AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   2   3   4   5   6   7   8   9   ...   69

7. Ahəng qanunu və yerdəyiĢmə 
Addakı  saitlərdə  yanlış  olaraq  ahəng  qanununun  pozulması:  Babaş-Bəbaş,  Zaman-Zəman,  Kaman-
Kəman,  Kamandar-Kəmandar,  Salam-Səlam,  Tamaşa-Təmaşa  və  s.;  Addakı  saitlərin  yanlış  olaraq  ahəng 
qanununa tabe etdirilməsi: Qəbul-Qabul-Qabıl, Kəhrəba-Kahraba, Səfa-Safa, Xatirə-Xatira, Səbinə-Sabina, 
Xətayə-Xataya,  Xəyalət-Xataya  və  s.;  Sait  və  samitlərin  yerdəyişməsi:  Abbas-Ababs,  Azər-Aəzər,  Murad-
Muard, Ləman-Ləamn, Jalə-Jəla, Afaq-Afəq və s. 
8. Ad və soyadların qeydiyyatı zamanı yol verilən digər pozuntular 
k  samitinin  rus  dilindəki  k  səsi  kimi  qeyd  edilməsi:  Kərim-Karim,  Vəkil-Vakil,  İsgəndər-İskandar, 
Babək-Babek,  Çiçək-Çiçyak  və  s.;  adın  ı  hərfi  ilə  başlanması:  İlkin-Ilkin,  Rza-Irza  və  s.;  adın  rus  dilinin 
transliterasiya  qaydalarına  uyğun  qeydiyyatı:  Gülnarə-Gyunnara,  Günel-Gyünel,  Günay-Gyünay  və  s.; 
Mürəkkəb sözlər əsasında düzələn adların komponentlərinin ayrı-ayrı yazılması: Elmuraz-El Muraz, Ağəli-
Ağa Əli, Əlağa-Əli Ağa, Ələkbər-Əli Əkbər, Ələsgər-Əli Əsgər, Əliyar-Əli Yar, Gülnaz-Gül Naz, Zərlalə-
Zər-Lalə,  Gülbahar-Gül  Bahar,  Dürsədəf-Dür  Sədəf,  Nargül-Nar  Gül  və  s.;  Tərkibində  rütbə,  titul,  ləqəb 
bildirməyən  mir,  mirzə,  hacı,  seyid,  şah,  soltan,  ağa,  bəy,  xan,  bəyim,  xanım  sözlərindən  biri  olan  adın 
komponentlərinin  bitişik  deyil,  ayrı  yazılması:  Mirəli-Mir  Əli,  Mirbəşir-Mir  Bəşir,  Bədirxan-Bədir  Xan, 
Hacıbəy-Hacı  Bəy,  Şahəli-Şah  Əli,  Qönçəbəyim-Qönçə-Bəyim,  Qızxanım-Qız  Xanım  və  s.;  Bir  adın  ən 
müxtəlif  variantlarda  qeydiyyata  alınması:  Brilyant-Brilliyant-Brilliant-Briliat-Prilyant-Priliyat-Pirliyant, 
Ofeliya-Ofelya-Ofela-Ofelə-Ofilya-Ofiylə-Afelya-Afeliya,  Növrəstə-Norəstə-Nurasta-Norastə,  Nabat-Nobad-
Nobat-Nabad,  Nəcməddin-Nəjməddin-Nəjvəddin,  Məhəmməd-Məhmməd-Muhamed-Məhəmmət-Məhəmmə-
Məhəmmd-Məhəməd-Maxammad-Məhəhməd,Güləbətin-Güləbatum-Güləbatin-Güləbatın-Güləbatan, 
Gülçöhrə-Gülçörə-Gülçövrə,  Həqiqət-Həqiyqət-Həqqət,  Hənifə-Həniyfə-Hənfə  və  s.;  Şəxs  adları  familiya 
düzəldən  şəkilçi  qəbul  edərkən  sabitliyin  pozulması:  Abbasov-Abasov,  Vəliyev-Vəlyev,  Quluyev-Quliyev, 
Nuruyev-Nuriyev,  Mutuyev-Murtiyev,  Ovçuyev-Ovçiyev,  Xuduyev-Xudiyev,  Uğurluyev-Uğurliyev,  Hüsüyev-
Hüsiyev,  Şümüyev-Şümiyev,  Boluyev-Boliyev,  Quçuyev-Quçiyev,  Donluyev-Donliyev,  Yurdluyev-Yurdliyev, 
Zülfüyev-Zülfiyev,Yolçuyev-Yolçiyev,  Moşuyev-Moşiyev,  Gülüyev-Güliyev,  Moluyev-Moliyev,  Topçuyev-
Topçiyev  və  s.;  Adın  komponentləri  arasında  –  (tire)  işarəsindən  istifadə:  Rasizadə  -  Rasi-zadə,  Ağazadə-
Ağa-zadə, Abbasağa-Abbas-ağa, Mirşahin-Mir-Şahin 
İnformasiyalı cəmiyyətdə xüsusi adların təhrifi, qeydiyyat sənədlərində və elektron bazalarda bir ad və 
soyadın  müxtəlif    variantlarının  əks  olunması  çox  ciddi  problemlər  yaradır.  Bu,  şəxsin  eyniləşdirilməsini 
çətinləşdirir, axtarış zamanı operativliyə mane olur, informasiyalara çıxışı məhdudlaşdırır və s. Ona görə də 
Azərbaycan  ad  və  soyadlarındakı  xarakterik  təhrif  tiplərinin  elmi  əsaslara  söykənərək  aradan  qaldırılması 
çox zəruridir. 
 
AZƏRBAYCAN DĠLĠ QLOBALLAġMA ġƏRAĠTĠNDƏ 
Cəfərova N.B. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Azərbaycan  dili  milli-mənəvi  sərvətimizdir,  xalqın  varlığının  təsdiqidir.  Bizim  ana  dili  kimi 
eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, 
dövlətçilik  yolunu,  coğrafi  mənzərəsini  hifz  edib  saxlayır.  Millətin  milliliyini  saxlayan  məhz  onun  dilidir. 
Ona  görə  də  hər  bir  azərbaycanlı  milli  dəyərimiz  olan  Azərbaycan  dilini  göz  bəbəyi  kimi  qorumalı,  daim 
qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. 
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti Azərbaycan Respublikası 
Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin ―Azərbaycan 
dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğyn  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖ 
Dövlət  Proqramı  haqqında  sərəncamı  (23  may  2012-ci  il)  dövlətciliyimizin  başlıca  rəmzlərindən  olan 
Azərbaycan  dilinin  istifadəsinə  və  tədqiqinə  dövlət  qayğısının  artırılmasını,  ölkəmizdə  dilçılik  elmi 
sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədini daşıyır. 
Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənn Kurikulumu sənədində 
qeyd  edilir  ki,  Azərbaycan  dili  təliminin  məqsədi  ümumi  nitq  və  dil  bacarıqlarını  formalaşdırmaqla, 
şagirdlərin  nitq  mədəniyyətinə  yiyələnmələrini  təmin  etməkdən  ibarətdir.  Buna  görə  də:  nitq  və  dil 
bacarıqlarına  yiyələnməklə  ümumi  nitq  inkişafına  nail  olmaq;  Azərbaycan  dilinin  düşünmə,  öyrənmə  və 
danışma vasitəsi olmasını dərk etmək; davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
32 
 
 
bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir. Hər bir şəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis, 
şüurlu oxumağa, yazılı və şifahi şəkildə səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır. 
Bu  baxımdan  Azərbaycan  dilinin  bir  fənn  kimi  təlim  əhəmiyyəti  böyükdür  ―Azərbaycan  dili'‖  fənni 
şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsinə,  ən  zəruri  qrammatik  qaydaların,  ədəbi  tələffüz 
normalarının öyrənilib tətbiq olunmasına, nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşdırılmasına daha 
geniş imkanlar yaradır. Gözəl nitq mədəniyyətinə malik olmaq ücün isə ədəbi dilin normalarına bələd olmaq 
lazımdır. Azərbaycan dili fonetik, orfoepik, orfoqrafik, leksik, qrammatik, semantik və s. ədəbi dil normaları 
çox  yüksək  səviyyədə  inkişaf  etmiş  normativ  dildir.  Rəsmi  dövlət  dili,  əsas  təlim  fənni  olan  Azərbaycan 
dilinin milli iftixar və qürur mənbəyi kimi daim inkişaf etdirilməsi, bu dilə məhəbbət hissi tərbiyə olunması 
məhz bu işin təhsildə aparılması səviyyəsi ilə sıx bağlıdır.  
 
 
 
 
 
 
Deməli,  təhsil  sahəsində  Azərbaycan  dilinin  tədrisi  qarşısında  çox  mühüm  və  zəruri  vəzifələr 
qoyulur. Bu vəzifələrin yerinə yetirilməsi müəllimlərin bu işə çox məsuliyyətlə yanaşmasını tələb edir. Ədəbi 
dil  normalarının  gözlənilməsində  müəllimlər  örnək  rolunu  oynayırlar.  Ancaq  çox  təəssüf  ki,  bu  sahədə 
vəziyyət o qədər də yaxşı deyil. Kurikulum islahatının dönmədən həyata keçirildiyi bir vaxtda bu kursa daxil  
olan  söz  və  ifadələri  düzgün  anlamayan  və  düzgün  tələffüz  etməyi  bacarmayan  müəllimlərimizə  hələ  də 
təsadüf  olunur.  Belə  ki,  bəzi  müəllimlərin  kurikulum  sənədinin  məğzini  təşkil  edən  məzmun  standartı, 
qiymətləndirmə  standartı,  deklorativ,  prosedural,  kontekstual  biliklər,  idrakı,  ünsiyyət,  psixomotor 
fəaliyyətlər,  diaqnostik,  formativ,  summativ  qiymətləndirməyə  dair  üsul  və  alətlər,  təlimin  üsul  və 
texnikalarının  adları  və  tətbiqi  qaydaları,  ümumi  təlim  nəticələri,  təlim  nəticələri(təlim  məqsədləri)  və  s. 
məzmununa  dair  dolğun  məlumatlarının  olmaması  və  hətta  bəzən  onları  düzgün  tələffüz  edə  bilməməsi 
reallıqdır.  
Qeyd  etmək  lazımdır  ki,  şagirdlərin,  tələbələrin  ədəbi  dil  normalarına  əsaslanan  düzgün  nitq 
mədəniyyətinə  yiyələnməsi  sahəsində  ən  ağır  yük  müəllimlərin  üzərinə  düşür.  Müəllim  həmişə  zirvədə 
durmalı, öz biliyi, nitqi, davranışı ilə fərqlənməli, ədəbi dil normalarının qoruyucusu olmalıdır. Təhsilverən 
və  təhsilalanların  nitq  mədəniyyəti,  fikirlərini  aydın,  cəlbedici  və  lakonik  şıkildə  çatdırmaq  qabiliyyəti 
diqqəti cəlb etməli, onların danışığı, ədəbi dil normalarına əməl etmələri  ətrafdakı insanlarda rəğbət hissi 
oyatmalıdır. 
 
 
VURĞUNUN FONOSEMANTĠK ƏHƏMĠYYƏTĠ 
Eminli B.İ. 
Sumqayit Dövlət Universiteti 
 
Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da sözləri 
fərqləndirməyə  xidmət  edir.  Məsələn,  a'lma  -alma',  dondurma'  -  dondu'rma,  gə'lin-gəlin'  və  s.  Vurğu  ədəbi 
tələffüz  üçün  əsasdır.  Heca  vurğusu  sahəsində    olan  əsas  səhvlər,  demək  olar  ki,  yalnız  alınma  sözlərin 
deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola bilər. Fikrimizcə, bu, hər 
şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində vurğu, bir qayda olaraq, sözün və 
ya  söz  formasının  son  hecasına  düşür.  Bununla  bağlı  olaraq,  başqa  dillərdən,  xüsusilə,  Avropa  dillərindən 
alınma  sözləri,  sanki  öz  sözlərimiz  kimi  vurğulayıb  tələffüz  edirik.  Məsələn:  relye'f  -  re'lyef,  ya'rmarka  - 
yarma'rka, ka'fedra - kafe'dra, allergiya' - alle'rgiya, İngi'ltərə - İngiltə'rə. 
Dünya dilləri içərisində alınmalarsız, yalnız öz sözlərindən ibarət olan bir dil təsəvvürə gətirmək qeyri-
mümkündür. P.L. Çernıx doğru olaraq göstərir ki, ―Çox çətin təsəvvür etmək olar ki, bir dil, hətta özünün ən 
qədim vəziyyətində belə, başqa bir dilin heç bir təsirinə məruz qalmamış olsun‖. L.P.Krısin belə bir fikir irəli 
sürmüşdür ki, sözlərin bir dildən başqa dilə keçməsi üçün əsas şərait ikidillilikdir. İkidillilik şəraitində əcnəbi 
söz əvvəlcə danışıq dilində işlənməyə başlayır, sonra ümumxalq dilinin bütün sahələrinə keçir.  
Beləliklə,  əcnəbi  sözlər,  hər  şeydən  əvvəl,  danışıq  dilində    işlənir  və  dildə  yaşamaq  hüququ  qazanır, 
deməli, dilin lüğət tərkibinə daxil olur. İlk dəfə nitqdə işlənən bu sözlər dilimizin fonetik –qrammatik qayda- 
qanunlarına  tabe  edilir,  yəni  alınan  sözü  dil  mənimsəyir.  Ona  görə  də  alınma  sözlərin  düzgün  tələffüz 
qaydalarının  –  orfoepik  norma  və  prinsiplərin  yaradılması  bütünlükdə  dilin  özü,  habelə  yazı  üçün  mühüm 
əhəmiyyət kəsb edir. Sözün tələffüzünə şüurlu münasibət düzgün yazıya yiyələnməyin zəruri şərtlərindəndir. 
Bəzi alınma leksik  vahidlər mənbə dildəki vurğularını saxlayır : dire‘ktor, do‘ktor, no‘rma, o‘pera, fe‘rma, 
tempera‘ment və s. Müəyyən qrup sözlər də var ki,  Azərbaycan dilinin fonetik təbiətinə tam uyğunlaşdığı 
üçün  alındığı  dildəki  vurğularının  yerini  dəyişir,  vurğu  son  heca  üzərinə  keçir:  bomba‘,  vanna‘,  tabo‘r, 
yubka‘, kofta‘, pipetka‘, plyonka‘, sosiska‘, bundesta‘q, budka‘ və s. Dilimizdə həmçinin  müəyyən fonetik 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
33 
 
 
şəraitə görə morfoloji məqam, eləcə də məna təsiri ilə vurğusu son hecada deyilən əsl Azərbaycan sözləri də 
vardır. Məsələn ; a‘ncaq, ba‘yaq, dü‘nən, ya‘lnız, ye‘nə və s. 
Sözlərin vurğularının düzgün deyilməməsi bəzən sözlərin mənasının yaxşı dərk olunmamasından irəli 
gəlir.    Məsələn:  rus  dilində  -oviç  şəkilçisi  yerinə  görə  həm  ata  adını,  həm  də  soyadı  bildirir.  Birinci  halda 
şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası üzərinə düşür: Serafi'moviç - 
Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
 
Bəzən həyəcanlı vurğu ilə deyilən sözlərdə heca vurğusu, adətən, 
öz  həqiqi  yerini  dəyişir.  Məsələn:  Va'qif!  Ey  sərvərim,  ey  xiridarım  -    ifadəsində  həmin  sözdə  vurğu 
sonuncudan birinci hecaya düşür. Vurğu intonasiya ilə müşayiət edilən sözün, söz birləşməsinin və cümlənin 
informativliyinə təsir göstərən ekstralinqvistik göstəricilərdən biridir. Dil vahidlərinin kommunikasiyasında 
vurğu ilə məna bir –birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
 
İstər fonetik tərkibi eyni olan bəzi oxşar vahidləri mənaca bir-birindən fərqləndirmək və ya cümlənin 
hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional incəlikləri vermək 
üçün vurğunun müxtəlif növlərindən istifadə olunur. 
 
 
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ ƏDƏBĠ DĠL VƏ DĠL NORMALARI 
Əbdülhəsənli T.Ə. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Məqalədə qloballaşma dövründə Azərbaycan ədəbi dili və onun normativ strukturundan bəhs olunur.  
Məlumdur  ki,  qloballaşma  şəraitində  dövlət  dilinin  inkişaf  etdirilməsi,  onun  məzmununun 
zənginləşdirilməsi,  tətbiqi  problemlərinin  aradan  qaldırlması  olduqca  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 
mənada  Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyevin  ―Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın 
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında‖ 23 may 2012-ci 
il  tarixli  sərəncamı  Azərbaycan  ədəbi  dilinin  müasir  dövrün  tələblərinə  uyğun  inkişaf  etdirilməsi,  onun 
tətbiqinin  çağdaş  dönəmin  bütün  sahələrini  əhatə  etməsi  ilə  bağlı  problemlərin  aradan  qaldırılması  kimi 
qarşıya ciddi tələblər qoydu. Dövlət Proqramının vəzifələri ilə bağlı 3.1.8. bənddə belə qeyd olunur: ―Dilin 
inkişafını  və  ədəbi  dil  normalarının  qorunmasını  təmin  edən  qanunvericilik  bazasının  təkmilləşdirilməsi‖ 
Deməli, milli ədəbi dilin və onun normalarının qorunmasına nəzarət artıq dövlət səviyyəsində təşkil edilir ki, 
bu  məsələ  ətrafında  məqalədə  ətraflı  müazkirə  aparılır,  mövcud  vəziyyətlər  və  problemlərin  mənzərəsi 
yaradılır. 
Müəllif  düzgün  qeyd  edir  ki,  qloballaşma  dövründə  milli  ədəbi  dilimizin  inkişaf  tepmini  qorumalı, 
immunitetini möhkəmləndirməli, onu zamanın tələbləri çərçivəsində inkişaf etdirməli, qarşıdakı yeniliklərə 
hazır  olmaq  üçün  prosesə  nəzarət  sistemli  və  davamlı  şəkildə  həyata  keçirilməli,  mütəmadi  olaraq 
monitorinqlər aparılmalı, dünyanın aparıcı dövlətlərinin təcrübəsindən istifadə olunmalıdır.  
Azərbaycan  ədəbi  dilinin  normalarına  əməl  olunmasına  diqqətin  artırılması  üçün  müəllif  bır  sıra 
qənəatlərini səsləndirir:  
- KİV-in dilində vaxtaşırı monitorinqlər aparılmalı, dil və üslub normalarının pozulması halları aradan 
qaldırılmalıdır;     
-  Texnoloji  vasitələrin:  kompüter,  telefon,  planşet  və  digər  texniki  avadanlıqların  əməliyyat 
sistemlərinin Azərbaycan dilində proqramlaşdırılması prosesinə xüsusi diqqət ayırılmalıdır;  
-  Reklamların,  elanların,  afişaların  dilində  norma  və  üslub  pozuntularına  qarşı  mübarizə 
gücləndirilməlidir;  
-  Rəsmi  qurumlar  tərəfindən  hazırlanmış  əməli  yazı  növlərinin  tərtibində  müxtəliflik  və  ədəbi  dil 
normalarının  pozulması  hallarına  da  tez-tez  rast  gəlinir  ki,  bu  istiqamətdə  monitorinqlər  aparılmalı, 
sənədləşmələrin vahid mexanizmdə həyata keçirilməsinə nəzarət gücləndirilməlidir;    
-  Əcnəbi  dillərdən  tərcümə  edilmiş  elmi,  bədii,  publisistik  mətnlərin  dilində  norma  və  üslub 
problemlərinin aradan qaldırılması üçün vahid nəzarət mexanizmi tətbiq olunmalıdır və s.   
Məqalədə  həmçinin  Azərbaycanda  dil  quruculuğu  prosesinin  inkişaf  mexanizmi  çərşivəsində  ana 
dilinin  tətbiqi  problemlerindən  danışılır,  bu  istiqamətdə  atılmış  addımlar  müzakirə  olunur.  Müasir  dövrdə 
Azərbaycan  ədəbi  dilinin  normativ  strukturuna  təsir  edən  amillərdən  danışarkən,  bu  yöndə  kütləvi 
informasiya  vasitələrinin  vəzifələri,  texnoloji  vasitələr  nəzərdə  tutulur.  Normanın  inkişafında  ayrı-ayrı 
üslubların da təsirinin vacibliyi qeyd olunur.  
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
34 
 
 
 
“HAQQINDA-HAQDA”QOġMASININ FUNKSĠYALARI 
Əhmədova A.A. 
Gəncə Dövlət Universiteti 
 
Məlumdur  ki,  köməkçi  nitq  hissələrinin  səciyyəvi  cəhətlərindən  biri  onların  sabit,  dəyişməz  formaya 
malik olmasıdır. Bu fikri qoşmaların da əksəriyyətinə şamil etmək olar; bunlar tam sabitləşmiş, ilkin kökü ilə 
semantik-qrammatik  əlaqəsini    itirmiş  qoşmalardır.  Aid,  dair,  savayı,  görə,  üçün,  ötrü  və  s.  qoşmalar  bu 
qəbildəndir.  Onlar  hansı  sözlə  əlaqəyə  girməsindən,  hansı  sintaktik  mühitdə  olmasından  asılı  olmayaraq, 
sabit fonetik-qrammatik formaya malikdir, heç bir dəyişikliyə uğramır. Buna  baxmayaraq, dilimizdə  qoşma 
funksiyasını yerinə yetirən, lakin qoşma kimi tamam sabitləşməmiş xeyli sayda sözlər də vardır. Bu sözlər 
həm  nominativ  formada,  yəni  heç  bir  şəkilçi  olmadan,  həm  də  müəyyən  qrammatik  şəkilçinin  iştirakı  ilə 
qoşma  funksiyasına  malikdir.  Bu  tip  sözlərdən  biri  də    haqqında  (haqda)qoşmasıdır.M.Hüseynzadə  bunu 
―əsas  nitq  hissəsi  ilə  köməkçi  nitq  hissəsi  arasında  keçid  mərhələ  təşkil  edən  yaqımqoşma‖  adlandırır. 
F.Zeynalov  isə  onları  köməkçi  adlarla  qoşmalar  arasında  keçid  halda  olan  söz  kimi  təqdim  etsə  də,bu  tip 
sözlərdən  ayrı-ayrılıqda  danışarkən  ―köməkçi  ad‖  terminindən  istifadə  etmişdir.  Bəzi  dilçilər  isə  başqa  ad 
vermədən  onları  qoşmaların  içərisində  öyrənmişlər.  Bu,  tam  qoşmalaşmadığı  üçün  iki  cür  işlənə  bilir: 
haqda—haqqında 
Qoşma hesab etdiyimiz―haqqında‖ sözünü araşdıraq. Hər şeydən əvvəl, deyək ki, bu söz ərəb mənşəli 
haqq‖ sözündəndir; ―haqq‖ sözünün mənası isə ―doğru, düz, düzgün, həqiqi‖ deməkdir. Bu söz sonradan 
müxtəlif  leksik-semantik  mənalarda  da  işlədilməyə  başlamışdır  və  hal-hazırda  Azərbaycan  dilində  həmin 
mənalarda bu sözdən istifadə olunur. Həmin söz müasir dilimizdə adlıq və yiyəlik halda olan sözlə əlaqəyə 
girərək  qoşmanın  funksiyasını  yerinə  yetirir.  Məsələn:  Kosaoğlu  haqqında  İmran  da  yaxşı  danışmamışdı 
(İ.Şıxlı); Bu haqda heç kim ondan soruşmamışdı(V.Sultanlı). 
Göründüyü  kimi,  bu  məqamda  həmin  söz  aid  olduğu  sözün  söhbət  predmeti  olduğuna  işarə  edir. 
Deməli,  leksik-semantik  cəhətdən  bu  sözlər  bir-birindən  uzaqlaşmışdır.  Bu  isə  təbii  hal  hesab  edilməlidir, 
çünki  əsas  nitq  hissəsindən  köməkçi  nitq  hissəsinə  keçid  prosesində  söz  müxtəlif  dəyişikliyə  uğrayır. 
V.İ.Koduxov  yazır:  ―Dildə  keçid  dil  vahidində  dil  kateqoriyalarının  periferiyalı  və  aralıq  hadisələr  kimi 
mövcud olan məzmun və forma tərəflərinin qarşılıqlı fəaliyyəti nəticəsində baş verir. Keçid dil vahidi elə bir 
zaman yaranır ki, həmin dil vahidi kontekst vahidinə çevrilir və forma və ya məzmunda dəyişiklik baş verir‖.  
Demək  lazımdır  ki,  əksər  məqamlarda  bu  qoşma  –dan  şəkilçisi  ilə  əvəzlənə  bilir.  Məsələn:  Uşaqlar 
yeni riyaziyyat müəllimi haqqında (yeni riyaziyyat müəllimindən)  danışırdılar. Bu fakt ―haqqında‖ sözünün 
müstəqil  leksik  vahiddən  uzaqlaşaraq,  köməkçi  nitq  hissəsi  mövqeyinə  yaxınlaşdığını  göstərir.  Buna 
baxmayaraq,  onların  tamam  sabitləşdiyini  də  söyləmək  olmaz;  onlar  ayrıldıqları  nitq  hissəsindən  ―qalıq 
qrammatik fonu saxlayır‖. Qoşulduğu sözün hansı şəxsdə olması ilə əlaqədar bu söz də müvafiq mənsubiyyət 
şəkilçisi  qəbul  edir  və  qrammatik  cəhətdən  müxtəlif  formalara  düşmüş  olur.  Məsələn:  Mənim  haqqımda 
hansı  biliyə  maliksən?  (M.İbrahimov);  Hamı  sənin  haqqında  ancaq  yaxşı  şeylər  danışır(M.Cəlal);  Bizim 
haqqımızda düzgün qərar çıxarmamışsınız; Sədr də sizin haqqınızda müsbət fikirdədir(İ.Şıxlı).  
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən bəzi xüsusiyyətlər vardır ki, onlardan biri 
köməkçi nitq hissələrinin müstəqil lüğəvi mənaya malik olmamasıdır. Onların leksik mənası olmasa da, əsas 
nitq  hissəsi  ilə  əlaqəyə  girərkən  müəyyən  məna  çalarının  meydana  gəlməsinə  səbəb  olur.  Misallardan 
göründüyü kimi, müstəqil işləkliyə malik olan ―haqq‖ sözü ilə nümunələrdə verilmiş ―haqqında‖ sözünün 
məna əlaqəsi açıq şəkildə özünü göstərmir, demək olar ki, konkret leksik məna ifadə etmir. 
Köməkçi  nitq  hissələrinin  ikinci  əsas  xüsusiyyəti  morfoloji  cəhətdən  formalaşmasıdır;  belə  ki,  onlar 
sabit  morfoloji  formaya  malik  olub,  demək  olar  ki,  dəyişikliyə  uğramır,  bu  və  ya  digər  şəkildə  cümlə  ilə, 
yaxud cümlə üzvü ilə əlaqələnib orada müəyyən qrammatik funksiya yerinə yetirir. Verilmiş cümlələrdə isə 
həmin sözün müxtəlif vəziyyətlərə düşdüyünü görürük; burada həm mənsubiyyət, həm də hal şəkilçisi vardır. 
Bu tip qoşmalardan bəhs edən dilçilər onların izafət konstruksiyalarından törədiyini söyləyirlər. Əslində türk 
dilləri üçün izafət birləşməsi xarakterik deyil, burada, sözsüz ki, təyini söz birləşməsi termini işlədilməli idi, 
lakin bəzi rus türkoloqları və onlardan bəhrələnənlər ―izafət birləşmələri terminini tətbiq etmişlər.  
Qeyd  etdiyimiz  qoşmalar  tarixən  müstəqim  mənalı  üçüncü  növ  təyini  söz  birləşməsinin  ikinci 
komponenti  olmuşdur.  İndiki  halında  da  əlaqəyə  girdiyi  sözlə  də  həmin  münasibəti  saxlamışdır,  daha 
doğrusu,  ―sənin  haqqında‖  ifadəsi  məhz  üçüncü  növ  təyini  söz  birləşməsi  formasındadır.  Məhz    ikinci 
komponentin  semantik mənasında olan asemantikləşmə prosesi birləşmənin xarakterində tədricən dəyişmə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
35 
 
 
yaratmalı  olmuşdur.  Nəticədə  ifadə  sərbəst  söz  birləşməsi  keyfiyyətini  itirməyə  başlamış  və  ikinci 
komponentin özü də köməkçi nitq hissəsinə çevrilmişdir.  
Təbii  ki,  qoşma  kimi  qəbul  edilən  sözün  mənsubiyyət  şəkilçisi  ilə  işlədilməsi  köməkçi  nitq  hissələri 
üçün xarakterik sayıla bilməz. Tədqiqatçılar qoşmanın bəzi qrammatik şəkilçilərlə işlənə bilməsini onların 
etimologiyası  ilə  izah  edirlər.  Belə  ki,  ilkin  semantikasını  potensial  şəkildə  qoruyan  qoşmaların  bir  qismi 
qrammatik şəkilçilərlə işlənə bilir. Qeyd etdiyimiz həmin qoşma yerlik hal şəkilçisi ilə də işlənmişdir.  
Qoşmaların  hal  şəkilçisi  ilə  işlənməsi  yalnız  türk  dillərində  deyil,  başqa  dillərdə,  o  cümlədən  fin 
dilində də müşahidə olunur. Yerlik hal isə müxtəlif qrammatik münasibətlər ifadə edir. ―İsmin yerlik halı üç 
qrammatik  məna  fonunda,  əsasən,  məkan,  qismən  də  obyekt  və  zaman  mənaları  fonunda  bir  sıra  məna 
çalarlarına malikdir ki, bunlar morfoloji kateqoriya—hal kateqoriyası əhatəsindən kənara çıxır‖. ―Haqqında‖ 
sözündə də belə bir halı müşahidə edirik; burada yerlik hal şəkilçisi məkan və zaman yox, obyekt anlayışı 
yaradır  ki,  bu  cəhətdən  sözün  özünün  məzmunu  ilə  uyğunlaşır.  Bu  zaman  sözün  dinamik  qrammatik 
vəziyyəti  müşahidə  olunur.  Bu  isə  o  deməkdir  ki,  ―haqqında‖  sözünü  tam  sabitləşmiş  qoşma  hesab  etmək 
olmaz.  
Maraqlıdır  ki,  bu  sözün  ―haqda‖  variantı  tam  sabitləşmiş  forma  olub,  bütün  şəxslərlə  eyni  şəkildə 
işlədilir:  bizim  haqda—sizin  haqda,  onlar  haqda,  adam  haqda  və  s.  Orası  da  maraqlıdır  ki,  ―haqqında‖ 
variantı adlıq və yiyəlik halda olan sözlərlə işlənirsə, ―haqda‖ variantı yalnız adlıq halda olan sözlə əlaqədə 
işlədilir.  Tədqiqatçılar  da  əsərlərində  ―haqda‖  qoşmasını  ―yalnız  ismin  adlıq  halı  ilə  işlənən‖,  ―haqqında‖ 
qoşmasını isə ―həm adlıq, həmdə yiyəlik halda olan sözlərə qoşulanlar‖ adı ilə təqdim edirlər. Fikrimizcə, 
bunun  əsas  səbəbi  ikinci  komponent  olaraq  ―haqq‖  sözünün  mənsubiyyət  şəkilçisiz  olmasıdır;  belə  ki, 
mənsubiyyət  şəkilçili  sözlər  özündən  əvvəl  yiyəlik  halda  olan  söz  tələb  edir.  Mənsubiyyət  şəkilçisinin 
işlədilməməsi həmin sözdə mücərrədləşməni artırır və bu da həmin sözün qoşmalaşma prosesini gücləndirir. 
Belə düşünülə bilər ki, yiyəlik halla işlənən, lakin mənsubiyyət şəkilçisiz olan qoşmalar vardır; üçün, 
ilə, kimi, qədər, tək qoşmaları bu qəbildəndir. Lakin demək lazımdır ki, qeyd edilən sözlər qoşma kimi tam 
sabitləşmiş,  mənşəyi  olan  sözdən,  onun  leksik  mənasından  tam  uzaqlaşmışdır,  daha  doğrusu,  adi 
vəziyyətində bu sözlər özünəməxsus leksik-semantik mənaya  malik deyil. Bu baxımdan onların mənsubluq 
anlayışını  ifadə  etməsi  də  mümkünsüzdür.  Onu  da  qeyd  edək  ki,  ―haqda‖  variantı    müasir  Azərbaycan 
dilində  böyük  işləkliyə  malik  deyil  və  bu  formanın  gələcək  taleyinin  necə  olacağı  barədə  indidən  konkret 
fikir söyləmək mümkün deyil. 
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin