AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
 
ELMĠ TERMĠNOLOGĠYADA DĠFERENSĠASĠYA ANLAYIġININ ĠġLƏNMƏ MƏQAMLARI 
Həmzəyeva L.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Elmi üslubun xüsusiyyətlərindən biri olan dəqiqlik hər bir elm sahəsində xüsusi terminoloji leksikanın 
istifadəsini  zəruri  edir.  Termin  müəyyən  elm,  yaxud  fəaliyyət  sahəsində  işlənən  özünəməxsus  anlayışları 
ifadə  edən  söz  və  ya  söz  birləşməsidir.  Elmlərin  terminoloji  sistemləri  bir-birindən  təcrid  olunmuş  şəkildə 
fəaliyyət  göstərmədiyi  üçün  hər  hansı  bir  elmdə  istifadə  olunan  termin  başqa  elm  sahələrində  də  rastımıza 
çıxa bilir. Adətən, bu cür terminlərin müxtəlif elmlərdə işlənməsini mümkün edən səbəb onların təxminən 
eyni mahiyyətli olmalarıdır. 
Belə  həmhüdud  terminlər  qohum  olan  və  ya  qohum  olmayan  bir  neçə  elmdə  istifadə  oluna  bilir. 
Məsələn, ―adaptasiya‖ termini biologiyada, eləcə də pedaqogika və psixologiyada da işlənir. 
Bir  neçə  elm  sahəsində  rast  gəlinən  həmhüdud  terminlərdən  biri  də  diferensiasiya  terminidir.  Bu 
termin  dil  haqqında  elmdə,  sosiologiyada,  embriologiyada,  psixologiyada  fəal  şəkildə  istifadə  olunan 
terminlər  sırasındadır.  Diferensiasiya  latın  sözü  olub,  mənası  fərqlənmə,  ayrılma  deməkdir.  Diferensiasiya 
embriologiyada    mənşəcə eyni  hüceyrələrin  vasitəsilə  müxtəlif  növ  hüceyrələr  sırasının  yaranmasına  səbəb 
olan prosesdir, onkologiyada şişmiş hüceyrələrin digər hüceyrələrlə uyğunluq dərəcəsidir. Sosiologiyada isə 
öz gedişatında cəmiyyət daxilində qruplar, rollar, statuslar və s. formalaşan bir prosesdir. 
Psixologiyada bu termin bir-birindən dəqiq şəkildə fərqlənməklə iki mənada işlədilir. Belə ki, şərtilik 
tədqiqatlarında  orqanizmin  iki  və  daha  artıq  oxşar  stimula  iki  və  daha  çox  müxtəlif  reaksiya  verməsinin 
gərək olduğu gedişatdır. 
Eksperimental  şərtlər  bu  şəraitlər  yığımını  reaksiya,  yoxsa  stimulun  diferensiasiyası  olduğunu 
müəyyən edir. Qavrayış nəzəriyyəsində stimullar sırası eyni cinsli qavranandan eynicinsli olmayanadək elə 
dəyişir ki, bu sıranın müxtəlif aspektləri seçilə bilər. 
Dilçilikdə  diferensiasiya  lüğət  tərkibinin,  yaxud  ayrı-ayrı  sözlərinin  mənasının  semantik  və  üslubi 
cəhətdən  təbəqələşməsidir.  Digər  mənada  isə  dil  təkamülünün  elə  bir  əlamətidir  ki,  bunun  təsiri  ilə 
dialektlərdən  biri  digərindən  fərqlənməyə,  xüsusiləşməyə  və  müstəqil  dil  kimi  formalaşmağa  başlayir.  
Qohum dillərin meydana gəlməsində də diferensiasiya mühüm rol oynayır. Vaxtilə eyni məna daşıyan -ir
2
 və 
-ar
2
  şəkilçilərinin  hazırda  fərqlənməsi  misalında  qrammatik  diferensiasiyadan  da  danışa  bilərik.  Aydın 
olduğu  kimi,  qrammatik  diferensiasiyada  dilin  inkişafını  təmin  edən  əsas  daxili  amillərdən  biri  kimi 
formaların ayrılıb fərqlənməsi şəklində izah olunur.  
Diferensiasiya  termini  elm  aləmində  H.  Spenserdən  başlayaraq  daha  geniş  yayılmışdır.  O, 
diferensiasiya  və onun  əksi  olan inteqrasiyanı  bioloji, psixoloji  və  sosioloji səviyyədə  materiyanın  sadədən 
mürəkkəbə doğru gedən  təkamül məqamları kimi nəzərdən keçirirdi.  
Eyni kökdən olan diferensial termini müxtəlif elm sahələrində işlədilən terminlərdəndir. "İzahlı dilçilik 
terminləri"    lüğətində  fonoloji  funksiyanın  əsaslandığı  nitq  səsi  elementi,  yaxud  elementləri,  eləcə  də, 
fonemin  ən  kiçik  ünsürü  diferensial  əlamət  adlandırılır.  Qeyd  olunur  ki,  fonem  məhz  diferensial  əlamət 
toplusu  kimi  təsəvvür  edilir  və  bu  əlamətlərin  bir  sıra  binar  qarşılaşdırmaları  əsasında  müəyyənləşdirilir.  
Riyaziyyatda  isə  diferensial  funksiyanın  sonsuz  kiçik  artımının  limiti  kimi  başa  düşülür.  İqtisadiyyatda  da 
rast gəlinən diferensial termini bərabər olmayan, fərqli, müxtəlif dərəcələrə ayrılmış mənasında işlədilir.  
Diferensiasiya  termininin  müxtəlif  sahələrdə  işlənmə  məqamlarını  nəzərdən  keçirərkən  bu  terminin, 
demək  olar  ki,  eyni  mahiyyətdə  istifadə  olunduğunu,  terminlərin  aydın  semantikalı  sözlərdən  seçildiyini 
müşahidə edə bilirik. 
Hər  hansı  bir  xalqın  müstəqilliyini  qorumaqla  tərəqqiyə  qovuşmasında  dilinin  ―dövlət  dili‖  kimi 
qəbulıı ilə yanaşı, bu istiqamətdə yaradılan şərait, dövlət səviyyəsində görülən genişmiqyaslı işlər də önəmli 
rola malikdir. Belə ki, dilin inkişaf səviyyəsi aşağı olduqda nillət bıı və ya digər fəaliyyət sahələrində uğura 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
52 
 
 
nail  ola  bilmir,  onun  gələcəyi  yönündə  müxtəlif  maneələr  yaranır.  Tarixdən  bəllidir  ki,  bir  sıra  ölkələr  öz 
fəaliyyət  sahələrində  inkişafı  təmin  etmək  üçün  buna  əlverişli  zəmin  olan  vahid  dildən  istifadəyə  üstünlük 
vermişlər. Bəzi ölkələrdə müəyyən tarixi dövrlərdə dövlət dili bir, elmi dil başqası, poeziya, dili isə digər dil 
sayılmışdır. Hətta orta əsrlərdə bir sıra ölkələrdə fars dili daha çox poeziya dili kimi. ərəb dili elmin dili kimi 
qəbul edilmişdir. Çağdaş dönəmdə isə həmin funksiyanı ingilis dili öz üzərinə götürmüşdür. 
Əlamətdar haldır ki. Azərbaycan dili çətin sınaqlardan şərəflə çıxaraq bir çox yönlərdə dil üslublarını 
ehtiva  edə  bilmişdir.  Ədəbi  dilimizin  malik  olduğu  daxili  potensial,  zəngin  söz  ehtiyatı,  həmçinin  tarixin 
ayrı-ayrı dövrlərindən üzübəri yol alan dövlətçilik ənənələrimiz bu gün bütün fəaliyyət sahələrində uğurların 
əldə  oiunmasına  zəmin  yaratmış,  milli  dilin  tərəqqisinə  geniş  imkanlar  açmışdır.  Xalqın  iqtisadi,  siyasi, 
hüquqi,  mədəni-mənəvi  problemlərinin  dövlətçilik  mövqeyindən  həllində  müstəqil  Azərbaycan  dövlətinin 
elan etdiyi dilin inkişafına yönəlmiş fəaliyyət proqramlarının rolu xüsusi qeyd edilməlidir. 
Müstəqilliyin  əldə  olunması  Azərbaycan  dilinin  dövlət  dili  kimi,  diplomatik  dil  kimi  işarələnmə 
iınkanlarının  genişlənməsinə  rəvac  verməklə  yanaşı.  rəsmi  üslubun  inkişafına  real  zərnin  yaratdı.  Dövlət 
dilini  inkişaf  etdirmək  iiçün  yüksək  dövlətçilik  təfəkkürünə  malik  olmağın,  eyni  zamanda  bu  fikrin 
formalaşmasında əhəmiyyət daşıyan bir sıra məsələləri daha çox düşüncə müstəvisində saxlamağın zəruriliyi 
zaman-zaman əməli fəaliyyətdə sübuta yetirildi. 
Dil  xalqa  məxsusdur  və  dilin  subyekti,  əsas  hərəkətverici  qüvvəsi  ayrı-ayrı  fəaliyyət  sahələrində 
çalışan şəxslər. bütövlükdə xalqdır. Dilin tərəqqisi naminə həlli vacib məsələlərin icrasına nail olmaq üçün 
də bütün  strııkturlarda, qurumlarda çalışan vətəndaşlar üzərinə düşən missiyanı fəal vətəndaş mövqeyindən 
çıxış etməklə yerinə yetirməlidirlər. 
 
 
TÜRK DĠLLƏRĠNDƏ ALINMA TURĠZM TERMĠNLƏRĠNĠN UNĠFĠKASĠYASI 
Həsənova L. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Sahə  terminologiyasının  linqvistik  unifikasiyası  terminoloji  variativliyi  aradan  qaldırmağı  nəzərdə 
tutmaqla yanaşı, xüsusi anlayışın birmənalı ifadəsini tapmağı, termin yaradıcılığı üsullarının və modellərinin 
"rasional  minimumunu"  müəyyənləşdirməyi  nəzərdə  tutur.  Unifikasiya  terminologiyanın  normalaş-
dırılmasını, eyni zamanda, anlayışı ifadə edən vahidlərin terminə qoyulan tələblərə cavab verməsini özündə 
birləşdirir. Unifikasiya və nizamasalma məsələlərinin qarşılıqlı əlaqədə olması, onların ardıcıl bir-birini əvəz 
etməsinə  imkan  yaradır.  Vahid  terminologiyadan  istifadə  həm  sahənin  özünəməxsus  qəliblərinin, 
standartlarının yaranması, həm də mətni informasiyanın intensiv çatdırılması üçün vacibdir. Türk dillərində 
turizm  terminologiyasının  unifikasiyası  qohum  dillər  üzrə  bir  sahənin  terminoloji  sisteminin  unifikasiya 
məsələsini  əhatə  edir.  Müasir  dövrdə  terminlərin  beynəlxalq  səviyyədə  unifikasiyasında  beynəlmiləl 
terminlərin  yekcinsliyinin  təmin  edilməsini  prioritet  vəzifə  kimi  ön  plana  çəkir.  Türk  dillərinin  hər  birində 
alınma  turizm  terminləri  müəyyən  bir  çoxluq  təşkil  edir.  Bu  alınmaların  arasında  beynəlmiləl  turizm 
terminləri  də  müəyyən  qrupda  birləşir.  Qeyd  olunan  faktlar  türk  dillərində  alınma  turizm  terminlərinin 
unifikasiyasının iki istiqamətdə aparmağın şərtini ortaya atır. Turizmin Türkiyədə daha zəngin tarixə malik 
olduğuna  və  bu  sahənin  Türkiyədə  yüksək  səviyyədə  inkişaf  etdiyinə  görə,  Türkiyə  türkcəsində  turizm 
terminologiyasının  bir  sistem  kimi  qurulmasını  qəbul  etmək  olar.  Unifikasiya  zamanı  müasir  türk  dilinin 
turizm terminologiyasının bazis sistem olaraq seçmək əlverişlidir. Təhlil göstərir ki, Türkiyə istisna olmaqla 
digər  türkdilli  dövlətlərdə  turizm  terminologiyası  formalaşma  dövrünü  yaşayır  və  bu  dövrdə  alınma 
terminlərin çəkisi  artır. Türk dillərində yeni turizm terminlərinin alınmasında üç əsas istiqamət aşkara çıxır: 
1) birbaşa ingilis dilindən turizm terminlərinin alınması (türk dilində və qismən Azərbaycan dilində); 2) rus 
dili  vasitəsi  ilə  turizm  terminlərinin  alınması  (qazax,  qırğız,  özbək,  türkmən,  qaqauz  və  s.);  3)  türk  dili 
vasitəsilə turizm terminlərinin alınması (Azərbaycan, qismən qırğız və qazax). Bu istiqamətlərdən üçüncüsü 
turizm  terminlərinin  qohum  dillər  səviyyəsində  unifikasiyası  üçün  əlverişli  imkan  yaradır.  Bu  xəttin  əsas 
götürülməsi  türk  dillərinin  turizm  terminologiyasının  ortaqlaşdırılması  üçün  də  xüsusi  əhəmiyyət  daşıyır. 
Türkdilli dövlətlərdə turizm terminlərin unifikasiyası bu ölkələrdə vahid və ya yaxın terminoloji sistemdən 
istifadə  üçün  əlverişli  zəmin  yaradır.  Beynəlxalq  turizm  sənayesinə  qoşulma  həm  də  dilin  sahə 
terminologiyasının beynəlxalq standartlar səviyyəsinə qaldırılmasını tələb edir.  
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
53 
 
 
 
FRAZEOLOJĠ  LÜĞƏTLƏRDƏ  EKVĠVALENT VƏ EKVĠVALENTSĠZ FRAZEOLOGĠZMLƏR 
Həsənova T.İ. 
Gəncə Dövlət Universiteti 
 
Frazeologizmlərin  dəqiq  və  mükəmməl  formada  tərcüməsi  ingilis  dilinin  frazeologizmləri  ilə 
Azərbaycan  dilinin  frazeologizmləri  arasındakı  əlaqədən,  uyğunluq  dərəcəsindən  asılıdır.  Frazeologizmlər 
tərcümə nöqteyi-nəzərdən iki qrupa bölünür: 1) ekvivalent frazeologizmlər, 2) ekvivalentsiz frazeologizmlər.  
 I.  Ekvivalent  frazeologizmlər. Tərcümə  olunduğu  dildə  ekvivalenti  olan  frazeologizmlərə  ekvivalent 
frazeologizmlər  deyilir.  Bu  frazeologizmlərin  iki  növü  var:  1)tam  frazeoloji  ekvivalentlər,  2)  natamam 
frazeoloji ekvivalentlər.   
1. Tam  frazeoloji  ekvivalentlər  –  bu frazeoloji  ekvivalentlərin tərkibinə  məna,  leksik  tərkib, bədiilik, 
qrammatik quruluş və üslubi çalarlıq baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və 
yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir. Bunlara aşağıdakı frazeologizmləri 
misal göstərmək olar: 
Achilles‘  heel  ―axilles  dabanı‖;  to  show  somebody  the  door  ―bir  kəsə  qapını  göstərmək‖  (bir  kəsi 
qovmaq); as cold as ice ―buz kimi soyuq‖; the iron heel ―dəmir daban‖(imperializm); in the sweat of one‘s 
brow―alının təri ilə‖; a labour of  Sisyphus ―sizif əməyi‖; in the seventh heaven―göyün yeddinci qatında‖; to 
frown  one‘s  eyebrows  ―qaşlarını  çatmaq‖;  Lares  and  Penates  ―larlar  və  penatlar‖;  alabor  of  Hercules 
―herkules  əməyi‖;  to  stick  like  a  leech  ―zəli  kimi  yapışmaq‖;  to  dig  a  pit  for  somebody  ―bir  kəsə  quyu 
qazmaq‖; to gnash the teeth ―dişlərini qıcırdatmaq‖ (Кунин А. В. Фразеология современного английского 
языка). 
  2.Natamam  frazeoloji  ekvivalentlər  –  bu  frazeoloji  ekvivalentlərin  tərkibinə  isə  tərcümə  olunduğu 
dilin  frazeologizmləri  ilə  bədiilik  və  məna  baxımından  nisbətən  uyğun  gəlməyən  frazeologizmlər  daxildir. 
Tərcüməçi bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyini, emosionallığını da nəzərə almalıdır. 
Natamam frazeoloji ekvivalentlərə aşağıdakı frazeologizmləri misal göstərə bilərik: 
To  be  in  black  book―qara  siyahıda  olmaq‖;golden  opportunity  ―gözəlfürsət‖;to  be  in  pins  and 
needles―tikan  üstündə  oturmaq‖;  to  fall  on  stony  ground  ―boşa  çıxmaq‖;  to  have  pity  on  (smb.)  ―bir  kəsə 
ürəyi yanmaq‖; to catch somebody red-handed ―bir kəsi cinayət üstündə yaxalamaq‖; to call a spade a spade  
―necə var, elə demək‖; one swallow does not make a summer ―bir güllə bahar olmaz‖; to burn the candle at 
both ends ―ömrünü puç etmək‖; between hammer and anvil ―od ilə su arasında‖; to make a  monkey out of 
somebody ―bir kəsi ələ salmaq‖; fly off the handle ―özündən çıxmaq‖; small talk ―boş söhbət‖. 
Natamam  frazeoloji  ekvivalentlər  özləri  də  üç  qrupa  bölünür.  Birinci  qrup  natamam  frazeoloji 
ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin frazeologizmləri ilə mənaca uyğun gələn, bədiilik və üslubi 
çalarlılıq baxımından yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir: the talk of 
the  town  ―dillərə  dastan‖;the  first  portent  ―müjdəçi‖,  ―ilk  əlamət‖.    İkinci  qrup  natamam  frazeoloji 
ekvivalentlərin tərkibinə isə tərcümə olunduğu dilin frazeologizmləri ilə məna, leksik tərkib, bədiilik, üslubi 
çalarlılıq  baxımından uyğun  gələn,  lakin  bəzi  formal  əlamətlərinə  görə fərqlənən  frazeologizmlər  daxildir: 
strike while the iron is hot ―dəmiri isti-isti döyərlər‖. Üçüncü qrup natamam frazeoloji ekvivalentlər tərcümə 
olunduğu  dilin  frazeologizmləri  ilə  bütün  xüsusiyyətlərinə  görə  uyğun  gələn,  lakin  bədiilik  baxımından 
fərqlənən  frazeologizmlərdir:  to  spread  before  the  eye  ―elə  bil  ovcumun  içindədir‖;  be  born  with  a  silver 
spoon in one‘s mouth ―xoşbəxt ulduz altında doğulmaq‖ . 
II.  Ekvivalentsiz  frazeologizmlər.  Ekvivalentsiz  frazeologizmlər  dildə  sayca  ən  çox  olan 
frazeologizmlərdir.  Belə  frazeologizmlərin  sırasına  tərcümə  olunduğu  dildə  ekvivalenti  olmayan 
frazeologizmlər  daxildir.  Onların  tərcüməsi  frazeoloji  deyil,  leksik  vasitələrin  köməyi  ilə  verilir. 
Ekvivalentsiz  frazeologizmlərin  tərcüməsini  heç  bir  zaman  dəqiq  tərcümə  adlandırmaq  olmaz.  Bu  cür 
frazaologizmlərin tərcüməsində həmişə bəzi çatışmazlıqlar olur. (bədiilik, ekspressivlik, məna çalarları və.s.) 
Məsələn: What will Mrs Crundy say? ―camaat bizə nə deyər?‖; Cordelia‘s gift ―sakit, incə qadın səsi‖(―King 
lear‖  əsərinin  qəhrəmanı  Kordeliyanın  səsi  kimi);  Jack  Sprat  ―cırtdan‖,  ―çox  kiçik  boylu‖;  Tom  Tiddler‘s 
ground ―xəzinə‖(bu frazeologizm qədim uşaq oyununun adı ilə əlaqədar olaraq yaranmışdı. Bu oyunda kim 
Tom  Tiddler  olarsa  o,  öz  dayandığı  yerə  heç  kəsi  qoymamalıdır.)    (Кунин  А.  В.  Фразеология 
современного английского языка). Ekvivalentsiz frazeologizMlərin tərcüməsində kalka tərcümə növündən 
geniş istifadə olunur.  
Beləliklə,  hər  bir  dil  bu  və  ya  digər  frazeologizmi  özünəməxsus  şəkildə  əks  etdirir.  Buna  görə  də  
tərcüməçi  tərcümə  prossesi  zamanı  orijinaldakı  frazeologizmin  xüsusiyyətlərini  saxlamaq  üçün  hər  iki  dilə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
54 
 
 
məxsus  müxtəlif  ifadə  vasitələrindən  istifadə  edir,  frazeoloji  birləşmələrin  ekvivalentini  verir, ifadələri  bir-
birinə  yaxın  şəkildə  (komponentlərinin  dəyişdirilib  başqa  leksemlərlə  əvəz  edilməsi)  tərcümə  edir,  ingilis 
dilindəki  frazeologizmi  Azərbaycan  dilinə  tərcüməsində  onların  sinonimlərindən,  hərfi  tərcümə  və.s. 
vasitələrdən geniş istifadə edir. 
 
 
MƏMMƏD SƏĠD ORDUBADĠNĠN “HƏYATIM VƏ MÜHĠTĠM”  
MEMUARINDA ĠġLƏNƏN  ƏCNƏBĠ SÖZLƏR 
Həşimova E.M. 
AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu 
 
Fransız  dilindən alınmış  ―memuar‖  sözünün  mənası ―yaddaş‖ deməkdir.  Yazıçının  əsasən  yaddaşına 
istinad  edərək  yazdığı  memuar  onun  yaşadığı  mühiti,  tarixi  hadisələri,  insanlararası  münasibətləri, 
cəmiyyətdə  baş  verən  prosesləri  işıqlandırır,  keçmişi  göz  önündə  canlandırır,  olayların  gerçək  mənzərəsini 
əks etdirir. Bu janrda ilk nümunələr XIII əsrdə Fransada qələmə alınmışdır. 
Azərbaycan  memuar  ədəbiyyatının  rüşeymlərinə,  köklərinə  təzkirə,  salnamə,  vücudnamə  və 
səyahətnamələrdə    təsadüf  edilir.  Nəsrin  inkişafı  ilə  əlaqədar  XIX  əsrin  sonunda  XX  əsrin  əvvəllərində 
memuar  janrı  yeni  inkişaf  mərhələsinə  daxil  olur.  Bu  dövrdə  Cəlil  Məmmədquluzadə,  Ömər  Faiq 
Nemanzadə,  Abdulla  Şaiq,  Yusif  Vəzir  Çəmənzəminli  ilə  yanaşı  Məmməd  Səid  Ordubadi  də    memuar 
ədəbiyyatının kamil, parlaq və zəngin örnəklərini yaratmışdı.  
M.Füzuli  adına  Əlyazmalar  İnstitutunda  M.S.Ordubadinin  ―Həayaatım  və  mühitim‖,  ―Bakıda  ikinci 
kərə‖,  ―Böyük  ədib  haqqında  xatıratım‖,    ―Saritsin  xatirələrindən‖  adlı  memuarları  mühafizə  olunur.    Bu 
xatirələr  arasında  ―Həyatım  və  mühitim‖  memuarı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Təssüf  ki,  ədibin  ömrünün 
təxminən  48  ili  haqqında  məlumat  aldığımız,  dövrünün  mühüm  hadisələrinin  heç  birinin  diqqətindən 
yayınmadığı,  Azərbaycanın  iqtisadi-siyasi  mühitinin  aynası  olan,  çar  Rusiyasının,  erməni  daşnaqlarının 
özbaşınalıqlarını bütün reallığı ilə təsvir edən bu əsər nə ədibin sağlığında, nə də ölümündən sonra uzun illər 
nəşr olunmamışdı. Ordubadi xatirələrin yazılmasına-tərtibinə həbsxanada başlamışdır və həmişə inanmışdır 
ki,  nə  vaxtsa  bu  xatirələr  nəşr  olunacaq.  Özü  bu  barədə  yazır:  ―Mən  Bakıya  qədər  həbsxana  xatiratını 
yazmışdım.  Bakı  həbsxanasında  tərtibə  salmağa  başladım...Mənim  bu  işləri  ilə  nə  üçün  maraqlandığımı 
soruşurdular. Mən isə:−bir vaxt mən bu xatirəni kitab şəkilində çap etdiriəcəyəm. Bunu hər kəs oxuyub çar 
hökümətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqlar. Ağa Kərim bir az düşündü:−hər 
gah  bu  cür  şeyləri  çap  etdirməyə  qoymasalar  necə  olsun?−dedi.  İndi  qoymasalar  da  bir  vaxt  buna  imkan 
tapılar−dedim.‖  Belə  bir  imkan  XX  əsrin    90-cı  illərində  yarandı.  Ölkəmizin  müstəqillik  qazanması 
nəticəsində  bu  dövrdə  baş  verən  siyasi,  ictimai,  ideoloji  dəyişikliklər  digər  sahələrdə  olduğu  kimi 
ədəbiyyatımıza  da  öz  təsirin  göstərmişdir.  Bir  çox  klassiklərimiz  kimi  M.S.Ordubadinin  irsinə  də  yenidən 
qayıtma  zərurəti    yaranmışdır.  Bunun  nəticəsi  olaraq  1996-cı  ildə  filologiya  üzrə  elmlər  doktoru  Nailə 
Səmədova  ―Həyatım  və  mühitim‖  memuarını  tərtib  edib,  çapa  hazırlamış,  ön  söz  yazaraq  kiril  əlifbası  ilə 
nəşr  etdirir.  2000-ci  ildə  memuar  Ordubadi  ailəsinin  təşəbbüsü  ilə  kiril  əlifbası  və  ön  sözün  müəllifi 
N.Səmədova  olmaqla  təkrar  nəşr  etdirilir.  2012-ci  ildə  Məmməd  Səid  Ordubadinin  anadan  olmasının  140 
illik  yubileyi  ərəfəsində  akademik  İsa  Həbibbəyli  ustad  qələm  sahibinin  irsinin  nəşri  sahəsində  olduqca 
əhəmiyyətli  addım  ataraq  onun  indiyədək  çap  olunmamış  ―İki  çocuğun  Avropaya  səyahəti‖  romanını, 
―Qəflət‖  (1906)  və  ―Vətən  və  hürriyyət‖  (1907)  şeir  kitablarını,  ―Həyatım  və  mühitim‖  memuarını 
(N.Səmədovanın  xatirələrdə  ixtisara  saldığı  ―Birinci  və  axrıncı  sevgim‖  adlı  fəslini  də  əlavə  edərək  latın 
qrafikası  ilə),  ―Qanlı  sənələr‖  publisist  əsərini  toplayıb,  tərtib  edib,  çapa  hazırlamış,  elmi  cəhətdən 
əhəmiyyətli  bir  ön  söz  yazaraq  birlikdə  ―Həyatım  və  mühitim‖  adı  altında  nəşr  etdirmişdir.  2014-cü  ildə 
―Həyatım  və  mühitim‖  yenə  də  ―Birinci  və  axrıcı  sevgim‖  fəslini  ixtisar  etməklə  latın  qrafikası  ilə  nəşr 
olunur.   Kitabın redaktoru və ön sözün müəllifi Dilqəm Əhməd, mətni tərtib edən R.Yerfidir. N.Səmədova 
ilə İ.Həbibəylinin tərtib etdiyi nəşrlər üzərində müqayisəli-filoloji təhlil aparılacaqdır. Çünki digərləri təkrar 
nəşrdir. 
Əsər  hansı  mövzuda  yazılmasından  aslı  olamayaraq  əsərin  dili  sadə,  ifadələri  obrazlı  olmalıdır. 
―Həyatım və mühitim‖ memuarında M.S.Ordubadi əsərin dilinə, ifadə vasitələrinə xüsusi fikir vermiş, həm 
oxucunu aludə edə bilən, həm də tarix, ədəbiyyat və mədəniyyətimizi öyrənmək üçün etibarlı mənbə rolunu 
oynayan əsər yaratmışdır. 
Müəllif  memuarda  əcnəbi  sözlərdən  də  istifadə  etmişdir.  Bunlar  əsasən    türkizmlər  və  rusizmlərdir. 
Məsələn, ―tapanca‖ əvəzinə ―ruvolver‖, ―ziyalı‖ əvəzinə ―aristokrtiya‖, ―vəkil‖ əvəzinə ―sudya‖, ―ayaqqabı‖ 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
55 
 
 
əvəzinə ―poti‖ ―yersiz‖ əvəzinə ―dənsiz‖, ―oturacaq‖ əvəziunə ―skamaya‖, ―olmaq‖ əvəzinə ―bulunmaq‖, ―üz 
qırxmaq‖ əvəzinə ―təraş‖, ―çap etmək‖ əvəzinə ―təb‖,  ―stansiya‖ əvəzinə ―stansion‖, ―yeməkxana‖ əvəzinə 
―bufet‖,  ―qonaq‖  əvəzinə  ―müsafir‖,  ―uşaqlıq‖  əvəzinə  ―cocuqluq‖,  ―bax‖  ədatı  əvəzinə  ―iştə‖,  ―balam‖ 
əvəzinə ―yavrum‖, ―eyvan‖ əvəzinə ―balkon‖, ―mədəniyyət‖ əvəzinə ―kultura‖, ―belə‖ əvəzinə ―böylə‖, ―elə‖ 
əvəzinə ―şöylə‖, ―məhkəmə‖ əvəzinə ―sud‖, ―pəncərə‖ əvəzinə ―akoşka‖ və s. işlətmişdir. 
Memuarın nəşri zamanı tərtibçilər belə əcinəbi sözlərin bəzilərini  Azərbaycan dilinə tərcümə edərək 
vermişlər. Akademik İ.Həbibbəyli ―böylə‖ əvəzliyini ―belə‖, ―bulunmaq‖ felini ―olmaq‖,  ―məhkəmə‖ ismini 
―sud‖  ilə  əvəz  etmişdir.  Məsələn:  Atam  belə  mühitdə  yaşadığı  və  belə  bir  mühitdə  şair  olduğu  üçün 
təxəllüsünü ―Fəqir‖ qoymuş və şeirlərində mühitin yoxsul vəziyyətin əks etdirmişdir. O, gənc vaxtında İran 
səyahətində  olduğu,  hətta Səbzivar  şəhərində  yaşadığından farsca,  ərəbcə, türkcə    savadı  var  idi.  Məhkəmə 
pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da (buna ―atlı vəkilləri‖ deyilırdi) Rusiyadan gəlirdi.  
M.S.Ordubadinin sənətkarlığını göstərən xüsusiyyətlərdən biri də təsvir etdiyi şəxslərin ifadələrini öz 
ləhcəsində  və  şivəsində  verməsindən  ibarətdir.  İ.Həbibəyli  memuarı  çapa  hazırlayarkən  ədibin  bu 
xüsusiyyətini  qoruyub  saxlamışdır.  Memuarda  M.S.Ordubadi  daşnak  quldurlarının  başçısı  Andraniklə 
görüşüb  müsahibə  alır.  İ.Həbibəyli  Andranikin  osmanlı  şivəsində  danışmasının  nəzərə  alaraq  türkizmləri 
olduğu kimi saxlamışdır. Məsələn: Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı? Yavrum! Onlar da ofaq-
tüfək işlərə əhəmiyyət verməsinlər. 
N.Səmədova memuarı çapa hazırlayarkən əsasən rus sözlərinin əksəriyətini Azərbaycan dilinə tərcümə 
edərək  nəşr  etdirmişdir.    ―Kultura‖  sözünün  əvəzinə  ―mədəniyyət‖,  ―adres‖  əvəzinə  ―ünvan‖,  ―qarzinqa‖ 
əvəzinə ―səbət‖  işlətmişdir. Məsələn: Ordubadda rus mədəniyyəti yerləşməyə başladı. Polkovnik fransızca 
yazılmış ünvanları gözdən keçirib sözlərimə inandı. Şeylərimi səbətə yığmaqda idim. 
N.Səmədova  ―Furaşka‖,  ―poti‖,  ―şəhər  qlavası‖  və  sair  sözləri  əlyazmada  olduğu  kimi  vermişdir. 
Bunun səbəbini N.Səmədova belə açıqlayır: ―Əgər Ordubadi ―furaşka‖ yerinə ―papaq‖ işlətsə idi, yəqin ki, 
azərbaycanlıların qoyduğu papaq nəzərdə tutulardı.‖ 
Əsərdə  əcnəbi  sözlərin çox  olmasına  baxmayaraq  əsərin  oxunaqlı  olmasına  xərəl  gətirmir.  Çünki bu 
cür sözlərin əksəriyyəti istər XX əsrin əvvəllərində, istərsə də indi hamı üçün çox anlaşıqlıdır.   
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin