AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


MÜSTƏQĠLLĠK ĠLLƏRĠNDƏ DĠLĠMĠZƏ  DAXĠL OLMUġ YENĠ SÖZLƏRĠN QURULUġCA NÖVLƏRĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   2   3   4   5   6   7   8   9   ...   69

 
MÜSTƏQĠLLĠK ĠLLƏRĠNDƏ DĠLĠMĠZƏ  DAXĠL OLMUġ YENĠ SÖZLƏRĠN QURULUġCA NÖVLƏRĠ 
(1991-2016-cı illər) 
Ağaməmmədova F.P. 
Sumqayıit Dövlət Universiteti 
 
Dil ictimai hadisə olduğu üçün cəmiyyətdə yaranır və cəmiyyətdə də formalaşır. Cəmiyyətdə baş verən 
ictimai, siyasi, iqtisadi və s. hadisələr dilə birbaşa təsir edir və dildə öz əksini tapır. Təbii olaraq bu da dilə 
yeni sözlərin daxil olmasına səbəb olur. 
Dilə daxil olan yeni sözləri izahlı və orfoqrafiya lüğətləri vasitəsi ilə  öyrənmək olar. 
Müstəqillik  illərində  çap  olunmuş  ilk  orfoqrafiya  lüğəti  2004-cü  ildə  nəşr  olunmuşdur.  Bu  lüğət 
müstəqillikdən  əvvəlki  illərdə  çap  olunmuş  sonuncu-1975-ci  ildə  çap  olunmuş  "Orfoqrafiya  lüğəti"ndən 
fərqli olaraq  80 minə yaxın sözdən ibarətdir və 30 minə yaxın yeni sözü əhatə etmişdir. 
Lüğətdə verilmiş sözlər bir çox xüsusiyyətlərinə görə əvvəlki ilin lüğətində verilmiş sözlərdən seçilir. 
Bu  fərqlər  yeni  sözlərin  yaranmasında,  quruluşunda,  mənasında,  məna  qruplarında  və  s.formalarda  özünü 
göstərir.  
Bu  lüğətdə  sözlərin  sayı  artdığından  təbii  olaraq  yeni  quruluşlu  sözlərin  də  sayında  artımı  görmək 
mümkündür.  Lüğətdə  hər  3  quruluşda-  sadə,  düzəltmə,  mürəkkəb  quruluşda  yeni  sözlər  vardır.  Onların 
arasında say etibarı ilə mürəkkəb sözlər üstünlük təşkil edir.  
Aşağıda sadə, düzəltmə, mürəkkəb quruluşlu yeni sözlərin bir çox xüsusiyyətləri göstərilmişdir: 
1. Bir çox sahələrlə bağlı yaranan yeni sadə sözlər: Məs; azurit, anmaq, displey və s. 
2. Bir leksik şəkilçi ilə yaranan düzəltmə sözlər: Məs; aktuallaĢmaq,  assiqnal, animizm, anım və s. 
3. İki sözün birləşməsi ilə yarananlar: 
a)  bitişik  yazılanlar:  Məs;  azərbaycanyönümlü,  ağrıverici,  dərsmənimsəmə,  ələbaxımlılıq, 
informasiyaötürən və s. 
b) defislə yazılanlar: Məs; agent-bank, etik-qnoseoloji, etüd-seans, əks-intiqal və s. 
4.Tərkibində aqro, avto, mikro və s. sözlərin iştirakı ilə yaranan mürəkkəb sözlər: Məs; aviadesantlı, 
aqropedaqoji, avtoekspedisiya, avtokod və s.    
Belə nümunələrin sayını artırmaq da olar. Göründüyü kimi, yeni sözlər bir çox yollarla yaranır. Yeni 
sözlər  yeni  anlayışlarla,  ayrı-ayrı  mənalar  ifadə  edən  şəkilçilərlə,  müxtəlif  mənalı  sözlərin  bitişik  və  ayrı 
yazılması  və  s.  yollar  ilə  yaranır.  Lüğətdəki  sadə,  düzəltmə,  mürəkkəb  sözlərin  quruluşuna  nəzər  saldıqda 
onların  yeni  anlayışlarla  bağlı  dilə  keçdiyini,    hər  hansı  bir  məfhumu    ifadə  etdiyini,  dildə    məna  kəsb 
etdiyini  görmək  olar.  Sözün  quruluşca  növləri  dilin  lüğət  tərkibinin  əsasını  təşkil  edir.  Bu  səbəbdən  belə 
sözləri öyrənməyin əhəmiyyəti böyükdür. 
    
 
MÜASĠR AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠNDƏ SĠNTAKTĠK NORMA POZUNTULARI 
Ağayev E. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Ədəbi  dil  xalq  danışıq  dilinin  cilalanmış,  ciddi  fonetik,  leksik,  qrammatik  və  üslubi  normalarla 
cəmiyyətə  yüksək  səviyyədə  xidmət    göstərən  formasıdır.  Ədəbi  dil  tarixən  sabit  ümumişlək  qaydaları  ilə 
məhdud  ərazidə  fəaliyyət  göstərən,  məhəlli  danışıq  dili  olan  dialektə  qarşı  durur  və  normalılığı  ilə  ondan 
fərqlənir .    
Göründüyü kimi, ədəbi dil ümumxalq dilinə qarşı çıxan ayrıca müstəqil bir dil deyildir. O, yalnız milli 
dilin xüsusi normalarla idarə olunan müəyyən bir təbəqəsidir. Ədəbi dil işlənib büllurlaşmış nümunəvi bir 
dildir. O, ümumxalq dilində işlənən ifadə vasitələrinin ümumiləşdirilməsi və milli ünsiyyətin silahıdır.  
Sintaktik  normaya  riayət  etmək  ədəbi  dilin  tələblərindən  biri  sayılır.  Söz  birləşmələrinin 
yaradılmasında , cümlə konstruksiyalarının tərtibində sintaktik normalar əhəmiyyətli dərəcədə rol oynayır . 
Dilin sintaktik səviyyəsi morfologiya və leksika ilə sıx bağlıdır.  
 İnsanlar  bir-biriləri  ilə  ünsiyyəti  cümlələr  vasitəsi  ilə  qururlar.  Bu  baxımdan  cümlələrin  düzgün 
qurulması  və  onun  tərkib  hissəsi  olan  söz  və  söz  birləşmələrinin  ədəbi  dil  norma  çərçivəsində  işlədilməsi 
günün  aktual  məsələlərindəndir.  İlk  baxışdan  bunlar  çox  sadə  görünür,  lakin  söz  birləşməsi  və  cümlə 
qurmaq, onları məqamına görə lazımi effektdə işlətməyi hamı bacarmır. Bəzən cümlə ikili məna daşıya bilər, 
bəzən gülməli, bəzən də mənasız söz yığımını xatırladır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
17 
 
 
Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularını aşkara çıxarmazdan əvvəl 
sintaksis,  söz  birləşməsi,  cümlə  və  ümumən  sintaktik  vahidlər  haqqında  müəyyən  məlumatları  əldə  etmək 
məqsədəuyğun sayılır. 
 Sintaktik norma  və vasitələrdən istifadə edərkən yadda saxlamaq lazımdır ki, sözlər dilin tələblərinə 
uyğun  şəkildə  tərkib  hissələrinə  parçalanır  və  onlar  da  öz  növbəsində  morfoloji  kateqoriyalara  əsaslanır. 
Dilimizdə  sözlər,  söz  birləşmələri,  cümlə  növləri,  söz  sırası,  intonasiya,  sintaktik  əlaqələr,  sintaqmlar  və 
digər vahidlər var ki, bunlar birlikdə sintaktik normanı əhatə edir.   
    Cümlədə  söz  sırasını  dəyişməklə  eyni  leksik  tərkib  müxtəlif  kommunikativ  təyinat  ala  bilər. 
Məsələn: Zakir fəhlə idi. Fəhlə Zakir idi. Birinci misalda məna ağırlığı fəhlə idi., ikincidə isə Zakir idi sözləri 
üzərinə düşür. Birinci cümlədə məlum şəxs olan Zakirin vəzifəsi dinləyici üçün yeni (rema) olduğu halda, 
ikinci cümlədə məlum fəhlənin məhz Zakir olması yenidir (remadır). Bu cümlələrdə həm də məntiqi vurğu 
mühüm  rol  oynayır.  Məntiqi  vurğu  ―idi‖  hissəciyindən  qabaqki  söz  üzərinə  düşür.  Burada  ritmik-melodik 
üzvlənmə  də  vardır.  Birinci  və  ikinci  cümlənin  temaları  (Zakir  və  fəhlə)  məlum  hissə  olduqları  üçün  iti 
templə  tələffüz  olunur  və  yeni  məlumat  ərəfəsində  pauza  (fasilə)  verilir.  Beləliklə,  tema  və  rema  arasında 
ritmik-melodik  taktlar  əmələ  gəlir  (Zakir:  fəhlə  idi).  Həmin  misallarda  formal  göstəricilər  üst-üstə  düşərək 
hamısı asanlıqla tema-remanı müəyyənləşdirir. Lakin həmişə belə olmur. Bəzən formal göstəricilər tema və 
remanın  həddini  müəyyənləşdirməyə  imkan  yaratmır.  Məsələn:  Adil:  bu  hərəkətlərə:  təəccüb  edirdi.  Bu 
cümlədə iki nitq taktı iki dəfə fasilə ilə fərqləndirilsə də, tema tərkibində qalır, məhz üçüncü , sonuncu hissə 
rema olur. Həm də burada subyektiv qavramaya görə məntiqi vurğu bu sözlərin üzərinə düşərək onu remaya 
çevirə  bilər.  Deməli,  formal  göstəricilər  də şərti  xarakter  daşıyır.  Ümumiyyətlə,  məlumat  temadan  remaya 
doğru açılır ki, buna da irəli sıra və ya neytral sıra (açılış) deyilir. Məsələn: Cənab Aydın getdi. Əksinə, rema 
temadan qabaq gəldikdə geri sıra, ekspressiv sıra (üslubi variantlı sıra) yaranır. Məsələn: Getdi cənab Aydın.  
Eyni  sintaktik  konstruksiyada,  leksik-qrammatik  tərkibin  yerini  dəyişməmək  şərti  ilə,kommunikativ 
məqsəddən  asılı  olaraq,  eyni  cümlə  üzvü  həm  tema,  həm  də  rema  ola  bilər.  Məsələn:  Cənab  Aydın  getdi  
(Cənab  Aydın  nə  etdi?    Getdi).  Cənab  Aydın  getdi  (Kim  getdi?  Cənab  Aydın).  Burada  rema  məntiqi 
vurğunun həlledici rolu sayəsində müəyyənləşir. Cümlənin aktual üzvlənməsi problemi həm nəzəri, həm də 
praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir.  
 Müasir Azərbaycan ədəbi dilində sintaktik səviyyədə norma pozuntularında söz sırasına xüsusi diqqət 
yetirilməlidir. Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır:  
          1) sintaktik-semantik funksiya, 2)üslubi funksiya.  
 Sintaktik-semantik  funksiya  o  deməkdir  ki,  cümlədə sözlərin  yeri  dəyişdikdə  həm  cümlənin  mənası, 
həm də sözün sintaktik vəzifəsi dəyişir. Azərbaycan dilində bu hal yalnız  bir nöqtədə , mübtəda ilə qeyri- 
müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində özünü göstərir: İnsan pələng öldürdü- Pələng insan 
öldürdü.İt pişik gördü – Pişik it gördü.Qoşmalı sözlərdə bu hal mümkündür: Rahil dostu üçün əlindən gələni 
edir – Dostu Rahil üçün əlindən gələni edir.Bu xüsusiyyət daha çox Çin dilinə aiddir.  
 Sözlərin və söz birləşmələrinin cümlədə yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual 
üzvlənməsi ilə bağlı olur və söz sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir.  
Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-  melodik axını , fasilə, vurğu 
fikrin düzgün başa düşülməsinə imkan yaradır. ― Oxu atan kimi savadsız olma‖, ―Həkim Şirzad o kitabları 
gətirdi‖  cümlələrinə  diqqət  yetirək.  Əgər  birinci  cümlədə  şifahi  nitqdə  ―oxu‖  sözündən  sonra  fasilə,  yəni 
pauza edilsə ―atan savadsız olub , sən ona oxşama‖ mənasında anlaşılır. Əksinə, ―kimi‖ qoşmasından sonra 
pauza  edilsə   ―sən  də  atan  kimi  savadlı  ol,  ona  oxşa‖  mənasında  başa düşüləcək.  İkinci  cümlədə  ―həkim‖ 
sözündən  sonra  fasilə  edilsə  xitab,  edilməsə  təyin  vəzifəsində  olur.  Yazıda  da  ―həkim‖  sözündən  sonra 
vergül işarəsi qoyulursa, müraciət etiketi mənasında işlənir. Bu cümlədə ―o‖ əvəzliyindən sonra şifahi nitqdə 
fasilə edilib-edilməməsindən  , yazılı nitqdə isə vergül qoyulub-qoyulmamasından asılı olaraq cümlənin həm 
mənası,  həm  də  cümlə  üzvləri  dəyişir.  Fasilə  və  durğu  işarəsindən  aslı  olaraq  bu  cümlədə  ―o‖  əvəzliyi 
mübtəda və təyin vəzifəsində işlənə bilir. Buradan belə bir qənaitə gəlmək olur ki, şifahi nitqdə intonasiya, 
yazılı nitqdə durğu işarələrinin sintaksisdə böyük rolu var. Əgər bunlara düzgün riayət olunmursa, ədəbi dil 
sintaktik  səviyyədə  pozulmuş  olur.  Cümlənin  qrammatik  üzvlənməsi  ilə  aktual  üzvlənməsi  fərqlidir. 
Qrammatik  üzvlənmə  dedikdə  cümlənin  məlum  beş  üzvə:  mübtəda,  xəbər,  tamamlıq,  təyin,  və  zərfliyə 
ayrılması,  aktual  üzvlənməsi  dedikdə  isə  cümlənin  tema  və  remaya  ayrılması  nəzərdə  tutulur.  Bütün 
cümlələrdə aktual üzvlənmə müşahidə olunmur. Payızın əvvəlləri idi. Hava soyuq idi. Bu cümlələrdə məntiqi 
vurğu  yoxdur.  Ona  görə  də  tema  və  remaya  ayrılmır.  Bunlar  adi  təsviri  cümlələrdir  və  ―yeni‖  ni  bildirir. 
Lakin lazım gəldikdə bu cür cümlələrdə də aktuallaşdırma mümkündür. Payızın əvvəlləri idi. Hava soyuq idi. 
(Qışın yox, payızın əvvəlləri idi, başqa şey yox, hava soyuq idi). Aktual üzvlənmə nəzəriyəsinə görə, tema və 
remaya ayrılan cümlələr üzvlənməyən cümlələr adlanır.  
           

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
18 
 
 
 
ÖYRƏNƏNLƏRƏ MÜRACĠƏTĠN OLUNMASINDA ġƏXS ƏVƏZLĠKLƏRĠNDƏN ĠSTĠFADƏ 
Allahquliyeva C.M. 
Sumqayıt Texniki Kolleci 
 
Azərbaycan  dili  türk  dilinin  oğuz  qrupuna  daxil  olan  qədim  və  zəngin  dillərdən  biridir.  Bu  dil 
qrammatik  quruluşuna, lüğət  tərkibinin  zənginliyinə, ən  mürəkkəb  və  sadə  fikirləri ifadə  etməyə,  ünsiyyət 
mədəniyyətinin  formalaşmasına  müsbət  təsir  göstərdiyinə  görə  özünəməxsusluğu  ilə  fərqlənir.  Elmi 
ədəbiyyatlarda dərin fəlsəfi fikirləri, hiss və düşüncələri, sevinc və kədəri, dinləyicilərə cazibəli, emosional 
və  ifadəli bir  formada  təsir  göstərməyi,  onların  ürəyinə,  təfəkkürünə  yol  tapmağı  öyrədən  müxtəlif  üsul  və 
vasitələr  müəyyənləşdirilmişdir.  Belə  yanaşma  mövqelərindən  biri  də  şəxs  əvəzliklərindən  istifadə  etməklə 
öyrədən  və  öyrənən  tərəflər  arasında  ünsiyyət  mədəniyyətinin  formalaşmasının  imkan  və  yollarını 
göstərməkdir. 
Prof.  Adil  Babayev  yazır  ki,  hətta  bu  asılılıq  o  dərəcədədir  ki,  ünsiyyətin  başlanması  və  inkişafı 
müraciətlə müəyyənləşir (Adil Babayev, Azərbaycan dili və  nitq mədəniyyəti, Bakı, 2007, s.593). Nəzərə 
almaq lazımdır ki, ünsiyyət mədəniyyətinin formalaşması 3 mühüm məsələnin üzərində qurulur: 1. Əxlaq və 
ədəb  qaydaları  haqqında  fəlsəfi  nəzəriyyə;  2.  İnsanların  cəmiyyətə,  bir-birinə  münasibətini  tənzim  edən 
davranış normalar sistemi; 3. Bu normalar sistemini tələbələrə aşılayan tədris fənni. 
Biz məsələyə məşğələ dərslərində müxtəlif mövqedən yanaşmağı məqsədə uyğun hesab edirik. Başqa 
sözlə  desək,  müəllim  və  tələbə  münasibətlərinin  qurulmasında,  müraciət  zamanı  “sən”,  “siz”  əvəzliyi  də 
mühüm  rol  oynayır.  Elmi  ədəbiyyatlarda,  həyatda  prof.  Nadir  Abdullayevin  qeyd  etdiyi  kimi,  ―  Ünsiyyət 
prosesində  yaşca  böyük  adamlara,  tanış  olmayanlara  (  bəzən  də  qohum  və  tanışlara),  vəzifə  sahiblərinə, 
qadınlara və başqalarına siz deyə müraciət olunur.‖ (Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları, Bakı, 
2015,  s.219-220)  Bu  yanaşma  mövqeyini  XI  əsrdə  yaşamış  Mahmud  Kaşğari  də  etiraf  edirdi:  ―Türklər 
özlərindən yaşca və vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər.‖ ( Divan, I cild., ―Daşkənd‖ nəşri,s.326) 
Prof. Adil Babayev də belə bir nəticəyə gəlir ki, vəzifələr bərabərdirsə, böyüklə kiçik arasındakı münasibət 
yaxşıdırsa adını çəkərək müraciət edə bilər. Özü də sən deməklə səmimi münasibət daha da artmış olur.  
Prof. Kamil  Əliyevin  mövqeyini  biz  də  təcrübədə  nəzərə  alınan  ən  düzgün  yanaşma  mövqeyi  hesab 
edirik:  ‖Ciddi  qüsurların  bir qismi  bu  əvəzliyin tək  və  cəminin  işlənmə  məqamlarını  gözləməməkdən  irəli 
gəlir. Rəsmiyyət məqamlarında 2-ci şəxsin təkinə çox vaxt siz deyə müraciət edirik. Alim belə bir nəticəyə 
gəlir  ki,  siz  əvəzliyini  3  məqamda  işlətmək  yerinə  düşmür:  1.  Ailə  üzvlərinin  bir-birinə  müraciətində;  2. 
Müəllim şagirdə “siz “ deyərkən; 3. Dost-tanışla danışarkən ( K. Əliyev. Nitq mədəniyyəti və üslubiyyatın 
əsasları, Bakı, 2001, s.81). 
Müəllim-tələbə  ünsiyyətinin  yaxşılaşdırılmasında  bu  şəxs  əvəzliklərindən  məqamında  istifadə  etmək 
yeni  təhsil  konsepsiyasında-kurikulumda  da  öz  təsbitini  tapmışdır.  Mən  təcrübəmdə  də  yəqin  etmişəm  ki, 
auditoriyada tələbəyə sən deyə müraciət etməklə, yaxud öyrənənin adını çəkməklə müəllim onlara müraciət 
edə  bilər.  Bu  heç  də  ünsiyyət  mədəniyyətinin  aşağı  düşməsinə,  müəllim-tələbə  münasibətlərinin  istənilən 
səviyyədə qurulmasına mənfi təsir göstərə bilməz. Bizə belə gəlir ki, auditoriyada tələbələrə müraciət olunan 
bu  yanaşma  mövqeyi  ilə  tələbələrə  ictimai  yerlərdə  yanaşma  mövqeyi  arasında  fərq  qoyulmalıdır.  Başqa 
sözlə desək, tələbələrə siz deyə müraciət olunması yerinə düşər, onlarla müəllimin münasibətlərinin səmimi 
hisslər  üzərində  qurulmasına  daha  çox  imkan  yaranar.  Münasibətin  bu  istiqamətdə  qurulması,  müraciət 
etiketlərinin  nitqə  gətirilməsi  tələbələri  fəallaşdırır,  müəllimlə  ünsiyyətini  daha  da  dərinləşdirir.  Tələbələr 
çəkinmədən öz fikirlərini sərbəst ifadə edirlər, müəllimlə ünsiyyət qurmaqda, fikirlərinin onlara bildirməkdə 
çətinlik çəkmirlər. 
Dünya  təcrübəsində  məsələn,  rusların  nitq  etiketlərində  insanlara    sən  deyə  müraciət  olunması 
hörmətsizlik və mədəniyyətsizlik kimi qiymətləndirilir. Sən deyə kiməsə bəzən müraciət ediləndə ona cavab 
verilmir. Düşünürəm ki, tələbələrə müxtəlif mövqedən yanaşaraq onlarla ünsiyyət mədəniyyətinin qurulması 
təlim-tərbiyənin yaxşılaşmasına, ünsiyyətin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərəcəkdir. 
 
 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
19 
 
 
 
AZƏRBAYCAN DĠLĠ DƏRSLƏRĠNDƏ NĠTQ ĠNKĠġAFI PROBLEMĠ 
Allahverdiyeva L.N. 
Sumqayıt Dövlət Universiteti 
 
Şagirdlərin  nitq  vərdişlərini  inkişaf  etdirmək  Azərbaycan  dili  təliminin  qarşısında  duran  başlıca 
didaktik  məqsəddir.  Əslində,  orta  məktəbin  Azərbaycan  dili  və  ədəbiyyat  müəlliminin  fəaliyyəti  onun 
yetişdirdiyi  şagirdlərin  nitq  mədəniyyəti  səviyyəsi  ilə  ölçülərsə,  daha  ədalətli  olardı.  Azərbaycan  dili  və 
ədəbiyyat dərslərində əsas diqqət şagirdlərin nitq vərdişlərinin inkişafına yönəldilməlidir. Bu məsələ həmişə 
istər  müəllimlərin, istərsə də  dil  və  ədəbiyyat  metodikası  üzrə  tədqiqat  aparan  alimlərin  diqqət  mərkəzində 
olmuşdur. Azərbaycan dili tədrisi metodikası üzrə tədqiqat işi aparan metodistlər bilavasitə və ya dolayısı ilə 
nitq inkişafı məsələlərindən bəhs etmişlər 
Hər  hansı  dildə  nitq  vərdişlərinə  yiyələnməkdə  zəruri  lüğət  ehtiyatının  olması  ilkin  şərtlərdəndir. 
Lüğətin zənginliyi bir növ dilin, nitqin zənginləyi deməkdir. Ona görə də nitq inkişafı üzrə aparılan işlərin 
məzmununa,  birinci  növbədə,  şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsi  üzrə  aparılan  işlər  daxildir. 
Lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işlərə lüğətin zənginləşdirilməsi, dəqiqləşdirilməsi, təmizlənməsi, 
fəallaşdırılması  üzrə  işlər  aiddir.  Prof.Ə.Əfəndizadə,  prof.  B.Əhmədov,  prof.  Y.Kərimov  və  başqaları  nitq 
inkişafı  ilə  bağlı  yazdıqları  əsər  və  məqalələrdə  şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsi  yollarını 
müəyyənləşdirməyə çalışmışlar. 
Şagirdlərin  lüğət  ehtiyatını  zənginlışdirməyə  kömək  edən  bir  sıra  mənbələr  vardır  ki,  müəllim  bu 
mənbələri  də  əvvəlcədən  bilməli  və  şagirdlərin  lüğət  ehtiyatını  zənginləşdirən  bu  mənbələrə  xüsusi  diqqət 
yetirməlidir.  Şagirdlərin  lüğət  ehtiyatını  zənginləşdirməyə  kömək  etmək  imkanı  olan  mənbələr,  əsasən, 
dərslik və dərs vəsaitlərindən, məktəbdənxaric oxu materiallarından, müşahidə və ekskursiyalardan, məktəb 
və ailədəki nitq mühitindən, televiziya və radio verilişlərindən, teatr və kino tamaşalarından ibarətdir. 
Həmin  mənbələrin  heç  biri  şagirdin  lüğət  ehtiyatlarını  artırmağı  qarşısına  konkret  məqsəd  kimi 
qoymur. Şagird dərsliyi oxuyarkən buradakı elmi materialı dərk etməyə, bunun məzmununu mənimsəməyə 
çalışır.  Şagird  televiziyadan  hər  hansı  maraqlı  verilişə,  kino  və  teatr  tamaşasına  baxarkən  verilişin 
məzmununu  dərk  etməyə  meyillənir.  Əgər  bu  prosesdə  hər  hansı  söz  mənanı  dərk  etməyə  mane  olursa, 
şagird həmin sözün mənasını öyrənməyə müstəqil surətdə istiqamətlənmiş olur. 
Düzgün ədəbi tələffüz və ifadəli oxu vərdişlərinin inkişafı şifahi nitq üçün mühüm şərtlərdən biridir. 
Nitqdə vahid ədəbi tələffüz normalarına əməl edilməsi şifahi nitqin anlaşılma və təsir dərəcəsini artırır. Nitq 
inkişafının  bu  sahəsi  üzrə  tam  tədqiqat  işi  prof.  N.Əhmədov,  prof.  Ə.Əfəndizadə  və  prof.  N.Abdullayevə 
məxsusdur. 
Bəzi müəllimlər ədəbi tələffüz vərdişlərinin inkişafı üzrə işlər dedikdə, ancaq orfoepik vərdişlər üzrə 
işləri nəzərdə tuturlar ki, bu da işin tam birtərəfli getməsinə səbəb olur. Ədəbi tələffüz vərdişlərinin inkişafı 
üzrə işlər dedikdə, burada, şübhəsiz, orfoepiya üzrə işlər əsas yerlərdən birini tutur. Lakin ədəbi tələffüz üzrə 
işlər daha geniş məzmuna malikdir. Buraya orfoepiya üzrə aparılan işlər,  həm intonasiya və fasilə üzrə işlər, 
həm ritmik bölgülər və vurğu üzrə işlər, həm də nitq sürəti və tonu üzrə işlər daxil edilməlidir. 
Təkcə  hər  hansı  dilə  məxsus  sözlər  minimumunu  bilmək,  bunları  həmin  dilin  danışıq  normalarına, 
tələffüz  qaydalarına  uyğun  dəmək  nitq  üçün  kifayət  deyildir.  Sözləri  həmin  dilin  qrammatik  qaydalarına 
uyğun şəkildə birləşdirib cümlə düzəltmədən fikir ifadə olunmaz. Ona görə də cümlə qurmaq vərdişlərinin 
inkişafı üzrə Azərbaycan dili və ədəbiyyat dərslərində aparılan işlər nitq inkişafının əsas istiqamətlərindən 
biridir. Nitq vərdişlərinin inkişafı üzrə aparılan işlərin digər istiqamətlərinə nisbətən məktəblərimizdə cümlə 
qurmaq vərdişlərinin inkişafı üzrə işlərin vəziyyəti lazım olan səviyyədə sayıla bilər. Bəzi qüsurlar olsa da, 
əksər  dil-ədəbiyyat  müəllimləri  şagirdlərin  cümlə  qurmaq  vərdişlərini  inkişaf  etdirmək  üçün  bir  sıra 
rəngarəng  yol  və  vasitələrdən  istifadə  edirlər  ki,  bunların  bəzilərinin  üzərində  dayanmağı  faydalı  hesab 
edirik.Şagirdlərin  nitqinin  üslubca  zənginləşdirilməsi  üzrə  işlər  də  nitq  inkişafı  üzrə  aparılan  işlərin  əsas 
istiqamətlərindən  biridir.  Bu  sahəyə  aid  ilk  tədqiqat  işini  H.Balıyev  aparsa  da,  sonralar  dos.  Ə.Kəlbəliyev, 
dos. Ə.Rəhimov və başqaları da öz tədqiqat işlərini bilavasitə bu sahəyə həsr etmişlər. 
Rabitəli nitqin inkişafı üzrə aparılan işlər nitq inkişafı üzrə bütün istiqamətlərdə aparılan işlərin yekunu 
və  nəticəsidir.  Azərbaycan  dili  müəlliminin  nitq  inkişafı  üzrə  apardığı  işlərin  nəticəsi  onun  şagirdlərinin 
rabitəli  nitq  vərdişlərinə  yiyələnməsi  ilə  ölçülə  bilər.  Məktəblərimizdə  rabitəli  nitq  vərdişlərini  inkişaf 
etdirmək üçün bir sıra mühüm vasitə və üsullardan istifadə edilir ki, bunlardan ifadə və inşaları xüsusi qeyd 
etməliyik.  Sərbəst  imla  yazılarının  da  yazılı  rabitəli  nitq  vərdişlərinin  inkişafında  rolu  vardır.  Lakin 
şagirdlərin  yazılı  rabitəli  nitq  vərdişlərinin  inkişafında  ifadə  və  inşa  yazıları  xüsusi  əhəmiyyətə  malikdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
20 
 
 
İfadə və inşa yazıları hər cəhətdən günün metodik tələblərinə uyğun şəkildə aparıldıqda şagirdlərin rabitəli 
nitq vərdişlərinin inkişafına daha yaxşı kömək edə bilər. Azərbaycan dili müəllimi bu məsələləri şagirdlərə 
elə anlatmalıdır ki, onlar hər hansı mətnin, inşa yazısının elmi təhlilini verə bilsinlər. Belə vərdişlər onların 
özlərini də inşa yazılara tənqidi münasibət ruhunda tərbiyələndirə bilər. 
 
 
HEYDƏR ƏLĠYEV ĠRSĠNDƏ AZƏRBAYCAN DĠLĠ VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ MƏSƏLƏLƏRĠ 
Aslanov Y.Y., Rəfiyeva A.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Nitq  mədəniyyəti əsrlər boyu xalqların formalaşdırdığı  mədəniyyətin tərkib hissələrindən biridir. Bu 
tarixi  prosesdə  əldə  edilmiş  ən  böyük  nailiyyətlərdən  biri  dərin  zəka  sahiblərinin,  fenomen  şəxsiyyətlərin 
həyata  gəlişi,  fəaliyyəti,  siyasəti  və  xalqına,  dilinə  olan  sonsuz  sevgisi,  natiqliyi  ilə  bağlıdır.  Belə 
şəxsiyyətlərin  hər  birinin  tarix,  zaman,  millət  və  xalq  qarşısında  xidmətləri,  milli  və  bəşəri  dəyərləri 
yaşatmaq uğrunda apardıqları mübarizələri özü də bir gerçəklikdir. Qürur duyuruq ki, XX  əsr Azərbaycan 
siyasi natiqliyinin, daha geniş aspektdən yanaşsaq, dünya və Azərbaycan mədəniyyətinin ən parlaq zirvəsi 
Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.  
Ulu Öndərin Azərbaycan dilinə və nitq mədəniyyətinə olan bağlılığının öyrənilməsinə XX əsrin 90-cı 
illərindən  diqqət  daha  da  artmışdır.  Görkəmli  alimlərdən  akademik  Bəkir  Nəbiyev,  akademik  Ağamusa 
Axundov,  akademik  Rafael  Hüseynov,  AMEA-nın  müxbir  üzvü,  professor  Nizami  Cəfərov,  professor 
Nizami  Xudiyev,  professor  Tərlan  Novruzov,  professor  Müseyib  Məmmədov,  professor  Nizaməddin 
Şəmsizadə, professor Məhərrəm Qasımlı və b. Heydər Əliyevin irsində Azərbaycan dili və nitq mədəniyyəti 
məsələlərini araşdırmış, nitqinin təsirli və ifadəli olmasını, təbii və səmimi hisslər üzərində qurulmasının dil 
xüsusiyyətlərini  tədqiq  etmişlər.  Müəlliflərin  tədqiqatlarında  eyni  zamanda  Ümummilli  liderin  fikirlərini 
xalqa  öz  dilində  çatdırmağı  bacarmasını,  auditoriyanın  səviyyəsinə  uyğun  maraqlı,  şirin  və  cəlbedici  nitq 
söyləmək bacarığının görünməyən tərəflərini izah etmiş, qiymətli fikir və mülahizələr söyləmişlər. Maraqlı 
cəhətlərdən  biri  də  budur  ki,  Azərbaycan  Tibb  Universitetinin  dosenti,  tibb  elmləri  üzrə  fəlsəfə  doktoru, 
Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü  Nağdəli  Zamanovun  ―Heydər  Əliyev  və  Azərbaycan  nitq 
mədəniyyəti‖  (II  cilddə)  kitabı  faktların  zənginliyi,  dərin  tədqiqatçılıq  bacarığı  ilə  yazılmışdır.  Salatın 
Əhmədovanın    ―Heydər  Əliyevin  dil  siyasəti‖  mövzusu  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün 
müdafiə  etdiyi  dissertasiya  da    (Bakı,  2008)  Heydər  Əliyevin  parlaq  nitqinin  gizli  məqamlarını,  nitq 
fenomenliyini öyrənməkdə faydalı mənbədir.  
Bu  gün  ―Heydər  –  Xalq‖,  ―Xalq  –  Heydər‖  ifadəsinin  işlədilməsi  türk  dünyasının  Ulu  Öndərə  olan 
dərin sevgi və inamının, hörmət və ehtiramının nəticəsidir. Heydər Əliyev həmişə ―Azərbaycan xalqının dili 
onun  milli  varlığını  müəyyən  edən  başlıca  amillərdəndir‖  məfkurəsini  müdafiə  etmiş  və  bu  sahədə  həllini 
gözləyən  məsələləri  müxtəlif  çeşidli  auditoriyalarda  dinləyicilərə  çatdırmışdır:  ―İndi  isə,  şübhəsiz,  bizdə 
təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir, ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var 
ki,  dilin  incəliklərini  bilirsən,  Azərbaycan  dilində  yüksək  səviyyədə  söz  deyə  bilirsən,  fikrini  ifadə  edə 
bilirsən, nitq edə bilirsən. Bu hələ bizdə çatışmayan bir sahədir‖.  
Müstəqilliyimiz əldə edildikdən sonra Ulu Öndər Azərbaycan dilinin qorunması, inkişafı, tətbiqi işinin 
yaxşılaşdırılmasına  diqqət  və  qayğı  göstərirdi:  ―Bizim  birinci  nailiyyətimiz  o  olmalıdır  ki,  öz  dilimizi 
Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalı və 
bu dili sevməlidir‖.           
Bu ideyalar Heydər Əliyevin dil haqqında 18 iyun 2001-ci il, 9 avqust 2001-ci il, 2 yanvar 2003-cü il 
və  başqa  əmr  və  sərəncamlarında  çox  mühüm  tələb  kimi  qarşıya  qoyulmuş,  Azərbaycan  dilinin  saflığı  və 
təmizliyi  uğrunda  mübarizənin  aparılması,  tədrisi  məsələləri  prioritet  sahə  kimi  seçilmişdir.  Sərəncamlarda 
irəli  sürülən  ideyaların  nəzərə  alınması,  Azərbaycan  dilinin  dövlət  dili  səviyyəsinə  yüksəlməsinə,  onun 
saflığının qorunmasına, ünsiyyət mədəniyyətinin, etik normaların həyata keçməsinə geniş imkan yaratdı. 
Ümummilli lider müxtəlif çeşidli auditoriyalarda maraqlı və bir-birini təkrar etməyən nitq söyləməyə 
qadir olan fenomen şəxsiyyət idi. Başqa sözlə desək, o alimlərlə alim dilində, zəhmetkeş insanlarla həssaslıq 
və  səmimiyyətlə  ünsiyyət  qurmağı  bacarırdı.  Yüksək  səviyyəli,  vəzifəli  şəxslərlə  tələbkar  və  qətiyyətli 
danışmağa daha çox üstünlük verirdi. Şair və yazıçılarla, söz ustları ilə poetik dildə danışmağı sevirdi. Bəzən 
gərgin  bir  məqamı  xoş  əhvali-ruhiyyə  ilə  əvəz  etməyi  bacarırdı.  Peşə-sənət  adamları  ilə  görüşəndə,  söhbət 
edəndə bu ixtisası onlardan yüksək səviyyədə bilməsi insanları valeh edirdi.  

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
21 
 
 
Heydər  Əliyevin  natiqliyindən  danışanda  çox  əhatəli  məqamları  izah  etmək  qarşıya  məqsəd 
qoyulmalıdır.  İctimai-siyasi  natiqlik,  diplomatik  natiqlik,  akademik  natqilik,  məhkəmə  natiqliyi,  məişət 
natiqliyi, səhnə natiqliyi, dini natiqlik, hərbi natiqlik onun nitqində bütövləşmişdir. O, hamını alim və filosof, 
daxili-mənəvi  zənginliyi  ilə  seçilən  bir  insan  olması  ilə  heyrətləndirirdi.  Məsələn:  o,  Səməd  Vurğunun 
―Azərbaycan‖  şeirini  söyləyərkən  Azərbaycan  sözünü  işlədəndə  kövrəlir.  Bu  Ulu  Öndərin  xalq,  millətə, 
vətənə olan sonsuz məhəbbətinin ifadəsidir.  
Heydər  Əliyev  həm  də  nitq  normalarından  düzgün  istifadə  etməyi  bacaran  görkəmli  ritorikdir.  Onun 
nitqində  düzgünlük,  aydınlıq,  məntiqilik,  yığcamlıq,  səlislik,  zənginlik,  ahəngdarlıq,  canlılıq,  sadəlik, 
dəqiqlik,  ifadəlilik,  səmimilik,  təmizlik  və  s.  kimi  normalar  həmişə  gözlənilmiş,  nitqi  tələb  və  səmimiyyət 
üzərində  qurulmuşdur.  Danışanda  o,  nitqini  yaradıcı  fəaliyyət  üzərində  qurur,  səs  tonunu  vəziyyətə  uyğun 
dəyişdirir,  ritm,  fasilə,  manera  və  melodikliyi  gözləyirdi.  Mimika  və  jestlərdən  istifadə  də  Heydər  Əliyev 
natiqliyinin  səciyyəvi  xüsusiyyəti  idi.  Cümlələrin  quruluşu,  sıralanması,  söz  və  ifadələrin  işlədilməsində 
orijinallıq, fərdi üslubun gözlənilməsi açıq-aydın hiss edilirdi.  
Heydər  Əliyevin  zəngin  söz  ehtiyatının  olması  onun  nitqini  fərqləndirən  cəhətlərdən  biri  idi.  Bunun 
nəticəsidir ki, o, tələsmədən, ardıcıl, məntiqi şəkildə nitqini qurmağı bacarır, yersiz ifadə və sözlər işlətmirdi. 
Onu  da  qeyd  edək  ki,  onun  nitqində  bəzən  sözlər  təkrar  edilirdi.  Bu  auditoriyanın  diqqətini  cəlb  etmək, 
ekspressivlik  yaratmaq  üçün  seçilmiş  ən  düzgün  yanaşma  mövqeyidir.  Çünki  təkrar  olunan  söz,  söz 
birləşmələri, cümlə  auditoriyanı,  dinləyiciləri  həyəcana  gətirir,  diqqətini  həmin  məsələ  ətrafında toplamağa 
istiqamətləndirir, nitqinin təsir  gücünü artırır.  Həm  də  diqqətlə  fikir  versək  görərik  ki,  təkrar  olunan  sözlər 
eyni nitq hissələri yox, ayrı-ayrı nitq hissələrinə aid olur. Onun nitqində tez-tez işlədilən ―bir daha‖ ədatına 
nəzər  yetirək:  ―Bunlar  hamısı  bir  daha,  bir  daha  təsdiq  edir  ki,  Azərbaycan  müstəqil  dövlət,  demokratik, 
hüquqi, dünyəvi dövlət kimi yaşayır, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanda demokratik prinsiplər 
dönməzdir, dəyişməzdir və sarsılmazdır‖.  
İnsanları  cəlb  edən  cəhətlərdən  biri  də  budur  ki,  Ulu  Öndər  Azərbaycan  dilinin  nəzəri  anlayışlarını, 
qanun  və  qaydalarını,  elmi  əsaslarını  mükəmməl  bilirdi.  Bu  da  onun  nitqində  fonetik,  leksik,  morfoloji, 
sintaktik və üslubi baxımdan maraqlı məqamların üzə çıxmasına imkan yaradırdı. Fikrimizi izah etmək üçün 
―mən‖  və  ―biz‖  əvəzliklərinin  işlədilməsi  məqamlarına  yönəldək.  Onun  nitqində  ―mən‖  əvəzliyi  ölkənin 
birinci şəxsinin sözü kimi işlədilirdi. Çıxışların birinə diqqət yetirək: ―Hərbi komissarlıqların işi bu gün də 
qeyri-qənaətbəxşdir. Orada hərc-mərclik davam edir. Mən bunu Müdafiə nazirinə dəfələrlə demişəm və bu 
gün də sizin hüzurunuzda deyirəm. Orduya gedən ancaq yoxsulların uşaqlarıdır. Varlılıarın uşaqları orduya 
getmirlər... Mən icra hakimiyyəti başçılarından, hərbi komissarlıqlardan, polis rəislərindən, prokurorlardan, 
bu işlərlə məşğul olan nazirlərdən tələb edirəm ki, ordu sıralarını komplektləşdirmək üçün verilən tapşırıqları 
qısa  müddət  ərzində  yerinə  yetirsinlər‖.  Göründüyü  kimi  ―mən‖  əvəzliyi  ölkə  başçısının  tələbkarlığı  və 
qətiyyətliliyini ortaya qoyan söz kimi işlədilir. ―Biz‖ əvəzliyi isə fərqli məqamda işlədilir. Yəni xalqı birgə 
fəaliyyətə,  işə  çağırış  qarşıya  məqsəd  qoyulur:  ―Biz  müstəqil  dövlətik.  Bizim  güclü  ordumuz  olmalıdır. 
Güclü  ordu  ona  görə  lazımdır  ki,  biz  sülh  danışıqlarını  cəsarətlə  apara  bilək.  Bizim  qüdrətli,  möhkəm 
ordumuz olmalıdır‖.  
Ümumiləşmə aparsaq, belə nəticəyə gələ bilərik ki, Heydər Əliyevin irsində Azərbaycan dili və nitq 
həmişə  diqqət  mərkəzində  saxlanılmış  prioritet  məsələlərdən  olmuşdur.  Onun  natiqliyindən  danışanda 
Azərbaycan  dilinə  olan  sonsuz  məhəbbətindən,  nitqinin  səmimiliyindən,  gərginliyi  xoş  əhvali-ruhiyyə  ilə 
əvəz etmək bacarığından, Azərbaycan dilinin qanun və qaydalarını dərindən bilməsindən, nitq etiketlərindən 
məharətlə istifadə etmək qabiliyyətinin güclü olmasından, ədəbi dil normalarına yiyələnməsi yollarından və 
s. elmi istiqamətlərdə tədqiqat aparmaq məqsədəuyğun olardı.   
          
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin