Fiziki qüsurlu



Yüklə 318,73 Kb.
Pdf görüntüsü
tarix13.02.2017
ölçüsü318,73 Kb.
#8418

 

 



 

 

 

 

 

 

 

 

 

 

Fiziki qüsurlu 

şəxslərə  

kitabxana xidm

ətinin təşkili 

 

 

 

 

Respublikanın  kütləvi və  ixtisaslaşdırılmış 

kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana 

Sisteml

əri üçün metodik tövsiyələr 

 

 

 

 

 

 

Bak

ı - 2016 

 

 


 

T



ərtibçi

 

 



 

L.Əhmədova 

 

Redaktor: 

 

 

 

A.Abdullayeva  

 

İxtisas redaktoru və  

buraxılışa məsul:   

 

K.M.Tahirov, 

professor, 

Əməkdar mədəniyyət işçisi 

 

 

 

 

 

 

 

Fiziki qüsurlu 

şəxslərə  kitabxana xidmətinin təşkili: 

metodik tövsiy

ələr  /tərt.  ed.  L.Əhmədova; ixtisas red. və  burax. 

m

əsul K.Tahirov; M.F.Axundov ad. Azərbaycan Milli Kitabxana-



sı.- Bakı, 2016.- 27 s.

 

 



 

 

 

 

 

Az

ərbaycan Milli Kitabxanası, 2016 

 


 

 



 

 

 

 

 

 

 

 

“Bizi sevindir

ən odur ki, fiziki cəhətdən qüsuru, çatışmazlığı 

olan insanlar nikbin yaşayırlar və öz iradələrinə söykənərək iste-

dadlarını  inkişaf  etdirirlər və  hətta ölkəmizdə  keçirilən festival-

larda, müsabiq

ələrdə  çıxış  edərək  onları  ictimaiyyətə  nümayiş 

etdirirl

ər.  Bu,  insanın  ən gözəl xüsusiyyətlərindən biridir. Bu, 

insanın nə qədər yüksək mənəviyyata, nə qədər yüksək gücə, nə 

q

ədər yüksək iradəyə  malik  olduğunu  bir  daha  göstərir. Biz bu 

halları qiymətləndirməliyik və hər bir insanın cəmiyyətdə özünün 

daxilind

ə olan imkanlarından istifadə etməsi üçün, öz istedadını 

nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq”. 

 

Heyd

ər Əliyev, 

Az

ərbaycan xalqının ümummilli lideri 

 

 

 

 

 

 

 

 

 

 


 

 



T

ərtibçidən 

 

Bu gün fiziki qüsurlu v



ə sağlamlıq imkanları məhdud insanla-

rın  informasiyaya olan tələbatlarının ödənilməsi,  asudə  vaxtları-

nın  səmərəli  təşkil  olunması  ilə  əlaqədar  cəmiyyətin  ən mühüm 

elm, t


əhsil, mədəniyyət, informasiya mərkəzi olan kitabxanaların 

qarşısında böyük vəzifələr durur. 

T

əqdim edilən bu metodik vəsaitdə  xüsusi  qayğıya  ehtiyacı 



olan 

şəxslərə  göstərilən kitabxana xidmətinin  ənənəvi və  yeni 

üsullarından bəhs olunur. 

N

əşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya ünvanlayan 



müt

əxəssis və oxuculara əvvəlcədən öz minnətdarlığımızı bildiri-

rik. 

 

Ünvan: AZ-

1000 Bakı şəh., Xaqani küç. 57. 



E-mail: 

metodik@anl.az

 

 

 


 

 



Giriş

 

 

Ölk


ədə aparılan uğurlu siyasət, iqtisadi inkişaf xüsusi qayğı-

ya ehtiyacı olan insanların həyat fəaliyyətlərinin yaxşılaşdırılma-

sına zəmin yaratmışdır. Fiziki qüsurlu şəxslərin cəmiyyətə və icti-

mai həyata inteqrasiyası, həmçinin digər insanlarla bərabərhüquq-

lu v

ətəndaş kimi yaşaması dövlət siyasətinin əsas prioritet istiqa-



m

ətlərindən birinə çevrilmişdir. 

Az

ərbaycan dövlətçiliyinin təşəkkülündə, ölkə  vətəndaşları-



nın,  o  cümlədən  fiziki  qüsurlu  insanların  hüquqlarının  müdafiə 

olun


masında ümummilli lider Heydər Əliyevin müstəsna rolu ol-

muşdur.


 

Ulu  öndərin  qayğısı  sayəsində  həyat  fəaliyyətləri  məh-

dud

laşmış  vətəndaşlara  daim  diqqətlə  yanaşılmış,  onlar  fərdi 



yaşayış evləri, yeni iş yerləri ilə təmin olunmuşlar.  

Bu  siyasətin  layiqli  davamçısı  Azərbaycan  Respublikasının 

Pre

zidenti cənab İlham Əliyev də fiziki cəhətdən qüsurlu insanla-



ra daim diqqət və qayğı göstərmiş, onların cəmiyyətə inteqrasiya-

sının təmin edilməsi, məşğulluq səviyyələrinin artırılması, rifah-

la

rının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdır. 



Son dövrl

ərdə əsaslı inkişaf yolu keçmiş ölkəmizdə dövlətin 

h

əyata keçirdiyi sosial, iqtisadi, mədəni siyasətin əsas prioritetləri 



sırasında  məhdud  fiziki  imkanlı  şəxslərə  qayğı  mühüm  yer  tut-

maq


dadır. Fiziki qüsurlu şəxslərin məşğulluq sahəsində hüquqla-

rını qorumaq, eləcə də onların cəmiyyətə sosial-iqtisadi inteqrasi-

ya

sını təmin etmək məqsədilə bir sıra addımlar atılmışdır. 



“Əlilliyin  və  uşaqların  sağlamlıq  imkanları  məhdudluğu-

nun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məh-

dud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azər-

bay

can  Respublikası  Qanununa  əsasən  əlillər  anadangəlmə, 

x

əstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəti-



c

əsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiə-

y

ə ehtiyacı olan şəxslər hesab olunurlar. Başqa sözlə desək, belə 



insanlar özl

ərinə xidmət, hərəkət, ünsiyyət və davranışlarına nə-



 

zar



əti, habelə istənilən əmək fəaliyyəti ilə məşğul olma imkanını 

tamamil


ə, yaxud da qismən itirmiş insanlardır. 

Respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosi-

al müdafi

əsini, eləcə də ictimai həyatın bütün sahələrində iştirakı-

nı təmin etmək məqsədilə dövlət səviyyəsində müxtəlif tədbirlər 

h

əyata keçirilməkdədir. 



Bu gün ölk

ədə  həyat fəaliyyətləri məhdudlaşmış  insanların 

t

əhsili, onların peşə hazırlığı müxtəlif formalarda həyata keçirilir. 



Artıq  əminliklə  demək olar ki, ölkədə  xüsusi  qayğıya  ehtiyacı 

olan uşaqların təhsil almalarına tam şəkildə şərait yaradılmışdır. 

Buna 

ən bariz nümunə  2001-ci ildə  ümummilli lider Heydər 



Əliyev tərəfindən “Sağlamlıq imkanları məhdud şəxslərin təhsi-

li (xüsusi t

əhsili) haqqında” Azərbaycan Respublikasının Qanu-

nu”nun q

əbul olunmasıdır. 

2005-ci ild

ə  Azərbaycan  Respublikası  Təhsil Nazirliyində 



“Az

ərbaycan  Respublikasında  xüsusi  qayğıya  ehtiyacı  olan 

(sağlamlıq  imkanları  məhdud)  uşaqların  təhsilinin təşkili  üzrə 

inkişaf  proqramı  (2005-2009)”  hazırlanmışdır.  Həmçinin 2005-

2006-


cı illərdə  UNESCO-nun maliyyə  dəstəyi ilə sağlamlıq  im-

kan


ları  məhdud  olan  uşaqlarla  “İnkluziv təhsil”  layihəsi həyata 

keçi


rilmişdir.  Qeyd  edək ki, layihəni Təhsil Nazirliyi, Təhsildə 

İslahatlara Yardım Mərkəzi və UAFA (United Aid for Azerbai-

jan) t

əşkilatı reallaşdırmışdır.  



Bütün  bunlarla  yanaşı  təhsil  ocaqları,  eləcə  də, digər tədris 

əssisələri sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin 



m

əktəbəqədər təlim-tərbiyəsini, dərsdən kənar vaxtlarda tərbiyə-

sini t

əmin edir, eləcə  də,  xüsusi  bacarıq  və  istedada malik olan 



fiziki qüsurlu 

uşaq  və  yeniyetmələrin ümumi tədris müəssisələ-

rind

ə pulsuz dekorativ-tətbiqi sənətlərə yiyələnməsi üçün bir sıra 



layih

ələrlə çıxış edirlər. 

Heyd

ər  Əliyev  siyasi  kursunun  davamı  olaraq  Azərbaycan 



Res

publikasının  prezidenti  cənab  İlham  Əliyevin  imzaladığı  bir 

sıra fərman və sərəncamlarla əlil və şəhid ailələrinin sağlamlığı-

nın və mənzil şəraitinin yaxşılaşdırılması, sosial müdafiəyə xüsu-



 

si  ehtiyacı  olan  və  işə  düzəlməkdə  çətinlik çəkən vətəndaşlar 



üçün 

şəraitin yaradılması, onların hüquq və azadlıqlarının müda-

fi

əsi işi həyata keçirilir. 



Bu gün ölk

əmizdə  fiziki  qüsurlu  insanların  yaradıcılığı, 

asud

ə vaxtlarından düzgün istifadə, eləcə də idman və bədən tər-



biy

əsi sahəsində də mühüm addımlar atılmaqdadır.  

Əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən qoyulan 

Milli Paralimpiya Komit

əsinin yaradılması ilə fiziki çatışmazlıq-

ları olan gənclərin idmana cəlb edilməsi, onların dünyada keçiri-

l

ən beynəlxalq yarışlarda, paralimpiya oyunlarında iştirakına bila-



vasit

ə şərait yaradılmışdır. 2000-ci ildə Sidneydə keçirilən olim-

pi

adada  idmançılarımız  qızıl,  gümüş  və  bürünc medallara layiq 



görülmüşlər.  

Sağlamlıq  imkanları  məhdudlaşmış  gənclərin  cəmiyyətə  in-

teq

rasiyası  və  istedadlarının  aşkara  çıxarılaraq  lazımi  şəraitin 



yara

dılması  sahəsində  də  müəyyən  işlər  görülmüş,  1997,  2000, 

2003, 2006-

cı  illərdə  fiziki  çatışmazlıqları  olan  şəxslərin  sərgi 

müsabiq

ələri, 1998, 2001, 2004 və 2007-ci illərdə bədii-yaradıcı-



lıq baxış müsabiqələri və 1999, 2005-ci illərdə isə idman oyunları 

üzr


ə yarışları keçirilmişdir. 

H

əyat fəaliyyətləri  məhdudlaşdırılmış  uşaq, yeniyetmə  və 



g

ənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsin-

d

ə Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri vardır. 2005-ci 



ild

ə BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında 



“Görm

ə  qabiliyyətini  itirmiş  və  görmə  qabiliyyəti zəif olan in-

sanlar üçün informasiya-

kommunikasiya  texnologiyalarına 

çıxışın təmin edilməsi”nə dair əməkdaşlıq sazişi və layihə sənədi 

im

zalanmışdır.  Layihənin  əsas  məqsədi fiziki qüsurlu  insanların 



c

əmiyyətdə  fəal  iştirakına,  İKT  vasitəsi ilə  məlumat  əldə  etmək 

v

ə  biliklərini  artırmaq  imkanlarının  genişləndirilməsinə  kömək 



göst

ərmək idi. Məhz bu layihənin davamı olaraq Heydər Əliyev 

Fondu m

əhdud fiziki imkanlı şəxslərin İKT-dən istifadəsini artır-



maq m

əqsədilə  2010-2012-ci illərdə  Naxçıvan  MR,  Gəncə  və 

Yevlaxda regional informasiya m

ərkəzləri yaratmışdır. 



 

 



Fiziki qüsurlu şəxslərə kitabxana 

xidm

ətinin təşkili 

 

Xüsusi qayğıya ehtiyacı olan əhali qrupunun mütaliəyə olan 



mara

ğını artırmaqda, eyni zamanda asudə vaxtlarının daha səmə-

r

əli  təşkilində  kitabxanalar  əsas mərkəz  rolunu  oynayırlar.  Bu 



baxımdan  da kitabxanaların  qarşısında  bir  sıra mühüm  vəzifələr 

durur ki, bunlar da 

aşağıdakılardır: 

 



Kitabxananın  xidməti  ərazidə  yaşayan  xüsusi  qayğıya 

ehtiyacı  olan  insanların  müəyyənləşdirilməsi və  onlar  haqqında 

m

əlumat bazalarının yaradılması; 



 

h



əyat fəaliyyətləri məhdud olan oxucu qruplarının mütaliə 

maraqlarının öyrənilməsi; 

 

kitab fondlarını məhdud fiziki imkanlı oxucuların istifadə-



sin

ə yararlı nəşrlərlə komplektləşdirilməsi; 

 

sağlamlıq  imkanları  məhdud  şəxslərin  asudə  vaxtlarının 



s

əmərəli keçirilməsinin təşkili; 

 

s



əyyar kitabxana xidməti; 

 



kitabxana terapiyası; 

 



kitabxanalarda  informasiya  texnologiyalarının  tətbiqi  və 

qabaq


cıl texniki vasitələrdən istifadənin öyrədilməsi; 

 



bu sah

ədə kitabxanaçı kadrların ixtisasının artırılması; 

 

kitabxana xidm



ətlərindən istifadənin asanlaşdırılması. 

 

Xidm



əti ərazidə yaşayan fiziki qüsurlu şəxslər haqqında in-

formasiya xarakterli m

əlumat  bazasının  yaradılması  sağlamlıq 

im

kanları məhdud olan insanlara göstərilən kitabxana xidmətinin 



ilkin  m

ərhələsini təşkil  edir.  Belə  ki,  kitabxanalar  sosial xidmət 

v

ə ictimai təşkilatların köməyi ilə əldə etdikləri məlumatlar vasi-



t

əsilə  həmin  ərazidə  yaşayan  fiziki  qüsurlu  insanlar  haqqında 

oxucu kartotekası (məlumat bazası) hazırlamalıdırlar.  


 

Sağlamlıq  imkanları  məhdud  olan  əhali  qrupuna  kitabxana 



xidm

əti zamanı ilk növbədə bu qrupdan olan insanların mütaliəyə 

olan maraqlarının öyrənilməsi lazımdır. Belə ki, fiziki məhdudiy-

y

əti olan oxucuların maraq dairələrinin öyrənilməsi işi kitabxana 



xidm

əti, eləcə də kitab fondlarını komplektləşdirən zaman böyük 

əhəmiyyətə malikdir. 

Fiziki qüsurlu o

xucuların mütaliəyə olan maraqlarının müəy-

y

ənləşdirilməsi müxtəlif metodlarla həyata keçirilir. Bunlardan ən 



geniş yayılmışı anket-sorğuların təşkilidir.  

Аnkеt  sоrğusu  kitabxanaçı  tərəfindən öncədən  müəyyənləş-

di

rilmiş konkret suallar ətrafında aparılmalıdır.



 

Аnkеtlər oxucular 

t

ərəfindən doldurularkən orada ad və  soyad göstərilmir.  Lаkin 



oxu

cunun yaşı, təhsili, ixtisası və peşəsi qeyd olunmalıdır. Anket-

d

ə verilən suallar və cavablar aydın və konkret olmalıdır. Kitab-



xa

naçılar  bu  cür  anket-sorğuları  kitabxananın  saytı  vasitəsilə  də 

h

əyata keçirə bilərlər.



 

Xüsusi  qayğıya  ehtiyacı  olan  insanların  informasiyaya olan 

t

ələbatlarının tam və operativ təmin edilməsi üçün onların istifa-



d

əsinə yararlı olan fondların olması da zəruridir. İstənilən kitab-

xanada k

itab fondlarını komplektləşdirərkən görmə qabiliyyəti ol-

mayan v

ə  zəif görən  oxucu  qruplarının  istifadəsi üçün danışan 



kitablara (audio kitablara), Brayl 

əlifbalı kitablara, böyük şriftli 

n

əşrlərə, eşitmə qabiliyyətini itirmiş və zəif eşidən oxuculara isə 



subtitrli 

(kinofilm kadrlarının altında olan yazı) videolara və di-

g

ər sənədlərə üstünlük verilməlidir. 



Kitabxanaların fiziki cəhətdən məhdud imkanlı uşaq və yeni-

yetm


ələrin asudə vaxtlarının düzgün təşkili, onların müəyyən fəa-

liyy


ətə cəlb olunması işində rolu çox böyükdür.  

Kitabxanalarda m

əhdud fiziki imkanlı oxucularla işi bir neçə 

istiqam


ətdə təşkil etmək olar. Buraya fiziki qüsurlu uşaq və yeni-

yetm


ələrin kitabxanaya cəlb  olunması,  onlar üçün müxtəlif isti-

qam


ətli tədbirlərin keçirilməsi, bilik və bacarıqlarını inkişaf etdir-

m

ək üçün dərnəklərin, kursların və s. təşkili, ailə və kitabxanaçı-



la

rın qarşılıqlı əlaqəsi və s. daxildir.  



 

Fiziki  qüsurlu  uşaq  və  yeniyetmələrin kitabxanalara cəlb 



olun

ması üçün kitabxanaçılar ilk növbədə uşaq bağçaları, ümum-

t

əhsil və internat məktəbləri, reabilitasiya mərkəzləri, uşaq evləri, 



h

əmçinin mədəniyyət müəssisələri ilə mütəmadi təmasda olmalı-

dırlar. 

M

əhdud  fiziki  imkanlı  oxucular  üçün  kitab müzakirələri, 



oxucu kon

fransları,  disputlar,  oxu  saatları,  həmçinin  inşa,  rəsm 

müsabiq

ələri, əl işlərindən ibarət sərgilər, virtual ekskursiyalar və 



s. t

əşkil etmək olar.  

Kitabxanalarda  fiziki im

kanları  məhdud  olan  uşaq  və  yeni-

yet

mələr üçün virtual ekskursiyaların təşkili hazırda çox aktual-



dır.  Virtual ekskursiyalar ya video fayllar, çarxlar, ya da slayd 

təqdimatlar vasitəsilə nümayiş etdirilir. Həm görüntü və subtitr-

lar, həm də səs nəzərə alınaraq həmin resurslar kitabxananın say-

tında yerləşdirilir. 

Virtual ekskursiyalar 

əsasən  kitabxanada mövcud olan re-

surslar - 

kitab, qəzet, jurnal, onlayn-resurslar, audio kitablar, mə-

lu

mat bazaları, həm regionda mövcud olan digər informasiya və 



intel

lektual mərkəzlər, eləcə də bir sıra mədəniyyət müəssisələri, 

muzeylər, tarixi abidələr haqqında təşkil edilə bilər. 

Belə ekskursiyalar məhdud imkanlı uşaqlar üçün həm Azər-

bay

canın,  həm  də  dünyanın  qabaqcıl  kitabxanaları,  ənənəvi  və 



elektron resursları, məlumat bazaları və bir sıra mədəniyyət mü-

əssisələrinin, muzey mərkəzlərinin unikal memarlıq abidələri ilə 

yaxından tanış olma imkanı yaradacaqdır. 

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin yaradı-

cılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, eləcə də incəsənətə 

olan meyll

ərinin üzə  çıxarılmasında  müsabiqələrin  rolu böyük-

dür.  Müsabiq

ələr rəsm,  mahnı,  bədii qiraət və  s. nominasiyalar 

üzr


ə “Azərbaycan gözəlliklər diyarıdır”, “Qarabağ uşaqların gözü 

il

ə”,  “Ən  yaxşı  bədii qiraətçi”, “Mənim sehrli ilmələrim”,  “Ən 



sevdiyim idman növü” v

ə  s. adlarda müsabiqələr  keçirilə  bilər. 

Kitabxanalar  h

əmçinin  1  İyun  Uşaqların  Müdafiəsi Günü, Bey-

n

əlxalq  Əlillər Günü, Beynəlxalq Daun Sindromu Günü və  s. 



10 

 

tarixi günl



ər münasibəti ilə də foto, asfalt üzərində rəsm müsabi-

q

ələri təşkil edə bilərlər. Müsabiqələrin təşkili zamanı kitabxana-



lar regionda fəaliyyət göstərən dövlət və Qeyri Hökumət Təşkilat-

la

rı (QHT), uşaq birlikləri, orta məktəblər, internat evlərinin kö-



m

əyindən yararlana bilərlər. Müsabiqənin  sonunda  qaliblərin 

kitabxana t

ərəfindən müxtəlif növ hədiyyə və diplomlarla müka-

fat

landırılması  fiziki  qüsurlu  uşaq  və  yeniyetmələrin  daha  da 



h

əvəsləndirilməsinə kömək edəcəkdir.  

Kitabxanalarda  m

əhdud fiziki imkanlı uşaq və yeniyetmələ-

rin 

əl  işlərindən ibarət sərgilərin təşkili istedadlı  uşaqların  yara-



dıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictima-

iyy


ətə təqdim olunması məqsədi daşıyır. Sərginin mövzusu fiziki 

qüsurlu 


uşaq və yeniyetmələr tərəfindən hazırlanmış bəzək əşya-

la

rı, müəyyən mövzuları əhatə edən dekorativ əl işləri, xalçaçılıq 



nümun

ələri,  rəsm  əsərləri,  kiçik  ölçülü  maketlərin  hazırlanması 

v

ə s. ola bilər. 



S

ərginin təşkil olunması üçün kitabxana bir ay öncədən elan 

verm

əlidir. Bundan əlavə kitabxanaçı sərgidə iştirak edəcək olan 



fiziki qüsurlu şəxslərdə müsabiqədə iştirak üçün həvəs oyatmalı, 

qeydiyyatdan keçm

ələri üçün kömək etməli,  hazırladıqları  əl 

işlərini toplamalıdır. 



 

Nümun

ə: 

“1 avqust 2016-

cı  il  tarixində  saat 11:00-da  _____  rayon 

(şəhər) Mərkəzi Kitabxanasında “Bacarıqlı əllər” adlı sərgi keçi-

ril

əcəkdir. Sərgidə əlilliyi olan istedadlı uşaq və yeniyetmələrin əl 

işlərinin nümayişi nəzərdə tutulmuşdur. 

Əl  işləri nümunələri ilə  iştirak  etmək istəyən  əlil  uşaq  və 

yeniyetm

ələr _____ rayon (şəhər) Mərkəzi Kitabxanasına müra-

ci

ət edə bilərlər. 

S

ərgi 3 gün davam edəcəkdir. 

Ünvan:  ___________  rayon 

(şəhər)  Mərkəzi  Kitabxanası 

(burada yerl

əşdiyi ünvan yazılmalıdır)  

Əlaqə: tel.:____; url:_____; e-mail:_____ 

11 

 

S



ərgi zamanı kitabxanalar həmçinin fiziki cəhətdən məhdud 

im

kanlara  malik  olan  uşaq  və  yeniyetmələr tərəfindən  hazırlan-



mış əl işlərinin satışını da təşkil edə bilərlər. 

İstedadlı uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini, 

xüsusi bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə kitabxa-

na

larda bir neçə istiqamətdə dərnəklərin təşkili daha məqsədəuy-



ğun  olardı.  Buraya  texniki  yaradıcılıq  (çilingərlik  işi,  dekorativ 

tətbiqi  sənət),  ekologiya  (bitkiçilik,  bağçılıq),  idman  və  şahmat, 

kulinariya, toxuculuq

, rəqs, musiqi və s. daxildir. Dərnəklər mü-

əyyən adlar altında təşkil edilə bilər: “Bacarıqlı əllər”, “Naxışlı 

ilmə”, “Gənc şahmatçılar” və s. 

Fiziki c


əhətdən məhdud  imkanlı  şəxslər üçün informasiya 

b

ərabərsizliyini aradan qaldırmaq, onların yeni texnologiyalardan 



s

ərbəst şəkildə istifadəsini asanlaşdırmaq üçün “kompüter kurs-



la

rı”nın təşkili günün vacib tələblərindən biridir. Belə ki, məhdu-

diyy


ətləri olan insanların bu cür kurslarda (pulsuz) iştirak etmələ-

ri c


əmiyyətlə  onlar  arasında  olan  informasiya  hədlərini aradan 

qal


dıraraq onlarda elektron ünsiyyət vərdişlərinin, internet etika-

sının aşılanmasına kömək edəcəkdir. 

H

əyat fəaliyyətləri məhdud olan uşaq  və  yeniyetmələrin 



kitabxanaya c

əlb  olunmasının,  onlarda  kitaba  olan  marağın  for-

ma

laşmasının  ən vacib üsullardan  biri  də  ailə  ilə  kitabxananın 



qar

şılıqlı  əlaqəsinin  yaradılmasıdır.  Xüsusi  qayğı  tələb edən 

uşaqların,  eləcə  də  valideynlərin  bu sahədə  tam və  dolğun  in-

formasiya v

ə biliklərə malik olmaları uşaqların cəmiyyətə adapta-

siya olunmasına müsbət təsir edəcəkdir. Bu səbəbdən də kitabxa-

nalarda fiziki v

ə  əqli  qüsurlu  uşaqlar,  onların  valideynləri ilə 

birg

ə psixoloji, pedaqoji, hüquqi və s. sahələrdə seminarlar, məs-



l

əhət saatlarının keçirilməsi məqsədəuyğun olardı. Bu tip seminar 

v

ə məşğələlər uşaq və valideynlərə onların yaş və psixoloji xüsu-



siyy

ətləri,  inkişaf  və  tərbiyəsi, asudə  vaxtlarının  səmərəli təşkil 

edilm

əsi, ünsiyyət və davranışlar barədə faydalı məsləhətlər veril-



m

əsi ilə  yanaşı  eyni  zamanda  da  onların  bilik  və  bacarıqlarının 

artırılmasına böyük köməklik edəcəkdir. 


12 

 

Seminarları  təşkil  edən zaman mövzu öncədən seçilməlidir. 



Mövzuları seçərkən onun nə dərəcədə əhəmiyyətli və maariflən-

dirici  olması  kitabxanaçı  tərəfindən nəzərə  alınmalıdır.  Bundan 

sonra seminarın keçirilməsi üçün proqram hazırlanmalı, seminarı 

idar


ə edəcək şəxslər müəyyənləşdirilməlidir. 

S

əyyar kitabxana xidməti – kitabxanaya gəlmə imkanı olma-

yan fiziki qüsurlu oxucular üçün  kitabla daha operativ xidm

ət 

ed

əcək ən yaxşı və əlverişli vasitədir.  



S

əyyar kitabxanalar bir tərəfdən kitabxananın fəaliyyətini ge-

nişləndirir, digər tərəfdən isə  kitabxanaya gələ  bilməyən  fiziki 

qüsurlu 


oxucuların  kitabxana  xidməti ilə  əhatə  olunması  üçün 

şərait yaradır. 

S

əyyar xidmət  zamanı  fiziki  qüsurlu  insanları  dünyada  baş 



ver

ən yeniliklərlə, elmi texniki nailiyyətlərlə, informasiya texno-

lo

giyalarına aid ədəbiyyatlarla tanış etmək məqsədilə informasiya 



xarakterli  “Kitabxana bülleteni” v

ə  ya  “Yeni kitablar”  adlı 

m

əlumat nəşrlərinin  hazırlanması  məqsədəuyğun  olardı.  Belə 



n

əşrlərdə  kitabxanaya  yeni daxil olan kitab, qəzet və  jurnallar 

bar

əsində qısa məlumatlar verilir ki, bu da yenilikləri izləməkdə 



oxu

cular  üçün  faydalıdır.  Məlumat xarakterli “Kitabxana 



bülleteni” 

kitabxanaların  saytlarında  da  yerləşdirilməlidir.  Bu 

zaman kitabxanaya g

əlmə iqtidarında olmayan fiziki qüsurlu oxu-

cular da kitabxanaya yeni daxil olan 

ədəbiyyatlar barəsində məlu-

matlana bil

ərlər.  


S

əyyar xidmət zamanı kitabxanaçılar həmçinin tək yaşayan, 

kims

əsiz qocalar, müharibə  veterenları  üçün  evlərdə  fərdi oxu 



saatları təşkil edə bilərlər. Fərdi oxu zamanı kitabxanaçı xidmət 

ed

əcəyi şəxsləri öncədən təyin etməli və onların marağına uyğun 



bir neç

ə kitab seçməlidir. Daha sonra həmin şəxslərlə razılaşdırıl-

maqla mü

əyyən olunmuş vaxtlarda fərdi oxunu keçirmək olar. 



Biblioterapiya – son zamanlarda biblioterapiya v

ə ya kitabla 

müalic

ə insanlara problemlərini həll etmələrində, həmçinin onla-



rın inkişafına yardımda mütaliədən faydalanmalarını təmin edən 

müalic


ə üsuludur. 

13 

 

Biblioterapiya h



ər  bir  şəxsin  yaşamaqda  olduğu  problemin 

yal


nız öz başına gəlmiş bir problem olmadığı, bir çox insanın da 

b

ənzər çətinlikləri  yaşamaqda  olduğu  gerçəyini görə  bilməsini 



t

əmin edir. Biblioterapiya zamanı oxucu qəhrəmanın problemi ilə 

öz problemini müqayis

ə  edir. O,  qəhrəmanı  tanıdıqca  özünü  və 

duy

ğularını tanıya bilir.  



Kitabxana  şəraitində  biblioterapiyanı  tətbiq edən zaman 

oxucu dair

əsinin müəyyən edilməsi olduqca zəruridir.  Başqa 

sözl


ə  desək oxuculara fərqli  yanaşma  biblioterapiya  üçün  vacib 

amil  hesab  olunur.  Xüsusi  qayğıya  ehtiyacı  olan  insanlar  üçün 

kitab seçm

ək  kitabxanaçıdan  yüksək  peşəkarlıq  və  diqqət tələb 

edir. Çünki ist

ənilən kitab biblioterapiya məqsədi ilə tövsiyə olu-

na bilm

əz.  Kitabla müalicə  üsulundan istifadə  zamanı  oxucuları 



yaş  kateqoriyaları  üzrə  bölmək  lazımdır.  Daha  sonra  oxucuların 

maraq v


ə problemləri, eləcə də onların oxu səviyyələri müəyyən 

edilm


əli və ona uyğun ədəbiyyat seçiminə başlanılmalıdır. 

Əqli və  fiziki  geriliyi  olan  azyaşlı  uşaqlarla  biblioterapiya 

zamanı  nağıl  terapiyasından  istifadə  olunması  məqsədəuyğun 

olardı. Nağıllar yüksək terapevtik əhəmiyyətə malikdir. İstənilən 

uşaq (sağlam və ya xəstə) məhz nağıllar sayəsində insan həyatı-

nın  əsas həqiqətlərini  anlamağa  başlayırlar.  Nağıllar  vasitəsi ilə 

uşaqlar çətinliklərin öhdəsindən gəlməyə və onları aradan qaldır-

maq kimi bacarıqlara yiyələnirlər. 

Xüsusi  qayğı  tələb edən  uşaqlarla  biblioterapiya  zamanı 

nağıllarla yanaşı, bədii ədəbiyyatdan da istifadə edilir. Bu zaman 

kitabxanaçı uşaqlar üçün kədərli fikirlərdən uzaq olan, yumoristik 

ədəbiyyata üstünlük verməlidir. Çünki yumoristik kitablar oxucu-

ya  gülüşlə  təsir edərək ona bir çox problemlərin öhdəsindən 

g

əlməyə köməklik edəcəkdir. 



Biblioterapiya  yalnız  uşaqlar  üçün  deyil,  eyni  zamanda 

yeniyetm


ə,  gənclər və  digər  oxucu  qrupları  üçün  də  nəzərdə 

tutula bil

ər. 


14 

 

Fiziki qüsurlu 



insanların  cəmiyyətə  adaptasiya  olunması, 

ünsiyy


ət qura bilmələri və digər problemlərin öhdəsindən sərbəst 

g

ələ bilmələrində biblioterapiyanın təsiri olduqca böyükdür. 



Xüsusi  qayğıya  ehtiyacı  olan  insanlar  biblioterapiyadan 

istifad


ə etdikləri zaman bir sıra müsbət cəhətlərin özlərində for-

ma

laşdıqlarını hiss edəcəklər. Buraya aşağıdakılar aiddir: 



 

özünü  tanıma,  özünü  kəşf  etmə  və  özünü qəbul etmək, 



ətrafını, cəmiyyəti və dünyanı tanımaq; 

 



öz probleml

ərinə  bənzər problemlərin  başqalarında  da 

oldu

ğunu görərək tək olmadığını anlamaq; 



 

yeni d



əyərləri və münasibətləri inkişaf etdirmək, həyatda 

yaşamaq üçün mübarizə aparma əzmini formalaşdırmaq; 

 

oxuduğu  kitabla  öz  düşdüyü  vəziyyəti  müqayisə  etmək, 



stressl

ə mübarizə aparmaq, duyğularını ifadə etmək; 

 

q



əhrəmanı tanıdıqca özünü və duyğularını tanıya bilmək, 

q

əhrəmanın istifadə etdiyi çıxış yollarından fərqli yolları kəşf edə 



bilm

ək; 


 

yaşanan problemlərin yalnız tək bir həll yolunun olmadı-



ğını anlayaraq xəyal gücündən istifadə etməklə fərqli həll yolları 

olduğunu dərk etmək, yeni ideyalar formalaşdırmaq. 

 

Biblioterapiyadan istifad



ə edərkən ilk növbədə fiziki qüsurlu 

insanların buna hazır olub olmadığını bilmək lazımdır. Unutmaq 

olmaz  ki, biblioterapiya köm

ək yollarından yalnız biridir, ancaq 

lazım olduğunda istifadə edilməlidir. 

H

əssas qrupdan olan yeniyetmə və gənclər üçün kitab seçən 



zaman kitabxanaçılar xüsusilə diqqətli olmalıdırlar. Çünki kitab-

xa

na fondunda olan kitabların hamısı heç də biblioterapiya üçün 



yararlı hesab olunmur. 

Biblioterapiya zamanı kitabxanaçı elə kitab seçməlidir ki, o 

oxucunu t

ənhalıq,  psixoloji  narahatlıq,  dostluğun,  məhəbbətin, 

anlayışın,  özünə  hörmətin  olmaması,  heç  kimə  lazım  olmama, 

özün


ə  inamsızlıq  hissi kimi mənfi fikirlərdən tamamilə 

uzaqlaşdıra bilsin. 



15 

 

Bunun üçün kitabxanaçı ilk növbədə terapiyaya yararlı olan 



kitab

ların biblioqrafik sıyahısını tərtib etməlidir. Biblioqrafik si-

ya

hıları tərtib edən zaman oxucuların yaş kateqoriyaları və maraq 



dair

ələri nəzərə alınmalıdır.  

Biblioqrafik siyahılar ədəbiyyat janrları üzrə qruplaşdırılır: 

 



klassik Az

ərbaycan ədəbiyyatı; 

 

müasir Az



ərbaycan ədəbiyyatı; 

 



klassik Az

ərbaycan uşaq ədəbiyyatı; 

 

Az



ərbaycan nağılları; 

 



klassik uşaq ədəbiyyatı; 

 



klassik dünya 

ədəbiyyatı; 

 

müasir dünya 



ədəbiyyatı; 

 



müasir dünya uşaq ədəbiyyatı; 

 



dünya ölk

ələri nağılları; 

 

xüsusi tibbi 



ədəbiyyat; 

 



f

əlsəfi ədəbiyyat; 

 

dini 



ədəbiyyat; 

 



dedektiv 

ədəbiyyat; 

 

yumoristik 



ədəbiyyat və s.. 

 

İstənilən kitabxanada biblioterapiyanın daha uğurlu nəticələr 



ver

ə bilməsi üçün kitabxanaların müxtəlif müəssisələr, o cümlə-

d

ən psixoloji mərkəzlərlə mütəmadi olaraq əlaqəli şəkildə işləmə-



si z

əruridir. 

X

üsusi qayğıya ehtiyacı olan görməyən və görmə qabiliyyəti 



z

əif olan insanların informasiya təminatında müasir texnologiya-

la

rın  tətbiqi olduqca vacibdir. Belə  olan halda kitabxanalarda 



“xüsusi elektron kitabxana”

nın yaradılması zəruriyyəti meydana 

çıxır. Bunun üçün kitabxanaya ilk növbədə xüsusi proqram təmi-

na

tını (XPT) tətbiq etmək lazımdır. 

XPT-da bütün 

əməliyyatlar səsləndirmə  yolu ilə  aparılır. 

Oxucu m


ətnləri  proqram vasitəsilə  səsləndirildiyindən görmə 

qabiliyy


əti  zəif olan insanlar kompyuterdə  aparılan  əməliyyatlar 

16 

 

haq



qında  səsləndirmə  yolu ilə  xəbər tutur, internetdən sərbəst 

şəkildə  istifadə  edir, kitab oxuya bilirlər. Görmə  əngəlliyi olan 

insanlar üçün t

ətbiq olunan proqramlardan ən  geniş  yayılanı 



“JAWS - 

Ekran Oxuma Proqramı” hesab olunur.

 

Fiziki  qüsurlu 



şəxslərin  informasiyanı  müstəqil və  sərbəst 

şəkildə ala bilmələri üçün kitabxanalar öz veb-saytlarında xüsusi 

bölm

ələr,  elektron məlumat  bazaları  yarada bilərlər.  Bu  zaman 



əlil və digər məhrumiyyətləri olan insanların maraq və təklifləri 

n

əzərə alınmalıdır. 



Kitabxanalar öz veb-

saytlarında  “Hüquqi normativ  sənəd-



l

ər” (əlilliklə bağlı qanunlar, konvensiyalar, sərəncamlar, dövlət 

proqramları), “Kitabxana xidməti”, “Faydalı məsləhətlər”“Psi-



xo

loji  xidmət”,  “Pedaqoji  xidmət”,  “Danışan  kitablar” (görmə 

əngəlli  şəxslər  üçün),  “Elektron kitablar”  (eşitmə  və  danışma 

əngəlli  şəxslər  üçün),  “Sosial çarxlar”, “Sosial reklamlar”, 

“Yeni kitablar” “Fotoqalereya”, “Videoqalereya” v

ə s. bölmələr 

yerl

əşdirə bilərlər. 



“Kitabxana xidm

əti” bölməsində kitabxanaya gəlmə imkanı 

olmayan, fiziki qüsurlu 

əhali qrupuna  virtual xidmət  göstərilə 

bil


ər. 

“Psixoloji xidm

ət”, “Pedaqoji xidmət”  “Ünsiyyət qurma 

qabiliyy

ətlərinin  inkişafı”,  “Tolerantlıq”,  “Özünə  xidmət 

v

ərdişlərinin möhkəmləndirilməsi”, “İnkluziv təhsil” və s. mütə-

madi yenil

ənən bölmələri yerləşdirməklə əlil və digər məhrumiy-

y

ətləri olan istifadəçilərə, eləcə də, onların valideynlərinə onlayn 



psixoloji, pedaqoji v

ə s. istiqamətlərdə maarifləndirmə işə həyata 

keçirilir.

 

 



Kitabxanalarda h

əmçinin, “Uşaq yaradıcılığı”, “Bu ma-raq-



lıdır”, “Bilirsinizmi?”, “Əlillərin sosial inteqrasiyası” və s. yeni-

l

ənən  bölmələrin  yaradılması  oxucuların  tam və  dolğun  şəkildə 



informasiya il

ə təmin olunmasına xidmət edir. 

Saytda h

əmçinin  müvafiq  mövzularda  maraqlı  məqalələr 

yerl

əşdirmək olar: “Əlillərə diqqət və qayğı hər kəsin borcudur”, 



“G

əl bir yerdə oxuyaq”, “Onlara yardım etməliyik” və s. 

17 

 

Kitabxanalar öz sayt



larında fiziki qüsurlu insanları maraqlan-

dıran müəssisə  və  təşkilatların  saytlarına  keçid  etmələri üçün 



“Faydalı  keçidlər”  bölməsi yarada bilərlər.  Buraya  Azərbaycan 

Milli Kitabxana

sı (AMK), Respublika Gözdən Əlillər Kitabxana-

sı  (RGƏK),  Respublika  Uşaq  Kitabxanası  (RUK),  Respublika 

G

ənclər Kitabxanası (RGK), həmçinin, Azərbaycan Respublikası 



Əlil  Təşkilatları  İttifaqı  (ƏTİ),  Azərbaycan Gözdən  Əlillər Cə-

miyy


əti (AGƏC) və digər idarə və müəssələri aid etmək olar.  

 

Nümun



əElektron məlumat bazası

 

“Biz hamı kimi” 

Ana s


əhifə; 

Ümumi m


əlumat; 

R

əsmi sənədlər; 



 

Az



ərbaycan Respublikasının Qanunları 

 



F

ərman və sərəncamlar 

 

BMT-nin q



ərarları 

 



Konvensiyalar. 

Kitablar; 

M

əqalələr; 



Danışan sənədlər; 

İdarə və təşkilatlar; 

 

Dövl



ət Sosial Müdafiə Fondu 

 



Gözd

ən Əlillər Cəmiyyəti 

 

Beyn



əlxalq Əlillər Cəmiyyəti 

 



Heyd

ər Əliyev Fondunun həyata keçirdiyi layihələr 

 

Gözd



ən Əlillər Kitabxanası. 

Tarixd


ə bu gün (əlamətdar və tarixi günlər); 

Tanınmışlar (əlilliyi olan rəssamlar, musiqiçilər, paralimpiya, 

olimpiya çempionları haqqında məlumatlar); 

Bölg


ədə  yaşayan  istedadlı  əlil  uşaqlar  haqqında  məlumat, 

onların əl işlərinin nümayişi; 



18 

 

Fotoqalereya; 



Videoqalereya; 

 

Kitabxanalarda h



əmçinin kitabxanaya gəlmə imkanı olmayan 

fiziki qüsurlu insanlar 

üçün virtual sifariş, mətnlərin skanerləşdi-

ril


ərək və ya fotosurətinin elektron poçt vasitəsilə çatdırılması və 

bu kimi elektron xidm

ətlər göstərilə bilər. 

Xüsusi köm

əkçi  texniki  avadanlıqların  kitabxanalarda 

t

ətbiqi - daim qayğıya ehtiyacı olan insanların daha çox mütaliə 

etm


ələri üçün kitabxanalarda xüsusi köməkçi texniki avadanlıqla-

ra üstünlük verilm

əsi daha yaxşı olardı. Bu avadanlıqlar aşağıda-

kılardır:  

 

PAC Mate - gözd



ən əlillər üçün nəzərdə tutulmuş kompü-

ter  avadanlığıdır.  Kompüterə  Pocket Word, Internet Explorer, 

Windows Media Player, Jaws For Windows ekran oxuma v

ə baş-


qa proqramlar yükl

ənib; 


 

Index 4x4 Pro printeri

 - 

printeri vasitəsilə kitablar, jurnal-



lar  və  digər  kiçikölçülü  nəşrlər  hazırlamaq  mümkündür.  Cihaz 

200 səhifəlik materialı yaddaşda saxlaya bilir; 

 

Kitab h



əvəskarı-kompakt (Sara CE) - LCD ekrana bağla-

nır  və  bu  cihaz  vasitəsilə  oxucu  tam  rahatlıqla  istədiyi  kitabın 

məzmunu  ilə  tanış  ola  bilər.  Kitab  cihazın  üzərinə  yerləşdirilir, 

cihaz onu incələdikdən sonra səsləndirir; 

 

Focus  40  Brayl  ekranı  -  gözdən  əlillər  üçün  nəzərdə 



tutulan digər avadanlıq isə brayl ekran Focus 40-dır. Belə ki, bu 

cihaz kompüterdəki mətni qabartma yazıya çevirir. 

 

Videolight  - 



çox qısa zamanda mətni oxuyur, İnternetdən 

kitab yükl

əyib səsləndirir, səhifədə neçə söz olduğunu hesablayır, 

m

ətndə  dəyişiklik  və  ya  əlavə  etmək mümkündür; mətni brayl 



əlifbasına çevirib printerə göndərə bilir.  

Fiziki  qüsurlu  uşaq  və  yeniyetmələrlə  işdə  kitabxanaçı 

kadrlar

ın üzərinə böyük məsuliyyət düşür. Kitabxanalarda müasir 



kitab

xana işini mükəmməl bilən kadrların olması ilə yanaşı, psi-

xoloji bilik v

ə təcrübəyə malik olan, yardım göstərə bilən və oxu-



19 

 

cu



larla qarşılıqlı anlaşma tapa bilən intellektual savada malik olan 

kadrların olması çox əhəmiyyətlidir. 

Kitabxanaçıların sosial və pedaqoji, tibbi biliklərə malik ol-

ma

ları  üçün  onların  mütəmadi  olaraq  ixtisaslarını  artıra  biləcək 



elmi-praktik konfranslarda, kurslarda, seminar, m

əşğələ  və  tre-

ninql

ərdə iştirak etmələri lazımdır. Çünki, sosial müdafiəyə ehti-



ya

cı olan insanlarla işləmək kitabxanaçıdan yüksək peşəkarlıq və 

ixtisasının daim artırılmasını tələb edir. 

F

iziki qüsurlu uşaqlara kitabxana xidməti zamanı kitabxana-



çılar müəllim (tərbiyəçi) – defektoloq və loqopedlərin köməyin-

d

ən də yararlana bilərlər. 



Fiziki 

imkanları  məhdud  olan  insanların  müstəqil  şəkildə 

informasiya 

əldə etmələri, onların bilik səviyyələrinin artırılması 

m

əqsədilə ölkədə Respublika Gözdən Əlillər Kitabxanası fəaliy-



y

ət göstərir. Hər bir

 

oxucuya f



ərdi yanaşılan bu kitabxanada onun 

görm


ə  səviyyəsi və  digər xüsusi amillər nəzərə  alınaraq onlara 

kitabxana xidm

əti göstərilir. Kitabxanaya gəlmə imkanı olmayan 

oxuculara is

ə evdə səyyar kitabxana xidməti göstərilir. 

F.Köç


ərli  adına  Respublika  Uşaq  Kitabxanasında  Azərbay-

can Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gənc 

Ana v

ə  Uşaqların  Maarifləndirilməsi  İctimai  Birliyi,  Əmək və 



Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Türkiyə İş Bir-

liyi v


ə Kordinasiya Alyansının (TİKA) Bakı ofisinin əməkdaşlığı 

ç

ərçivəsində  görmə  qabiliyyəti zəif və  məhdud  imkanlı  uşaqlar 



üçün Dil kursları və İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəz-

d

ə  JAVS  proqramı  yüklənmiş  4  ədəd kompüter gözdən  əlillərin 



istifad

əsinə verilmişdir. 

Layih

ənin rəhbəri Gənc Ana və Uşaqların Maarifləndirilməsi 



İctimai Birliyinin sədri Nigar Aslanovadır. Təşkil olunan layihə-

nin 


əsas məqsədi gözdən  əlil  uşaqlara  internetdən və  elektron 

kitablardan s

ərbəst istifadəni təmin etməkdir. Layihədə  16 ailə 

olmaq


la 24 uşaq iştirak etmişdir. 

20 

 

Hazırda fəaliyyətini davam etdirən mərkəzdə həmçinin, göz-



d

ən  əlil, daun sindromlu, leykoz və  digər fiziki və  əqli qüsurlu 

uşaqlara psixoloji xidmət və nağıl saatları keçirilir. 

Qeyd etm


ək istərdik ki, kitabxanalarda aşağıda adları çəkilən 

öd

ənişli xidmətlər tətbiq olunarsa fiziki qüsurlu şəxslərin bu xid-



m

ətlərdən ödənişsiz və ya müəyyən güzəştlərlə istifadə etməsinə 

şərait yaradılmalıdır.  

Bu xidm


ətlər aşağıdakılardır: 

 



sur

ətçıxarma;  

 

laminasiya (A3, A4, A5); 



 

skaner etm



ə; 

 



çildl

əmə (diplom işi, dissertasiya və s.); 

 

çapetm



ə (rəngli, ağ-qara); 

 



xarici dil, kompüter, r

əsm və digər kurslar; 

 

m



ətnin kompüterdə yığımı; 

 



s

ənədlərin fotosurətinin çəkilməsi, onların elektron çatdı-

rılması; 

 



kompüterl

ə iş  üzrə  fərdi  məsləhətlər,  slaydların hazırlan-

ması və s. 

 

 



 

 

 

21 

 

Əlavələr 



 

Bunları bilmək lazımdır 

 

Fevral  

 



4 Fevral Ümumdünya X

ərçənglə Mübarizə Günü.  

 

8 Fevral Beyn



əlxalq Epilepsiya Günü 

 



15 Fevral Dünya Uşaq Xərçəngi Günü 

 



29 (28) Fevral Nadir X

əstəliklər Günü 



 

Mart 

 



21 Mart Dünya Daun Sindromu Günü 

 



24 Mart Dünya V

ərəmlə Mübarizə Günü 



 

Aprel 

 



2 Aprel Dünya Autizm M

əlumatlandırma Günü 

 

7 Aprel Dünya Sağlamlıq Günü 



 

17 Aprel Dünya Hemofiliya Günü 



 

25 Aprel Dünya Malyariya Günü 



 

May 

 



8 May Beyn

əlxalq Talasemiya Günü 

 

İyun 

 



13 

İyun Beynəlxalq Albinizm Məlumatlandırma Günü 



 

İyul 

 



28 İyul Ümumdünya Hepatit Günü 

 

Sentyabr 

 



22  Sentyabr Ümumdünya Xroniki Miyeloblast Leykoz 

Günü 


 

24 Sentyabr Beyn



əlxalq Lal-karlar Günü 

22 

 

Oktyabr 

 

8 Oktyabr Dünya Görm



ə Günü 

 



10 Oktyabr Dünya Psixi 

Sağlamlıq Günü 



 

Noyabr 

 



13 Noyabr Beyn

əlxalq Gözdən Əlillər Günü 

 

14 Noyabr Ümumdünya Diabet Günü 



 

Dekabr 

 



3 Dekabr Beyn

əlxalq Əlillər Günü 



 

 

 

 

 

 

 

 

 

 

 

 

23 

 

 



Ədəbiyyat 

 

Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barə-



sind

ə”: Azərbaycan Respublikasının Qanunu: (2 oktyabr, 2008-ci 

il) //Az

ərbaycan.- 2008.- 15 noyabr.- S.4. 

Əlilliyin və  uşaqların  sağlamlıq  imkanları  məhdudluğunun 

qar


şısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaq-

la

rın  reabilitasiyası  və  sosial müdafiəsi  haqqında  Azərbaycan 



Res

publikasının  Qanunu:  (25  avqust  1992-ci  il,  №  284).-  Bakı: 

Qanun, 2003.- 23 s. 

“M

ədəni sərvətlərdən  aztəminatlı  əhali,  əlillər və  sağlamlıq 



imkanları  məhdud  18  yaşınadək  uşaqlar,  müharibə  iştirakçıları 

t

ərəfindən güzəştli  istifadə  Qaydası”nın  təsdiq edilməsi barədə: 



Az

ərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, № 287; 20 

avqust 2015-ci il //Az

ərbaycan.- 2015.- 28 avqust.- S.1. 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) 

haqqında Azərbaycan Respublikasının Qanunu, 5 iyun 2001-ci il, 

№  136 //Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu.- 

Bakı, 2001.- 31 iyul.- №7.- S 1232-1242. 



 

*   *   * 

Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gü-

nün


ə  həsr  olunmuş  “Əlillərin  hüquqlarının  müdafiəsində  əlaqə-

l

əndirmə  və  monitorinq mexanizmlərinin rolu mövzusunda  Də-



yirmi masa”

nın  materialları:  27 aprel 2010-cu il /tərt. ed.: 

Z.

Əliyev, M.Mahmudov; red. E.Süleymanova; Azərb. Resp. 



İnsan  Hüquqları  üzrə  Müvəkkili (Ombudsman).-  Bakı:  [Azərb. 

Resp.  İnsan  Hüquqları  üzrə  Müvəkkili (Ombudsman)], 2010.- 

126, [1] s. 

C

əfərov, İ. Azərbaycan Respublikasında təqaüdçülərin, vete-



ran

ların,  əlillərin və  şəhid ailələrinin  hüquqları  /İlqar  Cəfərov, 

İmran  Vəliyev,  Elxan  Əsədov;  İqtisadi-hüquqi Maarifçilik Mər-

k

əzi.- Bаkı, 2002.- 64 s. 



24 

 

Əlillərin, aztəminatlı ailələrin və yetim uşaqların sosial mü-



dafi

əsi  haqqında  qanunvericilik  /burax.  məs.  Ş.Xuduoğlu;  red.: 

F.Ağazadə.- Bakı: Qanun, 1999.- 220 s. 

Əlillik etiketi /LOTOS Əlil Təşkilatları Birliyi.-

 

Bakı: [s.n.], 



2001.- 6+7, [5] s. 

Əlilliyi olan insanların hüquqları: 31 yanvar 2008-ci il və 5 

may 2008-ci il  konfrans

larının  materialları  /UNICEF unite for 

children; red. E.Süleymanova (Ombudsman); t

ərt. ed.:  M.Mah-

mudov, F.

Ağayev


.-

 

Bakı:  [Azərb.  Resp.  İnsan  Hüquqları  üzrə 



Müv

əkkili (Ombudsman)], 2008.-

 

150, [1] s. 



 

*   *   * 

Abdullayev,

 

S. “Gözd



ən  əlillər  qayğı  ilə  əhatə olunurlar” 3 

dekabr Beyn

əlxalq Əlillər Günüdür /S.Abdullayev //Respublika.-

2013.- 3 dekabr.- S.9. 

Abdullayeva,

 

Z. 



Sağlamlıq imkanları məhdud olan insanlara 

qayğı artır: 3 dekabr Beynəlxalq Əlillər Günüdür /Z.Abdullayeva

 

//Respublika.- 2014.- 3 dekabr.- S.5. 



C

əfərli, R.

 

M

ərhəmət  işığında:  Heydər  Əliyev  Fondunun 



prezidenti Mehriban xanım Əliyevanın böyük himayəsi sayəsində 

kims


əsiz  uşaqlar  cəmiyyətə  layiqli vətəndaşlar  kimi  yetişirlər 

/R.C


əfərli

 

//Az



ərbaycan.- 2009.- 31 yanvar.- S.3. 

Əlil vətəndaşlar  cəmiyyətimizin bərabərhüquqlu üzvləri-



dir” //Yeni Az

ərbaycan.- 2015.- 4 dekabr.- S. 5. 

Əlillik hər şeydən məhrum olmaq deyil: I Avropa Oyunlarını 

işıqlandıran əlil fotoqraf İlham Məhərrəmov: “Bu Oyunlarda işti-

rak etm

əklə neçə-neçə əlil insanı cəmiyyətdə yer tutmağa ruhlan-



dıracağam”//Ekspress.- 2015.- 4-6 iyul.- S.9. 

M

əmmədov,



 

M.  Gözd


ən əlillər üçün kitabxana /M.Məmmə-

dov


 

//Ekspress.- 2015.- 20 oktyabr.- S.10. 

M

ənsimov, E.  Əlillərin cəmiyyətə  inteqrasiyasında  Gözdən 



Əlillər Kitabxanası mühüm rol oynayır /E.Mənsimov

 

//Az



ərbay-

can.- 2014.- 2 noyabr.- S.7.

 


25 

 

R



əşad,  R.  Əlillər  arasında  maarifləndirmə  /R.Rəşad  //Eks-

press.-2015.- 15 yanvar.- S.9. 

Sadıqlı,

 

F. 



Dünyanı  qəlbi ilə  görən,  yaxud  qaranlıqla  işığa 

doğru: 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür /F.Sadıqlı

 

//Az


ərbaycan.- 2012.- 13 noyabr.- S.8. 

Şükürov, F. Əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin satış-

s

ərgisi /F.Şükürov



 

//M


ədəniyyət.- 2009.- 20 fevral.- S.14 

V

əliyev,



 

M. 


Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu 

üzvl


əridir /M.Vəliyev //Respublika.- 2013.- 3 dekabr.- S.9. 

 

*   *   * 



Коновалова,  М.П.

 

Инвалид  –  общество  –  библиотека: 



учебно-методическое  пособие  /М.П.Коновалова

.-

 



Москва: 

Либерея-Бибинформ, 2006.- 136 с. 

 

*   *   * 



В Баку прошла выставка работ детей – инвалидов //Еже-

дневные новости.- 2011.- 9 декабря.- С.10. 

Общественное  объединение  “Талантливые  инвалиды” 



провело  первую  пресс-конференцию

 

//Бакинский  рабочий.-



2014.- 

21 июня.- С.4. 

Помощь  –  по  всем  направлениям

 

//Азербайджанские 



известия.- 2015.- 5 февраля.- С.1. 

Состоялось  открытие  мини-лаборатории,  подаренной 

Фондом  Гейдара  Алиева  инвалидам  по  зрению  //Бакинский 

рабочий.- 2012.- 14 сентября.- С.3. 

 

 


26 

 

Fiziki qüsurlu 



şəxslərə kitabxana  

xidm

ətinin təşkili 

 

(Metodik tövsiy



ələr) 

 

 

 

N

əşriyyat rеdaktоru:      Mehriban Cəfərova 

 

 

 

 



 

 

 

 

 

 

 



 

Ünvan: AZ-

1000 Bakı ş., Хaqani küç. 57 

Е-mail: contact@anl.az 

URL: www.anl.az 

 

 



 

M.F.Aхundоv adına Azərbaycan 

Milli Kitabхanasının mətbəəsində  

оfsеt üsulu ilə çap оlunmuşdur. 

Çapa imzalanmışdır: 18.05.2016 

Sifariş: №15 

Tirajı: 150 nüsxə 

Pulsuz 


 

 

Document Outline

  • Tərtibçi:    L.Əhmədova
  • İxtisas redaktoru və
  • Heydər Əliyev,
  • Azərbaycan xalqının ümummilli lideri
  • Tərtibçidən
  • Nümunə: Elektron məlumat bazası.
  • “Biz hamı kimi”
  • Əlavələr
  • Bunları bilmək lazımdır
  • Fevral
  • Mart
  • Aprel
  • İyun
  • İyul
  • Sentyabr
  • Noyabr
  • Dekabr
  • Nəşriyyat rеdaktоru:      Mehriban Cəfərova
  • Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 57
  • M.F.Aхundоv adına Azərbaycan

Yüklə 318,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin