AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


SĠFƏTĠN ADVERBĠALLAġMASININ TƏDRĠSĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

SĠFƏTĠN ADVERBĠALLAġMASININ TƏDRĠSĠ 
Mahmudova M.A. 
Azərbaycan Dövlət Pedaqoji Univrsiteti 
 
Yazılı  abidələrin  dilindən  aydın  olur  ki,  zaman  zərflərinin  də  tarixi  xeyli  qədimdir.  Onların 
yaranmasında  əsas  üsul  sintaktik  üsuldur-adverbiallaşmadır.  Sifətin  fellərdən  əvvəl  işlənib  hərəkəti  təyin 
etməsi  adverbiallaşma  adlanır.  Bəzən  mətnlərdə  adverbial  sifətlərin  seçilməsi  çətinlik  törədir.  Buna  səbəb 
―...zərflərin zəif formalaşması və özünəməxsus əlamətlərinin zəif olmasıdır‖.  
Tədqiqatçıların  fikrincə,  tarixilik  etibarilə  sifətlər  zərflərdən  daha  oncə  yaranmış,  insanlar  əvvəl 
əşyaları  əlamətləndirərək  bir-birindən  fərqləndirmişlər.  Sonra  həmin  əlamət  bildirən  mövcud  leksik 
vahidlərdən  –  sifətlərdən  istifadə  edərək  hərəkətləri  də  fərqləndirməyə  çalışmışlar.  ―Bu,  adverbiallaşmadır. 
Bir sıra sifətlərin zərf məqamında işlənməsi, hərəkətin əlamətini bildirməsi təbiidir. Heç bir insan hərəkətin 
əlamətini  bildirmək  üçün  yeni sözə  ehtiyac  duymur.  Adverbiallaşma  yerinə  düşür  və  zərflik  vəzifəsi  sifəti 
zərf  məqamına  yerləşdirir.  Adverbial  sifətlər  öz  əlamət,  keyfiyyət  məzmununu  saxlamaqla  yanaşı,  yeni 
xüsusiyyət-zərf xüsusiyyəti qazanır‖. 
 Keyfiyyət  məzmunlu  sifətlər  mövcuddurki,  onlarda  qismən  də  olsa,  zaman  çaları  özünü  göstərdiyi 
üçün zaman zərfi kimi işlənə bilir və keyfiyyət məzmununu da saxlamış olur. Məsələn: 
1. İşə təzə başlamışam.    
Verilmiş nümunədə sifətin çoxaltma dərəcəsində işlənmiş ―təzəcə, yamanca‖ sözləri hərəkəti müxtəlif 
cəhətlərdən  izah  edib  aydınlaşdırdığı  üçün  adverbiallaşmış  hesab  olunur.  Adverbiallaşma  bəzən  sifətin 
təkrarlanması hesabına baş tutur: 
1. Körpə şirin- şirin yatmışdı. 
2. Qədir yenicə dil açan körpəsini düşünərək ağır- ağır addımlayırdı. 
Buhəm  Azərbaycan,  həm  də  ingilis  dili  üçün  keçərlidir.  Yuxarıda  qeyd  etdiyimiz  quruluşda  olan 
nümunələrə ingilis dilində də rast gəlinir: I come   home just now. // Mən elə indicə evə gəlmişəm. Lakin 
ingilis  dilində  bu  formanın  işlənməsinə  intensiv  deyil,  az  təsadüf  edilir.  Bəzən  ―sadə  zərflər  feil  qarşısına 
düşən,  yəni  adverbiallaşan  sifətlərlə  qarışdırılır  və  adverbial  sifətlər  zərf  hesab  olunur:  ...  yaxşıdüşün, 
bərkincitmişəm..və s. bunları sifətin adverbiallaşması adlandırmaq daha doğru olar. 
Gözəl,  yaxşı,  qəşəng,  ağıllı,  bərk,  pis  sözləri  əşya  bildirən  sözə  aid  olduqda,  əşyanın  əlamətini 
bildirdikdə sifət, hal-hərəkət bildirən sözlərə - feillərə aid olduqda, adverbiallaşdıqda zərf olur: 1.Yaxşı şeir 
heç vaxt ölməz. 2. Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?‖. 
Q.  Kazımov  araşdırmalarında  belə  bir  fikir  söyləmişdir  ki,  ―adverbiallaşmada  sifət  ismin  başı 
üzərindən adlayaraq feilin qarşısına düşür, lakin heç bir struktur dəyişikliyə uğramır, öz natural formasında-
isimlərə yanaşdığı kimi feilə yanaşmış olur: 1.Gözəl qızdanışır. 2. Qız gözəl danışır.‖ 
Fikir  bir  qədər  ziddiyyətli  görünür.  Çünki  birinci  cümlədə  ―gözəl‖  sözü  qız  ismini  təyin  edib 
əlamətləndirir. Qızın gözəl olması diqqətə çatdırılır. İkinci cümlədə isə hərəkətin- danışığın gözəlliyi önplana 
çəkilir. Yəni gözəl danışan qız özü gözəl olmayada bilər. 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
76 
 
 
 
TÜRKOLOJĠ DĠLÇĠLĠKDƏ YARIMÇIQ CÜMLƏ VƏ ONUN NÖVLƏRĠ  HAQQINDA ZƏRĠFƏ 
BUDAQOVANIN ELMĠ FĠKĠRLƏRĠ 
Mehdiyeva M.B. 
Sumqayıt Dövlət Universiteti 
 
Zərifə  Budaqovanın  elmi  araşdırmaları  içərisində  yarımçıq  cümlə  haqqındakı  mülahizələri  də  diqqət 
çəkir.  Dilçi-alim  yarımçıq  cümlə,  onun  tipləri,  əsas  xüsusiyyətləri  haqqında  geniş  bilgilər  verməklə 
Azərbaycan dilinin sintaksisinə dəyərli fikirlər bəxş edib.  
Bildiyimiz  kimi,  cümlə  mətndə  işlənir.  Cümlənin  məzmunu  mətnlə  bağlı  olur.  Bəzən  cümlədə  baş 
üzvlərdən  mübtəda  və  ya  xəbərin  buraxılmasının  şahidi  oluruq.  Bu,  o  demək  deyil  ki,  burada  fikir 
yarımçıqlığı  yaranır.  Mübtəda  və  ya  xəbəri  buraxılmış  cümlələrdə  fikrin  yox,  ancaq  üzvün  çatışmazlığı 
özünü göstərir. Azərbaycan dilində yarımçıq cümlələr nitqə yüngüllük, səlislik, yığcamlıq vermək, lazımsız 
təkrarın qarşısını almaq məqsədi ilə işlədillir. 
Mübtəda və ya xəbəri buraxılmış cümlələr cüttərkibli və ya təktərkibli cümlənin bir növüdür. Professor 
Zərifə  Budaqova  yarımçıq  cümlələrdən  bəhs  edərkən  nəzərə  çatdırır  ki,  istər  türkologiyada,  istərsə  də  rus 
dilçiliyində yarımçıq cümlə nəzəriyyəsində mübahisəli cəhət ondan ibarətdir ki, bəzi əsərlərdə baş üzvlərdən 
biri  və  ya  hər  ikisi  buraxılan  cümlələr  yarımçıq  hesab  edilir.  Bəzi  əsərlərdə  isə  baş  və  ya  ikinci  dərəcəli 
üzvlərdən biri iştirak etməyən cümlələr yarımçıq cümlə adlandırılır. 
Dilçi-alim M.Ş.Şirəliyev və M. Hüseynzadə yarımçıq cümləyə tərif verərkən baş üzvlərin hər ikisinin 
də  buraxıldığını    göstərirlər.  Professor  Q.  Kazımov  qeyd  edir  ki,  yarımçıq  cümlələr  təzə  cümlə  tipi  deyil. 
Cüttərkibli  və  təktərkibli  cümlələrin  müəyyən  üzvü  (və  ya  üzvləri)  buraxıldıqda  onların  yarımçıq  növü 
yaranır. Alim yarımçıq cümləyə belə tərif verir: buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən 
üzvlərin  forma  və  məzmununa  əsasən  bərpa  oluna  bilən  cümlələrə  yarımçıq  cümlələr  deyilir.  Qəzənfər 
müəllim  də  yarımçıq  cümlənin  buraxılmış  üvünün  bərpasının  bəzən  cümləyə  artıqlıq,  ağırlıq  gətirdiyini, 
təkrara səbəb olduğunu bildirir. Zərifə xanım qeyd edir ki, yarımçıq cümlələr iki qrupa ayrılır: 
1. kontekstual yarımçıq cümlələr 
2. elliptik cümlələr 
Kontekstual yarımçıq cümlələri Zərifə xanım belə izah edir. Belə cümlələr buraxılmış üzvü ya əvvəlki 
cümlələrdə,  ya  mövcud  cümlənin  tərkib  hissələrindən  birində  olan  və  ya  tərkib  üzvlərdən  biri  ilə 
müəyyənləşdirilən  yarımçıq  cümlələrdir.  Elliptik  cümlələr  isə  buraxılmış  üzvü  mövcud  cümlənin  və  ya 
ümumi mətnin məzmununa görə müəyyənləşən yarımçıq cümlələrdir. 
Zərifə  xanım  mübtədası  buraxılmış  kontekstual  cümlələrin  geniş  izahını  verir.  Alim  onu  da  diqqətə 
çatdırır  ki,  mübtədası  buraxılmış  yarımçıq  cümlələrin  bir  növünü  tapmacalar  təşkil  edir.  Mübtədası 
buraxılmış  tapmacaları  bəzi  dilçilərin  (məs.:  Ə.M.  Cavadov)  şəxssiz  cümlə  hesab  etmələri  ilə  razılaşmır. 
Çünki  belə  cümlələrin  mübtədasını  tapmaq  mümkündür.  Zərifə  xanım  dialoq  nitqində  də  mübtədanın 
buraxıla  bildiyini  qeyd  edir.  Kontekstual  yarımçıq  cümlələrdə  xəbər  dialoq  nitqində,  habelə  təkrardan 
qaçmaq  məqsədi ilə (əsasən mürəkkəb xəbərin ancaq birinci tərkib üzvü) tabesiz  mürəkkəb cümləni təşkil 
edən sadə cümlələrin tərkibində buraxıla bilir. 
Elliptik cümlələrdə feili, bəzən də ismi xəbər buraxıla bilir. Atalar sözlərində də elliptik cümlələrə rast 
gəlinir.  Belə  cümlələrin  buraxılmış  xəbəri  cümlənin  öz  məzmununa  əsasən  bərpa  edilir.  Məsələn:  Dəlidən 
doğru xəbər ―eşit‖; Varlının atı, kasıbın övladı ―çox olar‖. 
Zərifə  xanım  qeyd  edir  ki,  elliptik  cümlələr  ilk  baxışda  adlıq  cümlələrə  bənzəyir.  Hər  ikisində  xəbər 
olmur  və  onun iştirakına ehtiyac  belə  hiss  olunmur.  Elliptik  cümlələr  bəzən  sabit  söz  birləşmələri ilə  ifadə 
olunan  söz-cümlələrə  də  bənzəyir.  Ancaq  söz-cümlələrdə  xəbəri  tapıb  yerinə  qoymaq  çətindir.  Elliptik 
cümlələrin  buraxılmış  xəbəri  daha  çox  feili  olur.  Zərifə  xanım  feili  xəbəri  buraxılmış  elliptik  cümlələrə  
aydınlıq gətirir. Onların nəzərə çarpan xüsusiyyətlərini qeyd edir. Elliptik cümlələr yalvarış, əzizləmə, təbrik 
məqamında;  məs.:  Maşallah,  gözüm  ayağınin  altına,  nifrət,  qarğış,  narazılıq  məqamında  ;  məs.:  Ağrım 
ürəyinə,  dünya  dağılmayacaq  ki,  gəldiyi  kimi  də  çıxıb  gedəcək,  çağırış,  müraciət  məqamında;  məs.: 
İştirakçıların nəzərinə, işlənir. 
Zərifə xanım nəqli və sual cümlələrində müəyyən   üzvü nəzərə çarpdırmaq məqsədi ilə feili xəbərin 
buraxıldığı zaman cümlənin əsasını adlıq halda olan söz birləşmələri ilə ifadə olunmuş mübtəda, tamamlıq, 
zərflik təşkil etdiyini də diqqətə çatdırır. Məsələn: Dəlinin sözü, sərxoşun gözü  ―axar‖; Dayan, hara belə ? 
―gedirsən‖ 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
77 
 
 
İsmi xəbəri buraxılmış elliptik cümlələrdə ―var‖ sözü buraxılır. Belə cümlələrin əsasını mübtəda təşkil 
edir və əksəriyyəti sual xarakterli olur; məs.: Sənin oğlun, mənim oğlum, nə təfavütü ―var‖. 
Zərifə  xanım  dilimizdə  lazımdır,  gərəkdir,  bəsdir  sözləri  ilə  ifadə  edilmiş  xəbəri  buraxılan  elliptik 
cümlələrin də olduğunu qeyd edir; məs.: Yeməyə də kömək, işləməyə də kömək  ―lazımdır‖. 
 
 
 
ÜNSĠYYƏT MƏDƏNĠYYƏTĠ VƏ NĠTQ ETĠKETLƏRĠNĠN ġƏXSĠYYƏTĠN FORMALAġMASINDA ROLU 
Məhərrəmova M.H. 
Sumqayıt Dövlət Universiteti 
 
―İnsanda hər şey gözəl olmalıdır: üz də, geyim də, ürək də, fikir də‖ (A. P. Çexov). 
Öyrədənin də, öyrənənin də əsas silahı sözdür. Dilin normaları və kateqoriyaları üzərində qurulan nitq 
mədəniyyəti  də  sözlərdən  düzgün  istifadə  etmək  və  insanları  həyata  hazırlamaqda,  onlarda  xoş  ovqat 
yaratmaqda,  ünsiyyəti,  danışığı  nitq  etiketlərinə  uyğun  qurmaqda  başlıca  rol  oynayır.  Buna  görə  də  ali 
məktəblərdə  tədris  olunan  Azərbaycan  dili  və  nitq  mədəniyyəti  fənninin  dilçiliyin  müstəqil  sahəsi  olmaqla 
gözəl  danışmaq  mədəniyyəti  aşılamaqda,  fikrin  təsirli,  ifadəli,  məntiqi  şəkildə  dinləyiciyə  çatdırılmasında, 
nitqi  Azərbaycan  dili  təliminin  qanun  və  prinsiplərinə  uyğun  qurmağı  öyrətməkdə    praktik  əhəmiyyəti 
böyükdür. Bu elmin inkişafında  müstəsna rolu olan Ə.Dəmirçizadənin, A.Abdullayevin, Ə.Əfəndizadənin, 
N.Abdullayevin,  K.Vəliyevin,  M.Həsənovun,  A.Babayevin,  V.Qurbanovun  və  başqalarının  xidmətləri  az 
olmamışdır. 
Adlarını  çəkdiyimiz  müəlliflərin  dərslik  və  dərs  vəsaitləri  nitq  mədəniyyəti  problemlərini 
araşdırmaqda,  natiqlik məharətinə yiyələnməyin sirlərinə bələd olmaqda faydalı mənbələrdir. Əldə edilmiş 
müsbət nəticələr nitqi orfoepik tələblərə uyğun qurmağa, nitq etiketlərindən düzgün istifadə etməyə, ədəbi 
dildə danışmağın qanunlarını öyrənməyə müsbət təsir ğöstərir. Tədqiqatçıların ideyalarından yararlanmaqla 
ünsiyyət qurmaq, danışıq etikası və müraciət formalarının şəxsiyyətin  formalaşmasında rolunu araşdırmaq  
və tələbələri bu istiqamətlərdə tərbiyə  etmək təhsilin də  əsas prioritet sahəsidir. 
Məlumdur ki, nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsinə daxil olub, ancaq insanların nitqi, 
fəaliyyəti,  işi  və  əməllərində  özünün  ifadəsini  tapır,  ədəbi  dilin  normalarına  görə  formalaşır.  Bütün 
yaranmışların  əşrəfi  (S.Vurğun)  olan  insanı  da  dəyərləndirən  gözəl  düşünmək,  yüksək  nitq  mədəniyyətinə 
sahib  olmaq,  daxili-mənəvi  aləmin  saflığı,  yaşamaq  və  yaşatmaq  amalı  və  məfkurəsidir.  İnsana  da  qiymət 
veriləndə  nitqi,    danışığı,  ünsiyyət    mədəniyyəti,  etik  normaları  gözləməsi,  sahib-kəlam  sahibi  olması,  
sözünə,  ağlına  görə  fərqləndirilməsi  əsas  meyar  kimi  seçilir.  Dahi  Azərbaycan    şairi  Nizami  Gəncəvi  - 
―Sözün qanadları var, quş kimi  incə-incə, Söz olmasa, nəyə gərək düşüncə?‖ beytini,  böyük Füzuli isə - 
―Hər şeydən ucadır, sözün məqamı, Hər yerdə sevərlər sahib-kəlamı ―hikmətli fikirlərini söyləyəndə sözdən 
düzgün  istifadə  etməyə,  nitqin  təsirli,  cəlbedici  olması  ücün  sözün  məna  çalarlarının  məqamında 
işlədilməsinə  daha çox  diqqət yetirirdi.  
Buna  görə  də  seminar  məşğələlərində  natiq  kimdir?  Tələbə  natiqliyi  haqqında  danışmaq  olarmı? 
Ünsiyyət mədəniyyətini formalaşdırmaq üçün hansı məsələlərə daha çox diqqət yetirmək lazımdır? Danışan 
hansı hallarda özünü təqdim edə bilər, ünsiyyəti necə qurar? Ünsiyyəti necə qursaq  insanların diqqətini daha 
çox cəlb etmiş olarıq? suallarına tələbələrlə birgə cavab axtarıldı,  nəticələr ümumiləşdirildi. Tələbələr belə 
bir  qənaətə  gəldilər  ki,    natiq  olmaq  üçün  əsas  təməl  ədəbi  dilin    fonetik,  leksik,  qrammatik  və  üslubi 
normalarına  əməl  etmək  və  nitqdə  bu  qanunlardan  istifadəni  bacarmaqdır.  Məlum  qanunların  mahiyyətini 
öyrənməklə  yanaşı, ―əgər  tələbə-natiq  olmaq  istəyirsə,  danışarkən  məlum  fikri  təkrar  etməkdən  çəkinməli, 
həmin fikri öz sözləri ilə forma və məzmun çalarları qatmaqla ifadə etməyə çalışmalıdır‖. 
Tələbələrə  nitqlərini  ―bəzəmək‖,  lüğət  ehtiyatlarını  zənginləşdirmək,  sözlər  üzərində  məşq  etməkdən 
yorulmamaq yollarını öyrətmək əsas məqsəd kimi seçilməlidir. Bir məsələni də vurğulamaq yerinə düşər ki,  
gərgin  zəhmət,  fitri  istedad,  ədəbi  dil  qanunlarını  öyrənmək  natiqlik  praktikasında  böyük  rol  oynayır. 
Təcrübə  də  göstərir  ki,  insanlar  yığcam  söz  və  ifadələrlə  böyük  fikirləri  dinləyicilərə  çatdırmağı  bacarsa, 
nitqində  sözçülüyə,  uzun-uzadı  danışığa  yer  verməsə,  sözlərin  sinonimliyini  nə  qədər  çox  bilsə,  onların 
nitqləri də bir o qədər məzmunlu və təsirli qurula bilər. Bununla yanaşı, tələbələr ədəbi dil üçün norma hesab 
edilməyən  sözləri  nitqə  gətirməsə,  səsinin  tonunu    danışdığı  məsələlərə  uyğun  dəyişməyi  bacarsa,  mətnin 
məzmununa  müvafiq  jest  və  mimikalardan  istifadəyə  üstünlük  versə,  söylədiyi  hadisələrlə  yaşadığını  hiss  
etdirsə, nitq  də bir o qədər aydın, düzgün, dəqiq, sadə və təmiz  olar.. İnkaredilməz faktdır ki, gözəl və təsirli 
nitq söyləmək,  ünsiyyət qurmaq dinləyicinin ruhunu oxşayır, zövq verir,  düşündürür, tərbiyə edir, daşqəlbli 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
78 
 
 
insanları, canini rəhmə gətirir. Bunları nəzərə alan  məşhur natiq  M.T.Sisseron bəlağətli nitq söyləmək, natiq 
olmaq  üçün  hansı  üslubda danışmağı  da  əsaslandırmışdı:  ―Əsil  natiq  o  şəxsdir ki,  adi  işlər haqqında  sadə, 
böyük  işlər  haqqında  əzəmətlə,  orta  səviyyəli  işlər  barədə  isə  yuxarıdakılar  arasında  orta  mövqe  tutan  bir 
üslubla danışmağı bacarsın‖  
Hər  bir  insanın  nitq  mədəniyyəti  fənnini  öyrənməyə  böyük  ehtiyacı  vardır.  Ancaq  hər  insanın  da 
danışığını  kamil  nitq  hesab  etmək  olmaz.  Natiqə  xas  olan  xüsusiyyətlərin  bəziləri  anadangəlmə,  müəyyən 
hissəsi fitri istedadla bağlıdırsa, digər keyfiyyətlər isə  həyatdan, elm və təhsildən qazanılır. Nəticəsi isə nitq 
və  fəaliyyətdə,  ünsiyyət  prosesində  müxtəlif  məzmunda  özünün  təsdiqini  tapır,  natiqlik  üslubunu 
formalaşdırır.  
Natiq  üçün  vacib  olan  aşağıdakı  xüsusiyyətləri  professor  Adil  Babayev  əsas  sayır:  ―1.danışdığı  dili 
mükəmməl bilmək; 2. dinləyicilərin kim olduğunu nəzərə almaq; 3. dilin fonetik imkanlarından istifadə edə 
bilmək; 4. fikrini ifadə etmək  üçün sözləri uğurla seçmək; 4. cümlə quruluşunda ustalıq göstərmək: 5. fikri 
sadə və ya mürəkkəb cümlələrlə bildirmək; 6. Özünə sual verib cavabını vermək; 7. mövzunun açılmasında 
məlumdan naməluma doğru getmək; 8. əl hərəkətlərindən, mimikalardan ustalıqla ( ifrata varmadan) istifadə 
etmək; 9. hər hansı məlumatı çoxlu fakt və rəqəmlə həddindən artıq yükləməmək və s.  
Bu  şərtlərin  hamısı  natiqə  aid  olan  xüsusiyyətləri  tam  əhatə  etməsə  də,  ünsiyyət  mədəniyyətini 
qurmaqda  yetərli  faktlardır.  Səmimiyyətlə    etiraf  edək  ki,  bütün  meyarları    nitqdə    eyni  səviyyədə  nəzərə 
almaq inandırıcı görünə bilməz. Tədqiqatlar göstərir ki, insanlar xarakterik xüsusiyyətlərinə, nitq və ünsiyyət 
qurmaq bacarığına görə seçildiyinə,  həm də iki adamın nitqi  bir- birinə oxşamadığına görə eyniyyət təşkil 
etmir.  Buna  görə  də  insanların  bir-birinə  olan  fərqli  münasibətləri,  düşüncələri  formalaşır,    ünsiyyət 
mədəniyyətləri  də  eyni  səviyyədə  olmur.  Bu  da  hər  bir  insana  qiymət  veriləndə    müxtəlif  mövqelərdən 
yanaşmaqla onu  tanımaq, ünsiyyət mədəniyyətinə görə dəyər vermək  zərurətini yaradır. Konkret desək, hər 
bir insan özünü  üç formada tanıda bilər: 1) öz hərəkəti,  münasibəti, diqqəti bir sözlə,  gördüyü işə görə; 2) 
fərdi xüsusiyyətləri, şəxsiyyəti, etik normaları gözləməsi ilə; 3) nitqi, ünsiyyət mədəniyyəti, sözünün yerini 
bilməsi səviyyəsinə  görə. 
Ünsiyyət  qurmaq  özü  bir  mədəniyyətdir.  Bu  baximdan  müasir  dövrdə  təlim  prosesində  ünsiyyət 
yaratmaq mədəniyyətinin öyrədilməsi böyük əhəmiyyət kəsb edən məsələrdən  biridir . Biz həyatda müxtəlif 
xarakterli insanlarla qarşılaşır,  fikirlərimizi bir- birimizə çatdırır və münasibət yaratmaq üçün dialoqa giririk. 
Bəzən  ünsiyyət  qurduğumuz  şəxsin  danışığı,  etik  normaları  gözləməməsi,  nitq  etiketlərindən  istifadəyə 
əhəmiyyət verməməsi xoş ünsiyyət yaratmır, bədbinliyə, əhvali-ruhiyyənin pozulmasına səbəb olur. Ancaq 
qarşı  tərəfin  insani  keyfiyyətlərə  dəyər  verməsi,  düşünüb  sonra  danışması,  kimə,  harada  və  necə  müraciət 
etməyi  praktik  fəaliyyət  kimi  seçməsi,  səsinin  tonuna,  avazına,  intonasiyasına,  jest  və  mimikalardan 
istifadəsinə  daim  nəzarət  etməsi    səmimiyyət,  xoş  münasibət,  yaxınlıq,  mehribanlıq  yaradır.  Dahi  Nizami 
Gəncəvinin:  ―Sözün  çoxsa  əgər,  çalış,  az  olsun,  Yüz  sözün  yerində  bir  kəlmə  qalsın‖,  söz  xridarı  Sədi 
Şirazinin:  ―Düşünüb,  sonra  de  sözü  müxtəsər,  O  qədər  danışma,  ―bəsdir‖-desinlər‖  müdrik  kəlamlarının 
dialoji nitqdə nəzərə alınması nitqin yığcamlığına, dinləyicinin  dinləməsinə müsbət təsir edən səbəblərdir. 
İnsanların  bir-birinə  münasibəti,  danışığı  və  ünsiyyət  yaratması  nəzakətli  sözlər,  görkəmli 
şəxsiyyətlərin  fikirləri  üzərində  qurulur.  Nəsrəddin  Tusinin  nəsihətlərində  olduğu  kimi,  az  danışmağı, 
susmağı,  soruşanda  cavab  verməyi,  böyüklərə  qulaq  asmağı  öyrətməli,  nalayiq  sözlər,  söyüşlər,  yersiz 
kəlmələr  işlətməkdən  utandırmalı,  böyüklər  danışarkən  kinayə  işlətməməli...  Nalayiq  sözlər  işlətməməli, 
dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarananda onu obrazlı, məcazi ifadələrlə 
anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə münasib danışmağı bacarmalıdır.  
Müraciət etiketlərindən istifadə  ünsiyyət mədəniyyətinin açarıdır. Danışıq etiketləri nəzərə alınmadan 
mədəni  nitqə  yiyələnmək  olmaz.  Bu  sözlərdən  salamlaşma,  sağollaşma,  üzr  istəmə,  təşəkküretmə  zamanı 
daha  çox  istifadə  olunur.  Salamlaşma  zamanı  ―sabahınız  xeyir‖,  ―hər  vaxtınız  xeyir‖,  ―axşamınız  xeyir‖, 
sağollaşma  zamanı  ―salamat  qal‖,  ―sağ  ol‖,  ―xoş  gəldin‖,  ―gecəniz  xeyrə  qalsın‖,    üzr  istəmə  zamanı 
―bağışlayın‖,  ―üzr  istəyirəm‖,  ―zəhmət  olmasa"  (xalq  arasında  ―qadan  alım‖,  ―başına  dönüm‖,  ―canım‖, 
―gözüm‖), təşəkküretmə zamanı ―sağ ol‖, ―təşəkkür edirəm‖, ―siz də sağ olun‖, ―borcumdur‖, ―kiçiyinəm‖ 
və s. sözlər işlədilir. Nitq mədəniyyəti üzrə sanballı tədqiqat əsərləri olan prof. N. Abdullayevin mədəni nitq 
etiketlərini  tədqiq  və  araşdırma    üsulu  daha  genişdir.  Müəllifin  verdiyi  21  bölgüyə  nəzər  salsaq,  bu  nitq 
etiketlərinin  mədəni  nitqə  yiyələnməkdə  nə  qədər  əhəmiyyətli  olduğunun  şahidi  olarıq:  1.  Kömək  etmək, 
qulluq  göstərmək  məqsədilə:  ―icazə  verin‖;  ―siz  əziyyət  çəkməyin‖  və  s.  2.  İş  gördürmək,  soruşmaq, 
üzrxahlıq etmək məqsədilə: ―inciməyin‖, ―sizə zəhmət verəcəyəm‖; ―rica edirəm danış‖; ―buyruq olmasa‖ və 
s.  3.  Məmnun  olmaq  məqamında:  ―razıyam‖;  ―etiraz  etmirəm‖;    ―xoşuma  gəlir‖  ;  ―çox  şadam‖; 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
79 
 
 
―minnətdaram‖ və s. 4. Etiraz etmək, razılıq verməmək məqamında: ―etirazımı  bildirirəm‖; ―mən başqa cür 
düşünürəm‖;  ―bağışlayın  razı  deyiləm‖  və  s.  5.  Təskinlik,  razı  salmaq  məqamında:  əsəbləşməyin; 
darıxmayın; özünüzü ələ alın və s. 6. İntizama dəvət, məzəmmət etmə: ―danışığınıza fikir verin‖; ―nəzakətli 
olun‖; ―özünüzü  ələ alın‖ və s. 7. Qarşılama məqamında: ―xoş gördük‖; ―nə gözəl təsadüf‖; ―lap vaxtında 
gəlmisiniz‖ və s. Hər bir insanın həyatında olduqca əhəmiyyətli hesab olunan bu məsələlər, təəssüflər olsun 
ki, əməli işdə  az istifadə edilir , bu də mədəni nitqin, ünsiyyətin pozulmasına səbəb olur. 
Tələbə-müəllim münasibətlərində müraciət forması kimi seçilən sözlər səmimiyyət yaratmalı, qarşılıqlı 
hörmət  və  ehtiramı  dərinləşdirməli,  ürəyə  yol  tapmalıdır.  Müəllim  ―şagird  və  tələbələrə  eyni  sözlərlə 
müraciət  etməməlidir‖.    Müəllif  qeyd  edir  ki,  oğlum,  qızım,  əzizim  sözləri    ilə  tələbələrə  müraciət  etmək  
istənilən  effekt  vermir.  Müəllifin  fikirləri  ilə  razılaşmaq  olar.  Ancaq  unutmaq  olmaz  ki,  bu  sözləri 
mühazirədə, məşğələdə işlətmək etik normalara uyğun gəlmir. Tələbələrə adı ilə, yaxud ―sən‖ deyə müraciət 
etmək daha məqsədəuyğundur. Ancaq oğlum, qızım , xanım sözlərindən auditoriyadankənar yerlərdə istifadə 
tələbə-müəllim  münasibətlərini  şəxsiyyətyönümlü  təlim  prinsipinə  uyğun  qurmağa  əsas  verir.  Müraciət 
forması kimi  tələbələrə  ―əzizim‖  nitq etiketindən istifadə heç bir müsbət emosiya yaratmır. Unutmaq olmaz 
ki, ―Siz‖ müraciət forması  yaşlı, vəzifəli insanlarla, böyük şəxsiyyətlərlə ünsiyyət qurulanda  istifadə oluna 
bilər. 
―Avesta‖da    işiədilən    məşhur  bir  ifadə  də  müasir  gəncliyin  ünsiyyət  mədəniyyətinin  fəlsəfəsi  və 
müdrik  düşüncəsinin  ifadəsdir  desək  fikrimizdə  israrlıyıq:  ―Yaxşı  danış,  yaxşı  düşün,  yaxşı  davran‖.  Biz 
əməllərimizlə,  fəalliyyətimizlə  tələbələri  bu  istiqamətlərdə  tərbiyə  etməli,  onları  həyata  hazırlamalı  və 
danişiq etikası normalarını öyrətməliyik.  
                                                      
                                                                           
DĠLĠMĠZĠN SAFLIĞINI QORUYAQ 
Məmmədli İ. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
Əsgərova N. 
Bakı Slavyan Universiteti 
 
Azərbaycan dilinin saflığı, təmizliyi və alınma sözlərə münasibət məsələsi həmişə diqqət mərkəzində 
olmuş, indi də aktual olaraq qalmaqdadır. 
Hələ  XIX  əsrdən    başlayaraq  Azərbaycan  dilinin  yad  ünsürlərdən  qorunub  saxlanması  və  onun 
təmizliyi  haqqında  Azərbaycanın  mütəfəkkir  yazıçısı  Mirzə  Fətəli  Axundzadə,  əsasən,  lüzumsuz,  mənası 
başa düşülməyən, dilimizə xələl gətirən, onu nüfuzdan salan əcnəbi sözlərdən istifadə etməməyi, milli dilə 
daha çox fikir verməyi tövsiyə edirdi. O hətta dilimiz üçün bir çox çətinliklər törədən əski ərəb əlyazmasında 
belə  dəyişikliklər  etmək  üçün  var  qüvvəsi  ilə  çalışmış,  lakin  xarici  təzyiqlər  nəticəsində  buna  nail 
olmamışdır. 
M.F.Axundzadə həm də tövsiyə edirdi ki, əcnəbi dildən yalnız zərurət olduqda söz və ya termin alma 
mümkündür. İnkar etmək  olmaz ki, indiki dövrdə də buna ehtiyac vardır. 
M.F.Axundzadənin sözləri sanki bu günümüz üçün söylənib. Çünki informasiya texnologiyası o qədər 
güclü  inkişaf  edib  ki,  həmin  sahəni  əks  etdirən  terminlərsiz  keçinmək  olmaz.  Məsələn:  kompyuter  və 
internetlə  bağlı  o  qədər  yeni  terminlər  yaranıb  ki,  onları  dilimizdə  başqa  sözlərlə  əvəz  etmək  mümkün 
deyildir. Məsələn: kompüter, internet, fayl, disket, disk, klaviatura, skaner, adapter, rastr, ampersand, aplet, 
apertur,  audit,  provayder,  avtorinq,  paket,  bit,  bod,  bayt,  dizayn,  modul,  kursor,  dataqram,  diler,  displey, 
drayver,  ekzabayt,  faks,  histoqram,  interfeys,  matris,  matrissa,  metafayl,  notasiya  və  s.  onlarla  belə  termin 
göstərmək olar. 
Lakin buna baxmayaraq, dilimizi qarşılığı olan sözlərlə doldurub  korlamayaq. Məsələn: çap qurğusu 
əvəzinə  printer,  ehtiyat  əvəzinə  resurs,  imkan    əvəzinə  opsiya,  açıq  əvəzinə  open,  hesab  əvəzinə  sçot, 
hesabat əvəzinə otçot, əla əvəzinə  super, qovluq əvəzinə papka kimi termin və sözlər işlədilməsin. 
Dilimizin  saflığı  keçən  əsrdə  yaşayıb-yaratmış  ziyalılarımızı  da  düşündürmüşdür.  Odövrkü 
ziyalılardan  Firidun  bəy  Köçərli,  Soltan  Məcid  Qənizadə,  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə, 
Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və başqa görkəmli şəxsiyyətlərimiz doğma ana  dilimizə olan 
milli münasibəti, onun saflığının qorunması, mənası çətin anlaşılan, yaxud da heç başa düşülməyən sözlərin 
əcnəbi  dillərdən,  xüsusilə  də  ərəb,  fars  və  bəzən  Qərbi  Avropa  dillərindən  alınıb  işlənməsinə  qarşı  eyni 
münasibətdə  mübarizə    aparırdılar.  Məsələn,  Cəlil  Məmmədquluzadə  ana  dilimizin  qüdrətini  dərindən 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
80 
 
 
duyub,  onu  dəyərləndirən  bir  sənətkar  idi.  Yusif  Seyidov  yazır  ki,  C.Məmmədquluzadə  Azərbaycan  dilinə 
laqeydlik göstərən, ona xor baxıb başqa dillərdə danışmağa can atan ziyalıların gah bədii surətini yaratmaqla 
onlara istehza edir, gülür, gah da onlara birbaşa cavab verir, onları tənqid atəşinə tutur.  Müəllif daha sonra 
yazır: «C.Məmmədquluzadə ərəb yazısına  qarşı M.F.Axundovla başlanan mübarizəni davam etdirir. Latın 
qrafikalı yeni əlifbanı təbliğ edənlər cəbhəsində dayanır». 
N.Nərimanov  da  Azərbaycan  ədəbi  dilinin  xalq  dili  üzərində  formalaşması  yollarını  əsaslandırmağa 
çalışan ədiblərdən idi. O da ana dilinin inkişafı, təmiz, saf Azərbaycan ədəbi dili uğrunda mübarizə aparırdı. 
O,  dilimizə  yüksək  qiymət  verərək  yazırdı:  «Ana  dili!  Nə  qədər  zərif,  nə  qədər  ali,  hissiyyati-qəlbiyyə 
oyandıran  bir  kəlmə!  Nə  qədər  möhtərəm,  müqəddəs,  nə  qədər  əzəmətli  bir  qüvvə!  Ana  dili!  Bir  dil  ki, 
mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdi…‖ O həm də Bestujev-
Marlinski kimi Azərbaycan dilini fransız dili ilə müqayisə edirdi və dilimizin nə qədər yüksək bir səviyyədə 
olduğunu göstərirdi. 
N.Nərimanov    hətta  bəzi  mollaları  belə  öz  ana  dilini  bilməməkdə,  o  dildə  yazıb-oxuya  bilməməkdə 
tənqid edirdi. O yazırdı: «Biçarə türk (Azərbaycan – kursiv bizimdir) mollalarımızın əksəri öz dilində kağız 
yaza bilmir. Bununla belə, haman mollalar özlərini əhli-savad hesab edirlər, çünki farsca yazmaq bacarırlar 
və ərəbcə bir az dadıblar… Eyib deyilmi? Belə olan surətdə biz – türklər özümüzə türk deməyib fars deyək 
və farsca yazıb dilini və yazısını öyrənək, yainki azərbaycançılıqda qalıb öz ana dilimizi bilək. 
O  ana  ki,  sənə  o  dildə  tərbiyə  veribdir,  sənə  o  dildə  yaxşı-yamandan  tanıdıbdır,  sənə  o  dildə  layla 
deyibdir və axırda haman dildə Allahı tanıdıbdır!..». 
O, Azərbaycan dilini bəyənməyənlərə qarşı belə mübarizə aparırdı. N.Nərimanov onu da qeyd edirdi 
ki,  ədəbi  dil  həmişə  xəlqi  olmalıdır.  Xalqın  ürəyindən  xəbər  verməli  və  oraya  yol  tapmağa  başlamalıdır. 
Odur ki, N.Nərimanovun əsərlərinin dilindəki xəlqilik onun müasirlərinin də diqqətini cəlb etmişdir. 
Dahi  bəstəkar  və  dramaturq,  Azərbaycan  opera  sənətinin  banisi,  publisist  Üzeyir  Hacıbəyov  da 
Azərbaycan dilinə çox böyük qiymət verirdi və onu qoruyub saxlamağı, onu inkişaf etdirməyi vacib məsələ 
kimi ziyalılar qarşısında qoyurdu. O yazırdı ki, ―…dilimizin baqi qalması və saniyən tərəqqi etməsi və islah 
olunması barəsində çalışmalıyıq. …əgər biz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam 
edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir 
millətin dəxi, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb 
onun dilidir.‖ 
Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli təhsilini rus dilində alsa da, bir neçə dil bilsə də, o, həmişə 
Azərbaycan  dilinin  qədim  və  zəngin  bir  dil  olduğunu,  müstəqilliyini  qeyd  edirdi,  onun  saflığını  qorumağı, 
müstəqil  inkişaf  etməsini  məsləhət  görürdü.  Y.V.Çəmənzəminli  «Dil  məsələsi»  adlı  məqaləsində  yazırdı: 
«Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gündən-günə artır. Bizcə, bunu bilməli 
ki,  bu  yazıçıların qəliz  ibarələr işlətməkdə  fikirləri  nədir? …Camaatımızın  gələcəyi  üçün  bu  da  lazımlı  və 
həlli vacib işlərdən biridir…» 
Yuxarıda göstərilən fikirlər sanki bu gün üçün deyilib. Belə ki, istər rayon mərkəzlərində, istərsə də 
şəhərlərimizdə  küçələr  başdan-başa  əcnəbi  söz  və  adlarla  bəzədilmişdir.  Elə  Bakı  şəhərində  bütün 
mağazaların,  köşklərin,  ümumiyyətlə,  satış  obyektlərinin,  ofislərin  qarşısında  heç  bilmirsən  nə  yazılıb… 
Həmin sözlər və adlar haradan və hansı dildən, hansı emblemin, etiketin adından götürülüb. Heç nə də başa 
düşülmür,  həmin  sözlər  hansı  mənanı  daşıyır  bilinmir.  Harada,  hansı  mağazada,  hansı  obyektdə  nə  satılır, 
hansı ofisdə nə iş görülür, bilinmir. Risk edib içəri daxil olmağa adam ehtiyat edir. Qapılarda da üç dildə – 
açıqdır, open, otkrıto və yaxud – bağlıdır, zakrıto…». 
Öz-özlüyündə  düşünürsən  ki,  görəsən,  xaricdə  də  Azərbaycan  dilində  «açıqdır»,  yaxud  «bağlıdır» 
sözləri yazılmış bildirişlər varmı?!! 
İndi  keçək  mağazaların  və  digər  obyekt  və  müəssisələrin  lövhələrinin    üzərində  yazılmış  «deyilişi 
gözəl»  sözlərə.  Bunlardır  həmin  sözlər:  İntellekt,  Seraton,  Risso,  Pris,  Catel  Fonex,  Passa,  Zife,  Drevzo, 
Veste, Soliton, Sunny, Push, Play, Kali, Atom, Kodak, Disper, Jenifer, Priser, Turbo Not, Magic Lanquages, 
Miss Amor, Evromen, Lombardo, Miss Tuffy, Elffelto, Kameliya, Pracla, Pirant, Bin Soft, Pakpen, Merzulka, 
Aristokrat, Kapriz, Beletto, Bilfa, Arrivo, Bermuda və s. 
Bu  adlar  hələ  bir  küçədə  rast  gəldiyimiz  səhv,  yaxud  düzgün  yazılmış  sözlərdir.  Bu  sözlərin 
mənalarını, haradan götürdüklərini həmin yerdə işləyənlərin heç özləri də bilmir. 
Sınaq  üçün  üzərində  «Disper»  yazılmış  bir  mağazaya  daxil  oldum  və  orada  işləyən  şəxsdən  həmin 
sözün nə olduğunu soruşdum. O isə çiyinlərini  çəkib bilmədiyini etiraf etdi. Onun sözü bu oldu: «Mən iki 
aylıq burada işləyirəm». 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
81 
 
 
Budurmu  bizim  bədbəxtliyimiz?!  Hələ  orada  satılan  qablaşdırılmış  malların  adını  demirəm.  Üz 
qabığının üstündəki şəklə baxmamış içərisində nə olduğunu bilmirsən. Bəs şəkildəkini tanımayan nə etsin?! 
Görməyib  axı!  Qablaşdırılmış  malların  üstündəki  yazılan  hansı  dildədir,  o  da  bilinmir,  xırda  hərflərlə 
yazıldığından  oxumaq  da mümkün  deyil.  Bu  yerdə C.Məmmədquluzadənin  felyetonları  və  Ü.Hacıbəylinin 
«Oradan-buradan»ları yada düşür. 
Özəl  televiziya  kanallarının  da  əks-təsirini  inkar  etmək  olmaz.  Çünki  həmin  malların  əksəriyyətinin 
reklamları  göstərilir.  Onların  da  tələm-tələsik  nə  dediklərini  izləmək  olmur.  Hətta  ANS  kanalı  qrammatik 
qanun və qaydalara əməl etmir. Bütün xüsusi adlar kiçik hərflərlə yazılaraq ekranda göstərilir. 
Bütün bunlarla nə savad alarıq, nə də dilimizin saflığını qoruya bilərik. 
Sonra  keçək  mənası  bir  az  (azacıq)  məlum  olan  sözlərə:  kredit,  foto,  atom,  parfumeriya,  kseroks, 
kserekopiya, Parabank, Standardbank, Azercell, Bakcell;  adlardan: Anita, İzabella, Susann  və s. 
Həmçinin:  market, supermarket, mini market, moyka, lepka və s. 
Bu sözlərin mənalarını, heç olmazsa, bir az başa düşmək mümkündür. Bəs yuxarıda adı çəkilən sözləri 
necə ayırd edək?!. 
Belə  getsə,  dilimizdə  işlənən  milli  söz  və    terminlərimizi  itirməli  olacağıq  və  bizdən  sonra  gələnlər 
bizləri qınayacaqlar. Buna yol vermək olmaz! 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  də  həmişə  Azərbaycan  dilinin  qorunub  saxlanmasında  böyük 
fəaliyyəti olmuşdur. O yazırdı: «Azərbaycan dövlət müstəqilliyi Azərbaycan dilini  əbədi edibdir və bu gün 
Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada 
yaşayan bütün azərbaycanlıların dili olsun». 
Ulu öndər Heydər Əliyevin bu sözləri bütün azərbaycanlılar üçün bir  örnək olmalıdır. Həmin sözləri 
həmişə xatırlamalı və dilimizin qayğısına qalmalı, saflığını, təmizliyini, əbədiliyini qorumalıyıq. 
Hazırda  Azərbaycan  Prezidenti  İlham  Əliyev  də  Heydər  Əliyevin    siyasətini  uğurla  davam  etdirir, 
dilimizin ictimai-siyasi həyatımızda daha geniş tətbiqini həyata keçirir. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin