AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
 
DĠNLƏ BAĞLI OLAN SABĠT ĠFADƏ VƏ SÖZ BĠRLƏġMƏLƏRĠ 
Qarayeva A.  
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan dilinin lüğət tərkibinin ana xəttini Azərbaycan türklərinin mənəvi mədəniyyətinin müxtəlif 
sahələrini, adət-ənənələrini, ailə-məişət mərasimlərini, təqvimi-mövsümi mərasimləri, dini ayinləri, ayrı-ayrı 
bayramları,  mifik  görüşləri  və  s.  əks  etdirən  söz,  termin  və  frazeoloji  ifadələr  təşkil  edir.  Dilin  leksikası 
ayrılıqda  hər  bir  fərdin  və  ya  ümumilikdə  cəmiyyətin  diaxronik  planda  dilin  dünya  sistemi  ilə  genetik 
əlaqəsini  əks  etdirir.  Məsələn,  V.V.Vinoqradov  bu  barədə  belə  yazır:  ―Sözlərin  məzmununun  mahiyyəti, 
sözün  anlayışındakı  əsaslı  dəyişikliklərin  təhlili  tarixi  planda  gözdən  keçirilməlidir‖.  Bu  baxımdan  hər  bir 
dilin leksik layında xüsusi mövqeyi ilə seçilən dini terminlər digər qrup sözlərdən fərqli olaraq stabilliyi və 
ənənəviliyi ilə diqqət çəkir. Belə ki, hər bir dini termin incələndikdə, mənşəyi araşdırıldıqda dildə baş verən 
bir çox tarixi proseslərin aşkar və aydın izah edilməsi mümkün olur. 
Din  və  ilahi  ilə  bağlı  fərqli  görüşlərin insan  təfəkkürünə  yol  açması,  təbii  ki,  onun  nitqində  müxtəlif 
sabit  ifadələrin  işlədilməsinə  yol  açır.  Beləliklə,  ən  sonuncu  qrupda  araşdırdığımıza  baxmayaraq,  qeyd 
etməliyik  ki,  dini  terminlərin  ən  qəlizi  və  hətta  mənası  belə  kütlə  tərəfindən  tam  dərk  edilməyəni  dilimizə 
məhz  sabit  ifadələr  vasitəsilə  daxil  olmuşdur.  Onlardan  bir  neçəsini  nəzərdən  keçirərək,  onların  ifadə 
etdikləri mənalara da diqqət yetirək: 
La İlahə İlallah - Allahdan qeyri ilah yoxdur; Maşallah - Allah nə istəsə; Əlhəmdulillah - Həmd-səna 
Allaha  məxsusdur;  Əşukrulillah  -  Şükür  Allaha  aiddir;  Subhanallah  -  Allah  pak  və  münəzzəhdir; 
Əstəğfirullah - Allahdan bağışlanma istəyirəm; İnnə lilləh və innə iləyhi raciun - Həqiqətən biz Allah üçünük 
və  ona  tərəf  qayıdacağıq;  Həsbiyəllah  -  Allah  mənə  yetər;  Təvəkkəltu  ələllah  -  Allaha  təvəkkül  etdim; 
İtəsəmtu  billəh  -  Allaha  arxalandım;  Lə  həvlə  və  lə  quvvətə  illə  billəhil  əliyyil  əzim  -  Uca  və  əzəmətli 
Allahdan başqa sığınacaq və güc-qüvvə yoxdur. 
Biz adət etmişik ki, duaların, xeyir arzuların və xahişlərin ardından dinləyənlər, həmsöhbətlər həmişə 
böyük bir ―amin!‖ ifadəsi ilə cavab verirlər. Türk dillərinə ərəb dilindən keçən bu kəlmənin mənası ―allah 
qəbul etsin‖dir. Leksik vahidin öz kökü isə «əmin, möhkəm, sabit» kimi mənalara gəlir və «etibarlı (adam)» 
mənasındakı  əmin  sözü  ilə  də  qohumdur.  ―Amin‖  sözünün    etimoloji  kökünü  daha  dərindən  araşdırdıqda 
onun qədim Misir ehramlarının yarandığı dövrə gedib çıxdığını müşahidə edə bilərik. Belə ki, antik Misirdə 
dua  edənlər,  duaların  sonunda  tanrının  qəbulu  üçün  Amonun  adıyla,  (daha  sonralar  Amen  şəklinə 
düşmüşdür) cümləni, duanı bitirirlərmiş.  
Məzmunca  ―amin‖ə  oxşar  olan  digər  bir  ifadə  daha  çox  Türkiyə  türkcəsində  işlədilən  ―eyvallah!‖ 
kəlməsidir.  ―Eyvallah‖  Ərəbcə  (iy-vallah);  Vallah,  elədir,  Allah  bilər  kimi  mənalardadır.  Anadolu  xalq 
təsəvvüfündə isə təvəkkül ifadə edən bir ifadədir. ―Xeyr də olsa, şər də olsa, hər gələn Ondandır‖ mənasını 
ehtiva edir. ―Eyvallah‖  ifadəsi ayrıca türkcədə bu mənalarda da  istifadə edilməkdədir:1)Biri bir şey ―ikram 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
71 
 
 
edincə‖  təşəkkür  edirəm  mənasında  «Eyvallah»  deyilir.  2)  Ayrılıb  gedərkən,  xudahafiz  mənasında 
«Eyvallah»    deyilir.  3)  Birindən  ―kömək  edərsinizmi?‖  deyə  soruşduqda,  bəli  mənasında  «Eyvallah»  da 
deyilir. 
 Dilimizdə allah sözünun iştirakı ilə formalaşmış bir sıra ismi birləşmələr vardır. Bunların coxu təyini 
söz birləşmələri  şəklindədir: gözəgörünməz allah, yeganə olan allah, misli və manəndi olmayan cənab allah; 
allah bəndəsi, allah-taala yolunda, allah rizasına, allah-taala həzrətləri, allah məsləhəti, allah həzrətləri, allah 
hurufatı;  allahın  heyvanı,  allahın  mərhəməti,  allahın  yolu,  allahın  sayəsində,  allah  taalanın  lütfü  və 
mərhəməti,  allahın  dərdi,  allah-taalanın  sifətləri,  allahın  mömin  bəndələri,  cənab  allahın  adı,  cənab  allahın 
ismi-şərifi, allahın bədbəxt bəndələri, allahın yazıq insanı və s. İzafət şəklində olan birləşmələr cox az olub, 
bir necə tipik dini ifadəni əhatə edir: allahurrəhmanir-rəhim, allahu-əkbər və s. Canlı danışıq dilindən gələn 
bir sıra predikativ birləşmələr müasir dilimiz üçün hələ də xarakterikdir. Belə birləşmələrin subyektini allah 
sözü təşkil edir: allah bərəkət versin, allah ziyarətinizi qəbul etsin, allah sənə lənət eləsin, allah atana rəhmət 
eləsin, allah sizin evinizi yıxsın, allah onu pir eləsin, allah onu sənə cox görməsin və s. 
Tərkibində  allah  sözü  olan  predikativ  birləşmələr:  pənah  allaha,  allah,  kərəminə  şukur,  allah, 
bədnəzərdən saxla, allaha şükür, pənah aparıram bir allaha, and verirəm səni o allaha.  Bunlardan əlavə, allah 
sözünun  əsasında  vallah,  billah,  bəzən  də  vallahı,  billahı,  inşaallah  kimi  alqış,  and  məqamındam  işlənən 
sözlərə də rast gəlirik.  
 
DĠLDƏ TABU HADĠSƏSĠ 
Qocayeva Ş.K. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Tabu  və  evfemizmlər  məsələsi  səbəb-nəticə  və  növləri  etibarı  ilə  sosial  elmlərin  (etnoqrafiya, 
etnolinqvistika,  psixolinqvistika,  sosiolinqvistika  və  s.)  araşdırma  obyekti  olan  çoxistiqamətli 
mövzulardandır. Tabu cəmiyyət içində, sosial və mənəvi sahədə formalaşır. Cəmiyyətin milli-mənəvi həyatı 
mürəkkəb  hadisə  olmaqla,  bir  çox  elementlərin  məcmusundan  ibarətdir.  Bu  həm  də  bütün  cəmiyyətin  və 
ayrı-ayrılıqda hər bir adamın nitq tələbatını ödəmək üçün sivil dəyərlərin yaranması prosesidir.  
Dilin lüğət tərkibində müəyyən sahəni tabu sözlər təşkil edir. Dildə müxtəlif hadisələr baş verir. Dilin 
leksik  sistemində  tabunun  linqvistik  və  etnoqrafik  təbiəti  dünya  dillərinin  leksikologiya  və  üslubiyyatında 
aktual  məsələlərdən  hesab  edilir.  Bir  hadisə  kimi  tabu  dillərin  lüğət  tərkibinin  zənginləşməsində,  nitq 
mədəniyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır.  
Tabu bir termin kimi linqvistik və etnoqrafik təbiətə malikdir. Eyni zamanda tabunun sosiolinqvistik 
mahiyyəti onun evfemizmlə qarşılıqlı əlaqəsində özünü göstərir.  
Tabu  hər  bir  dilin  milli  tərəfini  əks  etdirir.  Məlumdur  ki,  dilin  etnoqrafik  sistemində  tabu  ilk  dəfə 
olaraq  dini  dəyərlər  -  xürafat,  mövhumat  əsasları  ilə  meydana  çıxır.  Qeyd  etmək  lazımdır  ki,  müasir 
linqvistika elmi nəzərə çatdırır ki, tabu təkcə söz deyil, mövhumatı, xürafatı, insanla bağlı bir sıra hadisələri 
bütün gücü ilə təqdim edən bir hadisədir. Öz növbəsində tabunun meydana gəlməsinin başqa milli-mənəvi və 
sosial  səbəbləri  də  mövcuddur.  Ədəb,  nəzakət,  mərifət  hissi,  duyğusu,  zəriflik,  incəlik,  ədəb  qaydalarını 
gözləmək, cəhd etmək, can atmaq amillərini də buraya əlavə etmək olar.  
Dildə  nəzakətli,  nəzakətsiz  söz  və  ifadələrə  tez-tez  rast  gəlmək  olur.  Nitq  vahidlərinin  həmin 
keyfiyyətlərə malik olması onların danışıq aktında oyatdığı hissi təsirlərin səciyyəvi xüsusiyyətlərindən irəli 
gəlir. Bir şəxsin digərinə, eləcə də başqa varlıqlara münasibəti nifrət məzmunlu kobud və təhqiramiz, söz və 
ifadələrlə- tabularla da ifadəsini tapır.  
Tabu polinez sözüdür, «ta» ünsürü ―qadağan etmək‖, bu isə «bütövlükdə, tamamilə» deməkdir. Həmin 
ifadə  nitqdə  istifadəsi  qadağan  hesab  edilən  söz  və  ifadə  anlamında  işlədilir.  Bu  tip  söz  və  ifadələrdən 
mədəni baxımdan az inkişaf etmiş, geridə qalmış xalqların nitqində daha çox istifadə olunur. Həmin xalqlar 
sırasında polinezlərin, avstraliyalıların, zulusların, eskimosların, kafrların və s.  
Geniş  mənada  tabu  bir  çox  elmlərin tədqiqat  obyektidir:  dinşünaslıq, tarix,  etnologiya  (etnoqrafiya), 
psixologiya  və  s.  Müasir  linqvistikada  isə  tabu,  xüsusən  də  verbal  tabu  nəinki  müasir  dil  hadisəsi  kimi, 
qadağan olunmuş sözlərdən istifadə edilməməsi kimi,  əsas sosial faktor kimi, etiket, senzura aspektlərində 
öyrənilir. Boş söz, boş danışıq tabuları mənəvi mədəniyyətimizin arxaik elementləridir. Tabu termini «güc» 
anlamında da istifadə edilir. Bu anlam indi öz əhəmiyyətini itirmişdir. Qədim romalılar zamanında bu məna 
işlək  idi.  Sonralar  tabu  ―müqəddəs‖,  ―müqəddəsləşdirilmiş‖;  ―təhlükəli‖,  ―qorxunc‖,  ―yasaq‖,  ―qadağa‖, 
çirkli anlamlarında işlənməyə başlayır. ―Müqəddəs qorxu‖ bu gün tabu anlayışını tam ehtiva edir.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
72 
 
 
 
SĠNTAKTĠK  OMONĠMLĠK 
Qocayeva M. 
Azərbaycan Dillər Universiteti 
 
Məlumdur  ki,  omonimlik  qrafik  və  fonetik  tərkibi  eyni  olub,  leksik  mənaları  müxtəlif  olan,  cümlədə 
fərqli distribusiyalara malik, eyni və fərqli nitq hissələrinə aid olan sözlərdə müşahidə olunan dil hadisəsidir. 
Omonimlik tarixi kateqoriya olub, aid olduğu dilin və həmin dilin aid olduğu xalqın mədəni, məntiqi-
yaradıcı inkişaf səviyyəsi ilə müşayiət olunan  dildaxili, qanunauyğun bir prosesdir. 
Omonimlik  dilin  bütün  iyerarxiya  sistemində  özünü  göstərən  bir  hadisədir.  O,  dil  universarilərindən 
olub, müxtəlifsistemli dillərdə hər zaman tədqiqat obyekti olmuşdur. 
Dilçilik ədəbiyyatında  omonim və çoxmənalı sözlər haqqında nə qədər yazılsa da, onlar diaxronik və 
sinxronik  tədqiqat  metodları  ilə  öyrənilsə  də,  hələ  də  onların  dildə  yaranma  mexanizmi    elmi  həllini 
tapmamışdır. 
Lakin bir çox alimlər omonimlərin tədqiq olunmasında iki prinsipi əsas götürürlər: 
a) omonim sözlərin etimoloji cəhətdən tədqiqi; 
b)  omonim  sözlərin    əlaqəlilik  və  əlaqəsizlik  prinsipi  (the  relatedness  and  unrelatedness)  əsasinda 
tədqiqi. 
Bununla yanaşı, dilçilikdə omonim sözlər leksik səviyyədə geniş şəkildə tədqiq olunmuşdur. Omonim 
sözlərin təsnifatı  dörd kriteriya əsasında verilmişdir: 
1) sözlərin leksik mənasina görə; 
2) sözlərin eyni baza formasına görə; 
3) sözlərin qrammatik paradiqmalarına görə; 
4) sözlərin aid olduğu nitq hissələrinə görə. 
Dildə  omonimlərin  leksik,  leksik-qrammatik  və  qrammatik  olmaqla  üç  növü  müəyyən-ləşdirilmişdir. 
Omonim sözlər tam və qismən omonim olmaqla iki yarımqrupa ayrılırlar. Eyni zamanda dildə omonimlərin 
digər tipləri - omofonlar və omoqraflar da müəyyənləşdirilmişdir. Onlar yalniz bir əlamətlə omonim sözlərə 
bənzəyirlər. 
Qeyd  olunduğu  kimi,  omonimlər  dilin  fonem  səviyyəsindən  başlayaraq  sintaktik  səviyyəyə  qədər 
mövcuddur. 
Sintaktik omonimlik dedikdə omonimliyin söz birləşməsi və cümlə səviyyəsi nəzərdə tutulur. Sintaktik 
omonimlik  leksik  omonimlik  qədər  tədqiq  olunmasa  da,  keçən  əsrin  60-cı  illərindən  başlayaraq    onun 
öyrənilməsində  irəliləyiş olmuşdur. 
Sintaktik  omonimliyin  öyrənilməsi  təbiət  elmlərinin  inkişafı,  elmi-texniki  tərəqqi,  maşın 
tərcüməsindən  geniş  şəkildə  istifadə  olunması  və  bu  zaman  yaranan  problemlərin    təhlil  olunması 
zərurətindən  yaranmışdir. Bununla  yanaşı,  artıq    60-cı  illərdə  cümlənin  sintaktik  strukturu  cümlə  üzvlərinə 
görə  deyil,  cümlənin  tərkib  hissələrinə (immediate  constituent  –  İC)  görə  araşdırılırdı.  Eyni  zamanda  yeni 
sintaktik  nəzəriyyə  olan    transformasion  –  generativ  qrammatika  (TGQ)  (və  ya  törəmə  qrammatika) 
metodunun dildə tətbiqi  bu işi daha da sürətləndirdi. Belə ki, alt qatda (deep structure) formalaşan cümlə üst 
qatda (surface structure) fonetik olaraq səsləndikdə, eyni bir sintaktik quruluşa malik olan cümlənin mənası 
iki  və  daha  artıq  şəkildə  başa  düşülə  bilər.  Bu  vəziyyət  danışanı  və  dinləyəni    çıxılmaz  vəziyyətdə  qoyur. 
Cümlənin omonimliyi ambiqivitlik (iki və ya coxmənalılıq) hadisəsinə səbəb olur. Əgər ambiqivitlik hadisəsi  
cümlədəki omonim və ya çoxmənalı sözün leksik mənasından asılı olaraq yaranıbsa, bu leksik ambiqivitlik 
(lexical ambiguity) adlanır. 
Cümlədə  ambiqivitlik  verilmiş  cümlənin  sintaktik  quruluşundan  asili  olaraq  yaranibsa,  bu  sintaktik 
ambiqivitlik  adlanır  (syntactic  ambiguity).  Ümumiyyətlə,  dildə  cümlənin  çoxmənalı  şəkildə  şərh  olunması 
omonim sözlər və ya onun tipləri hesabina yaranırsa, bu dilçilikdə ―omonimik  ziddiyyət‖ və ya ―omonimik 
konflikt‖  (a  homonymic  clash  or  conflict)  adlandırılır.  Cünki,  cümlənin    semantik  cəhətdən  müxtəlif 
mənalarda başa düşülməsi mövcud konteksti anlamağa  çətinlik yaradır. Bu baxımdan sintaktik omonimliyin 
tədqiqi dilçiliyin aktual məsələlərindən birinə çevrilmişdir. 
Sintaktik  omonimlik  cümləni  əmələ  gətirən  sözlər  arasındakı  sintakmatik  və  paradikmatik  
münasibətlərdən  asılı  olaraq  yaranan  dil  hadisəsidir.  Bu  münasibətlər  mətn  daxilində  cümlənin  aktual 
üzvlənməsi zamanı özünü göstərir. Məhz nitq zamanı cümlənin informativ xarakterli olması onun struktur-
semantik xüsusiyyətlərini aktuallaşdırır, cümlənin mənasının birdən artıq formada başa düşülməsi problem 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
73 
 
 
olaraq sintaktik ambiqivitlik  yaradır. Ambiqivitlik hadisəsi nitq prosesində yarandığına görə sirf kontekstual 
(context  - dependant phenomenon) xarakter daşıyır. Onun disambiqivitiliklə (yəni iki və ya çoxmənalılığın  
aradan qalxması) əvəz olunması da kontekstdən asılıdır. 
 Leksik  və  sintaktik  omonimliyin  nəticəsi  olaraq  yaranan  ambiqivitlik  hadisəsi  mövcud  situasiyanın 
qavranılması  üçün  çətinlik  yaratsa  da,  hal-hazirda  ambiqivitlik  psixolinqivistikada  öyrənilən  ən  əsas  dil 
hadisələrindən biridir. Çünki ambiqivitlik dil vahidlərinin nitq prosesində, kontekstdə görünməyən tərəflərini 
görməyə, nitq zamanı sözün, söz birləşmələrinin və cümlənin mətndaxili və mətndən kənar mənalarını şərh 
etməyə  imkan  verir.  Oxucuda  və  ya  dinləyicidə    kontekstə  qarşı  marağı  və  məntiqli  yanaşmaqla  düzgün 
interpritasiya  vermə həvəsini artırır. 
 
 
AZƏRBAYCAN ESSELƏRĠNĠN MODAL STRUKTURU 
Qurbanova İ.S. 
Sumqayıt Dövlət Universiteti 
 
Esse mətnləri xüsusi tip mətnlərdir, burada ―transsendental struktur‖ modal mühiti də yaradılır. 
Hər  bir  mətn,  o  cümlədən  esse  mətnləri  xarici  aləmin  hadisələri  barədə  müəyyən  məlumat  verməklə 
yanaşı,  danışanın  həmin  məlumata  münasibətini  də  ifadə  edir.  Modal  mətnlərin  xarakterik  cəhətlərinin 
müəyyən  olunması  da  əsas  məsələlərdəndir.  Esse  mətnlərinin  modal  strukturu  müəyyən  prinsiplər  üzrə 
reallaşır, ekstralinqvistik faktorlarla üzə çıxır. 
Mətnlərin  modal  xarakteristikasına  bu  gün  antroposentrik  yanaşma  ilə  baxılır,  burada  nitq  fəaliyyəti 
önə  çəkilir.  Modallıq  informasiya  ötürücülük  funksiyasını  yox,  danışanın  subyektə  qarşı  abstrakt 
münasibətini  ifadə  edir.  Modallıq  mahiyyətcə,  əsasən,  assertorik  (gerçəkliyi  söyləmək),  problematik 
(mümkünlüyü söyləmək) və apodiktik (zərurəti söyləmək) kimi təsnif olunur. 
Modallıq esse mətnlərində həm də üslubyaradıcı funksiya rolunu oynayır. Ekstralinqvistik faktorlarla 
səciyyələnir:  endemik  mentalitet,  milli  xüsusiyyət,  tarixi,  mədəni,  sosial,  psixoloji  elementləri  qavrama, 
dərketmə  faktorları  ilə  yadda  qalır.  Bu  faktorlar  obyektiv  (obyektiv  qiymətvermə)  və  subyektiv  (subyektiv 
qiymətvermə) modal mənalarda əks olunur. 
Esse  mətnlərində  ―danışan−arqumentasiya−dinləyən‖  trayektoriyası  mövcuddur.  İnformasiyanın 
ötürülməsi prosesi həmin trayektoriya çərçivəsində baş verir.  
Esse mətnlərinin modal strukturu çoxölçülüdür. Modal mətnlərin əsas komponentləri aşağıdakılardan 
ibarətdir: qeyri-dəqiqlik, intensifikasiya, ekspressivlik, qiymətləndirmə diapozonu və s. 
Modal vahidlər tutumlu nitq hissəsi deyil, yığcam, sayılıb  əhatə olunan, hətta iti zehinlə əzbər yadda 
saxlana bilən bir söz qrupudur. Bu baxımdan onlar bütövlükdə köməkçi nitq hissələrinin kəmiyyət məxrəcinə 
uyğundur.  Bunlar  leksik  fakt  kimi  yaradılışda  müxtəlif  nitq  hissələrinə  mənsub  olur.  Nitq  prosesində 
danışanın  real  gerçəkliyə  münasibətini  bildirmək  üçün  ayrı-ayrı  nitq  hissələrinə  mənsub  sözlərdən  bəzisi 
etimoloji  leksik-qrammatik  kökündən  təcrid  olunur,  ancaq  əslində  olan  qrammatik  məna  əsasında  şəxsin 
söylədiyinə  və  ya  eşitdiyinə  münasibətini  ifadə  edir.  Esse  mətnlərinin  modal  strukturu  isə  şübhəsiz,  idrak 
prosesinin inkişafı, daha yetkin mərhələnin formalaşması ilə əlaqədar yaranır. Həmin mətnlərin məzmunu və 
strukturu  deməyə  imkan  verir  ki,  bu  mətnlərdə  modallıq  münasibəti  əqli  inkişafın  ən  kamil  dövrlərinin 
məhsulu kimi meydana çıxmışdır. Yəni isim, sifət, feil və s. kimi müəyyənləşən leksik vahidlərin özü yüksək 
abstraksiya  fəaliyyətinin  nəticəsidirsə,  bu  vahidlərin başqa  ümumiləşdirici  səviyyəyə  keçməsi  və  qalxması, 
təbii ki, birinci prosesdən daha sonralar, olduqca gec başlayır. 
Esse  mətnlərinin  modal  strukturunda  yəqinlik,  güman,  şübhə,  hissi-emosional,  mənbə,  isnad, 
ümumiləşdirmə, nəticə, çağırış, diqqət və s. münasibətlər özünü göstərir. 
Modal  vahidlərin  esse  mətnlərində  funksiyası  şəxsi  münasibət  bildirməkdən  ibarət  olduğu  üçün 
modallığın aşkarlanmasında şəxsi intonasiya və şəxsi yaradıcılıq mühüm önəm daşıyır. 
Esse  mətnlərində  modallığın  gerçəkləşməsi  üçün  müəyyən  semantik  şərtlər  vardır:  təhrik,  labüdlük, 
ehtimal,  güman,  mümkünlük  və  s.  Bunlar həmçinin modallığın  semantik  sahələridir.  Həmin  sahələr  nitqin 
məzmununun  gerçək  varlığa  və  nitq  söyləyənin  şərh  olunan  fakt  və  hadisələrə  ehtimallıq,  vaciblik, 
obyektivlik və s. baxımdan münasibətini bildirir. 
Esse  mətnini  təşkil  edən  cümlədəki  real,  qeyri-real,  mümkün  olan,  arzu  olunan,  zəruri  olan,  ehtimal 
edilən    və  s.  biçimdə  təzahürü  üçün  vacib  olan  dil  vasitələrinin  kompleksi  modallıq  vasitələridir.  Onların 
ifadə  olunduğu  semantika  isə  modallıq  mənasıdır.  Esse  mətnlərində  modal  strukturu,  modal  mənanı 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
74 
 
 
aşağıdakı  vasitələr  reallaşdırır:  feil  formaları,  söz  sırası,  intonasiya,  modal  sözlər,  modal-predikativ 
birləşmələr, modal ədatlar və s. Nəticə olaraq deyə bilərik ki: 
1.  Modallıq  problemi  esse  mətni    səviyyəsində  öyrənilir,  modallıq  kateqoriyasının  mətndə  ifadə 
vasitələri aşkarlanır. 
2. Modal sözlərin (sintaksisdə ara sözlərin) esse mətnlərində işlənməsi intellektual inkişafla bilavasitə 
əlaqədardır. Bunlar esse mətnlərində işlənmə tezliyi ilə fərqlənir. 
3. Esse mətnlərində modal münasibətlərin təzahürü, bolluğu, fikir, düşüncə zənginliyi, üslub əlvanlığı 
ilə şərtlənir. 
4.  Esselərin  modal  strukturunda  olan  mənaların  təzahür  vasitələri  yalnız  öz  ümumi  funksiyaları 
əsasında deyil, həm də ümumi semantik invariantlar əsasında birləşir. 
5. Müasir esselərdə modallığın meydanı nisbətən genişlənir. Şəxsi münasibət göstərən, nəticə mənası 
ifadə edən modal sözlərin şəbəkəsi artıb-çoxalır. (münasibət çalarlarının qüvvətli olması üçün).                     
 
 
 
“-MA, MƏ” ġƏKĠLÇĠ MORFEMĠNĠN TARĠXĠ ĠNKĠġAF YOLU VƏ MÜASIR TÜRK DĠLLƏRĠNĠN SÖZ 
YARADICILIĞINDA FUNKSĠYALARI 
Mahmudova Q.Ç. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Türk dillərində sözyartma prosesində iştirak edən çox maraqlı şəkilçi-morfemlərdən biri də “-ma,-mə”  
şəkilçi-morfemidir.  Bu  şəkilçi  türk  dillərində  özünü  həm  sözdüzəldici,  həm  də  sözdəyişdirci  şəkilçi  kimi 
büruzə  verir.  Bu  morfemin  türk  dillərindəki  mövqeyi  indiyə  qədər  mübahisəlidir  desək,  yanılmarıq.  Bəzi 
alimlər  bu  şəkilçini  sözdüzəldici,  bəziləri  sözdəyişdirici,  bəziləri  isə  formadüzəldici  şəkilçi  kimi 
səciyyələndirir.  Orxon-Yenisey  abidələrindən  başlayaraq  bu  şəkilçi  morfem  həm  sözdüzəldici,  həm  də 
sözdəyişdirici mövqeyində iştirak etmişir.    
Qədim türk abidəsi olan ―Kutadğu bilig‖də bu şəkilçi-morfem işlənmişdir. Feillərdən isim yaratmışdır. 
Bu  morfem,  adətən,  təsirli  feillərdən  isim  yaratmağa  xidmət  etmişdir.  Məsələn:  karma,  kesme,  kırma  kimi 
sözlərdə olduğu kimi. Alimin fikrincə, abidədə bu şəkilçi yalnız bir sözdə təsirsiz feildən sifət yaratmışdır. 
Məsələn: ―tegme‖ sözü. Müasir Azərbaycan dilində növbənöv, müxtəlif  mənalarında  işlənir. 
Mahmud  Kaşğarinin  ―Divanü-lüğat-it  türk‖  əsərində  bu  şəkilçi  ilə  düzələn  sözlər  çoxdur.  Məsələn: 
yarma,  bulgama,  quyma,  qatma,  çalma,  esme,  egme  və  s.  Qədim  türk  abidələrində  bu  şəkilçinin  sifət 
düzəltmək funksiyaları da olmuşdur. Bu tip nümunələrin sayı isimlərdən azdır.      
Azərbaycan  ədəbi  dilinin  tarixindən  belə  aydın  olur  ki,  -ma,-mə  şəkilçisi  XVIII  əsrdən  sonra  daha 
məhsuldar olmuşdur. Məsələn: basdırma, yeniləşmə, soyutma, tövbələtmə, ağlaşma, qovurma, çəkişmə və s.  
Törəmədir  qoyunların  əsili  (Qasım  bəy  Zakir);  Şah  meydanda  asmalarını  və  göz  çıxarmalarını  müşahidə 
etmədilər.  (Əbdürrəhim  bəy  Haqverdiyev).  Rus  qoşununda  da  titrətmə,  qızdırma  azarı  düşmüşdür.  (M. 
Adıgözəl bəy); Basdırma, qovurma hər şamü səhər (Qasım bəy Zakir).   
Müasir  dilimizdə  ―-ma,  -mə‖  şəkilçisi  vasitəsilə  düzəlmiş  bir  sıra  sözlər  vardır  ki,  onların  əmələ 
gəlməsi,  inkişafı  da  uzun  bir  dövr  tələb  etmişdir.  Məsələn:  süzmə,  bağlama,  dolma,  bozartma    və  s. 
A.N.Kononov,  N.K.Dmitriyev,  S.Cəfərov,  H.Mirzəzadə,  M.Ergin  və  başqaları  isim  düzəldən  ―-ma,  -mə‖ 
şəkilçisinin məsdər şəkilçisi olan ―-maq, -mək‖ lə eyni mənşədən olması fikrini irəli sürmüşlər. ―Bizcə, bir 
tərəfdən  həmin  şəkilçinin  ancaq  feil  köklərinə  bitişməsi,  digər  tərəfdən  yenə  həmin  şəkilçinin  tam  forması 
olan ―-maq, -mək‖ şəkilçisinin isim əmələ gətirməsi, ismə yaxınlaşması ―-ma, -mə‖ nin  ―-maq, -mək‖ lə bir 
mənşədən  olduğunu  təsdiq  etməyə  əsas  verir.  Bu  gün  dilimizdə  işlənən    ―çaxmaq,  yemək,  basmaq  və  ya 
isitmə, büzmə və s.sözlər hər iki vəziyyətdə düzəltmə isimlər kimi izah edilir.‖  H.Mirzəzadənin fikrincə isə 
―-ma, -mə‖ şəkilçisi 18-ci əsrdən sonra daha məhsuldar olmuşdur. 20-ci əsrin əvvəllərindən isə törədici rolu 
artmışdır. 
Müasir türk dilində də  ―-ma, -mə‖ şəkilçisi Azərbaycan dilindəki eyni funksiyanı yerinə yetirir. ―-ma, 
-mə‖  göz  önündəki  hərəkəti  canlandırmayan,  hərəkətin  özünü  deyil,  o  hərəkətlə  edilən  işi  ifadə  edən 
şəkilçidir. İş də hərəkətə görə bir növ əşyadır. Məsələn: dolma kalem, damdan düşme laf, yapma hareket, və 
s. Besim Atalay da  ―-ma‖ şəkilçisinin feil köklərinə əlavə olunaraq isim və sifətlər yaratdığını qeyd etmişdir. 
İsim-  saçma  (ov  üçün  istifadə  olunan  qurşun).  Digər  türk  dillərində  də  bu  şəkilçi  aktiv  mövqeyə  malik 
olmuşdur.  Məsələn:  xakas:  çarba  ―yarma‖,  ―bölmək‖  ;  tatar:  bülmə  ―otaq‖    yaranmışdır;  qırğız:  kesme 
―əriştə‖; türkmən: kızartma ―qızartma‖; qazax: tokma ―parça‖. Əvvəlcə bu affiksin –pa//-pə forması olub. 
Sonralar  başlanğıc ―p‖ samiti ―b‖ samitinə keçmişdir. Və müvafiq olaraq –ba//-be- forması törəmişdir. Bu 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
75 
 
 
formalar Sibir türklərinin dillərində daha çox saxlanmışdır: pur-bükmək feilindən  şor dilində ―purba‖ üzük, 
sözür ―sürümək‖  morfemindən altay dilində sözürbe   ―tor‖ sözü yaranmışdır.  -pa//-pe- affiksinə qazax və 
noqay  dillərində  də  rast  gəlinir.  Kos  ―qarışdırmaq‖  morfemindən  qazax  dilində  Kospa  ―qarışıq‖,  tart 
―dartmaq‖ morfemindən noqay dilində tartpa ―qutu‖ yaranmışdır. 
Müasir tatar dilində sözü gedən şəkilçiylə düzələn sözləri iki qismə ayırırlar: 
1.  İş  və  hərəkət  nəticəsində  meydana  çıxan  sözlər.  Məsələn:  korılma,  küpertme,  ereme,  çabırtma, 
katnaşma, ubılma və s. 
2. Bir işi görən əşya bildirən sözlər. Məsələn, kaptırma, bastırma, kaplama və s.   
Bir çox xüsusiyyətlərinə görə  türk dillərində xüsusi mövqeyə malik olan çuvaş dilində də bu şəkilçi-
morfem çox məhsuldar morfemlərdəndir. Bu şəkilçi ilə düzəlmiş iş, hərəkət adı bildirən isimlər çuvaş dilində 
sıx şəkildə işlənməkdədir. Məsələn, şapışma ―çarpışm‖, şıvırma ―uyuma‖, işleme ―işleme, çalışma‖, şillenme 
―qızma‖, kalama ―danışma, anlatma‖, kayma ―getmə‖, kireşme ―mücadile etmə‖, kurma ―görmə‖, kürenme 
―darılma‖, pıhınma ―darılma‖ və s.    
 
 
          
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin