AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


NĠTQ MƏDƏNĠYYƏTĠNĠN ETĠK NORMALARI. NĠTQ ETĠKETLƏRĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

 
NĠTQ MƏDƏNĠYYƏTĠNĠN ETĠK NORMALARI. NĠTQ ETĠKETLƏRĠ 
İsmayılova M. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Etika (lat. ethia, əsli yun. ethos) 1.İctimai şüur formalarından biri kimi,  əxlaq, tərbiyə və mənəviyyat 
haqqında fəlsəfi nəzəriyyə. 2.Hər hansı, sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları (2, 214). 
Etika  (yun.  ethika,  ethos-adət,  xasiyyət)  -  əxlaq  haqqında  fəlsəfi  nəzəriyyə.  Etika  termini  ilk  dəfə 
Aristotelin  ―Nikomaxın  etikası‖,  ―Böyük  etika‖,  ―Evdem  etikası‖  əsərlərində  işlənmişdir.  Qədim  Şərq  və 
yunan  mütəfəkkirlərinin  etik  görüşləri  əməli  nəsihət  xarakteri  daşıyan  fəlsəfi  fikirlərdən  ibarət  olmuşdur. 
Aristotelin  etikası  ilk  əxlaq  nəzəriyyəsidir.  Qədim  yunan  folosofları  etika  ilə  siyasət  arasında  qırılmaz 
əlaqəni  (Aristotel)  göstərmiş,  onun  vəzifəsini  insanı  mənasız  və  qeyri-təbii  ehtiraslardan  uzaqlaşdırmaqda 
(Epikür) görmüşlər. Platon isə etik fikirləri insan varlığından xaricdə, əbədi ―xeyir‖ ideyasında axtarmışdır. 
Stoiklərə  görə  etika  insanlara  cəsurluq  və  ədalət  kimi  keyfiyyətlər  aşılamalıdır.  Roma  stoikləri  (Seneka, 
Epiktet, Mark Avreli, Siseron), ―təbiət qanununu‖ əxlaqın əsası hesab etmişlər. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
65 
 
 
Qədim  dövrdən  başlayaraq  etika  ―insan  necə  hərəkət  etməlidir?‖  sualına  cavab  axtarmış,  əxlaqın 
mənşəyi  və  mahiyyəti  məsələləri  ilə  məşğul  olmuşdur.  Pedaqogika,  psixologiya,  sosiologiya,  sosial 
psixologiya, məntiq, etnoqrafiya və b. elmlər də əxlaqı öyrənir.  
Lakin etikanın spesifikliyi ondadır ki, əxlaq onun yeganə tədqiqat obyektidir.  
Etikanın başlıca predmetini əxlaq, onun təşəkkül qanunauyğunluqlarının tədqiqi təşkil edir. Burada 
nəzəri  və  normativ  etika  vəhdət  halında  götürülür.  Etika  əxlaqın  mənĢəyini  son  nəticədə  cəmiyyətin 
iqtisadi  münasibətlərində  axtarır.  Çünki  cəmiyyətdə  iqtisadi-siyasi  münasibətlərin  dəyişməsilə  yeni  əxlaqi 
münasibətlər, davranış normaları yaranır.  Əxlaq cəmiyyətdə insanlar arasında qarşılıqlı münasibətləri tənzim 
etmək  tələbatından  doğmuşdur,  özünün  ictimai  funksiyasını  yerinə  yetirərkən  isə  ictimai  rəyə,  könüllülüyə 
əsaslanır. Əxlaqi münasibətlər,  şüur və fəaliyyətin əsas ünsürləri öz təcəssümünü etikanın kateqoriyalarında 
tapmışdır. 
Müasir nitq etiketi anlamında müxtəlif ünsiyyət şəraitində nitq davranışının müxtəlif qaydaları nəzərdə 
tutulur.  Nitq  etiketləri  insanın  daxili  aləmi,  mənəvi  zənginliyi,  əxlaqi  normaların  təcəssüm  olunduğu 
etikadan fərqli olaraq, xarici etik davranıĢ normalarını nəzərdə tutur. 
Etiket sozü fransız mənşəlidir (etiquette ―mərasim‖, ―təşrifat‖). Bu söz  ilk əvvəllər məhsulun, malın 
üstünə yapışdırılan, üzərində onun adı, qiyməti və s. olan yarlıq (etiket) mənasını daşıyırdı. Lakin sonralar 
saray  mərasimləri,  təntənələri  belə  adlandırılmağa  başladı.  Fransız  mərasimləri  və  təntənələrinin  Avstriya 
sarayında qəbul edilməsindən sonra etiket sözü ikinci mənada başqa dillərdə də qəbul olundu. Hal-hazırda 
etiket  sözü  1)monarx  saraylarında,  diplomatik  dairələrdə  və  s.-də  qəbul  edilmiş  davranış  qaydaları;  2)  hər 
hansı bir cəmiyyətdə qəbul edilmiş davranış, nəzakət forması mənalarında işlənir (1, 109). Bu sözlə yanaşı, 
hər hansı fəaliyyət sahəsində davranış üçün müəyyən olunmuş qaydaların cəmi mənasında reqlamentasiya 
sözü və ya diplomatik protokol ifadəsi də işlədilir. 
Protol  qaydalarına  uyğun  ünsiyyətin  bir  cox  incəlikləri  işgüzar  münasibətlərin  qurulduğu  bir  çox 
dairələrdə nəzərə alınır. Son zamanlar müəyyən sosial qrupların zövqü, ədəb qaydaları, əxlaqi keyfiyyətləri 
və təcrübəsini əks etdirən iĢgüzar etiket anlayışı geniş yayılaraq qəbul olunub. 
ĠĢgüzar  etiket  ünsiyyət  qaydalarına  uyğun  davranış  normalarını  nəzərdə  tutur.  Ünsiyyət  insanın 
cəmiyyətdəki fəaliyyətini təmin edən proses olduğu üçün burada, ilk növbədə nitq etiketlərinin xüsusiyyətləri 
nəzərə alınır.  
Nitq  etiketinin  mahiyyəti.  Mədəniyyətin  mühüm  komponenti  və  cəmiyyətdə  ümumi  etik  davranış 
normaları sisteminin ayrılmaz tərkib hissəsidir. 
 Nitq  etiketi  (tələb,  və  norma)  sistemidir.  Rəsmi  və  qeyri-rəsmi  şəraitdə  salamlaşma  sağollaşma, 
təqdimat, kübar söhbət və s. ehtiva edir
Hər  hansı  müəyyən  şəraitdə  başqa  bir  şəxslə  necə  əlaqə  qurmaq,  saxlamaq  və  ya  əlaqəni  kəsməyi 
aydınlaşdırır; 
Nitq etiketləri danışan və onun adresatı haqqında, onların tanış olub-olmamaları, yaş bərabərliyi, şəxsi 
münasibətləri,  xidməti  vəziyyəti,  ünsiyyətin  rəsmi  və  qeyri-rəsmi  şəraitdə  baş  verməsi  haqqında  sosial 
məlumat ötürür. 
Etiket formalarına nəzarət (sağ olun, təşəkkür edirəm, üzr istəyirəm, bağışalayın və s.) salamlaşma və 
sağollaşma (salam, sağ ol, görüşənədək və s.) sözləri daxildir. 
Nitq  etiketi  mənasında  işlənib  hazırlanmış  nitq  davranışlarının  qaydaları,  ünsiyyətin  sistemli  danışıq 
formulları nəzərdə tutulur. 
 Nitq etiketlərinə yiyələnmək bacarığı, onları mənimsəmə dərəcəsi, insanın öz işində gərəkliyini təmin 
edir,  peşəkarlığını  müəyyən  edir.  Bu  səriştə,  bacarıq,  ilk  növbədə,  iş  fəaliyyəti  sahəsində  daim  insanlarla 
ünsiyyətdə olan dövlət qulluqçularına, məmurlara, siyasətçilərə, müəllimlərə, həkim, hüquqşünas, sahibkar, 
jurnalist  və  xidmət  sferasında  çalışan  işçilərə  aiddir.  Nitq  etiketi  özünü  təqdim  edən  şəxsin  bir  növ  vizit 
kartıdır. Nitq etiketi qaydalarını bilmək, onlara əməl etmək, insanı sərbəst, inamlı hiss etməyə, ozünə əmin 
olmağa  sövq  edir,  sıxılmaqdan,  düzgün  olmayan  davranışdan,  narahatlıqdan,  gülünc  vəziyyətə  düşməkdən 
qoruyur. 
 Özünün  fəaliyyəti  sahəsində  nitq  intensivliyinə  malik  mütəxəsislər  nitq  etiketlerinə  əməl  etməli 
olurlar.Bu  isə  eyni  zamanda  tərbiyəvi  əhəmiyyət  daşıyır.  Çünki  bu  tələbat  istər-istəməz  cəmiyyətin  həm 
danışıq, həm də davranış mədəniyyətini formalaşdırmağı şərtləndirir. Nitq etiketi qaydalarına mütləq əməl 
olunması  idarə,  müəssisə,  təşkilat,  ofis,  firma  işçilərinin  cəmiyyətdə  öz  həmkarları,  müştəriləri,  təsisçiləri 
yanında  müsbət imicini qoruyur, onlar haqqında xoş təəssürat yaradır. 
Hansı faktorlar nitq etiketlərinin formalaşmasını, ondan istifadəni müəyyən edir? 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
66 
 
 
İlk  növbədə  nitq  etiketləri  işgüzar  əlaqəyə  girən  tərəflərin  xüsusiyyətləri,  işgüzar  danışıq  aparan 
şəxslərin  sosial  statusu,  xidməti  mövqeyi,  sənəti,  ixtisası,  milliyyəti,  mentaliteti,  dini  görüşləri,yaşı,  cinsi, 
xarakteri, iyerarxiya nəzərə alınmaqla qurulur. 
Nitq etiketinin müəyyən edilməsində ünsiyyətin baş verdiyi şərait də, situasiya da əsas rol oynayır. Bu 
konfrans,  müşavirə,  təqdimat  (prezentasiya);  iqtisadi,  maliyyə  məsələlərinin  müzakirəsi;  təşkilatın, 
müəssisənin,  ümumi  vəziyyətinin    müzakirəsi;  işə  qəbul  və  azad  etmə;  məsləhət,  yubiley  tədbiri  və  s.  ola 
bilər. 
Nitq  etiketi  milli  səciyyə  daşıyır.  Hər  bir  xalq  özünəməxsus  nitq  etiketi;  danışıq  davranışı  sistemi 
yaratmışdır. Məsələn; V.Ovçinnikov ―Vetka sakurı‖ kitabında yaponların nitq etiketinin özünəməxsusluğunu 
belə təsvir edir: 
―İnsanlar danışıq zamanı hər yolla ―yox‖, ―bacarmıram‖, ―bilmirəm‖ sözlərindən qaçmağa , eyhamla, 
dolayı yolla cavab verməyə çalışırlar, sanki bu söyüşdür, yaxud birbaşa deyiləcək söz deyil;‖ 
Hətta ikinci fincan çaydan imtina edərək qonaq ―yox, çox sağ olun ― ifadəsinin əvəzinə ―mənə belə də 
çox xoşdur‖ ifadəsini işlədir; 
Yaxud siz yapona zəng edərək, saat altıda press-klubda  görüşməyi təklif edirsiniz. Bu zaman əgər siz 
qarşılığında ―Ay, saat altıda?‖, ―Ay, press-klubda?‖ və daha başqa, nəsə anlaşılmaz bir cavab eşidirsinizsə, 
elə həmin an, mütləq ―əgər bu sizə uyğun deyilsə, başqa vaxtda, başqa yerdə söhbət etmək olar‖ deməlisiniz. 
Onda  sizin  həmsöhbətiniz  böyük  məmnuniyyətlə  ―yox‖  əvəzinə  ―hə‖  deyəcək  və  ona  münasib  ilk  təkliflə 
razılaşacaq. 
 İ.Erenburq fransız dili, fransızların danışıq xüsusiyyətləri barədə belə deyir; ―... fransızlar konkretliyi, 
dəqiqliyi, aydınlığı sevirlər. Fransızca ―o cavabında gülümsədi‖ , bu zaman ―o əlini yellətdi‖ deyə bilməzsən. 
Çünki onun qəmli, istehzalı, mülayim yaxud qəzəblə gülümsədiyini izah etməlisən; niyə, necə əlini yellədi? 
təəssüfdən, etinasızcasına, yoxsa kədərdən? Fransız dili uzun müddət diplomtik dil adlanırdı, ondan istifadə 
isə,  yəqin  ki,  diplomatların  işini  çətinləşdirirdi,  çünki  fransızca fikri  ort-basdır  etmək  çətindir,  burada  sözü 
axıra qədər deməmək çətindir‖ (И.Э. Гренбург Индия. Япония. Греция). 
Nitq  etiketlərinin  formalaşması  məsələsinə  Amerikada  da  çox  ciddi  yanaşılır.Hətta  Amerika 
məktəblərində  belə  bir  fənn  tədris  olunur:  ―Public  relation-shir‖  –―Qarşılıqlı  münasibətlərin  qurulması‖. 
Burada uşaqlar qarşılıqlı münasibətlərin əsaslarını öyrənir. Məsələn; əgər sənin uşağının ad gününə dostları 
gəlirsə,  sən  mütləq  onların  hər  birinə  cavab  ―açıqcası‖  yazmalısan.  ―Çox  sağ  ol  ki,  sən  gəldin,  ―Sənin 
hədiyyən çox gözəl idi‖ və ya ―Çox sağ ol. Ən yaxşı hədiyyə səninki idi‖. 
Rus dilində ―Nitq etiketi‖ adlı məlumat kitabı dərc olunur. Burada bir çox xalqların nitq etiketlərinin 
fərqli  xüsusiyyətləri  dəqiqliklə  göstərilmişdir.  Rusca-ingiliscə,  rusca-fransızca,  rusca-almanca  məlumat 
kitablarında  bu  dillərdə  sabit  nitq  etiketləri  ifadələrinin  qarşılıqları  detallarınadək  verilmişdir.  Məsələn: 
―Русско  –английских  соответствии  ‖  (tərtibçilər  N.İ.Formanovski  və  S.V.  Şvedova  .  M,  1990)  rus  və 
ingilis dillərində salamlaşma, təşəkkür etmə, üzrhaqlıq, təbrik; tanış və yad adamlara rus və ingilis dillərində 
müraciət formaları ilə yanaşı, ingilis dilində bu və ya digər ifadənin işlənmə xüsusiyyətləri də verilmişdir. 
Məlum  olur  ki,  ingilis  dilində  ―sən‖  və  ―siz‖  formaları  arasında  formal  fərq  yoxdur.  Bu  formaların  məna 
incəliyi ― you‖ əvəzliyində cəmlənmişdir, qalanlar isə başqa dil vasitələri, məsələn, intonasiya ilə verilir. 
 Rus dilində isə ―sən‖ və ―siz‖ müraiət formalarına münasibət daha ciddidir. Azərbaycan dilində də bu 
müraciət formalarına həssaslıqla yanaşılır. Adətən rəsmi şəraitdə bir neçə şəxsin iştirak etdiyi söhbətdə hətta 
yaxından tanışlıq, dostluq münasibətləri olan şəxslər bir-birinə ―siz‖ deyə müraciət edir. 
 Lakin bu hal bütün situasiyalarda mümkündürmü? 
 Bəzən  teleiziya  verilişlərində  məşhur  aparıcı  ilə  ondan  da  az  məşhur  olmayan  alim,  dövlət  xadimi 
arasında ictimai əhəmiyyət kəsb edən danışıq aparılır və aparıcı söhbətə başlamazdan əvvəl sanki auditoriya 
ilə  məsləhətləşərək,  həmsöhbəti  ilə  çoxdan  tanış  olduqlarını  və  bu  müraciətin  onlar  üçün  bir  növ  adət 
olduğunu deyərək, ―həmsöhbətinə sən deyə müraciət edə bilərmi?‖ ritorik sualını auditoriya verir. Bundan 
sonra onlar ―sən‖ə keçirlər. Bu zaman nitq etiketi pozulurmu? Buna yol vermək olarmı? 
Əlbəttə,  hər  bir  qaydada,  normada  istisnalar  olur.Bu  tip  verilişlər  onların iştirakçıları  arasında  rəsmi 
münasibətləri  nəzərdə  tutur.Lakin  tamaşaçılar  bunu  bir  növ  baxımlı  qəbul  edir.‖Sən‖  müraciəti  rəsmiliyi 
azaldır, söhbəti təbii axara aparır, bu da öz növbəsində verilişi daha cəlbedici edir. 
Milli  etiketlərin  xüsusiyyətlərini  bilmək,  danişıq  formullarını  bu  və  ya  digər  ölkənin,  xalqın  işgüzar 
ünsiyyət  spesifikasını  bilmək  danışıqlar,  xarici  partnyorlarla  əlaqə,  münasibət  qurarkən,  müqavilə 
imzalayarkən  uğur  qazanmağa  kömək  edir.  Müasir  dövrümüzdə  bu  məsələyə  mədəni  davranışın, 
mədəniyyətin tərkib hissəsi kimi baxılır, ona çox önəm verilir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
67 
 
 
      
 
TERMĠNLƏRĠN TƏRCÜMƏSĠNDƏ SPESĠFĠK CƏHƏTLƏR 
İsgəndərova A.İ. 
Odlar Yurdu Universiteti 
 
Terminlərin bir dildən başqa dilə keçməsinin əsas səbəblərindən biri onların ifadə etdikləri anlayış və 
predmetlərin  obyekt  dildə  yoxluğudur.  Obyekt  dildə  anlayışı  ifadə  edən  termin  olmadıqda  həmin  termin 
mənbə dildən alınır. Mənbə və obyekt dillərin terminoloji səviyyədə əlaqə prosesi həmişə terminin alınması 
ilə  nəticələnmir.  Çox  zaman  mənbə  dildəki  terminin  obyekt  dildə  qarşılığı  axtarılır,  yeni  terminin 
yaradılmasına cəhd göstərilir. Burada ilkin baş verən hadisə terminin tərcüməsidir. Deməli, tərcümə mənbə 
dildə  olan  terminə  qarşılığı  tapmaq  prosesini  ehtiva  edir.  Istər  ingilis,  istərsə  də  rus  dilindən  Azərbaycan 
dilinə  tərcümə  olunmuş  elmi  materiallar  az  deyildir.  Tərcümə  mənbə  dilin  vahidlərinin  obyekt  dildəki 
müvafiq  qarşılıqlarla  əvəz  olunması  kimi  gedir.  Əgər  dildə  tərcümə  ediləcək  söz  yoxdursa,  onda  onun 
alınması hadisəsi baş verir. Alınma prosesinin özündə də yeni vahidin obyekt dilin normalarına maksimum 
uyğunlaşdırmaq  nəzərə  alınır.  Bu  cəhət  həm  sözlərə,  həm  də  terminlərə  aiddir.  Terminlərin  tərcümə 
xüsusiyyətləri iki aspektdən öyrənilir: 1)sahə terminlərinin tərcüməsi; 2) elmi mətnin və ya elmi dildə olan 
mətnin tərcüməsi. Təbii ki, elmi mətnin tərcüməsi prosesində də bilavasitə terminin tərcüməsi ilə üzləşirik. 
Lakin  burada  fərqləndirici  cəhət  terminin  mənbə  dildəki  qrammatik  formasının,  həmçinin  sintaktik 
strukturun  obyekt  dildə  verilməsi  ilə  bağlıdır.  Ingilis  dilindəki  elmi  mətndə  sintaktik  konstruksiyaların 
tərkibində  önlüklər  daha  çox  istifadə  olunduğu  halda,  Azərbaycan  dilində  bunlar  terminə  artırılacaq 
şəkilçilərə çevriləcəkdir. Onların Azərbaycan dilində verilməsi xüsusiyyətlərini aydınlaşdırmaq lazım gəlir. 
Tədqiqatın  üç  dil  materialı  üzrə  aparılması,  zənnimizcə,  aktualdır.  Ingilis,  rus  və  Azərbaycan  dillərini  əsas 
götürmək  olur.  Azərbaycan  dili  daha  çox  obyekt  dil  mövqeyində  olacaqdır.  Eyni  zamanda,  yeri  gəldikcə, 
həm ingilis, həm də rus dilinin obyekt dil olması nəzərdə tutulacaqdır. 
Elmi  mətnlərin  tərcüməsində  başlıca  tərcümə  vahidi  terminlərdir.  Ona  görə  də,  ilk  növbədə  terminin 
spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.  
Terminlər müxtəlif strukturlara malik olur. Komponentlərin sayına görə terminlər bir sözdən ibarət ola 
bilər.  Bu  halda  da  terminin  daxili  komponent  sayında  fərqlilik  müşahidə  olunur.  Terminin  tərkibinə  kök, 
şəkilçi, termin-element daxil ola bilər. Termin iki və daha artıq sözün birləşməsi nəticəsində (mürəkkəb söz 
konstruksiyası) də yaranır. Termin bitişik və defislə yazılır. Bundan başqa, termin-söz birləşmələri, tərkibi 
terminlər, çoxkomponentli terminlər vardır. Elmi mətnlərdə əsas informasiya yükü terminin üzərində düşür. 
Termin  xüsusi  informasiyanı  təşkil  edir,  onu  elmi  dildə  kodlaşdırır.  Buna  görə  də  müxtəlif  kodlaşdırma 
vasitələri  olan  halda  da  adekvatlığa  nail  olmaq  üçün  həmin  vasitələrdən  ən  düzgün  olanını  seçmək  lazım 
gəlir.  Adekvatlığın  təmin  olunması  üçün  mənbə  dildəki  terminin  məzmun  dəqiqliyi  obyekt  dildə  ifadəsini 
tam  tapmalıdır.  Əgər  termin  obyekt  və  mənbə  dildə  müvafiq  sahə  anlayışını  kodlaşdırırsa,  onda  adresatla 
adresat kodunun eyniliyi kommunikasiyanın uğurluluğunu təmin edir. Mənbə və obyekt dilin terminləri ilə 
ifadə olunan anlayışlar arasındakı fərqləri aşkara çıxarıb aradan qaldırmaq terminoloji sistemlərin dillərarası 
uyğunlaşdırılmasının vacib şərtidir. 
Terminologiyada sistemlilik mühüm xüsusiyyətidir və ikili əsasa malikdir. Çünki bu, elmin anlayışlar 
sistemi  elementləri  arasında  məntiqi  sistemlilik  olmaqla  yanaşı,  anlayışı  ifadə  edən  vahidlər  arasında 
linqvistik  sistemlilik  də  hökm  sürür.  Təyinedici  komponent  və  ya  baş  söz  bütün  terminə  münasibətdə  cins 
anlayışını bildirir. Təyinedici komponent terminin əsas mənasını ifadə etmək yükünü öz üzərinə götürür. 
R.F.Pronina  ingilis  dilindən  rus  dilinə  ikisözlü  termin-söz  birləşmələrinin  tərcüməsi  prosesini  belə 
təsvir edir ki, termin-söz birləşmələrinin tərcüməsinə əsas komponent olan isimdən başlamaq lazımdır. Sonra 
hər  bir  məna  qrupu  çox  zaman  soldan  sağa  tərcümə  edilir. Tərcümə  edilən  vahidin  dildə  qarşılığının  olub-
olmamasına  əsaslanaraq  Retsker  «analoq»  və  «ekvivalent»  anlayışlarını  daxil  etmişdir.  Onun  fikrinə  görə, 
ekvivalent obyekt dilin mənbə dildəkinə tam uyğun vahididir. Analoq isə müəyyən şərtlər daxilində uyğun 
gələ bilən vahiddir. Bu fikrə istinadla terminin tərcüməsinin üç tipini ayırmaq mümkündür: 1) ekvivalentlə 
tərcümə; 2) analoqla tərcümə; 3) təsviri tərcümə.  
Təbii ki, hər bir terminə obyekt dildə ekvivalent tapmaq mümkün deyildir. Bəzən ekvivalent söz deyil, 
söz birləşməsi olur. Təsviri üsulla tərcümə zamanı çoxsözlü terminoloji birləşmələr yaranır. Bəzi hallarda isə 
tərcümədə termin deyil, onun izahı verilir. Ümumiyyətlə, terminlərin tərcüməsində qısalıq mühüm amildir. 
Bu  amil  həm  də  terminə  qoyulan  tələblərdən  irəli  gəlir.  Terminin  tərcüməsi  prosesində  əsas  komponentin 
kateqoriyanı ifadə etməsi nəzərə alınmalıdır. Bu, obyektin aid olduğu kateqoriyadır və cins anlayışını ifadə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
68 
 
 
edir. Təyinedici komponent səciyyələndirici əlaməti və ya əlamətləri əks etdirməlidir. Çünki bu əlamət eyni 
cinsdən olan başqa predmet və ya hadisələrdən fərqləndirmək funksiyasını yerinə yetirir. Obyekt və mənbə 
dilin xüsusiyyətləri termin-söz birləşmələrinin obyekt dildə yerdəyişməsinə səbəb olur. 
Kalkanın hərfi tərcümə olması, şübhəsiz ki, araşdırmalar əsasında hökm vermək mümkündür. Onu da 
qeyd edək ki, kalkada da atributiv qrupdakı sözlərin yerləri dəyişə bilər və ya sözönülərdən, yiyəlik haldan 
və  s.  istifadə  etmək  olar.  Ümumiyyətlə,  terminlərin  tərcüməsinə,  ilk  növbədə,  leksik  vahidlərin  və  leksik 
vahidlər  əsasında  əmələ  gələn  söz  birləşmələrinin  tərcüməsi  müstəvisindən  yanaşmaq  lazımdır.  Çünki 
tərcüməşünaslıqda qeyd edilən məsələ müəyyən səviyyədə araşdırılmışdır. 
Tərcümənin  müxtəlif növləri  vardır: bədii  tərcümə  publisistik tərcümə,  elmi  tərcümə  və  s.  Bu  növlər 
bir-birindən fərqlənir. Terminlər və termin-söz birləşmələri elmi tərcümədə üzə çıxır.  
Terminoloji  birləşmələrin  tərcüməsi  ilə  bağlı  bəzi  tədqiqatçılar  müəyyən  üsul  təklif  edirlər.  Belə 
üsullardan biri dörd mərhələni əhatə edir. Birinci mərhələdə terminin komponentlərinin mənbə dildə hansı 
nitq  hissələrinə  aid  olması  müəyyənləşdirilir.  Ikinci  mərhələdə  komponentlərin  hansı  lüğətdən  axtarılması 
təyin  edilir  (ümumi  lüğət,  terminoloji  lüğət).  Üçüncü  addımda  əsas  və  təyinedici  komponent 
müəyyənləşdirilir.  Dördüncü  mərhələdə  çoxkomponentli  terminin  tipi  təyin  edilir.  Bundan  sonra  termin 
tərcümə  olunur.  Terminlərin  tərcüməsi,  ilk  növbədə,  bu  terminlərin  hansı  sahəyə  aid  olduğunu 
müəyyənləşdirməyi  tələb  edir.  Əks  təqdirdə,  hansı  sahədə  ekvivalentin  axtarılması  bəlli  olmur.  Nəticədə 
kifayət qədər çox variantın araşdırılmasına ehtiyac yaranır. 
Ümumiyyətlə, terminlərin bilavasitə tərcüməsi haqqında az yazılmışdır. Terminoloqlar həmin məsələni 
daha çox kalkanı öyrənməklə tədqiq etmişlər. Tərcüməşünaslıqda leksik səviyyədə tərcümədən ayrıca bəhs 
olunur. Terminlər dilin leksik sistemində müəyyən qatı təşkil edir.  
Bədii əsərlərin tərcüməsi xarici dildən alınan sözlərin oxucu üçün mənaca aydın olması məqsədilə çox 
zaman  izah  və  qeydlərdən  istifadə  olunur.  Tərcümə  yolu  ilə  Azərbaycan  dilinə  keçən  çözlərin  əsas  hissəsi 
terminlərdir. İngilis dilindən tərcümə ədəbiyyatlarının bəzilərində  xeyli termin vardır. Ümumiyyətlə, müasir 
dövrdə tərcümənin, xüsusən də terminlərin tərcüməsinin əhəmiyyəti xeyli dərəcədə arıtmışdır.  Hazırda yeni 
terminlərin əksəriyyəti ingilis dilinin bazasında yaradılır. Bunun aşağıdakı səbəblərini ayırmaq olar: 1) ingilis 
dilinin  beynəlxalq  dil  olması;    2)  qloballaşma  və  dövlətlərarası  inteqrasiyada  ingilis  dilinin  aparıcı  rol 
oynaması;  3)  müasir  dövrün  ən  mühüm  elmi  tədqiqatlarının,  ixtiralarının  ingilis  dilində  aprobasiyadan 
keçməsi;  4)  dövlətlər  arasındakı  münasibətlərin  tənzimlənməsi,  ümumbəşəri  problemlərin  beynəlxalq 
təşkilatlar  səviyyəsində  həll  olunması  və  bu  təşkilatların  işində  ingilis  dilindən  istifadə  edilməsi;  5)  yeni 
informasiya  texnologiyasının  yaranması  və  bu  sahədəki  inkişafı  təyin  edən  araşdırmaların  ingilis  dilində 
yayılması; 6) internetdə ingilis dilinin əsas dil kimi funksionallaşması.  
Elmi anlayışlar bir və ya bir neçə dildə adlandırılır. Bu anlayışlar yarandıqları dildən başqa dillərə ya 
keçir, ya da tərcümə edilir. Terminin başqa dildəki qarşılığı müəyyənləşdirilir. Terminin ifadəsi üçün obyekt 
dildə  onun  mənasını  dəqiq  ifadə  edə  biləcək  söz  və  ya  söz  birləşməsi  axtarılır.  Bu,  ingilis  dilindən 
Azərbaycan  dilinə  terminlərin  tərcüməsinin  xüsusi  cəhətini  təşkil  edir.  Azərbaycan  dilinin  ingilis  dili  ilə 
əlaqələrinin rus dili vasitəsi ilə getdiyi dövrdə bir çox terminlər rus dilindəki variantdan kalka edilmişdir.  
 
 
ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI QLOBALLAġMA  ġƏRAĠTINDƏ:  
MÖVCUD VƏZĠYYƏT VƏ PROBLEMLƏR 
Kərimova M.R. 
Bakı Slavyan Universiteti 
 
Hər  xalqın  və  millətin  ancaq  bir  dili  olur.  Həmin  dil  o  xalq  və  ya  millətin  ümumi  dili  olduğu  üçün 
ümumxalq  dili  deyilir.  Məsələn:  Azərbaycan  ümumxalq  dili,  rus  ümumxalq  dili,  türkmən  ümumxalq  dili, 
qazax ümumxalq dili və s. Müasir Azərbaycan ümumxalq dili, tərkibcə 2 qola ayrılır: 1)ədəbi danışıq, yaxud 
ədəbi  dil,  2)qeyri-ədəbi  danışıq,  yaxud  danışıq  dili.  Ümumxalq  dilinin  cilalanmış,  müəyyən  normalara 
salınmış qoluna ədəbi dil deyilir.Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və 
teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir. 
Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı 1. Şifahi ədəbi dil. Eşitmə vasitəsi ilə dərk olunan 
ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur. Sual-cavablar 
dialoji,  mühazirələr,  məruzələr,  radio  və  televizorda  müəyyən  mətnin  oxunması  və  s.  isə  monoloji  şifahi 
ədəbi dilə misal ola bilər. 2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. 
Ədəbi  dilin  yazılı  forması  monolojidir.  Yazı  ədəbi  dilin  təşəkkülündə  və  inkişafında  yeganə  vasitə  deyil, 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
69 
 
 
başlıca  vasitələrdəndir.  İlk  dəfə  şifahi  yolla  formalaşmağa  başlayan  ədəbi  dilin  inkişafında  yazı  xüsusi  rol 
oynayır.  Yazı  dil  üzərində  çox  işləmək  tələb  edir.  Buna  əsasən  də  yazı  vasitəsilə  21  ədəbi  dil  daha  da 
səlisləşir,  cilalanır  və  təkmilləşir.  Azərbaycan  yazılı  ədəbi  dilinin  tarixi,  təxminən  XIII  əsrdən  başlayır. 
Həmin dövrdən Azərbaycan ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii dil nümunələri 
meydana çıxmışdır. Bu dil zaman  keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı  ədəbi 
dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər 
birinin  özünəməxsus  xarakterik  xüsusiyyətləri  və  fərqli  cəhətləri  mövcuddur.  Müasir  Azərbaycan  ədəbi 
dilinin  şifahi  və  yazılı  formaları  arasında  möhkəm  əlaqə  vardır.  Bunlar  bir-biri  ilə  qarşılıqlı  şəkildə 
inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir 
Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir. 
Müasir  Azərbaycan  dilinin  minilliklərə  söykənən,  yazılı  və  şifahi  formada  inkişaf  edən,  zaman 
keçdikcə daha da təkmilləşmiş fonetik, leksik və qrammatik normalarına kimliyindən asılı olmayaraq həmin 
normalara riayət etmək, onların tələblərini şifahi və yazılı nitqdə gözləmək hər bir dil daşıyıcısının mənəvi 
borcudur.  Çünki  tarixin  uzaq  keçmişindən  təqiblərə,  təzyiqlərə  məruz  qala-qala  bu  günümüzə  kimi  gəlib 
çatan  bu  dil  keçmişimizlə,  tariximizlə,  mədəniyyətimizlə  bilavasitə  bağlı  olub,  fəxr  etdiyimiz,  qürur 
duyduğumuz  ən  böyük  milli-mənəvi  dəyərlərimizdəndir.  Buna  görə  də  ana  dilini  öyrənmək,  öyrətmək, 
sevmək, sevdirmək, onun saflığı uğrunda mübarizə aparmaq hər bir kəsin mənəviyyatı qarşısında duran əsas 
vəzifə olmalı və daima da diqqət mərkəzində saxlanılmalıdır. Şübhəsiz ki, dilin yarandığı ilkin dövrlərdə bu 
normalar  indiki  səviyyədə  olmamışdır.  Ona  görə  ki,  dilin  tarixi  inkişafı  ilə  əlaqədar  olaraq,  müəyyən 
dəyişmələr,  yeniliklər  meydana  çıxmışdır.  Bunların  da  bir  sıra  obyektiv  və  subyektiv  səbəbləri  vardır.  Bu 
haqda dilçilikdə kifayət qədər fikir söylənilib. Ədəbi dil normaları, onların yaranması, dil tarixinin müəyyən 
mərhələlərdəki inkişafı, dilçilik şöbələri ilə bu və ya digər dərəcədə əlaqəsi, nitq və nitqin etik məsələri və s. 
haqqında  görkəmli  dilçilərimiz  tərəfindən  qalaq-qalaq  kitablar,  məqalələr  yazılmış,  monoqrafik  tədqiqatlar 
aparılmışdır.  Bütün  bunların  hamısı  dilimizin  və  dilçiliyimizin  xeyrinə  olan  amillərdir.  Lakin  buna 
baxmayaraq, bu gün bu sahədə bir sıra çatışmazlıqlar, qüsurlar özünü göstərir. Bu çatışmazlıq və qüsurlar, 
xüsusilə,  KİV-in,  xəbər  saytlarının,  sosial  şəbəkələrin  və  medianın  dilində  daha  çox  diqqət  çəkir.  Düzgün 
yazılış  qaydalarına  əməl  olunmaması,  durğu  işarələrindən  yerində  istifadə  edilməməsi,  sözlərin  düzgün  və 
dəqiq seçilməməsi, predikativ və qeyri-predikativ birləşmələrin qurulmasında yol verilən səhvlər və s. KİV-
in, xəbər saytlarının dilində olan başlıca qüsurlar hesab olunur. Sevindirici haldır ki, son zamanlar bu sahədə 
xüsusi işlər aparılır, monitorinqlər keçirilir, komissiyalar yaradılır. Məlumdur ki, dilin bir qolunu da yazılı 
ədəbi  dil  təşkil  edir.  Onun  da  inkişafında, formalaşmasında  və  təkmilləşməsində  oroqrafiya  -  düzgün  yazı 
qaydaları, durğu işarələri böyük və mühüm rol oynayır. Orfoqrafiya qaydaları da fəaliyyət dairəsindən asılı 
olmayaraq, hamı üçün eyni, sabit, dəyişməz, vahid və keçərlidir. Yəni biz bu və ya digər bir sözü mövcud 
qaydalara uyğun yazmalıyıq. Düzdür, zaman-zaman orfoqrafik qaydalarda da müəyyən dəyişiklər baş verə 
bilir.  Bu,  təbii  prosesdir.  Ona  görə  də  bu  haqda  həm  dilçilkdə,  həm  də  mətbuatda  müvafiq  məlumat  dərc 
olunur.  Təəssüflər  olsun  ki,  bu  gün  xəbər  saytlarının,  KİV-in,  sosial  şəbəkələrin  dilində  kifayət  qədər  belə 
norma  pozuntularına  rast  gəlmək  mümkündür.  Orfoqrafiya  qaydaları,  durğu  işarələri  yazılı  nitqin  ali 
konstitusiyasıdır.  Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 9 aprel tarixli 
Sərəncamı  ilə  təsdiq  edilən  "Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 
istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair"  Dövlət  Proqramında  bu  məsələlər  geniş  şəkildə  öz  əksini 
tapıb,  əsas  piroritet  istiqamətlər,  konkret  məqsəd  və  vəzifələr,  Proqramın  icrasına  dair  Tədbirlər  planı 
müəyyənləşdirilib.  Dövlət  Proqramının  "Gözlənilən  nəticələr"  IV  bölməsində  ədəbi  dil  normaları,  onların 
inkişafı  haqqında  dəqiq  və  konkret  müddəalar  nəzərdə  tutulub.  İnanıram  ki,  yaxın  gələcəkdə  xəbər 
saytlarının,  KİV-in,  sosial  şəbəkələrin  dilində  olan  bu  kimi  qüsur  və  çatışmazlıqlar  Dövlət  Proqramında 
nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  öz  elmi  həllini  tapacaq.  Dil  qaydaları  da,  orfoqrafik  normalar  da 
hamı üçün eyni, sabit, dəyişməz, və keçərlidir! Unutmayaq ki, ana dilində danışmaq böyük mədəniyyətdir! 
 
...Bu dildədir yüz abidə, min abidə
Xilafəti parçalayan Babəkimin qəzəbi də. 
Məhv olarsa bir gün bu dil, 
Göygöl onda Göygöl deyil, 
Qoşqar onda Qoşqar deyil! 
Öz dilini sən qala bil! 
Qərbə, Şərqə işıq saçan 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
70 
 
 
Füzulini sən qala bil! 
Sağdır dilim,  
demək , sağdır şərafətim, ləyaqətim. 
Sağdır, demək, milyard yaşlı məmləkətim. 
Yüz hədəfə tuş etmişəm, 
Sabirin hər sətrini mən. 
Salxım-salxım nuş etmişəm, 
Şəhdini mən, ətrini mən. 
Zamandan-zamana, əsirdən-əsirə 
Vuruşla yol gedən davalı dilim, 
Babək qılıncının davamı dilim. 
Kim qoruya bilməyirsə öz yurdunu, yuvasını,  
Udmasın yurd havasını. 
Kim qorumur öz dilini, 
İtsin mənim gözümdən qoy ilim-ilim! 
O sahili bu sahilə birləşdirən 
Polad körpüm, qılıncımdır, 
Günəşimdir mənim dilim! (X.R.Ulutürk) 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin