AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

 
 
MÜASĠR ĠNGĠLĠS DĠLĠNDƏ QĠDA ADLARI ĠLƏ BAĞLI FRAZEOLOJĠ VAHĠDLƏR 
Rəhimov M.N. 
Gəncə Dövlət Universiteti 
 
Frazeoloji  vahidlər,  idiomatik  ifadələr,  atalar  sözləri  və  zərbi-məsəllər    mövcud  olduğu  dil 
daşıyıcılarının  həyat  və  düşüncə  tərzinin,  mentalitetinin  və  əsrlər  boyunca  qazanmış  olduğu  hikmət  və 
təcrübəsinin  əyani  təzahürüdür.  Qida    gündəlik  həyatın  ayrılmaz  hissəsi  olduğundan,  tərkibində  qida 
komponenti olan ifadələr həyat ehtiyacları ilə daha yaxından bağlıdır. Bu səbəbdən də bu kimi ifadələr hər 
hansı bir dil cəmiyyətinin zehniyyətinin inikasıdır. Belə ifadələr ingilis dilində danışanların nitqini daha da 
cəlbedici  və  təbii  edir.  Frazeoloji  vahidlərin  təhlili  və  araşdırılması  üçün  geniş  imkanlar  mövcuddur. 
Idiomatik  ifadələrə  və  atalar  sözlərinə  həsr  olunmuş  müxtəlif  təlim  materialları  vardır  ki,  onlara,  adətən, 
yalnız ən məşhur qida ifadələri daxildir. Tədqiq etdiyimiz bu əsər nəzəri deyil, daha çox praktiki əhəmiyyət 
kəsb  edir.  Əsas  məqsədimiz  ingilis  dilini  öyrənənlər  üçün  qida  ilə  bağlı  idiom  və  atalar  sözlərini  dolğun 
şəkildə təqdim etməkdir. Aşağıdakı misalların hərfi və məcazı mənalarına və eyni zamanda ana dilimizdəki 
ekvivalentlərinə diqqət edək: 
apple-alma 
a rotten (bad) apple – (çürük, pis alma), pis adam; 
polish the apple – (almanı parildatmaq), kiməsə yaltaqlanmaq; 
the  apple  doesn‘t  fall  far  from  the  tree –  (alma  ağacından  uzaq  düşmür),  uşaqlar  valideynlərinə 
bənzəyir; 
banana-banan 
go bananas – həddən ziyadə əsəbləşmək, həyacanlanmaq 
top banana – təşkilatda ən üst və ya ən önəmli şəxs. 
bean-lobya 
a hill (row) of beans – (bir təpə/cərgə paxla), az əhəmiyyətli bir şey
full of beans – (paxla ilə dolu) şən, yüksək əhval-ruhiyəli; 
give someone beans –(kiməsə paxla vermək) - danlamaq; 
spill the beans –(paxlaları tökmək) –sirri ələ vermək; 
bread-çörək 
cast your bread upon the waters – təşəkkür və qarşılıq gözləmədən yaxşılıq etmək; 
eat the bread of idleness –qazanmadığın yeməyi yemək, müftəxorluq etmək; 
break bread with someone – öz yeməyini kimləsə bölüşmək; 
broth-Ģorba, bulyon 
a broth of a boy – tanınmış şəxs; 
too many cooks spoil the broth – (çox aşpaz şorbanı korlar), əgər bir iş çox adama tapşırılsa, o iş yaxşı 
yerinə yetirilməz. 
butter-yağ 
butter someone up – kiməsə nəsə əldə etmək üçün yaltaqlanmaq; 
butter to butter is no relish – insanlar təkrar olan hər şeydən bezir

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
98 
 
 
look as if butter wouldn‘t melt in someone‘s mouth –(sanki ağzında yağ əriməyəcək kimi görünmək) – 
yalandan kübar və günahsız görünmək; 
cake-tort, piroq 
a piece of cake – asan əldə olunan bir şey; 
cake‘s  not  worth  the  candle –  (piroq  yanan  şama  dəyməz)-nəticə  sərf  olunan  əziyyətə  dəyməz  (the 
game‘s not worth the candle-oyun yanan şama dəyməz; variantı da mövcuddur-kursiv bizimdir M.R.); 
pieces of the same cake (eyni piroqun parçaları/qırıntıları) – eyni xarakterli və keyfiyyətli olan şeylər 
(eyni bezin qırağıdır-kursiv bizimdir M.R.); 
cheese-pendir 
a big cheese –vacib və nüfuzlu şəxs; 
corn-qarğıdalı 
acknowledge the corn – səhvi etiraf etmək; 
feed someone on soft corn – kiməsə quyruq bulamaq, yaltaqlanmaq; 
egg-yumurta 
better  an  egg  today  than  a  hen  tomorrow  (sabaha  toyuqdansa  bu  günə  yumurta) –  soğan  olsun  nağd 
olsun; 
he  that  would  have  eggs  must  endure  the  cackling  hens –  əldə  etmək  istədiyin  üçün  əziyyət  də 
çəkməlisən; 
sure as eggs is eggs – heç bir şübhə olmadan, tam əmin; 
fat-yağ/piy 
chew the fat – dostcasına söhbət etmək; 
fat and happy – razı, məmnun; 
fat cat – çox varlı şəxs; 
fat chance – az ehtimal; 
pull the fat from the fire – kiməsə çətin vəziyyətdə əl tutmaq, yardım etmək; 
fish-balıq 
(as) dumb (mute) as a fish – (balıq kimi lal), səssiz, sakit; 
a loose fish – mənəviyyatsız şəxs; 
drink like a fish – həədən çöx spirtli içki qəbul etmək; 
fish  begins  to  stink  at  the  head (balıq  başdan  iylənir)–  korrupsiya  və  rüşvət  dövlətin  yüksək  vəzifəli 
şəxslərindən başlayır; 
meat-ət 
after  meat  mustard –  çox  gec  (after  dinner  mustard  və  ya  doctor  after  death-toydan  sonra  nağara- 
variantları da mövcuddur və eyni semantik mənaya malikdir-kursiv bizimdir M.R.); 
dead meat – ciddi təhlükə və çətinlik
one man‘s meat is another man‘s poison – fərqli insanlar fərqli şeylər istər; 
mutton-qoyun əti 
mutton dressed (up) as lamb – gənc qız kimi geyinmiş orta və ya yaşlı qadın; 
return to one‘s muttons – öz mövzusuna, söhbətinə qayıtmaq; 
pie-piroq 
have a finger in the pie –nədəsə marağı olmaq; 
pie in the sky (səmadakı piroq) – gerçəkləşməsi və əldə edilməsi çətin olan bir şey; 
potato-kartof 
a hot potato – something that is difficult or dangerous to deal with; 
couch potato – fiziki iş görməyən daima televizora baxan şəxs; 
drop someone (something) like a hot potato – kimisə/nəyisə tez tərk etmək; 
hold one‘s potato – səbrli olmaq; 
stew-ətin suyu 
in a stew – nəyəsə çox rahatız olan bir şəxs; 
stew in one‘s juice – öz məsuliyyətsiz hərəkətinin və ya davranışının xoşagəlməz cəzasını çəkmək; 
toast-qızarmıĢ çörək 
be toast – bitmək, tükənmək, məhv olmaq; 
have someone on toast – bir kəslə istədiyin kimi davranmaq, sənə xoş olan şəkildə rəftar etmək kimi 
üstün bir vəziyyətdə olmaq. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
99 
 
 
Dilçilikdə  idiomatik  ifadələr  və  ya  frazeoloji  vahidlər  adətən  mürəkkəblik  prinsipinə  zidd  olan  dil 
fiqurları  kimi  qəbul  olunur.  Bu  prinsipə  görə  mürəkkəb  vahidin  mənası  onun  tərkib  elementlərinin 
mənalarından  təşkil  olunmalıdır.  Başqa  sözlə,  əgər  tamın  mənası  başa  düşülürsə,  o  zaman  hər  bir  tərkib 
elementi də ayrı ayrılıqda qavranılır. Lakin idiomatik ifadələr məcazlıq, xarakterik xüsusiyyət və ya konkret 
bir hadisə ilə bağlı olduqları üçün onlara bu prinsipi tətbiq etmək  mümkün deyil. Buna görə də onları tək 
leksik vahid kimi anlamaq və nitqdə məzmuna uyğun şəkildə istifadə etmək lazımdır.  
 
 
ANTĠK MƏNBƏLƏRDƏ ZƏNGƏZURUN BƏZĠ TOPONĠMLƏRĠ 
Rüstəmov Ə.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Qədim  oğuz  yurdu  olan  Qərbi  Azərbaycan  ərazisində  mövcud  olan    toponimlərin  bir  qisminin  adına 
antik mənbələrdə rast gəlirik. Bu toponimlərdən biri Ağvanlı oykonimidir. 
Ağvanlı Ermənistan Respublikası Qafan rayonu ərazisində yerləşir. Alban//Ağvan adlı coğrafi adların 
paralellərinə  Azərbaycan  ərazisinin  müxtəlif  regionunda  da  rast  gəlirik.  Belə  ki,  Quba  rayonu  ərazisində 
Ağvanlar məhəlləsi vardır. Alban//Alpan//Ağvan  və  bu qəbildən olan toponimik adlar Albaniya dövlətinin 
nişanəsi kimi yaranmış, Alban dövləti dövrünün yadigarı kimi öz izini qoruyub saxlamışdır. 
Hələ qədim antik mənbələrdə Alban dövlətinin və etnosunun, onların coğrafiyasının adı çəkilir (Qeyd 
edək  ki,  ―alban‖  etnonimi  ilk  dəfə  e.ə.  IV  əsrdə  (331-ci  ildə)  İsgəndərlə  İran  Şahı  III  Dara  arasındakı 
Qavqamel vuruşması ilə əlaqədar çəkilir).  
Biz Strabonun ―Coğrafiya‖ adlı əsərində Alban dövlətinə və eyni adlı etnosa (Alban) rast gəlirik. 
Strabon  bununla  bərabər,  Albaniyada  26  dilin  (etnosun)  mövcud  olduğunu  qeyd  etmişdir.  Strabonun 
məlumatında adları çəkilən tayfalardan biri, heç şübhəsiz, alban etnosudur. «Языков у них 26, так что они 
нелегко вступают в сношения друг с другом».  
Digər antik mənbələrdə Alban dövləti və etnosunun adı çəkilir. İppolit Portskiy Alban etnosunun adını 
çəkir və göstərir: «Албании (живут) против Каспийских ворот…». 
Stefan Vizantiyski qeyd edir: «Албания страна около восточных иберов». 
Antik mənbələrə istinad edən Q.Qeybullayevə görə, Albaniya alban etnoniminin adından yaranmışdır. 
Diqqəti  cəlb  edən  cəhətlərdən  biri  də  budur  ki,  alban  tayfasının  adı  ilə  bağlı  adlar  təkcə  Qafqazla 
(Azərbaycanla)  deyil,  müasir türkdilli  xalqların  (qafqaz,  qırğız,  türkmən  xalqlarının)  yaşadıqları  ərazidə  də 
mövcuddur. 
Deməli, Alban adlı coğrafi adların türkdilli xalqların yaşadıqları regionda yerləşməsi onu göstərir ki, 
alban adlı türk mənşəli etnos olmuş və bunlar eyni adlı paralel toponimlərin (Alban//Alpan//Ağvan//Alpout 
və s.) meydana gəlməsinə səbəb olmuşdur. 
Görkəmli albanşünas alim F.Məmmədova dərin elmi təhlilə istinad edərək, belə bir qənaətə gəlmişdir 
ki,  Azərbaycan  xalqının  əcdadlarından  biri  olan  alban  etnosunun  formalaşması  eyni  ərazidə  baş  vermişdir. 
Albanlar  Azərbaycanın  antik  və  orta  əsrlər  mədəniyyətinin  əsl  yaradıcıları,  Azərbaycan  xalqının 
əcdadlarından biri hesab edilməlidir. 
Dilimizin  qədim  abidəsi  olan  ―Kitabi  Dədə-Qorqud‖  dastanında  iki  yerdə  ―alpan‖  etnoniminin  adı 
çəkilir: ―Ağ-boz atlar çapdırar alpanlar gördüm‖.  
―Alpanlar başı Qazan xan‖ və Alban tarixçisi Musa Kağanqatlının ―Alban tarixi‖ adlı əsərində Alban 
tayfasının və ölkəsinin adı çəkilir.  
Bunu  da  qeyd  edək  ki,  erməni  mənbələrində,  o  cümlədən  M.Xorenetskinin  ―Ermənistan  tarixi‖  adlı 
əsərində Alban leksemi ―Ağuanq‖ kimi qeyd olunmuşdur.  
Alban//Ağvan  sözünün  açımında  müxtəlif  dövrlərdə  müxtəlif  fikirlər  irəli  sürülmüşdür.  Araşdırıcılar 
Alban//Ağvan adını Roma-Yunan, əski erməni: keld, türk, Dağıstan dilləri ilə bağlayırlar. 
A.Bakıxanov  Alban  yer  adı  haqqında  belə  bir  fikir  irəli  sürür:  ―Albaniya  Rum  dilində  ağlıq‖ 
mənasında olaraq azadlığa işarədir‖.  
Prof.Ə.Dəmirçizadə Alban//Ağvan sözünü həm Ural-Altay, həm də xeld dilləri ilə bağlayır. ―Ağvan‖ 
sözündə ―ağ‖ nədir sualını Ə.Dəmirçizadə belə izah edir: ―Diqqətli yoxlama nəticəsində aydın olmuşdur ki, 
―ağ‖  sözü  Alban  adının  birinci  hissəsinin  ―al‖  sözünün  ləfzi  tərcüməsidir‖.  ―Ağ‖  sözü  türk  dillərində,  o 
cümlədən Azərbaycan dilinin yazılı abidələrinin dilində ―yüksək‖, ―ucal‖, ―qalx‖ mənasında işlənmişdir‖. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
100 
 
 
―Kitabi  Dədə-Qorqud‖  əsərinin  dilində  ağ  leksemi  ―qalx‖,  ―ucal‖  mənasında  işlənmişdir.  ―Şahın 
pərvaza ağdı, gözlədilər, şahin Tumanın qələsinə endi‖.  
―Ağmaq‖  sözünə  İ.Nəsiminin  dilində  də  ―qalx‖,  ―ucal‖  mənasında  rast  gəlinir:  ―Kürsiyi-rəhmanə 
ağdun getdun, ərşüllahi gör‖ (Nəsimi). 
Göründüyü kimi, ―Dədə Qorqud‖un dilində, eləcə də yazılı ədəbi mənbələrdə ―ağ‖ sözü ―ucal‖, ―uca‖, 
―qalx‖, ―yüksək‖ mənasını ifadə etmişdir.  
Prof.M.Seyidov ―Alban‖, ―Ağvan‖ yer adının türk dilləri, o sıradan Azərbaycan dili və təfəkkürü ilə 
bağlı  olduğunu  qeyd  etmişdir.  O,  Alban  sözündə  hər  iki  ünsürü  ―ağ//al‖  və  ―ban‖  hissələrini  Azərbaycan 
mənşəli  hesab  etməklə,  al//ağ  sözünün  ―uca‖,  ―yüksək‖,  ban  ünsürünün  ―dam‖  mənası  ifadə  etdiyini  qeyd 
etmişdir. Alimin fikrincə, ―Alban‖ bani-damı uca deməkdir.  
Bizə belə gəlir ki, Alban sözündəki al ünsürü ―ucalıq‖, ―yüksək‖ mənasını bildirir. Arxaikləşmiş və bir 
qədər də mənasını dəyişdirilmiş ―al‖ ünsürünün uca, yüksək məna bildirməsinə atalar sözümüzdən biri olan 
―Alçaq dağları elə bil bu yaradıb‖ ifadəsində rast gəlirik. 
Əlbəttə,  bu  gün  mənfi  məna  ifadə  olan  ―alçaq‖  sözünün  tərkibindəki  al  ünsürü  ―alçaq‖,  ―kiçik‖ 
mənasında  deyil,  ―uca‖,  ―hündür‖  mənasında  işlənmişdir.  Həm  də  bu  ifadə  (alçaq)  xalqımızın  ən  qədim 
abidəsində-yazıya qədərki xalq yaradıcılığında işlənmişdir. Bu ifadəyə (alçaq) yazılı ədəbi dilimizin əlimizə 
çatan ilk nümunəsində-Həsənoğlunun dilində rast gəlirik. Məsələn:  
Hüsn içində sana manənd olmaya 
Əsli yuca, könlü alçağum bənim. 
XIX  əsr  Azərbaycan  ədəbi  dilində  -  N.Vəzirovun  əsərlərində  də  alçaq‖sözü  ―uca‖,  ―yüksək‖  
mənalarda işlənmişdir. 
Bu deyilənlərə əsasən, belə bir qənaətə gəlmək olur ki, alban sözü türk-Azərbaycan mənşəli söz olub, 
lap  qədim  dövrlərdə  şifahi  və  yazılı  ədəbi  dilimizdə  ―uca‖,  ―yüksək‖,  ―hündür‖  mənalarında  işlənmişdir. 
Araşdırmalar göstərir ki, ―al‖ sözünün sinonimi kimi işlənən ―ağ‖ ünsürü də həmin mənanı ifadə etmişdir. 
Ağvan//Alban toponimi Albaniya dövləti və alban//alpan etnosunun adı ilə bağlı olaraq yaranmış və öz 
adını  azacıq  fonetik  dəyişikliyə  uğramış  formada  (Ağvan//Alban//Alpan//Alpout  və  s.)  mühafizə  edərək 
günümüzə çatmışdır. 
 
METĠNLERARASI UNSURLARIN ÇEVĠRĠSĠ ÜZERĠNE 
Sabziyeva Makbule 
Anadolu Üniversitesi Türkiye 
 
Günümüzde edebiyat bilimin bir dalını oluşturan metinlerarasılık, son zamanlarda üzerine yoğun ilgi 
çekmektedir. Bu ilginin sebebi, metinlerarası unsurların çağrışımlar yaparak yorumlanmaya açık olması ve 
yeni bilgilere ulaşmayı sağlamasıdır. Metinlerarasılığın mekanizmasını bu şekilde betimleyebiliriz. İki metin 
bir araya getirilir: bunlardan daha önce yazılan metnin öğeleri veya belirtileri daha sonra yazılan metinde yer 
almaktadırlar.  Daha  sonra  yazılan  metinde  tekrarlanan  öğe  veya  belirti  ilk  metni  andırırsa  da,  başka 
bağlamda kullanılmaktadır. Bu değişim metinlerarasılığın en çarpıcı özelliğidir. Yeni metin önceden yazılan 
metnin  devamı  olarak  görülse  de,  aynı  zamanda  onun  inkârı  (anlamsal  uygulamada)  olarak  da 
görülebilmektedir.  Bağlamların  çarpışmasında  birbirinden  farklı  metinlerde  söylemsel  ortaklık,  birlik, 
homojenlik oluşur. Kültürde metinlerin görevdeşliğini (sinerjiyi) oluşturan metinlerarasılık, kültürde ve dilde 
birleşik  üslupsal,  türsel,  konusal  vs.  bir  alan  kurar.  Metinlerarasılık  kavramını  oluşturan  metinlerarası 
unsurlar,  yani  eskiden  bilinen,  hafızalarda  kalan  metinler  geçmişle  çağrışım  yaparak  okurun  duygularını 
sürekli canlı tutar, hareketlendirir. Metinlerarası unsurları metne dâhil etmekle yazar okurla canlı iletişime 
ulaşmayı amaçlamaktadır. 
İnsanlar arasında iletişimi sağlamak üzere yüzyıllardır yapılagelen çeviri, kuram ve uygulamaya ilişkin 
birçok tartışmayı da beraberinde getirmiştir. Dünya edebiyatı çeviriler sayesinde oluşmuş ve zenginleşmiştir. 
Edebiyatın sistemleştirilmesi çevrilen metnin kaynak metinle karşılaştırılmasıyla yapılmıştır. Bu yöntemler 
sayesinde edebiyatlara özgü genel ve özel unsurlar ortaya çıkarılmıştır. 
Metinlerarası  unsurların  zengin  kaynağı  olan  günümüz  postmodern  edebiyatın  bir  dilden  başka  dile 
çevirisi sırasında birçok zorlukla karşılaşılmaktadır. Metinlerarası unsurların anlam katmanlarının erek metne 
eşdeğer aktarımı, ancak orijinal metni kelime kelime aktarmanın ötesine geçip metnin orijinal dilde yarattığı 
etkiyi yaratabildiği zaman nitelikli bir hal alır. Bu da edebi metinlerin çevirisinin edimbilimsel (pragmatik) 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
101 
 
 
olması  demektir,  yani  satırların  gerek  düşünsel  gerek  duygusal  etkilerini  erek  metnin  okurlarına 
iletebilmektir. 
Bu çalışmada metinlerarası unsurların bir dilden başka dile çevirisi sırasında ortaya çıkan sorunlar ele 
alınacak,  çeviri  sürecinde  metinlerarası  iletişime  evrensel  yaklaşımın  yolları  sergilenecektir.  Metinlerarası 
unsurların çevirisi sırasında hataların nasıl yapıldığı, hatalardan kaçma, ya da hatayı minimize etme yolları 
incelenecek  ve  sınıflandırılma  yoluna  gidilerek  çeviri  modelleri  teklif  edilecektir.  Metinlerarası  unsurları 
çeviribilim  bağlamında  ele  almaktaki  amacımız  kültürel  paralellerin  belirlenmesinde  bazı  kuralların ortaya 
konulmasıdır. 
 
DĠLÇĠLĠYĠN ĠNKĠġAFINDA NĠTQ PROSESĠNĠN ROLU 
Salamova K.B. 
Sumqayıt Dövlət Universiteti 
 
Nitq–fikrin maddiləşmə prosesi və insanların bir-birinə qarşılıqlı təsir göstərməsi üçün vasitədir. Nitq 
prosesində insan  ətraf aləmi dərk edir, bu və ya digər cisim və hadisələrə münasibətini bildirir. 
Nitq  əqli  fəaliyyətin  əsası  olmaqla  yanaşı,  həm  də  kommunikasiya  vasitəsidir.  Nitqin  vasitəsilə 
insanlar  bir-birinə  psixoloji  təsir  göstərir,  öz  davranış  və  rəftarını  dəyişdirir  və  fəaliyyətə  təhrik  olunur. 
Deməli, nitq ünsiyyət  prosesi olmaqla həm də: 
       -ikri fəaliyyətin idarə edilməsi və tənzimlənməsi prosesidir; 
       -insanları qavramağ və anlamaq prosesidir; 
       -təfəkkürü formalaşdıran prosesdir; 
       -əqli fəaliyyətin əsasıdır. 
Nitq informasiya ötürücüsüdür, səs siqnalları və yazı işarələri vasitəsilə həyata keçirilir. Nitq insanlığın 
əldə edilməsi üçün ən böyük katalizatordur  və dilin  köməyi ilə həyata keçirilir. Dilin psixoloji məzmununu 
aşağıdakı kimi göstərmək olar: 
      * Dil danışıq işarələri sistemidir. 
      * Dil insanların davranışını tənzim etmək üçün vasitədir. 
      * Dil insan və ətraf aləm arasında əlaqə vasitəsidir. 
      * Dil informasiyaların toplanması və qorunması vasitəsidir. 
      * Dil ictimai hadisədir. 
      *Dil mürəkkəb quruluşa malikdir və xalqa məxsusdur. 
İnsanın dili mürəkkəb stuktura malikdir, çünki özündə leksikanı, qrammatikanı və sintaksisi birləşdirir.  
Rusiyalı alim N.İ.JİNKİN   özündə leksika, qrammatika və sintaksisi birləşdirən nitq mexanizmlərini 
səkkiz  qrupa ayırmışdır. 
1. Qramatik cəhətdən sintatik quruluşu müəyyənləşdirmə mexanizmi; 
2. Transformasiya mexanizmi (Bir konstruksiya tipindən başqa tipə keçmə); 
3. Proqram elementlərini genişləndirmə mexanizmi (Qramatik qruluşdakı); 
4. Sözü məna(semantika) və səs əlamətlərinə görə axtarma mexanizmi; 
5. Nitqin səslənməsini real həyata keçirmə mexanizmi; 
6. Nitq səslərini seçmək  mexanizmi; 
7. Sintaktik intonasiyaların hərəki proqramlaşdırma mexanizmi;  
8. Sözlərin yada saxlanması və işlənməsi mexanizmi. 
İnsan hiss orqanları vasitəsilə qəbul etdiyi sözləri  ifadə edir. Ona görə də sözün real əşya və hadisələri 
əvəz etməsini  ―Şərti qıcıqlandırıcı‖  adlandırırlar. İ.P.Pavlov isə sözü ―siqnalların siqnalı‖ yəni ikinci siqnal 
sistemi adlandırmışdır.  
Cədvəldən aydən olur ki, sözlər heyvanlar üçün ancaq səsi ifadə edir, bu və digər şərtsiz refleksi yerinə 
yetirir. İnsan üçün isə söz ünsiyyət simvolu, əşya və hadisələrin ifadəsidir. İnsanın ikinci siqnal sisteminin 
bir neçə refleks xüsusiyyəti var . Bunlar aşağıdakılardır : 
1. Fasiləsiz ümümiləşdirmə. Səs siqnallarının çoxalması (analizatorların kompleks qıcıqlanması, dərk 
edilənlərin ifadə olunması, mənaca yaxın sözlərin fasiləsiz olaraq yayılması (irradiasiyasi). 
2  .Eyni  anda  foprmalaşma  imkanı.  Bu  zaman  ikinci  siqnal  sisteminin  siqnallarının  yenilənməsi  baş 
verir. (Kafenin qapsının  üstünə vurulmuş ―təmirə bağlıdır‖ sözlərini görüb dayanırıq ki, boş yerə vaxtımız 
itiməsin.  Bunun  baş  verməsi    zamani  heyvanda  olduğu  kimi  insanda  da  böyük  miqdarda  şərti  reflekslərin 
yoxa çıxması tələb olunur). 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
102 
 
 
3. Mücərrəd anlayışların sözlə ifadə olunması. Reflekslər  birinci siqnal sistemindən ikinciyə və əksinə 
ötürüldüyü  üçün,  ikinci  siqnal  sistemindəki  əlaqələr  tez-tez  pozulur.  Məsələn:  insanda  zənğ  səsinə  şərti 
refleks oyanır. O zəngin səsini kəsmək istədiyi zaman əgər eksperment aparan ―zəng‖ sözünü işlədərsə, o da 
həmən  sösü  təkrar  edəcək.  Çünki  mücərrəd  (abstrakt)  anlayışlar  sözlə  ifadə  olunduqda  əvvəlki 
qıcıqlandırıcılarla əks-əlaqə yaradır. İkinci siqnal sistmi daha tez yorulur və xarici təsirlərə meyillidir. 
Nitqin  fzioloji  xüsusiyyətlərindən  başqa,  onun  insanın  şəxsiyyət  kimi  formalaşmasına  birbaşa  təsir 
edən dörd fizioloji mərkəzi  var. Bu mərkəzlər aşağıdakılardır: 
1.Broka  mərkəzi.  Bu  mərkəz  hərəki  mərkəz  də  adlanır,  beyinin  sol  yarımkürələrinin  yuxarı  alın 
qırışında yerləşir. Nitqin tələffüzünün gurluluğunu (ucalığı)ni yaradır. Bu mərkəz zədələndikdə insan söz ün 
mənasını başa düşür,  lakin  tələffüz edə bilmir; 
2.  Görmə  mərkəzi.  Bu  mərkəz  beyinin  sol  yarımkürələrinin  ənsə  payında  yerləşir.  Oxuma  prosesini 
yerinə yetirir. Bu mərkəz zədələndikdə görmə qabiliyyəti qalır, lakin oxumaq qabiliyyəti itir; 
3. Yazı mərkəzi. Baş beyinin sol yarımkürələrinin orta alın qırışında yerləşir. Bu mərkəz zədələndikdə 
insan düzgün yazıya nail ola bilmir; 
4. Vernike mərkəzi. Baş beyinin sol yarımkürələrinin gicgah qırışında  yerləşir, eşitmə mərkəzidir. Bu 
mərkəz pozulduqda insan sözlərin mənasını anlaya və fərqləndirə bilmir. Tanıma qabiliyyətini itirdiyinə görə 
danışığı ya qusurlu olur, yada danışa bilmir; 
Nitqin  prosesinin  formalaşması  və  yaranması  müxtəlif    mərhələlərdən  keçir.  Öz  mənbəyini 
filogenezdən alan nitqin iki növü (daxili və xarici) və müxtəlif vasitələri var. Müasir dövrdə bu və ya digər 
formada nitqin bütün növ və vasitələrindən istifadə olunur. Nitq öz əlamətlərinə görə daxili və xarici olmaqla 
iki yerə ayrılır. 
1.  Daxili  nitq.  İnteriorizasiya  əlamətinə  malik  olan  daxili  nitq    hər  hansı  bir  məsələnin  əqli 
planlaşdırılması, analizi və sintezi olmaqla  insanın özünə yönələn nitqdir. Daxili nitq tələffüz olunmayan və 
səssiz,  yəni  insanın  öz-özünə  danışması  və  fikirləşməsi  prosesidir.  Daxili  nitq  şüurlu  olduğu  üçün  yalnız 
insana  məxsusdur.  L.S.Viqotskiyə  görə,  daxili  nitq  körpəlik  dövründən  başlayır.  (Uşaq  oyun  zamanı  öz-
özünə danışmağa başlayır, bu isə tədricən daxili nitqə çevrilir). İnteriorizasiya əlamətinə görə daxili nitqin üç 
tipini göstərmək olar 
1. Öz-özünə danışmaq; 
2. Xüsusi daxili nitq; 
3. Daxili  planlaşdırma. 
Daxili nitqin psixoloji məzmununu təsvir edərkən göstərmək lazımdır ki, hər şeydən əvvəl daxili nitq 
kommunikasiyadan kənarda baş verir, tələffüz edilmir, sürətli nitqdir, idrak prosesidir (sensor məlumatların 
işlənməsi və müəyyən anlayışlar formasında dərk olunması, əqli əməliyyatların fikrən icrası, şifahi və yazılı 
nitqdə fikrən proqramlaşdırılmasıdır). Daxili nitq xarici nitq əsasında əmələ gəlir, lakin fikir insanın özünə 
aydın olsa da, bəzən onu başqalarına çatdırmaq çətin olur.  
2. Xarici nitq. Xarici nitq eşidilən, görülən və tələffüz olunandır. Nitqin bu növü başqaları ilə ünsiyyətə 
yönəlir,  informasiya  mübadiləsidir.  Eksterioriasiya  əlamətlərinə  görə  xarici  nitq  yazılı  və  şifahi  növlərə 
ayrılır. 
Yazılı  nitq  hər  hansı  bir    məlumatın  yazılı  mətn  kimi  ötürülməsidir.  Görmə  qavrayışı  ilə  həyata 
keçirilir, qədim Misirdə yaranıb (Azərbaycanda Gəmiqaya rəsmləri və Qubustan qayalıqlarındakı rəsmlər də 
ilkin yazılı nitqə aiddir.) Referent (məyyən mətnin qısa məzmunu) və annotasiya (mətnin əsas cəhətlərinin 
əks olunması) yazılı nitqin növlərinə aiddir.  
Şifahi nitq isə görülən və eşidilən nitqdir. Şifahi nitqin üç: manoloq, dialoq və poliloq kimi  növləri 
var. 
*Dioloq ünsiyyət prosesidir ki və daha artıq insan arasında baş verir, birgə fəaliyyətdir, reaksiya tələb 
edir,  həm  xarici,  həm  də  daxili  stimullarla  şərtlənir.  Psixoloji  cəhətdən    dialoq  nitqin  ən  sadə  formasıdır. 
Dioloq özündə üç xüsusiyyəti birləşdirir.  
-  birinci, avtonomluq xüsusiyyəti (suallardan təşkil olunur, cavab və replika isə söhbəti əsaslandırır);  
-  ikinci, emossionallıq xüsusiyyəti ( bunsuz dialoq ya tez başa çatır, ya da sorğuya çevrilir);  
-  üçüncü,  situativlik  xüsusiyyəti  (dialoq  həmişə  konkretliyə  əsaslanır,  iştirakçılar  üçün  əhəmiyyətə 
malik olur) .  
Nitqin tarixi inkişaf mərhələsində dialoqdan əvvəlcə monoloq sonra isə daxili nitq yaranıb.Yazılı nitq 
isə sonrakı inkişaf mərhələsinə məxsusdur.  
*Monoloji  nitq.  Bu  nitq  bir  nəfərə  məxsus  olur,  həmin  şəxs    öz  fikir  və  mülahizələrini  ardıcıl  və 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
103 
 
 
dayanmadan  şəhr  edir.  Fəal  və  sərbəst  niqdir,  şəxsiyyətin  mədəni  inkişafına  kömək  edir.  Monoloji  nitqin 
mühazirə, çıxış və məruzə kimi növləri var.  
* Poliloji nitq. Nitqin bu növü eyni zamanda bir neçə şəxsin nitqidir (məsələn mitinq). 
İnsan  nitqi  ünsiyyət  prosesində  yaranır  və  öz  məzmunluluq,  ifadəlilik,  anlaşıqlılıq  və  təsirlilik  kimi 
dörd xüsusiyyəti ilə fərqlənir. 
1. Nitqin məzmunluluğu. İfadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqin məzmunlu olması 
üçün insanın geniş biliyi və bu bilikdən istifadə etmək qaydalarıni bilməsi vacibdir; 
2.  Nitqin  ifadəliliyi.  Yüksək  nitq  mədəniyyətinə  yiyələnmək  bacarığından  asılıdır.  Danışdıqda  və 
yazdıqda nitqin ifadəliliyindən istifadə olunur; 
3. Nitqin anlaşıqlığı. İkitərəfli xarakterə malikdir, yəni həm nitqin səlis və aydın olmasından, həm də 
dilin qramatik qayda –qanunlara uyğun olmasından aslıdır; 
4.  Nitqin  təsirliliyi.  Fəaliyyətə  təhrik  etmə  funksiyasını  yerinə  yetirir  (inandırma,  sübut,  təlqin, 
məsləhət, əmr, qadağa və s.) 
Nitq eyni zamanda bir neçə funksiyanı yerinə yetirir. Məsələn: 
1.  İfadə  edilmə  funksiyası:  insan  öz  münasibətini  bildirmək  üçün  nədənsə  istifadə  etməli  olur 
(emosional görünüş) ; 
2. Aşkar etmə funksiyası-əşya və hadisələri  adlandırmaq imkanı ; 
3. Təsir funksiyası: nitq vasitəsilə digər insana və qrupa təsir etmək və ya nəyi isə formalaşdırmaq olar 
(bu əmr, xahiş, təəccüb və sair formada ola bilər). 
Nitqin xüsusiyyətlərindən və funksiyalarından başqa, həm də üç cəhəti var. Bunlar aşağıdakılardır: 
*semantik  cəhət-əşyaları,  hərəkəti  və  vəziyyəti  aydınlaşdırır.  Bu  cəhət  insan  ünsiyyətini  heyvan 
ünsiyyətindən  fərqləndirir.  İnsan  hər  hansı  bir  səslə  əşya  və  hadisələrin  yeri,  adı  və  xüsusiyyəti  haqqında 
məlumat verir, heyvan isə çıxardığı səslərlə öz daxili vəziyyəti haqqında məlumat verir; 
*umümiləşdirmə cəhəti: nitq fikri ümümiləşdirmə imkanı yaradır (məsələn məktəb, sinif, nahar və s.) ; 
*kommunikativlik  cəhəti: nitq məlumat vermə və fəaliyyətə təhrik etmə funksiyasını yerinə yetirir. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin