AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu


AZƏRBAYCAN DĠLĠ  VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ FƏNNĠNĠN TƏDRĠSĠ MƏSƏLƏLƏRĠ



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
AZƏRBAYCAN DĠLĠ  VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ FƏNNĠNĠN TƏDRĠSĠ MƏSƏLƏLƏRĠ 
Bayramova A. 
Sumqayıt Dövlət Universiteti 
  
Azərbaycan  dili  türk  dillərindən  biri  olaraq  dünyanın  inkişaf  etmiş  dillərindən  biridir.  Həmyerlimiz 
―Respublika‖  qəzetinin  4.X.1999-cu  il  məlumatına  görə,  Almaniyada  yaşayan  iş  adamı  Əlixan  İqbalın 
hesablamalarına  görə,  dünyada  49  milyon  azərbaycanlı  yaşayır.  O,  bu  statistik  məlumatı  toplamaq  üçün  1 
milyard  pul  xərcləmişdir. Aradan  keçən  13 ili  də  nəzərə  alsaq,  azərbaycanlıların  sayının  50  milyon  olduğu 
məlum  olar.  Azərbaycan  dili  Cənubi  Qafqazda  yaşayan  bir  çox  xalqın  ikinci  ana  dili  sayılır.  1926-cı  ildə 
Bakıda keçirilən Türkoloji qurultayda Çursina adlı türkoloq öz çıxışında bildirirdi ki, XIX əsrdə Azərbaycan 
dili 50-dən çox xalqın ünsiyyət vasitəsi olmuşdur. 
Azərbaycan dili azərbaycanlıların, eləcə də Azərbaycanda yaşayan xalqların ana dilidir. 
İnsan  həyata  ana  dili  ilə  göz  açır.  Mərifəti,  mədəniyyəti,  ünsiyyəti  ana  dili  vasitəsilə  öyrənir.  Öz 
xalqına,  torpağına  bu  dillə  bağlanır.    Vətənpərvərliyi  də  bu  dillə  mənimsəyir.  Təsadüfi  deyil  ki,  böyük 
şairimiz Bəxtiyar Vahabzadə Ana dili haqqında yazırdı: 
                              Dil açanda ilk dəfə ―ana‖ söyləyirik biz 
                              Ana dili adlanır bizim ilk dərsliyimiz. 
                              İlk mahnımız laylanı anamız bu dil ilə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
27 
 
 
                              İçirir ruhumuza bu dillə gilə-gilə. 
Təbii  ki,  gənc  nəslin  öz  xalqı  üçün  gərəkli  bir  şəxsiyyət  kimi  yetişməsində,  dünyagörüşünün 
formalaşmasında  intellektual  səviyyəsinin  inkişafında  ana  dilinin  rolu  əvəzsizdir.  Ana  dilini  mükəmməl 
öyrənmək,  onun  sirlərini,  qrammatik  qayda-qanunlarını  dərindən  bilmək  həm  də  digər  elmləri  öyrənməyə 
şərait yaradır. Təsadüfi deyilməyib ki, ana dili digər elmlərin açarıdır. Ana dili xalqın əxlaqi inkişafı, elmi-
texniki, siyasi və iqtisadi təfəkkürünü müəyyən edən bir meyardır, ölçüdür. 
Əgər hər hansı bir xalqın dili, nitqi kasıbdırsa, müxtəlif dillərdən gəlmə yad sözlərdən istifadə etməyə 
məcbur  olur.  Beləliklə,  dil  korlanır.  Elmi-texniki  tərəqqini,  ictimai-siyasi  hadisələri  əks  etdirən  terminlər 
olmadığına görə  müxtəlif elmləri əhatə edən dərsliklər də yazmaq çətin olur. 
Ana dili xalqın ümumi mədəniyyətinin göstəricisi olmaqla yanaşı, həm də məxsus olduğu xalqın hər 
bir üzvünün gözəl tərbiyəçisidir. Ana dili gözəl əxlaqi sifətlər tərbiyə edir, yersiz hərəkətlərdən çəkindirir. 
Ana  dili  təlimini  yaxşılaşdırmaq,  onu  elmi  və  pedaqoji    əsaslarla  tədris  etmək  təkcə  müəllimlərin 
vəzifəsi deyil, həm də müxtəlif televiziya kanallarında, teatr tamaşaları və kinofilmlərdə çalışan sənətkərların 
da  işidir.  Bəzən,  aparıcılar,  efirə  dəvət  olunanlar,  bəzən  aktyor  və  müğənnilər  öz  davranışlarında  elə 
hərəkətlər  edirlər  ki,  bunlar  gənclərə  pis  təsir  göstərir.  Sonradan  gənclər  davranışlarında  və  yoldaşlarına 
müraciətlərində həmin sənətkarları təqlid edirlər. Bu, pis haldır.  Ancaq öz məzmunlu, elmi və yadda qalan 
çıxışları ilə gəncliyi ofsunlayan Nizami Cəfərov, Vasif Məmmədəliyev, Rəfail Hüseynov, Zəlimxan Yaqub 
kimi sənətkarlar vardır. Onların hər bir danışığı gəncliyə örnəkdir. 
Türk dünyasının ən görkəmli natiqlərindən bizi ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, hər 
vaxt Azərbaycan dilinin inkişafına qayğı göstərmiş və çalışmışdır ki, Azərbaycan dili Azərbaycanda hakim 
dil  olsun.  Onun  dərin  məzmunlu  nitqləri  öz  forma  və  məzmun  gözəlliyi  ilə  diqqəti  çəkir.  Onun  bütün 
çıxışlarında  söz  sırası,  müraciət  etiketləri,  qrammatik  və  leksik  normaların,  pauza  və  intonasiya,  orfoepik 
qaydaların yerli yerində işlədilməsi barədə mütəxəssislərin geniş araşdırmaları vardır. 
Azərbaycan  dili  və  nitq  mədəniyyətini  dərindən  bildiyi  üçün  müəllimlərlə  görüşündə  müəllim, 
diplomatlarla  görüşlərdə  diplomat,  memarlarla  görüşəndə  memar,  incəsənət  adamları  ilə  görüşəndə 
sənətşünas, şairlərlə görüşəndə şair, hərbçilərlə görüşəndə hərbçi kimi çıxış edir. Bu ondan irəli gəlirdi ki, o, 
hər bir sahəni dərindən bildiyi üçün hər bir sənət adamı ilə onun öz peşəsinin dili ilə danışırdı. 
Nitqin  geniş  auditoriyaya  təsir  göstərən  mühüm  elementlərindən  biri  onun  giriş  və  sonluğudur  ki, 
Heydər Əliyev bu elementlərdən də natiq kimi faydalanırdı. Ümumiyyətlə, Heydər Əliyev və natiqlik sənəti 
ayrıca bir tədqiqat sahəsi olmalıdır. 
Heydər  Əliyev  siyasi  kursunu  davam  etdirən  prezidentimiz  İlham  Əliyev  cənabları  da  hər  vaxt 
Azərbaycan dilinin inkişafının qayğısına qalır. O, Azərbaycan dilini dərindən bilməklə yanaşı, bir neçə dildə 
danışmaqla  dünya  ölkələrinin  rəhbərlərinə  örnək  olur.  O,  19  aprel  2013-cü  ildə  ―Azərbaycan  dilinin 
qloballaşması  şəraitində  zamanın  tələbinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair‖  Dövlət 
Proqramı  adlı  Sərəncam  imzalamışdır.  Həmin  sərəncama  uyğun  olaraq  ölkənin  ali  məktəblərində  bütün 
ixtisaslar  üzrə  ―Azərbaycan  dili  və  nitq  mədəniyyəti‖  fənninin  tədris  edilməsi tövsiyə  olunmuşdur.  Həmin 
sərəncamın  icrasını  təmin  etmək  məqsədi  ilə  Təhsil  Nazirliyinin  18  iyul  2013-cü  il  746  nömrəli  Fəaliyyət 
planı da təsdiq olunmuş, Dövlət standartına uyğun  olaraq, ―Azərbaycan dili  və nitq mədəniyyəti‖ bir fənn 
kimi tədris planına daxil edilmişdir. İndi ali və orta ixtisas məktəblərində həmin fənn (30 saat mühazirə, 30 
saat  məşğələ)  tədris  olunur.  Bu  fənnin  tədrisində  fənn  müəllimlərinin  üzərinə  böyük  yük  düşür.  Belə  ki, 
gələcək energetik, iqtisadçı, texnoloq, psixoloq, eləcə də müxtəlif humanitar və təbiət elmlərini tədris edən 
müəllimlər nitq mədəniyyətinin digər elmlərlə əlaqəsi, cəmiyyətdə rolu, nitqin növləri, ədəbi dilin normalar 
sistemi, intonasiya, funksional üslubların növlərini və s. məsələləri dərindən mənimsəməlidirlər. Ali məktəbi 
bitirən  hər  bir  məzunun  savadlı  yazı  mədəniyyəti  olmalıdır.  Yazı  mədəniyyəti  durğu  işarələrinin  dəqiq  və 
yerli-yerində işlədilməsini tələb edir. Şifahi dildə olan intonasiya xüsusiyyətləri, məna çalarları və incəlikləri 
yazıda durğu işarələrinin düzgün işlədilməsi, sintaktik qaydaları bilməklə bağlıdır. Xüsusilə, rəsmi-işguzar 
üslubu  əks  etdirən  əməli  yazı  nümunələrini  (ərizə,  pratokol,  izahat,  əmr,  vəkalətnamə,  rəy,  xasiyyətnamə, 
bildiriş, tərcümeyi-hal, arayış, hesabat və s.) tərtib etməyi bacarmalıdırlar. Bugünkü tələbələr gələcəkdə hər 
hansı bir sahəyə rəhbərlik etdikdə cəmiyyətin hər bir üzvü ilə mədəni ünsiyyət qurmağı bacarmalı, psixoloji 
və etik davranış qaydalarını görməlidirlər. Elm və peşə terminlərindən, söz formalarından üslubi məqamlarda 
istifadə etməyi bacarmalıdır. İclas və yığıncaqlarda nitq söyləmək üçün əvvəlcədən hazırlıq işləri aparmalıdır 
ki,  dinləyiciləri  razı  salsın  və  s.  Tədris  müəssisələri,  mətbuat,  radio  və  televiziya,  mədəni  və  maarif 
mərkəzləri,  klub-kitabxanalar,  internet  mərkəzləri,  ziyalılarımız  və  incəsənət  nümayəndələri,  xüsusilə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
28 
 
 
müəllimlərimiz  Azərbaycan  dilinin  təmizliyi,  saflığı  uğrunda  əlbir  olmalı  və  mübarizə  aparmalıdırlar  ki, 
dilimizin saflığı və işləkliyi hər vaxt qorunsun. 
 
DĠLÇĠLĠKDƏ VURĞU FONETIK VAHĠD KĠMĠ 
Bayramova T.N. 
Sumqayıt Dövlət Universiteti 
 
Hər biri dilin fonetik xüsusiyyətlərindən biri onu təşkil edən sözlərin vurğulu deyilməsidir. Vurğu dili 
təşkil  edən  əsas  vahidlərdən  biridir.  Vurğu  dili  təşkil  edən  sözlərin  tərkib  hissələri  olan  hecaların  birinin 
digərinə nisbətən fərqli tələffüzlə və ya güclü deyilməsinə deyilir. Fonemlər kimi vurğu da sözləri tanıma və 
fərqləndirmə vasitələrindəndir. 
Dilçilikdə  vurğunun  təbiətini,  onun  necə  formalaşıb  yaranmasını  başa  düşmək  üçün  ilk  öncə  dilin 
özəyi,  nüvəsi  hesab  edilən  sözü  və  bu  sözü  təşkil  edən  hecanın  xüsusiyyətlərini  araşdırmaq  lazımdır.  Söz 
dilin  tərkib  hissəsi  olaraq  onun  formalaşmasında,  kommunikativ  funksiyasının  reallaşdırılmasında  mühüm 
rol oynayır. Söz ünsiyyət məqsədlərinə xidmət etmək üçün işlədilən, gerçəkliyin hər hansı bir faktını, onun 
təbiət  materiyası  kimi,  fonetik  tərkib  vasitəsi  ilə  ifadə  edən  dil  vahididir.  Söz  daha  çox  nitq  daxilində  öz 
xüsusiyyətini    büruzə  verir  və  mətn  daxilində  daha  dolğun  məna  ifadə  edir.  Söz  səslərin  birləşməsindən 
yaranan hecalardan ibarətdir. Heca ümumi dilçilikdə, o cümlədən, ümumi fonetikada problemli məsələlərdən 
biridir.  Bunun  başlıca səbəbi  odur  ki,  heca təcrübi  fonetika  üsulları ilə  eksperimentə  gəlmir  və  yaxud  çox 
çətin gəlir. Dilçilikdə mövcud olan fonetik təlim nəzəriyyəsinə görə heca tələffüz zamanı sözün və ya söz 
formasınınn asanlıqla bölünə bilən hissəsinə deyilir.  
Dünyada mövcud olan müxtəlif dillərin fərqli fonetik xüsusiyyətlərinə görə həmin dillərdə formalaşan 
vurğu da bu dillərin ümumi xüsusiyyətləri, daxili qanunauyğunluqları ilə bağlı olur. Dünyada mövcud olan 
dillərin  sayını  nəzərə  alaraq,  biz  yalnız  azərbaycan,  ingilis  və  rus  dillərində  vurğunun  təbiətini  araşdırmış, 
onun fonetik xüsusiyyətlərini üzə çıxarmağa çalışmışıq. 
Azərbaycan dilinin fonetik quruluşu çoxəsrli  tarixi inkişaf yolu keçmişdir. Bu dilin tarixində müxtəlif 
fonetik  vahidlər  araşdırılmış  və  tədqiqatlar  aparılmışdır.  Hecadan  fərqli  olaraq,  Azərbaycan  dili  vurğusu 
təcrübi yolla öyrənilmiş və bu sahədə Ş.Abdullayev, A.Bəşirov geniş təcrübə materialına əsaslanaraq maraqlı 
tədqiqatlar aparmışlar.  
Dünya  dillərində  vurğunun  müxtəlif növləri  fərqləndirilir.  Bunlara  misal  olaraq:  musiqili  vurğu  (  bu 
vurğu  növü  dilçilikdə  həmçinin  melodik  vurğu, tonik  vurğu,  xromatik  vurğu  terminləri ilə  də  adlandırılır), 
kəmiyyət  vurğusu,  ağır  vurğu,  yüksələn,  enən  vurğu,  cützirvəli  vurğu  və  s.  N.Məmmədov,  A.Axundov 
―Dilçiliyə giriş‖ kitabında vurğununun müxtəlif tiplərini dörd prinsipə görə qruplaşdırmışlar. Bu prinsiplər 
belədir:  fonetik  səciyyəsinə  görə,  morfoloji  səciyyəsinə  görə,  müxtəlif  dil  vahidləri  ilə  əlaqəsinə  görə, 
məqsədə və ya deyilən münasibətə görə.  
Birinci prinsipə görə, vurğunun musiqili vurğu, dinamik vurğu, qarışıq vurğu növləri fərqləndirilir.  
Musiqili vurğu vurğulu hecanın vurğusuz hecalardan tonun dəyişməsi ilə fərqlənməsi zamanı meydana 
gəlir. Vurğunun bu növündə səs tellərində yaranan  tezliyin müxtəlifliyi mühüm rol oynayır. 
Dinamik  vurğu  nəfəsli  vurğu,  ekspirator  vurğu,  güc  vurğusu  terminləri  ilə  də  adlandırılır.  Vurğulu 
hecanın  vurğusuz  hecalardan  gərginliyin  və  tələffüz  üçün  istifadə  edilən  hava  axınının  çoxluğu  ilə 
fərqlənməsinə dinamik vurğu deyilir. 
 Qarışıq  vurğu  isə  həm  musiqili  vurğunun,  həm  də  dinamik  vurğunun  xüsusiyyətlərini  daşıyaraq 
vurğulu  hecanın  vurğusuz  hecalardan  gərginliyini  və  hava  axınının  çoxluğu,  habelə  tonun  dəyişməsi  ilə 
fərqlənməsidir. Bu vurğu dilçilik ədəbiyyatında musiqili-nəfəsli vurğu da adlandırılır. 
İkinci prinsip olan morfoloji səciyyəyə görə, vurğunun sabit vurğu, qeyri-sabit vurğu, məşrut vurğu, 
açıq vurğu, qapalı vurğu kimi növləri fərqləndirilir. 
Sabit vurğu həmişə eyni hecanın üzərinə düşən vurğudu. Əgər vurğu sözün sonuncu hecasına düşürsə, 
sözün  sonuna  şəkilçi  artırıldıqca  vurğu  sona  doğru  hərəkət  edir.  Azərbaycan  dilindəki  vurğunu  bu  vurğu 
tipinə bariz nümunə kimi göstərmək olar. Sabit vurğu dilçilikdə daimi vurğu, bağlı vurğu kimi terminləri ilə 
də adlandırılır. 
Qeyri-sabit  vurğu,  başqa  sözlə  desək,  sərbəst  vurğu,  müxtəlif  yerli  vurğu,  ənənəvi  vurğu  sözün 
müxtəlif hecalarına düşən vurğudur. İngilis və rus dillərində müşahidə olunan vurğu bu tipə nümunədir. 
Məşrut vurğu bütün dünya dillərində müşahidə olunur. Bu vurğu növü müəyyən fonetik və morfoloji 
şərtlərdən asılıdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
29 
 
 
Açıq vurğu açıq hecaların üzərinə düşən vurğu, qapalı vurğu isə qapalı hecalara düşən vurğudur. 
Üçüncü  prinsip,  yəni  müxtəlif  dil  vahidləri  ilə  əlaqəsinə  görə,  heca  vurğusu,  söz  vurğusu,  ibarə 
vurğusu, təqti vurğu və birləşdirici vurğu növləri vardır. 
Heca vurğusu hecanın heca əmələ gətirən hissələrindən birinin qüvvətli və ya səs tonunun dəyişməsi 
ilə tələffüzünə deyilir.  
Söz vurğusu isə heca vurğusundan fərqli olaraq, sözün hecalarından birinin müxtəlif fonetik vasitələrlə 
fərqləndirilməsinə deyilir. 
İbarə  vurğusu  ibarənin  ayrılmasına  və  daxilən  birləşməsinə  xidmət  edən  vurğuya  deyilir.  Təqti 
vurğusu ibarə vurğusundan o qədər də fərqlənmir. Belə ki, ibarə vurğusu fonetik-sintaktik vahidləri ayırıb 
daxilən  birləşdirməyə,  təqti  vurğusu  isə  nitqin  yalnız  fonetik  cəhətdən  ayrılıb  daxilən  birləşən  hissələrini 
göstərməyə xidmət  edir. 
Dördüncü  prinsip  olan  məqsəd  və  deyilən  münasibətə  görə  vurğu  iki  cür  olur:  məntiqi  vurğu  və 
həyəcanlı vurğu. 
 
AZƏRBAYCAN ADLARINDA TƏHRĠF TĠPLƏRĠ 
Cəfərov Y.M. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
İnformasiya  cəmiyyətinin  inkişafı  dövründə  xüsusi  aktuallıq  kəsb  edən  məsələlərdən  biri  də  ad  və 
soyadların qeydiyyatı zamanı yol verilən xarakterik təhrif tiplərinin müəyyənləşdirilməsi və onların aradan 
qaldırılması  üçün  müvafiq  tədbirlərin  görülməsidir.  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  tərəfindən 
təqdim  olunmuş  ad  və  soyadlar  siyahısı  əsasında  2010-cu  ildə  hazırladığı  məlumat  bazası  əsasında 
apardığımız  təhlillər  Azərbaycan  ad  və  soyadlarında  kifayət  qədər  təhriflərə  yol  verildiyini  göstərir.  Bu 
təhriflərin ortaya çıxmasının ən müxtəlif səbəbləri vardır. Rus dilinin təsirini, məhəlli, siyasi, etnik-mədəni, 
mental, insan amillərini bura aid edə bilərik.  
Aparılan araşdırmalar ad və soyadlarımızda, əsasən, aşağıdakı təhrif tiplərinə yol verildiyini göstərir. 
Qeyd edək ki, bütün nümunələrin birinci sırasında adın düzgün variantı qeyd edilmişdir.    
1.Saitlərin əvəzlənməsi 
a-ə-e  əvəzlənməsi:  Əbülfət-Abulfat,  Əvəz-Avaz,  Əziz-Aziz,  Əli-Ali,  Əşrəf-Aşraf,  Əlibala-Alibala, 
Əlibaba-Alıbaba,  Ələkbər-Aliakbar-Alekber-Alakbar,  Ələşrəf-Aləşrəf,  Ələddin-Aləddin-Alayəddin-Alaettin-
Aladdin-Aladin,  Ələmdar-Alamdar,  Aləm-Alam,  Əlabbas-Alabbas,  Əhsən-Ahsan,  Əhməd-Ahmet-Ahməd-
Ahmad  və  s.;  ö-o-ə-e  və  diftonq  əvəzlənməsi:  Ömər-Omar,  Kövsər-Kovsar,  Gözəl-Qezal,  Dönüş-Doniş, 
Rövşanə-Rəfşanə,  Rövşən-Rauşan  və  s.;  ü-u-i-ı  əvəzlənmələri:  Ümid-Umid-Umud-Umıd,  Ağaqulu-Ağaquli, 
Abdul-Abdül,  Abdulrəhim-Abdülrəhim,  Ülkər-Ulkar,  Üzeyir-Uzeir,  Ümman-Umman,  Vüqar-Vuqar,  Vüsal-
Vusal,  Gülbəniz-Qulbaniz,  Güllü-Gullu,  Hürü-Huru,  Dürrü-Durri,  Ulduz-İldız-İlduz-Ülduz,  Büllur-Bullur-
Billur,  Füzuli-Fuzuli-Fizuli  və  s.;  ı-u-i  əvəzlənməsi:  Xanım-Xanum,  Zərxanım-Zyarxanum,  Ağası-Aqasi, 
Abdı-Abdi,  Abdın-Abdin,  Abdulalı-Abdulali,  İnqilab-İnqılab  və  s.;  ə-e  əvəzlənməsi:  Əyyub-Eyyub,  Əmin-
Emin, Afər-Afer, Afət-Afet, Ağaverdi-Ağavərdi, Əfsər-Efser, Nofəl-Nofel və s.; ə-u əvəzlənməsi: Məhəmməd-
Muhamed  və  s.;  ə-i  əvəzlənməsi:  Səyahət-Siyahət,  Səlimə-Sələmə,  Səhhət-Sihhət,  Cəhət-Cihət  və  s.;  a-ya 
əvəzlənməsi: Ləman-Lyaman, Lalə-Lyalya, Laləzar-Lyalyazar və s.; a-ə əvəzlənməsi: Mahmud-Məhmud və 
s.; a-i əvəzlənməsi: Maarif-Mairif və s.; ö-e-o-ü-ə əvəzlənməsi: Gövhər-Gohər-Güvhər, Göyərçin-Güyərçin, 
Könül-Künül,  Gülzar-Gülluzar,  Hörmət-Hürmət    və    s.;  i-a  əvəzlənməsi:  İbadət-Abadət  və  s.;  i-e 
əvəzlənməsi:  Nilufər-Nelufər  və  s.;  i-ı  əvəzlənməsi:  Aqşin-Akşın  və s.;  o-a  əvəzlənməsi:  Oksana-Aksanna-
Aksana və s. o-u əvəzlənməsi: Ağamolla-Ağamulla və s.  
2. Samitlərin əvəzlənməsi  
ğ-g-q-k-x  əvəzlənməsi:  Ağamalı-Aqamalı,  Ağamusa-Aqamusa,  Ağası-Aqasi,  Bağır-Baqir,  Ağgül-
Akqül, Gülbağ-Qülbax, Güləhməd-Qulaxmed, Gülməmməd-Qulmamed, Aygül-Ayqül, Abgül-Abqül, Qəşəng-
Qaşanq,  Növrəng-Növrənq  və  s.;  q-x-k  əvəzlənməsi:  Haqqı-Haxxı-Hakqı,  Haqverdi-Haxverdi-Hakverdi, 
Oqtay-Oxday  və  s.;  h-q-x  əvəzlənməsi:  Rəhman-Raxman,  Rəhilə-Raxila,  Rahil-Raxil,  Hacı-Qadjı,  Həsən-
Qasan,  Həmid-Qamid,  Heydər-Qaydar,  Hafiz-Xafiz,  Həmzə-Xamza,  Humay-Xumay,  Həmayə-Xamaya, 
Şahvələd-Şaxvələd,  Qədəmşah-Qədəmşax,  Ətirşah-Ətirşax,  Gülşah-Gülşax,  Şahnaz-Şaxnaz,  Şahqız-Şaxqız, 
Şahgəlin-Şaxgəlin, Şahgözəl-Şaxgözəl, Bahadır-Baxadur, Bəhmən-Baxman, Bahar-Baxar, Bəhram-Baxram, 
Zahir-Zaxir, Vahid-Vaxid, Ağahüseyn-Aqaquseyn, Gümrah-Qyümrax, Gülşah-Qyülşax, Vazeh-Vazex, Saleh-
Salex və s.; q-ğ-k-g-x əvəzlənməsi: Şaiq-Şaiğ-Şaix, Ocaq-Ocağ-Ocax, Qonaq-Qonağ-Qonax, Yanaq-Yanağ-

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
30 
 
 
Yanax, 
Alyanaq-Alyanağ-Alyanax, 
Afaq-Afak, 
Sadıq-Sadığ,  Xalıq-Xalığ,  İsaq-İsax-İsağ-İsak-İsag, 
Ocaqqulu-Ocaxqulu, Ocaqverdi-Ocaxverdi və s.; q-g əvəzlənməsi: Sadığ-Sadıg, Raqif-Ragif və s.; h-kh-x-k-
kh-k-h əvəzlənməsi: Məzahir-Mazakhir, Rəhman-Rakhman, Mehdi-Mehkhti, Mehriban-Mekhriban, Məlahət-
Malakhat, Mahirə-Makhira, Mahir-Makhir, Mahmud-Makhmud, İsmixan-İsmikhan, İftixar-İftikhar, Xəyyam-
Kəyyam, Kəklik-Kəhlik, Çiçək-Çiçəh və s.; h-g-q-gh əvəzlənməsi: Məhəmməd-Magomed, Maqsud-Maghsud 
və  s.;  d-t  əvəzlənməsi:  Ağamehdi-Ağamehti,  Mədəd-Mədət-Madat,  Səfdər-Səftər,  Qorqud-Qorqut,  Səməd-
Səmət,  Murad-Murat,  Xaspolad-Xaspolat,  Polad-Polat,  Bünyad-Bünyat,  Vahid-Vahit,  Ziyad-Ziyat,  Nurşad-
Nurşat,  Hürzad-Hürzat,  Zümrüd-Zümrüt,  Afləddin-Aflətdin,  Səttar-Sətdər,  Nicat-Nicad,  Nihad-Nihat, 
Həsrət-Həsrəd və s.; v-f əvəzlənməsi: Aktiv-Aktif və s.; b-p əvəzlənməsi: Budaq-Pudaq, Bikə-Pikə, Bikənaz-
Pikənaz, Bikəxanım-Pikəxanım, Buta-Puta və s.; v-y əvəzlənməsi: Mövla-Moyla, Mövlud-Moylud və s.; k-ng 
əvəzlənməsi: Mixəng və s.; ç-ş-c-j-dj əvəzlənməsi: Laçın-Lacın, Çingiz-Cingiz, Çimnaz-Cimnaz, Çəməngül-
Cəməngül,  Səccad-Sajjad,  Sacid-Sajid,  Qılınc-Qılınç-Qılıç-Qılıj-Qılış,  Dəmirgüc-Dəmirgüj-Dəmirküç, 
Cəmil-Djamil-Jamil,  Cavanşir-Djavanşir-Javanşir,  Cahangir-Cangir-Djanqir,  Cavad-Djavad-Javad,  Ağca-
Aqdja, Qoca-Qodja, Vəcihə-Vyadjixa, Sevinc-Sevindj-Sevinj, Turac-Turaj, Vicdan-Vijdan, Xədicə-Xadija və 
s.;  y-g  əvəzlənməsi:  Bəyim-Bəgim,  Göyərçin-Gögərçin,  Düymə-Dügmə  və  s.;  d-q  əvəzlənməsi:  Şadlıq-
Şaddıq  və  s.;  l-d  əvəzlənməsi:  Saçlı-Saçdı  və  s.;  g-q  əvəzlənməsi:  Günəş-Qunaş,  Gülzadə-Qulzada, 
Gülyetər-Qulyetar,  Gövhər-Qövhər  və  s.;  k-q  əvəzlənmsi:  Komandir-Qumandar,  Qüdrət-Kudret  və  s.;  q-k 
əvəzlənməsi: Diqqət-Diqkət və s.; ş-sh əvəzlənməsi: Əfşan-Afshan, Afşin-Afshin, Müşdaq-Mushdaq, Rəmiş-
Ramesh  və  s.;  b-d-p  əvəzlənməsi:  Məhbubə-Məhbudə,  Bəturə-Pəturə,  Mətləb-Mətləp,  Məhəbbət-Məhəbpət, 
Naib-Naip,  Rahib-Rahip,  İnqilab-İnqilap,  İztirab-İztirap  və  s.;  f-p-ph  əvəzlənməsi:  İsrafil-İsrapil,  Fazil-
Pazil,  Famil-Phamil,  Rafael-Raphael  və  s.;  g-k  əvəzlənməsi:  Ələsgər-Ələskər,  Günel-Künel  və  s.;  y-ı 
əvəzlənməsi:  Aynurə-Aınura,  Aynur-Aınur,  Aydın-Aıdın,  Aydan-Aıdan,  Ayaz-Aıaz  və  s.;  z-s  əvəzlənməsi: 
Almaz-Almas,  Əbülfəz-Əbülfəs,  Araz-Aras,  İlyaz-İlyas,  Aynaz-Aynas,  Tovuz-Tovus,  Çərkəz-Çərkəs,  Fariz-
Faris, Hafizə-Hafsa və s.; k-g-y əvəzlənməsi: Göyçək-Göyçəy, Mələk-Mələg-Mələy və s.; n-m əvəzlənməsi: 
Qənbər-Qəmbər, Sünbül-Sümbül, Hünbət-Hümmət-Hümbət və s. 
3. Saitlərin ixtisarı 
ı-i saitlərinin ixtisarı:  Adıgözəl-Adgözəl, Səbinə-Səbnə, İsmayıl-İsmayl, Hafizə-Hafza və s.; u saitinin 
ixtisarı:  Hökumə-Hökmə  və  s.;  ə  saitinin  ixtisarı:  Səbinə-Sbinə,  Şəbnəm-Şbnəm  və  s.;  ü  saitinin  ixtisarı: 
Gülüstan-Gülsdan-Gülstan-Gülistan və s.  
4. Samitlərin ixtisarı 
l  samitinin  ixtisarı:  Maşallah-Maşalah,  Abdul-Abdu,  Abdulcəlil-Abducəlil,  Abdulhəlim-Abduhəlim, 
Abdulkərim-Abdukərim,  Abdullətif-Abdulətif  və  s.;  Qoşa  b  samitlərindən  birinin  ixtisarı:  Abbas-Abas, 
Cabbar-Cabar,  Abbasəli-Abasəli,  Abbasqulu-Abasqulu,  Abbasxan-Abasxan,  Abbasalı-Abasalı,  Abbasbala-
Abasbala və s.; r samitinin ixtisarı: Nərgiz-Nəgiz və s.; y samitinin ixtisarı: Müseyib-Museib, Səriyyə-Səriə və 
s.; v samitinin ixtisarı: Həvva-Həva-Hava, Qüvvət-Qüvət və s.; m samitinin ixtisarı: Gülməmməd-Gülməməd, 
Gülməhəmməd-Gülməhəməd və s.; n samitinin ixtisarı: Kənan-Kəan, İnnab-İnab və s.; y samitinin ixtisarı: 
Leyla-Leila-Lela, İsmayıl-İsmail, Gülqayıd-Gülqaid, Gülöyşə-Gülöşə və s.; z samitinin ixtisarı: İzzət-İzət və 
s.;  h  samitinin  ixtisarı:  Həzi-Azi,  Həşim-Aşim,  Həqiqət-Aqiqat,  Halay-Alay,  Hürü-Uri,  Hidayət-İdayat, 
Rahim-Raim, Rəhim-Rəim, Sahib-Saib, Allahverdi-Alaverdi, Şahin-Şain, Mahirə-Mairə, Sahibə-Saibə və s.   
5. Sait artımı 
i saitinin artımı: Lalə-Lailə, Hicran-Hiciran, İlyas-İliyas, İlkin-İlikin, Ağarza-Ağarizə və s.; ı saitinin 
artımı: İsmayıl-İsmayııl, Ağarza-Ağarıza və s.  
Adda  proteza  hadisəsi:  Proteza  sözün  əvvəlinə  müxtəlif  danışıq  səslərinin  artırılması  hadisəsidir. 
Azərbaycan dilində proteza hadisəsi sonor r samiti ilə başlanan sözlərə bəzi hallarda bir i saitinin artırılması 
ilə  baş  verir.  Proteza  hadisəsinə  məruz  qalmış  adların  da  r  samiti  ilə  başlanan  adlardan  ibarət  olduğunu 
görürük.  Rəna-İrəna,  Rza-İrza,  Rəhman-İrəhman,  Rizvan-İrizvan,  Reyhan-İreyhan,  Rəbiyyə-İrəbiyyə,  Razi-
İrazi, Rayə-İrayə, Rafət-İrafət, Rasim-İrasim, İrasət, İramin, İramil, İrail, İraida, İrahim, İrahilə və s.  
6. Samit artımı 
a  və  i  saitləri  arasında  y  samitinin  artırılması:  Mail-Mayil,  Mais-Mayis,  Nailə-Nayilə,  Nail-Nayilə, 
Mailə-Mayilə, Faizə-Fayizə və s.; Uzun i saitindən sonra y samitinin artırılması: Həmidə-Həmiydə, Həbibə-
Həbiybə və s.; Birinci və bəzən də ikinci hecasında uzun ə, e, ö tələffüz olunan antroponimlərin yanlış olaraq 
y samiti ilə yazılması: Etibar-Eytibar, Etimad-Eytimad, Mötəbər-Möytəbər, Nemət-Neymət, Şölə-Şöylə və s.; 
n  samitinin  artırılması:  Kənnan  və  s.;  h  samitinin  artırılması:  Hidris-İdris,  İlahə-İlhahə-İlhaha  və  s.;  
samitinin artırılması: Qızbəs-Qızbəsd və s. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
31 
 
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin