyət 

arasındakı ziddiyyətləri xarakterizə edən bütöv bir sahə tədqiqatın predme-

tindən kənarda qalmış olur. Bundan başqa, cəmiyyətlə təbiət arasında qar-

şılıqlı təsirlərin qərarlaşması, fərdi olandan ictimai olana yüksəliş bütöv bir 

tarixi dövrü əhatə edir. Bunu nəzərə almadan idraki fəaliyyətlə dəyişdirici 

fəaliyyətin yaranması  və diferensiasiyası prosesinin tam mənzərəsini ya-

ratmaq mümkün deyil. (Çox vaxt biz cəmiyyətin insana münasibətdə nə isə 

kənar bir şey olduğunu unuduruq. Şüurlu varlıq kimi insan özünü tək təbi-

ətdən deyil, bütövlükdə maddiyyatdan, o cümlədən obyektiv mövcud olan 

ictimai münasibətlərdən ayırır). 

Eyni zamanda bu problemlə  məşğul olan tədqiqatçılar bir qayda 

olaraq insanın təbiətlə qarşılıqlı təsirlərinin nəticələrinin təhlilindən uzağa 

getmirlər. Halbuki, bir çox problemlərə, xüsusən də koqnitiv və praktiki 

biliklərin genezisi probleminə işıq salmaq üçün “insan-təbiət”, “cəmiyyət-

təbiət”, “insan-cəmiyyət-təbiət” sistemləri çərçivəsində qarşılıqlı təsirlərin 

strukturunu təhlil etmək lazım gəlir. Bu sistemləri təhlil edərkən onların 

qeyri-reflektiv olduqlarını və bu səbəbdən də əlavə parametrlərin meydana 

                                                 

1

 Келле В.Ж. Наука как компонент социальной системы. М., 1988. с.11. 



2

 Yenə orada. 



  Elm–Texnika–İstehsal 

 

 

 

397



 

gəldiyini nəzərə almaq lazımdır. N.N.Moiseyev yazır: “Bütün ictimai, is-

tehsal, sosial orqanizmlər qeyri-reflektiv orqanizmlərdir. “Bioloji” halqala-

rı olan hər bir texniki idarəetmə sistemi də qeyri-reflektiv sistemlər sırası-

na aiddir. Bu gün elm onların təhlili və layihələşdirmə üsullarını verməli-

dir”.


5

1

 N.N.Moiseyevin fikirlərinə görə, qeyri-reflektiv sistemlərin təhlilin-



də yalnız sosial deyil, həm də insanı biososial varlıq kimi xarakterizə edən 

bioloji parametrləri də  nəzərə almaq lazımdır. “İctimai sistemlərin fərd, 

qrup, sosial-iqtisadi təşkilatlar kimi ayrı-ayrı halqalarının öz məqsədlərinin 

olması faktının lazımınca qiymətləndirilməməsi planlaşdırma və idarəetmə 

sisteminin səmərəliliyini aşağı sala bilər. Bu məqsədlər (arzular, meyllər) 

obyektiv olmaqla cəmiyyətin bütün elementlərinə məxsusdır; onlar insanın 

təkamül və tərbiyə prosesində formalaşan xassələri ilə şərtlənir...”

5

2



 

İnsanın bioloji, təbii başlanğıcı ilə bilavasitə bağlı olan məhz bütün 

sosial münasibətlərin əsasında duran maddi tələbatdır. Buna görə də insan-

la təbiətin məqsədyönlü qarşılıqlı təsirləri prosesində insanın fərdi tələbat-

ları  və  təkamül etməkdə olan bioloji (psixi) imkanları üstünlük təşkil et-

mişdi. Cəmiyyətlə təbiətin qarşılıqlı təsirləri insanla təbiətin məqsədyönlü 

qarşılıqlı təsirlərinin qərarlaşmasında yalnız növbəti bir mərhələ olmuşdur. 

Bu prosesin insanın hələ subyekt kəsb etmədiyi ilk pilləsini isə insanın 

biopsixoloji xüsusiyyətlərini nəzərə almadan izah etmək mümkün deyil. 

Problemi daha ətraflı  təhlil etmək üçün bütövlükdə insanla təbiətin 

(sonralar isə cəmiyyətlə təbiətin) müəyyən zaman kəsiyində qarşılıqlı təsiri 

prosesini aşağıdakı iki prosesə ayrımaq lazımdır: təbiətin insana təsiri və 

insanın təbiətə təsiri. Təbiət hadisələrindən fərqli olaraq sosial hadisələrdə, 

o cümlədən insanın şüurlu bir fenomen kimi iştirakı ilə baş verən istənilən 

başqa bir prosesdə təsir və əks-təsir yalnız böyük zaman intervalı hüdudla-

rında determinasiya olunur, yəni oların bir-biri ilə qarşılıqlı əlaqələri təsi-

rin göstərildiyi anda üzə çıxmır. Buna görə də sosial proseslərdə hər bir tə-

rəfin hər bir zaman kəsiyində təsirini ayrıca araşdırmaq lazımdır. 

Nəzərdən keçirdiyimiz halda təbiətin insana təsiri duyğu orqanları 

vasitəsilə baş verir və müvafiq hissi obrazların yaranması ilə başa çatır. Öz 

növbəsində bu hissi obraz artıq fəaliyyətdə olan dinamik informasiya 

sisteminə qoşularaq idrak prosesinin tərkib hissəsinə çevrilir. Odur ki, əks 

                                                 

1

 Н.Н. Моисеев. Слово о научно-технической революции. М., 1985. с.81. 



2

 Yenə orada, s. 82-83. 



Elm haqqında elm 

 

 



 

398


əlaqə bütövlükdə insanın maddi aləminin durumu ilə, bu obrazın idrak 

prosesinin tendensiyaları ilə vasitələnir. 

Burada çox vacib bir məqama diqqət yetirmək lazımdır: inikasla, 

obyektiv gerçəkliyin insana təsir prosesinin istiqaməti ilə sonrakı idrak 

prosesinin istiqaməti bir-biri ilə üst-üstə düşmür. İnsanın təbiətə, bütövlük-

də obyektiv gerçəkliyə əks-təsiri yalnız müəyyən müddətdən sonra – insan 

artıq daha yüksək mənəvi, informasiya-idraki səviyyəyə çatdıqda – baş ve-

rir. Məsələyə bu cür yanaşdıqda daha bir məqamı nəzərə almaq lazım gəlir. 

Təfəkkürün, ali idrak fəaliyyətinin subyekti insandırsa, təbiətin insana təsi-

rinin, o cümlədən, informasiya təsirinin subyekti təbiətdir. Xarici mühitin 

verdiyi informasiya insanı onun iradəsindən asılı olmayaraq dəyişir, mənə-

viliyin yeni səviyyəsinə yüksəldir. Bu məqamda insan obyekt rolunda çıxış 

etmiş olur. Belə olduqda insanı subyekt kimi nəzərdən keçirən ənənəvi ya-

naşmaya dəyişikliklər gətirmək lazım gəlir. Bu, bir növ anlaşmazlığa səbəb 

ola bilir. Lakin məsələyə tarixi yanaşdıqda anlaşmazlıqlara  əsas qalmır. 

Bunun üçün insanın tarixəqədərki dövrünə qayıtmaq lazımdır. Hələ insanın 

yaradıcı,  şüurlu fəaliyyətin subyekti kimi çıxış etmədiyi dövrdə  də  təbiət 

ona təsir göstərirdi (duyğu orqanları vasitəsilə). İnikas materiyanın xassəsi 

olduğundan, ali heyvanlar eynilə insandakı kimi duyğu orqanlarına malik 

olduğundan inikasın ali formasını inikas prosesinin tarixi inkişafından 

ayırmaq düzgün olmazdı.  İnikasın bütün səviyyələrində  mərkəzi kom-

ponent (xarici təsirin  əks olunduğu predmet) obyekt rolunda çıxış edir. 

Subyekt rolunda isə təsirin mənbəyi, maddi mühit (bizim mövzu baxımın-

dan – təbiət, obyektiv gerçəklik) çıxış edir. İnikasın hər bir ali formasının, 

keyfiyyətcə daha inkişaf etmiş mərkəzin yaranmasının səbəbləri, bir tərəf-

dən, mühitin təsiri olmuşdusa, digər tərəfdən, əks təsir prosesində müxtəlif 

struktur səviyyələrinin getdikcə daha çox iştirak etməsi olmuşdur.  Əks 

təsirin nizamlanmış şəkildə vasitələnməsi inikasın ali səviyyəsinin əlaməti 

və  şərti kimi çıxış edir. Deməli, xarici amillərlə yanaşı, mərkəzi kompo-

nentin xarici mühitin, təbiətin təsiri altında açıqlanan daxili hərəkətverici 

qüvvələri də nəzərə alınmalıdır. Məsələyə bu cür yanaşdıqda təfəkkür in-

sanla təbiətin qarşılıqlı təsirləri kontekstində əks təsirin vasitələnmə siste-

mi kimi çıxış etmiş olur. Passiv inikasla təfəkkür vasitəsilə əks təsirin ak-

tivləşdirilməsi prosesinin nisbəti probleminin bu cür qoyuluşu hərtərəfli və 

dərin təhlil tələb edir ki, bu da tədqiqatımızın vəzifələrindən kənara çıxır. 

Bundan başqa, bu problem hələ ki, lazımi fəlsəfi təhlili aparılmayan başqa 



  Elm–Texnika–İstehsal 

 

 

 

399



 

səviyyələrdə  və başqa formalarda da təzahür edir. Bu kimi problemlərə 

kitablardan, başqa insanlardan və s. informasiyanın əldə edilməsini aid et-

mək olar. Burada informasiyanı qəbul edən insan təsirin obyekti kimi çıxş 

edir, subyekt rolunu isə müəllim, başqa alim, alimlər birliyi, kitab müəllif-

ləri oynayır. Hər bir halın incəliklərinə varmadan, subyekt-obyekt münasi-

bətlərinin ümumi struktura malik olduğunu vurğulamaqla kifayətlənmək 

istərdik. Lakin əsas məsələ ətraf mühitin və digər bilik mənbələrinin insana 

təsiri prosedurunun gerçəklikdə yer almış daha mürəkkəb proseslərin 

hissəsi kimi nəzərdən keçirilməsidir. 

Təbiətin insana təsiri (passiv inikas) tarixən ilkin olmaqla insanla tə-

biətin qarşılıqlı münasibətlərinin sonrakı mürəkkəbləşmə (vasitələnmə) 

prosesində  səhnədən getmədi: o, mühüm komponentlərdən biri kimi yeni 

struktura qatıldı. Tamamilə yeni bir təsirin – insan təsirinin meydana gəl-

məsi və bütün istiqamətlərdə insanın fəallığının artması ilə əlaqədar insan-

la təbiətin qarşılıqlı  təsirlərinin strukturundakı bu ilkin element kölgədə 

qalmış, tədqiqatçıların nəzərindən qaçmışdır. 

“Spesifik insan fəaliyyəti” insanın xarici aləmə vasitələnmiş  təsiri-

dir. Mahiyyət etibarı ilə bu, əvvəlki təsirin nəticələrinə, insanın aldığı in-

formasiyaya əsaslanan əks təsirdir. Buna görə də insan fəaliyyətinin spesi-

fikliyinə hələ ki, toxunmadan, inikas prosesinin xarakterinə bir daha qayıt-

maq lazım gəlir. Artıq  şüurluluq statusunu əldə etmiş insan təbiətin in-

formasiya təsirinin passiv obyekti olaraq qalmadığından insanın fəallığını 

nəzərə almaqla bu hadisənin strukturunun açıqlanmasına ehtiyac yaranır. 

Bu fəallıq nədə özünü biruzə verir? İnsanın artıq nail olduğu mənəvi 

səviyyəsi onda xaricdən daxil olan informasiyaya maraq oyadır.  İnsanın 

formalaşması prosesi bununla müşayiət olunur ki, o, inikasın passiv obyek-

tindən, bir tərəfdən, xarici mühitin informasiya təsirinə seçkili münasibət 

bəsləyən, hətta onu tənzimləməyə çalışan aktiv obyektinə, digər tərəfdən 

də xarici mühitə əks təsir göstərən subyektə çevrilir. 

Deməli, insanın fəallığının artması ilə  əlaqədar insan-təbiət sistemi 

keyfiyyətcə yeni bir pilləyə keçir. Buna görə də onu aşağıdakı iki müstəvi-

də nəzərdən keçirmək lazımdır: xarici mühitin informasiya təsiri prosesin-

də insanın təşəbbüskar və tənzimləyici kimi iştirakı və insanın xarici mühi-

tə  əks təsiri,  şüurlu dəyişdirici fəaliyyəti. Bu, xarici mühitə  fəal münasi-

bətdir. Lakin insanın fəallığının daha bir aspekti var ki, bu da daxilə yönə-

lən refleksiya prosesidir. İnsanın xarici aləmlə, ictimai və  təbii mühitlə 


Elm haqqında elm 

 

 



 

400


rəngarəng qarşılıqlı  əlaqələri olsa da, o, özinkişafda olan nisbi qapalı bir 

sistemə çevrilir. Xaricdən alınan informasiya ya yad bir hadisə kimi passiv 

yaddaşda qalır, ya da səmərəli mənəvi zəminə düşərək sanki canlanır, idrak 

prosesinin üzvü elementinə çevrilir, refleksiv şüur sisteminə daxil olur. 

Bu hadisə özündə üç müxtəlif yönlü komponentləri birləşdirən mü-

rəkkəb çoxpilləli bir prosesdir. Birincisi, praktiki fəaliyyət sahəsində mü-

əyyən bilik və vərdişlər tələb edən təbiətə məqsədyönlü təsirlər komponen-

tidir. Bu mərhələdə insan subyekt kimi çıxış edir. Bunun nəticəsində başqa 

xarakterli digər bir mərhələ başlayır. Dəyişdirilmiş  təbiət insana onun 

duyğu orqanları ilə qavradığı  əks təsir göstərir. Bu pillə mahiyyət etibarı 

ilə insanın obyekt kimi çıxış etdiyi passiv inikasdan fərqlənmir. Lakin bü-

tövlükdə proses kontekstində “cismani fəaliyyət” olan insan “cismani 

predmet” olan insan üzərində üstünlük təşkil edir. İnsan-təbiət qarşılıqlı tə-

sirlərinin polistrukturu kontekstində insan məcmu fəaliyyətin sanki yeganə 

subyekti kimi göz önünə gəlir. Təbiət isə subyektdən bu fəaliyyətin vasi-

təsinə çevrilir. Həqiqətən də, lazımi informasiya alındıqdan sonra “canlı 

seyrdən mücərrəd təfəkkürə” keçid baş verir. Mücərrəd təfəkkür və ya “xa-

lis idrak” mərhələsində biliklər nisbi müstəqil şəkildə, yəni praktika ilə əla-

qədən kənarda inkişaf edir. Lakin mücərrəd təfəkkürün zahiri bütövlüyü və 

fasiləsizliyi  əslində  təbiətlə müntəzəm qarşılıqlı  təsirlər yolu ilə  təmin 

olunur. Bu mürəkkəb təsir və vasitələnmiş əks-təsir proseslərinin sxematik 

təsviri “”təcrübə” və “praktika” anlayışlarının da fərqini əyani surətdə gör-

məyə imkan verir (bax: sxem 7).  

 

 



                                                                        Təfəkkür 

 

 



      İnsan

    


 

  

                     Təbiət 



    

     Təcrübə

3                                        

 

 



           

                                    

 

                 



 

     


Praktika

3     


 

                                                                       Təcrübə

                



 

 

 



 

     Praktika

2

 

                



 

    Təcrübə

1

 

 



     

    Praktika

1

 

 



Sxem 7. 

 


  Elm–Texnika–İstehsal 

 

 

 

401



 

Biz insan ilə  təbiətin qarşılıqlı təsirindən danışarkən hansı isə kon-

kret bir insanın hansı isə konkret bir təbiət guşəsi ilə qarşılıqlı münasibətini 

nəzərdə tutmuruq. Bu qarşılıqlı münasibətin məkanı və zamanı bəşər tari-

xinə və ictimai praktikanın bütün coğrafi məkanına uyğun olaraq genişlən-

dirilir və beləliklə bütün bəşəriyyəti təmsil edən ümumiləşmiş insan və 

müşahidəyə, seyrə ictimai praktikaya cəlb edilmiş  təbiət nəzərdə tutulur. 

Və bu zaman təsir və əks-təsir aktlarının müntəzəm surətdə yenidən bərpa 

olunması  və  hər dəfə artıq yeni səviyyədə  bərpa olunması  nəzərə alınır. 

Təsir və əks-təsir qüvvələrinin qiymətcə bərabər, istiqamətcə əks olmaları 

barədə məşhur Nyuton qanunu burada əlbəttə çox spesifik bir şəkildə özü-

nü göstərir. Belə ki, təbiət hadisələrinin təsirinə məruz qalmış və ya sadəcə 

təbiətin müşahidəsindən təsirlənmiş insan dübarə  təbiətə  əks təsir göstər-

məsə  də, müəyyən bir müddət  ərzində bu təsiri həzm etdikdən sonra tə-

biətlə növbəti görüşündə artıq onun “cavabını qaytarır”. Başqa sözlə, növ-

bəti görüşdə insan fərqli bir mövqedən çıxış edir. Amma bu fərqli mövqe 

ona təbiətdən daha çox təsirlənməyə, daha çox öyrənməyə imkan açır. İn-

sanın təbiəti, mühiti öyrənməsi əsasən hissi təcrübə vasitəsi ilə həyata ke-

çir. Məhz hissi təcrübə empirik elmi fəaliyyətin əsasını təşkil edir. Sxemdə 

hissi təcrübə ilə praktikanın şərti işarələnməsi təbiətdən insana və insandan 

təbiətə oxlarla öz əksini tapmışdır. Təfəkkürün istiqaməti isə onlara per-

pendikulyar olmaqla insanla təbiət arasında yox, məhz insanın öz iç alə-

mində gedən bir proses kimi əksini tapmışdır. 

İkinci qarşılıqlı  təsir aktında insanın daha yüksək məqamda olması 

anlaşılandır. Amma bəs təbiətin daha yüksək pillədə təsviri nə deməkdir? 

Yəni insanın təsiri ilə dəyişdirilmiş, “təkmilləşdirilmiş” bir təbiətmi nəzər-

də tutulur, yoxsa insan idrakı üçün bu dəfə təbiətin daha fərqli bir modeli-

nin predmetə çevrilməsimi? İstənilən halda qarşılıqlı təsirə girən təbiət da-

ha  əvvəlki təbiət deyil və biz onun yeni halını daha yüksək məqam kimi 

dəyərləndiririk. Və bizcə bu yüksəliş ictimai praktikada dəyişdirilmiş, in-

san həyatına uyğunlaşdırılmış, texnogenləşmiş, “ikinci təbiət” statusu qa-

zanmış bir məqam yox, məhz fikrimizdə  təkmilləşmiş bir məqamı ifadə 

edir. Hissi təcrübə və praktika prosesində qazanılmış biliklərlə yanaşı, in-

sanın təbiət haqqında obrazlı və simvolik təsəvvürləri də formalaşır. Ma-

raqlıdır ki, islamın dünyaya münasibətində  də bu cəhətlərə xüsusi diqqət 

yetirilir. M. Saiful İslam yazır: “İslama görə, təbiət özü öz mənalarına görə 



Elm haqqında elm 

 

 



 

402


oxunmalı və anlaşılmalı olan simvollardan ibarətdir.”

5

1



 Bu məqamda təbiət 

həm elmi idrak, həm də bədii təfəkkür üçün “açılmış olur”.  

Elmin vəzifəsi öyrənmək, dərk etməkdir. İdrak isə çox vaxt nəyi isə 

kənar olanı, obyektiv olanı əks etdirmək (inikas), mənimsəmək kimi başa 

düşülür. Lakin mənimsəmək və sadəcə  əks etdirmək fərqli anlamlardır. 

Əks etdirilən – surəti alınan,  şəkli çəkilən, haqqında müəyyən təsəvvür, 

hətta bilik yaranan şey bizim üçün yad olaraq qala da bilər. Mənimsəmək 

isə həm də «mən»ə daxil etməkdir. Yəni əvvəl kənar olan, xarici dünyaya 

daxil olan bir şey idrak sayəsində bizim daxili dünyamıza qatılır, mənimsə-

nilir, «mən»ləşir. Hegel yazır: “İşin mahiyyəti onun öz məqsədi ilə deyil, 

həyata keçməsi ilə tamamlanır; həqiqi bütöv olan nəticə yox, həyatakeçmə 

prosesi ilə birlikdə nəticədir.”

5

2



  

Beləliklə, idrak prosesi iki fərqli anlamda başa düşülür. Elmi idrakın 

nəticələri – biliklər bizim intellektual dünyamıza, dünyanın elmi mənzərə-

sinə daxil olsa da, «mən»ə daxil olmur. Elmi yaradıcılıq prosesinin nəticə-

sində alınan yeni biliklər «mən»ə daxil olmasa da, bu prosesin özü «mən»-

ləşmədən, insanın iç dünyasından, könül aləminin qaranlıqlarından keçir. 

Əgər biz insan-təbiət münasibətlərinin ilk tarixi mərhələsinə sin-

kretik bir proses kimi baxsaq, təbiətin elmi səviyyədə mənimsənilməsi mü-

əyyən inkişaf mərhələsində bu prosesdən nisbi müstəqil ayrılma, 

divergensiya kimi götürülə bilər.  

İnsan ilə təbiət arasındakı qarşılıqlı təsirdə tərəflərdən biri (insan) öz 

intellektual səviyyəsinə görə  və deməli, həm də  təsir imkanlarına görə 

müntəzəm surətdə inkişaf etdiyindən bu qarşılıqlı  təsirin xarakteri də za-

man-zaman dəyişmişdir. İnsan təbiəti öyrəndikcə və onunla təbiət arasında 

elm və texnologiyadan ibarət bir aralıq vasitə formalaşır. Təbiətin əqli mə-

nimsənilməsi onun praktik səviyyədə  mənimsənilməsinə  gətirib çıxarır. 

Con Bernal yazır: “Təbiətşünaslığın inkişaf səviyyəsi bütövlükdə cəmiyyə-

tin inkişaf səviyyəsini müəyyənləşdirməyə kömək edir; həm də təkcə elmi 

kəşflərin tətbiqi sayəsində iqtisadiyyatda baş verən dəyişikliklərə görə yox, 

habelə yeni elmi nəzəriyyələrin fikrin ümumi dayaqlarına olan təsirinə 

görə”.


5

3

  



                                                 

1

 M. Saiful İslam. Religion and Science: Shared Responsibilities // Knowledge and 



Responsibility: İslamic Perspectives on Science. İzmir, Kaynak, 1998, p. 87.  

2

 Гегель. Феноменология духа. СПб., Наука, 1999, с. 2.   



3

 Дж.Бернал. Наука в истории общества, с. 7. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin