AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCAN XALQININ TARĠXĠNDƏ –ÇI



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

 
AZƏRBAYCAN XALQININ TARĠXĠNDƏ –ÇI
4
 ġƏKĠLÇĠSĠNĠN YERĠ 
Məmmədov M. 
Lənkəran Dövlət Universiteti 
 
Azərbaycan dili dünya dilləri içərisində özünün leksik və qrammatik xüsusiyyətlərinə görə qədimliyini 
sübut etmiş bir dildir. Dil özü bir tarixdir. Cəmiyyətdə yaranıb və cəmiyyətdə inkişaf edir. O daim bazis və 
üstqurumla bərabər addımlayır, hərəkət edir. Azərbaycan dili bu prosesdə daha çevik görünür. 
Azərbaycan etnoslar laborotiyasıdır, amma buna baxmayaraq, dilimizdə hərəkət bildirən feillərə nəzər 
yetirsək, görərik ki, bu katiqoriyada heç bir alınma (yabançı) söz yoxdur. Dilin də gücü, qüdrəti elə bundan 
ibarətdir. 
Məlumdur ki, Azərbaycan dilində -çı
4
 məsuldar şəkilçi sayılır və eləcə də o, digər Azərbaycan (türk) 
mənşəli şəkilçilər arasında daha qədimdir. Belə ki, -çı
4
 şəkilçisi təkcə söz düzəltməklə öz  vəzifəsini yerinə 
yetirmir,  o  həm  də  Azərbaycan  xalqının  oturaq  həyat  keçirən  (əkinçi,  biçinçi)  xalq  olduğunu  təsdiq  edir. 
Mən deyərdim ki, bu şəkilçi bir elmi faktor kimi Azərbaycan tarixinin zirvə əsəridir. 
Deməliyəm  ki,  bəzi  elmdən  piyada  olan  bədxahlar  Azərbaycan  xalqının  köçəri  və  ya  yarımköçəri 
olduğunu iddia edirlər. Hətta XI əsrdə buralara gələn səlcuq türkləri ilə dəyişik salırlar. Oğuz türklərini bu 
yerlərə  gəldiyini  iddia  edənlər  ən  azı  ―Kitabi-Dədə  Qorqud‖u  unutmamalıdırlar.  Məlumdur  ki,  ən  qədim 
oğuz eposu olan bu kitabın 1300 illiyini bütün dünya qəbul və bayram etmişdir. Amma elmi  mənbələr bu 
eposun  İslamdan  əvvəlki  milli  ənənələrdən  bəhs  etdiyini  əsas  götürərək,  onun  tarixinin  daha  qədimə 
getdiyini  inandırıcı  dəlillərlə  sübuta  yetirirlər.  Azərbaycan  dilinin  qədim  leksik  və  qrammatik  ünsürlərinə 
dair bu eposda bəs qədər fakt var. Oğuz yurdu həm qədim tarixi, həm iqlimi, həm də zəngin coğrafi şəraiti və 
ən çox zəngin süfrə (milli yeməklər) mədəniyyətinə görə digər Şərq və Zaqafqaziya xalqlarından özünün bol 
çeşidləri ilə tamamən fərqli üstünlüklərə malikdir. Çünki xalq oturaq həyat keçirən xalq olmuş və bu da onun 
həm qədimliyini və həm də torpağa bağlılığını göstərir. 
Azərbaycan  dilinin  qrammatika  kitablarında  doğru  olaraq  yazırlar  ki,  adlardan  isim  düzəldən  -çı 
şəkilçisi ən məsuldar sayılır: əkinçi, biçinçi, dulusçu, dəyirmançı, dəmirçi, dəvəçi, suçu, qalayçı və s. Təkcə 
bu sözlərlə bəyan olur ki, biz əzəldən əkinçi, biçinçi, dəmirçi, olmuşuq. Məsud Məmmədov ―Müasir dilçilik 
problemləri‖  kitabında  yazır  ki,  -çı  şəkilçisi  yazılı  abidələrdə,  əsasən,  peşə,  sənət,  məşğuliyyət  bildirən 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
82 
 
 
isimlər  əmələ  gətirmişdir.  Bununla  belə,  yazılı  abidələrdə  həmin  şəkilçinin  eyni  zamanda  feildən  isim 
düzəltmiş  və  iki  mənada  –  isim  və  feil  mənasında  işlədilmiş  sözlər  olmuşdur:    bədizçi  (KTK),  bəzəkçi 
―nəqqaş, rəssam‖, tamğaçı (KTK) ―sarayda nərxançı‖; yolçu, bərəçi, bələdçi və s. qədim sözlər xalqımızın 
oturaq həyat keçirdiyini təsdiq edən faktlardır. 
   Dilimizdə -çı
4
 sifət kimi də işlənir: çi ət, çi balıq ifadələri indi də danışıqda tez-tez eşidilir. Bundan 
başqa,  araşdırmalardan    məlum  olur  ki,  -çi  affiks  şəklində  işlənib  və  ilkin  forması  çin  olmuş,  ―vəzifə‖, 
―bərabər‖,  ―arzu‖  mənalarını  bildirmişdir.  Bu  ünsürün  ―sənət‖  bildirən  çil  forması  da  vardır:  itqüçi(n) 
―daşyonan, bənna‖. Müasir Azərbaycan danışıq dilində inadcı və inadçıl sözləri vardır ki, sonuncu səsi sonor 
l səsi ilə bitir. Buradaca deməliyəm ki, -çin ―insan bədənində bir üzvü‖ çin ―hərbi rütbə‖ və ç>s samitlərin 
keçidləri ilə sin ―yaş‖ mənaları da bu qəbil sözlərdədir. Hətta rus dilində человек sözünün kökündə də ―çel‖ 
durur.      
Beləliklə, məruzəmizdə bu faktik materiallar haqqında geniş bəhs edəcəyik. Belə faktların elmi dəyəri 
bizə geniş yol açır və düşünürəm ki, bunlar haqqında düşünməyə dəyər. 
 
 
MÜASĠR TÜRK VƏ AZƏRBAYCAN DĠLLƏRĠNDƏ CÜMLƏNĠN FORMALAġMASINDA SUAL 
ƏDATLARININ ROLU 
Məmmədova C.R. 
Sumqayıt Dövlət Universiteti 
 
Cümlə  dilin  qrammatik  qanunları  əsasında  formalaşır.  Dil  insan  arasında  ünsiyyət  vasitəsidir.  Bu 
ünsiyyət vasitəsindən düzgün istifadə etmək üçün fikrimizi tam ifadə edən cümləyə ehtiyac vardır. 
Cümlə  növləri  içərisində  sual  cümləsinin  özünəməxsus  yeri  vardır.  Bu  cümlə  növü  Türk  və 
Azərbaycan dillərində işlənsə də onların dildəki mövqeyi bu cümlə növünün  əmələ gəlməsində iştirak edən 
sual  intonasiyası  ,  sual  ədatları  və  sual  əvəzliklərinin  rolu  və  istifadə  tezliyi  eyni  deyildir.  Türk  və 
Azərbaycan dillərində sual cümlələrinin daha çox işlənən və geniş yayılmış növü sual əvəzlikləri ilə əmələ 
gələn  sual  cümlələridir.  Qeyd  etmək  istərdik  ki,    Azərbaycan  dilində  sual  cümlənin  əmələ  gəlməsində  ən 
mühüm əlamət xüsusi sual intonasiyası olduğu halda,  müasir türk ədəbi dilində, əsasən, sual ədatları (mı, mi, 
mu, mü) sual ədatıdır. 
Müasir Azərbaycan dilində nəqli cümlənin tonunu dəyişməklə, cümlənin sonunda tonu  yüksəltməklə 
(yazıda  isə  sual  işarəsi  qoymaqla)  sual  cümləsi  meydana  gətirmək  mümkün  olduğu  halda,  türk  dilində  bu 
mümkün deyildir. 
Qeyd etmək istərdik ki, elə başa düşülməsin ki, sual intonasiyası ilə sual cümləsi əmələ gəlmir. Təbii 
ki, müasir türk ədəbi dilində xüsusi sual intonasiyası ilə düzələn sual cümlələri vardır, lakin bunların işlənmə 
sferası çox məhduddur və müəyyən şərtə bağlıdır. 
Bunlardan bir neçəsini göstərməklə kifayətlənəcəyik: 
1.  Səs  tonu  dəyişməklə,  yarımçıq  cümlələrdə  sual  vermək  mümkündür.  Bu  prosesdə  həmin  cümlədə 
işlənməyən, lakin asanlıqla təsəvvür edilən sual əvəzliyinin mövcudluğu nəzərdə tutulur. 
 
Məsələn: 
 
-Kaç yaşındasınız? 
  -Kaçıncı kişidir? 
2.  Ehtimal  bildirən  bəzi  ədatlar  (demek,  galiba,  anlaşılan)  cümlədə    işlədilərkən  xüsusi  sual 
intonasiyalı cümləyə rahat sual verilə bilər.  
Məsələn: 
-Anladığım kadarı ile bir anneniz var? 
-Beni anlamağa çalışacaksınız? 
3. Xəbəri felin şərt şəklində işlənmiş cümlələr də xüsusi sual intonasiyasının vasitəsi ilə sual cümləsi 
kimi işlənə bilər. Belə cümlələrdə başqa sual ədatları da işlədilir. 
Məsələn: 
Gelmek konusunu çözemedik ama, ya gelemesek? 
Ya annen gelmezse? İsterseniz konuşalım? 
Müasir türk ədəbi dilində mi
4
 sual ədatı bu dildə nitq mədəniyyətinin zəruri  ünsürü kimi çıxış edir. Bu 
cür cümlələrdə məqsəd sual vermək, hər hansı təsdiq və ya inkar   mənasında cavab almaq deyil, cümləyə 
xahiş, nəzakət çalarlığı verməkdir.  
Məsələn: 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
83 
 
 
Bize yardım eder misiniz? 
Nəticə olaraq qeyd etmək istərdik ki, sual intonasiyası müasir türk ədəbi dili üçün tipik deyil. Müasir 
Azərbaycan  dilində  nəqli  cümlələrin  intonasiyasını  dəyişməklə  və  sonda  tonu  yüksəltməklə  (sual  işarəsi 
qoymaqla)  sual cümləsini formalaşdırmaq  mümkündür.  Müasir türk  ədəbi  dilində  sual  cümləsini  meydana 
gətirmək üçün dördvariantlı sual ədatlarının rolu  mütləqdir. Başqa türk dillərindən fərqli olaraq, sual ədatı 
sözdən ayrı yazılır və bitişik tələffüz olunur.  
   
QLOBAL ĠNTERNETDƏ MÖVCUD OLAN BƏZĠ ELEKTRON LÜĞƏTLƏR HAQQINDA
   
(Merriam-Webster və Google) 
Məmmədova J.E. 
Sumqayıt Dövlət Universiteti 
 
Məqalədə  internet  məkanda  mövcud  olan  iki  populyar  elektron  və  tərcümə  lüğətlərinin  təsnifatını, 
texniki  imkanlarını,  funksiyalarını,  orada  sözlərin  təqdimatını  və  izahatını  təhlil  etməyə  çalışıram  və  hər 
lüğətə aid bir nümunə göstərmişəm. Lüğətləri seçməkdə istifadə olunan əsas kriterya ənənəvi olaraq, əlifba 
sırasında olan innovativ axtarış texnikasından ibarətdir. Əlavə olaraq, onlayın və oflayın lüğətlərin təhlilində 
hər  iki  lüğət  farmatının  üstün  və  qeyri-üstün  cəhətlərini  yoxlayaq.  Onlayın  lüğətlər  CD-ROM  formatından 
daha çox əldə edilə biləndir və əksər onlayın lüğətlər ödənişsizdir. Bundan başqa, onlayın lüğətlər istənilən 
kompüterdə istifadə edilə bilər (internet vasitəsilə) və lüğəti istifadə etmək üçün onu kompüterə yükləməyə 
ehtiyac yoxdur. Hər halda, oflayın lüğətlər adətən onlayın lüğətlərə nisbətən daha çox axtarış texnikası təklif 
edir və onlayın lüğətlərə nisbətən daha möhkəm və dözümlüdür. Onlayın lüğətlərin virtual təbiəti ona gətirib 
çıxardır ki, onların URL (lokal ünvan) yerləşməsi istənilən vaxt dəyişə bilər və ya onlar bir dəfəlik itə bilər, 
yaxud da yenilənə bilər. Burada ilk olaraq, CD-ROM - da açıla bilən lüğətləri qısa analiz edəcəyik: Məsələn: 
1. MERRIAM - WEBSTER DICTIONARY: 150 ildən çox istifadədə olan Merriam-Webster ingilis 
dilli izahlı elektron lüğəti, Amerikanın ən aparıcı və etibarlı lüğətlərindən biridir. 1831-ci ildə Massaçusetdə, 
Springfilddə,  Georg  və  Karles  Merriam  tərəfindən  əsası  qoyulmuşdur.  1843-cü  ildə  Noah  Vebster  vəfat 
etdikdən sonra kompaniya Amerikan İngilis dili lüğəti yazmaq hüququ qazandı. Merriam Vebster lüğəti öz 
tərzini elə bu lüğətlərin mənbə iziylə aparır.  Sözlər əlifba sırası ilə düzülmüşdür. Göründüyü kimi, burada 
axtarış  blokuna  furniture-mebel  sözü  qeyd  olunub.  Söz  axtarış  blokuna  yazılan  an  lüğət  dərhal  avtomatik 
axtar əmrinə tabe olub, onun yaddaşında bu sözə uyğun olan bütün sözləri əlifba sırası ilə istifadəçiyə təqdim 
edir.  Burada  isə  cəmi  iki  söz  göstərilir.  Bu,  o  deməkdir  ki,  elektron  lüğətin  yaddaşında  bu  kökdən,  bu 
qəbildən    olan  sözlərin  sayı  ikidir,  bu  isə  öz  növbəsində  sayca  çox  azdı.  Şəkil  1-də  artıq  istifadəçi  dəqiq 
ünvana daxil olub, furniture sözünün mənasını tapıb. Lüğət məqalələri giriş, qeydlər zonası, tərcümə zonası 
və nümunələrdən ibarətdir. Diqqətlə baxsaq, görərik ki, izah aydın təqdim olunub. Hətta səsli, heca ilə şərti 
ifadəsi  də  göstərilmişdir.  Amma  burada  şərti  ifadəsinin  yazılışında  səhv  var.  Fonetik  normalara  uyğun 
[f3:nıt∫ə]  olmalıdır.  Görünən  ulduz  işarəsi  isə  istifadəçinin  son  zaman  və  tez-tez  istifadə  etdiyi  sözü 
vurğulayır. İzahat isim şəkilində verilib, yəni otaqdan istfadə etmək üçün orada olan əşyalar: stullar, stollar, 
çarpayılar  (mebellər)  və  s.  Daha  sonra  izahat  dolğunlaşır.  Növbəti  izahatda  həmin  sözün  arxaik  izahatı 
verilib.  Trapping  of  a  horse  -  ata  yükləmək.  İstifadəyə  yararlı  bağlı  yer.  Nümunə:  *biz  yeni  evimizə  yeni 
mebellər  aldıq.  Burada  nümunələr  çox  az  verilib.  Frazeoloji  birləşmələrdə  və  müxtəlif  soz  birləşmələri  ilə 
verilsəydi, daha dəqiq olardi. Məsələn: furniture removers – mebel daşıyan agentlik, furniture polish – mebel 
lakı (polirovka), furniture van – furqon (mebel daşımaq üçün) olsaydı daha yaxşı olardı. 
       
      
   Şəkil 1 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
84 
 
 
Daha  sonra  sözün  etimologiyası  haqqında  məlumat  verilir  ki,  furnuture  sözü  orta  Fransadan  fournir 
sözündən  törəmişdir.  Söz  dilə  1542-ci  ildə  daxil  olub.  Sonda  həmin  sözün  sinonim  qarşılığı  verilib.Sözün 
təqdimatı  ―Tələffüz+İsim+İzah+Nümunə+Mənşəyi+İlk  işlənmə  vaxtı,  sinonim  qarşılığı‖  şəkilində  verilib. 
Şəkil  1  (c)  –  də  göstərilən  bir  neçə  funksiyalara  nəzər  yetirək.  Burada  bir  çox  elektron  lüğətlərdə  olan 
funksiyalar göstərilmişdir. RECENT - son vaxtkı məlumat yəni istifadəçinin sonuncu dəfə axtardığı sözlərin 
siyahısı,  lüğət  ən  çox  15  sözü  yaddında  saxlaya  bilər.  Hər  dəfə  söz  axtarışı  zamanı  bu  siyahı  yenilənir. 
FAVORİTES – sevimli, bu yeni dil öyrənənlər üçün münasibdir. Sözü yaddan çıxartmamaq üçün hər sözün 
yanında ulduz işarəsi qoyulur ki, ekranda bu tez-tez gözə  görünsün.  WORD OF THE DAY  – bu bölmədə 
günü sözü yəni lüğət hər gün bir sözü təqdim edir ki, bu da istifadəçidə maraq oyadır. Bir növ göz görür və 
istər-istəməz  yaddaşa  həkk  olunur.  Bundan  başqa  RECOMMENDED  APPS  –  tövsiyə  olunan  linklər, 
FEEDBACK – geriyə əlaqə, RATE THİS APP – bu lüğəti bəyəndinsə, ona şərh yazıb, qiymətləndirə bilərik, 
SHARE  THİS  APP  –  bu  lüğəti  hansısa  sosial  şəbəkədə  paylaşmaq,  BUY  PREMİUM  VERSİON  –  ilkin 
versiyanı  al,  ABOUT  MERIYAM  WEBSTER  –  lüğət  haqqında  məlumat,  COPYRİGHT  –  burada  müəllif 
hüquqları qorunur. Lüğətdə daha çox funksiyaların çoxluğudur, sözün təqdimat forması qənaətbəxşdir. Biz 
bu funksiylar haqqında ayrıca bəhsdə müzakirələrimizi aparacağıq.  
2. GOOGLE TRANSLATION: Bu çoxdilli statistik maşın tərcümənin  özünəməxsus özəllikləri var. 
Bu  lüğət  daha  maraqlı  funksiyaları  yerinə  yetirir.  Qrammatik  uyğunluğu  olmayanı  tərcümə  edir.  Google 
tərcümə  sisteminin  banisi  Franz  Josef  Och  olmuşdur.  O,  2003-cü  ildə  bu  sürətli  sistemə  görə 
mükafatlanmışdır.Bu  sürətli  tərcümə  maşını  103  dildə  tərcümə  etmək  qabiliyyətinə  malikdir.  150-  200 
milyondan  çox  istifadəçisi  var.  Həm  tələffüz,  həm  də  tərcümə  qabiliyyətinə  malikdir.  Bu  tərcümə 
proqramının mobil versiyası 2011-ci ildə 37 dilə, səsli və şəkilli tərcümə etməklə yaradılıb. Şəkil 2 (a) – da 
ingilis  dilindən  Azərbaycan  dilinə  sözün  təqdimatı  verilib.  Fikir  versək,  buradada  bəzi  elektron  lüğətlərdə 
olan  təkrar  funksiyalar  təqdim  olunmuşdur.  Axtarış  blokuna  ingilis  dilində  confidental  sözü  yazılıb  onun 
Azərbaycan  dilində  isim  kimi  məxfi  və  gizli  mənası  təqdim  olunub.  Baxmayaraq,  bu  lüğətdə  bəzi  təkrar 
olmayan  funksiyalar  var,  amma  izahat  çox  kasıb  verilib.  Lüğət  məqalələri  giriş,  funksiyalar  və  tərcümə 
zonasıdan  barətdir.  Iki  və  ya  uç  söz  ilə,  nümunəsiz, təfsilatsız  bir izahat təqdim  olunub.  Texniki  cəhətdən 
lüğət zəngindir demək olar. Şəkildə gördüyümüz kimi lüğətdə 
       
      
     Şəkil 2 
  fotoaparat,  mikrafon  və  əlyazısı  işarəsi  təqdim  olunur.  Fotaparat  işarəsi  birbaşa  kitabdan  mətnin 
şəkilini  çəkir,  sanki  mətn  skan  edilib  və  birbaşa  lüğətin  yaddaşına  ötürülüb,  oradan  da  tərcümə  edilir. 
Doğrudur, tərcümə elə mükəmməl verilməyib, amma ümumi məna çıxartmaq mümkündür. Mikrafon isə səsli 
axtarış  funksiyasını  yerinə  yetirir.  Əlyazma  funksiyası  isə  xüsusi  lövhəyə  toxunmaqla  yazı  yazılır,  lüğət 
avtomatik  yazını  oxuyub,  onu  çap  formaya  salıb  axtarışa  başlayır.  Şəkil  2(a)-da  göy  fonda  təqdim  olunan 
ulduz  digər  lüğətlərdəki  kimi  eyni  funksiya  daşıyır. Bu  bir  növ  yeni  dil  öyrənənlər  üçün  münasibdir.  Sözü 
yaddan  çıxartmamaq  üçün  hər  sözün  yanında  ulduz  işarəsi  qoyulur  ki,  ekranda  bu  tez-tez  gözə  görünsün. 
Bundan  əlavə,  digər  lüğətlərdə  olduğu  kimi,  başqa  xırda  funksiyalar  da  var.  Köçürmə  əməliyyatları,  dil 
dəyişmə  və  başqaları.  Yuxarıda  göstərilən  şəkillərdə  elektron  lüğətdə  mövcud  olan  müxtəlif  funksiyalar 
təqdim olunur. Lüğəti digər sosial şəbəkələrdə paylaş, telfonuna gələn SMS mətni birbaşa tərcümə et və s. 
Əgər söz tam olaraq axrarış blokuna yazılmayıbsa, lüğət bu hissəciklə başlayan söz siyahısını təqdim edir. 
Beləliklə də e-lüğətlərin üstünlüklərindən danışarkən aşağıdakı qənaətə gəlmək olur.  
*Sözlüyün  geniş  həcmi,  *informasiyanın  axtarış  sürəti  və  rahatlığı,  *sözün  səsli  və  qrafik 
illustrasiyaya malik olması, *söz haqqında məlumatların yenilənməsi və işlənməsi imkanı, *verilmiş axtarış 
yolu ilə məqaləsinin strukturunun sərbəst sifarişi imkanı, *sözün müxtəlif tərəfli mənasının açılması imkanı 
və s. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
85 
 
 
 
AZƏRBAYCAN DĠLĠNDƏ XƏBƏRĠN ĠFADƏ VASĠTƏLƏRĠ BARƏDƏ QISA XÜLASƏ 
Məmmədova T.G. 
Azərbaycan Texnologiya Universiteti 
 
Bildiyimiz kimi, xəbər cüttərkibli cümlənin iki əsas üzvündən biridir, mübtədanın  danışılan hərəkət və 
ya  əlamətini bildirir. Burada hərəkət ifadə etməsi anlaşılsa da,  əlamət bildirməsi geniş mənada işlənmişdir. 
Belə ki, xəbərin iş, hal, keyfiyyət, hadisə, hökm bildirməsi tərifdən aydınlaşır. Buna görə də xəbərin sualları 
çoxsaylıdır. Ədəbi nitq normalarına müvafiq olaraq, əsasən, cümlənin sonunda işlənir. Digər bir baş üzv olan 
mübtəda  hökmü  sadəcə  adlandırır,  onun  barəsində  əlavə  məlumat  vermir.  Həmin  hökm  barədə  səciyyəvi 
xüsusiyyətləri, zaman, şəxs və modallıq əlamətlərini məhz xəbər vasitəsilə alırıq. Xəbər təsriflənən feillərlə, 
isim, sifət, say, əvəzlik, zərf, ismi və feli birləşmələrlə ifadə olunur. Bu baxımdan xəbər ifadə vasitəsinə görə 
iki yerə ayrılır: ismi və feili xəbər. Yuxarıda dediklərimizə geri qayıtsaq, ismi xəbərin əlamət, feili xəbərinsə 
hərəkət ifadə etdiyini xarakterizə edə bilərik.  
Bəzən  xəbər  və  feil  məfhumları  eyniləşdirilir.  Bu,  xəbərin,  əsasən,  şəxsli  feillə  ifadə  olunması 
səbəbindəndir.  Lakin  bu,  o  demək  deyil  ki,  xəbər  yalnız  feillə  ifadə  olunur,  onun  ifadə  vasitələri  genişdir. 
Yuxarıda qeyd etdiyimiz kimi, xəbər, feildən başqa digər bütün nitq hissələri və söz birləşmələri ilə də ifadə 
olunur. Digər bir mübahisəli məsələ isə xəbərlə predikatın, mübtəda ilə subyektin  qarşılaşdırılmasıdır. Sadə 
müxtəsər  cümlələrdə  bu  məfhumlar  üst-üstə  düşür,  lakin  geniş  cümlələrdə  belə  deyil.  Məsələn,  Mən 
qorxuram, Orxan. (Ə.Hacızadə. Əsərləri, X cilddə, V cild, Bakı,  2004) Bu cümlədə Mən həm mübtədadır, 
həm  də  subyekt,  qorxuram  həm  xəbərdir,  həm  də  predikat.    Mən  hələ  vicdanımı  itirməmişəm,  Nadirə!  
(Ə.Hacızadə Əsərləri, X cilddə, V cild, Bakı, 2004) Lakin bu nümunədə itirməmişəm xəbər olduğu halda, 
predikatı xəbərə aid digər  üzvlər təşkil edir. Quruluşuna görə xəbər sadə və mürəkkəb olmaqla iki cür təsnif 
olunur.  Sadə  xəbər  sözlə,  mürəkkəb  xəbər  isə  söz  birləşmələri  ilə  ifadə  olunur.  Sadə  feli  xəbər  hər  üç 
zamanda  və  feilin  bütün  şəkillərində  işlənə  bilən  feil  formaları  ilə  ifadə  olunur.  Həmçinin  idi,  imiş 
hissəcikləri də əmr şəkli və şühudi keçmiş zamana artırılmamaq şərti ilə digər bütün şəkillərə qoşularaq sadə 
feili xəbəri formalaşdırır. Məsələn: İnsan bəzən öləndən sonra da sevilə bilərmiş. (Ə.Hacızadə. Əsərləri, X 
cilddə, V cild, Bakı, 2004)  
Etmək,  eləmək  və  olmaq  feilləri  müstəqil  şəkildə  az-az  işləndiyindən,  əsasən,  digər  nitq  hissələri, 
xüsusilə, isimlərlə birləşərək cümlənin sadə feili xəbərini formalaşdırır. Məsələn: 1) Беля щалларда щяйатында 
силинмяз изляр бурахмыш, метеор кими тез нур сачыб тез дя сюнцб эетмиш бу ики кишини истяр-истямяз бир-бири иля 
мцгайися еляйирди. 2) Ягдям дцнйада илк севдийи, кюнлцнц, арзуларыны баьладыьы, юмрцнц етибар етдийи адам 
олмушду.  3)  Бяли,  о  заман  Эцлмиря  баша  дцшмямишди  бу  дилсиз  мящяббяти,  щарадаса  щисс  елямишди. 
(Ə.Hacızadə.  Əsərləri,  X  cilddə,  V  cild,  Bakı,  2004)  Frazeoloji  vahidlər  də  tez-tez  sadə  feli  xəbərin  ifadə 
vasitəsi rolunda çıxış edir. Məsələn, 1) Инди мян о гапылары юз ялляримля юз цзцмя баьлайырам, Орханым. 2) 
O, зящмятя, дцзэцнлцйя, дяйанятя, щягигятя пярястиш етмяйи бир йердя ишлядикляри мцддятдя щяр ан, щяр саат, 
щяр эцн Эцлмиряйя тялгин елямяйя ъан атмышды. (Ə.Hacızadə Əsərləri, X cilddə, V cild, Bakı, 2004)  
Mürəkkəb feili xəbər yuxarıda qeyd etdiyimiz kimi, feili birləşmələrlə ifadə olunur. Başlamaq, olmaq, 
bilmək, istəmək feillərinə digər sözlər birləşir və mürəkkəb feili xəbər funksiyasında işlənirlər. Məsələn: 1) 
Oну  ня  Салман  Гурбанзадя,  ня  Ягдямин  хатиряси,  ня  дя  сонрадан  Эцлмирянин  щяйатына  дахил  олмаг 
истяйян ян мякрли адам беля сюндцря билмязди. 2) Йох, мян бу бойда щагсызлыьа суса билмярям. 3) ―Буну 
мяним цряйим эютцрмяз, Орхан.” — демишди, анъаг Орханын тякидиндян сонра сусуб тяслим олмушду. 4) 
Юмрцнц виъдан аьрысы чякмядян йашамагистяйян алим бу йолдан узаг олмалыды, Эцлц. Bilmək feli yönlük 
halda  olan sözlərlə  birləşərək  mürəkkəb  xəbər tərkibi  yaradırlar.  Məsələn,  Bуна  эюря  о,  юзцнц йаман  пис 
щисс еляйирди, ня ися демяк истяйирди Орхана, лакин фикрини щеч ъцр ъямляшдиря билмирди. (Ə.Hacızadə Əsərləri, 
X cilddə, V cild, Bakı, 2004)  
Feili  xəbərdən  fərqli  olaraq,  ismi  xəbərin  ifadə  vasitələri  daha  genişmiqyaslıdır.  Belə  ki,  ismi  xəbər 
isim, sifət, say, əvəzlik, zərf, feli sifət, məsdər və onların tərkibləri və ismi birləşmələrlə ifadə oluna bilir.   
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
86 
 
 
 
AZƏRBAYCAN DĠLĠ FRAZEOLOGĠYASININ TƏġƏKKÜLÜ 
Mənsümova S.Ə. 
Azərbaycan Dillər Universiteti 
 
Frazeoloji  vahid  iki  və  ya  daha  çox  tam  mənalı  sözün  tarixən  birləşməsindən  ibarət  olub, 
komponentləri  sintaktik  və  semantik  cəhətdən  parçalanmayan,  quruluşca  sərbəst  söz  birləşməsinə  və  ya 
cümləyə oxşayan, mənaca sözə, söz birləşməsinə və ya cümləyə ekvivalent olan, dildə hazır şəkildə mövcud 
olub,  ənənəyə  görə  ya  bir  formada,  ya  da  qrammatik  cəhətdən  dəyişdirilərək  işlədilən  konstruksiyalara 
frazeoloji  vahid  deyilir.  Hər  bir  dil  mürəkkəb  frazeoloji  sistemə  malikdir.  Hər  hansısa  bir    dilin 
frazeologiyasını  bilmək həmin dilə mükəmməl yiyələnməyin yollarından biridir. Bu dildə mənimsənilən ən 
çətin laydır. Dildəki frazeoloji vahidlər dilin daşıyıcısı olan xalqın tarixi, onun psixologiyası, düşüncə tərzi 
ilə  birbaşa  əlaqədardır.  Bu  baxımdan  Azərbaycan  dili  frazeologiyasının  keçdiyi  inkişaf  yolunu  araşdırmaq 
həm xalqımızın tarixi, həm də oğuz qrupu türk dillərinin frazeoloji layının öyrənilməsində böyük əhəmiyyətə 
malikdir.  
 
 
Azərbaycan  və  digər  türk  dillərində  frazeoloji  vahidlərin  dildə  işlənməsi  qədimlərə  doğru  getdikcə 
nisbətən azalır. Onların müəyyən qismi, xüsusən, türk dillərinə ―baş sözlər‖ əsasında formalaşırlar. Aparılan 
araşdırmalar nəticəsində məlum olur ki, frazeoloji vahidlərin işlənməsi Orxon-Yenisey abidələrinin yazıldığı 
dövrə  aparıb  çıxarır.  Bu  da  onu  göstərir  ki,  frazeoloji  vahidlərin  Azərbaycan  dilində  işlənmə  tarixi  daha 
qədimdir.  Müharibə  aparmaq,  öldürmək  mənasında  hal-hazırda  dilimizdə  işlənən  qan  tökmək  frazeoloji 
vahidi  eyni  fonetik  tərkibdə      ―Orxon-Yenisey‖  abidlərinin  dilində  rast  gəlinir.  Kütikinin  şərəfinə  yazılmış 
kitabədə  də  ―Türk  bodun  üçüntün  udımadım,  küntüz  olurmadım‖.  Bu  ifadə  oğuz  qrupu  türk  dillərindən 
Azərbaycan, türk və türkmən dillərində gecə gündüz bilməmək, gecəsini gündüzünə qatmaq mənasında aktiv 
halda  işlənməkdədir.  ―Kitabi-  Dədə  Qorqud‖  dastanlarının  dilində  də  frazeoloji  vahidlər  üzərində 
araşdırmalar  aparılmış  və  belə  nəticəyə  gəlinmişdir  ki,  dastanlarda  istifadə  olunan  frazeoloji  vahidlər 
semantik və struktur cəhətdən müasir dövrlə müqayisədə həm oxşar, həm fərqli işlənir. 
1)Müasir dilimizlə eyni struktur və semantikada işlənənlər: 
Üzü  gülməmək-  şad  olmamaq;  Bu  evi  xarab  olası  ərə  varalıdan  bəri  dəxi  üzüm  gülmədi  qarnım 
doymad
ı.  
qan
ını almaq – intiqam almaq; 
Çoban aydır: – Ağam Qazan, sən evin almağa gedirsən, mən dəxi qarındaşımın qanın almağa gedirəm 
2)Komponentlərinin hər ikisi arxaik səciyyə daşıyanlar: 
al doda
ğım ayası- dilimin əzbəri   
 
3)Semantik  c
əhətdən  eyni  məna  daşıyan,  tərkibindəki  sözlərdən  biri  arxaik  səciyyə  daşıyanlar 
barma
ğını ısırmaq – barmağını dişləmək 
4)Tərəfləri həm dastanda, həm də müasir dilimizdə işlək sözlərdən ibarət olanlar: yola girmək – yola 
düşmək; gözə dönmək – üzü dönmək   
 
 
 
Türk  dillərinin  yazılı  abidəsi  olan  ―Divani-lügət-it  türk‖  əsərində  də  müasir  dövrün  frazeoloji 
fondunuN  zənginləşməsinə  kömək  edən  və  xüsusiyyətlərini  əks  elətdirən  frazeoloji  vahidlərlə  qarşılaşırıq. 
Məsələn,  burada  işlənən  öc  almaq,  and  içmək  kimi  ifadələr  müasir  dilimizdə  eyni  semantik  və  struktur 
xüsusiyyətlərə  malik  birləşmələrdir.  Bu  birləşmələr  müxtəlif  fonetik  variantlarda  digər  türk  dillərində  də 
işlənir. 
Sonrakı  dövrlərə  getdikcə  frazeoloji  vahidləin  işlənmə  çəkisi  artır.  XIII  əsrdə  işlənən  frazeoloji 
vahidlər,  əsasən,  türk-mənşəli  baş  sözlər  əsasında  formalaşır.  Məsələn:  ayrı  düşmək,  aradan  çıxmaq,  əldən 
qoymamaq və s. Artıq XVI  əsrdən etibarən Füzulinin dilində türk mənşəli frazeoloji vahidlərlə yanaşı, baş 
sözləri  fars  və  ərəb  mənşəli  olanlara  da  rast  gəlinir.  Məsələn:  göftar  düşmək,  tab  gətirmək  və  s.  Aparılan 
tədqiqatlar  onu  göstərir  ki,  sonrakı  əsrlərdə  işlədilən  frazeoloji  vahidlərin  bəziləri  müəyyən  dəyişikliyə 
uğramış,  bəziləri  arxaikləşərək  passiv  fonda  keçmişdir.  Ancaq  müasir  dövrə  qədər  frazeoloji  vahidlərin 
kəmiyyət  artımı  sürətlə  davam  etmişdir.  Müasir  dövrümüzdə  işlənən  frazeoloji  vahidlər,  demək  olar  ki, 
əvvəlki dövrün  frazeoloji vahidlərindən fərqlənirlər. 
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin