Mühazirə №2 Mövzu: Əlilliyin modelləri Mühazirənin planı: Əlilliyin modelləşdirilməsi Əlilliyin individual modeli



Yüklə 20,39 Kb.
tarix22.04.2017
ölçüsü20,39 Kb.
#15474
növüMühazirə

Humanitar fənnlər” fakültəsi

Sosial işin təşkili və idarə olunması” kafedrası



Fənnin adı : Əlilliyi olan insanlarla sosial iş

Mühazirə № 2

Mövzu: Əlilliyin modelləri
Mühazirənin planı:

  1. Əlilliyin modelləşdirilməsi

  2. Əlilliyin individual modeli

  3. Əlilliyin social modeli

  4. Uzunmüddətli vəziyyət

  5. Əlilliyin faciə modeli



Əlilliyin modelləşdirilməsi
Model səbəb və nəticə əlaqəsinin dərk edilməsi üçün konseptual əsasdır. Model adətən daha geniş nəzəriyyələrə əsaslanır. Hər bir cəmiyyətdə əlilliyin müxtəlif modelləri mövcuddur və bu modellər müxtəlif zaman kəsiklərində biri-digərindən daha çox dominant ola bilər. Məsələn, əvvəlki əsrlərdə əlillik modelləri dinə əsaslanırdı. Bir-biriilə çox zaman konflikdə olsalarda, əlillik modelləri tədricən bir-birinə təsir etməklə modifikasiya edirlər. Modellər cəmiyyət daxilində daha güclü qruplar tərəfindən ortaya qoyulur. Məsələn, tibb mütəxəssislərinin ortaya qoyduğu model həmin cəmiyyətdə və həmin zaman kəsiyində daha zəif olan əlilliyi olan insanların modelinə üstün gələ bilər.

Əlillik modellərinin müəyyən edilməsi əlilliyi olan insanlara münasibət və davranışı, siyasəti, peşəkar fəaliyyəti, müəssisələrin, o cümlədən xəstəxana, reabilitasiya mərkəzləri və social xidmət departamentlərinin idarə edilməsi üçün vacibdir. Hətta tək bir sözün necə ifadə edilməsi siyasəti və praktikanı formalaşdıra bilər.


Əlilliyin individual modeli
Hal-hazırda, ən azından Qərb dünyasında, əlilliyə ən geniş yayılmış yanaşma aşağıdakı kimidir: əlilliyi olan insanların qarşılaşdığı çətinliklər onların fərdi fiziki, sensor və intellektual çatışmazlıqlarının birbaşa nəticəsidir. Əlilliyin individual modeli tibbi, psixoloji və sosioloji ədəbiyyatlarda dərin kök salıb. Hətta səhiyyə və xəstəliklərin sosiologiyası barədə olan ədəbiyyatlarda əlillik nadir hallarda social problem kimi verilir. Tibbi model individual modelin alt kateqoriyası olub xəstəlik prosesinin və anormallığın bir hissəsi kimi təsəvvür edilir. Bu model belə bir fikrə əsaslanır ki, problem fərdin öz səyləri nəticəsində aradan qaldırılmalıdır. Bu yanaşmaya görə əlilliyi olan insanlar başqa insanlara mümkün qədər çox bənzəmələri üçün özlərində olan səhv cəhətləri düzəltməlidirlər. Əlilliyi olan insanlar barədə aparılan tədqiqatlarında bir çoxu individual modelə əsaslanıb. Burada əlillik social və siyasi məsələ kimi dəyərləndirilmək əvəzinə daha çox tibbi və psixoloji aspect kimi qabardılıb. Siyasət və praktika, aparılan tədqiqatlara əsaslandığından bu cür yanaşma əlilliyi olan insanlara birbaşa ciddi təsir edir.

Yuxarida deyilən arqumentlərə baxmayaraq demək olmaz ki, əlilliyi olan insanların tibbi və ya individual ehtiyaclarının olması səhvdir. Başqa insanlar kimi əlilliyi olan insanların da sağlam olmağa ehtiyacı var.


Əlilliyin social modeli
Əlilliyin social modeli çox vaxt ‘baryerlər yanaşması’na aid edilir. Bu modeldə əlillik ətraf mühit, münasibət və struktur (təşkilati) baryerlər şəklində qəbul edilir. Bu baryerlər əlillərin cəmiyytə daxil olmalarının və həyatın bir çox sahələrində, o cümlədən məşğulluqda, təhsildə, evlə təmin olunmada, istirahətin təşkil edilməsində, nailiyyətlərin əldə edilməsinin qarşısını alır.

Structural baryerlər–normalar, adət-ənənələr, ideologiyalar, təşkilatlar və institutlar.

Ətraf mühit baryerləri - ətraf mühitdə olan fiziki baryerlər, məsələn, pilləkanlar, səkilər, nəqliyyatın əlilliyi olan insanlara uyğun olmaması, ictimai nəqliyyatda pandusların olmaması yaxud da standartlara uyğun olmaması, Braille əlifbası və Daktil əlifbası (Jest, işarə dili) üzrə mütəxəsislərin (tiflo-pedaqoqların və surdo-pedoqoqların) tərcüməçilərin olmaması.

Münasibət baryerləri –Cəmiyyətin əlilliyi olan insanlara münasibəti və davranışı.

Göründüyü kimi, social model əlilliyi, əlilliyi olan insanda deyil, cəmiyyətin özündə axtarır. Əlil arabasında olan insan iflic oduğuna görə deyil, binanın dizaynına, liftin olmamasına, iş yerinin müvafiq olmamasına, ona qarşı olan münasibətin və davranışın fərqli olmasına görə əlil hesab edilir. Social model əlilliyin siyasi və social təbiətini işıqlandırır. Lakin social modelin də çatışmayan cəhətləri var. Bu çatışmamazlıqları qabardan bir qrup əlil social modelin əngəlliyi danması faktı ilə razılaşmadıqlarını bilmirirlər. Çünki social modeldə əlillik bioloji aspektdən başqa social, psixoloji, məntiqi, tarixi və mədəni aspektlərdə təqdim edilir və bioloji aspect ümumiyyətlə nəzərə alınmır. Digər tərəfdən əgər social model cəmiyyətdə olan baryerləri aradan qaldırmaqla əlillik problemini həll etməyi nəzərdə tutursa, bunu yalnız fiziki əlilliyi olan insanlar üçün mümkün olduğu ortaya çıxır. Məsələn, autizmli və psixi sağlamlıq imkanları məhdud olan insanlar üçün bu model işləməyə bilər. Belə ki, fiziki əlilliyi olan insanlar üçün mövcud baryerləri aradan qaldırmaq nisbətən asandır.



Uzunmüddətli vəziyyət
‘Uzunmüddətli vəziyyət’ hal-hazırda tibbi ədəbiyyatlarda və tədqiqatlarda çox istifadə olunan ifadədir və ‘xroniki xəstəlik’ kimi tibbi ifadənin sinonimidir. ‘Xronos’ yunan dilində ‘uzun müddət davam edən’ deməkdir. ‘Uzunmüddətli vəziyyət’ davamlı tibbi qayğı tələb edir, insanların edə biləcəklərini məhdudlaşdırır və bir ildən çox davam edir. ‘Uzunmüddətli vəziyyət’ müalicə oluna bilməyən lakin idarə edilməsi mümkün olan vəziyyətdir. Bu vəziyyəti tibbi müdaxilə ilə yalnız nəzarətdə saxlamaq mümkündür. Xroniki xəstəliyi olan insanın həmişəlik dəyişməsi və onun vəziyyətinin geri qaytarılması mümkün deyil. Tibbin ikişaf etdiyi üçün əvvllər müalicəsi mümkün olmayan xəstəliklər hal-hazırda xroniki xəstəliklər hesab edilir. Xərçəngin bəzi növləri (xoş-xassəli şişlər) və AİDS buna misal ola bilərlər. Yaşın çoxluğu xroniki xəstəliklərlə müşayət olunur və çox zaman yaşlılar şəkərli diabet xəstəliyindən əziyyət çəkirlər. Lakin bu heçdə o demək deyil k, cavanlarda xroniki xəstəliklər olmur. Hemofeliya, şizofreniya, astma, epilepsiya, diabet xroniki xəstəliklr olub cavanlara da təsir edir. Əlillik barədə hələ də cəmiyyətdə mənfi fukirlər daha çox üstünlük təşkil etdiyindən insanlar vəziyyətlərini ‘Uzunmüddətli vəziyyət’ kimi adlandırılmasına daha çox üstünlük verirlər.
Əlilliyin faciə modeli
Adından da göründüyü kimi faciə modeli əlilliyi social və siyasi məsələ kimi deyil, şəxsi faciə kimi qəbul edir. Bu modelə əsasən əlillik bioloji vəziyyət, məhdudiyyət, zəlil, anormal və nəyin bahasına olursa olsun qaçılmalı olan vəziyyətdir. Əlilliyi olan insanlar cəmiyyət üçün yük hesab edilir və bu yanaşma tarix boyu bir çox mədəniyyətlərdə üstünlük təşkil edib.Əlilliyi ifadə edən sözlərin negativliyi, əlillyi olan insanların cəmiyyətdən nə dərəcədə aşağı statusa malik olduğunu göstərir. Məsələn, ‘görmə imkanları məhdud insan’ların‘uzağı və ya yaxını görməyən’adlandırılması onlara qarşı mənfi münasibəti ifadə edir. Bu cür ifadələr əlilliyi olan insanlara qarşı stereotiplərin yaranmasına səbəb olur. Onlar köməksiz, başqalarından asılı və yazıq gəlinəsi hesab edilirlər. Ona görə də xeyriyyəçilik faktoru bu modeldə daha çox istifadə edilir. Kütləvi informasiya vasitələrinin də əlilliyin faciə kimi qəbul edilməsində rolu böyükdür. Beləki, əlilliklə bağlı olan televiziya proqramlarının çoxu tibbi və müalicə ilə əlaqəli müzakirələrə daha çox yer ayırır. Tarix boyu əlilliyi olan insanlar zorakılığa və diskriminasiyaya məruz qalıb.


Ədəbiyyat:


  1. Michael Oliver, Bob Sapey and Pam Thomas (2012) Social Work with Disabled People. Palgrave Macmillan. 4th Edition

  2. Sally French and John Swain (2012). Working with Disabled People in Policy and Practice: a social model. Palgrave Macmillan

  3. Colin Barnes and Geof Mercer (2010). Exploring Disability. Second Edition. Polity

  4. Disabling Barriers – Enabling Environments (2011). Edited by John Swain, Sally French, Colin Barnes and Carol Thomas. SAGE Publications Ltd.


Mühazirənin müəllifləri:

Aygün Musayeva



Tünzalə Verdiyeva
İstifadə zamanı istinad mütləqdir. 



Yüklə 20,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin