Elm yarandıqdan sonra hər şey



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix09.02.2017
ölçüsü2,14 Mb.
#7964
1   2   3   4   5   6   7   8   9   ...   28
Elmşünaslığa giriş 

 

82



ənənələrindən,  sinfilik  prinsipindən,  “ictimai  inkişa-

fın  antoqonist  xarakterindən”  çıxış  edir.

1

  Halbuki, 



Azərbaycanda elm haqqında düşüncələrin və öz dili-

mizdə nəşr olunmuş məqalə və kitabların ümumiləş-

dirilməsi  və  tənqidi-təhlil  süzgəcindən  keçirilməsi, 

bu  problematikaya  bizim  öz  baxış  bucağımızın  for-

malaşması  məqamı  artıq  çoxdan  çatmışdır.  Bu  ba-

xımdan, H.Quliyevin Azərbaycan gerçəkliyini nəzə-

rə alan son monoqrafiyası xüsusi əhəmiyyətə malik-

dir.


2

  Müəllif  bu  kitabda  əvvəlcə  ümumiyyətlə  elm-

dən,  müasir  dövrdə  onun  əhəmiyyətindən,  elmilik 

meyarlarından; rasionallıqdan, obyektivlikdən, elmin 

inkişaf qanunauyğunluqlarından bəhs edir, sonra isə 

onun bir ictimai sistem kimi, habelə bir mədəniyyət 

hadisəsi  kimi  xüsusiyyətlərini  araşdırır,  –  bir  sözlə, 

Azərbaycan  oxucusunda  elm  haqqında  hərtərəfli 

təsəvvür yaratmağa çalışır.  

H.Quliyev  haqlı  olaraq  göstərir  ki,  biz  nəinki 

“böyük  elmə”, heç  “kiçik elm”in fəaliyyət dairəsinə 

də daxil olmağa hazır deyilik. Çünki “böyük elm”in 

tələbləri  bizim  təsəvvür  etdiyimizdən  qat-qat 

böyükdür.  Əlbəttə,  səbəb  yalnız  maliyyə  imkanları 

ilə bağlı deyil. Hətta dövlət büdcəsində elmə ayrılan 

pul bir neçə dəfə artırılsa belə, bu ölkəmizdə həqiqi 

                                                                                       

lıq və qeyri-rasionallıqBakı, “Elm”, 2010, s. 289. 

1

 Yenə orada, s. 291. 



2

  Г.Гулиев.  Научная  стратегия  малых  стран  (поиски 

азербайджанской модели). Баку, Текнур, 2007 


Elmşünaslıq və onun genezisi  

 

 



83

elmi mühit yaradılması üçün yetərli deyil. Ona görə 

yox ki, bu pul azlıq edər; ona görə ki, ictimai rəydə 

və  ictimai  şüurda  elmə  münasibət  kifayət  qədər 

aktuallaşmamışdır. Və bunun bir səbəbi də elmin op-

timal təşkilati strukturunun olmamasıdır.  

Müəllif  elmin  yüksək  dərəcədə  inkişaf  etdiyi 

ölkələrdə elmə və alimə münasibəti, elm adamlarının 

səciyyələndirilməsini,  Azərbaycandakı  və  ümumiy-

yətlə  postsovet  məkanındakı  münasibətlə  müqayisə 

edir.  Keçmiş  Sovetlər  İttifaqında  elmin  bit  tərəfdən 

dövlət  inhisarında,  digər  tərəfdən  də  ideoloji  kon-

tekstdə  olması,  alim  obrazının  düzgün  formalaşma-

ması da öz təsirini göstərməkdədir. Tədqiqatçı məsə-

ləyə başqa rakursda yanaşaraq, müsəlman dünyasın-

da elmə münasibət məsələsinin tarixini nəzərdən ke-

çirir və müasir Azərbaycanda, bir tərəfdən sovet, di-

gər  tərəfdən  islam  ənənəvi  münasibətlərinin  izlərini 

aşkar edir.  

Lakin təəssüf ki, bu kitab da rus dilində  yazıl-

mışdır.  Ümumiyyətlə,  bu  sahədə  ölkəmizdə  çap 

olunan  əsərlərin  çoxu  yenə  də  rus  dilindədir

1

  ki,  bu 



da  milli  fəlsəfi  fikrin  inkişafında  “elm  fəlsəfəsi”  və 

elmşünaslıq  aspektlərinin  təşəkkülünə  xidmət  etmir 

                                                 

1

  Bax,  məs.:  Н.Мамедов.  Моделирование  и  синтез  зна-



ний. Баку, Элм, 1979; З.Мамедалиев. Наука, истина, совре-

менная  цивилизация  //  «Fəlsəfə  və  sosial-siyasi  elmlər»  jur-

nalı, 2003, № 1-2, с. 40-61; А.Асадов. Мышление. Творчест-

во. Эпоха. Баку, Текнур, 2009 və s.  



Elmşünaslığa giriş 

 

84



və  ya  çox  az  xidmət  edir.  Bu  baxımdan,  Cəmil Əh-

mədlinin son illərdə elm fəlsəfəsinə dair yazdığı bəzi 

məqalələr,  elmi  nəzəriyyə  problemi  ilə  bağlı  çap 

etdirdiyi ayrıca kitab xüsusi əhəmiyyətə malikdir.

1

  

Yaxşı ki, elmin sosial sistem kimi öyrənilməsi 



üçün  də  müəyyən  baza  yaranmış,  mürəkkəb  sosial 

sistemlərin tədqiqatı kontekstində elmin tədqiqi üçün 

də  metodoloji  tövsiyələr  işlənib  hazırlanmışdır.

2

 



Bundan  başqa,  elmi  idrak,  onun  Şərqdə  və  Qərbdə 

xüsusiyyəti, təfəkkürün inkişaf yolu, elm və təfəkkür 

mövzularında aparılan tədqiqatlar da ölkəmizdə elm 

haqqında  təsəvvürlərin  formalaşmasında  müəyyən 

rol oynamışdır. 

3

  



Ötən  əsrin  90-cı  illərində  bu  sətirlərin  müəl-

lifinin  bilavasitə  elmşünaslığa  aid  edilə  biləcək  bir 

neçə monoqrafiyası da işıq üzü görmüşdür.

4

  



                                                 

1

  C.Əhmədli.  Elmi  biliyin  inkişaf  qaynaqları  //  “Dünyaya 



baxış” jurnalı, 2007, № 6; Elmlərin inteqrasiyası, biliyin sintezi 

// Fəlsəfə. Elmi-nəzəri jurnal, 2009, № 2, s. 11-24; C.Əhmədli. 

Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008.  

2

  А.Аббасов.  Сложность.  Время.  Синергетика:  обще-



теоретический  анализ  проблем  сложности  и  развития 

сложных систем. Баку, Элм, 1991. 

3

  A.Əsədov.  Təfəkkürün  fəlsəfəsi:  epoxal  təfəkkür  cəmiy-



yətin  və  təbiətin  qarşılıqlı  münasibətləri  kontekstində.  Bakı, 

Qanun, 1997.  

4

 S.Xəlilov. Elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəti-



cələri. Bakı, “Elm”, 1996; С.Халилов. Основания научно-тех-

нического  прогресса.  Логико-методологический  анализ 

(Послесловие  академика  А.Д.Урсула).  Москва,  «Экономи-


Elmşünaslıq və onun genezisi  

 

 



85

Son  illərdə  məhz  Azərbaycanda  elm  və  onun 

infrastrukturu,  sosial  və  təşkilati  məsələləri  üzrə  də 

bəzi tədqiqat işləri çap olmuşdur.

1

 Və nəhayət, İslam 



Şərqinin  bəzi  böyük  elm  adamlarının  elm  haqqında 

fikirlərinin,  tədqiqatlarının  toplanaraq  bir  kitab  ha-

lında çap etdirilməsi elmə türk-islam düşüncəsi kon-

tekstində  baxılması  və  müvafiq  elmşünaslıq  mate-

riallarının  toplanması  istiqamətində  mühüm  addım 

sayıla bilər.

2

  

Göründüyü  kimi,  elmin  öz  tarixi  ilə  yanaşı, 



artıq elmşünaslığın da tarixi formalaşmaqdadır. Elm-

şünaslıq  nisbətən  yeni  yaranmış  olsa  da,  bu  sahədə 

son əlli ildə kifayət qədər tədqiqat aparıldığına görə, 

burada da müəyyən bir inkişaf yolu və tendensiyalar 

üzə çıxarmaq mümkündür.  

Lakin elmlə bağlı tədqiqatlar hələ də vahid bir 

fəndə  sintez  olunmadığından,  elmin  tarixi,  metodo-

logiyası, fəlsəfəsi, sosial və iqtisadi aspektlərdə təd-

qiqi  çox  vaxt  bir  araya  gətirilmədən,  nisbi  müstəqil 

şəkildə  inkişaf  edir.  L.A.Markova  tarixi  aspektdə 

olan  tədqiqatları  “elmin  tarixşünaslığı”  adı  altında 

                                                                                       

ка и информатика», 1997; S.Xəlilov. Elmdən texnikaya və mə-

nəviyyata. Bakı, «Azərbaycan Universiteti”, 1998.  

1

  Г.Гулиев.  Научная  стратегия  малых  стран  (поиски 



азербайджанской  модели).  Баку,  Текнур,  2007;  S.Xəlilov

Azərbaycanda  elm  və  onun  təşkilati  formaları.  Bakı,  “Oskar”, 

2010. 

2

 Elm adamları elm haqqında, Bakı, Çaşıoğlu, 2010.  



Elmşünaslığa giriş 

 

86



qruplaşdırır.

1

  Lakin  elmin  tarixi  istər-istəməz  elmi 



idrakın və ümumiyyətlə  təfəkkürün tarixi ilə sıx su-

rətdə bağlı olduğundan, bu sahədəki tədqiqatları tam 

ayırmaq mümkün deyil.  

Elmin tədqiqinin məntiqi-qnoseoloji aspektləri 

sahəsində  də  80-ci  illərdə  Azərbaycanda  araşdırma-

lar  aparılmış,  J.Sarton  və  R.Mertonun  elmin  tarixi 

inkişaf  modelinə,  K.Popper,  İ.Lakatos  və  J.Aqassi-

nin  məntiqi  rekonstruksiya  təliminə,  T.Kun,  S.Tul-

min, P.Feyerabendin sosial-psixoloji rekonstruksiya, 

habelə  kumulyativistik  epistemoloji  təliminə  müna-

sibət  bildirilmişdir.

2

  Söhbət  bu  sətirlərin  müəllifinin 



elm fəlsəfəsinə dair ilk dəfə Azərbaycan dilində çap 

olunmuş  iki  məqaləsindən  gedir.  Bu  məqalələr  həm 

də  sadəcə  məlumat  xarakteri  daşımayıb  mübahisəli 

məsələlərə  Azərbaycan  elmşünaslığı  mövqeyindən 

alternativ  baxış  kimi  də  dəyərləndirilə  bilər.  Müəl-

lifin müstəqil elmşünaslıq konsepsiyası onun sonrakı 

əsərlərində  də  inkişaf  etdirilmiş,  elm  fəlsəfəsində 

mövcud  olan  müxtəlif  təlimləri,  habelə  elmin  sosial 

və  məntiqi-epistemoloji  aspektlərini  ortaq  məxrəcə 

gətirmək təşəbbüsləri davam etdirilmişdir. 

Ciddi mübahisə mövzularından biri olan elmin 

                                                 

1

  Л.А.Маркова.  Наука.  История  и  историография  XIX-



XX вв. М., Наука, 1987.  

2

  S.  Xəlilov.  Elmin  tədqiqinin  məntiqi-qnoseoloji  aspekti  // 



Azərbaycan  SSR  EA  Xəbərləri.  “Tarix,  fəlsəfə  və  hüquq”  se-

riyası, 1986, № 1 və № 2. 



Elmşünaslıq və onun genezisi  

 

 



87

kumulyativist  inkişaf  modeli  və  antikumulyativist 

baxışlar  heç  cür  bir  araya  gətirilə  bilmirdi.  Əslində 

bir  tərəfdə  Karnap  və  Popper,  digər  tərəfdə  Kun  və 

Lakatos olmaqla uzun sürən konseptual qarşıdurma-

dan çıxış yolları da ilk dəfə məhz bizim tərəfimizdən 

göstərilmişdir.  Bunun  üçün  məsələyə  daha  geniş  fi-

kir  müstəvisində,  həm  də  yeni  toplanma  qanunları 

kontekstində  baxılmasına  ehtiyac  var  idi.  Ənənəvi 

toplanma  təsəvvürlərinə  əsaslanan  kumulyativizm 

yaranmış  ziddiyyətləri  həll  etmək  iqtidarında  deyil-

di.  Ona  görə  də,  biz  problemin  həlli  üçün  alternativ 

toplanma  qaydaları  təklif  etmişik  ki,  bunun  da  sa-

yəsində  inkişaf  sadəcə  artım  prosesi  kimi  yox,  həm 

də alternativlərin yaranması kimi izah olunur.  

Qərbdə elm fəlsəfəsi və elmin metodologiyası-

na dair tədqiqatlar sonrakı illərdə də intensiv surətdə 

inkişaf etməkdədir. Bu sahədə təkcə rus dilinə tərcü-

mə  olunmuş  əsərlərin  siyahısı  göstərir  ki,  Avropada 

elm fəlsəfəsi və elmşünaslıq məsələləri aktual olaraq 

qalmaqdadır.

1

  Lakin  təəssüf  ki,  bizim  tədqiqatçılar 



                                                 

1

  Bax,  məs.:  Приобретение  знаний.  Под  ред.  С.Осуги, 



Ю.Саэки.  М.,  Мир,  1990;  Современная  философия  науки: 

знание, рациональность, ценности в трудах мыслителей За-

пада. Хрестоматия. М., Логос, 1996; Эволюционная эписте-

мология  и  логика  социальных  наук:  Карл  Поппер  и  его 

критики,  М.,  Эдуториал  УРСС,  2000;  М.Томпсон.  Фило-

софия науки, М., Гранд, 2003; Поппер К. Предположения и 

опровержения.  Рост  научного  знания.  М.,  АСТ,  2004;  П. 

Фейерабенд. Наука в свободном обществе. М., АСТ, 2010;  


Elmşünaslığa giriş 

 

88



hələ də XX  əsrin ikinci yarısında geniş  yayılmış tə-

limlər  barədə  səthi  məlumat  verməklə  kifayətlənə-

rək,  ən  müasir  diskussiyalara  qatıla  bilmirlər.  Rusi-

yadakı  həmkarlarımız  isə  əsasən  bu  müzakirələrdə 

fəal surətdə iştirak etməyə çalışırlar. Sovet dövründə 

onlar bu işi “burjua nəzəriyyələrinin tənqidi” adı al-

tında  görürdülər.

1

  İndi  isə  məsələləri  daha  obyektiv 



mövqedən  işıqlandırmaq  imkanı  əldə  etdiklərinə 

görə, bu sahədəki icmal və tədqiqatların elmi dəyəri 

daha yüksəkdir.

2

 Bu mövzuda Rusiyada ayrıca jurnal 



                                                 

1

  Məs.:  Критика  буржуазных  концепций  науки,  Киев, 



Наукова  думка,  1986;  Критика  современных  немарксист-

ских  концепций  философии  науки.  М.,  Наука,  1987; 



П.П.Гайденко.  Социологические  аспекты  анализа  науки  // 

Ученые о науке и ее развитии. М., Наука, 1971, с. 232-258; 



Н.С.Юлина. Проблема науки и метафизики в американской 

философии  ХХ  в.  //  Философия  в  современном  мире.  Фи-

лософия  и  наука.  М.,  Наука,  1972,  с.  249-298;  Н.Ф.Нау-

мова. Буржуазная социология и философия // Философия в 

современном мире. Философия и наука. М., Наука, 1972, с. 

298-339. 

2

 Bax, məs.: Наука и кризисы. Историко-сравнительные 



очерки.  СПб.,  2003;  С.А.Лебедев.  Современная  философия 

науки. М., Академ. проект, 2008; Е.А.Мамчур. Образы нау-

ки  в  современной  культуре:  Научная  монография.  М., 

Канон+,  Реабилитация  2008;  Наука:  от  методологии  к  он-

тологии  /  Отв.  ред.:  А.П.  Огурцов,  В.М.  Розин.  М.,  ИФ 

РАН 2009; С.А. Глузман. Наука и философия: Жизнь в ис-

кривленном  пространстве.  СПб.,  Алетейя.  2010;  А.М.Но-

виков,  Д.А.Новиков.  Методология  научного  исследования. 

М., Либроком 2010; А.О.Карпов. Современная теория науч-

ного образования: проблемы становления // Вопросы фило-

софии. М., Наука, № 5, 2010, с. 15-25. 



Elmşünaslıq və onun genezisi  

 

 



89

nəşr edilməsi də problemə olan xüsusi diqqətin gös-

təricisidir.

1

  



Elmin fəlsəfəsi və metodologiyası bütün bəşə-

riyyət miqyasında tədqiq edildiyi halda, elmin təşki-

lati  məsələləri  ayrı-ayrı  ölkələrin  timsalında  öyrə-

nilir: bu sırada inkişaf etmiş Qərb ölkələrinin, habelə 

Yaponiyanın təcrübəsi, bu istiqamətdə həyata keçiri-

lən  dövlət  siyasəti  böyük  maraq  doğurur.

2

  Bununla 



belə, bizim üçün Şərq ölkələrində və inkişaf etmək-

də  olan  ölkələrdə  elmə  münasibət,  elm  quruculuğu 

məsələləri,  bu  sahədə  tətbiq  olunan  modellərin,  uy-

ğun təcrübələrin təhlili heç də az əhəmiyyət kəsb et-

mir.

1

 İslam dünyasının görkəmli alimi, Nobel müka-



                                                 

1

  Эпистемология  &  философия  науки.  Научно-теорети-



ческий  журнал  по  общей  методологии  науки,  теории  по-

знания  и  когнитивным  наукам.  Москва,  Российская  Ака-

демия Наук. 

 

2



  Н.В.Шелюбская.  Научно-техническая  политика  Вели-

кобритании,  М.,  Наука,  1990;  Япония:  проблемы  научно-

технического прогресса, М., Наука, 1986; Я.Накасонэ. По-

литика Японии в области науки и техники // Государствен-

ная  стратегия  японии  в  ХХI  в.  М.,  NOTA  BENE,  2001; 

Г.И.Чуфрин, В.Н.Курзанов,  Г.С.Шабалина. Наука  и  техни-

ка  в  странах  АСЕАН,  М.,  Наука,  1990;  М.Уолкер.  Наука  в 

послевоенной  Германии  //  Наука  и  кризисы.  Историко-

сравнительные  очерки.  СПб.,  2003,  с.  908-922;  С.Лесли. 

Наука и политика в Америке во времена холодной войны // 

Наука  и  кризисы,  с.  923-950;  К.Као.  Наука  и  ученые  во 

время  культурной  революции  в  Китае  //  Наука  и  кризисы, 

с. 951-975 

1

  Е.Б.Рашковский.  Науковедение  и  Восток.  М.,  Наука, 



1980; Е.Б.Рашковский. Научное знание, институты науки и 

Elmşünaslığa giriş 

 

90



fatı  laureatı  Əbdüs-Səlam  “islamın  qızıl  dövründə” 

elmlərin yüksək dərəcədə inkişafı ilə bərabər müasir 

mərhələdə  dini  və  elmi  təfəkkürün  yeni  ittifaq  for-

malarının  tapılmasına  olan  ehtiyacdan  bəhs  edir  və 

islam  dünyasında  təbiət  elmlərinin  yenidən  təkamü-

lünü,  renessansını  zəruri  hesab  edir.

1

  Məhz  bu  yeni 



renessans  idealı  Əbdüs-Səlamı  islam  gənclərinə  ün-

vanlanmış  çağırışa  sövq  edir:  “Orta  əsrlərdə  elmin 

ağırlıq mərkəzi islam dünyasında idi... Tarix səhifə-

lərini  vərəqləyib,  görəsən,  elmdə  liderliyə  nail  ola 

bilərikmi?.. Gənclərimiz, bunu özlərinə məqsəd kimi 

qarşıya qoymalıdırlar”.

2

 Amma müasir dövrdə islam 



dünyasında  fəlsəfi  fikir  və  ictimai  elmlər  müstəqil 

surətdə  inkişaf  edə  bilmədiyindən  və  əksər  hallarda 

ilahiyyatın təhrif olunmuş və təriqətləşmiş təlimləri-

nin təsiri altına düşdüyündən bir növ böhran mərhə-

ləsini yaşayır. Beynəlxalq İslam Düşüncəsi İnstitutu-

nun aparıcı alimlərindən biri Əbdül-Həmid Əbu Sü-

leymanın  yazdığına  görə,  indiki  dövrdə  islam  alə-

mində  elmlərə,  xüsusən  ictimai  elmlərə  böyük  eti-

nasızlıq vardır.

1

  



                                                                                       

интеллигенция в странах Востока, М., Наука, 1990. 

1

  Muhammad  Abdus  Salam.  Renaissance  of  sciences  in 



Islamic  countries.  Edited  by  H.  R.  Dalafi,  Mohamed  Hassan, 

World Scientific, 1994. 



Abdüs-Salam.  İdealler  və  gerçekler,  İstanbul,  Yeni  Asya 

Yayınları, 1991 // Elm adamları elm haqqında, s. 41. 

1

  Abdul  Hamid  A.  Abu  Sulayman.  Crisis  in  the  Muslim 



Mind. Trans. by Yusuf Talal DeLorenzo. International Institute 

Elmşünaslıq və onun genezisi  

 

 



91

Bəs çıxış yolu nədədir? 

Bunun üçün əlbəttə, islam dünyasının orta əsr-

lərdə  indiki  Qərb  ölkələrinə  nisbətən  çox  irəlidə  ol-

masına  rəğmən,  onun  tədricən  geri  qalmasının  sə-

bəblərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəb-

həsində  ayrı-ayrı  nümunələr,  yəni  müsəlmanların 

normal elmi mühitdə çalışarkən heç kimdən geri qal-

mayaraq  böyük  uğurlar  qazanması  faktları  göstərir 

ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət isla-

mi  dünyagörüşünün  guya  elmin  inkişafı  üçün  əlve-

rişli olmaması haqqında yaradılmış mifin dağıdılma-

sından gedir. Problem cəmiyyətin təşkilatlanması və 

onun  strukturunda  elm  üçün  normal  şərait  yaradıl-

ması ilə bağlıdır.  

Azərbaycanda da son illərdə elmi tədqiqatların 

qiymətləndirilməsində  meyar  axtarışı,  dünya  prakti-

kasından  istifadəyə  ehtiyac  haqqında  tənqidi  məqa-

lələr  çıxır,  bir  növ  həyəcan  təbili  çalınır.

1

  Bununla 



belə,  ölkəmizdə  daha  çox  dərəcədə  məhz  ictimai  və 

humanitar  elmlərin  vəziyyəti  ilə  əlaqədar  müzakirə-

lər  aparılır.  Akademik  Ramiz  Mehdiyev  müasir 

dövrdə ictimai elmlərin rolunun daha da artdığını nə-

zərə alaraq ölkəmizdə bu sahədə aparılan tədqiqatla-

rın  səviyyəsindən  qane  olmadığını  və  daha  intensiv 

və  məqsədyönlü  araşdırmalara  ehtiyac  olduğunu 

                                                                                       

of Islamic Thought, Herndon, Virginia USA, 1997, p. 43. 

1

  F.Əliyev,  Ş.Ağayev.  Elmi  kadr  hazırlığının  problemləri  // 



«Azərbaycan» qəzeti, 26 noyabr, 2009;  

Elmşünaslığa giriş 

 

92



qeyd  etmiş,  bu  sahədə  yaxın  gələcəkdə  görülməli 

olan  işlərin  əsas  istiqamətlərini  müəyyənləşdirmiş-

dir.

1

 Bəli, ictimai elmlər  sahəsində vəziyyət həqiqə-



tən qənaətləndirici deyil. Amma bu, heç də o demək 

deyil  ki,  ictimai  elmlər  sahəsində  bizdə  heç  bir  nai-

liyyət yoxdur; sadəcə tələbat daha böyükdür.  

XXI  əsrdə  elmlərin  təsnifatında  məhz  ictimai 

elmlərin  xüsusi  yer  tutması  və  prioritetliyi  məsələsi 

getdikcə özünü daha bariz surətdə göstərir. Gələcək-

də humanitar sahənin daha da inkişaf etdirilməsi, el-

min bütün nailiyyətlərinin insana, onun təkcə maddi 

yox, həm də mədəni-mənəvi tələbatının ödənməsinə 

yönəldilməsi  üçün  indi  daha  geniş  imkanlar  açıl-

mışdır. Məhz bu səbəbdəndir ki, bir sıra tədqiqatçılar 

bu  məqsədlə  təfəkkürün  yeni  strategiyasını  hazırla-

maq  vəzifələrini  qarşıya  qoyurlar.

2

  Bu  da  təsadüfi 



deyil ki, indi T. Kunun tədqiqatlarında da məhz icti-

mai elmlərə münasibət məsələsinə və Kun konsepsi-

yasının ictimai fikrin inkişafına tətbiqinə xüsusi diq-

qət yetirilir.

1

  

Müasir  elmi  metod  və  texnologiyaların  sayə-



sində  ictimai  elmlər  qarşısında  yeni  perspektivlər 

açılır.  Belə  ki,  uzun  müddət  riyaziyyat  ancaq  təbiət 

                                                 

1

 R.Mehdiyev. İctimai və humanitar elmlər: zaman konteks-



tində baxış. Bakı, Oskar, 2010. 

2

  М.Эпштейн.  Знак  пробела:  о  будущем  гуманитарных 



наук. М., Новое лит. Обозрение, 2004. 

    


1

  B.  Barnes.  T.  S.  Kuhn  ve  sosyal  bilimler.  Türkçesi: 

Hüsamettin Arslan, İstanbul, Paradigma Yayıncılık, 2008. 


Elmşünaslıq və onun genezisi  

 

 



93

elmlərinə tətbiq oluna bilirdi. İndi isə cəmiyyətin də-

qiq elmlərin predmetinə  çevrilməsi və uyğun olaraq 

cəmiyyətşünaslığın  riyaziləşməsi  prosesi  başlanmış-

dır. Amma bunun səbəbi təkcə ictimai elmlərin mən-

tiqi-epistemoloji  strukturlara  uyğunlaşması  deyil, 

həm  də  məhz  cəmiyyət  üçün  keçərli  olan  yeni  mo-

dellərin,  yeni  məntiqin  və  yeni  riyaziyyatın  forma-

laşmasıdır. Və burada, heç şübhəsiz, təməli Lütfi Za-

də  tərəfindən  qoyulan  qeyri-səlis  məntiq  təliminin 

açdığı yeni imkanlar aparıcı rol oynayır.  

İctimai proseslərin yeni metodologiya əsasında 

öyrənilməsinə dair bütün dünyada axtarışlar aparıldı-

ğı  bir  zamanda  azərbaycanlı  tədqiqatçıların  da  bu 

marafona  qatılması  təqdirəlayiq  haldır  və  bizdə 

ictimai elmlərin inkişaf  potensialının heç də itmədi-

yini göstərir. Biz ilk növbədə Tahirə Allahyarovanın 

sinergetika  və  qeyri-səlis  məntiq  kontekstində  icti-

mai elmlər üçün yeni metodologiya axtarışını nəzər-

də  tuturuq.

1

  Bu  axtarışlara  Əhməd  Qəşəmoğlunun 



tədqiqatlarında da rast gəlmək mümkündür.

1

 Burada 



da  mürəkkəb  sosial  sistemlərin  öyrənilməsində  sis-

tem-struktur  təhlil  metodu  və  elmi  idarəetmənin 

prinsipləri  araşdırılır.  Düzdür,  bu  sahədə  tədqiqatlar 

ölkəmizdə hələ ötən əsrin 70-ci illərindən başlanmış-

                                                 

1

  T.B.  Allahyarova.  Fəlsəfə,  ictimai  elm  və  metodologiya. 



Vəhdət fəlsəfəsi metodoloji ideal kimi. Bakı, Elm, 2005. 

1

  Ə.Qəşəmoğlu.  Sosial  idarəetmənin  fəlsəfi,  sosioloji  prob-



lemləri. Bakı, Səda, 2008.  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin