Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları



Yüklə 165,5 Kb.
səhifə1/2
tarix06.02.2017
ölçüsü165,5 Kb.
#7738
növüReferat
  1   2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: İqtisadiyyat və idarəetmə
İXTİSAS: Maliyyə
QRUP: 636
KURS: III
KAFEDRA: Bələdiyyə idarəetməsi
FƏNN: Müəssisənin iqtisadiyyatı


REFERAT
Mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
Müəllim: İsgəndərova Arzu
Tələbə: Astanov Ruslan


Bakı-2012
Plan:


  • Müəssisənin təşkili formaları və biznes maliyyəsinin xüsusiyyətləri




  • Müəssisənin təşkilati-hüquqi formaları




  • Müəssisənin təşkili və idarə edilməsinin hüquqi bazası




  • Müəssisələrin quruluşu və onu müəyyən edən amillər


Giriş
Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, öl­­kədə bazar müna­sıbət­lərinin yaranması və təşəkkül tapması müxtəlif növ məsələlərin həllini, təşkilati və iqtisadi islahatların həyata keçirilməsini zəruri etmişdir. Bu isla­hat­ların içərisində ən mühümü, bazar iqtisadiyyatının ayrılmaz atribut­la­rın­dan biri olan sahibkarlıq subyektlərinin inkişaf etdirilməsidir. Son illər ölkə­nin ümu­mi iqtisadi inkişafında sahibkarlığın əhəmiyyətinə və mahiyyətinə olan mü­na­si­bət müsbətə doğru dəyişməkdədir. Hələ 15 il öncə, ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət quruculuğunun əsaslarını şərh edərkən demişdir ki: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqti­sa­diyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolu­muz­dur ”. Əsası ulu öndər Hey­dər Əliyev tərəfindən qoyulan və onun layiqli davam­çısı, ölkə prezidenti İl­ham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inki­şaf strategiyasının tələblərinə və ümumi iqtisadi siyasətin məqsədinə uy­ğun olaraq, artıq özəl sektor bütün sahələrdə aparıcı mövqeyə çıxmışdır. Öl­kə­də müxtəlif təyi­natlı və fərqli fəaliyyət istiqamətlərinə malik güclü sa­hib­karlar ordusu forma­laş­mış­dır. Məhz, həyata keçirilən uğurlu iqtisadi isla­hat­ların nəticəsidir ki, ayrı-ayrı sahi­b­karlıq subyektlərinin, müəssisələrin kapi­ta­lı artır, müəssisələr inkişaf edir, iri sahib­karlıq sürətlə inkişaf edir, holdinqlər yaranır ki, bu da ümumilikdə kiçik və orta sahibkarlığın da inkişafını təmin edir. Nəticədə, bütün bunlar ümumi iqtisadi inkişaf üçün vacib olduğu kimi, həm də bir sıra məsələlərin operativ həllini tələb edir. İlk növbədə, aydındır ki, müəssisələrin maliyyə imkanları sürətlə ge­niş­­l­ə­nir və onun fəaliyyəti maliyyə resurslarından necə istifadə olun­ma­sın­dan çox asılıdır. Bu resursların lazımi istiqamətlərə yönəldilməsi, maliyyə ehti­yat­la­rından müəssisənin strategiyasına və strateji məqsədlərinə uyğun istifadə olun­ması müəssisənin uzunmüddətli, fasiləsiz və rentabelli fəaliyyətinin iqti­sa­di əsasını təşkil edir. Digər tərəfdən, istənilən halda lazımi məqsədlərin əldə olunması müvafiq ma­­liyyə təminatını tələb edir. Maliyyə təminatının ödənilməsi isə yeni-yeni ma­liy­yələşmə mənbələrinin tapılması ilə yanaşı, həm də mövcud ehtiyatlar­dan səmərəli və qənaətlə istifadə edilməsindən asılıdır. Müəssisələr fəaliy­yətlə­rini artan sürətlə davam etdirmək üçün əlavə maliyyə mənbələrinə də ehtiyac yaranır. Bu baxımdan da, ümumilikdə, maliyyələşmənin daha yaxşı təşkili üçün müəssisələr maliyyə idarə etməsinin predmentinə daxil olan bir necə məsələni diqqətlə təhlil etməli və həyata kecirməlidir. İstər qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditlərin cəlb olunması, istərsə də öz vəsaiti he­sabına maliyyələşmə bazar iqtisadiyyatı şəraitində mürəkkəb bir məsələ olub, hər bir müəssisənin fəaliyyətində həlledici amilə malikdir. Planlı təsə­r­rüfata nisbətən, bazar münasibətləri şəraitində müəssisə­lərin maliyyələşmə xü­susiyyətlərinə uyğun olaraq cəlb olunan vəsaitin mənbəyi, kredit faizi, kre­­ditin şərtləri və s. məsələlər daha ciddi əhəmiyyətə malikdir. Ona görə ki, planlı təsərrüfatçılıq prinsiplərinə əsaslanan inzibati amirlik sistemində ma­liy­yələşmə yuxari təşkilat tərəfindən həyata kecirildiyi üçün, bu göstə­ri­ci­lərin müəssisə səviyyəsində müəyyənləşdirilməsi zəruri hesab edilmirdi. Müasir bazar iqtisadiyyatı şəraitində isə, bütün bu məsələlərin məsuliyyəti müəssi­sə­nin öz üzərinə düşür. Belə ki, müəssisə zəruri maliyyə ehtiyacını təmin et­məkdə, eləcə də cəlb olunmuş vəsaitlərdən istifadə olunmasında müstəqildir və bütün məsuliyyət təsərrüfat subyektinə aiddir. Bu baxımdan da, müasir şə­raitdə müəssisə maliyyə­sinin təşkili istiqamətlərinin araşdırılması, mövcud və perspektiv maliyyə resurslarının səmərəli idarə edilməsinə dair müvafiq təklif və tövsiyələrin işlənib hazırlanması, bu sahədə müasir durumu təhlil edərək müvafiq ümumiləşdirmələr aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Buraxılış işində də, yuxarıda qeyd edilən məsələlərə baxıldığı üçün xüsusi aktuallıq kəsb edir. Buraxılış işim iki fəsil və nəticə və təkilflərdən ibarətdir:

Birinci fəsildə - Müəssisə maliyyəsinin sosial-iqtisadi mahiyyəti və funksiyalarından danışacam. Burada, müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və idarə olunması mexanizmindən, müəssisə maliyyəsinin təşkilinin nəzəri əsaslarından, müəssisədə investisiya qoyuluşlarının sosial-iqtisadi məzmunu və maliyyələşmə mənbələrindən danışacam.Ikinci fəsildə - Müəssisə maliyyəsinin təşkilinin təkmilləşdirilməsindən danışacam. Burada, müəssisənin maliyyə resurslarından səmərəli istifadə istiqamətlərin və müəssisədə maliyyənin təşkilinin təkmilləşdirilmnəsi yolların təhlil etməyə çalışcam. Nəticə və təkliflər bölməsində yekun olaraq müəssisəyə lazımi maliyyə vəsaitlərin cəlb edilməsinə, vəsaitlərin səmərəli idarə olunmasına, maliyyənin təşkilinə, müəssisənin kredit təminatının ödənilməsinə və müəssisə maliyyəsinin planlaşdırılmasına dair təkillər verəcəm.



Bazar iqtisadiyyatının yaranması, respublikamızda özəlləşdirmənin həyata keçirilməsi, iqtisadiyyatda, eləcə də sənaye müəssisələrində sahibkarlıq fəaliyyətinin yeni vüsət almasına səbəb olmuşdur. Buna görə də dərslikdə sənayedə sahibkarlıq, onun inkişaf mərhələləri, formaları, növləri və s. ilə əlaqədar məsələlərin öyrənilməsinə də lazımınca yer verilmişdir.«Müəssisənin iqtisadiyyatı» dərsliyinin ikinci bölməsi bütövlükdə istehsal resursları və onlardan istifadəyə həsr edilmişdir. Burada müəssisənin kadrları, əmək məhsuldarlığı, əməyin ödənilməsi ilə bağlı məsələlər, eləcə də istehsal əsas fondları və dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsi hərtərəfli şərh olunmuşdur.Müəssisənin istehsal xərclərinin öyrənilməsinə mənfəət və ona təsir edən amillərin müəyyənləşdirilməsi, vergi sistemi və qiymətin əmələgəlmə məsələlərinin və habelə rəqabət qabiliyyəti göstəricisi olan rentabelliyin tədrisi və təhlili zəruri hesab olunmuşdur.Hər bir müəssisədə istehsalın iqtisadi səmərəliliyinin artırılması bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bu gün daha böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də istehsalın iqtisadi və sosial səmərəliliyinin meyar və göstəricilərinin və habelə səmərəliliyin yüksəldilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dərslikdə xüsusi yer verilmişdir.Dərsliyin üçüncü bölməsində müəssisədə marketinq fəaliyyyəti və maddi-texniki təminata dair elmi biliklərin və müddəaların izahına xüsusi yer ayrılmışdır. Bundan əlavə, burada istehsalın ictimai təşkili formalarının (istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi, kombinələşdirilməsi) müəssisə iqtisadiyyatının inkişafındakı rolu və əhəmiyyətlərini nəzərə alaraq həmin məsələlər lazımınca şərh olunmuşdur.Kitabın dördüncü bölməsində, müəssisələrin idarə edilməsi və onların fəaliyyətinin tənzimlənməsi məsələlərinə baxılır, müəssisənin idarəetmə mexanizmi, təsərrüfat fəaliyyətinin planlaşdırılması və bazar münasibətlərinə uyğun olaraq idarə edilməsində baş verəcək zəruri dəyişikliklər şərh edilir. Burada, habelə elmi-texniki tərəqqinin mahiyyəti və istiqamətləri, xüsusilə də bazar iqtisadiyyatı şəraitində onun roluna xüsusi yer verilmişdir. Daha sonra elmi-texniki tərəqqi və elmi-texniki potensial, müəssisənin innovasiya fəaliyyəti və investisiya siyasəti ətraflı şəkildə izah olunmuşdur.Dərsliyin «Məhsulun keyfiyyəti, müəssisənin maliyyəsi və xarici iqtisadi əlaqələr» adlanan sonuncu – beşinci bölməsində bazar münasibətləri şəraitində müəssisələrin qarşısında duran tə-sərrüfat vəzifələrinin yerinə yetirilməsində maliyyə resurslarından səmərəli istifadə edilməsi və məhsulun keyfiyyətinin yüksəldilməsi məsələlərinə lazımınca yer verilmişdir. Burada maliyyənin ma-hiyyətinə və funksiyalarına, maliyyə resurslarından istifadənin təşkilinə, onların yaranma mənbələrinin öyrənilməsinə və nəhayət, qiymətin əmələ gəlməsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğun hesab edilmişdir. Dərsliyin müəllifi belə hesab edir ki, «Müəssisənin iqtisadiyyatı» təklif edilən məzmunda və quruluşda təhsilin bakalavr səviyyəsində hazırlanan iqtisadçılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri biliklərin mənimsənilməsinə köməklik göstərə biləcəkdir.Ümumiyyətlə, oxuculara təqdim olunan bu dərsliyin strukturu 5 bölmədən, 21 fəsildən və 97 paraqrafdan ibarətdir.Kursun vəzifələrindən biri istehsalın idarə olunması və xüsusilə, iqtisadi və hüquqi islahatlardan irəli gələn vəzifələrlə əlaqədlar olaraq idarəetmə sisiteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyyatına dair tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir.«Müəssisənin iqtisadiyyatı» kursunun tədrisində məqsəd tələbələri bazar iqtisadiyyatının ümumi qanunauyğunluqlarının müəssisədə təzahürü xüsusiyyətləri və onun fəaliyyətinə təsiri formaları, təsərrüfat tədbirlərinin həyata keçirilməsinin konkret yolları, texniki, texnoloci və iqtisadi siyasətin planlaşdırılıması, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodologiyası, habelə idarəetmə qərarlarının əsaslandırılması metodları sahəsində təcrübədə təsdiqini tapmış biliklərlə silahlandırmaqdır.


1.Müəssisənin təşkili formaları və biznes maliyyəsinin xüsusiyyətləri.

Mülkiyyət münasibətlərinin və formalarının müxtəlifliyi ilə əlaqə-dar olaraq təsərrüfatçılığın müxtəlif təşkilati-hüquqi formaları meydana çıxır. Bu müxtəliflik müəssisələrin fəaliyyət istiqamətləri ilə bağlıdır. Başqa bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycan Respublikasının da qanunvericiliyində özəl mülkiyyət özəl müəssisələ-rin və yoldaşlıqların müxtəlif formaları kimi təqdim olunur.



Biznes təşkilinin hüquqi formasının ən geniş yayılmış növləri aşa-ğıdakılardır:

Fərdi (təkbaşına) sahibkarlıq (Sole Proprietorships). Bu halda özəl mülkiyyətçi, müəssisənin yeganə sahibi qismində çıxış edir, yəni müəssisə bir şəxsin mülkiyyəti olur. Sahibkar öz müəssisəsinin nizam-namə kapitalını təşkil edir və hər bir şəraitdə öz əmlakı və borcları üçün tam məsuliyyət daşıyır, bütün xərcləri ödəyir və vergilərdən sonra qalan bütün mənfəətə sahib olur. Müəssisənin işlərini ya mülkiyyətçi özü, ya da onun nəzarəti ilə xüsusi təyin olunmuş hər hansı müvəkkil idarə edir. Fərdi müəssisələrin firma adı, möhürü, ştampı və bankda hesabı olur. İdarəçilik qabiliyyətinə malik istənilən fiziki şəxs müəssisə təsis edə bilər. Bu müəssisələr biznes təşkilinin sadə tipidir. Belə müəssisələr az xərclə yaradılır, asan idarə olunur. Bazar iqtisadiyyatlı yüksək inkişaf etmiş ölkələrdə özəl sahibkarlıq geniş diapozonlu kiçik biznesi əhatə edir. Bu biznes məişət xidmətləri, pərakəndə və topdansatış, təmir-tikinti, aqrar istehsal sahələrində yüksək inkişaf səviyyəsinə çatmışdır.

Tərəfdaşlıq (Partnerships) bir qrup vətəndaşın, yaxud fiziki şəxsin birgə təsərrüfatçılıq fəaliyyəti göstərmək üçün bağladıqları müqa-vilə əsasında yaratdıqları birlikdir. Ayrı-ayrı şəxslər fərdi müəssisələr yaratmaqla yanaşı, cəhdlərini və ehtiyatlarını dostları və yoldaşları ilə birləşdirə bilərlər. Bu yolla yaradılmış müəssisənin hüquqi şərti tərəf-daşlıq olacaq. Tərəfdaşlıq müqaviləsi menecment üzrə qərarın qəbul edilməsi və mənfəətin bölüşdürülməsi formasını əhatə edir. Təkbaşına sahibkarlıqda olduğu kimi tərəfdaşlıqda da təsisçilərin məsuliyyəti məh-dud deyil. Müəssisənin maliyyə vəziyyəti pisləşəndə təsisçilər tərəfdaş-lıqdakı paylarına görə deyil, qeyri-məhdud qaydada məsuliyyət daşı-yırlar. Buna görə də tərəfdaşlığın əsas şüarı «Tərəfdaşını tanı» fikridir. Bununla birlikdə böyük biznes limited tərəfdaşlıq kimi də qurula bilər. Bu halda tərəfdaşlar ümumi və limitləşdirilmiş olmaqla iki yerə bölü-nürlər. Ümumi tərəfdaşlar biznesi idarə edir, müəssisənin bütün borc-larına görə məhdudiyyətsiz şəxsi məsuliyyət daşıyırlar. Limitləşdirilmiş tərəfdaşların menecmentdəki rolu, adətən, məhdud olur və onların məsu-liyyəti qoyduqları pulun miqdarı ilə məhdudlaşdırılır. Onlar yalnız öz paylarını itirə bilərlər. Peşəkar bizneslərin çoxu (hüquq, məsləhət, elm şirkətləri və s.) tərəfdaşlıq formasında qurulur. Salomom Brothers, Morgan Stanley, Merrill Lynch, Goldman Sachs kimi iri banklar və Microsoft, Apple computer kimi məşhur şirkətlər fəaliyyətə tərəfdaşlıq kimi başlayıblar.

Korporasiya (Corporations). Biznes-maliyyə sahəsində ən geniş fəaliyyət göstərən müəssisə korporasiyadır. Sovet dövründə ona səhm-dar cəmiyyət deyirdilər. Korporasiya, adətən, genişlənib böyüyən şirkətlərin birləşdirilməsi yolu ilə yaradılır. Korporasiya təkbaşına sahibkarlıqdan tam fərqli bir formadır. O, təşkil olunarkən yalnız bizne-sin məqsədi, buraxılan payların və ya səhmlərin miqdarı, təyin olunmuş direktorların sayı və biznesin bir sıra digər məqamları elan olunur. Tə-rəfdaşlıqdan və ya təkbaşına sahibkarlıqdan fərqli olaraq pay sahib-lərinin məsuliyyəti məhduddur. Onlar şirkətin bütün borclarına görə cavabdeh ola bilməzlər. Məsələn, deyək ki, A korporasiyası iflasa uğra-yıb, bu halda heç kəs onun payçılarını həmin şirkətin borcunu ödəməyə məcbur edə bilməz. Burada payçıların ən böyük itkisi onların həmin şir-kətin qiymətli kağızlarına verdikləri vəsait qədər ola bilər. Korporasiya sahibləri idarəçilikdə iştirak etmirlər, lakin ümumi yığıncaqda idarəetmə qurumlarını, ilk növbədə Direktorlar Şurasını (board of directors) seçir-lər. Direktorlar Şurası isə idarəetmənin icra orqanlarını təyin edir.

Korporasiyaların idarə olunmasında başlıca fərqləndirici cəhət məhz sahibkarlıqla idarəçiliyin bir-birindən ayrılmasıdır. Yuxarıda de-yildiyi kimi, biznes təşkilinin başqa formalarında müəssisə sahibləri, bir qayda olaraq həm də menecer olurlar. Korporasiyalarda bu iki vəzifənin bir-birindən ayrılması idarəetməni asanlaşdırır, daha çevik olmaq, ma-liyyə ehtiyatları ilə daha yaxşı manevr etmək imkanı yaradır. Menecerlə mülkiyyətçinin yerdəyişmə proseduru çətin deyil. Hər bir milli iqtisadiyyatın və onun inkişafının təməlini, əsas həlqəsini müxtəlif mülkiyyət formalı müəssələr təşkil edir. Məhsul istehsalı, müxtəlif işlərin görül­məsi, çoxsaylı xidmətlərin göstərilməsi kimi həyatı əhəmyətli proseslər, məhz müx­təlif təşkilati-hüquqi və mülkiyyət formasına malik müəssisələrdə baş verir. Təbii ki, bütün sahələrdə olduğu kimi, müəssisələrin də mahiyyəti, məhz bu sahənin fəaliy­yə­tini tənzimləyən müvafiq qanunvericilik bazası ilə müəyyən edilir.

“Müəssisə - mülkiyyət formasından aslı olmayaraq mövcud qanuna müvafiq olaraq yaradılan və ictimai təlabatın ödənilməsi və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfat subyektidir”.

Bazar iqtisadiyyatı strukturlarının fəaliyyətinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 01yanvar 2010-cu il tarixə ölkə­miz­də 13462 kicik müəssisə, 1165 xarici və müştərək müəssisələr, 2523 fərdi müəssisələr və 6 birja mövcud olmuşdur. Çoxsaylı istehsal-istehlak və xidmət təyinatlı koor­pera­tivləri, səhmdar cəmiyətlərini, firmaları və şirkətləri də bura əlavə etsək, iqtisadiyyatımızda sahibkarlıq subyektlərinin nə dərəcədə geniş və əhatəli olduğunu görərik. Qeyd etmək yerinə düşər ki, 2010-cu ildə Respubilikamızda ümumi daxili məhsulun 90 faizə yaxını qeyri- dövlət sektorunun payına düşür.



2.Müəssisənin təşkilati-hüquqi formaları.

Müəssisənin konkret forma və növləri körtəbii yaradılmır və yaradıla da bilməz. O, elm və texnikanın inkişafı, istehsalın təmərküzləşməsi və ixtisaslaşması, səmərəli təsərrüfat əlaqələrinin qu-rulması, ümumiyyətlə isə, dövrün özünün tələblərinə uyğun, həmin tələblər nəzərə alınmaqla yaradılır. Bu baxımdan ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi formalarında ciddi dəyişikliklər baş vermiş və tədricən bazar münasibətlərinə uyğunlaşmışdır.


Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında müəssisələr təsərrüfat ortaqlıqları və cəmiyyətləri şəklində yaradıla bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlığı, təsərrüfat cəmiyyətləri isə məhdud məsuliyyətli müəssisə, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti formalarında olur. Beləliklə, müəssisələr fərdi, şərikli (tam ortaqlı), payçı və şərikli (kommandit ortaqlıqlar), məhdud məculiyyətli müəssisələr, əlavə məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər. Fərdi müəssisə bir şəxs tərəfindən yaradılan tam ortaqlıqdır.
Fərdi müəssisə – sahibkarlıq fəaliyyətinin ən klassik formalarından biridir. Belə müəssisələr adətən bir şəxsin mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı belə müəssisələr başqa mülkiy-yətlərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu tip müəssisələrin idarə olunması, adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olunmasını menecerlərə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.
Fərdi müəssisələrin sahibkarlıq sahəsində geniş yayılması onun bir sıra üstünlükləri ilə bağlıdır. Bu üstünlüklərə aşağıdakılar aid edilir:
– təşkilinin sadəliyi;
– fəaliyyət azadlığı – sahibkar öz fəaliyyətilə bağlı olan bütün məsələlər üzrə qərar qəbul edilməsində tam azaddır (fəaliyyət növünün və onun həcminin müəyyən edilməsində, tərəf müqabil-lərinin seçilməsində və s.);
– güclü iqtisadi motivin olması – xalis mənfəətin tamamilə sahibkara çatması.
Qeyd edilən üstünlüklərlə yanaşı, fərdi müəssisələrin əsas çatışmayan cəhəti müəssisənin öhdəliklərinə görə onun sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə məculiyyət daşımasıdır. Əgər müəssisə öz əmlakı ilə öhdəliklərini yerinə yetirə bilmirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli səviyyədə saxlayır.
Şərikli (tam ortaqlı) müəssisə ən azı iki fiziki və ya hüquqi şəxslər tərəfindən – müqavilə əsasında – təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Əgər fəaliyyət göstərən müəssisəyə sonradan hər hansı başqa bir şərik daxil olarsa, bu halda o, digər şəriklər kimi müəssisənin əvvəlki borclarına görə də bütün əmlakı ilə mə-suliyyət daşımalı olur. Eyni zamanda müəssisədən çıxan şərik həmin vaxta kimi müəssisənin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər iştirakçılarla birlikdə bütün əmlakı ilə məsuliyyət daşıyır. Şəriklərdən biri müəssisədən çıxdıqda öz payını geri almaq hüququna malikdir. Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin şərikləri payın alınmasında üstün hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Tərəfdaşlardan birinin şərikli müəssisəni müəyyən öhdəliklərlə yükləməsi ehtimalı böyük olduğu üçün, şəriklərin düzgün seçilməsi çox vacibdir. Bir çox hallarda şərikli müəssisə haqqında rəsmi saziş və ya formal razılaşma olur ki, bu da tərəflərdən hər birinin səlahiyyətlərini, mənfəətin bölüşdürülməsini, tərəfdaşlar tərəfindən müəssisəyə qoyulan kapitalın ümumi məbləğini, yeni şəriklərin cəlb olunmasını və tərəfdaşlardan hər hansının müxtəlif səbəblərdən şərikli müəssisədən çıxdıqda onun yenidən qeydiyyatı qaydalarını müəyyən edir.
Hüquqi cəhətdən şəriklərdən biri müəssisədən çıxdıqda, bu, adətən, şərik müəssisənin ləğv olunması ilə nəticələnir. Çünki belə halda bütün məsələləri tənzimləmək və şərikli müəssisəni bərpa etmək kifayət qədər çətindir. Bu səbəbdən də şərikli müəssisə sahibkarlıq fəaliyyətinin səmərəli təşkili formalarından deyildir. Digər tərəfdən, bu tip müəssisələrdə qərarların qəbulu çətin bir proseduradır. Əgər şərikli müəssisə haqqındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, vacib qərarlar səs çoxluğu ilə qəbul edilməlidir. Daha az əhəmiyyətli məsələlər üzrə müəssisənin fəaliyyəti bəzi tərəfdaşlar tərəfindən həyata keçirilə bilər, lakin bu barədə digər tərəfdaşlara məlumat vermə-lidir. Bu və ya digər tərəfdaşın hüquqları onlar arasında bağlanmış rəsmi və ya qeyri-rəsmi müqavilə əsasında dəyişə bilər.
Şərikli (tam ortaqlı) müəssisədə olan yuxarıda qeyd olunan çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Belə müəssisələr həm şərikin (şəriklərin), həm də payçının (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyır.
Payçı və şərikli müəssisələrdə idarəetmə, əsasən, şəriklər tərəfindən həyata keçirilir, payçıların isə idarəetmədə və təsərrüfat fəaliyyətinin aparılmasında iştirak etmək, şəriklərin bu sahədəki fəaliyyətlərinə qarışmaq hüququ yoxdur. Payçı əldə edilən mənfəətin bir hissəsini qoyduqları paya uyğun olaraq və təsis müqaviləsində nəzərdə tutulmuş qaydada almaq, ortaqlığın hesabat sənədləri ilə tanış olmaq, maliyyə ilinin sonunda ortaqlıqdan çıxmaq və təsis müqaviləsində nəzərdə tutulmuş qaydada qoyduğu payı geri almaq hüquqlarına malikdir.
Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəs-sisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fonduna qoyduqları payları həcmində məsuliyyət daşıyırlar. Təsisçi müəssisədən çıxdıqda öz payını geri alır.
Məhdud məsuliyyətli müəssisə öz öhdəliklərinə görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir və öz təsisçilərinin üçüncü şəxslər qarşısında öhdəliklərinə görə cavabdeh deyildir.
Müəssisənin təsisçisi öz payını satarkən, digər təsisçilər bu payı almaq üçün üstün hüquqlara malik olurlar. Belə ki, öz payını və onun bir hissəsini satmaq istəyən təsisçi bu haqda məhdud məsuliyyətli müəssisənin icra orqanı məlumatlandırmalıdır. Müəssisənin icra orqanın təsisçidən öz payını satışa çıxarılması haqqında məlumat aldıqdan sonra – yeddi gün ərzində – bu barədə müəssisənin bütün təsisçilərinə xəbər verməlidir. Üstün satınalma huququndan istifadə etmək arzusunda olan müəssi-sənin təsisçisi satışa təqdim olunan payın hansı hissəsini əldə etməyə hazır olduğunu yeddi gün ərzində müəssisənin icra orqanına bildirməlidir. Əgər payın satışa çıxarılması haqqında məlumatın müəssisənin icra orqanına göndərilməsi anından etibarən bir ay müddətində pay və ya onun bir hissəsi müəssisənin təsisçiləri tərəfindən üstün hüquqdan istifadə edilməsi qaydasında alınmazsa, onda təsisçi öz payını və ya onun bir hissəsini üçüncü şəxsə satmaq hüququna malikdir.
Müəssisənin illik və ya rüblük fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncağın xalis mənfəə-tin təsisçilər arasında tamamilə və ya bir hissəsinin bölüşdürülməməsi haqqında qərar qəbul etmək hüququ vardır.
Hər bir təsisçi müəssisənin Nizamnamə fondunda və digər əmlakında payına uyğun olaraq bölüşdürülən mənfəətin bir hissəsini almaq hüququna malikdir. Müəssisənin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, bölüşdürülən mənfəətdən təsisçilərə verilən məbləğ ümumi yığıncaq qərar qəbul etdikdən sonra təsisçilərə bir ay müddətində ödənilir.
Əlavə məsuliyyətli müəssisənin məhdud məsuliyyətli müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin öhdəliklərinə görə Nizamnamə fonduna qoyduqları paylarının nizamnamə ilə müəyyənləşdirilən və hamısı üçün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri öz payını ödəmək imkanına malik deyildirsə, bu pay digər iştirakçılar arasında onların paylarına uyğun olaraq bölünür.
Müəssisənin geniş yayılmış təşkilati-hüquqi formalarından bir də səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyəti özünün təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına çevrilirlər və aldıqları səhmlərin miqdarına uyğun olaraq onun mənfəətindən dividend almaq hüququ qazanırlar. Səhmdar cəmiyyəti bir fiziki və ya hüquqi şəxs tərəfindən də təsis edilə bilər. Müəssisənin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində (onlara məxsus olan səhm paketi hüdudunda) məsuliyyət daşıyırlar.
"Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa görə (maddə 17) qapalı tipli səhmdar cəmiyyətin nizamnamə fondunun minimum həcmi 5 milyon, açıq tipli cəmiyyətin isə 10 milyon manat məbləğində müəyyən edilmişdir. Qapalı tipli səhmdar cəmiyyətinin səhmlərinin satılması zamanı onun səhmdarları satılan səhmlərin alınmasında üstün hüquqa malikdirlər. Əgər cÿmiyyÿtin səhmdarları satışa çıxarılmış səhmlərin əldə edilməsi üzrə öz üstün hüquqlarından istifadə etmirlərsə, bu zaman cəmiyyət həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
Qapalı tipli səhmdar cəmiyyəti səhmdarlarının sayına məhdudiyyət qoyulur. Əgər səhmdarların sayı müəyyən edilmiş həddi keçərsə, onda o, bir il ərzində qapalı tipli cəmiyyətdən açıq tipli səhmdar cəmiyyətinə çevrilməlidir.
Artıq qeyd olunduğu kimi, səhmləri müstəqil surətdə özgəninkiləşdirilə, səhmlərinə açıq abunə yazılışı keçirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyət hesab edilir. Nəzərə almaq lazımdır ki, bu tip cəmiyyətin səhmdarlarına öz səhmlərini satmaq üçün heç bir məhdudiyyət yoxdur. Lakin səhmdarlara səhmlərin miqdarına proporsional olan miqdarda açıq abunə yolu ilə yerləşdirilÿn səhmlərin və bu cür səhmlərə çevrilə bilən qiymətli kağızların əldə olunmasında üstün hüquqların verilməsi səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutula bilÿr. Belÿ halda, bununlà ÿlàqÿdàr qərar və bu qərarın qüvvədə qalma müddəti səhmdarların ümumi yığıncağında qəbul edilir. Bu cür qərarların fəaliyyət müddəti adətən bir ildən artıq olmur. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açıq tipli səhmdar cəmiyyətin nizamnamə fondununun minimum həcmi, əvvəllər qeyd edildiyi kimi, 10 milyon manat müəyyən olunmuş, səhmdarlarının sayına isə heç bir məhdudiyyət qoyulmamışdır.
Səhmdar cəmiyyəti üçün maliyyə resurslarının cəlb edilməsinin əsas mənbəyi səhmlərin buraxılışıdır. Səhm – onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divi-dend şəklində almaq, səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən qiymətli kağızdır.
Səhmdar cəmiyyətin Nizamnamə kapitalı adi (sadə) və imtiyazlı səhmlərin yerləşdirilməsi nəticəsində formalaşdırılır. Sadə (adi) səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının 75 faizin-dən az, imtiyazlı səhmlər isə 25 faizindən çox ola bilməz. Adi səhm sahiblərinə – səhmdarlara – aşağıdakı hüquqları verir:
a) səhmdarların ümumi yığıncağında səsvermə yolu ilə («bir səhm – bir səsdir» prinsipilə) səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək;
b) dividend əldə etmək;
c) səhmdar cəmiyyətin ləğv edilməsi zamanı onun əmlakının bir hissəsini almaq.
İnvestorlar adi səhm alaraq səhmdar cəmiyyətin Nizamnamə fonduna müddətsiz pay qoyurlar. Adi səhmlərin mülkiyyət hüququnun daşıyıcısı kimi əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, səhmdar verdiyi payı səhmdar cəmiyyətdən geri tələb edə bilməz. Deməli, adi səhm – müddətsiz qiymətli kağızdır.
İmtiyazlı səhmlərin sahibləri səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olmasalar da dividend əldə etməkdə və cəmiyyət ləğv edilərkən onun əmlakından pay almaqda üstün hüquqa malikdirlər. Bir qayda olaraq, imtiyazlı səhmlərə müəyyən edilmiş sabit dividend verilir.
Bir müəssisə digərinin Nizamnamə kapitalında üstün iştirakına və ya onlar arasında bağlanmış müqaviləyə görə onun qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, onda ikinci müəssisə birincinin törəmə müəssisəsi hesab edilir. Törəmə müəssisə əsas müəssisənin borcları üçün cavabdeh deyildir.
Törəmə müəssisə, baş (əsas) müəssisənin verdiyi göstərişlər əsasında bağladığı əqdlər (müqavilələr) üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas müəssisə törəmə müəssisəyə yalnız onlar aid edilir. Iqtisadi ədəbiyyatlarda kiçik biznesin mahiyyəti və məzmunu barədə müxtəlif fikirlərə rast gəlmək mümkündür. Almaniyada kiçik və orta müəssisələrin tərifi belədir: “ maliyyələşdirilməsi kapital bazarından olmayan, istehsalatda bilavasitə iştirak edərək, sahibkarlıq riskini öz üzərinə göütrüb, hüquqi şəxslər tərəfindən sərbəst idarə edilən, sənətkarlıq istehsalında, sənayedə, ticarətdə fəaliyyət göstərən sahibkarlıq vahididir”. Fransada kiçik və orta müəssisələrin ümumi konfederasiyasının nizamnaməsində yazılmışdır: “başçısı onun sahibkarı olmaqla, ona şəxsi rəhbərlik edərək, maliyyə işləri də daxil olmaqla müəssisənin fəaliyyəti barədə məsuliyyət daşımaq şərtilə yaradılan müəssisələr kiçik və orta müəssisələr adlanır”. ABŞ-da kiçik biznes haqda qanunda göstərilir ki, “əmlak və idarəetmədə müstəqil olan, öz fəaliyyət dairəsində hökmranlıq etməyən müəssisələr kiçik biznes müəssisələrinə aid edilir”.

Horvard kiçik məktəbinin professoru Frank El. Taker Luis L. Allenin “Kçik biznesdə necə uğur qazanmaq olar” kitabında yazmışdır: “kiçik biznes küçədə meyvə satandan tutmuş kosmis proqramlar üçün nəzərdə tutulan mürəkkəb və ya yüksək texnologiyaya malik məhsulların istehsalçılarına qədər son dərəcə müxtəlif fəaliyyət sahələrində çalışanları özündə birləşdirir”.

Kiçik biznesin müxtəlif ölkələrin iqtisadiyyatında əhəmiyyətli rolu tədqiqatçıları vadar edir ki, ona kəmiyyət və keyfiyyət nöqteyi nəzərdən yanaşsınlar. Kiçik sahibkarlığın dəqiq müəyyənləşdirilməsi birincisi, iqtisadiyyatın bu sahısində təsərrüfat fəaliyyətinin statistik uçotunu aparmağa, ikincisi, kiçik müəssisəyə dövlət köməyi, vergi, kredit-maliyyə proqramlarını işləyib hazırlamağa imkan verir.


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin