AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
87 
 
 
 
MÜASĠR TÜRK DĠLLƏRĠNDƏ FEĠLĠN ġƏXSSĠZ FORMALARININ ÖYRƏNĠLMƏSĠNƏ DAĠR 
Məşədiyeva A.Ə. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Türk  dillərində  feilin  şəxssiz  formalarının  problemləri  dilçilərin  diqqətini  cəlb  etməkdə  davam  edir. 
Məlumdur ki, feilin şəxsli, dəyişən formaları ilə yanaşı, dildə həm də şəxssiz formaları – feili bağlama, feili 
sifət və məsdər fəal işlədilir. Feilin şəxssiz formaları öz qrammatik xassələrinə görə feilin xüsusi formasıdır.  
 Türk  dillərində  feilin  şəxssiz  formalarının  tədqiqi  feil  formalarının  öyrənilməsi  ilə  bərabər  hələ  türk 
dillərinin  ilk  elmi  qrammatikalarından  başlanmışdır:  A.M.Kazımbəyovun  ―Türk-tatar  dilinin  ümumi 
qrammatikası‖  (1846),  P.M.  Melioranskinin  ―Qazax-qırğız  dilinin  qısa  qrammatikası‖  (1894),  V.A. 
Qordlevskinin  ―Türk  dili  qrammatikası‖  (1928),  X.  Cevdetzadə  və  A.N.  Kononovun  ―Müasir  türk  dili 
qrammatikası‖ və başqa mənbələrdə bunun şahidi oluruq. 
Türk  dillərində  feilin  şəxssiz  formalarının  məqsədyönlü,  hərtərəfli  tədqiq  edilməsi,  əsasən,  türk 
dillərinin  həm  orta  əsr,  həm  də  müasir  yazılı  abidələrinin  elmi  və  tədris  qrammatikaları  tərtib  olunub  nəşr 
edilməyə  başlayanda  diqqət  mərkəzində  olmuş,  geniş  tədqiqat  obyektinə  çevrilmişdir.  Belə  ki,  qırğız 
(Batmanov 1940), türk (Kononov 1941, 1956), şor (Dırenkova 1941), başqırd (Dmitriyev 1948), tuva (1961), 
türkmən  (1970),  Azərbaycan  (1971),  xakas  (1975),  müasir  başqırd  ədəbi  dilinin  (1981)  və  başqa  türk 
dillərinin akademik qrammatikalarında feilin şəxssiz formalarına xüsusi paraqraflar və bölmələr ayrılmışdır.  
L.A.Pokrovskaya  qeyd  edir  ki,  feili  sifət,  feili  bağlama  və  məsdər  quruluşlarının  qrammatik 
statuslarının  və  sintaktik  funksiyalarının  müəyyən  edilməsi  məsələsi  türk  dilçiliyində  ən  mürəkkəb  və 
mübahisəli məsələlərdən biridir.  
 Həmin  məsələ  A.N.Kononov  (1956),  L.N.Xaritonov  (1960),  B.A.Serebrennikov  (1963),  L.A. 
Pokrovskaya  (1964,  1976),  D.M.Nasilov  (1966),  A.M.Şerbak  (1977,  1981),  P.İ.Kuznetsov  (1982),  D.Q. 
Tumaşeva (1986), V.Q.Quzevin (1990) və başqalarının əsərlərində öz həllini tapmışdır.  
 Tədqiqatçılar  türk  dillərində  feili  sifətlərin  və  feili  bağlamaların  xassələri  barədə  müxtəlif  fikirlər 
söyləmişlər.  Bəzi  türkoloqlar  feili  sifətlərə  feili  isim  kimi  baxırlar,  onları  feilin  mənalarını  itirmiş  hesab 
edirlər  və  ismə  və  sifətə  çevrilmələrini  iddia  edirlər.  Bir  qrup  tədqiqatçılar  isə  feili  sifətləri  tamamilə  feil 
formalarına  aid  edirlər  (onları  feilin  əmələgəlmə  formalarından  biri  hesab  edirlər),  eyni  zamanda  onları 
müxtəlif cür adlandırırlar: feili isim formaları; feili isim, feili sifət. Türkologiyada ayrı-ayrı türk dillərində 
feili sifət formalarına həsr olunmuş əsərlər çoxdur. Bu əsərlərdə feili sifət formaları demək olar ki, praktiki 
cəhətdən bütün istiqamətlərdə (müqayisəli-tipoloji, müqayisəli-tarixi və s.) nəzərdən keçirilmişdir.  
 Məsələn, qazax dilində feili sifətləri J.Bolatov tədqiq etmişdir (1955). D.S.Nasırov öz araşdırmalarını 
qaraqalpaq  dilinin  feili  sifətlərinə  həsr  etmişdir  (1954),  T.Quzıçev  (1971)  türkmən  dilinin,  Q.Q.Filippov 
(1996, 1999) yakut dilinin feili sifətlərini araşdırmışdır. A.L.Filippov (2004) ―Çuvaş və oğuz dillərində feili 
sifət‖ adlı əsərini müqayisəli-tarixi nöqteyi-nəzərdən tədqiq etmişdir. F. Y.Korş (1907), A.N.Kononov (1951, 
1954),  N.A.Baskakov  (1969),  Y.İ.Ubryatova  (1976)  feili  si-fətlərin  təsnifatı  və  mənşəyi  məsələlərini 
araşdırmışlar.  
Türkologiyada  feili  bağlama  formalarının  tədqiqinə  V.Əliyev,  N.T.Sauranbayev,  A.M.Xosrovi,  M. 
Əsgərova,  İ.P.Pavlov,  A.Tursunov,  Y.D.Canmavov,  Y.Seyidov,  N.A.  Baskakovun  və  başqalarının  əsərləri 
həsr edilmişdir.  
Feilin şəxssiz formalarının işlənmə problemi, onların başqa nitq hissələrinə keçidi, həmçinin, morfoloji 
və  sintaktik  funksiyalarının  təzahürü  xüsusiyyətləri  ilə  bağlı  indiyədək  bir  sıra  həll  olunmamış  məsələlər 
qalır.  
Yuxarıda qeyd etdiyimiz kimi, feilin şəxssiz formaları çoxdan tədqiqatçıların diqqətini cəlb edir. Türk 
dillərinin  morfoloji  quruluşunun  nəzəri  anlamına  dair  əsərlərin  meydana  çıxmasından  sonra  feilin  şəxssiz 
formaları geniş dil materiallarında xüsusi tədqiqat obyekti olmuşdur.  
Yaranmış  şəraitdə  dillərin ayrı-ayrı  fraqment  və  formalarını  müqayisə  etmək  son  dərəcə  mühümdür. 
Əgər nəzərə alsaq ki, dillər mürəkkəb, bütöv bir sistemdir, onlara, ümumiyyətlə, konkret dil elementlərinə 
ardıcıl  baxmadan  müqayisə  etmək  çətindir.  Türk  dillərində  geniş  təqdim  olunan  feilin  şəxssiz  formaları 
sistemi  buna  misal  ola  bilər.  Türk  dillərində  feilin  bu  formalarının  tərkibinin,  forma  və  qrammatik 
mənalarının müfəssəl müqayisəli tədqiqi həm ümumi, həm də spesifik cəhətləri aşkar etməyə imkan yaradır. 
Bu isə qohum dillərin öyrənilməsində son dərəcə mühüm rol oynayır. Müqayisə olunan dillərin şəxssiz feil 
formaları bir çox cəhətdən oxşardır, feil sistemində geniş sinif təqdim edir, çox baxışlı semantik-funksional 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
88 
 
 
statusa  malikdir.  Lakin  onların  oxşarlığına  baxmayaraq,  türk  dillərində  feilin  şəxssiz  formalarının  bir  sıra 
fərqli  və  spesifik  xüsusiyyətləri  var.  Bu  da  onların  həm  semantik,  həm  də  fonetik-morfoloji  quruluşunda 
özünü büruzə verir.  
Müxtəlif  türk  dillərinin  feili  bağlamaları  xüsusi  tədqiqat  obyektinə  çevrilmişdir.  V.Əliyev  (1989) 
Azərbaycan  dilinin  feili  bağlamasını  ətraflı  araşdırmışdır.  Q.Məmmədov  Azərbaycan  dilinin  yazılı 
abidələrində feili bağlama formalarını geniş tədqiq etmişdir. Azərbaycan dilinin feili bağlamalarına həmçinin 
Y.Seyidovun  və  B.X.Cəfərovanın  əsərlərində  baxılmışdır.  Feili  bağlamanı  qazax  dilində  N.T.Sauranbayev 
(1944), türkmən dilində A.M.Xosrovi (1950), özbək dilində M. Əsgərova (1950), çuvaş dilində İ.P. Pavlov 
(1953), qırğız dilində isə A. Tursunov (1958) araşdırmışlar. Y.D. Canmavovun (1967) monoqrafik tədqiqatı 
qumuq dilinin feili bağlamalarına həsr edilmişdir.  
Türkologiyada  feili  sifətlərin  xüsusi  öyrənilməsinə  ötən  yüzilliyin  50-ci  illərində  başlanmışdır.  Ötən 
müddət  ərzində  feili  sifətlərin  morfoloji  xüsusiyyətləri,  sintaktik  quruluşu  tədqiq  edilmiş,  müasir  türk 
dillərində  feili  sifətlərin  ayrı-ayrı  formalarının  təsnifatı  işlənmiş,  etimologiyası  aşkar  edilmişdir.  Feili 
sifətlərin  öyrənilməsi  həmçinin  zaman  formalarının,  feili  formaların,  feilin  məsdər  formalarının,  analitik 
quruluşların, dialektologiyanın inkişaf problemlərinin tədqiqi ilə əlaqədar aparılmışdır.  
 Belə ki, hazırda feili sifətlər ayrı-ayrı türk dillərinin sintaktik quruluşunun bütün sisteminin inkişafına 
hiss olunan dərəcədə təsir edir. Hazırda türk dillərində feili sifətlərin ən aktual problemləri aşağıdakılardır: 
qohum  və  yad  dillərdə  feili  sifət  sistemlərinin  müqayisəli-tarixi  və  müqayisəli  öyrənilməsi;  türk  dillərində 
feili  sifətlərin,  ümumiyyətlə,  ədəbi  dilin  sintaksisinin  inkişafında  rolu,  feili  sifətin  sistem  yaradan  sintaktik 
funksiyası ilə bağlı olan nəzəri məsələlər, onun feillərin başqa funksional formaları ilə sinxron və diaxronik 
nöqteyi-nəzərdən semantik-morfoloji əlaqələri və s.  
Türkoloji  ədəbiyyatda  ayrı-ayrı  türk  dillərində  feili  sifətlərin  hərtərəfli  öyrənilməsinə  həsr  olunmuş 
əsərlər  çoxdur.  Məsələn,  çuvaş  dilində  feili  sifətləri  İ.A.Andreyev  tədqiq  etmişdir.  J.Bolatov,  V.Əliyev, 
Q.İ.Mirzəyev, Q.Q.Filippov, D.S.Nasırov, T.Quzıçıyev, C.Muxtarov və V.N.Tadıkin öz araşdırmalarını feili 
sifət formalarına həsr etmişlər.  
Türk dillərində feili sifətlərin təsnifi və mənşəyi problemləri N.A.Baskakov, F.Y.Korş, A.N. Kononov 
və Y.İ.Ubryatovanın əsərlərində öz əksini tapmışdır.  
Feili sifətlər həmçinin müasir türk dillərinin sintaktik quruluşuna kifayət qədər təsir edir. Qeyd etmək 
lazımdır  ki,  türk  dillərində  feili  sifət  formalarının  sintaktik  funksiyaları  mürəkkəb  cümlələrin  quruluşunda 
hakim  yerlərdən  birini  tutur.  Beləliklə,  türk  dillərində  sintaksisə  N.Z.Hacıyeva,  A.P.  Potseluyevski,  Y.İ. 
Ubryatova və V.Q.Quzev kimi dilçilərin fundamental əsərləri həsr edilmişdir. Türk dillərində feili sifətlərin 
sintaktik funksiyalarının tədqiqi L.A.Pokrovskaya və Ş. Satın əsərlərində öz əksini tapmışdır.  
Məlum olduğu kimi, türk dillərində feilin şəxssiz formalarının sıralarına feili sifət və feili bağlama ilə 
yanaşı, həm də məsdər və hərəkətin adları (ad hərəkət) daxildir. Bəzi türkoloqlar (Dmitriyev, 1948) hesab 
edirlər ki, məsdər feilin ayrıca forması kimi bütün türk dillərində inkişaf etməmişdir. Bununla yanaşı, hazırda 
bu  və  ya  başqa  mövcud  türk  dillərində  məsdərlərə  həsr  olunmuş  tədqiqat  işləri  var.  Məsələn:  B.Borovkov 
(1935)  uyğur  dilində  məsdərin  mövcudluğunu  göstərir,  M.  Nişanov  (1978)  isə  məsdəri  özbək  dilində 
müqayisəli nöqteyi-nəzərdən araşdırmışdır. Qaqauz dilində məsdərlərin formantını L.A.Pokrovskaya (1990) 
tədqiq  etmişdir.  Müasir  qırğız  dilində  hərəkətin  adla-rını  B.Toyçubəyova  müfəssəl  şəkildə  təhlil  etmişdir. 
Başqırd dilində isə feilin məsdər formalarını K.Q. İşbayev işləmişdir. Lakin müasir türk dillərində məsdərin 
qrammatik  statusunun  qeyri-müəyyənliyi  ilə  əlaqədar  mübahisəli  suallar  meydana  çıxır.  Belə  ki,  feilin 
şəxssiz formaları mövcud müasir türk dillərində sistemli şəkildə tədqiq olunmamışdır. 
 
 
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ AZƏRBAYCAN DĠLĠNƏ DÖVLƏT QAYĞISI 
Mikayılova S.K., Aydəmirova F.Q. 
Bakı Slavyan Universiteti 
 
Azərbaycan  dili  dünyanın  inkişaf  etmiş  zəngin  dillərindən  biridir.  Azərbaycan  dövlət  müstəqilliyi 
qazandıqdan sonra bu dil öz işlənmə arealını daha da genişləndirmiş və ən yüksək beynəlxalq tribunalardan 
eşidilməyə başlanmışdır. 
Məlumdur  ki,  hər  hansı  bir  dilin  dövlət  dili  statusuna  yüksəlməsi  əlamətdar  tarixi    hadisə,  milli 
dövlətçilik  tarixinin  qızıl  səhifəsidir.  Bu  məqam  millətin  millət  olaraq  təsdiqidir.  Çünki  dilin  dövlət  dili 
statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
89 
 
 
dilinin zənginliyinin sübutudur. Nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup 
sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 
70-i keçmir. Başqa sözlə, hazırda dünyada mövcud olan dörd mindən çox dilin cəmi 70-i dövlət dili statusu 
daşıyır ki, onlardan biri də öz gözəlliyi, zənginliyi və ifadə imkanlarınıln genişliyi ilə seçilən Azərbayacan 
dilidir.  Bu  mənada,  dilin  dövlət  dili  statusu  qazanması,  həqiqətən,  qürur  gətirən  tarixi  hadisədir.  Sovet 
dönəmində  rəsmi  sənədlərdə  bu  dil  dövlət  dili  kimi  təsbiit  olunsa  da,  yüksək  tribunalarda  ondan  istifadə 
xüsisi cəsarət tələb  edirdi. Ulu  öndər  Heydər  Əliyev  hələ  Bakı  Dövlət  Universitetinin  50 illik  yubileyində 
Azərbaycan dilində çıxış edib: ―Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən 
mən  öz  ana  dilimi  çox  sevir  və  bu  dildə  danışmağımla  fəxr  edirəm‖  demişdir.  Az  keçməmiş  bu  dil  dövlət 
əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət 
dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. 
Son dövrlər Azərbaycan dilinin milli dövlət rəmzlərindən biri olaraq istifadəsi onun əsaslı tədqiqi və 
təbliği üşün xüsusi zəmin yaratmışdır. Lakin müsir qloballaşma şəraiti – elm və texnikanıln sürətli inkişafı 
Azərbbaycan  dilinin  zənginləşdirilməsini,  tətbiqini  və  ölkədə  dilçiliyin  inkişafını  yeni  səviyyəyə 
yüksəldilməsini tələb edir.  
Təsadüfi  deyil  ki,  1990-cı  illərin  əvvəllərindən  günümüzə  kimi  Azərbaycan  dili  ilə  bağlı  dövlət  çox 
ciddi  sənədlər qəbul etmişdir. Onların bəzilərinin adlarını çəkmək yetər ki, milli dövlətçilikdə dil siyasətinin 
istiqamətləri, doğma dilə dövlət qayğısı haqqında əyani təsəvvür yaransın 
1)
 
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili 
elan olundu. 
2)
 
―Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi‖  haqqında  18  iyun  2001-ci  il  tarixdə  ölkə 
Prezidenti tərəfindən 506 nömrəli fərman imzalandı. 
3)
 
―Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında‖ 9 avqust 2001-ci il 
tarixli 552 saylı Prezident fərmanı verildi. 
4)
 
2002-ci  ildə  ―Azərbaycan  Respublikasının  dövlət  dili  haqqında‖  Azərbaycan  Respublikasının 
Qanunu qəbul edildi. 
5)
 
Azərbaycan  Respublikası Prezidentinin  ―Azərbaycan  Milli  Ensiklopediyasının nəşri  haqqında‖ 
2004-cü il 12 yanvar tarixli 55 saylı sərəncamı verildi. 
6)
 
2004-cü il 12 yanvar tarixli 56 saylı sərəncamda isə latın qrafikalı yeni Azərbaycan əlifbası ilə 
dərsliklərin,  elmi  əsərlərin,  lüğətlər  və  bədii  ədəbiyyat  nümunələrinin  çap  olunaraq  istifadəyə  verilməsi 
nəzərdə tutulurdu. 
7)
 
―Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə 
dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında‖  Azərbaycan  Respublika  Prezidentinin  imzaladığı 
sərəncam və qəbul edilən müvafiq Proqram (―Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə 
uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖  Dövlət  Proqramı)  və  s.  bu  kimi  sənədlər  doğma 
dilimizin  qloballaşmaqda  olan  dünyada  zamanın  tələblərinə  uyğun  istifadəsində,  gənc  nəsildə 
azərbaycançılıq məfkurəsinin, ana dilinə sevgi hissinin aşılanmasında mühüm rol oynadı. 
Sonuncu sənədə görə, 2013  – 2020-ci illər ərzində aşağıdakıların həyata keçirilməsi bir məqsəd kimi 
qarşıda durur: 
1)
 
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması;  
2)
 
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək
3)
 
 ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması; 
4)
 
dilçiliyin  aparıcı  istiqamətlərində  fundamental  və  tətbiqi  tədqiqatların  inkişafına  yönəldilmiş 
yaradıcılıq səylərinin birləşdirilməsi; 
5)
 
dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etmək. 
Beləliklə,  müstəqil  dövlətin  atributlarından  biri  olan  ana  dilimizin  qorunması  və  zamanın  tələblərinə 
uyğun istifadəsi hər birimizin vətəndaşlıq borcudur. 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
90 
 
 
 
MÜSTƏQĠLLĠK DÖVRÜ AZƏRBAYCAN POEZĠYASINDA ĠMLA QAYDALARI VƏ DURĞU ĠġARƏLƏRĠ 
Mirzəyeva G.Ə. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Durğu işarələrinin şifahi nitqdə müstəsna rolu vardır. A. P. Çexovun sözləri ilə desək, durğu işarələri 
yazılı nitqin notlarıdır. Yazılı nitqin formalaşmasında mühüm bir vasitə olan durğu işarələri  kommunikativ 
funksiyaya  malikdir.    Cümlənin  düzgün,  dəqiq  tələffüzündə,  fikrin  dəqiq  və  emosional  təsir  gücünün  
artırılmasında, durğu işarələrinin rolu böyük əhəmiyyətə malikdir. 
Durğu işarəsi yazılı nitqin daha yaxşı başa düşülməsinə xidmət edir. Şifahi nitqdə səlislik, aydınlıq və 
sairə, əsasən, pauza, intonasiya və vurğu ilə ifadə edilir‖. Deməli, durğu işarələri nitqin sintaktik cəhətdən 
bölünməsinə, cümlələrin sərhədini müəyyən etməyə, intonasiya və  məna çalarlığını   əks etdirməyə kömək 
məqsədi ilə işlədilən işarələrdir. 
Dilimizdə  durğu  işarələrinin    nə  qədər  vacib  və  müstəsna  rolu  olduğundan  danışarkən    müasir 
poeziyada durğu işarələrindən istifadə olunmasına qısa nəzər salmağı lazım bilirik. Belə ki, müasir şairlərin 
şeirlərini oxuyarkən durğu işarələrindən düzgün istifadə olunmamasının şahidi oluruq. Məsələn: 
Qoy gəlim, qısılım sənə 
bəlkə bir ilğımdı qorxub qaçdıqlarımız 
bəlkə yaxınlaşsaq yox olacaq?... 
                                               (Fəridə Məmmədova, 32) 
Burada ―bəlkə‖ modal sözündən sonra, həmcins üzvlərdən sonra vergülün qoyulmaması, birinci sətrin 
sonunda  nöqtənin işlənməməsi diqqəti çəkir. 
Müstəqillik illərində yaranmış poeziya nümunələrində əvvəlki illərdən fərqli olaraq, rast gəldiyimiz bir 
məqama  da  diqqət  çəkmək  istərdik.  Belə  ki,  bu  illərdə  yazılmış  (xüsusən,  gənc  nəsil  tərəfindən)  şeirlərdə 
imla  qaydalarına  qarşı  sanki  üsyan  nümayiş  olunur.  Bu  şeirlərdə  sətirlərin  kiçik  hərflə  başlanılması, 
cümlələrin  ―və‖  əvəzliyi  ilə  başlanması,  durğu  işarələrindən  istifadə  edilməməsi  ilə  tez-tez  rastlaşmaq 
mümkündür. 
kirpiklərin arasındakı başlıq (intəhasız) 
günbatana tələsən 
nəhəng gəmilərdə ilişib qalır. 
mənimsə fikirlərim 
önümüzdəki maviyə 
skafandrsız dalır. 
                                 ( Babək Ağayev) 
Və ya:  
indi yağan yağışlar romantika yox  
can ağrısıdı, 
indi köçən durnalar ölümü yada salır 
mənə ancaq yazmaq qalır 
tələsə-tələsə... 
qocalmadan... 
unudulmadan... 
                         ( Cəlil Cavanşir) 
Göründüyü kimi, hər iki şairdən gətirdiyimiz nümunədə cümlələr kiçik hərflə başlanılmışdır. 
Bilən varsa, desin: 
mən kiməm, haralıyam? 
Və hələ də bilmirəm nə istəyirəm.  
                                  (Fəridə Məmmədova, 15) 
        Eyni  mənzərə  ilə  Şəhriyar  de  Geraninin  yaradıcılığında  da  rastlaşırıq.  Onun  ―darıxmağın  adı‖  
kitabında əsərin adı və bütün şeirlər kiçik hərflərlə yazılmışdır. 
      nə deyim? 
      gərək hamının göy üzündə kimisə olsun  
      mütləq olsun  
      allah haqqı düz deyirəm 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
91 
 
 
      mən bütün günəşli günlərdə göyə baxıb 
      doqquzacan  sayıram. 
                                     (Şəhriyar de Gerani.s.22. bir ovuc əllərin...) 
Fəridə Məmmədovadan gətirdiyimiz nümunədə ―və‖ bağlayıcısı ilə cümlə başlayır. Halbuki ədəbi dil 
normalarına əsasən, ―və‖   birləşdirmə bağlayıcısı mürəkkəb cümlələrin arasında işlənib, onları bağlamağa 
xidmət edir.  
Araşdırma  nəticəsində  bu  fikrə  gəldik  ki,  müasir  Azərbaycan  şeirinin  dilində  durğu  işarələrinin, 
punktuasiya  qaydalarının  işlənməsinə  riayət  olunmur.  Ümumiyyətlə,  gənc  nəsil  şairləri  üçün  şeir 
yaradıcılığında durğu işarələrindən istifadə  o qədər də əhəmiyyət daşımır. Halbuki punktuasiya qaydalarının 
nitqin ifadəliliyində, dəqiqliyində, düzgünlüyündə müstəsna  rolu vardır.  
 
 
AZƏRBAYCAN VƏ ALMAN ATALAR SÖZLƏRĠNĠN TOPLANMASINA DAĠR 
Muradov M.S. 
Bakı Slavyan Universiteti 
 
Hər bir dilin kamil ifadə forması hesab edilən atalar sözləri xalqın həyatını müdrikliyini, xalq ruhunu 
bir  başa  özündə  əks  etdirir.  Atalar  sözü  ümumi  birgə  həyatın  dəyərlərini,  normalarını  və  münasibətlərini 
özündə göstərir. Dilçi və ədəbiyyatşünas alim Volfqanq Mider üçün atalar sözü həyat normalarını və yaxud 
müdrikliyini tutarlı, qısa formada ifadə edən, ümumən məlum, sabitləşmiş cümlədir. İspaniyalı yazıçı Migel 
De Servantes atalar sözünü aşağıdakı kimi ifadə edir: ―Atalar sözü uzun təcrübəyə dayanan qısa cümlədir‖. 
M.İ.  Mixelson  isə  dərc  etdiyi  lüğətində  atalar  sözləri  və  zərbi-məsəllərin  xalq  müdrikliyinin  çoxəsrlik 
təcrübədən  alınmış  əsas  mahiyyətini  belə  ifadə  edir:  ―Atalar  sözləri  insan  ruhunun  dünyəvi  hissiyat  ilə 
qovuşaraq  müəyyən  bir  hadisəyə  münasibətdə  milli  dilin  daxili  yaruslarına  nüfuz  etməklə,  özünə  dilin 
ifadələri şəklində yer açmışdır‖.  
Azərbaycan  və  alman  atalar  sözlərinin  əldə  olan  yazılı  abidələrinə  qısa  şəkildə  nəzər  yetirməklə, 
məkan  etibarı  ilə  müxtəlif  coğrafi  ərazilərdə  məskən  salmış  xalqların  milli  sərvətlərinin  tarixi  mənbləri  ilə 
yaxından tanış olmaq imkanı əldə edəcəyik. 
Azərbaycan və eləcə də türk xalqlarının ümummilli ortaq sərvəti hesab edilən ―Kitabi-Dədə Qorqud‖ 
dastanı  atalar  sözləri  ilə  zəngin  bir  dastandır.  Qorqut  Ataya  aid  olunan  yetmişdən  artıq  paremik  yazıya 
alınmışdır. Türk dünyasının ensiklopedik lüğəti hesab olunan Mahmud Kaşğarinin ―Divanu Luğat-It-Turk‖ 
əsərində 318 atalar sözü verilmişdir. ―Oğuznamə‖ əsərində 2000-ə qədər atalar sözü və  zərbi-məsəl, XVIII 
əsr abidəsi ―Əmsali-türkanə‖də 1000-dən artıq atalar sözü və xalq məsəli özünə yer almışdır. Qeyd olunan 
mənbərlərdə atalar sözləri sistematik və ardıcıl şəkildə toplanıb nəşr olunmamışdır. Azərbaycan dilçiliyində 
atalar sözlərinin toplu halına gətirilib nəşr olunması XIX əsin sonları və XX əsrin əvvələrinə təsadüf edir. Bu 
sahədə  Eynəlibəy  Sultanovun  (―Татарские  пословцы‖  adlı  məqalə:  1891-ci  ildə  ―Новое  обозрение‖  
jurnalında,  ―Образщики  азербайджанский  народный  литературы‖  adlı  məqalə:  ―Кавказ‖  (№247) 
jurnalında  nəşr  olunmuşdur),    İbrahim  Məhərrəmzadənin,    Məhəmmədvəli  Qəmərlinin  (1899-cu  ildə  52 
səhifədən ibarət çərəkədə atalar sözü və məsəllər), Mühəmməd ibn Vəli Qulu (―Vətən dili türki məsəllər və 
yaxud «Əmsalüləcəm» adlı kitabı), Axundzadə Mirzə Əli ibn Hacı Molla Mustafa Əlbadkubeyninin (―Kitabi 
təcridüllüğat‖  adlı  farsca-türkcə  lüğəti,  198  türk  atalar  sözü  ilə  birlikə)  xidmətləri  təqdirəlayiqdir.  Adları 
keçən mənblərdə də Azərbaycan atalar sözlərinin geniş və sistemli formada toplanması Hənəfi Zeynallı və 
Əbülqasım Hüseynzadənin adı ilə bağlıdır. H.Zeynallı 1926-cı ildə nəşr etdirdiyi ―Azərbaycan atalar sözü‖ 
adlı  kitabı  bu  dövrə  qədər  olan  nəşrlərdən  həm  ilk  tədqiqat  xarekterli  olması,  həm  də  atalar  sözlərinin 
çoxluğu  ilə  fərqlənir.  Əbülqasım  Hüseynzadə  Azərbaycan  atalar  sözlərinin  tədqiqinə  dair  17  kitab  həsr 
etmişdir.  İlk kitabını 1926-cı ildə Məhəmməd Hatiflə birgə nəşr etdirmişdir. Qeyd olunan əsərlərlə yanaşı, 
bu  dövrlərdə  atalar  sözləri  ilə  bağlı  Böyükağa  Hüseynov  tərəfindən  qələmə  alınan  ―Rəvayətli  ifadələr‖ 
əsərini özündən əvvəlkilərdən fərqləndirən başlıca cəhət ondan ibarət idi ki, burada toplanan ifadələrin uzun 
zaman ərzindən keçərək bu günki dövrə qədər keçdiyi yolun tarixçəsi izah edilir.  
Ən  qədim  alman  atalar  sözünə  (IX  əsrdə)  orta  əsr  ali  alman  dilində  yazıya  alınan  ―Hildebrand 
nəğməsi‖ əsərində rast gəlinir. Bu əsər özündə xalqların böyük köçünü ehtiva edən atalar sözüdür: ―mit gêru 
scal man geba infâhan, ort widar orte‖ ("Mit dem Speere soll man die Gabe empfahen Spitze gegen Spitze
 

– ―İki qoçun başı bir qazanda qaynamaz‖). Artıq XI əsrdə isə bəzi alman atalar sözləri rahib Notker Labeon 
tərəfindən əsərində qələmə alınmışıdır. İlk alman atalar sözləri toplu halında 1023-cü ildə Eqbert fon Lüttix 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
92 
 
 
tərəfindən  qələmə  alınan  „Fecunda  ratis―  (―Das  vollbeladene  Schiff‖  –  ―Tam  yüklənmiş  gəmi‖)  hesab 
olunur.  Həmin əsərdə atalar sözləri ilə yanaşı onların latın dilində qarşılığı da verilmişdir.  
Artıq XV və XVI əsrlərin kəsişməsində alman atalar sözlərinin toplanmasında yeni bir dövr başlandı. 
Erazmuz  fon  Rotterdamın  1500-cü  ildə  yazdığı  „Adagiorum  collectanea―  („Gesammelte  Sprichwörter―-
„Toplanmış  atalar  sözü―)  kitabı  o  dövr  üçün  böyük  bir  hadisəyə  çevrilmişdir.  XV  və  XVI  əsrləri  məhşur 
alman  dilçi  alimi  Volfqanq  Flayşer  alman  atalar  sözləri  üçün  çiçəklənmə  dövürü  hesab  edir.  XVII  əsrin 
ortalarına qədər alman atalar sözü özünün ən yüksək inkişafına nail olmuşdur. Sebastian Brant, Hans Zaks və 
başqaları xalq dilində olan ifadləri ədəbiyyat sahəsində istifadə oluna biləcək mərtəbəyə qaldırmışlar. Martin 
Luter  1522-1534-cü  illərdə  İncilin tərcüməsi  ilə artıq bu  vaxta  qədər  latın  və  alman  dilində  işlənən  İncildə 
olan  atalar  sözlərinin  xəlqiliyinə  və  yayılmasına  nail  olmuşdur.  Artıq  Sebastian  Frank  „Sprichwörter― 
(„Atalar  sözləri―  red:  bu  əsər  yeddi  min  ifadəni  əhatə  edir)  adlı  əsas  əsəri  ilə,  1529-cu  ildə  Yohannes 
Aqrikola „Dreyihundert Gemeyner Sprichwörter― (―Üç yüz ümumi  atalar sözləri‖) əsərləri ilə alman dilində 
ilk olaraq alman atalar sözlərinin toplusunu ərsəyə gətirdilər. Aqrikola və Frank isə əsas uğuru 1548-ci ildə 
çap  etdirdikləri  və  XVII  əsrin  ortalarına  qədər  dəfələrlə  nəşr  olunan  „Sprichwörter,  schöne,  weise 
Klugreden―  (―Atalar  sözləri,  gözəl,  müdrik  əllaməlik‖)  əsəridir.  Bu  nəşr  əhəmiyyətli  şəkildə  alman  atalar 
sözləri toplularının ardıcıllığına bir mayak oldu, XIX əsrə qədər nəşri davam etmişdir və yeni atalar sözləri 
toplularının yazılmasına səbəb olmuşdur. XIX və XX əsrlərdə alman atalar sözləri tam ardıcılı əlifba sırası 
ilə  toplanaraq  dərc  olunmağa  başlanmışıdır.  Buna  misal  olaraq  XIX  əsrdə  işıq  üzü  görən  atalar  sözləri 
toplusu  Vagner  Vaqner  Samuel  Kristofun  1813-cü  ildə  yazdığı  Sprichwort-Lexikon  (―Atalar  sözü 
leksikonu‖) və bunun ardınca Vilhelim Körte, Josef Ayzelayn və Karl Josef Zimrokun atalar sözləri topluları 
buna  bariz  nümunə  ola  bilər.  Karl  Fridrix Vilhelm  Vanderin  1867-1880-cı  illərdə  dərc  olunan  ―Deutsches 
Sprichwörterlexikon‖ (―Alman atalar sözləri leksikonu‖) kitabı təxminən 250 min atalar sözünü əhatə edir. 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin