AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCAN TERMĠNOLOGĠYASININ ZƏNGĠNLƏġMƏSĠNDƏ RUS DĠLĠNĠN ROLU



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

 
AZƏRBAYCAN TERMĠNOLOGĠYASININ ZƏNGĠNLƏġMƏSĠNDƏ RUS DĠLĠNĠN ROLU 
Nadirov Ö.V., Məhərrəmova Ş.M. 
Azərbaycan Texniki Universiteti 
 
Dilin inkişafı əsasən daxili, eləcə də xarici amillərə (impulslara) əsaslanır, sistemli dəyişmə isə yalnız 
daxili qanunauyğunluqlara bağlı olur. Xarici impulsların mənbəyi sosial-siyasi amillərdir. Bu amillər dildə 
daha  çox leksik-  terminoloji  vahidlərlə  müşayiət  olunur.  Xarici sosial amillərin dil  kontaktlarının  üç  növü 
vardır: substrat, superstrat və adstrat. 
Substrat - dillərin çarpazlaşması nəticəsində məğlub dil ünsürlərinin qalib dildə qalmasıdır. Superstrat- 
yerli sakinlərin dilində müəyyən müddət ərzində əriyən gəlmə xalqın dil ünsürləri kimi başa düşülür. Adstrat 
–müxtəlif  dillərdə  danışan  xalqaların  uzun  müddət  eyni  ərazidə  və  ya  qonşuluqda  yaşaması  nəticəsində 
meydana gələn ikidillilikdir. 
Deməli,  dillərin  qarşılıqlı  təsirində  iki  müxtəlif  prosesi  fərqləndirmək  lazımdır:  dillərin  qarışması  və 
söz  alınması.  Yuxarıda  qeyd  etdiklərim  nəzərə  alsaq  deyə  bilərik  ki,  Azərbaycan  terminologiyasının 
zənginləşməsində  rus  dili  əsas  mənbələrdən  biridir.  Rus  mənşəli  terminlərin  dilimizə  daxil  olmasını 
bilinqvizimlə də əlaqələndirmək olar. 
  Bilinqvizminin  əsas  əlaməti,  milli  zəmində  hər  iki  dildən  sərbəst  istifadə  etməkdir.  Azərbaycan 
dilində işlənən rus mənşəli terminlər vasitəsizdir. Bu vasitəsiz alınmalar struktur-semantik cəhətdən daha çox 
belə əsaslandırılır ki, dilimizə gətiriməsində onların hərfi tərcüməsi prinsipi əsas götürülür. Ancaq bu prinsip 
mütləq  deyildir.  Bəzi  tədqiqatçıların  fikrincə,  alınmalar  söz  yaradıcılığını  məhdudlaşdırır.  Deməli,  termin 
yaradıcılığı  alınma  terminlər  hesabına  zəifləyir.  Nəzərə  alınmalıdır  ki,  alınmaların  təsiri  barədə  deyilənlər 
leksikanın yalnız müəyyən sahələrinə aiddir və termin yaradıcılığı söz yaradıcılığından çox passivdir. Ədəbi 
dilimizdə  sistemləşmiş  və  başqa  terminoloji  sahənin  vahidləri  ilə  əlaqəli  olan  xeyli  miqdarda  rusmənşəli 
terminlər  göstərmək  olar.  Bu  terminlərin  əksəriyyəti  (samovar,  mebel,  park,  ruçka,  şosse,  kombayn, 
velosiped,  lift,  qruppa  və  s.)  müəyyən  sahə  terminologiyasına  aid  yox,  ümumi  xalq  danışıq  sözlərinə  aid 
edilir. 
Müasir Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində əsas amil rus dilinin qarışığından və ya 
rus dili vasitəsi ilə başqa dillərdən keçməsidir. Beynəlmiləl terminologiya azərbaycanlıların müxtəlif ictimai-
siyasi və mədəni həyatına daxil olmuşdur. Məsələn: trest, sovxoz, botanika, sovet, kommunizm, sosializm və 
başqaları. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
93 
 
 
Azərbaycan  ədəbi  dilinin  lüğət  tərkibinin  rus  və  beynəlmiləl  sözlərlə  tamamlanması  aşağıdakı  üsulla 
həyata keçirilir:  
a)
 
heç  bir  dəyişikliyi  olmayan  alınma  sözlər:  kolxoz,  sovxoz,  sovet,  kommunist,  bufet,  parta,  kredit, 
jurnal, qəzet; 
b)
 
azərbaycan  dilinin  sözdüzəldici  vasitələrindən  istifadə  etməklə  yeni  sözlərin  əmələ  gəlməsi:  tankçı  ( 
танкист), bufetçı (буфетчик), maşınçı (машинист), futbolçu (футболист); 
c)
 
hər  iki  komponenti  rus  dilindən  əmələ  gələn  söz  birləşmələri:  rayon  komitəsi  (районный  комитет), 
elektrik lampası (электрическая  лампа) ; 
d)
 
komponentlərdən  biri  azərbaycan  dilində  olan  sözlər;  iş  planı(план  работы),  tikiş  maşını(  şveynaya 
maşina). Bütün bu söz birləşmələri azərbaycan dilinin qrammatikasının qaydalarına görə tərtib edilir. 
Rus  dilindən  terminoloji  alınmaların  səviyyəsi  Azərbaycan  dilinin  leksik  –semantik  sisteminin 
inkişafından, bu və ya digər anlayışı, məfhumu ehtiva edən sözün olub –olmamasından asılıdır. Rus mənşəli 
alınmalar dilimizin terminoloji tələbatından doğur. Məsələn: obyekt, parta, kompüter, spirt, televizor, mebel, 
qəzet, traktor, karandaş və ilaxır. Bu tələbat özünü dörd halda göstərir.  
1) termini öz dilimizdəki eyni məna yüklü sözlə əvəz etmək mümkün olmadıqda, yalnız təsviri yolla 
izah verdikdə (avtobus, radio);   
2)  termin  dilimizin  sinonim  cərgəsinə  daxil  olduqda,  kontekstual-üslubi  məqamlarda  mənası  dəyişə 
bildikdə:  eyvan(persidskiy)  –  balkon  (russkiy)  -  balkon(azərbaycanca),  букет(rus)-dəstə(azərb.)-
buket(persidskiy).  
3) terminin bütün mənaları dilimizdəki sözlərlə verilə bilmədikdə. Məsələn: traktor, samovar, spirt və 
başqaları. 
4)  terminlər  yalnız  bir  mənasına  görə  alındıqda.  Məsələn:  конторка  termini  azərbaycan 
terminologiyasına daxil olmasaydı, kontorka əvəzinə, ―əsasən, ayaq üstə dayanıb işləmək üçün səthi, maili, 
hündür yazı stolu‖ demək lazım gələrdi 
Bütün yuxarıda qeyd etdiklərimə baxmayaraq, qədim Azərbaycan dili öz əsas leksiki fondunu qoruyub 
saxlamaqla yanaşı, həm də inkişaf edir. 
 
 
AZƏRBAYCAN DĠLĠNĠN ÇAĞDAġ DÖVRDƏKĠ ĠNKĠġAFINA DAĠR 
Namazova S.A. 
Gəncə Dövlət Universiteti 
 
Dilin  imkanları  yalnız  onun  strukturunda,  quruluşunda,  leksik  baxımdan  zənginliyində  təzahürünü 
tapmır.    Bu  daha  çox  dilin  malik  olduğu  məna  yükündən  asılıdır.  O  baxımdan  xalqın  milli  varlığının  ən 
mühüm  göstəricilərindən  biri  kimi  millətin  tarixi  taleyində  dilin  daşıdığı  funksiyanın  önəmi  xüsusilə  qeyd 
olunmalıdır.   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq 
olunmuş  ―Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə 
dilçiliyin  inkişafına  dair‖  Dövlət  Proqramının  əsas  vəzifələri  sırasında  Azərbaycan  dilinin  öyrənilməsi  və 
təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Azərbaycan dilinin dövlət 
dili  kimi  ümumi  informasiya  bazasının  yaradılması,  ana  dilinin  təkmilləşdirilmiş  yeni  orfoqrafik,  izahlı, 
frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması yer almışdır.   
Bununla yanaşı, Azərbaycan dilində internet resursların, elektron və interaktiv dərsliklərin yaradılması 
istiqamətində fəaliyyətin getdikcə gücləndirilməsi və internet portalın yaradılması məsələləri də sənəddə öz 
əksini  hərtərəfli  şəkildə  tapmışdır.  Layihənin  əsas  məqsədi  həmin  istiqamətləri  bilavasitə  diqqətdə 
saxlamaqla  ―Azərbaycan  dilinin  dövlət  dili  kimi  ümumi  informasiya  bazasının  yaradılması‖ndan ibarətdir. 
İnformasiya bazasının isə vahid internet portalında cəmləşməsi nəzərdə tutulur. 
Məlumdur  ki,  insanların  cəmiyyətdə  sahib  olduqları  imkanlarının  genişlənməsinə  şərait  yaradan 
amillərdən ən vacibi dilin yaxşı mənimsənilməsidir. Dil insan həyatında fərqli statuslarda iştirak etməsi ilə də 
şərtlənir.  Mövcud  mühit,  içərisində  yaşadığımız  həyat  məhz  dilin  sayəsində  daha  da  canlanır,  aktuallığını, 
bütövlüyünü artırır.  
Bu  baxımdan  Azərbaycan  dilinin  çağdaş  dövrdəki  inkişafı  dilə  dair  üslubların  formalaşması 
istiqamətində işlərin miqyasının genişlənməsi ilə müşayiət olunur. Dilin subyekti kimi  millətin tərəqqisinə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
94 
 
 
rəvac verən əlamətlər də məhz buradan qaynaqlanır. Hər bir kəs öz fəaliyyətinin ən müxtəlif sahələrində dil 
üslubuna yiyələnməklə, ondan istifadəni reallaşdırmış olur. 
Dilin inkişafı yalnız yazıçı, publisist, dilçilk sahəsində çeşidli tədqiqatlar aparan alimlərdən asılı deyil. 
O  istiqamətdə  işlər  bütün  qurumlarda  fəaliyyətin  prioritetinə  çevrilməli,  daha  dəqiq  desək,  Azərbaycan 
dilinin  inkişafına  əsl  vətəndaş  mövqeyindən  yanaşılmalıdır.  Bu  sahədə,  ilk  növbədə,  kütləvi-informasiya 
vasitələrində  çalışan  şəxslərin  üzərinə  böyük  məsuliyyət  düşür.  Çünki  insanlar  daha  çox  informasiyanı 
onlardan alır və bəzən burada olan yanlışlıqları da olduğu kimi qəbul edirlər.  
Milli dili zənginləşdirən mənbələrdən biri də bədii dildir. Bədii dilin imkanları hesabına dil öz məna 
çalarını daha da artırmış olur. Bu mənada, heç şübhəsiz, dilin gözəlliyi həm də onun səslənmə xüsusiyyətləri 
və bədii ifadə imkanları ilə müəyyən olunur. 
Hər  hansı  bir  xalqın  müstəqilliyini  qorumaqla  tərəqqiyə  qovuşmasında  dilinin  ―dövlət  dili‖  kimi 
qəbulu ilə yanaşı, bu istiqamətdə yaradılan şərait, dövlət səviyyəsində görülən genişmiqyaslı işlər də önəmli 
rola malikdir. Belə ki, dilin inkişaf səviyyəsi aşağı olduqda millət bu və ya digər fəaliyyət sahələrində uğura 
nail  ola  bilmir,  onun  gələcəyi  yönündə  müxtəlif  maneələr  yaranır.  Tarixdən  bəllidir  ki,  bir  sıra  ölkələr  öz 
fəaliyyət sahələrində inkişafı təmin etmək üçün buna əlverişli zəmin olan vahid dildən istifadəyə üstünlük 
vermişlər.  Bəzi  ölkələrdə  müəyyən  tarixi  dövrlərdə  onların  ərazisində  dövlət  dili  bir,  elmi  dil  başqası, 
poeziya,  dili  isə  digər  dil  sayılmışdır.  Hətta  orta  əsrlərdə  bir  sıra  ölkələrdə  fars  dili  daha  çox  poeziya  dili 
kimi, ərəb dili elmin dili kimi qəbul edilmişdir. Çağdaş dönəmdə isə həmin funksiyanı ingilis dili öz üzərinə 
götürmüşdür.  
Əlamətdar haldır ki, Azərbaycan dili çətin sınaqlardan şərəflə çıxaraq bir çox yönlərdə dil üslublarını 
ehtiva  edə  bilmişdir.  Ədəbi  dilimizin  malik  olduğu  daxili  potensial,  zəngin  söz  ehtiyatı,  həmçinin  tarixin 
ayrı-ayrı dövrlərindən üzü bəri yol alan dövlətçilik ənənələrimiz bu gün bütün fəaliyyət sahələrində uğurların 
əldə  olunmasına  zəmin  yaratmış,  milli  dilin  tərəqqisinə  geniş  imkanlar  açmışdır.  Xalqın  iqtisadi,  siyasi, 
hüquqi,  mədəni-mənəvi  problemlərinin  dövlətçilik  mövqeyindən  həllində  müstəqil  Azərbaycan  dövlətinin 
elan etdiyi dilin inkişafına yönəlmiş fəaliyyət proqramlarının rolu xüsusi qeyd edilməlidir.  
Müstəqilliyin  əldə  olunması  Azərbaycan  dilinin  dövlət  dili  kimi,  diplomatik  dil  kimi  işlələnmə 
imkanlarının  genişlənməsinə  rəvac  verməklə  yanaşı,  rəsmi  üslubun  inkişafına  real  zəmin  yaratdı.  Dövlət 
dilini  inkişaf  etdirmək  üçün  yüksək  dövlətçilik  təfəkkürünə  malik  olmağın,  eyni  zamanda  bu  fikrin 
formalaşmasında əhəmiyyət daşıyan bir sıra məsələləri daha çox düşüncə müstəvisində saxlamağın zəruriliyi 
zaman-zaman əməli fəaliyyətdə sübuta yetirildi.  
Dil  xalqa  məxsusdur  və  dilin  subyekti,  əsas  hərəkətverici  qüvvəsi  ayrı-ayrı  fəaliyyət  sahələrində 
çalışan şəxslər, bütövlükdə xalqdır. Dilin tərəqqisi naminə həlli vacib məsələlərin icrasına nail olmaq üçün 
də bütün strukturlarda, qurumlarda çalışan vətəndaşlar üzərinə düşən missiyanı fəal vətəndaş mövqeyindən 
çıxış etməklə yerinə yetirməlidirlər.  
 
 
DĠLĠN SƏS TƏQLĠDĠ SÖZLƏRĠNDƏN ĠSTĠFADƏ UġAQ ƏDƏBĠYYATINDA ĠDRAKI 
QÜVVƏTLƏNDĠRƏN AMĠL KĠMĠ 
Nəsirova F.Y.  
AMEA, Şərqşünaslıq İnstitutu 
 
1.1. Səs təqlidi sözlər (Ġdeofonlar)  
Dil vasitəsilə ətraf mühitdəki səslərin imitasiyası zamanı (təqlidi zamanı) yaranan səslərə ideofon (səs 
təqlidi,  onomatopeya)  deyilir.  Məsələn,  Azərbaycan  dilində,  heyvan  səslərini  ifadə  edən  geniş  söz  qrupu 
mövcuddur: qa-qa, fıs-fıs, xur-xur və s. Bunu eləcə də digər dillər üçün söyləmək olar. (Məs: fars dilində: ―
‖ ―
‖ ―
‖, ―
‖  rus dilində: ―мяю - мяю -,, гав-гав, ква-ква, чик-чирик‖, ingilis dilində: ―cheep 
cheep , tweet tweet‖ və s.) Digər sözlər isə insan tərəfindən ifadə olunan qeyri-nitq səslərini bildirir. Bunlar 
dilxarici hadisələr ilə linqivistik hadisələr arasında orta mövqe tuturlar. İnsanın müəyyən hərəkətləri zamanı 
çıxardığı  səslər  fonematik  səciyyə  daşımır,  bunlar  hələ  üzvlənməmiş  olan  sinkretik  səslərdir.  Bu  cür 
işarələrin  formalarının,  səslərin  fonematik  əsasları  olmadığından,  onlar  əsaslandırılmamış  işarələr  də 
adlandırılır. Məsələn:  hort -hort,  hıq-hıq,  çırt (rus  dilində:  «кхе-кхе,  чмок,  ха-ха-ха») Bu  səs  birləşmələri 
söz deyildir. Lakin bu səslər fonemlər vasitəsilə təsvir ediləndə müvafiq sözlər əmələ gəlmiş olur: hort-hort 
(ilə su içmək), hıq-hıq (la yerimək), çırt (atmaq) və s. 
Dilçilk  Ensiklopediyası  lüğətinə  əsasən,  səs  təqlidi  (ideofon  ,  onomatopeya)  –  müxtəlif  proseslərlə 
(titrəmə,  gülüş,  fit  və  s.)  müşahidə  olunan,  həmçinin  heyvan  səslərinin,  təbiət  səslərinin  şərti  olaraq  əks 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
95 
 
 
olunmasıdır.Səs  təqlidini  təşkil  edən  dil  vahidləri  təbii  səslərlə  tam  eyniyyət  təşkil  edə  bilmədiyindən 
―təqlid‖ - təbiət səslərinin şərti əks olunmasıdır.   
1.2. UĢaq ədəbiyyatında ideofonlar mənimsəməni qüvvətləndirir 
Uşaq  ədəbiyyatının,  demək  olar  ki,  vaz  keçilməz  dilçilik  ehtiyyat  inventarı  sayılan  təqlidi  sözlər 
ədəbiyyat nümunələrin daha asan mənimsənilməsinə güclü təkan verir. Uşaq ədəbiyyatında təbiətdəki əşya, 
varlıq və hadisələrin akustik ―təsvir‖indən geniniş istifadə olunur. Belə ki, müxtəlif araşdırmaçılar tərəfindən 
aparılmış  çoxsaylı  tədqiqatlar  göstərir  ki,    nağıl  dinləyən  uşaqların  təfəkkür  inkişafının  səviyyəsi,  həmin 
nağılların, sadəcə, cizgi filmi nüsxələrini izləmiş həmyaşıdları ilə müqayisədə daha üstün vəziyyətdədir. Belə 
ki,  dinləyən  uşaq  dinləyərkən  beyninə  təsəvvür  aktivliyini  daha  çox  cəlb edir.  Bundan fərqli  olaraq,  yalnız 
cizgi  filmləri  izləməklə  yetişən,  formalaşan  uşaqlar  isə  dərk  etmənin  hazır  ―qəlibi‖ni  passiv  şəkildə 
mənimsəyirlər. Bu mənada uşaq ədəbiyyatının fərdin psixikasının əsas strukturlarının formalaşmasında rolu 
danılmazdır. 
Yuxarıda  dediyimiz  kimi  idieofonlar  (yunanca  idea  ―fikir,  ideya‖;  fon  ―səs‖  deməkdir;  yəni, 
səslənməsinə  çox  yaxın  olan  sözlər,  başqa  sözlə  təqlidi  sözlər)  mahiyyət  etibarı  ilə  öz  denotatlarına  (yəni, 
işarə  etdikləri  əşya,  varlıq  və  hadisələrə)  sıx  bağlı  olduğundan,  onların  uşaq  şeirlərində,  nağıl  və 
tapmacalarda  istifadəsi  arzuolunandır.    Uşaq  təfəkkürü  ideofonların  köməyi  ilə  ətraf  aləmi  onun  səsləri  ilə 
tanıyıb öyrənməklə yanaşı, yeni informasiya və ya mətn parçasını daha asanlıqla qavrayır. 
Müşahidələr göstərir ki, uşağın ilkin  lüğət ―ehtiyatın‖da müxtəlif səviyyəli ideofonlar vacibi, önəmli 
yer tutur. Hətta belə dil faktlarında çıxış edən bir qrup alimlər universal (yəni milliyyətindən asılı olmadan, 
hər bir azyaşlı tərəfindən başa düşülən) “uĢaq dili”nin olması iddiası ilə çıxış etmişlər. Həmin mülahizələrə 
görə  erkən yaş dönəmində  bir-birini asanlıqla anlaya bilən körpələr zamanla, yəni böyüklərdən  milli ana 
dilini mənimsədikdən sonra bu universal ünsiyyət formasını yadırğayırlar. Qeyd etmək maraqlıdır ki, ―uşaq 
dili‖nin  səciyyəvi  ünsürləri  olan  ideofonlar  bir  çox  fərqli  quruluş  və  genetikalı  dil  üçün  ortaq  semantik 
tutuma malikdirlər  
Fars  dilindəki  uşaq  ədəbiyyatının  ən  ötəri  təhlili  belə  onu  deməyə  əsas  verir  ki,  burada  səs  təqlidi 
elementlərdən  tapmacalarda,  yanıltmaclarda,  atalar  sözlərində  və  müxtəlif  folklor  materiallarında  geniş 
istfadə olunur /se dokanəst duşbeduş, əvvəli məhməl foruş, dovvomi ard foruş, sevvomi çub foruş./ 
(Yan-yana üç dükandır : birincisi məxmər satan; ikincisi un satan; üçüncüsü taxta satan )  
 Açması 
―iydə‖ olan bu tapmacada /ş/, /d/ alliterassiv samitləri və  /u/ saitilə  birlikdə oxunaqlı və  
dərk olunmağı asanlaşdıran anaforadan istifadə  edilmişdir. Əslində bu tapmacada obrazlı sözlər  və oxşatma 
üsulundan istifadə olunmuşdur. 
 Uşaqların  zehnini  itiləmək,  yaddaşlarını  gücləndirmək,  nitq  qabiliyyətlərini  artırmaq  üçün  dildə 
yanıltmaclardan geniş miqyasda istifadə edilir. Məs:
  
 (ərəstu pərəstu-va dəstur dad) – Ərəstu qaranquşa göstəriş verdi. 
 
(emşəb, şəb şəmbe mikoşəm şeş şopoş o şopoş koşo) 
(Bu şəmbə axşamı altı bit, altı da bit öldürəni öldürəcəyəm.) 
Göründüyü kimi  yuxarıdakı yanıltmaclarda həm ideofonik, həm də asonans və alliterasiya  əsaslı səs 
təqlidi vasitələrindən istifadə edilmişdir. Birinci yanıltmacda /d/, /s/, /r/ samitləri; ikinci misalda isə /ş/, /b/, 
/m/  samitləri  tezlikli  işlənmiş  və  uşaq  nitqinin  səlisliyini  formalaşdırmağa  xidmət  etmişdir.  Bu  iki  zəngin 
folklor nümunəsinin biri ədəbi dildə, ikincisi isə danışıq dilində verilmişdir.  
Uşaqlar üçün yazılmış, və  ekran variantını tapmış nağıllarda da səs təqlidi sözlərdən  təqdim olunan 
parçanı daha gözəl, sevilən və tez yaddaşa köçürülən etmək üçün  əsas variant kimi istifadə olunur. Məs. : 
(Novruz və  iranlıların  yeni  ili) ;  
  (Həsəni demə, bir dəstə gül) ; 
    ( Həcərin toyudur) ;   
  (Prins və qurbağa);  
(Tıq-tıq 
xanımın nağılı) və s. hekayələri və nağılları misal göstərmək olar.   
   
    nağılında      ...  üzü  çirkli,  saçları  və    dırnaqları  uzun,  paltarları  çirkli  olan, 
hamama getməyi, təmizliyi sevməyən  Həsəni  ilə heç kəs oynamaq, dostluq etmək  istəmir. O, yaşıdlarına , 
kəndxudanın  ulağına,  balaca  cücəyə,  göldə  üzən  qaza,    müraciət  etsə  də,  onların  heç  biri  onunla  oynamaq  
istəmir. Hamısı onun çirkin, natəmiz olduğuna işarə edərək deyirlər: 
  
  (Saçların uzun, üzün qapqara, dırnaqların uzun, vay, vay. vay.... ) 
 Nağıl personajlarının dilində təqlidi sözlər geniş şəkildə işlənmişdir. Həsəni yanına gələn balaca sarı 
cücə ilə oynamaq istədikdə, toyuq etiraz səsini belə qaldırır: ―
―   ―Qod-qod –

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
96 
 
 
qoda,qod-qoda, bero be xune, to-ra bexoda !‖ (qod –qod –qoda, qod –qod –qoda, sən Allah, çıx get evinə!) 
Bu və başqa nağıllar ideofonlar, səs uyarlığı, oxşarlığı ilə yaranmış sözlərlə zəngindir. 
Beləliklə  uşaq  ədəbiyyatında  ideofonlardan  istifadə  həmin  əsərlərin  təhkiyə  gücünü  artırmaqla, 
azyaşlının  bədii  təxəyyülünün  inkişafına  xidmət  edir.  Eləcə  də  onun  danışılan  haqqındakı  qavrama 
imkanlarını zənginləşdirən əsas amil olur Onu da qeyd etmək lazımdır ki, səs simvolizmindən təkcə uşaqlar 
üçün  yazılan  ədəbiyyatda  deyil,  müxtəlif  yaş  dövrləri  üçün  nəzərdə  tutulan    bədii  əsərlərdə  də  istisnasız 
olaraq geniş istifadə edilir. 
  
TERMĠN VƏ DETERMĠNOLOJĠLƏġMƏ 
Paşayeva G.B. 
Sumqayıt Dövlət Universiteti 
 
Terminlər  elmi  üslubun  əsas  informativ  leksik  vahidləri  kimi  bu  üslubun  formalaşmasında  və 
inkişafında mühüm rol oynayır. Termin öz təbiətinə görə ikili xarakterə malikdir: yəni bir tərəfdən  ümumi 
ədəbi  dilə  aid  anlayışlar  sisteminə,  digər  tərəfdən  isə  xüsusi  kommunikasiya  sahəsinə  aidliyini  qoruyub 
saxlayır. Terminin semantik tutumu bilavasitə həmin terminə müvafiq olan anlayışın obyektiv məzmunu ilə 
müəyyənləşir. Termin olmayan sözlərdə isə anlayışla bağlılıqdan əlavə, emosional və estetik keyfiyyətlər də 
özünü göstərir.  
Terminlərin  semantikasinin  variasiyaya  uğraması  təyinatı  üzrə  deyil,  oxşar  mənalar  əsasında  daha 
yüngül şəkildə danışıq üslubuna yaxınlaşdırılmasında,  əsasən, kütləvi informasiya vasitələrinin xüsusi rolu 
var. Məsələn: ümumelmi və ümumtexnoloji terminlər məhz media vasitələrinin təbliği sayəsində ümumişlək 
sözlər statusuna yaxınlaşaraq xüsusi şərh və ya izah verilmədən işlədilir. 
Terminlərin semantik baxımdan dar çərçivəni yarıb daha geniş işləklik qazanması, əslində, uzun illərin 
məhsuludur  və  aparılan  müşahidələr  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki,  terminlərin  bu  proses  boyu 
keçdiyi mərhələləri bu şəkildə sıralamaq olar: 1) ilk əvvəl geniş oxucu və ya dinləyici kütləsi üçün naməlum 
olan  termin,  adətən,  geniş  izahı  ilə  birgə  təqdim  edilir,  2)  bu  termin  daha  çox  təqdim  edilən  məqalə  və 
materiallarda sinonimləri ilə bir arada işlədilir, 3) termin geniş auditoriya tərəfindən qəbul edildikdən sonra 
müstəqil söz kimi işlədilərək termin statusunu itirir və daha geniş mənada işlədilməyə başlayır. 
Terminin terminoloji sistem daxilində və onun hüdudlarından kənarda kəsb etdiyi mənaları müqayisə 
etdikdə bir sıra diferensial əlamətlər meydana çıxır. Məsələn, 1) terminin izahı verildikdə onun ifadə etdiyi 
məna  daha  aydın  və  anlaşıqlı  tərzdə  ifadə  edilir,  yəni  terminin  semantikası  sadələşdirirlmiş  şəkildə  təqdim 
edilir;  2)  terminin  şərhi  ―məişət  üslubunda‖  təqdim  edilir,  yəni  terminin  mənası  təsviri-diferensial  sxem  
əsasında izah edilir. 
Beləliklə,  determinolojiləşmənin  ilk  mərhələsində  olan  termin  praktiki  olaraq  öz  terminoloji 
səciyyəsini  saxlamış  olur,  lakin  bunula  belə,  terminin  ilkin  semantikası  ilə  determinoloji  mərhələdəki 
semantikası arasında müəyyən fərqlər artıq müşahidə edilir. 
Terminlərin differensial semantikada işlədilməsi publisistik üslubun əsas xüsusiyyətlərindən biridir ki, 
bu  zaman  haqqında  bəhs  etdiyimiz  terminlərin  determinləşməsi  baş  verir.  Çünki  publisistik  mətn  daxlində 
ümumişlək sözlərlə mütəşəkkil əlaqə yaradan terminlər terminoloji sistemin dar çərçivəsindən çıxaraq yeni-
yeni üslubi çalarlar kəsb edə bilir. 
Bu  qəbil  terminlərə  aşağıdakıları  misal  gətirmək  olar:  arteriya,  xroniki,  epidemiya  (tibbi  ter.);  qrup, 
qrim  (incəsənət  ter.);  oyun,  komanda,  rekord  (idman  ter.);  mübarizə,  qvardiya (hərbi  ter.),  atmosfer,  təzyiq 
(dəqiq  və  təbiət  elmləri  ter.);  bina,  körpü,  bənd  (tikinti  və  inşaat  ter.);  vəkil,  miras,  vərəsə  (hüquq  ter.); 
kapital, monopoliya, balans (iqtisadi-ticarət ter.) və s. 
Determinolojiləşmənin  ən  əsas  üsulu  metafordır.  Hazırki  dövrdə  istənilən  yazar  və  ya  jurnalist 
terminoloji metafordan istər-istəməz istifadə edir və qəzet materialları arasında bunun sübutu olaraq kifayət 
qədər nümunələrə rast gəlinir. 
Məsələn:  bioloji  termin  olan  katalizator  terminoloji  sistemdə  kimyəvi  reaksiyanı  sürətləndirən, 
tezləşdirən maddə kimi izah edilirsə, publisitikada bu termindən daha çox hadisələrin sürətli inkişafına səbəb 
olan amilləri təsvir etmək üçün işlədilir. 
Publisitikada bu qəbil hallar dildaxili və dilxarici (ekstralinqvistik) amillərlə əlaqələndirilə bilər. 
Terminlərin  semantikasınin  metaforik  köçürülməsi  zamanın  tələbinə  uyğun  olaraq  aktual  olan 
mövzulara  uyğun  terminlərdə  daha  geniş  şəkildə  müşahidə  edilir.  İctimai  həyatın  hər  hansı  bir  sosial 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
97 
 
 
sahəsində  avtoritetliyi  ilə  seçilən  və  metaforlaşan  leksik  vahid    yeni  məna  kəsb  etməyə  başlayır.  Məsələn: 
klon, klonlaşdırmaq və s. 
Eyni  zamanda  terminlərin  determinolojiləşməsi  onların  geniş  yayılması  ilə  də  izah  edilə  bilər. 
Məsələn:  termin  nə  qədər  yüksək  işləkliyə  malikdirsə,  onun  semantik  variativliyə  uğrama  şansı  da  bir  o 
qədər yüksəkdir. 
Deməli,  sosial  avtoritetlik  status,  yüksək  işləklik  dərəcəsinə  malik  olma,    determinolojiləşmə  
prosesində ekstralinqvistik amillər kimi çıxış edir. 
Dildaxili amil kimi isə metaforanın özü qeyd edilə bilər. Belə ki, köçürülən mənalar sözün ifadə etdiyi 
əsas  məna  ilə  birbaşa  əlaqəli  olmadıqda  metaforadan  danışmaq  qeyri-mümkündür.  Deməli,  semantikası 
variasiyaya  uğrayan  terminin  ifadə  etdiyi  məna  onun  sonradan  qazandığı  metaforik  məna  ilə  əlaqəlidir. 
Metaforik  məna  ilkin  mənanın  fonunda  formalaşdırılır.  Məsələn,  xəstənin  təzyiqi  (term.  məna)  və 
ictimaiyyətin təzyiqi (metaforik məna).   
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin