AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


MÜASĠR ĠNGĠLĠS DĠLĠNDƏ SĠFƏTLƏ BAĞLI MÖVCUD PROBLEMLƏR HAQQINDA



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

 
MÜASĠR ĠNGĠLĠS DĠLĠNDƏ SĠFƏTLƏ BAĞLI MÖVCUD PROBLEMLƏR HAQQINDA 
Sədrəddinova T.N. 
Sumqayıt Dövlət Universiteti 
 
Ana  dilimizdə  olduğu  kimi,  ingilis  dilində  də  şəxs  və  əşyanın  əlamətini,  keyfiyyətini  və  vəziyyətini 
bildirən sözlərə sifət deyilir. Məsələn: a diligent student, an easy lesson, fresh air, an old city, a comfortable 
flat və s.   
Bir sıra dillərdən, məsələn, rus, alman və s. dillərdən fərqli olaraq, müasir ingilis dilində sifətin nə hal, 
nə kəmiyyət kateqoriyası var. Buna görə də müasir ingilis dilində  Azərbaycan dilində olduğu kimi, sifət aid 
olduğu, təyin etdiyi isimlə nə hala, nə cinsə, nə də kəmiyyətə görə uzlaşır; ismin hansı halda, hansı cinsdə və 
hansı miqdarda ( tək və ya cəm) olmasına baxmayaraq, onu təyin edən sifət adi, ilkin formada işlənir. Gəlin 
müqayisə edək: 
a diligent student – ten diligent students 
a pretty girl – pretty girls 
a clever boy –the clever boy’s 
Bununla yanaşı, müasir ingilis dilində sifətin dərəcə formaları ilə  bağlı mübahisə doğuran üç başlıca 
məsələ  var:  onlardan  biri ingilis  dilində sifətin neçə dərəcə formasına  malik  olması,  digəri  isə  more/most+ 
sifət tərkibinin dərəcə forması olub – olmaması məsələsidir.  
Dilçilər,  bir qayda olaraq, ingilis dilində sifətin üç dərəcə forması olduğunu qəbul edirlər.  
1.
 
Adi dərəcə (Positive Degree); 
2.
 
Müqayisə dərəcəsi ( Comparative Degree); 
3.
 
Üstünlük dərəcəsi (Superlative Degree); 
Lakin  bəzi  dilçilər  (O.Yespersen,  A.İ.Smimitski,  M.A.Qanşina,  N.M.Vasilevskaya,  V.İ.Kauşanskaya 
və b.) belə hesab edirlər ki, sifət ilkin formada, heç bir dərəcə mənası bildirmir, heç bir müqayisə ifadə etmir. 
Buna görə də onu sifətin dərəcə forması hesab etmək olmaz. Beləliklə də, bu dilçilər ingilis dilində sifətin iki 
dərəcə formasının olduğunu göstərirlər: 
1.
 
Müqayisə dərəcəsi. (Comparatie Degree) 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
104 
 
 
2.
 
Üstünlük dərəcəsi. (Superlatyive Degree) 
Amma  belə  qənaətə  gəlmək  olar  ki,  sifətin  ilkin  forması  olmadan  onun  digər  dərəcə  formalarından 
danışmaq  düzgün  deyil.  Demək,  bü  üç  formanın  (adi,  müqayisə,  üstünlük)  arasında  bir  dialektik  vəhdət 
olmalıdır.  Digər  tərəfdən  də  nitqdə  hətta  adi  dərəcədə  də  sifət  müqayisə  mənası  bildirə  bilir.  Buna  missal 
olaraq  sifətlərin  ilkin  formada,  digər  sözlə  adi  dərəcədə  as...as,  not  so...as  bağlayıcıları  ilə  işlənərək 
müqayisə bildirdiyini yada salmaq kifayətdir. Məsələn:  
This classroom is as light as yours. His room is not as large as mine.  
İkinci məsələyə, yəni  more/most+adi dərəcədə sifət birləşməsinə gəldikdə  aşağıdakıları qeyd etməyi 
lasım bilirik. 
Ənənəvi  olaraq  haqqında  danışılan  birləşmələr  ingilis  dili  qrammatikasında  sifətin  analıtik  dərəcə 
forması hesab edilir: more+adi dərəcədə sifət sifətin müqayisə dərəcə forması, more+adi dərəcədə sifət isə 
onun üstünlük forması adlandırılırSon zamanlar bəzi dilçilər (V.N.Jiqadlo, İ.P.İvanova, L.L.İofik, B.A.İlyiç 
və b. ) haqqında danışılan birləşmələrin sifətin analitik dərəcə forması deyil, sərbəst söz birləşməsi ollduğunu 
söyləmişlər. Beləliklə də ingilis dili nəzəri qrammatikasında sifətin dərəcə kateqoriyası ilə əlaqədar olaraq 
qarşıya yeni bir problem çıxmışdır:  more+adi dərəcədə sifət tərkibi sifətin dərəcə formasıdır, yoxsa sərbəst 
söz birləşməsidir? 
Hər  şeydən  əvvəl  belə  bir  cəhəti  qeyd  etmək  lazımdır  ki,  more/most+adi  dərəcədə  sifət  birləşməsini 
sifətin analitik  dərəcə forması  deyil,  sərbəst  söz  birləşməsi  adlandıran  dilçilər  belə  hesab  edirlər  ki,  müasir 
ingilis  dilində  more/most+adi  dərəcədə  sifət  birləşməsi  ilə  yanaşı  less/least+adi  dərəcədə  sifət,  hətta 
very/rather+adiadi  dərəcədə  sifət  birləşmələri  də  işlənir.  Məsələn,  biz  more  difficult,  most  difficult  deyə 
bilirik. Bununla belə, sifət sifətin dərəcə forması hesab edilir, less/least+adi dərəcədə sifət birləşməsi sərbəst 
söz birləşməsi adlandığı kimi, birləşməsi də sərbəst sözbirləşməsi adlanmalıdır.  
B.S.Xaymoviç, B.İ.Roqovskaya haqqında danışılan birləşmələrin, yəni more/most+adi dərəcədə sifət 
və  less/least+adi  dərəcədə  sifət  birləşməsinin  arasında  olan  oxşarlığı  səthi  hesab  edir  və  more/most+adi 
dərəcədə  sifət  birləşməsinin  sərbəst  söz  birləşməsi  adlandırılması  faktı  ilə  rastlaşmırlar.  Onlar  belə  hesab 
edirlər  ki,  more  qrammatik  morfemdir;  onun  ifadə  etdiyi  qrammatik  məna  birhecalı  sifətlərin  müqayisə 
dərəcəsini  düzəldən  –er  morfeminə  müvafiqdir.  Buna  görə  də  more/most+adi  dərəcədə  sifət  birləşməsi 
sərbəst söz birləşməsi hesab edilə bilməz. Bu birləşmə sifətin analitik formasıdır.  
Qəribə  burasıdır  ki,  B.S.Xaymoviç,  B.İ.Roqovskaya  more/most+adi  dərəcədə  sifət  birləşməsini 
analitik  forma  adlandırdıqları  halda,  və  less/least+adi  dərəcədə  sifət  birləşməsini  sərbəst  söz  birləşməsi 
hesab  edirlər.  Beləliklə  də,  dildə  eyni  xüsusiyyət  və  mahiyyətə  malik  olan  iki  birləşmədən  biri  yəni 
more/most+adi dərəcədə sifət birləşməsi sifətin analitik dərəcə forması, digəri, yəni less/least+adi dərəcədə 
sifət  birləşməsi  isə  sərbəst  söz  birləşməsi  hesab  olunur.  Bizcə,  ikisindən  biridir:  ya  haqqında  danışılan 
birləşmələrin hər ikisi sifətin dərəcə formasıdır, ya da onların hər ikisi də sərbəst söz birləşməsidir. Cünki bu 
birləşmələr  həm  onların  komponentləri,  həm  də  ifadə  etdikləri  qrammatik  məna  baxımından  tam  eynilik 
təşkil edir: həm more, həm də  less müasir ingilis dilində omonim sözlər kimi işlənir. Onlar bir halda zərf, 
digər  halda  isə  söz-morfem  kimi  işlənir. Məsələn:  eat  less,  drink  less,  and sleep  more  cümləsində less    və  
more  sözlərinin hər ikisi zərf funksiyasında çıxış edir. Lakin more beautiful, less beautiful birləşməsində isə 
onların  hər  ikisi  söz-morfem  kimi  işlənir.  Çünki  birinci  misalda  less,  more  sözləri  hərəkətə  aiddir,  ikinci 
halda isə onlar qrammatik məna bildirir, keyfiyyətin dərəcəsini göstərir. Eyni sözləri most, least haqqında da 
demək olar.  
Bir anlığa belə hesab edək ki, haqqında danışılan birləşmələr, yəni more/most+adi dərəcədə sifət və 
less/least+adi  dərəcədə  sifət  sərbəst  söz  birləşməsidir.  O  zaman  bu  qənaətə  gəlmək  olur  ki,  müasir  ingilis 
dilində ancaq bir hecalı və bəzi iki hecalı sifətlər dərəcə kateqoriyasına malikdir. Onda belə çıxır ki, ingilis 
dilinin  sifətin  dərəcə  kateqoriyası  onun  fonetik  tərkibindən  aslıdır,  digər  tərəfdən  də  more/most,  
less/least+adi  dərəcədə  sifət    birləşmələri  sintaktik  hadisə  hesab  edilməlidir.  Beləliklə  də  müasir  ingilis 
dilinə xas olan bir kateqoriya, daha dəqiq desək, sifətin dərəcə kateqoriyası iki hissəyə parçalanır. Onun bir 
qismi  morfologiyanın,  digər  qismi  isə  sintaksisin  tədqiqat  obyektinə  çevrilir.  Bu  da  nə  dilə  xas  olan 
sistemlilik, nə də məntiq baxımından ağlasığan deyil. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  B.A.İlyişin  bu  məsələyə  münasibəti  həm  fərqli,  həm  də 
qəribədir.  O  belə  hesab  edir  ki,  haqqında  danışılan  birləşmələrin  sifətin  analitik  forması  və  ya  sərbəst  söz 
birləşməsi  hesab  edilməsi  məsələsini  hər  bir  tələbənin  öz  mülahizəsinə  vermək  lazımdır.  Bu  barədə  o  belə 
yazır: ―It must be left to every student to decide what way out of this dilemma should be‖.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
105 
 
 
Əlbəttə ki, məsələnin bu cür həlli ən azı qeyri-ciddi görünür. Onu da qeyd etmək lazımdır ki, ingilis 
dilçiləri və habelə ingilis dili ilə məşğul olan qərbi Avropa dilçiləri bu fikri məqbul hesab etməmişlər.  
Yuxarda  deyilənlərdən    qısaca  olaraq  belə  qənaətə  gəlmək  olar  ki,  nə  birinci,  nə  də  ikinci  qrup 
dilçilərin sifətin dərəcə kateqoriyası haqqında söylədikləri fikirləri ilə - yəni  more/most+adi dərəcədə sifət 
və less/least+adi dərəcədə sifət birləşməsinin sərbəst söz birləşməsi olduğu fikirləriylə razılaşmaq çətindir. 
 
 
SÖZ VƏ FRAZEOLOJĠ VAHĠDLƏRĠN MÜNASĠBƏTĠNƏ DAĠR 
Şirinova M.B. 
Azərbaycan Dillər Universiteti 
 
Hər bir dilin leksik sistemində külli miqdarda sözlər və funksiyaca tək-tək sözlərə uyğun olan, ayrıca 
formalaşan,  müstəqil  dil  vahidləri  olan  frazeoloji  vahidlər  vardır.  Frazeoloji  vahidlər  sahəsində  görkəmli 
dilçi  alimlər  tədqiqatlar  aparmışlar.  Bu  alimlərdən  S.İ  Abakumov,  A.A  Reformatski,  A.B  Kunin,  L.A 
Bulaxoviski,  Y.M  Volf,  A.  Arnold  və  digərləri  frazeoloji  vahidləri  geniş  tədqiq  etmiş  və  onların  digər  dil 
vahidlləri ilə  oxşar və fərqli əlamətlərini üzə çıxarmışlar.  
 Frazeoloji  vahidləri  öyrənən  sahə  olan  frazeologiya  və  sözlərin  tədqiqat  sahəsi  olan  leksikologiya 
arasında sıx əlaqə vardır.  
 Frazeologiya  və  leksikologiyanın  əlaqəsi  ilk  növbədə  ona  əsaslandırılır  ki,  hər  iki  sahənin  əsas 
materialı sözdür. Bu iki sahənin bir-birinə çox oxşar xüsusiyyətləri var. Bu oxşarlıq müxtəlif sahələrdə özünü 
göstərir:  qrammatika  sahəsində-farzeoloji  vahid  və  söz  morfoloji  əlamətlərə  mənsub  olub,  cümlə  üzvü 
rolunda çıxış edə bilər, təyin və tamamlığa malik ola bilər; söz yaradıcılığı sahəsində-frazeoloji vahid və söz 
yeni  sözlərin  yaranması  üçün  baza  rolunu  oynaya  bilər;  onomasiologiya  sahsində-frazeoloji  vahid  və  söz 
inasnın müxtəlif fəaliyyət növləri ilə əlaqədar olan obyektiv gerçəkliyin hadisələrini ifadə edə bilər.  
Frazeoloji  vahidlə  söz  arasında  ümumi  əlamət  vardır.  Bu  ümumi  əlamət  onların  hər  ikisinin  məna 
tamlığıdır.  Leksik  tərkibinə  və  quruluşuna  görə  frazeoloji  vahidlər  söz  kimi  dildə  hazır  şəkildədir.  Bu 
əlmətinə  görə  frazeoloji  vahidlər  asanlıqla  nitq  hissələri  üzrə  təsnif  edilir.  Mənanın  olması  və  qrammatik 
funksiya daşıması bu iki dil vahidinin ümümi  əlamətidir. Bu iki xüsusiyyət frazeoloji vahidin məzmununu 
təşkil edir. Sözlə eyni olmayan frazeoloji vahid ona məna və funksiyaca çox yaxındır. Frazeoloji vahidlə söz 
birləşməsi  arasında  isə  heç  bir  ümumi  əlamət  yoxdur.    Frazeoloji  vahidlər  leksik  mənasına,  forma 
dəyişikliyinə,  sintaktik  vəzifəsinə  görə  sərbəst  söz  birləşmələrindən  fərqlənir.  Frazeoloji  vahidlərin  böyük 
əksəriyyəti  sərbəst  söz  birləşmələrinin  yenidən  mənalandırılması  əsasında  meydana  gəlir.  Bu  zaman  onda 
həqiqi və məcazi məna kimi leksik mənalar bir leksik vahiddə birləşir. 
Frazelogiya və leksikologiyanın əlaqəsini belə bir fakt da sübut edir ki, frazeoloji vahidin mövcudluğu 
və  inkişafı  müəyyən  mənada  onun  leksik  tərkibinin  xüsusiyyətləri  ilə  əlaqədardır.  Belə  ki,  frazeologizmin 
komponenti  –  söz  özündə  leksik  vahidə  məxsus  olan  xüsusiyyətləri  saxlayır.  Eyni  zamanda  bir  çox 
tədqiqatçıların qeyd etdiyi kimi, frazeoloji vahid və söz arasında oxşar cəhətlər olsa da, onlar arasında fərqli 
cəhətlər də var. İlk növbədə qeyd etmək lazımdır ki, frazeologizmin komponenti söz olaraq qalsa da, onların 
işlədilməsi  spesifik  xarakter  daşıyır.  Onlar  cümlə  üzvü  kimi  fərqlənə  bilmir,  frazoloji  vahidlər  bütövlükdə 
uyğunlaşdığı cümlə üzvləri ilə heç bir əlaqəyə girə bilmir.  
Belə  və  buna  oxşar  fərqlərin  öyrənilməsi  frazeologiyanın  obyektinin  linqivistik  mahiyyətinin  elmi 
əsaslandırılması  və  onun  leksikologiyanın  obyektinə  nisbətən  məhdudlaşdırılması  baxımından  zəruri  şərt 
rolunu oynayır. 
Bəzi tədqiqatçılar frazeoloji vahidin sözlə olan funksional yaxınlığını, onların sintaktik funksiyalarının 
qismən  və  ya  bütövlükdə  oxşar  olması,  bəzi  frazeoloji  vahidlərin  bu  və  ya  digər  cümlə  üzvü  rolunda  çıxış 
edə bilməsi ilə əlaqələndirirlər.  
Ekvivalent  məfhumu,  leksik  sinonimi  olan  frazeloji  vahidlərə  aid  edilə  bilməz.  Çünki  frazeoloji 
vahidin məna strukturu sözün məna strukturundan daha mürəkkəbdir. Dildə xüsusən konnatasiya baxımından 
fərqli  cəhətlər  mühüm  rol  oynayır.  Belə  ki,  konnatasiya  frazeoloji  vahidin  ayrılmaz  atributudur.  Frazeloji 
konnatasiysa  leksik  konnatasiyaya  nisbətən  daha  zəngindir.  Onun  mövcudluğu  sayəsində  frazeoloji  vahid 
daha güclü ekspressiv- emosional təsirə malik olur.  
Bütün bu deyilənlər göstərir ki, frazeoloji vahid sözə nisbətən daha mürəkkəb semantik struktura və 
geniş məna tərkibinə malikdir. Frazeoloji vahidlər o qədər dərin məna ifadə edir ki, ən geniş izahatlar belə 
onların  məna  tərkibini  açıqlaya  bilmir.  Xüsusən  də,  bu  frazeoloji  vahidin  mühüm  komponenti  olan 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
106 
 
 
konnatasiyaya  aiddir.  Deyilənlərin  hamısı  bir  daha  təsdiqləyir  ki,  frazeoloji  məna  ilə  leksik  məna  arasında 
keyfiyyət fərqi mövcuddur.  
Frazeoloji vahidin sözlə ekvivalent olması nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri digər bir fikir 
ondan ibarətdir ki, frazeoloji vahidlə sözün sintaktik funksiyaları bir- birlərinə uyğun gəlir, onların hər ikisi 
cümlə üzvü  kimi çıxış edə  bilirlər. Lakin bu da dəqiq fakt deyil. Çünki cümlə üzvü rolunda yalnız söz və 
frazeoloji  vahid  deyil,  eyni  zamanda  frazeoloji  xarakterli  olamayan  birləşmələr  -  sabit  və  sərbəst  söz 
birləşmələri də çıxış edə bilərlər.  
Dediklərimizdən  bu  qənaətə  gəlmək  olar  ki,  sozün  ekvivalenti  kimi  ayrılıqda  formalaşan,  işlənən  dil 
vahidləri  istifadə  oluna  bilər  ki,  bu  da  frazeologiyanın  obyektinin  müəyyənləşdirilməsi  üçün  səciyyəvi  rol 
oynaya bilər. 
 Ekvivalentlik nəzəriyyəsinin çatışmayan cəhətlərindən biri də frazeoloji vahidlə söz arasında semantik 
fərqin qəbul edilməməsi faktıdır. Bu da, qeyd etdiyimiz kimi,  əsəsən, frazeoloji vahidin məna strukturunun 
sözün  məna  strukturuna  nisbətən  daha  mürəkkəb  olması  ilə  əlaqədardır.  Bu  semantik  fərqin  qəbul 
edilməməsi  nəticəsində  frazeologiyaya  semantik  baxımdan  müxtəlif  söz  birləşmələri,  hətta  sərbəst  söz 
birləşmələri belə aid edilir.  
Nəhayət,  frazeloji  vahidin  sözlə  ekvivalent  olması  nəzəriyyəsinin  tərəfdarları  bir  vacib  faktı  da 
nəzərdən  qaçırırlar.  Bu  fakt  da  iki  dil  vahidinin  nitqdə  müxtəlif  funksional  təyinata  malik  olması  ilə 
əlaqədaradır.  Frazeologizmlə  sozün  münasibətinin  düzgün  başa  düşülməsi  və  təyin  edilməsi  onların 
strukturunun,  semantikasının  və  funksional  əlamətlərinin  hərtərəfli  müqaysəli  analizi  nəticəsində 
mümkündür. 
Belə analiz göstərir ki, qeyd edilən əlamətlərə əsasən frazeoloji vahid heç vaxt bütövlükdə sözlə eyni 
olmur.  Məhz  buna  görə  də  frazeoloji  vahidin  sözlə  ekvivalent  olmasından  deyil,  onunla  əlaqəsinin 
olmasından danışmaq daha düzgün olardı. Tədqiqiatların da sübut etdiyi kimi,  əlaqə nəzəriyyəsi frazeoloji 
vahidə özünəməxsus xüsusiyyətləri olan dil tərkibi kimi baxmağa imkan verir. Bütün bu deyilənlərdən belə 
bir  qənaətə  gəlmək  olar  ki,  frazeologiya  ilə  leksikologiya  arasında  sıx  əlaqələrin  olmasını  qəbul  etsək  də, 
onlar arasında prinsipial fərqlər də mövcuddur.  
 
 
MÜASĠR DĠLÇĠLĠKDƏ DĠSKURS ANLAYIġININ TƏDQĠQATINA DAĠR 
Şükürova A.İ. 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 
 
Son illər dilçilik sahəsində ən geniş tədqiq olunan,  çoxmənalı  terminlərdən biri diskursdur. Diskurs 
nəzəriyyəsi dilçiliyin yeni istiqamətlərindən olduğuna görə burada  cavablardan çox suallar mövcuddur.  
Diskurs  linqvistik  ensiklopedik  lüğətdə  belə    xarakterizə  olunur  :  ―  ...  məqsədyönlü  sosial  davranış 
kimi  nəzərdə  tutulan  nitq  ;  insanların  qarşılıqlı  əlaqəsi  və  onların  şürundakı  mexanizmlərdə  (koqnitiv 
proseslərdə)    iştirak  edən    komponent...  ‖  .  Həmçinin  lüğətdə  qeyd  edilir:    ―Diskurs  (fransız  dilində 
―discours‖- nitq)- ―həyatla yüklənmiş‖ nitqdir. Buna görə də  ―mətn ‖ terminindən fərqli olaraq, ―diskurs ‖ 
termini  canlı həyatla əlaqələri bilavasitə bərpa oluna bilməyən  qədim və digər mətnlər üçün tətbiq edilmir‖. 
(Лингвистический  Энциклопедический  Словарь,  В.Н.Ярцева,  Москва  «Советская  Энциклопедия» 
1990, s. 136-137 )  
Eyni zamanda diskursu semiotik prosesin tərkib hissə kimi də qəbul edirlər.  (Греймас А.Ж., Курте 
Ж. Обьяснительный словарь теории языка//Семиотика. М., 1983 s. 488). Deməli, həm dil həm də qeyri-
dil    faktorlarından  ibarət  olan  diskursiv  təcrübələrin  müxtəlif  üsulları  məhz  semiotik  prosesdə  
cəmləşdirilmişdir.  
 ―İzahlı tərcüməşünaslıq terminləri‖ lüğətində müxtəlif alimlər tərəfindən diskursun aşağıdakı şərhləri 
təqdim edilir:  
―Diskurs  –  filoloji  ədəbiyyatda  geniş  yayılmış  termin  (frans.  discours,  lat.  dis-curere  –  ora-bura, 
müxtəlif tərəflərə qaçmaq) fransız dilində ənənəvi olaraq ―mühakimə‖, ―fikir yürütmə‖ mənalarında işlədilib. 
50-ci  illərdə  E.Benvenist  deyim  nəzəriyyəsini  hazırlayaraq  diskursu  nitqin  xarakteristikası  kimi 
müəyyənləşdirir: ―Birincinin müəyyən şəkildə ikinciyə təsir etmək cəhdi‖. Yaxud İ.Derrida diskursu yazan 
və  oxuyanların  təcrübəsində  canlı  dərk  olunmuş  mətn  təsəvvürü‖  adlandırır.  Z.Xerrisə  görə  diskurs  verbal 
kommunikasiyada  mətn,  qrammatik  formaların,  bir-birinin  dalınca  sıralanmış  frazaların  ardıcıllığıdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
107 
 
 
T.A.Van  Deykə  görə,  diskurs  ―kommunikativ  hadisədir‖.  ‖  (  R.Manafoğlu,  N.Tağısoy,  R.Kamal.  İzahlı 
tərcüməşünaslıq terminləri lüğəti – Bakı: Mütərcim, 2010. s.19 )  
Əlavə  etmək  istərdik  ki,  qədim  latın  dilində  ―diskurs‖  sözünün  aşağıdakı  mənaları  vardır  discursus, 
us m [discurro]  
1)  o tərəf-bu tərəfə qaçmaq
2) hərbi manevr; 
3) qəfildən hücum; 
4) hərəkət dövretmə; 
5) fasiləsiz sayrışma; 
6) mənasız vurnuxma, tələsmə; 
7) çoxalma, budaqlanma ; 
8) çırpınma 
... 

         9) söhbət, danışıq; 
 (http://linguaeterna.com/vocabula/show.php?n=14069) 
Göründüyü  kimi,  lüğətdə  diskurs  sözünün  ilkin    mənası  ―qaçmaq‖  feilidir.  Sonrakı    mənalar  isə 
―hərəkət‖, ―dövretmə‖, ―fasiləsiz sayrışma‖ və sairə ilə bağlıdır. Nəticədə, sonuncu, yəni  ―söhbət‖, ―danışıq‖ 
mənası  hal-hazırki  diskurs  terminini  izah  edir.  Zənnimizcə,    diskurs  sözünün    ilkin  mənasının    ―ora  bura 
qaçmaq‖  olması  təsadüfi  deyil.  Belə  ki,  ünsiyyət  zamanı    insanlar  arasında  qarşılıqlı  təsir  nəticəsində 
məlumatın  ötürülməsi  və  qəbul  edilməsi,    yəni    şüurumuzdakı  sözlərin,  ifadələrin,  fikirlərin  çevik 
yerdəyişməsi  baş  verir.  Qarşılıqlı  təsirin  iştirakçıları  olan  insanlar  informasiyanı  bir-birinə  maksimum 
dərəcədə  tez  ötürməyə  çalışırlar  ki,  məlumatın  dekodlaşmasında  küy,  yəni  maneə  yaranmasın.  Beləliklə,  
şüurumuzda olan informasiya metaforik olaraq ―ora-bura qaçır‖ və  diskurs   yaranır.  
Yuxarıdakı  fikirlər  diskursun  sosial  mahiyyətini açır,  çünki  cəmiyyətsiz  diskurs  mövcud  ola  bilməz. 
Sotsiumda,  daha  dəqiq  desək  linqvoetnosotsiumda  insanlar  arasında  onların  bir-birini  qavramasından 
başlayan ünsiyyət yaranır. Qavrayışın bu növü isə psixologiyada ―sosial persepsiya‖  (latınca sosialis-ictimai, 
perseptio-qavrayış deməkdir) adlanır‖.  (Sosial psixologiya. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə Bakı, 2003 s. 285) 
Diskurs  faktorunun  tədqiqatına  sosial–persepsiya  prosesləri  mövqeyindən  yanaşmaq  vacibdir.  Burada 
həmçinin  nitqin şərhi zamanı dil daşıyıcılarının sosial-psixoloji tiplərini, onların məqsədlərini nəzərə almaq 
da önəmlidir. Deməli, nitqyaranma prosesində sosial kommunikasiyasız daxili kodların  xarici verballaşması 
mümkün olmayacaq. 
Bildiyimiz  kimi,  dil  strukturu  aşağı  və  yuxarı  səviyyələrin  hierarxiyasından  və  hər  səviyyəni  təşkil 
edən  dil  vahidləri:  fonemlər,  morfemlər,    sözlər,  cümlələrdən  ibarətdir.  Bütün  bu  vahidlərin  təşkil  etdiyi 
layların  tədqiqatı  ilə  fonetika,  morfologiya,  sintaksis  kimi  sahələr  məşğul  olur.    Cümlədən  sonra  isə 
özünəməxsus vahidləri olan diskurs səviyyəsi gəlir. Diskurs dilin elə bil səviyyəsidir ki, onun konkret həcmi 
yoxdur. O həm bir neçə sözdən (məsələn,  siyasi şüar)  və həm də silsilə hekayələrdən, kitablardan ibarət ola 
bilər.  
Diskursların  təsnifatı  və  ya  növlərinin  müəyyən  edilməsi  önəmlidir.  Diskurslar  informasiyanın 
ötürülməsi üsuluna görə  (məsələn, yazılı, şifahi); janrına görə (məsələn, hekayə, müsahibə, söhbət və s. ),   
insan fəaliyyətinin  müəyyən sahələri ilə əlaqədar olması və məqsədinin mahiyyətinə görə  (məsələn, məişət, 
elmi, rəsmi, kriminal və s. ) fərqlənirlər.  
Beləliklə, mətndən daha geniş anlayış, kommunikativ hadisə olan diskurs dinamikada təzahür edir və 
semiotik  prosesin  tərkib  hissəsidir,    müvafiq  situasiya  çərçivəsində  müəyyən  bir  hadisə,  hətta  dünya  
haqqında   fikir ifadə edən  mürəkkəb biliklər sistemidir.   
 
 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
108 
 
 
 
ĠNGĠLĠS DĠLĠNĠN FONETĠK QURULUġU 
Tahirova S.Ə. 
Azərbaycan Dillər Universiteti 
                                                  
Digər dillər kimi, ingilis dilinin də özünə xas fonetik sistemi  və qurulu vardır. Dilin fonetik sisteminə 
seqment  və  supraseqment  vahidlər  daxildir.  Seqment  vahidlərə  dil  səsləri  və  onların  birləşmələri  daxildir. 
İngilis dilinin fonetik  quruluşunun ilk və əsas komponenti seqment fonemlərdir. Fonemlərin təşkiledici ( söz 
və  söz  birləşmələri  yaratmaq),  fərqləndirici  (sözlərin  və    morfemlərin  mənalarını  fərqləndirmək),  tanıdıcı 
(sözlərin, cümlələrin qrammatik formalarının   qurulmasına və allofonların düzgün ifadəsinə kömək etmək) 
funksiyaları var.  Fonem ən kiçik vahid olub, bir sözü digərindən, həm leksik həm də qrammatik cəhətdən 
fərqləndirmək xüsusiyyətinə malikdir. 
İngilis dilinin fonetik quruluşunun digər bir komponenti hecadır. Heca sözün mühüm elementlərindən 
biridir  və  sözün  formalaşmasında  xüsusi  rola  malikdir.  Heca  sözdən  ayrılıqda  mövcud  olmur.  Heca  sözün 
daxilində  mövcud  olur  və  öz  funksiyalarını  söz  daxilində  yerinə  yetirir.  Heca  yaranması  haqqında  bir  sıra 
nəzəriyyələr  mövcuddur.  Bu  nəzəriyyələr  ―ekspirator‖,  ―sonorluq‖,  ―əzələ  gərginliyi‖  və    ―qövsü  ucalıq‖ 
nəzəriyyəsidir. Superseqment vahidlər isə ayrılıqda mövcud deyildir.  Supraseqment vahidlərə vurğu, tonlar, 
uzunluq, intonasiya və sair daxildir. Dil öyrənmə  prosesində həm seqment, həm də supraseqment vahidlər 
çox  mühüm  əhəmiyyət  kəsb  edir.  İngilis  dilinin  üçüncü  komponentini  vurğu  təşkil  edir.  Vurğunun  fiziki 
akustik, təbiəti, ikihecalı və çoxhecalı sözlərdə vurğunun mövqeyi və vurğunun dərəcəsi aspektləri vardır. 
İngilis  dilində  vurğu  konstitutiv  və  distinktiv  funksiya  daşıyır.  Vurğu  sözdə  müəyyən  bir  hecanın 
üzərinə  düşməklə  həmin  sözün  hecalarını  bir  bütövə,  leksik  vahidə  çevirir.  Bununla  yanaşı,  vurğu  söz 
formalarını  və  mürəkkəb  sözləri    söz  birləşmələrindən  fərqləndirməklə  məna  fərqləndirici  funksiya  yerinə 
yetirir. Məsələn: blackbird,  black bird.    
İngilis  dilinin  fonetik  quruluşunun  dördüncü  komponenti  intonasiyadır.  İntonasiya  cümlələrin  və 
intonasiya  qruplarının  formalaşmasına,  cümlənin  kommunikativ  tiplərinin  müəyyənləşməsinin  həyata 
keçirilməsinə,  danışanın  fikir  və  münasibətinin  ifadə  edilməsinə,  intonasiyanın  funksiyasına  xidmət  edir. 
Melodiya,  cümlə  vurğusu,  temp,  tembr  intonasiyanı  bir  vahid  kimi  bütövə  çevirən  amillərdir.  İntonasiya 
cümlənin  qəlbidir.  İntonasiya  danışanın  nitqində  düşüncələrini, arzularını  emosiyalarını  və  həqiqətə  uyğun 
olan  münasibətlərini  ifadə  etməyə  imkan  verən  nitq  melodiyası,  cümlə  vurğusu,  səs  keyfiyyəti  və  nitq 
temposunun  birliyindən  ibarətdir.  İntonasiyasız  insan  nitqi  quru  və  monoton  olardı.  Çünki  fikrin 
çatdırılmasında cümlədə işlədilən sözlərlə yanaşı, intonasiyanın da çox böyük payı var. Beləliklə,  fonem  ən 
kiçik  dil  vahidi  olub,  bir  sözü  digərindən,  sözün  bir  qrammatik  formasını  digərindən  fərqləndirmək 
xüsusiyyətinə  malikdir.  Heca  dilin  struktur  komponenti  kimi  sözün  mühüm  tərkib  elementlərindən  biridir. 
Dil  fonetik  cəhətdən  səciyyələndirən  mühüm  əlamətlərdən  biri  olan  vurğu  danışıqda  mühüm  rol  oynayır. 
Belə ki, bəzi sözlərdə vurğunun yeri dəyişməklə məna fərqi yaranır. 
                                                             
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin