Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
  1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

 

 

 

Elm yarandıqdan sonra hər şey 

zaman-zaman onun qiyafətinə bürü-

nüb səliqə-sahman tapdı və günlərin 

birində  o  özünə  də  öz  donluğundan 

paltar biçmək fikrinə düşdü.  

 

Ə

bu Turxan 

 

 

Səlahəddin Xəlilov 

 

 

 

 

 

 

 

 

Elmşünaslığa  

giriş 

 

 

 

 

 

Bakı – 2010 

 

 

 

 

Elmi redaktor 

və ön sözün müəllifi: 

 

akademik 

Arif MEHDİYEV 

 

 

 

S.Xəlilov.  Elmşünaslığa  giriş.  Bakı,  Çaşıoğlu, 

2010, 446 səh.  

 

 

Kitab Azərbaycanda elmşünaslığa dair ilk sistemli tətqi-

qat əsəridir. Burada elmin mahiyyəti, inkişaf qanunauyğunluq-

ları,  bir  sosial  sistem  olaraq  xüsusiyyətləri,  təşkilati  formaları 

haqqında  məlumat  verilir. Elmin təsnifat prinsipləri şərh edilir 

və bir sıra beynəlxalq təsnifat sistemləri təqdim olunur.  

Elm adamları üçün nəzərdə tutulmuşdur. 

 

 

 

 



 

 

 



 

©

 Xəlilov S., 2010 



 

 

 

 

 

 

 

Ön söz  

 

Azərbaycan  elmin  inkişafına  görə  islam  dün-



yasında öncül mövqelərdən birini tutsa da, onun in-

kişaf  qanunauyğunluqları,  sosial  funksiyaları,  daha 

optimal  təşkilatlanması  haqqında  tədqiqat  işləri  çox 

azdır.  Sovet  dövründə  Respublikamızın  kifayət  qə-

dər  formalaşmış  elmi-təşkilati  strukturları  olmuşdur 

və  onların  əksəriyyəti  indi  də  davam  etməkdədir. 

Bununla  belə,  elmi  tədqiqat  işlərinin  daha  səmərəli 

olması,  ölkəmizin  real  ehtiyaclarına  uyğunlaşdırıl-

ması  və  onların  optimal  dəyərləndirilməsi  üçün  el-

min  özünün  elmi  əsaslarla  öyrənilməsi  və  bu  məq-

sədlə  ilkin  sosioloji  tədqiqatlar  aparılması  ən  aktual 

vəzifələrdən biri kimi qalmaqdadır.  

Prof. Dr. Səlahəddin Xəlilovun “Elmşünaslığa 

giriş” kitabı bu sahədə ilk mühüm addımlardan biri-

dir.  Əsərin  həm  nəzəri,  həm  də  praktik  əhəmiyyəti 

vardır. Belə ki, kitabda, bir tərəfdən, elm ümumi nə-

zəri  müstəvidə  təhlil  edilir  və  onun  optimal  model-

ləşdirilməsi  ilə  əlaqədar  nəzəri  mülahizələr  irəli  sü-



Elmşünaslığa giriş 

 

6



rülür,  digər  tərəfdən  də,  beynəlxalq  miqyasda  müx-

təlif  qabaqcıl  ölkələrin  praktikası  əsasında  ümumi-

ləşdirmələr  aparılır,  ölkəmizin  spesifikasını  nəzərə 

almaqla konkret tövsiyələr verilir.  

Elmin inkişaf qanunauyğunluqlarının araşdırıl-

ması onun daxili hərəkətverici qüvvələrinin necə bir 

təkamül yolu keçdiyini təsəvvür etməyə imkan yara-

dır. Müasir mərhələdə elm və ictimai həyat arasında 

əlaqələrin  daha  məqsədyönlü  şəkildə  qurulması  və 

tənzimlənməsi, habelə elmi tədqiqat işlərinin stimul-

laşdırılması,  elmin  humanitar  aspektlərinin  nəzərə 

alınması çox vacibdir. Ona görə də müəllif bütün bu 

məsələlər  barədə  mövcud  ədəbiyyatın  qısa  icmalını 

verməklə yanaşı öz şəxsi tədqiqatlarının  nəticələrini 

də təqdim edir.  

Kitabda  elmlərin  təsnifatına  dair  irəli  sürülən 

fikirlər,  habelə  YUNESKO-nun  nomenklaturasında 

öz  əksini  tapmış  olan  bir  sıra  ixtisasların  müasir 

dövrdə kəsb etdiyi yeni məna ilə bağlı verilən  tənqi-

di təhlil də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ali 

Attestasiya Komissiyasının istinad etdiyi təsnifat sis-

teminin vaxtaşırı olaraq təkmilləşdirilməsinə də ehti-

yac  yaranır.  Bu  baxımdan,  dünya  praktikasında  ya-

yılmış bəzi təsnifatların kitaba əlavə edilməsi də təq-

dirə layiqdir.      

Məlum olduğu kimi, elm insanın şəxsi mənəvi 

həyatında  bilavasitə  iştirak  etməsə  də,  onun  ictimai 

həyatını şərtləndirən ən mühüm hadisələrdən biridir. 



Ön söz 

 

 



7

Elmi fəaliyyətin kimlərinsə fərdi intellektual maraq-

larını  ödəmək  üçün  əlavə  məşğuliyyətdən  yüksək 

dərəcədə  təşkilatlanmış  sosial  sistemə  çevrilməsi 

uzun sürən tarixi bir prosesdir.  

Müasir dövrdə elm demək olar ki, bütün digər 

fəaliyyət  sahələri  üçün  də  zəruri  bir  vasitəyə  çevril-

mişdir və bu baxımdan onun təsir dairəsi çox geniş-

dir. Bununla belə, təsir sferasının genişliyinə baxma-

yaraq,  elmin  özü  məxsusi  bir  fəaliyyət  sahəsi  kimi 

lokal səciyyə daşıyır və daha böyük miqyaslı ictimai 

proseslərlə müqayisədə ancaq kiçik bir sosial qrupu, 

bilavasitə  elmi  yaradıcılıqla  məşğul  olan  insanları 

əhatə  edir.  Amma  elm  adamlarının  optimal  təşkilat-

lanması üçün bu spesifik fəaliyyətin xarakterinə uy-

ğun olan spesifik təşkilati formalar tapılmalıdır. Bu-

nun üçün isə əvvəlcə elmi fəaliyyətin təbiətini, özü-

nəməxsus  cəhətlərini  nəzərə  almaq  tələb  olunur. 

Başqa  sözlə  desək,  həm  elmi  yaradıcılığın,  həm  bu 

yaradıcı  fəaliyyətin  məhsulu  olan  yeni  elmi  biliklə-

rin, həm də elmi  fəaliyyətə cəlb olunmuş adamların 

sosial  strukturunun  elmin  öz  metodları  ilə  öyrənil-

məsinə böyük ehtiyac vardır.  

 Kitab  məhz  bu  ehtiyacı  ödəmək  məqsədinə 

xidmət edir. Burada elmşünaslığın müstəqil bir fənn 

kimi  formalaşması  tarixi  izlənir,  onun  predmeti  və 

məzmununun  təkamül  yolu  nəzərdən  keçirilir.  Elm 

haqqında elmin təməlinin qoyulması və bu sahədəki 

ilk tədqiqatların əsas istiqamətləri nəzərdən keçirilir,  



Elmşünaslığa giriş 

 

8



ilk  mənbələr  və  onların  müəllifləri  haqqında  geniş 

məlumat verilir. Qərb alimlərinin bu sahədəki başlı-

ca  əsərlərinin  və  keçmiş  Sovet  İttifaqında  aparılan 

tədqiqatların qısa məzmunu şərh edilir.  

Kitabda  indiyədək  Azərbaycanda  bu  sahədə 

aparılan  işlərə  də  münasibət  bildirilmiş  və  müəllif 

əvvəlki  tədqiqatların  nəticələrini  də  nəzərə  almağa 

çalışmışdır. Lakin təəssüf ki, elmşünaslıq məsələləri 

ölkəmizdə  çox  az  öyrənilmişdir.  70-80-ci  illərdə  bu 

sahədə ilk addımlar məhz bu kitabın müəllifi tərəfin-

dən atılmışdır. Amma sonrakı illərdə o, tədqiqat isti-

qamətini dəyişmiş və indi yenidən bu problemə mü-

raciət etmişdir.  

Əlamətdar haldır ki, bu kitabda müəllif elmşü-

naslığın əsasını qoyan və onun müstəqil bir fənn ki-

mi  formalaşmasında  böyük  rol  oynayan  Qərb  alim-

lərinin,  keçmiş  sovet  mütəxəssislərinin  əsərləri  ilə 

yanaşı,  öz  ilkin  tədqiqatlarını  və  digər  azərbaycanlı 

alimlərin bu mövzuya dair araşdırmalarını da nəzərə 

almaqla, bir növ milli elmşünaslığın təkamül mənzə-

rəsini də canlandırmışdır.  

Əsər elmi-tədqiqat müəssisələri, ali məktəblər, 

sahə  institutları  və  elmlə  bağlılığı  olan  bütün  təşki-

latların  öz  işlərini  müasir  tələblərlə,  elmi  prinsiplər 

əsasında  qurmaları  üçün  dəyərli  vəsait  olmaqla  ya-

naşı,  həm  də  ciddi  bir  tədqiqat  işidir.  Belə  ki,  bu 

problemlə uzun illərdən bəri məşğul olan prof. S.Xə-

lilovun tövsiyələri təkcə Azərbaycan üçün deyil, bü-



Ön söz 

 

 



9

tün MDB məkanı üçün postsosialist cəmiyyətlərində 

elmin  yeri  və  rolunun  müəyyənləşdirilməsində,  elm 

sahəsində  islahatlar  aparılmasında    qiymətli    mənbə 

hesab oluna bilər.

 

 

Akademik Arif Mehdiyev 

 


Elmşünaslığa giriş 

 

10



 

 

 

 

 

Giriş 

 

Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm 

də  bütövlükdə  yer  planetinin  sakinidir.  Amma  adi 

insanların  çoxu  ölkə  və  planet  miqyasında  deyil,  öz 

şəxsi  həyatı,  ailəsi  və  işlədiyi  müəssisə  miqyasında 

düşünür və fəaliyyət göstərir. Elm adamını isə nəinki 

təkcə  özü,  ölkəsi  və  ya  yaşadığı  planet,  bütövlükdə 

kainat  və  onun  bütün  problemləri  –  hamısı  maraq-

landırır.  Daha  doğrusu,  bütün  bunlar  elmin  maraq 

dairəsinə aiddir. Ayrıca götürülmüş bir alim təbii ki, 

dünya  haqqındakı  bütün  bilikləri  ehtiva  edə  bilməz 

və  ona  görə  də  elmdə  ixtisaslaşma  gedir  və  alimin 

tədqiqat  dairəsi  getdikcə  daralır.  Buna  elmdə  dife-

rensiasiya  deyilir.  Tədqiqat  sahəsi  kiçildikcə,  prob-

lem  lokallaşdıqca  təfərrüatlara  getmək  imkanı  və 

problemi daha dəqiq araşdırmaq şansı da artır. Sanki 

bir  qanunauyğunluq  yaranır:  tədqiqat  sahəsinin  ge-

nişliyi  ilə  tədqiqatın  dərinliyi  arasında  tərs  mütə-

nasiblik qanunu. Amma, əlbəttə, bu, şərti və təxmini 

bir  qanunauyğunluqdur  və  onu  mütləqləşdirmək  ol-

maz.  Ən  əsası  da  odur  ki,  elm  adamı  lap  əvvəldən 


Giriş 

 

 



11

dar bir sahədə tədqiqat aparmağa başlasa və daha ge-

niş  miqyaslı  problemlərə  biganəlik  göstərsə,  onun 

dərinə getmək imkanları da məhdudlaşmış olacaqdır. 

Deməli, elmdə proses hər iki istiqamətdə getməlidir. 

Əvvəla,  hər  bir  elm  adamı  hansı  isə  dar  bir  sahədə 

uğur qazana bilmək üçün ilkin olaraq geniş bilik ba-

zasına  və  böyük  dünyagörüşünə  malik  olmalıdır. 

İkincisi, ixtisas bilikləri ilə qeyri-ixtisas bilikləri ara-

sında analogiyalar olmadan, başqa sahələrdəki uğur-

ların  transformasiyası  da,  elmi  tədqiqat  metodların 

universallaşması  da  mümkün  ola  bilməz.  Bir  sözlə, 

elmi  axtarışların  dərinliyi  ilə  əhatə  dairəsi  arasında 

ilk  baxışda  nəzərə  çarpan  tərs  mütənasibliyin  ar-

xasında daha ciddi qanunauyğunluqlar olduğu aşkara 

çıxır.  


Elmdə diferensiallaşma ancaq o halda səmərəli 

ola  bilər  ki,  ayrı-ayrı  ixtisas  sahiblərinin  əldə  etdiyi 

biliklər hansı yolla isə bir ortaq məxrəcə gətirilsin və 

onların əsasında təbiətin daha fundamental qanunla-

rının  üzə  çıxarılması  mümkün  olsun.  Deməli,  əsas 

vəzifələrdən  biri  fərdi  elmi  tədqiqatların  fundamen-

tal ideyalar ətrafında birləşməsi və vahid sistem halı-

na  gətirilməsidir.  Bunun  üçün  isə  elmi  tədqiqatların 

təşkilatlanması işinin özü elmi əsaslarla həyata keçi-

rilməlidir  və  mövcud  şəraitdə  ən  optimal  formalar 

tətbiq edilməlidir. Məhz bu səbəbdən də elmi tərəqqi 

estafetində  irəli  çıxmaq  istəyən  ölkələr  ilk  növbədə 

elmşünaslığı  inkişaf  etdirməkdən  başlayırlar.  Həm 


Elmşünaslığa giriş 

 

12



də bu iş bütün qabaqcıl ölkələrdə dövlət strategiyası 

səviyyəsində həyata keçirilir. 

Bəli, elm dövlət əhəmiyyətli məsələdir və döv-

lət səviyyəsində də tənzimlənməlidir. Ən azı ona gö-

rə ki, onun idarə olunması və təşkilati optimallığının 

təmin  edilməsi  elm  adamlarının  özü  tərəfindən  ger-

çəkləşdirilə  bilməz.  Elmin  sosial  sistemi  təkcə  elmi 

tədqiqatlarla  bağlı  olmayıb,  ölkənin  demoqrafik  və-

ziyyətindən tutmuş ümumi iqtisadi inkişaf səviyyəsi-

nə və maliyyə imkanlarına qədər, əhalinin elementar 

savadlılıq  səviyyəsindən  tutmuş  xüsusi  istedad  sa-

hiblərinin  elmi  fəaliyyətə  cəlb  olunması  probleminə 

qədər çoxlu sayda sosial-iqtisadi, mədəni-mənəvi və 

hətta siyasi problemlərdən asılıdır. Məsələn, Yaponi-

yanın  keçmiş  baş  naziri  Y.Nakasone  öz  ölkəsində 

elmin  inkişaf  perspektivlərindən  danışarkən,  əsas 

problemlərdən  biri  kimi  əhali  artımında  yaranmış 

ləngimələri göstərir və bu baxımdan Çin və Hindis-

tanın imkanlarını daha yüksək qiymətləndirir: “ÇXR 

və Hindistanda elmi-texniki inkişaf səviyyəsi bütöv-

lükdə götürdükdə bizdən aşağıdır, amma bu ölkələr-

də bir milyarddan yuxarı əhali olduğu üçün elmə is-

tedadlı adamlar tapıb cəlb etmək imkanına görə Ya-

poniyanı üstələyirlər”.

1

 Bu problem təkcə Yaponiya-



da yox, daha çox ABŞ-da və Qərb ölkələrinin əksə-

riyyətində  özünü  göstərir.  Ona  görə  də  elmi  yaradı-

                                                 

1

 Ясухиро Накасонэ. Государственная стратегия Японии 



в XXI веке. М., 2001. с. 247. 

Giriş 

 

 



13

cılıq  potensialı  olan  istedadlı  gənclərin  elmə  cəlb 

edilməsi üçün elm sahəsində maddi təminat, yüksək 

maaş  tarifləri  və  digər  stimullaşdırıcı  amillər  tətbiq 

olunur.  Digər  tərəfdən  də,  elmin  inkişaf  strategiyası 

hazırlanarkən elmi kadrların seçilməsi işi beynəlxalq 

miqyasda  həll  edilir.  Nakasone  belə  bir  faktı  misal 

gətirir  ki,  “artıq  1995-ci  ildə  ABŞ-da  təbiət  elmləri 

sahəsində doktorluq dərəcəsi alanların yarıdan çoxu-

nu xaricilər təşkil etmişdir və onların da böyük əksə-

riyyəti  həmişəlik  Amerikada  yaşamaq  yolunu  seç-

mişdir... Yaponiyada doğum səviyyəsinin aşağı düş-

düyünü nəzərə alaraq bütün dünya ölkələrindən yük-

sək  ağıl  sahiblərini  ölkəmizə  toplamaq  üçün  böyük 

səylər göstərməliyik”.

1

 



Məlum  olduğu  kimi,  elmin  dərininə  və  eninə 

inkişafı  fərqli  qanunauyğunluqlar  əsasında  həyata 

keçir. Kiçik və zəif postament üzərində böyük abidə 

qərar tuta bilmədiyi halda, geniş və böyük postament 

üzərində lap kiçik bir heykəl də qoymaq olar. Və ya 

heykəlsiz-filansız sadəcə postament qurmaq olar. İs-

tənilən halda əvvəlcə təməl olmalıdır və təməl nə qə-

dər  möhkəm  və  böyük  olsa,  onun  üzərində  görülə 

biləcək  işlər  üçün  də  o  qədər  böyük  meydan  açıla-

caqdır.  

Təxəyyülün  pərvazlanması  və  sonrakı  realiza-

siyası  üçün  ilkin  olaraq  məntiqi  təməl  tələb  olunur. 

                                                 

1

 Yenə orada, s. 246-247. 



Elmşünaslığa giriş 

 

14



Elmdə  belə  təməl  və  ya  postament  rolunu  cəmiyyə-

tin intellektual potensialı, ümumi savadlılıq dərəcəsi, 

maarifçilik işi, elmi-kütləvi təbliğat oynayır.    

Başqa  sahələrdə  də  belədir.  Məsələn,  futbolu 

götürək.  Burada  biznes  və  milli  dövlətçilik  təfəkkü-

rünün fərqi özünü daha aydın büruzə verir. Müvafiq 

olaraq, ölkədə futbolun inkişafı üçün iki üsuldan isti-

fadə  olunur.  Birincilər  böyük  investisiya  qoyuluşu 

hesabına  xaricdən  hazır  futbolçular  alırlar.  İkincilər 

ölkədə futbol məktəbləri açmaq hesabına uşaqlar və 

gənclər  arasından  istedadlı  futbolçular  seçib-yetiş-

dirməyə  çalışırlar.  Birinci  yolun  milli  futbol  üçün 

faydası  olmur.  O,  zəif  təməl  üzərində  ağır  heykəl 

qurmaq  cəhdini  xatırladır.  İkinci  yol  isə  geniş  miq-

yaslı  və  uzun  müddətli  iş  tələb  edir.  Bu  iş  görülsə, 

istedadların da yetişəcəyi şübhəsizdir.  

Elmdə də belədir. Biri var, tək-tək böyük alim-

lər hansı isə qabaqcıl ölkələrin hazır elmi mühitində 

yetişərək ölkəyə gəlir və burada müvafiq elmi mühit, 

möhkəm təməl olmadığından, özünün bütün ağırlığı 

ilə  iş  görə  bilmir.  Onlar  həmişə  yetişdikləri  mühitə 

qayıtmağa  ehtiyac  hiss  edirlər.  Bir  də  var,  biz  hələ 

orta  məktəblərdən  başlayaraq,  istedadlı  şagirdlər 

üçün  intellektual  mühit  formalaşdırmaqla,  onları  el-

mə  cəlb  edir  və  neçə-neçə  belə  gəncin  hesabına 

möhkəm elmi tədqiqat atmosferi yaradırıq. Və bu at-

mosferdə yetişənlərin məhz bu mühitdə yazıb-yarat-

ması da rahat olur.  



Giriş 

 

 



15

 

Sual  yaranır  ki,  inkişaf  etmiş  böyük  dövlətlər 



intellektual potensialı beynəlxalq insan resursları he-

sabına  artırırsa,  bəs  nisbətən  geri  qalmış  ölkələr  bu 

problemi  necə  həll  edir?  Əlbəttə,  neft  hesabına  bö-

yük  maliyyə  resursları  olan  bəzi  ərəb  ölkələri,  hətta 

avropalı alimləri də daha yüksək maaşla öz ölkəsinə 

sövq edə bilərdi. Amma həqiqi alim gəlib bu ölkələr-

də  nə  edəcək?  Elmi  potensial  yaratmaq  üçün  təkcə 

alimləri  toplamaq  azdır,  gərək  müvafiq  elmi  mühit 

və təhsil sistemi də yaradılsın. Belə şərait isə həmin 

ölkələrdə yoxdur. Bir ərəb şeyxi məşhur bir müğənni 

və  ya  manikeni  ölkəsinə  dəvət  edə  bilər,  amma  bö-

yük  alim  ən  yüksək  məvacib  müqabilində  də  elmi 

mühit  olmayan  yerə  getməz.  Elmi  mühit  yaratmaq 

isə sadəcə bir neçə böyük alimi muzey eksponatı ki-

mi  nümayiş  etdirməklə  olmur.  Bunun  üçün  təməl 

olaraq  kütləvi  maarifçilik  və  yüksək  səviyyəli  intel-

lektual  mühit,  kitabxanalar,  laboratoriyalar  və  s.  tə-

ləb olunur.   

Hər kiçik ölkə, çalışsa belə, bütün elm sahələri 

üzrə  mühit  yarada  bilməz.  Amma  hər  ölkənin  miq-

yasını və iqtisadiyytını profilini nəzərə almaqla prio-

ritet sahələr müəyyənləşdirilə bilər. Və yalnız həmin 

sahələrdə  qabaqcıl  mövqelər  tutmaq  olar.  Bunun 

üçün  isə  ilk  növbədə  elmi-tədqiqat  istiqamətlərinin 

inkişaf  tendensiyaları  öyrənilməli,  elmlərin  təsnifatı 

kontekstində  ümumi  elmi  maarifçilik  işi  aparılmalı 



Elmşünaslığa giriş 

 

16



və  ancaq  bundan  sonra  preroqativlər  müəyyənləşdi-

rilməlidir. 

Müasir dövrdə beynəlxalq miqyasda və qabaq-

cıl  ölkələrdə  qəbul  olunmuş  elmlərin  təsnifat  siste-

mində demək olar ki, bütün elmi-nəzəri tədqiqat as-

pektlərinin həm fundamental, həm də tətbiqi və tex-

niki  aspektləri  qeyd  edilir.  Yəni  indi  sadəcə  “elm 

üçün elm” tipli tədqiqatlara rast gəlmək çox çətindir. 

Əslində elmi tədqiqatların ictimai praktikanın tələb-

lərinə  uyğunlaşdırılması  prosesi  xeyli  əvvəl  başla-

mışdır  və  müasir  elmi  səciyyələndirən  əsas  əlamət-

lərdən  biri  kimi  çıxış  edir.  Məsələn,  hələ  C.  Maks-

vell  dövründə  bu  tələbat  mühüm  amil  kimi  nəzərə 

alınırdı: “Elmin inkişafı üçün hər bir konkret dövrdə 

təkcə insanların ümumiyyətlə düşünməsi deyil, həm 

də onların öz düşüncələrini geniş elm sahələri içəri-

sindən məhz həmin dövrdə işlənməsi zəruri olan mə-

sələlərə yönəltməsi tələb olunur”.

1

 Təsadüfi deyil ki, 



F.Engels  də  praktik  ehtiyacların  rolunu  xüsusi  vur-

ğulayaraq deyirdi: “İctimai tələbat elmi onlarca uni-

versitetdən daha çox irəli aparır”. 

 Müəyyən bir elmi tədqiqat istiqaməti öncədən 

onun nə kimi texnoloji perspektivlər aça bilməsi ba-

xımından da səciyyələndirilir: elmi proqnozlarla pa-

ralel surətdə texnoloji proqnozlar da verilir. Hətta ilk 

baxışda texnologiyadan uzaq olan bir elm sahəsində 

                                                 

1

 Bax: А.Н.Чумаков. Глобализация. Контуры целостного 



мира. М., Проспект, 2009. с.103. 

Giriş 

 

 



17

–  biologiyada  indi  çox  geniş  texnoloji  sistemlər  şə-

bəkəsi  yaradılmışdır.  Hələ  ötən  əsrin  70-80-ci  illə-

rində biotexnologiyalar elə geniş vüsət tapmışdır ki, 

bu  sahədəki  tədqiqatları  toplayıb  sistemə  salmaq, 

ümumiləşdirmələr  aparmaq  zərurəti  ortaya  çıxmış-

dır.

1

 



Real  praktik  şəraiti  və  ictimai  tələbatı  nəzərə 

almadan,  sadəcə  elmlə  məşğul  olmaq,  elmin  dəyir-

manına su tökmək, amma bu dəyirmanın kimin üçün 

üyütdüyünü və hazır məhsullardan kimin faydalandı-

ğını  bilməmək  müasir  dövrdə  yolverilməz  haldır. 

Əlbəttə,  alim  düşünə  bilər  ki,  bu  daha  mənim  işim 

deyil,  bunu  da  qoy  bir  başqası  düşünsün.  Amma bu 

«başqaları» kimdir və onlardan bizdə varmı? Bax bu 

məqamda  texnokrat  alimlərin  yadına  salmaq  istəyi-

rik  ki,  bu  «başqa  məsələlər»  məhz  ictimai  elmlərin 

predmetinə daxildir. Təhsil – Elm – Texnika – Tex-

nologiya – Sənaye – İstehlak zəncirində hər bir mər-

hələ  tam  müstəqil  bir  dəyər  olmayıb,  həmin  böyük 

zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideoloji yö-

nə  malikdir.  Bu  ideoloji  yönü  müəyyənləşdirən,  cə-

miyyətin makrostrukturunu, daxili proseslərin qarşı-

lıqlı  nisbətini  təhlil  edən,  onların  müvafiq  beynəl-

xalq  proseslərlə  qarşılıqlı  əlaqəsini  öyrənən  və  döv-

lət  üçün  təkliflər  paketi  hazırlayan  da  məhz  ictimai 

                                                 

1

  Bax,    məs.:  Фундаментальные  исследования  и  техни-



ческий  прогресс.  Новосибирск,  Наука,  1985;  А.Сасcон.  

Биотехнология: свершения и надежды. М., «Мир»,1987.  



Elmşünaslığa giriş 

 

18



elmlər olmalıdır.  

Bu  sahədə  nisbətən  uzunmüddətli  tədqiqat  tə-

ləb edən məsələlər aşağıdakılardan ibarətdir:  

Birincisi,  müasir  dövrdə  ölkəmizdə  formalaş-

mış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi mo-

delinin  özünəməxsus  xüsusiyyətlərini  öyrənmək  və 

onun sosioloji təhlilini vermək.  



İkincisi, keçid dövrü başa çatdırıldıqdan sonra 

qarşıda  duran  perspektiv  vəzifələri  müəyyənləşdir-

mək  və  strateji  inkişaf  proqramlarının  hazırlanması 

üçün elmi tövsiyələr irəli sürmək.  



Üçüncüsü,  yeni ideoloji kursun müəyyən edil-

məsi,  ictimai  şüurun  yenidən  formalaşan  sosial  ide-

alın  tələblərinə  uyğun  surətdə  yönəldilməsi,  təhsil 

sisteminin,  habelə  KİV-in  fəaliyyət  proqramlarının 

strateji  hədəflərə  uyğunlaşdırılması,  bütün  bu  sa-

hələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.  



Dördüncüsü,  siyasi  və  hüquqi  mədəniyyətin 

formalaşdırılması,  milli-fəlsəfi  fikir  ənənələri  ilə 

müasir  Qərb  fəlsəfəsinin  sintezindən  çıxış  etməklə 

ictimai  və  humanitar  fəaliyyət  sahələri  üçün  meto-

doloji baza yaradılması. 

Belə  bir  cəhətə  də  diqqət  yetirilməlidir  ki, 

fəlsəfə elmə nəzərən nisbi müstəqil bir sahə olsa da, 

həm  dəqiq,  həm  də  ictimai  elmlər  üçün  metodoloji 

təməl  rolunu  oynayır,  bu  elmlərlə  sıx  surətdə  bağlı-

dır,  amma  bununla  yanaşı  özü  bir  qayda  olaraq  hu-

manitar  sahəyə  aid  edilir.  Düzdür,  sovet  dövründə 


Giriş 

 

 



19

fəlsəfə  ictimai  elmlərə  aid  edilirdi  və  ona  görə  biz 

hələ də məsələyə məhz bu müstəvidə baxırıq. Amma 

müasir dövrdə əksər təsnifat sistemlərində fəlsəfə ic-

timai  deyil,  humanitar  elmlər  sırasına  daxil  edilir.

1

 



Səbəbi  isə  budur  ki,  ona  ümumiyyətlə  təfəkkür  mə-

dəniyyətinin  formalaşmasına  xidmət  etməklə,  həm 

də mədəniyyət hadisəsi kimi baxılır.    

Bütün bu şərtlərin ödənməsi üçün isə öncə fəl-

səfi  dünyagörüşü  ilə  ictimai  və  humanitar  elmlərin 

konkret  məsələləri  arasında  əks-əlaqə  sistemi  yara-

dılmalıdır. Humanitar sahə nümayəndələrinin və cə-

miyyətşünas  alimlərin  təkcə  elmi  konfranslarda  de-

yil,  həm  də  onların  əhali  ilə  əlaqəsini  təmin  edən 

müntəzəm tribunası olmalıdır. Yəni elmi tədqiqatlar-

la elmi-publisistik fəaliyyət paralel getməlidir. Digər 

tərəfdən  də,  ictimai  şüur  səviyyəsində  ümumiyyətlə 

düşüncə  mədəniyyətinin  inkişafı  həm  dəqiq  elmlər, 

həm də humanitar elmi təfəkkür üçün təməl rolu oy-

namalıdır. Ümumi mədəni səviyyə, maarifçiliyin du-

rumu  ilə  yanaşı,  sosial-iqtisadi  durum  və  istehsala-

tın,  təsərrüfat  sisteminin  durumu  böyük  önəm  kəsb 

edir.   


Müasir  dövrdə  dünyada  hadisələrin  inkişafı 

vahid iqtisadi münasibətlər sisteminin, ortaq ümum-

dünya  bazarının  yaradılması  istiqamətində  gedir. 

Düzdür,  inkişaf  etmiş  ölkələr  öz  üstün  mövqelərinə 

                                                 

1

 Bax: Əlavə 1, 2, 3. 



Elmşünaslığa giriş 

 

20



istinad edərək, özlərinin daxil olduqları ümumi iqti-

sadi  məkanın  (məsələn,  Avropa  Birliyi)  qapılarını 

nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay 

açmır və bu da təbiidir. Nə qədər ümumbəşəri məna-

fedən, vahid sosial ideallardan söhbət getsə də, hələ 

milli dövlət mənafeləri saxlanılır və  yalnız eyni tər-

tibli  ölkələrin  inteqrasiyasından  söhbət  gedə  bilər. 

Və  bu  inteqrasiyaya  qoşulmaq  üçün  əvvəlcə  həmin 

ölkələrin  keçmiş  olduğu  inkişaf  mərhələlərini  keç-

mək, onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.  

İstəsək  də,  istəməsək  də  müasir  sivilizasiyaya 

və elmi-texniki səviyyəyə qovuşmaq üçün inkişaf et-

miş  Qərb  ölkələrinin  keçdiyi  yolu  biz  də  keçməli 

olacağıq.  Lakin  bizim  əlimizdə  bu  ölkələrin  keçdiyi 

yolların xəritəsi var və biz tarixin ibrət dərslərini nə-

zərə  alsaq,  ilk  yol  açanların  bütün  səhvlərini  təkrar 

etmərik. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiyyatı 

da, müasir dünyanın inkişaf meyllərini də gözəl bil-

mək tələb olunur. Belə çətin bir zamanda həm dünya 

iqtisadiyyatına  inteqrasiya  olunmaq,  həm  də  milli-

mənəvi dəyərləri qoruyub saxlamaq üçün düzgün in-

kişaf  strategiyası  və  yaxşı  ölçülüb-biçilmiş  mükəm-

məl siyasi proqram tələb olunur. Belə proqramlar isə 

möhkəm  elmi  təmələ  malik  olmalıdır.  Bunun  üçün 

də  ictimai  elmlərin  yüksək  dərəcədə  inkişaf  etdiril-

məsinə  ehtiyac  vardır.  Akademik  Ramiz  Mehdiyev 

yazır:  “Sürətli  sosial-iqtisadi  inkişaf  ictimai  elmlər 

qarşısında  yeni  vəzifələr  irəli  sürür,  ictimai  elmlər 



Giriş 

 

 



21

üzrə  çalışan  alimlərin  məsuliyyətini  nəzərəçarpacaq 

dərəcədə artırır, bu sahədə verilən bütün səmərəli fi-

kir və təkliflərə tam ciddiyyətlə, özünütənqid ruhun-

da  yanaşaraq,  onları  diqqətə  almağı  və  lazımınca 

qiymətləndirməyi tələb edir.”

1

   


Belə bir cəhət də nəzərə alınmalıdır ki, qlobal-

laşma  şəraitində  dünya  iqtisadiyyatının  və  beynəl-

xalq miqyaslı ictimai-iqtisadi proseslərin daha dərin-

dən  öyrənilməsinə  ehtiyac  vardır.  Çünki  kim  ki, 

araşdırıb  öyrənmədiyi,  yəni  özü  üçün  qaranlıq  olan 

bir  sahəyə  daxil  olur,  o  ancaq  itirə  bilər.  Yeganə 

işıqlandırıcı vasitə isə elmdir. Müasir dövrdə baş ve-

rən  dünya  iqtisadi  böhranının  da  elmi  təhlil  süzgə-

cindən keçirilməsi vacibdir.        

Vahid dünya bazarının olması, açıq iqtisadi si-

yasət  ilk  baxışda  daha  çox  geri  qalmış  ölkələr  üçün 

əlverişli  görünsə  də,  əslində  inkişaf  etmiş  ölkələrin 

də  buna  böyük  ehtiyacı  vardır.  Daha  doğrusu,  icti-

mai,  elmi-texniki  inkişaf  prosesinin  özü  bunu  tələb 

edir. Belə ki, külli miqdarda investisiya hesabına ar-

tıq kütləvi istehsalda qərarlaşmış texniki və texnoloji 

sistemlərin tez-tez dəyişdirilməsi sahibkarlara böyük 

ziyan  verə  bildiyindən,  kapital  dünyası  intensiv  el-

mi-texniki  tərəqqinin,  texnologiyaların  tez-tez  mo-

dernləşdirilməsinin əleyhinə çıxa bilərdi. Cari məna-

fe ilə perspektiv texniki tərəqqi arasındakı ziddiyyət 

                                                 

1

 R. Mehdiyev. İctimai və humanitar elmlər: zaman konteks-



tində baxış. Bakı, 2010, s. 16. 

Elmşünaslığa giriş 

 

22



ümumən  ictimai  inkişaf  üçün  əngəl  törədə  bilərdi. 

Lakin geri qalmış ölkələrin “qapılarının açıq olması” 

nisbətən köhnəlmiş texnikanı həmin bazarlarda xırıd 

etməyə və öz ölkələrində ən müasir texnoloji sistem-

ləri tətbiq etməyə imkan yaradır.  

Buna  görə  də,  inkişaf  etmiş  ölkə  heç  vaxt  bü-

tün  ölkələrin  texniki  inkişaf  səviyyələrinin  bərabər-

ləşməsini  istəməz.  Ən  qabaqcıl  ölkələrin  özlərindən 

bir  az  geri  qalan  ölkələrə,  onların  da  öz  növbəsində 

daha çox geri qalan ölkələrə ehtiyacı vardır. 

Hər dəfə daha yüksək elm tutumlu olan müasir 

texnika icad olunduqdan sonra, istifadədən çıxarılan 

əvvəlki  texnika  “mənəvi  cəhətdən  köhnəlmiş”  (yəni 

özü  təzə  olsa  da,  əsasında  dayanan  ideya  köhnəlib-

dir) sayılır və onlar nisbətən aşağı səviyyəli ölkələrə 

ixrac olunur.  

Bu iyerarxiya – ölkələrin texnoloji qradasiyası 

və çoxpilləli düzülüşü hərbi texnika timsalında özü-

nü  daha  qabarıq  göstərir.  Əvvəla,  elmi-texniki  po-

tensial daha çox dərəcədə hərbi-sənaye kompleksinə 

deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə cə-

miyyətin tərəqqisinə xidmət etməlidir. İşdə isə məhz 

hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sahə-

sinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də iqtisadi 

mənafeyə  tabe  etdirilir.  Böyük  dövlətlərin  (məs., 

ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texni-

kanın  daim  təkmilləşdirilməsini  tələb  etdiyindən, 

“mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın satıl-



Giriş 

 

 



23

ması  üçün  bazara  həmişə  ehtiyac  olur.  Ona  görə  də 

qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlə-

rinin mənafeyi nisbətən geri qalmış ölkələrdə müha-

ribə və münaqişə şəraitinin saxlanmasını tələb edir. 

XX  əsrin  son  rübündə  kompüterləşmənin  sü-

rətli  inkişafı  və  onun  iqtisadiyyatın,  ictimai  həyatın 

bütün  sahələrinə  nüfuz  etməsi,  xüsusən  internet  şə-

bəkəsinin geniş yayılması qloballaşma üçün texnolo-

ji təməl hazırlamışdır. Bu sahədə üstün texniki inki-

şaf  səviyyəsində  olan  dövlətlər  öz  yüksək  ixtisaslı 

mütəxəssislərinin köməyi ilə dünyada gedən proses-

lərə  daha  operativ  və  səmərəli  təsir  etmək  imkanı 

qazanırlar. 

Müasir dövrdə elmin rolu və əhəmiyyəti barə-

də çox danışmaq olar. Bizim məqsədimiz açılan bö-

yük  imkanlardn  daha  səmərəli  istifadə  edə  bilmək 

üçün onu özünün elmi əsaslarla idarə olunması, yəni 

elmşünaslığın əhəmiyyətini qeyd  etmək və bu sahə-

də ilkin zəruri biliklər verməkdir.    



 

 

 

 

 

 

Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin