AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


BƏZĠ ALINMA SÖZLƏRĠN QƏDĠM TÜRK YAZILI ABĠDƏLƏRĠNDƏ ĠġLƏNƏN TÜRK MƏNġƏLĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   2   3   4   5   6   7   8   9   10   ...   69

BƏZĠ ALINMA SÖZLƏRĠN QƏDĠM TÜRK YAZILI ABĠDƏLƏRĠNDƏ ĠġLƏNƏN TÜRK MƏNġƏLĠ 
QARġLIQLARI VƏ ONLARIN ĠġLƏNMƏ MƏQAMLARI 
Əhmədova E.H. 
Sumqayıt Dövlət Universiteti 
 
Çoxəsrlik  təkamül  yolu  keçmiş  Azərbaycan  dilinin  tarixi  xalqımızın  tarixi  qədər  qədimdir.  Bu  dil 
hazırki  inkişaf  mərhələsinə  birdən-birə  çatmamış,  çox  ciddi  təsir  və  təzyiqlərə  məruz  qalmışdır.  Xalqımız 
zaman-zaman bir sıra işğalçılarla üz-üzə gəlmiş və bu mənfur qüvvələrə qarşı mübarizə apararaq öz varlığını 
və  dilini  mühafizə  etməyə  nail  olmuşdur.VII  əsrdən  başlayaraq  ərəb,  fars  və  rus  işğalçılarının  xalqımızı, 
eləcə  də  onun  dilini  tarix  meydanında  çıxarmaq  cəhdi  boşa  çıxmış,  Azərbaycan  dili  öz  saflığını, 
müstəqilliyini və orijinallığını qoruyub saxlaya bilmişdir. 
Klassik mərhələdə bədii əsərlərin dilində ərəb-fars mənşəli sözlər üstünlük təşkil edirdi. Başqa sözlə, 
ümumxalq  danışıq  dili  ilə  yazılı  dil  arasında  xeyli  uzaqlaşma,  fərqlilik  özünü  göstərirdi.  Ərəb-fars 
elementlərinin ixtiyari işlənməsi XX əsrin əvvəllərinə qədər davam etmişdir. XIX yüzilliyin birinci yarısında 
Azərbaycan  torpaqlarının  Rusiya  imperiyası  tərəfindən  işğalından  sonra  dilimizə  rus  sözləri  daxil  olmağa 
başlamışdır. Bu isə onsuz da vahid norma əsasında işlənməyən yazılı dilə bir növ pərakəndəlik gətirirdi. XX 
əsrin  əvvəllərində  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  respublikada  ikinci  ana  dili  elan 
edilən  rus  dili,  əslində,  aparıcı  yer  tuturdu.  Dövlət  işləri,  əsasən,  rus  dilində  aparılırdı.  Bu  dilin  əhatəsində 
Azərbaycan  dilinin  nüfuzlu  bir  dil  kimi  formalaşması  və  inkişaf  etməsi  bir  sıra  maneələrlərlə  rastlaşırdı. 
Aydın  məsələdir  ki,  heç  bir  dil  yalnız  öz  milli  dil  materialı,  yalnız  öz  sözləri,  kəlmələri  hesabına 
zənginləşərək inkişaf edə bilməz və dünyada belə bir dil yoxdur. Milli dilin inkişafında, zənginləşməsində və 
dolğunlaşmasında  əcnəbi  dillərin  müəyyən  rol  oynadığı  şübhəsizdir, lakin  xarici  dillərdən  hansı  sözləri  və 
ifadələri  ana  dilinə  gətirmək  problemi  var  ki,  bu  məsələ  xüsusi  diqqət  tələb  edir.  Dilə  gətirilən  sözləri 
filterdən keçirməli  və bu zaman alınma sözlərin təbii olaraq dilimizdə vətəndaşlıq hüququ qazanması üçün 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
36 
 
 
şərait  yaradılmalı,  hər  sözün,    ifadənin  leksik-semantik  və  qrammatik  məna  çalarları,  daşıdığı  mündəricə 
yükü nəzərə alınmalıdır.  
Dilimizin  aktiv  və  passiv  lüğət  fondunda  kifayət  qədər  yabançı  ünsürlər  vardır  ki,  öz  milli 
sözlərimizdən sayca heç də az deyil, bəlkə də, çoxdur. Leksikamıza söz axını hələ də davam etməkdədir. Bu 
gün  Azərbaycan  dilinin  lüğət  tərkibində  köklü  dəyişikliklər  baş  verir.  Bu,  hər  şeydən  əvvəl  Azərbaycan 
dilinin  başqa  dünya  dilləri  ilə  də  birbaşa  əlaqələri  ilə  bağlıdır.  Əgər  əvvəllər  Azərbaycan  dilinə  sözlər, 
əsasən, rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Hazırda 
mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək 
olmaz, lakin dildə zərurətdən işlənən sözlər dilin lüğət tərkibinə keçərək sabitləşir. Bu məsələyə münasibətdə 
ehtiyatlı olmalı,  lüzumsuz alınmaların işlənilməsinə yol verilməməlidir. 
Dövlətimiz  və  xalqımız  müstəqillik  qazandıqdan  sonra  dilimizi  saflaşdırmaq,  yad  ünsürlərdən 
təmizləmək istiqamətində bir sıra addımlar atılmışdır. Azərbaycan dilinin struktur təbiətinə uyğun gəlməyən 
sözlərin milli dil vahidləri ilə əvəzlənməsi nəticəsində onlarla yeni söz işləklik statusu qazanmışdır. Məsələn: 
bağımsız(müstəqil),  başqan,  bilgi,  bilgisayar,  cangüdən,  çağ,  çağdaş,  çıxmaz,  çimərlik,  deyim,  dönəm, 
durum,  duracaq,  duyum,  görk,  gündəm,  saxlac,  soyad,  soydaş,  soyqırım,  toplam,  toplu(məcmuə),  özəl, 
özəlləşmə, vərəqçə, yayım, yetərsay və s. 
Aydın məsələdir ki, dilin lüğət tərkibində mövcud olan alınmaların hamısını dəyişmək, öz sözlərimizlə 
əvəzləmək mümkün deyil. Əgər süni şəkildə, kor-koranə yeni sözlər yaradılarasa, bu da doğru olmaz, çünki 
bu üsul da özünü lazımı səviyyədə doğrulda bilməyəcək. Bu prosses yalnız təbii yollarla aparıldığı təqdirdə 
uğurlu nəticələr əldə etmək mümkün olar. 
Hazırda  dilçilik  elminin  qarşısında  duran  ən  mühüm  problemlərdən  biri  də  ana  dilimizi  qoruyub 
gələcək  nəsillərə  ötürmək  üçün  tarixin  qaranlıq  səhifələrində  qalan  yazılı  abidələrimizi  yenidən  tətqiq  edib 
araşdırmaq, tarixən həm Azərbaycan dili, həm də bir sıra türk dilləri üçün ümumişlək sayılan sözlər tapıb 
yenidən dilə qaytarmaqdır. Belə sözləri zamanla dilimizin aktiv lüğət fonduna daxil etməklə söz yaradıcılığı 
sahəsində  önəmli  bir  dönüş  yaratmalıyıq.  Bu  proses  elə  diqqətli  aparılmalıdır  ki,  həm  dilimizə  xələl 
gəlməsin, həm də eyni sözlərin qohum türkcələrdə rahat şəkildə anlaşılması təmin olunsun. 
Bütün  türk  xalqları  və  dilləri  üçün  ortaq  yazı  abidələri  sayılan  Göytürk  və  uyğur  yazılarının, 
‖Oğuznamə‖lərin,  ―Kitabi-Dədə  Qorqud‖  dastanlarının,  Mahmud  Kaşğarinin  ―Divanü-luğat-it-türk‖,  Yusif 
Xas  Həcibin  ―Qutadgu-bilik‖  əsərlərinin,  dialekt  və  şivələrimizin  leksik  tərkibini  araşdırsaq,  bu  gün  ədəbi 
dilimizdə işlənə biləcək onlarla türk mənşəli söz tapa bilərik. Elə sözlər ki, hal-hazırda həmin sözlərin başqa 
dillərdən  alınan  sinonimlərini  əvəz  edə  bilsin.  Eyni  zamanda  Azərbaycan  dili  ilə  eyni  dil  qrupuna aid  olan 
oğuz  dillərindən  və  ya  digər  türk  dillərindən,  dilimizin  müxtəlif  dialekt  və  şivələrindən  də  ədəbi  dilə  söz 
transferini  həyata  keçirmək  mümkündür.  Buna  misal  olaraq  bir  neçə  nümunəni  nəzərdən  keçirək:  bilim 
(elm),  bilgin,  bilgə  (alim);  bitik  (kitab);  buyuruq  (əmr,  fərman);  görük  (müşahidə,  kəşfiyyat);  qoşuq (şeir); 
ötük (xahiş, rica); ölüt (meyit, cənazə, nəş); öyüdçü  (məsləhətçi); öygü (tərif); yığva (məclis, ziyafət) və s. 
Azərbaycan  dilinin    söz  bazasını,  tarixi  leksikamızın  imkanlarını  nəzərə  alaraq  bu  siyahıya  istənilən 
qədər  söz  əlavə  etmək  olar.  Bu  gün  Azərbaycan  ədəbi  dilinin  lüğət  tərkibində  elə  alınma  sözlər  var  ki, 
onların  türkcə  (azərbaycanca)  qarşılığı  bizə  məlum  deyil.    Bəzən  düşünürsən  ki,  görəsən,  həmin  sözlər 
dilimizə  keçməzdən  öncə  onları  əvəz  edən  milli  sözlər  olubmu?  Hətta  əminliklə  demək  olar  ki,    bəzilərini 
təsəvvür etmək belə çətindir. Lakin bu, o demək deyil ki, həmin qarşılıq sözlər tarixən də olmayıb. Məsələn: 
ailə;  müəllim – ustad; qəm - kədər, ələm, qüssə, dərd; bəxtəvər, xoşbəxt; xahiş - rica, müraciət kimi alınma 
sözlərin əvəzinə hansı türk mənşəli sözlərdən istifadə olunub? Dilimizin tarixini əks etdirən yazılı abidələri 
nəzərdən keçirdikdə sadalanan sözlərin hər birinin qarşılığna rast gələ bilərik: 
ailə - çoluk. ...ağır çoluğun yağıtukta Küli çor ..... sancıp, ölürip oğlın, kisisin bolun ...kı...bo...z...elig 
tutdı  –  Böyük  ailəsi ilə  yağı  olduqda   Küli  Çor  sancıb,  öldürüb  oğlunu,  adamlarını  əsir  edib  dövlət  qurdu 
(Küli çor abidəsi). 
bəxtəvər,  xoşbəxt  –  qutlu.  Tarduş  Küli  çorBesbalıkta  barır  biz  anta  kutlu  bolsun.  –  Tarduş  Küli  çor, 
Beşbalığa gedirik. Orada xoşbəxt olsun (Hoytu-temir abidəsi).  
Sağda oturan sağ bəglər! 
Solda oturan sol bəglər! 
Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər! 
Qutlu olsun dövlətinüz! (―Kitabi-Dədə Qorqud‖). 
Fayda,  xeyir,  səmərə,  mənfəət  –  edhlig.  Edhlig:,  xeyirli,  ―کا با ب  کاذا  edhligh  nənq=faydalı  nəsnə‖ 
(―Divani-lüğat-it-türk‖). 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
37 
 
 
        xahiş,    rica,  müraciət  etmək  –  ötünmək  (müraciət,  xahiş,  rica  –  ötünc)  .  Anta  ötrü  kağanıma 
ötündüm. Ança ötündüm – Ondan ötrü xaqanıma müraciət etdim, eləcə rica etdim (Tonyukuk abidəsi). 
qəm,  kədər,  ələm,  qüssə,  dərd  -  buŋ.  ...gök  tiğinin  türkimə  ,  bodunuma  kazğanu  birtim,  iti  birtim.....    
buŋsız kıltım.  - ...göy samurunu türkümə, xalqıma qazandım, hədiyyə etdim, dərdsiz etdim,  (Bilgə xaqan 
abidəsi), yaxud Qara qana bulaşdı, buŋlı oldı (―Kitabi-Dədə Qorqud‖). 
müəllim (ustad) - mar Marıma yüz ər tutuk birtim. - Müəllimimə - ustadıma yüz igid əsir verdim..., və 
yaxud  Oğlanım,  ərdə  marımınca  bol,kanka  tap,  katığlan  -  Oğullarım,  igidlikdə  müəllimim  (ustadım)  kimi 
olun, xan tapın, möhkəmlənin (Süci abidəsi). 
Aydın  məsələdir ki, hər söz dilə daxil olduqda dilin leksikasında, lüğətlərdə özünə yer tapana qədər 
nitq  istisnası  mövqeyində  olur.    İlkin  mərhələdə  həmin  sözlərin  işləkliyi  passiv  xarakter  daşıyır,  lakin 
müəyyən zaman keçdikdən sonra dildə normativləşir və ümumişlək leksikanın tərkibində sabitləşir. 
İstər dövlət qurumları, istərsə də dilçi alimlərimiz dilimizin yad ünsürlərdən təmizlənməsi probleminəə 
biganə qalmamalıdır. Dil qorunmalı, yaşadılmalıdır. Dildə qaydalar da elə təyin olunmalıdır ki, yüz il, min il 
bundan  sonra  da  informasiya  gələcək  nəsillərə  maneəsiz  çatdırıla  bilsin  və  bizdən  sonrakılar  çətinlik 
çəkmədən onu anlaya bilsinlər. 
 
 
MÜASĠR AZƏRBAYCAN DĠLĠNDƏ TƏXƏLLÜSLƏRĠN SEMANTĠK QRUPLARI 
Əhmədova E.Z.  
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Müasir  Azərbaycan  dilinin  antroponimik  sisteminin  bir  qolunu  təşkil  edən  təxəllüslər  xüsusi  ad 
kateqoriyası  kimi  dilçiliyimizdə  hərtərəfli  şəkildə    indiyədək  təsdiq  olunmamışdır.  Halbuki  təxəllüslərin 
yaranma  və  formalaşma  xüsusiyyətləri,  onların  semantikası,  növləri,  leksik-qrammatik  yarusları  üzərində 
olduqca geniş diapazona malik tədqiqat işləri aparmaq mümkündür.  
Müasir  Azərbaycan  antropnimik  sistemində  təxəllüslər  semantik  baxımdan  olduqca  rəngarəngdir. 
Araşdırmalar göstərir ki, müasir Azərbaycan dilində mövcud təxəllüsləri semantik baxımından tamamilə cəlb 
etmək və onların müxtəlif qruplarını üzə çıxarmaq onomalogiyamız üçün olduqca əhəmiyyətli və dəyərlidir. 
Bu baxımdan müxtəlif sənət adamlarının doğulduğu və ya yaşadığı yerlə, mənsub olduğu tayfa, millət, xalq 
adı  ilə,  sənətkarın  ilhamını,  coşqunluğunu  əks  etdirməsi  ilə,  quş  adları  ilə,  mücərrəd  məfhumlarla, 
kosmonimik və mifonik adları özündə ifadə etməsi ilə bağlı müasir Azərbaycan dilində təxəllüslər yaranıb, 
formalaşmışdır. Müasir Azərbaycan dilinin antroponimik layında təxəllüsləri bu istiqamətdə araşdırdıqda və 
təhlil  etdikdə  onların  müxtəlif  semantik  qrupları  ilə  üzləşir.    Bu  ad  kateqoriyasını  aşağıdakı  kimi 
sistemləşdirə bilərik:  
I. Doğulduğu və ya yaĢadığı yeri bildirən təxəllüslər. 
Müasir Azərbaycan antroponimik sistemində bu qrupa daxil olan təxəllüslər kəmiyyətcə çoxluq təşkil 
etdiyinə görə bunları da öz növbəsində semantik baxımdan aşağıdakı kimi qruplaşdıra və təhlil edə bilərik.  
a)  Xalq,  millət  adını  ifadə  edən  təxəllüslər.  Belə  təxəllüsdən  istifadə  edən  söz  sənətkarları  xalq, 
millət adının bütöv formasından yox, xüsusi adın əvvəlindəki hissəsindən istifadə edirlər. Bu baxımdan xalq 
şairi Söhrab Tahirin və yazıçı Sabirin özlərinə seçdikləri ―Azər-Azər‖ və ―Azəri‖ təxəllüsləri olduqca böyük 
maraq  kəsb  edir.  Məlumdur  ki,  Azərbaycan  ölkə  adının  formalaşmasında,  heç  şübhəsiz  ki,  həlledici  rolu 
―azər‖  sözü  oynamışdır.  XIII  əsrdə  xalq  arasındakı  yozumdan  istifadə  edərək  Yaqut  Həməvi  bu  sözü 
pəhləvicə  ―od‖  məfhumu   ilə  bağlamış  və  ―odla  qorunanlar‖  kimi  mənalandırmışdır.  Maraqlıdır  ki,  Söhrab 
Tahir bu onimin təkrar formasına üstünlük vermiş və özünə ―Azər-Azər‖ təxəllüsünü götürmüşdür. Maraqlı 
bir sual ortaya çıxır. Nəyə görə şair xüsusi adın təkrar üsuluna üstünlük vermişdir? Birincisi, təkrar üsulla 
yaranan  sözlərdə  məna  olduqca  qüvvətli  şəkildə  səslənir.  İkincisi,  Söhrab  Tahir  keçən  əsrin  ortalarında 
Cənubi  Azərbaycandan  Şimali  Azərbaycana  sürgün  edildiyinə  görə  xalq  adının  təkrar  üsuluna  üstünlük 
vermiş,  yəni  şimallı    və  cənublu  soydaşlarımızın  şairi  olduğunu  bildirmək  üçün  bu  xüsusi  adı  təxəllüs 
şəklində belə formalaşdırmışdır.  
b)  Doğulduğu  mahalın  və  ya  vilayətin  adlarını  ifadə  edən  təxəllüslər.  Bu  tip  təxəllüslər  müasir 
Azərbaycan  onomastik  sistemində  çoxluq  təşkil  edir:  Əbülfəz  (Naxçıvanlı),  Əliyar  (Qarabağlı),  Aydın 
(Qaradağlı),  Telli  (Borçalı),  Aşıq  Aypara  (Dərələyəzli),  Aşıq  Narıngül  (Dərələyəzli),  Məleykə  (Göyçəli), 
Vahid  (Zəngəzürlu),  Qara  Həsən  (Dərələyəzli),  Şəkil  (Dərələyəzli),  Mənsurə  (Dərələyəzli,  Eyvaz  (Borçalı) 
və  s.  Göründüyü  kimi,  müxtəlif  sənət  və  peşə  adamlarının  özlərinə  seçdikləri  və  yaxud  digər  şəxslər 
tərəfindən  onlara  verilən  Naxçıvanlı,  Qarabağlı,  Qaradağlı,  Borçalı,  Zəngəzurlu,  Dərələyəzli,  Göyçəli  kimi 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
38 
 
 
mahal  və  vilayət  adları  təxəllüs  yaradıcılığında    mühüm  rol  oynamışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  tip 
təxəllüslərin  məna  və  etimoloji  çalarlarını  da  təsdiq  etməklə  tariximizin  müəyyən  qaranlıq səhifələrinə  işıq 
salmaq olar. Tədqiqatçılar Dərələyəz mahal adına "dərə + ala + göz" komponentlərinə ayıraraq izah edirlər 
ki, toponimin birinci tərəfindəki "dərə" sözü coğrafi termindir. Mənbələrdə qeyd edilir ki, Dərələyəz əslində 
Dərə-Alagöz  sözlərinin  birləşməsindən  ibarətdir.  XIX  əsrdə  Şimali  Qafqazda  Dağıstan  əyalətinin 
Teymurxanşura  dairəsində  Alaqaz,  Naxçıvan  qəzasmda  Alaqaz-məzrə,  Şərur-Dərələyəz  qəzasında  Alaqaz 
çayı,  Qars  əyalətinin  Ərdahan  dairəsində  Alagöz  kənd  xarabalığı,  Qars  əyalətinin  Kazımxan  dairəsində 
Alagöz  kənd  xarabalığı  ilə  mənaca  eynidir.  Türkmənistanda  Alagöz  toponimi  və  tayfa  adı  məlumdur. 
Deməli, Dərələyəz mahal adı etnonim səciyyəli söz olub, Alagöz tayfa adının təhrif olunmuş formasıdır. 
Bu şəkildə Naxçıvan, Qarabağ, Qaradağ, Borçalı, Zəngəzur, Göyçə  mahal və  vilayət adları üzərində 
linqvistik təhlillər aparmaq mümkündür və, deməli, təxəllüslərin semantik mənalarını açmaqla yenə də qeyd 
edir ki, tariximizin açılmamış səhifələrinə aydınlıq gətirmək olar. 
c)  Doğulduğu  rayonun  adını  ifadə  edən  təxəllüslər.  Bu  tip  təxəllüslər  Ordubad,  Laçın,  İsmayıllı, 
Zəngilan, Gədəbəy, Bərdə, Cəbrayıl, Kəlbəcər, Göyçay, Ağsu, Şamaxı, Zərdab və s. rayon adları ilə düzələn 
təxəllüslər daha çox müşahidə edilir. Bu yolla düzələn təxəllüsləri oykotəxəllüslər də, yəni yaşayış məntəqə 
adlarmı özündə əks etdirən təxəllüslər də adlandırmaq mümkündür. Məsələn: yazıçı Məmməd Səidin özünə 
götürdüyü  "Ordubadi"  təxəllüsünə  nəzər  salaq:  "Ordubad  rayonu  Naxçıvan  MR-nın  Zəngəzur  silsiləsinin 
ətəyində  yerləşir.  Bu  oykonimin  adı  ilk  dəfə  XII  əsrə  aid  yazılı  mənbələrdə  qeydə  alınıb.  Orta  əsrlərdə 
mühüm  ticarət  və  sənətkarlıq  (xüsusilə,  ipəkçilik)  mərkəzlərindən  olmuşdur.  Gəncə  oniminin  semantikası 
haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri toponimin pəhləvi dilində "xəzinə‖, ―məhsul saxlanılan yer" 
mənasını  bildirən  "kaziaka"  sözü  ilə  bağlayırlar.  Lakin  son  tədqiqatlar  nəticəsində  sübut  olunmuşdur  ki, 
toponim özündə qədim türkdilli "Gəncə" tayfasının adını əks etdirir. 
e) Tayfa, nəsil, tirə adlarını ifadə edən təxəllüslər. Tayfa, nəsil, tirə adlarını ifadə edən təxəllüslər də 
Azərbaycan onomastika sisteminin bir hıssəsini təşkil edir. Dilimizdə başqa söz qruplarından fərqli olaraq, 
tayfa,  nəsil,  tirə  adlarını  ifadə  edən  təxəllüslər  daha  qədim  fonetik,  qrammatik,  leksik,  semantik 
xüsusiyyətlərə malikdir. Bu tip təxəllüslərin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Buna görə də onların 
araşdırılması zamanı (özü də semantikasmm təhlili zamanı) daha çox tarixi yazılı mənbələrə müraciət olunur. 
Tayfa,  nəsil,  tirə  haqqmda  öz  sözünü  birinci  tarix  elmi  deyir,  eyni  zamanda  tayfa,  nəsil,  tirə  adlarını  da 
yaşadan  tarix  özüdür.  Bu  mənada  Azərbaycan  tarixinə  dair  keçmiş  yazılı  abidələr  və  əsərlər  etnonimlər 
əsasında yaranmış təxəllüslərin dilçilik istiqamətində öyrənilməsi üçün ən etibarlı mənbədir. Lakin təəssüflə 
qeyd etmək lazımdır ki, xalqımızın yaradıcı şəxslərinin özlərinə seçdikləri və yaxud başqa şəxslər tərəfındən 
onlara  verilən  tayfa,  nəsil,  tirə  adları  əsasında  yaranmış  təxəllüslər  indiyədək  tarixi-filoloji,  eyni  zamanda 
semantik  baxımdan  bütövlükdə  tədqiq  olunmamışdır.  Qeyd  etməliyik  ki,  müasir  Azərbaycan  dilində 
təxəllüslərin yaranmasında xalqımızm mənşəyində, tarixi keçmişində, etnogenezində mühüm rol oynamış bir 
sıra etnotoponimlər də mühüm rol oynayır. Bu baxımdan Bayat, Gəngərli, Şirvan, Sal, Təklə, Qıpçaq, Oğuz 
və sair kimi etnonimlər əsasında yaranmış təxəllüslərin semantikasının araşdırılması Azərbaycan dilçiliyinin 
qarşısında duran əsas problemlərdəndir. 
Müasir  Azərbaycan  onomastik  sistemində  etnonimlər  əsasında  formalaşan  təxəllüslərdə  müşahidə 
edilir ki, onlar haqqında nəinki müasir tədqiqatçıların, hətta antik müəlliflərin əsərlərində, eyni zamanda orta 
əsrlərə aid farsdilli mənbələrdə də müəyyən məlumatlara rast gəlmək mümkündür.  
Qeyd  etməliyik  ki,  təxəllüslər  onomastik  sistemdə  öyrənilən  ən  mühüm  dil  vahidlərindən  biri  olub, 
Azərbaycan dilinin antroponimika bölməsində də təsdiq olunmuşdur.  
 
 
AZƏRBAYCAN DĠLĠ DƏRSLĠKLƏRĠNĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠ ĠSTĠQAMƏTLƏRĠ 
Ələkbərova L.V. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan  dilinin  sistematik  kurs  kimi  öyrənilməsinin  təməli  5-ci  sinifdən  qoyulur.  160  saat  vaxt 
müddəti  ərzində  təlim  materiallarının  öyrədilməsi  nəzərdə  tutulur.  Kiçik  summativ  qiymətləndirmənin  4 
həftədən  tez,  6  həftədən  gec  olmayaraq  aparılması  məsləhət  bilinir.  Bu  sinifdə,  əsasən,  dil  qaydaları  üzrə 
materiallar aşağıdakı bölmələr üzrə paylanmışdır: I bölmə - sözün səs və hərf tərkibi (fonetika); II bölmə - 
sözün semantik xüsusiyyətləri (leksika); III bölmə - sözün tərkibi və yaranma üsulları (söz yaradıcılığı); IV 
bölmə - ad, əlamət, hərəkət bildirən sözlər (morfologiya); V bölmə - mürəkkəb sözlərin yazılışı. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
39 
 
 
Faktların təhlili də göstərir ki, bu məsələlər yeni dərs modellərinin yaradılması nəticəsində reallığını 
tapa bilər. Müasir təlim prinsipləri də - şəxsiyyətə yönəlmiş təlim prinsipi, fəal idrak prinsipi, inkişafetdirici 
təlim  prinsipi,  qabaqlayıcı  təlim  prinsipi,  təlim-tərbiyə  sisteminin  çevikliyi  prinsipi,  əməkdaşlıq  prinsipi, 
dialoji  təlim  prinsipi  dərslərin  təşkilinə,  öyrədilmə  sisteminə  yenidən  baxmağı,  təkmilləşdirməyi 
aktuallaşdırır. 
Pedaqoji prosesinin müasirləşdirilməsi tələb edir ki, fəal-interaktiv təlim, kurikulum proqramı əsasında 
dərslər təєkil edilsin, Azərbaycan dilinin nəzəri problemləri praktik yolla öyrədilsin. Çünki yeni yanaşmanın 
bir sıra üstün cəhətləri vardır. Bunları belə ümumiləşdirə bilərik: Problemli vəziyyətin yaradılması, dialoq və 
əməkdaşlığın zəruriliyi, єagirdin – tədqiqatçı, müəllimin fasilitator mövqeyinin yaradılması, psixoloji dəstək: 
hörmət və etibarın gözlənilməsi.  
Mühüm  məsələlərdən  biri  də  müasir  dərslərin  təşkili,  mərhələlər  üzrə  işin  aparılmasıdır.  Metodik 
ədəbiyyatlarda  bu  haqda  müxtəlif  mülahizələr  söylənilmişdir.  Ancaq  deyilən  fikirlər  bir  müstəvi  üzərində 
cəmləşdirilir:  1.  Motivasiya,  problemin  qoyulması;  2.  Tədqiqatın  aparılması;  3.  İnformasiya  mübadiləsi;  4. 
İnformasiyanın müzakirəsi və təşkili; 5. Nəticə, ümumiləşdirmə; 6. Yaradıcı tətbiqetmə; 7. Qiymətləndirmə 
və ya refleksiya. 
Mərhələlərin  hər  birinin  təlim  prosesində  əhəmiyyəti  çoxdur.  Dərsin  səmərəli  təşkili  motivasiyadan 
asılıdır. Bu mərhələdə əvvəlcə mövzu tapdırılır və o, lövhəyə qeyd olunur, sonra isə həmin mövzu ilə bağlı 
tədqiqat sualı artaya qoyulur və o sual da mövzunun altında lövhəyə yazılır, daha sonra isə qoyulmuş suala 
şagirdlərin ilkin fərziyyələri alınaraq lövhəyə qeyd olunur. 
Müşahidələr  göstərir  ki,  V  sinif  şagirdlərində  əyani  vasitələrə  maraq  güclüdür.  Buna  görə  də 
Azərbaycan  dili  dərslərində  simvollardan  (rəmzlərdən)  istifadəyə  daha  çox  diqqət  yetirilməlidir.  Bunun 
tətbiqi  Azərbaycan  dili  dərsliklərində  verilmiş  mətnlərin  öyrədilməsinə  geniş  imkan  yaradır.  Dərslikdə 
nəzərdə tutulur ki, əvvəlcə mətn üzərində iş aparılsın, mətn hissələrə ayrılsın, hər hissəyə ad verilsin, mətnin 
oxusu  təşkil  olunsun,  mətndəki  əsas  ideya  müəyyən  sözlə  ifadə  edilsin.  Bundan  sonra  oxu  qaydaları 
mənimsədilsin,  yazı  işləri  aparılsın,  nəhayət,  sonuncu  mərhələdə  dil  qaydaları  öyrədilsin.  Bunların  hamısı 
zəncirin halqaları kimi bir-biri ilə bağlıdır, inteqrativ xüsusiyyətə malikdir.  
Motivasiya mərhələsində ən maraqlı məqamlardan biri də qruplara bölünmə texnikalarıdır. Göstərdik 
ki, müəllim bələdçidir, yol göstərəndir, şagird isə tədqiqatçıdır. Belə qənaətə gəldim ki, müəllim özünə bir 
köməkçi – müəllim seçməlidir. O, müəllimin göstərçi ilə layihənin yerinə yetirilməsinə kömək etməlidir. 
Dərsliklə tanışlıq məndə belə bir qənaət yaratdı ki, burada dil qaydalarının öyrədilməsindən daha çox 
ədəbiyyata meyl güclüdür. Onda sual yarana bilər ki, bəs ədəbiyyat dərsi nəyə xidmət etməlidir. Yaxşı olardı 
ki,  Azərbaycan  dili  dərsliklərində  dilin  nəzəri  məsələlərinin  izahına  geniş  imkan  yaradılsın,  anlayışların 
mahiyyəti  və  məzmunu  açılsın.  Düzdür,  bunlara  dərslikdə  müəyyən  qədər  yer  verilmişdir.  Ancaq  bu 
məsələlərin kifayət qədər izahı dərslikdə öz əksini tapmamışdır. 
Belə  bir  nəticəyə  gəlmək  olur  ki,  kurikulum  proqramı  əsasında  yazılmış  V  sinif  Azərbaycan  dili 
dərsliyi  müasir tələbatı  ödəyir,  müstəqil  düşünən,  tədqiqat  aparan  şagirdlər  üçün  geniş  imkan  yaradır,  yeni 
təlim texnologiyalarından istifadəyə zəmin hazırlayır. 
 
AHƏNG  QANUNU HAQQINDA 
Əliyev E.T. 
Sumqayıt Dövlət Universiteti 
 
Ahəng – mənşəcə fars  sözü olub, səslər, rənglər  və  s.  arasında uyğunluq, gözəl səs, avaz və  nəğmə, 
mahnı, hava  kimi  mənalarda  işlənir. Qanun isə ərəb mənşəlidir. Mənası  hamı  üçün   məcburi  olan  nizam
qayda və  s. deməkdir. 
Ahəng qanunu qədim tarixə malik olan qanundur. Bu qanun hələ qədim yazılı  abidələrimizdə mövcud 
olmaqla, bu gün də özünü qoruyub saxlamışdır. Bütün türk dillərində olduğu kimi,  Azərbaycan dilində də 
morfoloji  quruluş iltisaqilik  olduğundan ahəng qanunu xüsusi  əhəmiyyət kəsb edir. Həm söz  köklərində, 
həm də söz köklərinə şəkilçilər qoşulduqda köklə şəkilçi münasibətində ahəng  qanunu mühüm rol oynayır. 
Bunu  diqqətdən  qaçırmayan,  türk  dillərində  mövcudluğunu  nəzərə  alan  məşhur    türkoloq  alim  M.  Kaşğari 
olmuşdur.  O,  ―Divani  lüğət-it–türk‖  əsərində  ilk  dəfə  olaraq  türk  dillərində  ahəng  qanununun  mövcud 
olmasından bəhs etmişdir. Hətta M. Kaşğari bu qanunla əlaqədar olaraq kəlmələri, şəkilçiləri qaflı və kaflı 
(yəni tərkibində q olanlar və tərkibində k olanlar) olmaqla iki qurupa  bölmüşdür. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
40 
 
 
Təsir  gücünü  Azərbaycan  dilinin  eləcə  də  türk  dillərinin  təkcə  fonetik    sistemində  deyil,  morfoloji 
quruluşunda  da  saxlayan,  kök–şəkilçi  prossesini    tənzim  edən,  bir  sözlə,  sözün  fonetik–morfoloji  simasını 
müəyyənləşdirən  ahəng  qanunu,  ümumiyyətlə,  aqlütinativ  dillərin  spesifik    xüsusiyyətlərindəndir.  Lakin 
buna baxmayaraq, ―son zamanlara qədərki dilçiliklə ədəbiyyatda sinharmonizm istilahı ilə bu hadisə ancaq 
―saitlər ahəngi‖ (rus  dilində  yazılmış  ədəbiyyatda  qarmoniya  qlasnıx) kimi izah edilmişdir və, beləliklə 
də,  ―ahəng  qanunu‖  təkcə sait  səslərin həmcinsləşməsi,  həmahəngləşməsi  kimi  birtərəfli  anlaşılmışdır.‖  Bu 
məsələni, yəni ―sinharmonizm‖ deyərkən ancaq saitlər ahəngini nəzərdə tutmağı professor B.Çobanzadə hələ 
1924–cü  ildə  yazdığı  ―Türkcənin  səs  uyuşması  qanunu‖  adlı    məqaləsində  tənqid  etmişdir:  ―Hər  nə  qədər 
Avropa  üləması  bu  hadisənin    adına  ―Vocalhaqmonie–saitə  uyuşması‖  demişlərsə  də,  bizcə,  bu,  o  qədər   
hadisənin təbiətinə və lisan  elminin qanunlarına uyğun deyildir . 
Çünki bir sözün qalın saitləri  incəldikcə  samitləri də dəyişir. 
İştə bunun üçün də bu hadisəyə ―səs uyuşması‖ (sinharmonizm) adını vermək daha da müvafiqdir.‖  
Ahəng  qanunu, hər zaman sonra gələn hecadakı səsin, ondan əvvəl gələn hecadakı səslə cinsinə görə 
uyğunlaşması  şəklində    təzahür  edir.  Burada  dilarxası  səslərdən  sonra  dilarxası  səslərin,  dilönü  səslərdən 
sonra dilönü səslərin, cingiltili səslərdən sonra cingiltili, eləcə də karlardan sonra kar səslərin  sıralanması bu 
qanunun  əsasını təşkil edir. Buna görə də ahəng qanunu əsasən irəli uyuşmanın qanuniləşmiş bir növüdür, 
məsələn: 
 Dilarxası saitlərin ahəngi: qarğa, qalın, qapaq, odun, ocaq, quru, adam, otlar, oxudu, yoldaşlar, alovun, 
qırğılar və s. 
Dilönü  saitlərin ahəngi: ələk, eşik, özül, inci, inək, üzüm, özək, çörəkçi, dilimləmək, qələmlər, güllər, 
dəri və s. 
Dilarxası saitlərlə dilarxası samitlərin ahəngi: qaş, qış, quş, qol, xır-xır, xorultu, xısıltı və s. 
Dilönü saitlərlə dilönü samitlərin ahəngi: gəl, gül, get, gir, göz, güc, gic, kəs, keç və s. 
Kar samitlərlə kar samitlərin ahəngi: üst, göstər, yaxşı, tapşır və s. 
Cingiltili samitlərlə  cingiltili samitlərin ahəngi: özgə, özgəlik, güzgü, quzğun və s. 
Buna  görədir  ki,  N.  K.  Dmitriyevin,  F.  Kazımovun,  A.  N.  Kononovun,  M.  A.  Çerkaskinin  və 
başqalarının  ifadəsində  ―sinharmonizm‖  termini  təkcə  saitlər  ahənginə  yox,  ümumiyyətlə,  ahəng  qanunun  
əhatə  dairəsinə uyğun gəlir. 
Aqlütinativ  dillərin  yaranması  və  inkişafı  ilə  sıx  bağlı  olan  ahəng  qanunu  tarixən  şərtlənmiş  dil 
hadisəsidir,  çünki  dilin  leksik  və  qrammatik  sistemi  ilə    dərindən  bağlı  olan  hər  hansı    bir  dilin  fonetik 
sistemi nəticədə tarixən şərtlənmiş  olur, lakin şərtilik bilavasitə deyil, bilvasitədir.. 
Ahəng  qanunun  qədim  dövrlərdən  indiyədək  türk  dillərində  təsir  gücünü    saxladığı,  həm  də  bəzi 
mütəxəssislərin  göstərdiyi  kimi,    bu  qanunun  nəinki    zəiflədiyi,  əksinə,  gücləndiyi  çoxlu  faktlarla  sübut 
edilir. Təkcə bunu qeyd  etmək kifayətdir ki, qədim türklər soqdi əlifbasını sadəcə qəbul etməyib? ona bəzi 
işarələr  də  əlavə  etmiş,  bu  əlifbanı  öz  dillərinin  fonetik  xüsusiyyətlərinə,  xüsusilə,  ahəng  qanununa  tabe 
etdirmişlər.  Bu,  ahəng  qanunun  tarixən  qədimliyini  və  onun  türk  dilləri  üçün  səciyyəvi,  təyinedici 
əhəmiyyətə malik olduğunu göstərir. Məhz buna görədir ki, qədim yazılarının sirrinin  açılmasında  ahəng 
qanunu  ―açar‖ rolunu oynamışdır. 
Dilçilik  ədəbiyyatlarında  bəzən  ahəng  qanunun  assimilyasiya  hadisəsi  ilə  əlaqədar  izah  edilməsi 
hallarına  rast  gəlinmişdir.  Bizim  fikrimizcə,  həmin  qanunun  meydana  gəlməsi  assimilyativ  təsirlərin 
bilavasitə  rolu  ilə  bağlıdır.  Həqiqətən,  ahəng  qanununda  səslərin  müəyyən  prinsip  üzrə  bir–birini  
izləməsində güclü səslərin iyerarxik cədvəl üzrə digər səslərə assimilyativ təsiri  mövcuddur. 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin